Məhkəmə qərarları › İş №1(004)-147/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-147/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-147/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçiləri: “Zəfər” vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Hacıqabul rayonu, Nəvahi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən bir birləri ilə tanış olan şəxslər, Təqsirləndirilən şəxs3, X3 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabacadan əlbir olub bir qrup şəxs halında 08 iyul 2022-ci il tarixdən, 10 iyul 2022-ci il tarixdək olan müddət ərzində istintaqla müəyyən olunması mümkün olmayan ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Yasamal rayonu Xarıci Dairəvi yolda yerləşən “Karvan Yolu” adlı restoranın uzun müddətdir fəaliyyət göstərməməsindən və mühafizə xidmətinin olmamasından istifadə edərək dəmir barmaqlıqlı giriş qapısını açdıqdan sonra restoranın həyətinə qanunsuz daxil olaraq restoranın ümumi dəhlizin plasmas giriş qapısını açaraq binaya qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus mətbəxdə olan 4 ədəd soyuducularının arxa hissələrində yerləşən hər birinin dəyəri 150 manat olmaqla ümümlikdə 600manat olan mühərriklərinin, 2 ədəd samovar hər birinin dəyəri 70 manat olmaqla ümümlikdə 140 manat, 5 ədəd dəm çayniklər hər birinin dəyəri 10 manat olmaqla ümümlikdə 50manat, 2 ədəd qəfədan hər bırinin dəyəri 25 manat olmaqla ümumlikdə 50 manat, 100 ədəd böyük yemək üçün qaşıqlar hər birinin dəyəri 1 manat olmaqla ümumlikdə 100 manat, 100 ədəd çəngəl hər birinin dəyəri 1 manat olmaqla 100 manat, 3 ədəd qazan hər birinin dəyəri 25 manat olmaqla ümümlikdə 75 manat və 1 ədəd dəyəri 30 manat olan kabab manqalını işə salmaq üçün nəzərdə tutulan feninin, 1 ədəd kombi aparatının yerində olmaqla sökülmüş və yararsız vəziyyətə salaraq 1235 manat və 1 ədəd su qızdıcının yerində olmaqla sökülmüş yararsız vəziyyətə salaraq 120 manat, 1 ədəd dəyəri 150 manat olan plasmas zibil yeşiyinin, həmin yeşiyn yanında olan 2 ədəd «3x250» ölçülü hər birinin dəyəri 350 manat olmaqla, ümümlikdə 700 manat olan plasmas pəncərənin, 1 ədəd «180x180» ölçülü dəyəri 200 manat olan aliminumum pəncərəsinin, 3 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumlikdə 450 manat olan su nizmalayıcı cihazlarının, restoranın saxlanc otağından 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümümlikdə 300 manat dəyərində su nasoslarının, 2 ədəd hər birinin dəyəri 250 manat olmaqla ümümlikdə 500 manat dəyərində « Beko» kondisionerlərinin, 1 ədəd dəyəri 50 manat olan bıçaq və balta itiləyən motorunun, restoranın onun iş otağından 1 ədəd dəyəri 2300 manat olan torpaq işlərində istifadə etmək üçün nəzərdə tutulan komlekt şəkilində olan «Nivlir» aparatının, 1 ədəd dəyəri 150 manat olan «Bocsh» markalı laqondanın, 1 ədəd dəyəri 150 manat olan «Bocsh» markalı drelin, 1 ədəd dəyəri 50 manat olan payka aparatının gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumllikdə 7.500 ( yeddi mın beş yüz ) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs3, X3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmişlər, barələrində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Valeh Nəbiyev tərəfindən xx.xx.2022-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, ibtidai istintaq zamanı prosessul pozuntulara yol verilmişdir. Buna görə də cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bununla bağlı yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, həmin cinayət işi Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşlar. xx.xx.2022-ci il tarixdə cinayət işi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, X3 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barələrində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham olunmuşdurlar. xx.xx.2022-ci il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabacadan əlbir olub bir qrup şəxs halında 08 iyul 2022-ci il tarixdən 10 iyul 2022-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən olunması mümkün olmayan ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolda yerləşən “Karvan Yolu” adlı restoranın uzun müddətdir fəaliyyət göstərməməsindən və mühafızə xidmətinin olmamasından istifadə edərək dəmir barmaqlıqlı giriş qapısım açdıqdan sonra restoranın həyətinə qanunsuz daxil olaraq restoranm iimumi dəhlizin plasmas giriş qapısım açaraq binaya qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus mətbəxdə olan 4 ədəd soyuducularının arxa hissələrində yerləşən hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 600 manat olan mühərriklərinin, 2 ədəd samovar hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 140 manat, 5 ədəd dəm çayniklər hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 50 manat, 2 ədəd qəfədan hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat, 100 ədəd böyük yemək üçün qaşıqlar hər birinin dəyəri 1 manat olmaqla ümumilikdə 100 manat, 100 ədəd çəngəl hər birinin dəyəri 1 manat olmaqla 100 manat, 3 ədəd qazan hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 75 manat və 1 ədəd dəyəri 30 manat olan kabab manqalını işə salmaq üçün nəzərdə tutulan feninin, 1 ədəd kombi aparatımn yerində olmaqla sökülmüş və yararsız vəziyyətə salaraq 1235 manat və 1 ədəd su qızdıcının yerində olmaqla sökülmüş yararsız vəziyyətə salaraq 120 manat, 1 ədəd dəyəri 150 manat olan plasmas zibil yeşiyinin, həmin yeşiyin yamnda olan 2 ədəd «3x250» ölçülü hər birinin dəyəri 350 manat olmaqla, ümumilikdə 700 manat olan plasmas pəncərənin, 1 ədəd «180x180» ölçülü dəyəri 200 manat olan aliminumum pəncərəsinin, 3 ədəd hər birinin dəyəri 150 manat olmaqla iimumlikdə 450 manat olan su nizamalayıcı cihazlarınm, restoranın saxlanc otağmdan 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində su nosaslarımn, 2 ədəd hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində « Beko» kodisonerlərinin, 1 ədəd dəyəri 50 manat olan bıçaq və balta itiləyən matorunun, restoranın iş otağmdan 1 ədəd dəyəri 2300 manat olan torpaq işlərində istifadə etmək üçün nəzərdə tutulan komlekt şəklində olan «Nivlir» aparatımn, 1 ədəd dəyəri 150 manat olan «Bosh» markalı laqondanın, 1 ədəd dəyəri 150 manat olan «Bosh» markalı direlin, 1 ədəd dəyəri 50 manat olan payka aparatının gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7.500 ( yeddi min beş yüz ) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmənin hazırlıq iclası keçirilən vaxtadək cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, CPM-nin 284.1.1-ci maddəsinin tələbinə əsasən ibtidai istintaqm qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafıəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələbinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafıəçiyə isə onların xahişindən asılı olmayaraq şərait yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işinin 03 cilddən ibarət materialları ilə xx.xx.2022-ci il tarixdə saat 18:40-dan 20:50-dək tanış olmuş, protokolun vəsatətlərə dair qeydlər hissəsində heç bir şikayəti və vəsatəti olmadığını qeyd etməklə protokolu imza etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə protokolda qeyd edilən xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə tamş olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında Zərərçəkmiş şəxs istifadəsində olan telefon damşıqların dair məlumatlar əldə edilərək iş materialına əlavə edilmişdir. Zərərçəkmiş şəxs sərhədkeçmə hesabatından görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adma X7 Türkiyə Respublikasına getmiş,xx.xx.2022-ci il tarixdə, saat 17:08-də X10 Məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Həmçinin, telefon danışıq məlumatlarına dair çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:19-da Heydər Əliyev adına X13 ərazisində olmuşdur. Beləliklə, təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-in İstintaq Şöbəsində olmamış və cinayət işinin materialları ilə xx.xx.2022-ci il tarixdə tanış olmamışdır. Göründüyü kimi istintaq orqanı tərəfindən zərəçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olma imkanının yaradılmasma dair CPM-nin 284-cü maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288 və 296.3.1-ci maddəsinin tələblərinin pozulması cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılaması üçün əsasdır.Buna görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılmasma CPM-nin 303.3.8-ci maddəsinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edəsiniz. İş üzrə məhkəməyədək istintaq aparmış Yasamal RPİ-in İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar çıxararaq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərə çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o xx.xx.2022-ci il tarixdə iş materialları ilə tanış olmamışdır. İttiham aktı ilə ilk tanışlığı xx.xx.2023-cü il tarixdə Yasamal rayon məhkəməsinin iclas zalında olub. Onu Yasamal RPİ İŞ-nin müstəntiqi Valeh Nəbiyev tərəfindən tərtib edilmiş protokolu xx.xx.2022-ci il tarixdə oxumadan imzalatmışdır. Sənədi imzalamamışdan əvvəl öz iradını bildirmişdir. Müstəntiqə ona bildirmişdir ki, bütün iradlar cinayət işində öz əksini tapmışdır. xx.xx.2023cü il tarixdə məhkəmə iclas zalında ittiham aktı ona təqdim olunduqdan sonra bildirmişdir ki, oğurllanmış 12500 manat əmlakdan cəmi 7500 manat dəymiş ziyan barədə giriş qapısını qıraraq restoranın həyətinə salınmış avtomobil haqqında heç bir məlumat qeyd edilməmişdir. Həmçinin müstəntiq onu iş materialları ilə tanış olmadağa da şərait yaratmamışdır, tələm-tələsik protokolu oxumadan imzalatmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ümumiyyətlə Yasamal RPİ İŞ-də olmamışdır. Həmin günü o Türkiyədən Azərbaycana təyyarə ilə gəlmiş və saat 17 radələrində H.Əliyev adına X13nda olmuşdur, ordan da taksi ilə evlərinə getmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə müstəntiqin yanında olmuş və müstəntiq ona sənədləri oxutmadan qol çəkdirmişdir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri və təqsirləndirilən şəxslər hər biri ayrıayrılıqda bildirdilər ki, dövlət ittihamçısının vəsatəti ilə razıdırlar, işşin ibtidai istintaqa qaytarılmasına etiraz etmirlər. Məhkəmə iclasında iştirak etmiş müstəntiq Valeh Nəbiyev bildirmişdir ki, zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə məhz xx.xx.2022-ci il tarixdə saat 18:40 – 20:50 aralığında tanış etmişdir və həmin vaxtı protokolu imzalatmışdır. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair CPM-nin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarındakı zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetmə protokoluna əsasən, zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 – 20:50 aralığında cinayət işinin materialları ilə Yasamal RPİ İŞ xidməti otağında tanış edilmiş və həmin vaxtı protokol imzalanmışdır. Lakin həm zərərçəkmiş şəxsin məhkəməyə bildirdikləri, həm də məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə telefon əlaqəsi və antenn dairəsi məlumatları əldə edilmiş, həmin məlumatlara əsasən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla xx.xx.2022-ci il tarixdə saat 17:39-da H.Əliyev adına X13nda olmuş, 18:09 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində olmuş, 18:31-də Yeni Yasamal ərazisində olmuşdur. Valeh Nəbiyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla V.Nəbiyev xx.xx.2022-ci il tarixdə antenn dairəsi 14:05-də Abşeron rayonu Gənclər şəhərciyində, 17:13-18:45-18:51-20:26-20:45-21:09 radələrinə qədər Daimi olaraq Saray qəsəbəsində olmuşdur. Bununla da müəyyən edilir ki, müstəntiq ümumiyyətlə xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetmə protokolunda göstərilən 18:40 – 20:50 radələrində ümumiyyətlə Yasamal RPİ İŞ xidməti otağında olmamışdır. Bununla da həm zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetmə yə dair xx.xx.2022-ci il tarixli protokol formal olaraq tərtib edilmiş, həm də müstəntiq yalan danışaraq ümumiyyətlə həmin tarixdə və saatda Yasamal RPİ İŞ xidməti otağında olmadığı və zərərçəkmişi tanış etmədiyi müəyyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. CPM-nin 286.5-ci maddəsinə əsasən protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Bununla da cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış edilməmiş, formal olaraq zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair protokol tərtib edilmişdir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsindəki həbs qətimkan tədbirinin müddətim xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə X1 barəsindəki həbs qətimkan tədbirinin müddətim xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə X4 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq “həbs” qətimkan tədbirinin müddətinin bitməsinə 07 gündən az vaxt qalır. Ona görə də məhkəmə hesab edir ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılanda həbsdə saxlama müddəti bitdiyi üçün həmin müddət uzadılmalıdır. Məhkəmə sadalanan nöqsanların aradan qaldırılması üçün, həmçinin qarşıdan “Novruz” bayramı ilə əlaqədar qeyri iş günlərinin olması, bundan əlavə sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra, cinayət işinin məhkəməyə göndərilməsi üçün CPM-nin 292.1-1-ci maddəsindəki müddətin təmin edilməsi də lazım olduğundan, məhkəmə həbsdə saxlama mddətinin xx.xx.2023-cü il tarixədək müəyyən edilməsini mümkün hesab edir. CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, X1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1, X1 və Təqsirləndirilən şəxs3 hər biri barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılsın. Qərarın bu hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar