Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-146/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 və Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış təmiz çəkisi 0,915 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 16:00-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis idarəsinın 29-cu Polis Şobəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cıns şalvarının sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,915 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o,xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni ona satmış şəxsin anket məlumatlarını, telefon nömrəsini bilmir. Bədənində ağrılar olan zaman istifadə edirdi. xx.xx.2022-ci il tarixdə, 16:00-da yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54 ünvanının qarşısında durduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şobəsinin inzibati binasına gətirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində ona heç bir psixoloji təzyiq göstərilməmiş və heç bir xəsarət yetirilməmişdir. Bölmədə vəkilin iştirakı ilə təhqiqatçı onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinın protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdır. Daha sonra isə X11 videoçəkilış aparılmaqla onun üstünə şəxsi axtarış keçirilməsinə başlayarkən, onun üstündə axtarış və götürmə aparılması barədə qərarla tanış etmiş və ona təklif etmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətınə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, onda könüllü çıxarıb təqdim etsin. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub ozu əynində olan boz rəngli cins şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş narkotik vasitə-heroini təqdim edərək həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını, bədənində ağrılar olan zaman istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığını, xx.xx.2022-ci il tarixdə, 16:00-da yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54 ünvanının qarşısında durduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinın inzibati binasına gətirildiyini bildirmişdir. Daha sonra isə X11 təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız parçasını açaraq içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olmasını aşkar etmişdir. Bundan sonra X11 onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Ondan aşkar olunmuş bir ədəd gümüşu rəngli kağız parçasına bükülmüş həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Həmçinin X11, onun və vəkili Müdafiəçi, eləcə də orada iştirak edən 2 nəfər polis əməkdaşının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və narkotik vasitənin ondan aşkar olunub goturülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o, da həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı narkotik vasitəni satmaq niyyətində olmamış, bədənində ağrılar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvarının cibində daşımışdır ki, ağrısı başladıqda onu istifadə edə bilsin. Həmin narkotik vasitəni ona satmış şəxsin anket məlumatları, eləcə də iş və ya yaşayış yerini və telefon nömrəsini bilmir. Bir ədəd bükümündə narkotik vasitəni xx.xx.2022-ci il tarixdə alarkən yanında başqa bir şəxs olmamışdır. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı həmin narkotik vasitənin qalıqları onda qalmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə aldığı həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün tamlıqla əynindəki şalvarın sağ cibində saxlamış və yuxarıda göstərilən qaydada Yasamal RPİ-nin 29-cu PŞ-nın inzıbati binasında uzərinə keçirilmiş şəxsi axtarış zamanı tərəfindən X11a təhvil verilmişdir.Həmçinin, polis əməkdaşlarına hər hansı bir müqavimət göstərməmişdir. Narkotik vasitə olan heroini alarkən yanında heç kim olmamışdır. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, maşın yuyub xəstə anasına baxmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinın CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsının 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1991-ci il təvəlludlü, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs Cavanşır oğlu, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 29-cu Polis Şöbəsinın rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyinin altında və Şöbənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid1 onunla birlikdə Polis Şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 16:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 7 ünvanının yaxınlığında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən ozlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə getməyini təklif etmişdirlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan 29-cu Polis Şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanaraq Polis Şöbəsinə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 həvalə olunmuşdur. Bununla bağlı X11 Yasamal Rayon Polis idarəsinin 29-cu Polis Şobəsində iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və gotürmə aparılmamışdan əvvəl onu müdafıəçı ilə təmin etmək üçün müdafiəçı seçmək huququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmışdır. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyəti ağır olduğu uçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib dövlət hesabına onun üçün istənilən vəkılin dəvət olunmasını xahış edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı X11 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 29-cu PŞ-nə dəvət olunaraq onu Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs da ona dəvət olunmuş vəkil Müdafiəçi tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra X11 Nıcat Babışovun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrinı izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmişdır. Daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid1 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. X11 şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı mobil telefondan istifadə edilməklə vıdeo çəkılışin həyata keçırilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şıkayət və ya etıraz daxıl olmamışdır. Bundan sonra video çəkilış aparılmaqla Nıcat Babışova hüquq və vəzifələri elan edildikdən sonra X11 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığnı və özü barədə anket məlumatlarını təhqüqatçı Anar Aslanova bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsı qadağan edilmiş narkotik vasitə, yaxud iş uzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsinin təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəng kağız parçasına bükülmüş kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. X11 həmin bükümu açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar olunmuşdur. X11 Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin nə olduğunu həmin kütləni nə vaxt və harada və kimdən əldə etdiyi soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs Cavanşır oğlu həmin maddənin «heroin» adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitənı xx.xx.2022-ci il tarıxdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata, şəxsi istehlakı məqsədilə aldığını, üzərində saxlayıb gəzdirdiyini, satmaq niyyəti olmadığını, həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 54 ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis idarəsinin 29-cu PŞ-yə gətirildiyini bildirmışdir. Bundan sonra təhqıqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. X11 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ zərfin içərisinə yerləşdirməklə qablaşdırmış və Azərbaycan Respublikası Daxilı İşlər Nazirlıyinin DİN- nin «Zərflər üçün 169 nömrəli" möhürlə möhurlənmişdır. Qablaşdırılmış zərfin üzərinə şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi, o da zərfin üzərinə imza etmiş, daha sonra X11 içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini, aparılan hərəkətlərin protokollaşdırılacağını, videoçəkiliş diskə köçürülərək materiala əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildırmişdir. Keçirilmiş şəxsi artarış və götürmə ilə bağlı X11 tərəfindən muvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına koçurulərək həmin protokola əlavə edilmışdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokolu öz imzası ilə təsdiq etmışdır. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətən də narkotik vasitə heroindir və çəkisi 0,915 qram təşkil edir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz narkotik vasitə əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidıyyətı üzrə Yasamal Rayon Polis idarəsinin istintaq Şöbəsinə gondərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitə hesab edilən heroini Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun narkotik vasitələrin satışı ilə məşqul olması və ya bilavasitə uzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasıtə hesab edilən heroınin mənbəsi ilə bağlı xidmət etdiyi Polis Şöbəsinin digər əməkdaşları müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 oktyabr 2022-ci il tarixli 6/6128 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,915 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 0, 865 qram çəkidə hissəsi qalıq qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli, 7175 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 06 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 18 gün (iki il beş ay on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,865 qram narkotik vasitə olanheroiin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-146/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-146/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver