Məhkəmə qərarları › İş №1(004)-148/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-148/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-148/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka“ adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,728 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 08:40 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Həmidov küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzaibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli, üzərində “addidas” sözləri yazılmış idman şalvarının sağ cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,728 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o bir müddətdir ki, narkotik vasitədən istifadə edir və sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə istifadə etmişdir. 07 sentyabr 2022-ci il tаriхdə ünvan 3 ünvanın qarşısında olan zaman 2 nəfər mülki gеyimli şəхs ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 29-cu PŞ-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 29-ci PŞ-nin binasında olan otaqlardan birinə gətirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona narkotik maddə olan heroin verərək və zor tətbiq edərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli idman şalvarının sağ cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd qızılı rəngli kağıza bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində narkotik maddə olan heroin var, həmin narkotik maddəni həmin gün yəni 07 senytabr 2022-ci il tarixdə “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi narkotik maddəni zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında videoçəkilişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə olan şəxs odur və polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə olan herion özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və daşınması ilə məşğul olması bağlı şöbəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 07 sentyabr 2022-ci il tarixdə, saat təxminən 08:40 radələrində cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında dayanan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O, da onların təklifilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli, üzərində “addidas” sözləri yazılmış idman şalvarının sağ cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təhqiqatçıya təqdim etmiş, həmin bükülü açılmış və içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün “Şamaxinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tədbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 digər şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:40-da Bakı şəhəri, Yasamal rayonu, M.Həmidov küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq Yasarfıal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 10:10-da “Xioami” markalı mobil telefon vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki əynindəki qara rəngli, üzərində “addidas” sözləri yazılmış idman şalvarının sağ dibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heıoinə oxşar maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək butun iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron maqnit daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (i.v. 37-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 07 sentyabr 2022-ci il tarixli 6/4865 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 169” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən... ” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,728 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 46-50) “Maddi sübut kimi tanınması haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0.728 qram olan, ekspertiza tədqiqatına 0.05 qram sərf edildikdən sonra qalıq qalmış 0.678 qram çəkidə narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutlarının saxlanması otağına təhvil verilmişdir. “Diskə baxış keçirilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı polkovnik-leytenantı X4, həmin Polis Şöbəsinin Cinayət axtarışı üzə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis leytenantı Şahid2, Müdafiəçi1 iştirakları ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 10:10-da şəxsi axtarışın aparılacağını elan edir. İstintaq hərəkətinin ‘‘Xioami’’ markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirir, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruculduqda Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. X6 şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs şaxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunur. Təqsirləndirilən şəxs özu barədə anket məlumatlarını bildirir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli üzərinə «addidas» yazılmış idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümündə bukulunü təqdim edərək masanın üzərin qoyması, təhqiqatçısı Rahid Xanlarov tərəfindən həmin bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar olunur, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu bildirməsi, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində radələrində Bakı şəhəri Yasamal: rayonu Şamaxinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini, satmaq niyəti olmadığını, həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanının saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-yə gətirildiyini bildirir. X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, X7 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağız bükülü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ zərfin içərisinə yerləşdirməklə qablaşdırılması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN “nin Zərflər üçün 169 nömrəli” möhürlə möhurlənməsi, qablaşdırılmış zərfin üzərinə Təqsirləndirilən şəxs, Müdafiəçi1, polis əməkdaşları və X7 tərəfindən imzalanması, daha sonra X7 içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini, aparılan hərəkətlərin protokollaşdırılacağını, videoçəkiliş diskə köçürülərək materiala əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (i.v. 89-90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair 22 noyabr 2022-ci il tarixli 7067 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 97-98) “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (i.v. 143-152) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmişdir. o, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin qəbul edir. Hər dəfə narkotik vasitələri ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Belə ki, tutulmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yaşayış sahəsində tanımadığı, yəni adını və anket məlumatlarını bilmədiyi narkotik vasitə satan bir nəfər kişi cinsli şəxsə 10 manat ödəyərək öz istifadəsi üçün bir ədəd qızılı rəngli kağız materiala bükülmüş «kokos» adlanan toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroini almışdır. Həmin narkotik maddəni qızılı rəngli olan kağız materiala bükülmüş vəziyyətdə əynindəki qara rəngli, üzərində "addidas” sözləri yazılmış idman şalvarının sağ cibində saxlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 08:40-da Bakı şəhəri, Yasamal rayonu, M.Həmidov küçəsi, ev 14 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini Yasamal Rayon Polis İdarəsinin 29-cu Poliş şöbəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Daha sonra Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Rahid Xanlarov olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizə də yazıb imzalamışdır. Bununla bağlı həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri Mərkəz Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və ona təqdim olunan həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Müdafiəçi1 gəldiyi üçün təhqiqatçı tərəfindən ona təqdim edilmiş və o da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə X7 onu və vəkil Müdafiəçi1, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Müdafiəçi1 iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə X7 videoçəkiliş aparılmaqla onun üstünə şəxsi axtarış keçirilməsinə başlayarkən, onun üstündə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış etmiş və ona paltarımda, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, onda könüllü çıxarıb təqdim etməyi təklif etmişdir. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki qara rəngli, üzərində “addidas” sözləri yazılmış idman şalvarının sağ cibindən bir ədəd qızılı rəngli kağız materiala bükülmüş, toz şəkilli qəhvəyi rəngli olan narkotik vasitə olan heroini təqdim edərək «kokos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddənı xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki qara rəngli idman şalvarın sağ cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, 08:40-da yaşadığı ünvan 7 ünvanının qarşısında durduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Daha sonra isə X7a təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükümü açaraq içərisində toz şəkilli,qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması aşkar etmişdir. Bundan sonra X7 onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Ondan aşkar olunmuş həmin bükümlər içindəki narkotik vasitə və psixotrop maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir.. Həmçinin X7, onun və vəkili Müdafiəçi1, eləcə də orada iştirak edən 2 nəfər polis əməkdaşının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və narkotik vasitəninin ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı narkotik vasitəni satmaq niyyətində olmamışdır. Üstündən aşkar olunmuş narkotik vasitəni bədənində ağrılar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvarının cibində daşımışdır ki, ağrı başladıqda onu istifadə edə bilsin.Həmin narkotik vasitəni ona satmış şəxsin anket məlumatları, iş və yaşayış yeri və ya telefon nömrəsi haqqında məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə göstərilən bir ədəd kağız bükümündə narkotik vasitəni yanında başqa bir şəxs olmamışdır. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı həmin narkotik vasitənin qalıqları hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır, yuxarıda göstərilən qaydada Yasamal RPİ-nin 29-cu PŞ-nın inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı tərəfindən X7a təhvil verilmişdir. (i.v. 69-71) 05 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə dedikləri öz təsdiqini tapmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0. 728 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:40-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 79-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 115-116) Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v. 118) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 4(004)- 994/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 131) “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 132-134) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022ci il tarixədək 02 (iki) gün və 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.678 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün və 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.678 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar