Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-148/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Pizza-mizza” restoranında ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Yasamal rayonu Asan-3 xidmətinin yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş Xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00 dəqiqədə ünvan 3 ünvanda Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında təxminən saat 13:00 radələrində özünün şəxsiyyət vəsiqəsini dəyişdirmək məqsədi ilə Yasamal rayonunun A.Şərifzadə küçəsində yerləşən Asan xidmətin inzibati binasında olmuşdur, orada işləri bitdikdən sonra təxminən saat 16 radələrində xidmətin binasından çıxaraq yaxınlıqdakı avtobus dayanacağına getmişdir, orada ona bir nəfər tanımadığı şəxs yaxınlaşaraq ondan siqaret istəmişdir bununla bağlı aralarında qısa dialoq baş vermişdir, bu zaman içərisində iki nəfər şəxs olan AP seriyalı 976 nömrəli avtomobil onların yanında saxlayaraq həmin tanımadığı şəxsi yanlarına çağırmışlar, həmin şəxsdən onu tanıyıb tanımadığını soruşmuşlar, sonra onun özünü avtomobilə yaxınlaşmasını bildirmişlər, o, həmin avtomobilə yaxınlaşanda adlarını sonradan öyrəndiyi Anar və İlqar adlı iki polis əməkdaşlarını görmüşdür, həmin şəxslər ondan bir az bundan əvvəl onunla söhbət edən şəxsi tanıyıb tanımadığını, ona yaxınlaşan şəxsin «bariqa» olduğunu, narkotik istifadəçi olub olamadığını və üzərində telefonunun olub olmamasını soruşmuşlar, o, üzərindəki telefonu çıxarıb onlara vermişdir, həmin polislər ona avtomobilə əyləşməyi əmr etmişlər və o İlqar adlı əməkdaşla avtomobilin arxa oturacağına əyləşdikdən sonra onun üzərini axtarmışlar lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Anar adlı şəxs avtomobilin bardaçokunu açaraq orada olan salafan bükümdə olan əşyanı göstərib ona “bax a bu sənin ola bilər” sözünü işlətmişdir və ona psixoloji təsir göstərmişdir. Bundan sonra polis əməkdaşları onu birbaşa polis idarəsinə deyil əvvəlcə A.Şərifzadə küçəsində “Bravo” marketlə üzbə-üz yerləşən Narkoloji dispanserə aparmışlar orada sidik analizi vermişdir analizin nəticəsi məlum olduqdan sonra onu polis idarəsinə aparmışlar, idarədə ilk əvvəl Etibar adlı polis əməkdaşının otağına aparılmış, orada Anar adlı polis əməkdaşı ona psixoloji təsir göstəmişdir, ona təziq etmişdir, ona verəcəyii narkotik vasitənin çəkiliş zamanı özünə aid olmasını bildirməsən “sənin kişiliyinə toxunacayıq” sözlərini demişdir. Bildirmişdir ki, “qorxma sənə köməklik gstərəcəm inzibatiylə sənədləşdirib buraxacayıq” demişdir. Sonradan Anarın otağına aparmışlar orada həmin şəxs sağ çiyninin arxasında yerləşən seyfin içindən “ağ mat” rəngli karobkanın içərisindən büküm düzəldib ona narkotik vasitə təqdim etmiş və bildirmişdir ki, narahat olma sənə koməklik edəcəyik inzibati ilə sənədləşdirəcəyik. O, əvvəllər məhkum olunmadığından, həmin vaxt psixoloji təsir altında olduğundan ona polis əməkdaşlarının etdikləri təkliflə razılaşmış və video çəkiliş zamanı ona verilmiş bükümü polis əməkdaşlarına təqdim etmişdir. O, hazırda məhkəmə iclasında həqiqəti söyləyir, tutulduqdan dərhal sonra ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini təzyiq və təsir altında verdiyi üçün ondan imtina edir, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onu saxlayan şəxslər Anar İbrahimov və Şahid2 olmuşlar, istintaq sənədlərində onu saxlayan şəxslərdən biri kimi göstərilən Şahid1 həmin gün həmin yerdə olmamışdır, Hüseyn adlı polis əməkdaşını o, Yasamal rayon Polis idarəsinə gətirilməsindən sonra orada görmüşdür və video çəkilişdə də A.İbrahimov deyil Şahid1 iştirak etmişdir. Eyni zamanda bildirmişdir ki, onun üzərinə baxış keçirilməsi istintaq sənədlərində göstərilən kimi yəni o, tutulduqdan qısa müddət sonra 18:25 də deyil təxminən gecə saat 11:00 radələrində baş vermişdir, saxlandığından saat təxminən 22:00 kimi vəkil qismində ona təyin edilmiş şəxs orada olmamışdır, vəkil gecə saatlarında polis idarəsinə gəlib çıxmışdır yalnız bundan sonra çəkiliş aparılmışdır və o, polis əməkdaşlarının dediyi kimi kamera qarşısında Anar adlı polis əməkdaşının ona verdiyi matamfetaminin ona məxsus olmasını bildirmişdir. Bundan sonra onu Yasamal Rayon polis idarəsinin MSY-nə yeri aparmışlar, oradan Yasamal rayon prokurorunun müavininin yanına aparmışlar həmin şəxs isə onu sərbəst buraxmışdır. Bu hadisədən bir neçə gün sonra istintaq orqanı tərəfindən ona təyin edilmiş vəkildən imtina etmişdir və valideyni tərəfindən ona müqavilə üzrə vəkil tutulmuşdur. Bir daha bildirir ki, onun üzərində psixotrop maddə olmamışdır, istintaqın ilkin dövründə norkotik vasitənin özünə aid olmasını bildirməsinə səbəb Anar adlı polis əməkdaşının “əgər narkotik vasitənin sənə aid olmasını bildirməsən daha artıq çəkidə narkotiklə yüklənəcəksən, səni ən pis formada alçaldacağıq və heç bir vaxt mən kişiyəm deyə bilməyəcəksən” deməsi ilə ona psixoloji təsir etməsi olmuşdur. O əvvəllər məhkum olmadığı üçün qorxmuş və məcbur olub psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Saxlanılan zaman üzərində ***-***-**-** nömrə olan mobil telefon olmuşdur. Eyni zamanda bildirmişdir ki, onu tutduqdan dərhal sonra Narkoloji despanserə aparmışlar həmin inzibati binaya daxil olduqdan sonra üçünçü otaqdan sol tərəfə aparmışlar həkimlər polis əməkdaşlarına gətirilmiş şəxsin qərarsız olduğu bildirmişlər lakin Anar onlara bildirmişdir ki, “narahat olmayın düzələr” bundan sonra həkimlər ona sidik analizi verməli olmasını bildirmişlər və o, yaxınlıqdaki tualetə keçərək orada sidik analizi vermişdir, həmin vaxt yanında heç kim olmamışdır, əgər üzərində psixotrop maddə olmuş belə olsa idi həmin maddəni narkoloji mərkəzdə tualetə atmaq imkanı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 22b mənzil 169-da yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə onun özü və Yasamal RPİ NMB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı və 12 iyun 2024-cü il tarixdə saat 16:30-dan saat 17:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyataxtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 17:00-da Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində şüşə adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni bu gün “Asan-3” xidmətinin yanından üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olarq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri həqiqətə uyğun deyildir, onun tutulmasında Anar İbrahimov deyil bilavasitə özü və Şahid2 iştirak etmişdir, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra Narkoloji despanserə aparılmamışdır, dərhal istintaq hərəkətinin aparılması üçün polis idarəsinə aparılmışdır, ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Eyni zamanda məhkəmənin sörğusu əsasında əldə olunmuş anten mlumatına əsasən özünün 12 iyun 2024-cü il tarixdə saat 16:30-dan 17:00 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında olmaması ilə əlaqədar ona verilmiş suala tutarlı cavab verə bilməmişdir, “yəgin mobil telefonum üzərimdə olmamışdır” kimi qeyri müəyyən şəkildə cavab vermişdir. Məhkəmə istnintaqı zamanı Şahid1 fadə verdikdən sonra Təqsirləndirilən şəxs onun üzünə qarşı bir daha bildirmişdir ki, onun tutulmasında Şahid1 iştirak etməmişdir, o həmin vaxt orada olmamışdır şahidi o, yalnız polis idarəsinin binasına gətirildikdən sonra orada görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Yasamal RPİnin NMB-də kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyun 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 22b mənzil 169-da yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə onun özü və Yasamal RPİ NMB-nin əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradıldı və 12 iyun 2024cü il tarixdə saat 16:30-dan saat 17:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 17:00-da Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində şüşə adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni bu gün “Asan-3” xidmətinin yanından üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olarq Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qarşı hər hansı bir psixoloji təsir göstərilməsinin, ona psixotrop maddənin verilməsinin şahidi olmamışdır, təqsirləndirilən şəxsin saxlanılmasında Anar İbrahimovla deyil Şahid1 ilə birgə olmuşdur, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Narkoloji dispanserə aparılmamışdır, saxlanılıdıqdan dərhal sonra birbaşa polis idarəsinə aparılmışdır. Məhkəmə istnintaqı zamanı Şahid2 fadə verdikdən sonra Təqsirləndirilən şəxs onun üzünə qarşı bir daha bildirmişdir ki, onun hazırda məhkəməyə bildirdikləri həqiqətə uyğun deyildir onun tutulmasında o, özü və Anar İbrahimov iştirak etmişdir, Şahid1 orada olmamışdır, tutulduqdan dərhal sonra polis idarəsinə deyil əvvəl Narkoloji dispanserə aparılmışdır, polis idarsində psiotrop maddəni ona Anar İbrahimov vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş Anar İbrahimov bildirmişdir ki, o Yasamal rayon Polis idarəsinin NMB-nin rəisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs saxlanılmasında o iştirak etməmişdir, həmin əməliyyatda rəhbərlik etdiyi bölmənin iki əməkdaşı Şahid1 və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs o, yalnz təhqiqtçı tərəfindən zəruri sənədləşdirmə aparıldıqdan sonra öz otağında qəbul etmişdir və o, bildirmişdir ki, üzərində aşkar olunmuş psixotrop maddə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində onun barədə bildirdikləri həqiqətə uyğun deyildir, ona heç bir psixoloji təsir göstərməmişdir, psixotrop madə verməmişdir, onun tutulmasında iştirak etməmişdir, Təqsirləndirilən şəxs tutulmasından sonra ilk əvvəl Narkoloji dispanserə sonradan isə polis idaərəsinə gətirilməsi halı baş verməmişdir, adətən üzərindən narkotik vasitə aşkar olunmayan şəxsi narkotik istifadəçisi olubolmamasını müəyyən etmək üçün dispanserə aparıldığını bildirmişdir. Məhkəmə istnintaqı zamanı şahid A.İbrahimov fadə verdikdən sonra Təqsirləndirilən şəxs onun üzünə qarşı bir daha bildirmişdir ki, onun hazırda məhkəməyə bildirdikləri həqiqətə uyğun deyildir onun tutulmasında bilavasitə o, özü iştirak etmişdir, tutulduqdan sonra şahid özü onu Narkoloji dispanserə aparmışdır, polis idarəsində psixotrop maddəni ona hazırkı məhkəmə prosesində ifadə verən şahid vermişdir, onu təhqir etmişdir, ləyaqətini alçaldan sözlər demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 13 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V 01) İş materiallrında olan 12 iyun 2024-cü tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq 17:15-də Yasamal RPİ-ə gətirilmişdr. (İ/V. 11) “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuşdur. (İ/V 23). “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində 18:00-da Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Nofəl Əhmədovun iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs tutulduğu vaxt onun azadlıının məhddlaşdırıldığı vaxtdan yəni xx.xx.2024-cü il saat 17:00 dəqiqədən tutulmuş hesab edilir. (İ/V.26). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyun 2024-cü tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli olan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması və həmin qərarla Təqsirləndirilən şəxs tanış edilməsi qərara alınmışdır. (İ/V. 36). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyun 2024-cü tarixli protokoldan görünür ki, Rəhimov X5 RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17:00-da Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir, onun üzərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Yasamal PRİ-nin inzibati binasında Yasamal RPİ-nin təhqiqatçısı X3 xidməti otağında video çəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış 18:25 dəqiqədə başlanmış və 18:50-dəqiqədə qurtarmışdır. Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş video görüntülərə baxış keçirilmiş və baxış zamanı 12 iyun 2024-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçi tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmiş, 2 aydır ki,bu maddədən istifadə etdiyini, həmin maddəni bu gün adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Həmin video görüntüyə baxış zamanı həmçinin müəyyən olunur ki, həmin istintaq hərəkətinin aparılmasında Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçı Orxan Əliyev, müdafiəçi Nofəl Əhmədov, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, həmin bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 iştirak etmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2024-cü il tarixli 6/3244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (metamfetaminin təmiz çəkisi - 0,462 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,412 qram). (İ/V. 43-46). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 verdiyi xx.xx.2024-cü il tarixli 6354 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. (İ/V. 114-115). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. (İ/V. 81-82). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 67-69). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 70). İş materiallarında olan 5057 saylı xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, istintaq orqanı tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs təyin edilmiş vəkil Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili X4 olmuşdur. (İ/V 19). İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahat və sübhəli şəxsin dindirmə protokolundakı ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək etirafedici ifadə vermişdir. (İ/V 38, 53). İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili X4 tərəfindən hüqauqlarının müdafiə edilməsindən imtina etmişdir. (İ/V 87). İş materiallarında olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona AR CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, ona verilən itihamla razı olmadığını bildirərək ifadəsində bildirmişdir ki, 1-2 dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir, xx.xx.2024-cü il tarixdə saat təxmnən 16 radələrində Mirzə Mehdiyev küçəsi 102 ünvanından keçərkən əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb ondan siqaret istəmiş, O, siqaretinin olmadığını bildirmiş, bundan sonra tanımadığı 2 nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını,ona yaxınlaşan şəxsin «bariqa» olduğunu, həmin şəxsin yanında olduğuna görə onun guya həmin şəxsdən narkotik vasitə əldə etmək istədiyini və buna görə də onu Yasamal RPİ-ə gətirmişlər, orada Anar adlı polis əməkdaşı seyfindən 4 büküm toz şəkilli nəsə çıxarıb stolun üstünə qoyaraq narkotik vasitənin ona məxsus olması barədə video çəkiliş zamanı etiraf etməsini, əks halda onu kişilikdən məhrum edəcəklərini bildirmiş, ona görə vahimə içərisində olduğuna görə video çəkiliş zamanı narkotik vasitənin ona məxsus olması barədə etiraf etdiyini bildirmiş, ilkin ifadəsinndən imtina etdiyini, həmin ifadəsinin həqiqətə uyğun olmadığını, üzərində psixotrop maddə olmadığını bildirmişdir. (İ/V 91). İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 16294 saylı məktuba qoşma olan 1 ədəd CD diskə keçirilmiş baxış zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinin anten məlumatları saat 16:46:32-də Yasamal rayonu A.M.Şərifzadə küçəsində qeydə alınmışdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi”nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yasamal rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsi tərəfindən gətirilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BŞNM-də müayinədən keçirilmiş və müayinənin nəticəsi 4694 saylı aktda qeyd olunmuşdur. “Bakı Şəhər Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli 4694 saylı aktdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də bioloji material sidik analizi götürülmüş, saat 17:25-ə kimi ekspres test üsulu ilə müayinə aparılmışdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Bakcell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan anten məlumatdan görünür ki, Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Təqsirləndirilən şəxs tutulduğu gün yəni xx.xx.2024-cü il tarixdə cinayət işinin materiallarında olan sənədlərdə və ifadəsində göstərildiyi kimi saat 16:30-dan 17:00-dək təqsirləndirilən şəxsin saxlanıldığı (tutulduğu) Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında olmamışdır. Belə ki, sözügedən tarixdə və vaxtda yəni xx.xx.2024 16:29:28LBBK5713O2/LBBK5713 Grand Hayat out//Nasimi/ (40.394xx/xx.81498) əzrazisində olmaqla hadisə baş vermiş yerdən 3.3 km aralıda olan məsafədə olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Bakcell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan anten məlumatdan görünür ki, Yasamal RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyən Anar İbrahimov Təqsirləndirilən şəxs tutulduğu gün yəni xx.xx.2024-cü il tarixdə ifadəsində göstərildiyi halların əksinə olaraq saat 16:00-dan 17:00-dək təqsirləndirilən şəxsin saxlanıldığı ünvan 8 ünvanında yerləşən “Asan” Xidmətin 3 saylı filialının yaxınlığında olmuşdur. Belə ki, sözügedən tarixdə və vaxtda yəni xx.xx.2024 16:04:11 LBBK1877O1/LBBK1877 ORXNMRT//Yasamal/ (40.37xx/xx.8042) əzrazisində yəni həmin binanın yerləşdiyi yerin 44 metr məsafəsində, 16:35:16-da isə LBBK5950O6/LBBK5950 Yasamal Belediyye//Yasamal/ (40.383xx/xx.80501) həmin binanın yerləşdiyi yerin 500 metrlik məsafədə olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 5 may 2025-ci il tarixli Azarcell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan anten məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:37 dəqiqədən 17:10 dəqiqəyədək ünvan 8 ünvanında yerləşən “Asan” Xidmətin 3 saylı filialının 500-700 metrə məsafəsində olmuşdur. Belə ki, həmin məlumatlar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:56 dəqiqədən 17:33 dəqiqəyədək Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Bakcell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan anten məlumatdan görünür ki, təqsirləndirilən şəxsin vəkili Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X4 xx.xx.2024-cü il tarixdə 15:44 dəqiqədən 18:10 dəqiqəyədək Bakı şəhəri Yasamal rayonunun ərazisində olmamışdır, həmin vaxt o, LBBK5443O6/LBBK5443 8km-İdman //Nizami/ (40.410xx/xx.93731) Bakı şəhərinin Nizami rayonunun ərazisində olmuş, 18:35 dəqiqədən 21:16 dəqiqəyədək isə Bakı şəhərinin Səbail rayonunun ərazisində olmuşdur, həmin vaxtdan sonra isə şəxsin Yasamal rayonunun ərzisində olması müəyyən edilir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs özünün təqsirsizliyi ilə bağlı ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsini, həm də məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, anten məlumatları ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi xüsusatlar, gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün təqsirsizliyi ilə əlaqədar gətirmiş olduğu dəlillər, o, cümlədən hadisənin baş vermə vaxtından yəni onun polis əməkdaışları tərəfindən hansı şəraitdə saxlanılmasından, hansı polis əməkdaşları tərəfindən saxlanılmasından, tutulduqdan dərhal sonra “Bakı Şəhər Narkoloji Mərkəzinə” aparılması və sonradan polis idərəsinə aparılması, orada olarkən Anar adlı polis əməkdaşının öz otağında olan seyfdən narkotik vasitəni çıxarıb ona təqdim etməsi, onu təhqir etməsi, hədə qorxu gəlməsi və.s əlaqədar Təqsirləndirilən şəxs tərəfindən hələ ibtidai istintaq aparılan zaman bildirilsə də sadalanan hallarla bağlı istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamışdır. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə, habelə təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin araşdırılması istiqamətində müvafiq məhkəmə istintaqı aparılmışdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir psixotrop maddə olmadığını, həmin maddənin ona sonradan verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq etsələr də, məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin şahidlərin ifadələrini mübahisələndirərək təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə, məhkəmə istintaqı zamanı əldə olunmuş sübutlarla müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirsizliyinə dair gətirdiyi dəlillər ətraflı araşdırılmalı, əldə edilmiş sübutlar əsasında irəli sürülmüş ittihamın təsdiq edilib edilməməsinə, şəxsin təqsirli olubolmamasına, cinayət işinin materiallarında olan ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliliyinə, əsaslılığına və inandırıcılığına qiymət verilməlidir. Belə olan halda qeyd edilməlidir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Yasamal rayon Polis idarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 məruzə edərək bildirir ki, keçirilmiş əməlliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanmasında əsaslı şübhələr olan Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Yasamal rayonu Əsəd Əhmədov küçəsi 22b mənzil 169-da yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanının qarşısında saat 17:00 radələrində saxlanılaraq 17:15 radələrində Yasamal RPİ-nə gətirilmişdir. Lakin təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində olmuş ********* nömrəli mobil nömrənin anten dairəsinə dair məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli raportda qeyd olunan saatda yəni 17:15 də Yasamal rayon Polis idarəsində olması mümkün deyildir, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:56 dəqiqədən 17:33 dəqiqəyədək Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin gətirdiyi dəlillər ilə əlaqədar konkret olaraq “saxlandıqdan sonra Yasamal rayon Polis idarəsinə deyil əvvəl narkoloji dispanserə aparılması, orada analiz verdikdən və analizin cavabı çıxdıqdan sonra polis idarəsinə aparılması” ilə bağlı bildirdikləri araşdırılmış və müəyyən olunmuşdur ki, onun bu məzmunda vermiş olduğu ifadəsi həqiqətə uyğundur və mötəbər sübutla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də bioloji material - sidik analizi götürülmüş, saat 17:25ə kimi ekspres test üsulu ilə müayinə aparılmışdır. Halbuki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs həmin tarixdə 17:15 də Yasamal rayon Polis idarəsində olması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mötəbər sübut həmçinin onu deməyə əsas verir ki, ittiham tərəfinin sübutlarından hesab olunan Şahid1, Şahid2 şahid kimi həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini sübhə altına almaqla bərabər, onların ifadələrini verilmiş ittihama münasibətdə qeyri mötəbər edir. Belə ki, həmin şahidlər Təqsirləndirilən şəxs saxlandıqdan sonra Narkoloji dispnserə aparlmadığını bildirmələrinə baxmayaraq işdə olan mötəbər və təkzib olunmaz sübutlar əsasında həmin ifadələr inkar olunur. Məhkəmə qeyd edir ki, açıq aşkar olan bir halın şahidlər tərəfindən inkar edilməsi faktı baş verdiyi üçün məhkəmə həmin şahidlərin ifadələrində qeyd etdiklərini düzgün, obyektiv və həqiqi halları uyğun verilmiş ifadə kimi qəbul edə bilməz. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin gətirdiyi digər dəlillər ilə əlaqədar konkret olaraq “ona saxlayan polis əməkdaşının Şahid1 deyil Anar İbrahimov olması” ilə ilə bağlı bildirdikləri araşdırılmış və müəyyən olunmuşdur ki, onun bu məzmunda vermiş olduğu ifadəsi həqiqətə uyğundur və mötəbər sübutla öz təsdiqini tapır. Belə ki, iş materiallarında sadalanan anten məlumatlardan görünür ki: 1) təqsirləndirilən şəxsin saxlanılan zaman (məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş) A.İbrahimovun istifadəsində olmuş XXXX0085 nömrəli mobil nömrənin anten dairəsinə dair məlumata əsasən həmin şəxs Təqsirləndirilən şəxs tutulduğu gün yəni xx.xx.2024-cü il tarixdə saat 16:00-dan 17:00-dək təqsirləndirilən şəxsin saxlanıldığı ünvan 8 ünvanında yerləşən “Asan” Xidmətin 3 saylı filialının yaxınlığında olmuşdur. 2) təqsirləndirilən şəxsin saxlanılan zaman Şahid1 istifadəsində olmuş XXXX1002 nömrəli mobil nömrənin anten dairəsinə dair məlumata əsasən həmin şəxs Təqsirləndirilən şəxs tutulduğu gün yəni xx.xx.2024-cü il tarixdə saat 16:00-dan 17:00-dək təqsirləndirilən şəxsin saxlanıldığı ünvan 8 ünvanında yerləşən “Asan” Xidmətin 3 saylı filialının yaxınlığında olmamışdır. Həmin vaxt o, Grand Hayat out//Nasimi/ (40.394xx/xx.81498) əzrazisində olmaqla hadisə baş vermiş yerdən 3.3 km aralıda olan məsafədə olmuşdur. Bu təkzib olunmaz fakt onu deməyə əsas verir ki, Şahid1 ifadəsində qeyd etdiyi hallar yəni “12 iyun 2024-cü il tarixdə saat 16:30-dan saat 17:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirimişdir. Həmin günü saat 17:00-da Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 30 ünvanında Təqsirləndirilən şəxs tərəfindən saxlanılmışdır” kimi məzmunda ifadəsi həqiqəti əks etdirmir, şübhəlidir və ona görə də şahidin verilmiş ittihamla bağlı bildirdiyi digər hallara dair qeyd etdikləri xüsusatlar da mötəbər, əsaslı, həqiqi hesab edilə bilinməz. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin gətirdiyi digər dəlillər ilə əlaqədar konkret olaraq “polis idarəsinə gətirildikdən uzun müddət üzərinə baxış keçirilməsi və ona təyin olunmuş vəkilin protokolda qeyd edilən kimi saat 18:00 da polis idarəsində olmaması, təxminən 22:00 radələrində gəldikdən sonra video çəklişin aparıldığı” ilə ilə bağlı bildirdikləri araşdırılmış və müəyyən olunmuşdur ki, onun bu məzmunda vermiş olduğu ifadəsi həqiqətə uyğundur və mötəbər sübutla öz təsdiqini tapır. Belə ki, iş materiallarında sadalanan anten məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin vəkili olmuş Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X2 istifadəsində olmuş XXXX5150 nömrəli mobil nömrənin anten dairəsinə dair məlumata əsasən həmin şəxs xx.xx.2024-cü il tarixdə 15:44 dəqiqədən 18:10 dəqiqəyədək umumiyyətlə Bakı şəhəri Yasamal rayonunun ərazisində olmamışdır, həmin vaxt o, LBBK5443O6/LBBK5443 8km- İdman //Nizami/ (40.410xx/xx.93731) Bakı şəhərinin Nizami rayonunun ərazisində olmuş, 18:35 dəqiqədən 21:16 dəqiqəyədək isə Bakı şəhərinin Səbail rayonunun ərazisində olmuşdur, həmin vaxtdan sonra isə şəxsin Yasamal rayonunun ərzisində olması müəyyən edilir. Başqa sözlə desək qeyd edilən vaxtda vəkil həmin yerdə olmamışdır, prosessual sənədlər formal olaraq tərtib edilmişdir. Digər tərəfdən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkətinin protokolda qeyd edilən saatda yəni 18:25-də aparılması öz təsdiqini tapmadığından, həmin hərəkətin əslində tutulduqdan dörd saat sonra aparıldığından (anten məlumatına əsasən vəkil Yasamal rayonunun ərzisində sat 21:00 dan sonra olmuşdur) həmin vaxt tərtib edilmiş sənədlər və video görüntü Təqsirləndirilən şəxs qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi yuxarıdakı dəlillərin öz təsdiqini tapması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs saxlanılmasından dərhal sonra onun müdafiəçisi N.Əhmədovun iştirakı ilə aparılmış kimi göstərilmiş (əslində müdafiəçinin Yasamal rayonunun ərazisində olmaması səbəbinən həmin istintaq hərəkətlərini həmin vaxtda həyata keçirilməsi mümkünsüz olmuşdur) cinayət işinin materiallarında olan bir sıra prosessual hərəkətlərə dair sənədlər xüsusən “müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi protokolu”, “şübhəli şəxsin tutulması protokolu”, “şəxsi axtarış və götürmə aprılması protokolu” və sairələr ciddi prosessual pozuntu ilə müşaiyət edilməsi ilə bərabər məzmununa görə işin həqiqi hallarını əks etdirmir, inandırıcı deyildir, şübhəlidir, həmin istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolların formal şəkildə, düşünülmüş ssenariyə uyğun tərtib edilməsinin göstəricisidir. Məhkəmə qeyd edir ki, yuxarıda adları qeyd edilən istintaq və prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması halı öz təsdiqini tapdığı üçün Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən onların sübut növü kimi qəbul edilməsinə yol verilə bilinməz. Məhkəmə hesab edir ki, iş materiallarına sorğu edilərək əlavə edilmiş anten məlumatları, mobil operatorlarla aparılan danışıqların vaxtları və saatları, dəqiqələri ilə bağlı məlumatlar iş üzrə əhəmiyyət kəsb edən mühüm halların müəyyən edilməsində təkzibedilməz və saxtalaşdırılması mümkün olmayan sübutlardır. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar əsasında hazırki iş üzrə müəyyən edilmiş hallar təqsirləndirilən şəxsin məhkmə istintaqı zamanı vermiş olduğu ifadəsinin doğruluğunu müəyyən edən amillərdir və bunula bərabər ittiham tərəfinin təqdim etmiş olduğu sübutları əsaslı şübhə altına salır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsini, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş şahidlərin ifadələri olmuşdur. İbtidai istintaq orqanı ittihamın əsası kimi iki şahid ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür, halbuki məhkəmə istintaqı zamanı müəyyən olumuşdur ki, Şahid1 həmin vaxt yəni təqsirləndirilən şəxs saxlanılan zamanı həmin ərazidə olmamışdır bu səbəbdən onun saxlanılmasında iştirak etməsi qeyri mümkündür, digər Şahid2 isə əməliyyat-axtarış tədbiri zamanı Şahid1 ilə birgə olmasını, saxlanılan şəxs Təqsirləndirilən şəxs “Bakı Şəhər Narkoloji Mərkəz”ə aparılmaması və sairələri bildirməsi ilə işdə olan mötəbər sübutlara (anten məlumatı, Narkoloji mərkəzdən alınmış məlumatı) münasibətdə ziddiyyətli həqiqətə uyğun olmayan ifadələr verməsi məh sübut növü kimi həmin şahid ifadələrini əsaslı şübhə altına alır və verilmiş ittihamın təsdiq olunmasında mötəbər hesab edilə bilinməz. Məhkəmə qeyd edir ki, ən azından cinayətin törədilməsində şübhəli bilinən bir şəxsin tutulduqdan sonra birbaşa polis idarəsinə yoxsa “Bakı Şəhər Narkoloji Mərkəz”ə aparılmasını bilməli olan şəxslərin mötəbər sübut əsasında təsdiqin tapan faktı gizlətmələri, həqiqəti söyləməmələri, yəni Narkoloji mərkəzə getmələrini, orada Təqsirləndirilən şəxs analiz götürülməsini və sairələri inkar etmələri hər iki şəxsin ifadələrinə mötəbər, obyektiv və qərəzsiz sübut növü kimi yanaşıla bilinməz və bu səbəbdən hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın irəli sürülməsində sübut növü kimi istifadə edilə bilinməz. Belə olan halda həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü xx.xx.2024-cü il tarixli saat 18:25-dan 18:50-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli, protokoldan görünür ki, şəxsi axtarış və götürmə əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakları ilə saat 18:25-də başlanmış və saat 18:50-də başa çatmışdır. Halbuki, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən H.Məcidovun istifadəsində olan mobil telefonun anten məlumatları onun təqsirləndirilən şəxsin saxlandığı ərazidə omadığını göstərmişdir. Bundan başqa “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Şəxsi axtarış Nurlan” adlı videofayl xx.xx.2024-cü il tarixdə, saat 22:28-də yaradılmışdır. Göstərilən bu hal özü şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir. Eyni zamanda, sözügedən protokolun məzmunundan görünür ki, həmin Protokolda götürülmüş əşyanın fərdi əlamətləri konkret olaraq ölçüsü və çəkisi göstərilməmişdir, bu barədə də heç bir qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 247.1.9-cü maddəsinə əsasən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir olunmalıdır. Yuxarıda sadalanan halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2024-cü il tarixli, 6/3244 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyi halda göstərilən bu halların sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə diqqəti ona cəlb etmək istəyir ki, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmaması ilə əlaqədar gətirdiyi dəlillər həm də ona görə əsaslı, inandırıcı və ağlabatan hesab edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra (iş üzrə şahidlər bu halı inkar etsələr də) “Bakı şəhər Narkoloji Mərkəz”ə aparılmışdır və orada ondan bioloji material kimi sidik analizi götürülmüşdür. Hamıya məlum olan fakt ondan ibarətdir ki, tibb müəssisələrində analizin nümunəsi qapalı, kənar şəxslərin görə bilmədiyi yerdə aparılır və bu halda da təqsirləndirilən şəxsin qeyd elədiyi kimi tualetə daxil olaraq analiz nümunəsi götürülərək təqdim edilmişdir. Belə olan halda hətta qəbul olunsa belə ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmuşdur və narkoloji mərkəzə gətirildikdən sonra analiz vermək məqsədi ilə daxil olduğu və özündən başqa şəxsin olmadığı tualetdə olarkən həmin psixotrop maddəni çıxarıb atmaq imkanı olmuşdur. Polis əməkdaşları tərəfindən məhz psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılan şəxsin buna imkanı olmasına baxmayaraq yəni həmin psixotrop maddəni tualetə ataraq onu yox etməsi, məhv etməsi kimi bir imkanı olduğu halda bunu etməməsi, həmin psixotrop maddəni üzərində bir neçə saat saxlayaraq sonradan şəxsi axtarış zamanı təqdim etməsi ağlabatan, inandırıcı, məntiqli və həqiqətdə baş verə biləcək hal hesab edilə bilinməz. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən, iş materiallarında sadalanan sübutlar təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini əldə edib saxlamaqla daşımasını təsdiq edən sübut deyildir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan psixotrop maddə metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,462 qram psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,412 qram psixotrop maddə olan metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 4 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-148/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-148/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver