Məhkəmə qərarları › İş №1(004)-149/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-149/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-149/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs3 və onun vəkili “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləmir, evli, ali təhsilli, üç uşaq atası, əvvəllər 31.10.2019-cu il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs ona təyin olunmuş 08 ay 01 gününü çəkmiş, 09 ay 25 günü azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmış, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 16-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Yasamal RPİ İŞ-nin müstəntiqi Pərviz Əsədzadə tərəfindən tərtib edilmiş ittiham aktı Yasamal Rayon prokuroru tərəfindən 27 fevral 2021-ci il tarixdə təsdiq edilərək, ********* saylı cinayət işi ilə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin sentyabr ayının əvvəllərində, Quba rayonu Qəçreş kəndi ərazisində tanış olduğu Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qardaşı oğlu X5 təhsil aldığı Rusiya Federasiyası Dağıstan Respublikası ərazisində yerləşən Universitetdən Azərbaycan Kooperasiya Universitetinə köçürülməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin universitetə köçürülməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu Qəçreş kəndi ərazisində 10000 (on min) manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov» zavodunun qarşısında 5000 (beş min) manat, 2018-ci ilin oktyabr ayının axırlarında ünvan 2 ünvanında yerləşən Koperasiya Universitetinin qarşısında 3000 (üç min) manat olmaqla, ümumilikdə ona məxsus 18000 (on səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun həmkəndlisi Zərdab rayonu Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Ə.T.X9 Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Elsevər Abdullayevin cəzasının müddətinin azaldılması ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təyin edilmiş cəzanın müddətinin azaldılması məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 26 avqust 2019-cu ildə Zərdab rayonu Bıçaqçı kənd poçt şöbəsindən göndərilən 1000 manat pulu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 129 saylı poçt şöbəsindən, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının yaxınlığında 7000 (yeddi min) manat olmaqla ümumilikdə ona məxsus 8000 (səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Bakı Dövlət Universitetində təhsil alan bacısı oğlu X7 təhsil aldığı müddətdə yaranmış kəsrlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsirlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs4 aldadaraq 2020-ci ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu X11 küçəsi 23 ünvanında yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında ona məxsus 3000 (üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Bakı Dövlət Universitetində təhsil alan qohumu X3 təhsil aldığı müddətdə yaranmış kəsirlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsrlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs5 aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 57Q ünvanında yerləşən “Böyük Fırat” restoranının yanında, sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə ona məxsus 10000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşə Yasamal Rayon Məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs3 vəkili Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək, Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs daha ağır ittihamın, yəni cinayət işi üzrə 1 nəfərin yox, 2 nəfər təqsirləndirilən şəxsin olmasını təmin etmək üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 vəkili Müdafiəçi2 vəsatətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs3 1(004)-149/2021 saylı cinayət işi üzrə zərərçəkmişdir. Belə ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsdir. Bildirir ki, həmin təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı qeyd olunan cinayət əməllərini məhz onun doğma qardaşı hazırkı iş üzrə adı şahid kimi keçən Şahid2 ilə birgə törətmişdir. Belə ki, hazırda Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Adiləyə dələduzluq nəticəsində vurulmuş 43.000 manat maddi ziyanın hamısı məhz Şahid2 tərəfindən ondan etibara girib aldadaraq üç dəfəyə aldığı pulların hamısı ilkin olaraq Şahid2 verilmişdir. Şahid2 isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilənədək Adiləni həmin şəxslə görüşdürməkdən həmişə qaçmış və özü ilə Əlibala arasında apardığı sövdələşmələrdən onu uzaq tutmuşdur. Belə ki, Bakı şəhərinin Yasamal rayon ərazisi sayılan Hüseyn Cavid parkının yanında Şahid2 3 dəfəyə verilən 43.000 manat pul onun tərəfindən Adilədən götürülərkən, həmin əraziyə yaxın yerdə Təqsirləndirilən şəxs olmasına baxmayaraq, sonuncu ilə Şahid2 onu heç bir vaxt görüşdürməmiş və ümumiyyətlə həmin şəxsin orada olması barədə ona məlumat verilməmiş və bu fakt Şahid2 tərəfindən gizli saxlanılmışdır. Bu fakt hazırkı cinayət işi üzrə keçirilən məhkəmə baxışları zamanı Şahid2 tərəfindən şahid kimi verdiyi ifadəsindən də müəyyən olunmuşdur. Bütün bunlar onu göstərir ki, Şahid2 bir-başa hazırkı cinayət işi üzrə əslində şahid yox, həmin cinayət əməlinin birbaşa iştirakçısı olmaqla yanaşı (onun özüdə Adiləyə qarşı CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətmiş şəxsdir) həmdə zərərçəkmiş şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs həmin 43.000 manat pulu Şahid2 Adilədən dələduzluq yolu ilə aldıqdan sonra vermişdir və bu hala görə də Şahid2 həm zərərçəkmiş şəxs qismində, həmçinin də təqsirləndirilən şəxs qismində bu işdə tanınmalıdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi3 vəsatətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 vəsatətin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə aşağıdakılara görə hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, ittiham aktında da qeyd edildiyi kimi Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs tərəfindən dələduzluq əməli Zərərçəkmiş şəxs3 qarşı törədilib. Lakin məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs3 və şahidlər Şahid8 və Şahid9 ifadə verərək ümumilikdə 43000 (qırx üç min) manat pulun Təqsirləndirilən şəxs deyil iş üzrə şahid qismində tanınan Şahid2 verildiyini, həmçinin onların ümumiyyətlə Təqsirləndirilən şəxs tanımadıqlarını qeyd etmişlər. Belə olduğu təqdirdə ittiham aktına əsasən dələduzluq cinayətinin faktiki olaraq tək Təqsirləndirilən şəxs tərəfindən deyl, həmçinin iş üzrə şahid qismində tanınan Şahid2 tərəfindən törədildiyi halda, həmin dələduzluq cinayətində ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində yalnız Təqsirləndirilən şəxs göstərilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Belə bir vəziyyətdə hazırkı cinayət işindəki qeyd edilən epizod üzrə yalnız Təqsirləndirilən şəxs qismində tanındığı halda, Şahid2 da təqsirləndirilən şəxs kimi tanınmalıdır. Lakin məhkəməyə verilmiş ittiham aktında Şahid2 təqsirləndirilən şəxs kimi tanınmalı olduğu halda, şahid qismində tanınmışdır. Məhkəmənin həmin şəxsi əlavə təqsirləndirilən şəxs kimi tanıması ilə faktiki etibarilə məhkəmənin verilmiş ittihamın məzmunundan, ittiham daxilindən kənara çıxması kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-nin 318.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bundan əlavə məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 318, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs3 vəkili Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar