Məhkəmə qərarları › İş №1(004)-149/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-149/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-149/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxx 1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olmuş, işləməyən və Cəbrayıl rayonu, Fuğanlı kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə səhər saat 10:30 radələrində ünvan 1 ünvanda yerləşən və Zərərçəkmiş şəxs1 məxsus avtomobil qarajının giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək saxlanc yerinə qanunsuz daxil olmaqla, qarajın içərisindəki masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla sonuncuya məxsus bir ədəd 350 manat dəyərində Cənubi Koreya istehsalı olan «Samsung A-20» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 350 (üç yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində ünvan 2 ünvanda yerləşən idman zalının soyunub- geyinmə otağına daxil olaraq, otaqdakı skamyanın üzərinə qoyulmuş Avtandil Hacıyevin mülkiyyətində olmaqla sonuncuya məxsus bir ədəd 1.500 manat dəyərində ABŞ istehsalı olan **********547438 və **********49625 İMEİ kodları olan «İphone 13» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs X8 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «İlqar» adlı kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,945 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, 23 fevral 2024-cü il tarixdə saat 15:00 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman şübhəli göründüyü üçün saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi 0,945 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin o, daimi narkotik vasitə istifadəçisi olmamışdır. Dəqiq xatırlamadığı tarixdə oğurluq etmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən idman zalına daxil olaraq geyinib-soyunma otağındakı skamyanın üzərinə qoyulmuş bir ədəd «İphone-13» markalı mobil telefonu oğurlamışdır. Bundan başqa o, yenə dəqiq xatırlamadığı tarixdə oğurluq etmək məqsədi ilə ünvan 5 ünvanda yerləşən avtomobil qarajına daxil olmuşdur. O, qarajın içərisindəki masanın üzərinə qoyulmuş bir ədəd «Samsung A-20» markalı mobil telefonu götürüb həmin mobil telefonu Bakı şəhəri, Yasamal rayonunun ərazisində «20 Yanvar» metrostansiyasının qarşısında tanımadığı şəxsə cəmi 30 manata satmışdır. Dəqiq xatırlamadığı tarixdə o, ünvan 6 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı onu saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları polis şöbəsində olan zaman ona qarşı zor tətbiq edərək bir büküm narkotik vasitə heroin verib videoçəkiliş zamanı üzərindən çıxarıb ona məxsus olmasını bildirməsini tələb etmişlər. Polis əməkdaşları ona qarşı zor tətbiq etdiyi üçün o, razılaşmağa məcbur olaraq ona verilən bir büküm narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə ona üzərində daşınması qanunla qadağan edilmiş əşyaları və yaxud sənədləri təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində qoyduğu, polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymuş, polis əməkdaşının sualına cavab olaraq isə bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd bükümdə olan narkotik maddə heroindir və həmin maddəni Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində tanımadığı şəxsdən cəmi 10 manat pul müqabilində şəxsi istifadə məqsədilə alıb üzərində daşıyaraq saxlamışdır. Daha sonra onun təqdim etdiyi büküm təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan başqa davam edən şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd «İphone 13» markalı mobil telefon, gödəkçənin sağ üst cibindən isə bir ədəd «Samsung Galaxsy 01» markalı və bir ədəd «Nokia-200» markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, «İphone 13» markalı mobil telefonun oğurluq yolu ilə əldə edildiyini, sonuncu iki ədəd mobil telefonu heç bir yerdən oğurlamadığını və özünə məxsus olduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08 yanvar 2024-cü il tarixdə saat 11:50 radələrində ünvan 7 ünvanda yerləşən avtomobil qarajına gələrək iş özünə məxsus «Samsung A-20» markalı mobil telefonu qarajın içərisindəki masanın üstünə qoymuş və qarajın divarlarına suvaq vurmağa başlamışdır. Bu zaman qarajın qapısı açıq qalmışdır. Daha sonra o, geri qayıdıb mobil telefonu götürmək istəmiş, lakin telefonu qoyduğu yerdə tapa bilməmişdir. Daha sonra yaxınlıqda yerləşən marketin mühafizə kameralarına baxdıqdan sonra onun telefonunun tanımadığı şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. Baş vermiş hadisə zamanı ona cəmi 350 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid3 onun oğludur. Dəqiq xatırlamadığı tarixdə oğlu Aftandil ünvan 8 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən idman zalında məşqdə olan zaman onun adına olan, lakin oğlunun istifadəsinə verdiyi “İphone 13” markalı mobil telefonu geyinib-soyunma otağında olan skamyanın üzərinə qoymuş, məşqdən qayıdan zaman isə mobil telefonun yerində olmadığını aşkar etmişdir. Sonradan “İphone 13” markalı mobil telefonun oğurlanması onlara məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş yoldaşı olan Şahid1 ilə birlikdə o, 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 9 ünvanın qarşısında piyada hərəkət edən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti barədə məlumat almaq istəmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onlar həmin şəxsi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs isə razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis Şöbəsində olan zaman xidməti otaqların birində müdafiəçinin iştirakı ilə aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşının sualına cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə heroindir və heroindir və həmin vasitəni 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazisində tanımadığı şəxsdən on manat pul müqabilində alıb satış məqsədi olmadan üzərində daşıyaraq saxlamışdır. Davam edən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən «İphone 13» markalı, «Samsung Galaxsy 01» markalı və «Nokia-200 » markalı mobil telefonları çıxardıb masanın üzərinə qoyub, bildirmişdir ki, «Samsung Galaxsy 01» markalı və «Nokia-200» markalı mobil telefonların özünə məxsusdur, «İphone 13» markalı mobil telefonu isə Yasamal rayonunun ərazisində yerləşən idman zalın dan oğurlamışdır. Bundan başqa o, Yasamal rayonu ərazisində yerləşən avtomobil qarajından «Samsunq Galaxsy A 20» markalı mobil telefonu isə oğurladığını və Yasamal rayonundakı «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 30 manata satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 28-cı Polis Şöbəsinində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Lakin o, 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilən əməliyyat tədbirində iştirak etməmiş, ona qarşı hər hansı zor tətbiq etməmişdir. O, həmin gün Təqsirləndirilən şəxs sadəcə şöbədən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılıb gətirilərkən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 28-cı Polis Şöbəsinində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 fevral 2024-cü il tarixdə ünvan 8 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən idman zalından “İphone 13” markalı mobil telefonun oğurlanması ilə bağlı daxil olan əməliyyat məlumatını araşdırmaq məqsədilə yaradılan əməliyyat qrupun rəhbəri olmuş və mühafizə kameralarına keçirilən baxış keçirmişdir. O, 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilən əməliyyat tədbirində iştirak etməmiş, ona qarşı hər hansı zor tətbiq etməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 122-124-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin 28-cı Polis Şöbəsinin C/A üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. İş yoldaşı olan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin C/A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə o, 23 fevral 2024-cü il tarixdə saat 15:00 dəqiqədə ünvan 10 ünvanın qarşısında piyada hərəkət edən bir nəfər şəxsin onları gördüyü zaman özünü şübhəli aparması onun diqqətini cəlb etmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini bir daha təqdim edib saxladıqları şəxsin şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onlar həin şəxsi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə həmin polis şöbəsinin inzibati binasına getmişdir. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 xidməti iş otağında saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili X14 dəvət edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən həmin büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisində olan narkotik maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik maddə heroindir və həmin maddəni 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazisində «İlqar» adlı tanımadığı şəxsdən on manat pul müqabilində aldığını və satış məqsədi olmadan üzərində daşıyaraq saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qeyd olunan cinayətdən başqa iki dəfə ayrı-ayrı yerlərdən oğurluq etdiyini etiraf etməklə yanaşı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən oğurladığı bir ədəd ABŞ istehsalı olan «İphone 13» markalı mobil telefonu, gödəkçəsinin sağ üst cibindən isə bir ədəd Cənubi Koreya istehsalı olan «Samsung Galaxsy 01» markalı və bir ədəd Çin istehsalı olan «Vertice 200» markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən sonuncu çıxartdığı «Samsung Galaxsy 01» markalı və «Vertice 200» markalı mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs «İphone 13» markalı mobil telefonu 21 fevral 2024-cü il tarixdə Yasamal rayonunun ərazisində yerləşən idman zalından oğurladığını, «Samsunq Galaxsy A 20» markalı mobil telefonu isə 08 yanvar 2024-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən avtomobil qarajından oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs «İphone 13» markalı mobil telefonu heç kimə satmayaraq istintaq orqanlarına təqdim etdiyini, «Samsunq Galaxsy A 20» markalı mobil telefonu isə Yasamal rayonundakı «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 30 manata satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 147-148-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, güləş idman növü ilə məşğul olur və əsasən ünvan 11 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən güləş idman növü üzrə idman zalında məşq edir. Atası arabir həmin idman zalına gəlib onun məşqləri ilə maraqlanır. Məlumat üçün bildirmişdir ki, atası təxminən 2024-cü ilin yanvar ayında öz adına olsa belə onun üçün nəğd şəkildə 1.500 manat məbləğində pul verib, bir ədəd ABŞ istehsalı olan "iphone 13" markalı mobil telefon almışdır. 21 fevral 2024-cü il tarixdə o, atası ilə bir yerdə yenidən idman zalına getmişdir. Həmin gün axşam saat 21:30 radələrində o, məşqdən çıxıb duş qəbul etmək üçün hamam otağına keçmişdir. Lakin hamama girməzdən əvvəl istifadə etdiyi 'İphone 13" markalı mobil telefonu geyinib-soyunma otağında olan skamyanın üzərinə qoymuşdur. Atası isə zalda oturub onun gəlməyini gözləyirdi. O, yarım saat sonra çimib çıxmış və telefonun yerində olmadığını aşkar etmişdir. O bir müddət telefonu axtarsa da, heç bir yerdən tapa bilməmişdir. Baş vermiş hadisə nəticəsində atası Zərərçəkmiş şəxs2 1.500 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 12 ünvanda yolun kənarında olan avtomobil qarajıdır. (i.v. 7-9) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 63-64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2024-cü il tаriхli 3-16-16/2-6/1097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 167” dairəvi möhür əksi olan. “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,945 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci ildə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 72-76) “Baxış keçirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanıdır. (i.v. 111-114) “Maddi sübut kimi tanınma haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ABŞ istehsalı olan “İphone-13” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,945 qram narkotik maddə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 0,895 qram narkotik maddə olan heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. (i.v. 116-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 nəticələrinə dair 15 mart 2024-cü il tarixli 1758A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 128-129) “Diskə baxış keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 23 fevral 2024-cü il tarixdə saat 16:30 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 28ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 əyləşdiyi xidməti otaqdır. Həmin videogörüntiidən müəyyən edilir ki, təhqiqatçı, polis mayoru X6 qarşısındakı masa arxasında sol tərəfdə əyləşmiş şəxs. Bakı şəhəri. «Mərkəz» Vəkil Bürosunun müdafiəçisi X9r. Xidməti otaqda olan masadan sağ tərəfdə isə əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli uzunqol köynəyi olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ tərəfində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2dur.Həmin videoçəkilişin davamında təhqiqatçı Roman Məmmədov, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə salaraq oradan şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm, iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddənin «kokos» kimi tanıdığı narkotik maddə olan heroin olduğunu və həmin narkotik maddəni 21 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində «İlqar» adlı tanımadığı şəxsdən on manat pul müqabilində aldığını və satış məqsədi olmadan üzərində daşıyaraq 23 fevral 2024-cü il tarixdə saat 15:00 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 14 ünvanın qarşısında saxlanıldığım bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində qeyd olunan cinayətdən başqa iki dəfə ayrı-ayrı yerlərdən oğurluq etdiyini və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən oğurladığı bir ədəd ABŞ istehsalı olan «İphone 13» markalı mobil telefonu, gödəkçəsinin sağ üst cibindən isə özünə məxsus bir ədəd Cənubi Koreya istehsalı olan «Samsung Galaxsy 01» markalı və bir ədəd Finlandiya istehsalı olan «Nokia-200» markalı mobil telefonları təqdim etmişdir. Təqsirləndirilən şəxs «İphone 13» markalı mobil telefonu 21 fevral 2024-cü il tarixdə Yasamal rayonunun ərazisində yerləşən idman zalından oğurladığım etiraf etmiş və həmin mobil telefonu istintaq orqanlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs 08 yanvar 2024cü il tarixdə Yasamal rayonunun ərazisində yerləşən avtomobil qarajından oğurladığı «Samsunq Galaxsy A 20» markalı mobil telefonu isə «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə cəmi 30 manata satmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofana bükülmüş bır ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı, polis mayoru X12 tərəfindən qablaşdırılaraq içərisi boş zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 167 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və iki nəfər polis əməkdaşları tərəfindən imzalanır. (i.v. 130) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X15 ona təqdim olunmuş dörd ədəd oxşar formalı mobil telefonların içərisindən soldan sağa doğru ikinci sırada yerləşdirilmiş qara rəngli ABŞ istehsalı olan “İphone-13” markalı mobil telefon aparatını göstərib tanıyaraq, həmin mobil telefonun 21 fevral 2024-cü il tarixdə ünvan 8 ünvanda yerləşən güləş idman zalından oğrulanmış, ona məxsus “İphone-13” markalı mobil telefon aparatı olduğunu bildirmişdir. (i.v. 149-150) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, “İphone-13” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. (i.v. 151) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3663 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən “Samsung Galaxy A20” markalı mobil telefon üçün 130 manat, “İphone 13” markalı mobil telefon üçün isə 950 manat müəyyən edilmişdir. (i.v. 186-190) Təqsirləndirilən şəxs tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, “Galaxy A20” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. (i.v. 192) 10 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və həmin şəxs ifadələrində göstərmiş olduğu xüsusatları bir daha tam təsdiq etmişdir. (i.v. 200-201) “Diskə baxış keçirilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin CD-R diskdə əks edilmiş videogörüntülər 08 yanvar 2024-cii il tarixdə səhər saat 10:30 dəqiqədə qeydə alınır. Həmin videogörüntüdən müəyyən edilmişdir ki, qeyd olunan oğurluq hadisəsi ünvan 15 ünvanda yerləşən avtomobil qarajında baş vermişdir. Həmin videogörüntüdən aydın görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə səhər saat 10:30 radələrində qeyd olunan qarajın ətrafında əvvəl bir az piyada hərəkət etmiş, daha sonra isə həmin qarajın yarı açıq vəziyyətdə qalmış giriş qapısından içəri baxmaq istəsədə qarajın içərisinə daxil olmamış və həmin yerdən uzaqlaşmışdır. Lakin qısa bir müddət sonra Təqsirləndirilən şəxs yenidən qeyd olunan qaraja tərəf yaxınlaşdığı və həmin ərazidə hər hansı bir şəxsin olmamasından istifadə edərək, qarajın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək içəriyə daxil olduğu, həmçinin tez bir zamanda qarajın içərisindən çıxıb həmin ərazini tərk etdiyi aydın görünür. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, 08 yanvar 2024-cü il tarixdə səhər saat 10:30 radələrində ünvan 15 ünvanda yerləşən avtomobil qarajının içərisinə daxil olmaqla, qarajdakı masanın üzərinə qoyulmuş bir ədəd Cənubi Koreya istehsalı olan «Samsung A- 20» markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs videogörüntüdəki qaraja daxil olaraq, həmin yerdən çıxan şəxsin özünün olduğunu etiraf etmişdir. (i.v. 202) “Sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 205-214) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. O, artıq uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bu onda asıllıq yaratdığı üçün narkotik maddədən istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən son vaxtlar ağrıları olduqda,o, müxtəlif vasitələrə əl ataraq şəxsi istifadəsi üçün narkotik maddə tapıb qəbul etmişdir. Belə ki. o, 21 fevral 2024-cü il tarixdə səhər saatlarında yenidən narkotik vasitə almaq üçün Bakı şəhəri. Nəsimi rayonundakı “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını dəqiq bilmədiyi «İlqar» adlı şəxsdən o, 10 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf rəngli selofana bükülmüş və içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroin kimi bildiyi bir ədəd bükümü alıb əynimdə olan qara rəngli gödəkçəsinin sağ yan cibində gizlətmişdir. O, 23 fevral 2024-cü il tarixdə saat 15:00 dəqiqədə ünvan 6 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Hansı səbəbə saxlandığını soruşduqda polis əməkdaşları ona oğurluqda, həmçinin qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğumu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin inzibati binasına getmişdir. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 xidməti iş otağında saxlanılan zaman ona hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili X14 dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda ona təklif edilmişdir ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. O, həmin vaxt artıq üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi və içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf rəngli selofanda olan bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Daha sonra iştirakçıların gözü qarşısında onun təqdim etdiyi, içərisində heroinə bənzər kütlə olan bir ədəd büküm təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt ondan üzərində aşkar olunmuş bükümün içərisində olan narkotik maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda o, tez bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd bükümdə olan narkotik maddə heroindir və həmin maddəni 21 fevral 2024-cti il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində «İlqar» adlı tanımadığı şəxsdən cəmi 10 manat pul müqabilində almış və satış məqsədi olmadan üzərində daşıyaraq saxlamışdır. Üzərində şəxsi axtarış davam etdiyi üçün o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ABŞ istehsalı olan «İphone 13» markalı mobil telefon, gödəkçənin sağ üst cibindən isə bir ədəd Cənubi Koreya istehsalı olan «Samsung Galaxsy 01» markalı və bir ədəd Finlandiya istehsalı olan «Nokia-200» markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, sonuncu iki ədəd mobil telefonu heç bir yerdən oğurlamadığını və həmin telefonların oğurluq hadisələrindən əvvəl ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bununla yanaşı o, qeyd olunan cinayətdən başqa iki dəfə ayrı-ayrı yerlərdən belə oğurluq etdiyini etiraf etmişdir. Belə ki o, 21 fevral 2024-cü il tarixdə saat 22 radələrində oğurluq etmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən doqquz mərtəbəli yaşayış binasının zirzəmi hissəsində yerləşən güləş idman zalındakı geyinib-soyunma otağına daxil olmuşdur. Həmin vaxt o, qeyd olunan otaqda hər hansı bir şəxsin olmamasından istifadə edərək, otaqdakı skamyanın üzərinə qoyulmuş bir ədəd işlənmiş vəziyyətdə ABŞ istehsalı olan «İphone-13» markalı mobil telefonu götürüb oğurlamış və bundan sonra idman zalını tərk etmişdir. O, oğurladığı «İphone 13» markalı mobil telefonu qısa müddət ərzində hər hansı bir şəxsə satmaq istəsədə, polis əməkdaşları tərəfindən saxlandığı üçün həmin mobil telefonu artıq sata bilməmiş və məcburiyyət qarşısında qalıb, istintaq orqanlarına təqdim etmişdir. Bundan başqa o, 08 yanvar 2024-cü il tarixdə səhər saat 10:30 radələrində ünvan 5 ünvanda yerləşən avtomobil qarajının qarşısından keçən zaman, həmin qarajın ətrafında hər hansı bir şəxsin olmadığını görüb, qarajın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək oğurluq etmək məqsədi ilə içəriyə daxil olmuşdur. O, qarajın içərisindəki masanın üzərinə qoyulmuş bir ədəd işlənmiş vəziyyətdə Cənubi Koreya istehsalı olan «Samsung A- 20» markalı mobil telefonu götürüb oğurlamış və qısa müddət ərzində həmin ərazini tərk etmişdir. Hadisə baş verən zaman oğurlanmış mobil telefon enerji mənbəyinə qoşulmamışdır. O, bir müddət sonra oğurladığı bir ədəd «Samsung A-20» markalı mobil telefonu Bakı şəhəri, Yasamal rayonunun ərazisində «20 Yanvar» metrostansiyasının qarşısında tanımadığı şəxsə cəmi 30 manata satmışdır. O. əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki, yaxud psixoloji zor tətbiq edilməmişdir. (i.v. 184-186) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixi saat 14:00-dan xx.xx.2025-ci il tarixi saat 15:00-dək, Yasamal RPİ-nin MSY-də saxlanılarkən, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç-bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırılması İdarəsinin 29 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən hər hansı fiziki təsirə və işgəncəyə məruz qalmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 2279/2025 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs üzərindəki xəsarətlər sol saidin ön səthində köhnə çapıqlar, hər iki sağrı nahiyyələrində narkotik inyeksiyası izləri və çapıqlaşmış sahələr var. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni onun 23 fevral 2024-cü il tarixdə üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə səhər saat 10:30 radələrində ünvan 1 ünvanda yerləşən və Zərərçəkmiş şəxs1 məxsus avtomobil qarajının giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək saxlanc yerinə qanunsuz daxil olmaqla, qarajın içərisindəki masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla sonuncuya məxsus bir ədəd 350 manat dəyərində Cənubi Koreya istehsalı olan «Samsung A-20» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 350 (üç yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində ünvan 2 ünvanda yerləşən idman zalının soyunub- geyinmə otağına daxil olaraq, otaqdakı skamyanın üzərinə qoyulmuş Avtandil Hacıyevin mülkiyyətində olmaqla sonuncuya məxsus bir ədəd 1.500 manat dəyərində ABŞ istehsalı olan **********547438 və **********49625 İMEİ kodları olan «İphone 13» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs X8 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3663 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən “Samsung Galaxy A20” markalı mobil telefon üçün 130 manat, “İphone 13” markalı mobil telefon üçün isə 950 manat müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxslərə məxsus 01 ədəd «Samsung A- 20» markalı mobil telefonu 350 (üç yüz əlli) manat və 01 ədəd İphone 13» markalı mobil telefonu 1.500 (bir min beş yüz) manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 23 iyul 2024-cü il tarixli 9/3663 saylı rəyində həmin ədəd «Samsung A-20» markalı mobil telefonu 130 (bir yüz otuz) manat və 01 ədəd «İphone 13» markalı mobil telefonu 950 (doqquz yüz əlli) manat olması müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «Samsung A-20» markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 130 manat və X8 oğluna məxsus 01 ədəd «İphone 13» markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 950 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.895 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da tutulmuşdur. (i.v. 53) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-171/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 102-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 may 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Səfərov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsi 02 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 156-158) “Təqsirləndirilən şəxsin İstintaq Təcridxanasından azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 168-169) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-149/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin ödənilməsini, onunla barışmalarını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0.895 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməlidir. 01 ədəd “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların almamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 14 mart 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 23 fevral 2024-cü il tarixdən 25 may 2024-cü il tarixdək 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci i tarixli iclasında iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 465 (dörd yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 23 fevral 2024-cü il tarixdən 25 may 2024-cü il tarixdək 03 (üç) ay müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.895 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat və məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli iclasında iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 465 (dörd yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar