Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-149/2022 27.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:50 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyytada olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zakir oğlu qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələri əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 26 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd qızılı rəngli dəmir qutunun içərisində təmiz çəkisi 33,837 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini və 01 (bir) ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvalyutu kəsiyində və iki ədəd açıq vəziyyətdə, ümümi sayı 04 ədəd olan açıq-qəhvəyi rəngli «F/M40» göstəricili, metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edən narkotik vasitə hesab olunan metadonu əldə edib, üzərində saxlayaraq daşımış, 27 yanvar 2022-ci il tarixdə, saat 14:00 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanın qarşısında saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli dəmir qutunun içərisindən təmiz çəkisi 33,837 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 01 (bir) ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman kanvalyutu kəsiyində və iki ədəd açıq vəziyyətdə, ümümi sayı 04 ədəd olan açıq-qəhvəyi rəngli «F/M40» göstəricili, metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edən narkotik vasitə hesab olunan metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, 26 yanvar 2022-ci il tarixdə, təxminən saat 21 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan əraziyə gedib üzdən tanıdığı bir şəxsdən 80 manata narkotik vasitə olan yeddi büküm tiryək, bir büküm heroin, bir büküm olan metamfetamin və dörd həb metadon almışdır. Bundan sonra o, həmin narkotik maddələri üzərində olan bir ədəd qızılı rəngli dəmir qutunun içərisinə yığıb və əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 27 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində o, ünvan 2 ünvanın qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o isə polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq onlarla birlikdə bölməyə gəlmişdir. Orada ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə onun üzərində qanunla daşınması qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyini təklif etmişlər. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli dəmir qutunu cıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra o həmin qutunu açaraq içərisində olan yeddi büküm qara rəngli açıq şəkildə olan tiryək, bir büküm şəffaf rəngli sellofan paketin içərisində olan heroin, bir büküm şəffaf rəngli sellofan paketin içərisində olan metamfetamin və dörd həb metadon olmasını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o həmin narkotik vasitələri və psixotrop maddələri öz şəxsi istifadəsi üçün almışdır və heç kəsə satmaq niyyəti olmamışdır. Narkotik vasitələrin say və növ çoxluğunun səbəbi isə həmin maddələri almaq riskli olduğu üçün düşünmüşdür ki, fürsət düşmüşkən çox sayda alsın. Məhkəmə aşağıdakı sübutlara əsasən təqsirləndirilən şəxsin ona qarşı elan olunmuş ittihamda göstərilən əməli törətməsi təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 27-ci PB-nin CA-üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məəqsədi ilə Bölmə rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 27 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanın qarşısında ona yaxınlaşaraq onu 27-ci PB-nə getməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Polis Bölməsinə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli dəmir qutunun içərisində olan yeddi büküm açıq şəkildə bükülləri, iki ədəd şəffaf selefon bükümləri və dörd ədəd dərmanları könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümlərin birinin içindəki maddə narkotik vasitə olan heroindir, digər bükümün içində psixotrop vasitə olan metamfetamindir, yeddi ədəd qara rəngli açıq şəkildə olan maddə tiyrəkdir, dörd ədəd həb isə metadondur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat yoxdur. Məhkəmə iclasında dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin CA-üzrə əməliyyat müvəkkilləri - Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi1 Mülazim oğlu, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Şahid1 Xubyar oğlu, Şahid2 Fərhad oğlu və Şahid3 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli dəmir qutunun içərisində olan yeddi ədəd açıq şəkildə olan bükülləri, iki ədəd şəffaf sellefon kəsiyə bükümlləri və dörd ədəd dərmanları könüllü çıxardıb təqdim edərək, yeddi ədəd açıq şəkildə olan büküllərin tiryək, bir ədəd şəffaf sellefon kəsiyin içərsində olan heroin, bir ədəd şəffaf sellefon kəsiyin içərsində olan metamfetamin, və dörd ədəd dərmanları metadon olduğunu, narkotik vasitələrini 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız bükümü zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. (İş vər. 37-38) 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Samsung» markalı mobil telefon vasitəsi ilə qeydə alnımış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən 05 dəqiqə 20 saniyə ərzində qeydə alınmış video görüntüsü tərəfindən izlənərkən müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi1, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakıları ilə şəxsi axtarış aparılarkən Hüseynov Ülvi Zakir oğluna üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli dəmir qutunun içərisində olan yeddi ədəd açıq şəkildə olan bükülləri, iki ədəd şəffaf sellefon kəsiyə bükümlləri və dörd ədəd dərmanları könüllü çıxardıb təqdim edərək, yeddi ədəd açıq şəkildə olan büküllərin tiryək, bir ədəd şəffaf sellefon kəsiyin içərsində olan heroin, bir ədəd şəffaf sellefon kəsiyin içərsində olan metamfetamin, və dörd ədəd dərmanları metadon olduğunu, narkotik vasitələrini 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir . Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. (İş vər. 77) Məhkəmə-kimyəvi ekspertizasının 6/540 nömrəli 28 yanvar 2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş, “...Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri ilə yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi- 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 4 ədəd açıq-qəhvəyi rəngli «F/M40» göstəricili dərman həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edir. Bir ədəd qızılı bir ədəd qızılı rəngli dəmir qutuda təmiz çəkisi 33,837 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (İş vər. 44- 51) “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi -0,142 qram metamfetamin, -0,342 qram heroin, 3 ədəd həb metadon və -33,737 qram tiryək məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i.v. 85-86) Ambulator X1 597 saylı 08 fevral 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vər. 128-129) Məhkəmə, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitə ilə yanaşı psixotrop maddə də əldə etməsini, yəni müxtəlif növdə, dörd fərqli tərkib komponentlərinə və təsir gücünə malik maddələr etməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda saxlanılmaqla, Yasamal RPİ-nin X7 azad edilərək və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v79-83) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 161) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (İş vər. 127). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış tədqiqatdan sonra sərf edilmiş -0,050 qram qalıq isə -0,142 qram çəkidə qalan metamfetamin, sərf edilmiş 0,050 qram qalıq isə -0,342 qram çəkidə qalan heroin, sərf edilmiş 1 ədəd həb qalıq isə 3 ədəd həb metadon və sərf edilmiş-0,100 qram qalıq isə -33,737 qram çəkidə qalan tiryək qalığı məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ümumi cəza müddətinə hesablanaraq çıxılmaqla cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 fevral 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,142 qram metamfetamin, -0,342 qram heroin, 3 ədəd həb metadon və -33,737 qram tiryək məhv edilsin. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-149/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-149/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver