Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-15/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yasa” Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan “Araz Etalon” market ticarət müəssisəsində mal qəbul edən vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, İmişli şəhəri, H.Əliyev prospekti dalan 6 ev 6 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamışdır. mə və ya israf etmə cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını mənimsəməklə talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin aprel ayından sentyabr ayınadək olan dövr ərzində Bakı şəhərində 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 23.09 2019-cu il tarixdə fiziki şəxs kimi dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs (VÖEN **********) sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən “Araz Etalon market" ticarət müəssisəsində 09.04. 2021ci il tarixdən 02. 06. 2021-ci il tarixədək qeyri-rəsmi qaydada, yəni əmək müqaviləsi olmadan xx.xx.2021-ci il tarixdən 27 09.2021-ci il tarixədək isə xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişinə əsasən rəsmi qaydada mal qəbul edən vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs3la cinayət əlaqəsinə girərək marketə göndərilən qida və qeyri-qida məhsullarını kağız daşıyıcıda olan təhvil-qəbul aktını imzalayıb möhürləməklə təhvil alıb tam maddi məsuliyyətinə götürərək buna dair məlumatları marketə məxsus kompüterin elektron məlumatlar bölməsinə yerləşdirməklə satış üçün anbara mədaxil etməli, ona etibar edilmiş əmlakın tam qayğısına qalmalı və digər həvalə edilmiş işləri görməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə Təqsirləndirilən şəxs3la razılaşıb cinayətin törədilmə planını, qrup üzvləri kimi hər ikisinin birgə icraçı qismində görməli olduqları işi və əldə olunacaq gəlirin bölüşdürülmə qaydasını müəyyənləşdirib işlədiyi marketə satış üçün gətirilən 28 iyul 2021ci il tarixli 264.5 manat dəyərində **********450 №-li; 28 iyul 2021-cı il tarixli 236.72 manat dəyərində **********451 №-li; 29 iyul 2021-ci il tarixli 497,12 manat dəyərində **********452 №-li; 29 iyul 2021-ci il tarixli 831,51 manat dəyərində **********453 №-li; 10 avqust 2021-ci il tarixli 1.080 manat dəyərində **********742 №-li; 20 avqust 2021-ci il tarixli 1 440 manat dəyərində **********809 №-li; 27 avqust 2021-ci il tarixli 1 968 manat dəyərində **********494 №-li; 27 avqust 2021-ci il tarixli 1.440 manat dəyərində **********501 №-li; 27 avqust 2021-ci il tarixli 800 manat dəyərində **********498 №-li; 31 avqust 2021-ci il tarixli 3.276 manat dəyərində **********780 №-li; 31 avqust 2021-cı il tarixli 2.160 manat dəyərində **********782 №-li; 03 sentyabr 2021-cı il tarixli 2.160 manat dəyərində **********994 №-li; 03 sentyabr 2021-ci ıl tarixli 977,44 manat dəyərində **********996 №-li; 07 sentyabr 2021-ci il tarixli 1.704 manat dəyərində **********940 №-li; 14 sentyabr 2021-cı il tarixli 1.440 manat dəyərində **********494 №-li; 17 sentyabr 2021-ci il tarixi» 3.240 manat dəyərində **********576 №-li 17 sentyabr 2021-ci il tarixli 110.76 manat dəyərində **********577 №-li; 21 sentyabr 2021-ci il tarixli 1440 manat dəyərində **********779 №-li və 21 sentyabr 2021-ci il tarixli 5.640 manat dəyərində **********780 №-li, cəmi 19 (on doqquz) ədəd kağız daşıyıcıda olan təhvil-qəbul aktları ilə ümumilikdə xeyli miqdar təşkil edən 30 706.05 (otuz min yeddi yüz altı manat beş qəpik) manat dəyərində olan qida məhsullarını təhvil alıb tam maddi məsuliyyətinə götürsə də, bu barədə məlumatları marketin elektron məlumatlar bölməsinə yerləşdirməyərək və kağız daşıyıcıda olan həmin təhvil-qəbul aktlarını məhv edərək uçotdan yayındırmaqla onları qeyd olunan dövr ərzində qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan ayrı-ayrı taksi avtomaşınlarına yükləyib V Heydərova göndərmiş, sonuncu qrup tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək həmin məhsulları qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan Şahid3 onun icarəyə götürdüyü ünvan 4 ünvanında yerləşən marketdə dəyərindən aşağı qiymətə sataraq əldə etdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs3la arasında bərabər qaydada bölüşdürüb özünə çatan hissəsini şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bır qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs Nazım oğlunun sahibi olduğu “Araz Etalon market" ticarət müəssisəsinə məxsus 30 706,05 (otuz min yeddi yüz altı manat beş qəpik) manat dəyərində qida məhsullarını, yəni özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bundan başqa, o, özgənin əmlakını mənimsəməklə talamaq məqsədilə digər tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin aprel ayından sentyabr ayınadək olan dövr ərzində Bakı şəhərində, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə fiziki şəxs kimi dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs Nazım oğlunun (VÖEN **********) sahibi olduğu Bakı şəhəri. Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən “Araz Etalon market” ticarət müəssisəsində 09 04.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyrirəsmi qaydada, yəni əmək müqaviləsi olmadan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişinə əsasən rəsmi qaydada mal qəbul edən vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək marketə göndərilən qida və qeyri-qıda məhsullarını kağız daşıyıcıda olan təhvilqəbul aktını imzalayıb möhürləməklə təhvil alıb tam maddi məsuliyyətinə götürərək buna dair məlumatları marketə məxsus kompüterin elektron məlumatlar bölməsinə yerləşdirməklə satış üçün anbara mədaxil etməli, ona etibar edilmiş əmlakın tam qayğısına qalmalı və digər həvalə edilmiş işləri görməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə Təqsirləndirilən şəxs2la razılaşıb cinayətin törədilmə planını, qrup üzvləri kimi hər ikisinin birgə icraçı qismində görməli olduqları işi və əldə olunacaq gəlirin bölüşdürülmə qaydasını müəyyənləşdirib işlədiyi marketə satış üçün gətirilən 09 aprel 2021-ci il tarixli 51,8 manat dəyərində **********477 №-li; 16 aprel 2021-ci il tarixli 511,6 manat dəyərində **********972 №-li; 21 aprel 2021-ci il tarixli 351,98 manat dəyərində **********034 №-li; 21 aprel 2021-ci il tarixli 104,692 manat dəyərində **********879 №-li; 27 aprel 2021-ci il tarixli 87,34 manat dəyərində **********001 №-li; 28 aprel 2021-ci il tarixli 76,158 manat dəyərində **********505 №-li; 30 aprel 2021-ci il tarixli 149,23 manat dəyərində **********375 №-li 30 aprel 2021-ci il tarixli 158 58 manat dəyərində **********478 №-li; 04 may 2021-ci il tarixli 129,26 manat dəyərində **********490 №-li; 04 may 2021-ci il tarixli 203,46 manat dəyərində **********491 №-li; 16 iyul 2021-ci il tarixli 217,75 manat dəyərində **********334 №-li; 16 iyul 2021-ci ıl tarixli 200,44 manat dəyərində **********340 №-li; 21 iyul 2021-ci il tarixli 144.966 manat dəyərində **********269 №-li; 13 avqust 2021-ci ıl tarixli 123,25 manat dəyərində **********535 №-li; 13 avqust 2021-ci il tarixli 34,26 manat dəyərində **********543 №-li; 24 avqust 2021-ci il tarixli 1.440 manat dəyərində **********788 №-li; 24 avqust 2021-ci il tarixli 1 080 manat dəyərində **********789 №-li 09 sentyabr 2021-ci il tarixli 42 manat dəyərində **********615 Nfi-H; 09 sentyabr 2021-ci il tarixli 1 880 manat dəyərində **********584 №-li; 09 sentyabr 2021-ci il tarixli 134 8 manat dəyərində **********612 №-li; 09 sentyabr 2021-ci il tarixli 100,49 manat dəyərində **********628 №-li; 14 sentyabr 2021-ci il tarixli 242,98 manat dəyərində **********485 №-li; 15 sentyabr 2021ci il tarixli 249,509 manat dəyərində **********769 №-li; 16 sentyabr 2021-ci il tarixli 487,35 manat dəyərində **********464 №-li; 16 sentyabr 2021-ci il tarixli 2 064 manat dəyərində **********465 №-li və 23 sentyabr 2021-ci il tarixli 3613.2 manat dəyərində **********735 №li, cəmi 26 (iyirmi altı) ədəd kağız daşıyıcıda olan təhvil-qəbul aktları ilə ümumilikdə xeyli miqdar təşkil edən 13.879,095 (on üç min səkkiz yuz yetmiş doqquz manat doxsan beş qəpik) manat dəyərində olan qida və qeyri-qıda məhsullarını təhvil alıb tam maddi məsuliyyətinə götürsə də, bu barədə məlumatları marketin elektron məlumatlar bölməsinə yerləşdirməyərək və kağız daşıyıcıda olan həmin təhvil-qəbul aktlarını məhv edərək uçotdan yayındırmaqla onları qeyd olunan dövr ərzində qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan ayrı-ayrı taksi avtomaşınlarına yükləyib Təqsirləndirilən şəxs2 göndərmiş sonuncu qrup tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək həmin məhsulları istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə dəyərindən aşağı qiymətə sataraq əldə etdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs2 və qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olsa da, cinayətin törədilməsində hər hansı bir rolu olmayan yaxın tanışları X7 arasında bərabər qaydada bölüşdürüb özünə çatan hissəsini şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs sahibi olduğu ‘Araz Etalon market ticarət müəssisəsinə məxsus 13.879.095 (on üç min səkkiz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat dəyərində olan qida və qeyri-qida məhsullarını, yəni ozgə əmlakını zərərçəkmış şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamışdır. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Belə ki, o, 2021-ci ilin aprel ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonunadək olan dövr ərzində 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə fiziki şəxs kımı dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs Nazım oğlunun (VÖEN: **********) sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi. Ə.Əhmədov küçəsində yerləşən “Araz Etalon market’ ticarət müəssisəsində 09.04 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyri-rəsmi qaydada, yəni əmək müqaviləsi olmadan, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən rəsmi qaydada mal qəbul edən vəzifəsində işləmiş tanışı X9 ilə N Məsimzadəyə etibar edilmiş özgə əmlakını mənimsəyərək talamaq məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayətin törədilmə planını, qrup üzvləri kimi hər ikisinin birgə icraçı qismində görməli olduqları işi və əldə olunacaq gəlirin bölüşdürülmə qaydasını müəyyənləşdirib N.Məsımzadənin işlədiyi marketə satış üçün gətirilən 28 iyul 2021-ci il tarixli 264.5 manat dəyərində **********450 №-li; 28 iyul 2021-ci il tarixli 236,72 manat dəyərində **********451 №-li; 29 iyul 2021-ci il tarixli 497.12 manat dəyərində **********452 №-li; 29 iyul 2021-ci il tarixli 831,51 manat dəyərində **********453 №-li; 10 avqust 2021-ci il tarixli 1.080 manat dəyərində **********742 №-li; 20 avqust 2021-ci il tarixli 1 440 manat dəyərində **********809 №-li; 27 avqust 2021-ci il tarixli 1.968 manat dəyərində **********494 №-li; 27 avqust 2021-ci il tarixli 1 440 manat dəyərində **********501 №-li; 27 avqust 2021-ci il tarixli 800 manat dəyərində **********498 №-li; 31 avqust 2021-ci il tarixli 3.276 manat dəyərində **********780 №-li; 31 avqust 2021-ci il tarixli 2 160 manat dəyərində **********782 №-li; 03 sentyabr 2021-ci il tarixli 2.160 manat dəyərində **********994 №-li; 03 sentyabr 2021-ci il tarixli 977.44 manat dəyərində **********996 №-li. 07 sentyabr 2021-ci ıl tarixli 1.704 manat dəyərində **********940 №-li; 14 sentyabr 2021-ci il tarixli 1440 manat dəyərində **********494 №-li; 17 sentyabr 2021-ci il tarixli 3.240 manat dəyərində **********576 №-li; 17 sentyabr 2021-ci il tarixli 110,76 manat dəyərində **********577 №-li; 21 sentyabr 2021-ci il tarixli 1.440 manat dəyərində **********779 №-li və 21 sentyabr 2021-ci il tarixli 5640 manat dəyərində **********780 №-li, cəmi 19 (on doqquz) ədəd kağız daşıyıcıda olan təhvil-qəbul aktları ilə ümumilikdə xeyli miqdar təşkil edən 30 706.05 (otuz min yeddi yüz altı manat beş qəpik) manat dəyərində qida məhsullarını Təqsirləndirilən şəxs1 təhvil alıb tam maddi məsuliyyətinə götürsə də, bu barədə məlumatları marketin elektron məlumatlar bölməsinə yerləşdirməyərək və kağız daşıyıcıda olan həmin təhvil-qəbul aktlarını məhv edərək uçotdan yayındırmaqla onları qeyd olunan dövr ərzində qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan ayrı-ayrı taksi avtomaşınlarına yükləyib ona göndərmiş, o da qrup tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək həmin məhsulları qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan Şahid3 sonuncunun icarəyə götürdüyü ünvan 5 ünvanında yerləşən marketdə dəyərindən aşağı qiymətə sataraq əldə etdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs1 ilə arasında bərabər qaydada bölüşdürüb özünə çatan hissəsini şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sahibi olduğu “Araz Etalon market" ticarət müəssisəsinə məxsus 30.706,05 (otuz min yeddi yüz altı manat beş qəpik) manat dəyərində qida məhsullarını, yəni özgə əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Belə ki, o, 2021-ci ilin aprel ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonunadək olan dövr ərzində 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə fiziki şəxs kimi dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs Nazım oğlunun (VÖEN: **********) sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən “Araz Etalon market" ticarət müəssisəsində xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyrı-rəsmı qaydada, yəni əmək müqaviləsi olmadan, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci ıl tarixədək isə xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən rəsmi qaydada mal qəbul edən vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs1 etibar edilmiş özgə əmlakını mənimsəyərək talamaq məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayətin törədilmə planını, qrup üzvləri kimi hər ikisinin birgə icraçı qismində görməli olduqları işi və əldə olunacaq gəlirin bölüşdürülmə qaydasını müəyyənləşdirib N.Məsımzadənin işlədiyi marketə satış üçün gətirilən 09 aprel 2021-ci il tarixli 51,8 manat dəyərində **********477 №-li; 16 aprel 2021-ci il tarixli 511,6 manat dəyərində **********972 №-li; 21 aprel 2021-ci il tarixli 351.98 manat dəyərində **********034 №-li; 21 aprel 2021-cı il tarixli 104.692 manat dəyərində **********879 №-li, 27 aprel 2021-ci il tarixli 87,34 manat dəyərində **********001 №-li; 28 aprel 2021-ci il tarixli 76,158 manat dəyərində **********505 №-li; 30 aprel 2021-ci il tarixli 149,23 manat dəyərində **********375 №-li; 30 aprel 2021-ci il tarixli 158,58 manat dəyərində **********478 №-li; 04 may 2021-ci ıl tarixli 129,26 manat dəyərində **********490 №-li; 04 may 2021-ci il tarixli 203,46 manat dəyərində **********491 №-li; 16 iyul 2021-ci il tarixli 217,75 manat deyərində **********334 №-li; 16 iyul 2021-ci il tarixli 200,44 manat dəyərində **********340 №-li; 21 iyul 2021-ci il tarixli 144.966 manat dəyərində **********269 №-li; 13 avqust 2021-ci il tarixli 123.25 manat dəyərində **********535 №-li; 13 avqust 2021-ci il tarixli 34 26 manat dəyərində **********543 №-li; 24 avqust 2021-ci il tarixli 1 440 manat dəyərində **********788 №-li; 24 avqust 2021-ci il tarixli 1.080 manat dəyərində **********789 №-li; 09 sentyabr 2021-ci il tarixli 42 manat dəyərində **********615 №-li; 09 sentyabr 2021-ci il tarixli 1.880 manat dəyərində **********584 №-li; 09 sentyabr 2021-ci il tarixli 134.8 manat dəyərində **********612 №-li; 09 sentyabr 2021-ci il tarixli 100,49 manat dəyərində **********628 №-li; 14 sentyabr 2021-ci il tarixli 242,98 manat dəyərində **********485 №-li; 15 sentyabr 2021-cı il tarixli 249,509 manat dəyərində **********769 №-li; 16 sentyabr 2021-ci ıl tarixli 487,35 manat dəyərində **********464 №-li; 16 sentyabr 2021-ci il tarixli 2.064 manat dəyərində **********465 №-li və 23 sentyabr 2021-ci il tarixli 3.613,2 manat dəyərində **********735 №-li, cəmi 26 (iyirmi altı) ədəd kağız daşıyıcıda olan təhvil-qəbul aktları ilə ümumilikdə xeyli miqdar təşkil edən 13 879,095 (on üç min səkkiz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat dəyərində qida və qeyriqida məhsullarını Təqsirləndirilən şəxs1 təhvil alıb tam maddi məsuliyyətinə götürsə də, bu barədə məlumatları marketin elektron məlumatlar bölməsinə yerləşdirməyərək uçotdan yayındırmaqla onları qeyd olunan dövr ərzində qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olmayan ayrı-ayrı taksi qrup tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək həmin məhsulları istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə dəyərindən aşağı qiymətə sataraq əldə etdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs1 və qrup üzvlərinin cinayətkar niyyətlərindən məlumatlı olsa da, cinayətin törədilməsində hər hansı bir rolu olmayan yaxın tanışları X7 arasında bərabər qaydada bölüşdürüb özünə çatan hissəsini şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş Zərərçəkmiş şəxs sahibi olduğu "Araz Etalon market" ticarət müəssisəsinə məxsus 13 879,095 (on üç min səkkiz yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat dəyərində qıda və qeyri-qida məhsullarını, yəni özgə əmlakını zərərçəkmış şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 09 aprel 2021-ci il tarixdən faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsində yerləşən “Araz-Etalon" marketdə mal qəbul edən (anbardar) vəzifəsində işləməyə başlamış, lakin həmin vəzifə üzrə əmək müqaviləsi elektron sistemə 02 iyun 2021-ci il tarixdə daxil edilmişdir. Marketin rəsmi sahibi Zərərçəkmiş şəxs olsa da idarəçilik onun atası Şahid1 tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərlə əvvəllər heç bir tanışlığı olmamış, marketdə işə başladığı vaxtdan tanımışdır. Marketdə mal qəbul edən (anbardar) vəzifəsində işlədiyi dövrdə başqa heç kim həmin vəzifədə işləməmişdir. Əsas vəzifəsi sifariş əsasında gətirilmiş malları “Malların təhvil-qəbul aktı”na əsasən təhvil alaraq bu barədə məlumatları marketə məxsus kompüter vasitəsilə elektron sistemə yerləşdirməkdən ibarət olmuş, kompüterin giriş kodunu və qeyd olunan məlumatları elektron sistemə yerləşdirmə qaydasını işçilər arasında yalnız o bilmişdir. Belə ki, sifariş əsasında mallar gətirildikdən sonra “Malların təhvil-qəbul aktrnda göstərilən siyahı üzrə hər bir malı saymış, malların sayını və uyğunluğunu dəqiqləşdirdikdən sonra onları “Post-terminal” cihazına işləyərək malları qəbul etdiyinə dair "Malların təhvil-qəbul aktı’nı imzalayaraq möhürləmişdir. Təhvil verdi hissəsində malları təhvil verən sürücü, ekspeditor və s imza çəkmiş, aktın bir nüsxəsi onda, digər nüsxəsi isə malları təhvil verən şəxsdə qalmışdır. Sonra mallar marketin anbarına yığılmış və gətirilən hər yeni mal post-terminal cihazı vasitəsilə marketin elektron sisteminə yerləşdirilməklə sonda yaddaşda saxlanılmışdır. Elektron sistemə yerləşdirilmiş həmin məlumatlara “Araz Supermarket" MMC-nin baş ofisinin əməkdaşları tərəfindən nəzarət edilmişdir. Təhvil alınan yeni mallara dair məlumatlar tam şəkildə elektron sistemə yerləşdirildikdən sonra kompüterdən çıxarış edilərək elektron qaimə götürülmüş, elektron qaimə “Malların təhvil-qəbul aktı"na tikilərək növbəti gün inkassator vasitəsilə məlumat üçün “Araz Supermarket" MMC-nin baş ofisinə göndərilmişdir. Marketdə işlədiyi müddətdə ondan başqa heç kim malları təhvil almamış, istisna hallarda, hansısa səbəbdən işdə olmadığı, yaxud işə gec gəldiyi zaman digər işçilər aktı imzalayıb möhürləməklə malları təhvil alaraq anbara yerləşdirib bu barədə ona məlumat vermişlər. Lakin hər bır halda kompüterin giriş kodunu ancaq özü bildiyi üçün elektron sistemə müvafiq məlumatları da özü daxil etmişdir. Marketdə işlədiyi müddət ərzində dəqiq xatırlamadığı ayrı- ayrı vaxtlarda sifariş əsasında marketə təhvil verilmiş müxtəlif növ qida və qeyrı-qıda məhsullarını elektron sistemə yerləşdirməyərək həmin malları "Veysəloğlu MMC-nin sürücü köməkçisi olmuş tanışı Təqsirləndirilən şəxs3la ayrıca, “Araz-Etalon" marketin Bakı şəhəri, Nizami rayon filialında mal qəbul edən vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2la ayrıca cinayət əlaqəsinə girərək marketə məxsus xeyli miqdarda, ümumilikdə təxminən 30-35 min manat dəyərində malları elektron qaydada sistemə yerləşdirməyib uçotdan yayındıraraq mənimsəmişdir. Belə ki, bəzi hallarda sifariş əsasında mallar gətirildikdən sonra onları anbara yığmayaraq marketin qarşısında saxlamış və işçilərə malları guya marketin sahibi Nazım Əkbərovun tapşırığına əsasən başqa bır marketə transfer edəcəyi üçün anbara yığmadığını demiş, işçilər də şübhələnməmişlər. Təhvil aldığı mallara dair post-termınal cihazına işlədiyi məlumatları marketin elektron sisteminə yerləşdirməli olduğu halda yerləşdirməmiş, “Malların təhvil-qəbul akt ını isə cıraraq məhv etmiş və “Araz Supermarket" MMC-nin baş ofisinə həmin malları təhvil aldığına dair hər hansı sənəd göndərməmiş, bundan sonra Vahidlə, yaxud da Orxanla əlaqə saxlayıb elektron sistemə işləmədiyi qaimələr üzrə təhvil aldığı malları göndərəcəyi ünvanları dəqiqləşdirmiş, çünki aralarındakı razılığa əsasən Orxan və Vahidin əsas rolu həmin malları satmaq üçün müştəri tapıb satışı həyata keçirməkdən ibarət olmuşdur. Orxanın deməsinə görə Mübariz də müştəri tapmaqda ona köməklik etmiş, ona görə də, Orxan vasitəsilə satdıqları malların satışından əldə olunan gəliri Mübariz də daxil olmaqla üçü arasında bərabər qaydada bölüşdürmüşlər. Lakin ancaq Orxanla ünsiyyət saxlamış, malların satılması ilə bağlı Mübarizlə heç vaxt əlaqə saxlamamışdır. Orxanla Vahidin birbirindən məlumatı olmamış. Vahidlə ayrıca Orxanla da ayrıca iş görmüşdür. Vahid və Orxan malları göndərəcəyi ünvanları dedikdən sonra proqram vasitəsilə tanımadığı taksi sifariş edib malları həmin taksi maşınına yükləyərək Vahidin yaxud Orxanın dediyi ünvanlara göndərmiş, mallar ünvana çatdıqda onlar tərəfindən qarşılanaraq dəyərindən ucuz qiymətə satılmışdır. Orxan və Vahidin malları kimə, hansı ünvanda yerləşən marketlərə satmalarını bilməmiş, əldə olunan gəliri Vahidlə gördüyü işlərdə ikisi arasında bərabər, Orxanla gördüyü işlərdə isə Mübariz də daxil olmaqla üçü arasında bərabər şəkildə bölüşərək şəxsi ehtiyaclarına sərf etmişdir. Belə kı, 2020-ci ildə “Araz-Etalon" marketdə işə başlamazdan əvvəl Kapital bankdan təxminən 5 min manat kredit götürmüş vaxtında ödəyə bilmədiyi üçün gecikməyə düşmüş, marketdən mənimsədiyi malların satışından əldə etdiyi gəlir hesabına Kapital banka olan təxminən 5-6 min manat kredit borcunu birdəfəlik ödəyərək tam bağlamışdır. Bundan başqa, 2018-2019-cu illərdə Bank Respublikadan hazırda heç bir əlaqəsinin olmadığı, şəxsi anket məlumatlarını bilmədiyi tanışı Samir adlı şəxsin adına 3 min manat kredit götürmüş və həmin kredit borcunu da mənimsədiyi malların satışından əldə etdiyi gəlir hesabına ödəyərək tam bağlamışdır. Həmçinin xatırlamadığı ayrı-ayrı tanışlarından müxtəlif vaxtlarda götürdüyü 200-500 manat arası olan xırda borclarını da eyni qaydada bağlamış, gəlirin qalan hissəsini isə digər şəxsi ehtiyaclarına sərf etmişdir. Ümumiyyətlə bu əməllərindən heç kimin məlumatı olmamış, 27 sentyabr 2021 -cı il tarixdə Nazım Əkbərov onun əməlləri barədə "Araz Supermarket” MMC-nin baş ofisindən məlumat aldıqdan sonra təxminən 30 min manatdan yuxarı məbləğdə olan malların onun tərəfindən sistemə yeriəşdirilməyərək mənimsənildiyini demiş, onun dedikləri ilə razılaşmayaraq hər hansı məbləğdə mal mənimsəmədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq, onun barəsində cinayət işin icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarından 2022-ci ilin sonlarınadək "xxxx" MMC-də sürücü köməkçisi işləmişdir.Vəzifə təlimatına əsasən ilk növbədə hər gün səhər saatlarında sürücü ilə birlikdə “Veysəloğlu'' MMC-nin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən mərkəzi anbarına gedərək sürücünün adına tərtib edilmiş buraxılış vərəqəsi və “Malların təhvilqəbul akt larini götürmüş sonra ayrı-ayrı marketlər tərəfindən verilmiş sifarişlər üzrə yük hissəsi onlara verilmiş aktlara uyğun müxtəlif qida və qeyri-qida məhsulları ilə dolu və qapısı möhürlənmiş olan, onlara təhkim olunmuş xidməti yük avtomobili ilə həmin malları müvafiq ardıcıllıqla marketlərə paylamaq üçün yola düşmüşlər. Marketlərə gedərək mal qəbul edənə Mallann təhvil-qəbul aktında göstərilmiş malların siyahısını təqdim etmiş, mal qəbul edən razılıq verdikdən sonra avtomobilin yük hissəsinin möhürünü sökərək qapını açıb malları yük hissədən çıxarmaqla mağazanın qarşısına toplamış, mal qəbul edən siyahı üzrə malların sayını və uyğunluğunu dəqiqləşdirərək həmin malları əlində olan “Post-terminal" cihazına işləyib malları qəbul etdiyinə dair “Malların təhvil-qəbul aktı"nı imzalayaraq möhürləmiş, sürücü də öz növbəsində malları təhvil verdiyinə dair imza çəkmişdir. Aktın bir nüsxəsi mal qəbul edəndə, digər nüsxəsi isə sürücüdə qalmış, sürücü sonradan həmin aktları Mərkəzi anbarın baş ofisinə təqdim etmişdir. Əvvəllər onun dislokasıyasına Yeni Yasamal ərazisində yerləşən marketlər, həmçinin həmin ərazidə Ə Əhmədov küçəsində yerləşən “Araz-Etalon" marketi daxil olmuşdur Həmin marketdə mal qəbul edən vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə əvvəllər heç bır tanışlığı olmamış, təxminən 2021-ci ilin aprel ayından həmin ilin oktyabr ayınadək Nicat Məsımzadəyə malları paylamış, Nicatın işdə olmadığı nadir zamanlarda isə malları həmin marketin digər işçilərinə təhvil vermişdir Nicatla aralarındakı münasibət yaxınlaşdıqdan sonra hər ikisi marketə təhvil verilən malların bir qismini qanunsuz olaraq mənimsəyib dəyərindən ucuz qiymətə satmaqla əldə olunan gəliri ikisi arasında bölüşməyə razılaşmışlar. Aralarındakı razılığa əsasən “Veysəloğlu MMC-dən mallar Araz-Etalon" marketə gətirildikdən sonra Nicat həmin malların bir qismini təhvil almasına dair kağız daşıyıcıda olan “Malların təhvilqəbul akt' ını imzalasa da. həmin məlumatları marketin elektron bölməsinə işləməmiş və aktları məhv edərək onları uçotdan yayındırmış, daha sonra malları tanımadığı taksi ilə “Ulduz" metrostansıyasının yaxınlığına göndərmiş, özü də həmin malları Şahid3 adlı şəxsə sonuncunun icarəyə götürdüyü “ASK Arena"nın arxa hissəsində, ünvan 5 ünvanında yerləşən marketdə qeyri-rəsmi qaydada satmışdır. 2021-ci ilin aprel ayından oktyabr ayınadək Nicatla qabaqcadan əlbir olub onun işlədiyi marketdən mənimsəmə yolu ilə təxminən 20 min manat dəyərində “Red Bull" enerji içkisi və Snickers markalı şokoladları talamaqla dəyərindən ucuz qiymətə R. İbadova satmış, satışdan təxminən 14 min manat gəlir əldə edərək onu Nicatla arasında yarıbayarı bölüşdürmüşdür. Nicatla birgə mənimsədikləri malları Şahid3 başqa heç kimə satmamışdır. Əldə edilmiş pulun özünə çatan hissəsi ilə “Birkart” hesabında yaranmış 1.000 (min) manat kredit borcunu bağlamış, digər hissəsini şəxsi ehtiyaclarına (geyim, əyləncə və s.) xərcləmişdir. Törətdikləri əməldən heç kimin məlumatı olmamış, sonradan Orxanla Mübarizin də həmin marketdən Nicatla birlikdə təxminən 14 min manat dəyərində mal mənimsədiklərini öyrənmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq, onun barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi. Ə.Əhmədov küçəsində yerləşən "Araz-Etalon" marketdə mal qəbul edən vəzifəsində işləmiş, marketin rəsmi müdiri Zərərçəkmiş şəxs olsa da, faktiki rəhbərliyi atası Şahid1 həyata keçirmişdir. Mal qəbul edən kimi vəzifə təlimatı sifariş üzrə marketə gətirilən malların təhvil alınaraq marketin anbarına yerləşdirilməklə bu barədə məlumatların elektron sistemə daxil edilməsindən ibarət olmuşdur. 2021-ci ilin mart ayında başqa iş tapdığı üçün Şahid1 həmin işdən ayrılmaq istədiyini bildirmiş, sonuncu da işi bacara biləcək tanıdığı şəxsin olub-olmadığını maraqlanmış və yerinə təyin olunacaq yeni işçiyə bir neçə gün iş qaydasını öyrətdikdən sonra işdən ayrılmasını xahiş etmişdir. Əvvəllər “Araz MarkeCin Mehdiabad-2 filialında birgə işlədiyi Nicat Məsımzadə ilə əlaqə saxlayaraq iş barədə təklif etmiş, razılaşdığı üçün onu Şahid1la görüşdürərək marketdəki iş qaydası və vəzifə təlimatı ilə tanış etmiş. 2021-cı ilin aprel ayının əvvəllərində vəzifəsini Nicata təhvil verərək işdən birdəfəlik ayrılmışdır. Onun yem iş məsələsi alınmadığı üçün bir müddət işsiz qalmış, 2021-ci ilin yay aylarında isə N. Əkbərovun təklifi ilə onların Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr.t Özbəkistan küçəsində yerləşən Araz-Etalon" marketində mal qəbul edən vəzifəsinə təyin olunmuşdur. Həmin marketdə idarəçilik əvvəllər də yaxın münasibətinin olduğu Mübariz Məmmədov tərəfindən həyata keçirilmişdir Nicat “Araz-Etalon” marketin Yasamal filialında mal qəbul edən vəzifəsində işlədiyi müddətdə aralarındakı razılığa əsasən, satış üçün marketə gətirilən mallara dair qaimələrin bır qismini marketə məxsus kompüterin elektron məlumatlar bölməsinə yerləşdirməyərək və həmin malları anbara mədaxil etməkdən yayındıraraq tanımadığı taksilərə yükləyib onun dediyi ünvanlara göndərmiş, özü də malları hazırda heç bir əlaqəsinin olmadığı ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi gəliri Nicat və Mübarizlə aralarında bərabər qaydada üç yerə bölüşdürmüşdür. Lakin Mübarizin bu işdə heç bir rolu olmamışdır Belə ki. 2021-ci ilin yay aylarında “Araz-Etalon” marketin Nizami rayon filialına mal qəbul edən vəzifəsinə işə qəbul olunduqdan təxminən bır həftə sonra M.Məmmədov həmin marketdə tutduğu vəzifədən azad edilmiş, M.Məmmədov onun Nicat Məsımzadə ilə qabaqcadan əlbir olaraq “Araz-Etalon" marketin Yasamal rayon filialına məxsus malları mənimsəməklə satıb qanunsuz gəlir əldə etməyi planlaşdırmalarından əvvəlcədən məlumatlı olduğu uçun, bundan başqa, maddi vəziyyətinin aşağı olması, həmçinin anasının ağır xəstəliyi ilə əlaqədar müalicəsinə köməklik etmək məqsədilə Təqsirləndirilən şəxs1 M.Məmmədovun guya marketdən mənimsənilmiş malların satışı üçün müştəri tapmaqda köməklik etdiyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib həmin malların satışından əldə olunmuş gəlirin bərabər qaydada üç yerə bölünərək bir hissəsinin M.Məmmədova verilməsinə şərait yaratmışdır. N.Məsımzadə də marketdən talanmış malların qəbulu, satışı ilə bağlı ancaq onunla əlaqə saxlamış, malları onun dediyi ünvanlara göndərmiş, bununla bağlı M.Məmmədovla ümumiyyətlə ünsiyyət saxlamamışdır. Ümumilikdə faktura qiyməti təxminən 14 min manat olan malları dəyərindən 15 faiz ucuz qiymətə ayrı-ayrı şəxslərə satmış, satışdan hər birinə təxminən 4 min manat pul qalmış, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq, onun barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 sentyabr 2019-cu il tarixdə icarə müqaviləsi bağlayaraq Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən Etalon yaşayış kompleksində 1 saylı qeyri-yaşayış sahəsini “Market" qismində istifadə edilməsi üçün icarəyə götürmüş, bundan sonra fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi 23 sentyabr 2019-cu il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 13 dekabr 2019-cu il tarixdə “Araz Supermarket" MMC ilə “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi", "Əmtəə nişanından istifadə ilə bağlı lisenziya" və “Daşınmaz əmlakın subıcarəsi" müqavilələrini bağlamış, müqavilə şərtlərinə əsasən atası Şahid1la birlikdə həmin marketi “Araz Supermarket" MMC-nin əmtəə nişanı adı altında - "Araz-Etalon" adı ilə idarə etməyə, marketdə qida və qeyri-qida məhsullarının satışını həyata keçirməyə başlamışdır. Belə ki, mağazanın rəsmi qaydada rəhbəri olsa da, faktiki olaraq rəhbərliyi, işçilərin işə qəbuluna, işdən azad olunmasına, onların və mağazanın fəaliyyətinə nəzarəti atası həyata keçirmiş, yalnız ay sorunda birlikdə haqq-hesab edərək mağaza ilə bağlı problemləri müzakirə edib rəsmi qərarlar qəbul etmişdir. Təqsirləndirilən şəxs1 09 aprel 2021-ci il tarixdən faktiki olaraq marketdə mal qəbul edən (anbardar) vəzifəsi üzrə işləməyə başlamış, lakın onunla əmək müqaviiəsi elektron sistemə 02 iyun 2021- ci il tarixdə daxıl edilmişdir Təqsirləndirilən şəxs1 ilə əvvəllər heç bir tanışlığı olmamış, onu marketdə işə başladığı vaxtdan tanımış, işlədiyi dövrdə ondan başqa həmin vəzifədə heç kim işləməmişdir. Əsas vəzifəsi sifariş əsasında “Veysəloğlu" MMC-nin ekspeditorları tərəfindən gətirilmiş malları “Malların təhvil-qəbul aktı’na əsasən təhvil alaraq bu barədə məlumatları marketə məxsus kompüter vasitəsilə elektron sistemdə yerləşdirməkdən ibarət olmuşdur. "Malların təhvilqəbul aktı" malları təhvil verən firmanın ekspeditorları tərəfindən və malları təhvil alan marketin anbardarı Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq və marketə məxsus möhürlə möhürlənərək təsdiq edilmişdir. Həmin aktın bir nüsxəsi onlarda, digər nüsxəsi isə malı təhvil verən firmanın əməkdaşında qalmışdır Marketin mal qəbul edən vəzifəsində yalnız Təqsirləndirilən şəxs1 işlədiyindən ondan başqa malları heç kim təhvil almamış, Nicatın hansısa səbəbdən işdə olmadığı, yaxud işə gec gəldiyi hallarda marketin digər işçiləri aktı imzalayıb malları təhvil alaraq onu anbara yerləşdirməklə bu barədə sonradan Nicata məlumat vermişlər. Hər bir halda kompüterə daxil olmaqdan ötrü nəzərdə tutulmuş istifadəçi adı və parolu ancaq Təqsirləndirilən şəxs1 bildiyindən elektron sistemə məlumatları da o daxil etmiş, həmin məlumatlara "xxxx" MMC-nin baş ofisinin əməkdaşları tərəfindən nəzarət edilmişdir. 27 sentyabr 2021-ci il tarixdə atası Şahid1 əlaqə saxlayaraq "Araz Supermarket” MMC-nin əməkdaşları vasitəsilə əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 marketə təhvil verilmiş mallardan 37.900 (otuz yeddi min doqquz yüz) manatlıq malı elektron sistemə işləmədiyini müəyyən etdiklərini və bununla bağlı araşdırma aparılmasından ötrü Yasamal RPl-nin 29-cu polis şöbəsinə müraciət etdiyini demişdir. Həmçinin 27 dekabr 2021-ci il tarixdə sərbəst auditor Şahid2 ilə “Audit xidmətinin göstərilməsinə dair 074/70 saylı müqavilə bağlamış və Təqsirləndirilən şəxs1 marketin mal qəbul edən vəzifəsində işlədiyi 09 aprel 2021-ci ıl tarixdən 27 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində fəaliyyətini yoxlatmışdır. Audit yoxlaması nəticəsində həmin müddətdə Təqsirləndirilən şəxs1 tərəfindən marketin anbarına 141.522,46 (yüz qırx bir min beş yüz iyirmi iki manat qırx altı qəpik) manatlıq qıda və qeyrı-qıda məhsullarının qəbul edildiyi, lakın bu mallardan 45 (qırx beş) ədəd qaımələrdəki 44 585,15 (qırx dörd min beş yüz səksən beş manat on beş qəpik) manatlıq malların elektron sistemdə qeydiyyata alınmadığı, yəni, maddı məsul şəxs kimi onun öhdəsində 44.585,15 (qırx dörd min beş yüz səksən beş manat on beş qəpik) manat məbləğində mal çatışmazlığının olduğu aşkar edilmişdir. Əsas tələbi Təqsirləndirilən şəxs1 tərəfindən marketə vurulmuş 44 585.15 (qırx dörd min beş yüz səksən beş manat on beş qəpik) manat məbləğində maddi ziyanın ödənilməsi, habelə onun və əlbir olduğu şəxslərin törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir. İfadəsnin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, cinayət nəticəsində ona verulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir, onlardan şikayət və tələbi yoxdur, onlrın barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, “Araz Etalon" marketdə baş satıcı-kassir vəzifəsində işləyir. X9 09 aprel 2021-ci il tarixdən marketdə mal qəbul edən (anbardar) vəzifəsi üzrə işləməyə başlamış, onunla əvvəllər heç bir tanışlığı olmamışdır. N Məsimzadənin əsas vəzifəsi sifariş əsasında "xxxx" MMC-nin ekspeditorları tərəfindən gətirilmiş malları "Malların təhvilqəbul aktı"na əsasən təhvil alaraq bu barədə məlumatları marketə məxsus kompüter vasitəsilə elektron sistemə yerləşdirməkdən ibarət olmuş, həmin məlumatlara “Araz Supermarket MMC-nın baş ofisinin əməkdaşları tərəfindən nəzarət edilmişdir. Nicatın hansısa səbəbdən işdə olmadığı hallarda o və yaxud marketin digər işçiləri malları rəsmi qaydada təhvil alaraq onu anbara yerləşdirib bu barədə sonradan Nicata məlumat verərək elektron sistemdə uçot məlumatlarına daxil etməsindən ötrü müvafiq aktı təqdim etmişlər. Həmin kompüterin giriş kodunu yalnız Nicat bildiyi üçün hər bir halda elektron sistemə məlumatları ancaq özü daxil etmişdir. 27 sentyabr 2021-ci il tarixdə marketin faktiki sahibi X17 lazım olandan daha artıq mal sifariş etdiyini, lakin həmin mallar barədə məlumatları sistemə vurmadan mənimsədiyini bildirmiş, bu barədə soruşduqda Nicat həmin malları başqa marketə transfer etdiyim, həmin ərəfələrdə N Əkbərov rayonda olduğu üçün guya ona məlumat vermədiyim demişdir Şahid1 da Nicata malları transfer etdiyi şəxslə danışaraq dərhal marketə qaytarmasını tələb etsə də. Nicat müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır N Əkbərov onun yalan danışdığını görüb ilk növbədə “Araz Supermarket" MMC- nin baş ofisinə məlumat vermiş, bu zaman Nicatın işlədiyi dövrdə "xxxx"Veysəloğlu MMC-nin ekspeditorları tərəfindən marketə təhvil verilmiş mallardan məlumatların onun tərəfindən elektron sistemə ışlənilmədıyı müəyyən olunmuş, Şahid1 da bu barədə Yasamal RPl-nin 29-cu polis şöbəsinə müraciət etmişdir. Sonradan marketdə işlədiyi müddətdə Nicatın öhdəsində olmuş mal qalığının auditi aparılmış, yoxlama nəticəsində onun öhdəsində təxminən 44 min manat məbləğində mal çatışmazlığının olduğu aşkar edilmişdir. Nicatın dəfələrlə müxtəlif vaxtlarda Veysəloğlu MMC-nin ekspeditorları tərəfindən gətirilmiş malların bir qismini mağazaya yığsa da xeyli bır qismim başqa mağazaya transfer edəcəyini deyərək içəri yığmamasının və bu barədə mağaza müdiri Şahid1 məlumatlı olduğunu deməsinin şahidi olmuş. Şahid1 bu barədə məlumatlı olduğunu düşünərək onun işlərinə qarışmamışdır. Sonradan Nicatın həmin malları elektron sistemə işləmədən mənimsəyərək taladığını bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28 dekabr 2016-ci il tarixli, № 074 saylı İcazə ilə sərbəst auditor kimi fəaliyyət göstərir. Onunla fərdi sahibkar Zərərçəkmiş şəxs Nazım oğlunun (VÖEN-**********) arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli. 70 saylı müqaviləyə əsasən sahibkarın anbardan Təqsirləndirilən şəxs1 09 aprel 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində mal- pul dövriyyəsinin auditini aparmışdır. Audit zamanı “Veysəloğlu" MMC ilə “Araz Supermarket" MMC arasında bağlanılmış müqaviləyə əsasən “Veysəloğlu MMC lazımi qida və qeyri-qıda məhsullarını “Araz Supermarket' MMC-nin adına yazılmış “Satış qaimələri nə əsasən sahibkar Zərərçəkmiş şəxs Nazım oğlunun anbardarı Təqsirləndirilən şəxs1 göndərmiş. Təqsirləndirilən şəxs1 göndərilmiş malları anbarına qəbul etməklə satışını həyata keçirmişdir. Audit olunan dövrdə Təqsirləndirilən şəxs1 anbarına göndərilmiş mallara dair bəzi qaimələri qeydiyyata almadan kənar yolla satışını həyata keçirmiş, nəticədə, “Veysəloğu" MMC-dən “Araz Supermarket" MMC-yə göndərilmiş malların arasında çatışmazlıq yaranmışdır. Belə ki, 09 aprel 2021-ci il tarixə Təqsirləndirilən şəxs1nın mal-pul qalığı olmamış, sahibkara göndərilmiş malların çıxışına dair və Təqsirləndirilən şəxs1nın anbarına mədaxil etdiyi mallara dair terminal çıxarışlarından məlum olur ki. 09 aprel 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək N.Məsımzadənin anbarına 141 522,46 manatlıq qıda və qeyri-qida məhsulları göndərilmiş, sonuncu tərəfindən 5.505.15 manatlıq malları geriyə qaytarılmışdır. Lakin Təqsirləndirilən şəxs1 bu mallardan 45 ədəd qaimələrdəki 44 585 15 manatlıq malları qeydiyyata almayaraq sahibkara ziyan vurmuşdur. Beləliklə, sahibkar tərəfindən auditə təqdim olunmuş sənədlərə, terminaldan çıxarışlara, satış qaimələrinə və sistem məlumatlarına əsasən aparılmış ajditin nəticəsi olaraq maddi məsul şəxs Nicat Məsımzadənin öhdəsində xx.xx.2021-ci il tarixə 44 585,15 (Qırx dörd min beş yüz səksən beş manat 15 qəpik) manat məbləğində mal çatışmazlığı aşkar edilmiş və bununla bağlı 16 iyul 2020-ci il tarixdə akt tərtib edərək 70 saylı auditor rəyi vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektini icarəyə götürüb market qismində işlədərək fərdi sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxs3 qonşusu olmuş, 2021-ci ildə xatırlamadığı tarixdə yaxınlaşaraq şirkət qiymətindən 15 faiz ucuz qiymətə "Snickers” markalı şokolad satdıqlarını, istədiyi təqdirdə ona da təşkil edə biləcəklərini demiş, razılaşdığı üçün xatırlamadığı tarixdə bir dəfə hər qutuda 48 ədəd orta və 24 ədəd iri təxminən 10-15 qutu "Snickers" markalı şokoladları şirkət qiymətindən 15 faiz ucuz qiymətə ona satmışdır. Həmin şokoladların pulunu Vahidə nağd qaydada vermiş, aralarında başqa alış-veriş olmamış, habelə ondan əlavə qıda yaxud qeyri-qida məhsulu almamışdır. Həmin malların cinayət yolu ilə əldə edilmiş əmlak olduğunu bilməmiş, V. Heydərov da malları ucuz qiymətə satmasının səbəbini deməmiş, onun həmin ərəfədə “Veysəloğlu" MMC-də işlədiyini bildiyi üçün həmin şirkət vasitəsilə dəyərindən ucuz qiymətə mal satdığını düşünmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-mühasibatlıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9/539 saylı rəydən görünür ki, iş materiallarında olan sənədlərin və X8 düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən «Araz-Etalon» filialında 09 aprel 2021-ci ıl tarixdən 27 sentyabr 2021-ci il tarixədək yaranmış çatışmazlıq 44 585.15 (qırx dörd min beş yüz səksən beş manat on beş qəpik) manat məbləğində müəyyən edilir. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri - Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən “Araz Etalon" marketidir. 29 dekabr 2021-ci il tarixli audit aktından görünür ki, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28 dekabr 2016-cı il tarixli № 074 saylı “icazə'’ ilə sərbəst auditor kimi fəaliyyət göstərən Şahid2 ilə fərdi sahibkar Zərərçəkmiş şəxs (VÖEN- **********) arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli, 70 saylı müqaviləyə əsasən sahibkarın anbardarı X5 09 aprel 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində mal-pul dövriyyəsinin audit yoxlaması aparılmışdır. Sənədlərdən aydın olur ki, 09 aprel 2021-cı ıl tarixə sahibkarın anbardarı X5 mal-pul qalığı olmamışdır. Sahibkara göndərilmiş malların çıxışına dair və Təqsirləndirilən şəxs1 anbarına mədaxil etdiyi mallara dair terminal çıxarışlarından məlum olur ki. 09 aprel 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs1 anbarına 141 522.46 manatlıq qida və qeyri-qida məhsulları göndərilmişdir. Sahibkarın anbardarı Təqsirləndirilən şəxs1 5.505,15 manatlıq malları geriyə (vozvrat olunmuşdur) qaytarmışdır. Lakın sahibkarın anbardarı bu mallardan 45 ədəd qaimələrdəki 44 585.15 manatlıq malları qeydiyyata almayaraq sahibkara ziyan vurmuşdur. Beləliklə, sahibkar tərəfindən auditə təqdim olunmuş sənədlərə, terminaldan çıxarışlara, satış qaimələrinə və sistem məlumatlarına əsasən aparılmış auditin nəticəsi olaraq belə qənaətə gəlinir ki, maddi məsul şəxs Təqsirləndirilən şəxs1 öhdəsində 27 sentyabr 2021-ci ıl tarixə 44 585.15 (qırx dord min beş yüz səksən beş manat on beş qəpik) manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən 09 04.2021-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində işlədiyi “Araz-Etalon” marketin anbarından mənimsənilərək talanmış ümumi dəyəri 44 585,15 manat olan mallar barədə məlumatların əks olunduğu 45 ədəd qaimələr - 09 aprel 2021-ci il tarixli 51.8 manat dəyərində **********477 №-li; 16 aprel 2021-cı il tarixli 511,6 manat dəyərində **********972 №-li; 21 aprel 2021-ci ıl tarixli 351,98 manat dəyərində **********034 №-li; 21 aprel 2021-ci il tarixli 104.692 manat dəyərində **********879 №-li; 27 aprel 2021-ci il tarixli 87 34 manat dəyərində **********001 №-li; 28 aprel 2021-ci il tarixli 76.158 manat dəyərində **********505 №-li; 30 aprel 2021-ci il tarixli 149,23 manat dəyərində **********375 №-li; 30 aprel 2021-ci il tarixli 158.58 manat dəyərində **********478 №-li; 04 may 2021-ci il tarixli 129,26 manat dəyərində **********490 №-li; 04 may 2021-ci il tarixli 203,46 manat dəyərində **********491 №-li; 16 iyul 2021-ci il tarixli 217,75 manat dəyərində **********334 №-li; 16 iyul 2021-ci il tarixli 200,44 manat dəyərində **********340 Nfi-lı 21 iyul 2021-ci il tarixli 144 966 manat dəyərində **********269 №-li; 28 iyul 2021-ci il tarixli 264,5 manat dəyərində **********450 Na-İl; 28 iyul 2021-Cİ il tarixli 236.72 manat dəyərində **********451 №-li; 29 iyul 2021-ci il tarixli 497,12 manat dəyərində **********452 №-li; 29 iyul 2021-ci il tanxli 831,51 manat dəyərində **********453 Nfi-lı, 10 avqust 2021-ci il tarixli 1 080 manat dəyərində **********742 №-li; 13 avqust 2021cı il tarixli 123,25 manat dəyərində **********535 №-li; 13 avqust 2021-ci il tarixli 34 26 manat dəyərində **********543 №-li; 20 avqust 2021-cı il tarixli 1 440 manat dəyərində **********809 №-li; 24 avqust 2021-cı il tarixli 1.440 manat dəyərində **********788 №-li; 24 avqust 2021-ci il tarixli 1.080 manat dəyərində **********789 №-li; 27 avqust 2021-ci il tarixli 1 968 manat dəyərində **********494 №-li; 27 avqust 2021-ci il tarixli 1 440 manat dəyərində **********501 №-li; 27 avqust 2021-ci il tarixli 800 manat dəyərində **********498 №-li; 31 avqust 2021-ci il tarixli 3.276 manat dəyərində **********780 №-li; 31 avqust 2021ci il tarixli 2.160 manat dəyərində **********782 №-li; 03 sentyabr 2021-ci ıl tarixli 2.160 manat dəyərində **********994 №-li; 03 sentyabr 2021-ci il tanxli 977.44 manat dəyərində **********996 №-li; 07 sentyabr 2021-ci il tarixli 1.704 manat dəyərində **********940 №-li; 09 sentyabr 2021-ci il tarixli 42 manat dəyərində **********615 Nfi-lı, 09 sentyabr 2021-ci il tarixli 1.880 manat dəyərində **********584 Nfi- li; 09 sentyabr 2021-cı ıl tarixli 134.8 manat dəyərində **********612 №-li; 09 sentyabr 2021-ci il tarixli 100,49 manat dəyərində **********628 №-li; 14 sentyabr 2021-ci il tarixli 1 440 manat dəyərində **********494 №-li; 14 sentyabr 2021-ci il tarixli 242,98 manat dəyərində **********485 №-li; 15 sentyabr 2021ci il tarixli 249,509 manat dəyərində **********769 №-li; 16 sentyabr 2021-ci il tarixli 487.35 manat dəyərində **********464 №-li 16 sentyabr 2021-ci il tarixli 2.064 manat dəyərində **********465 Nfi-li; 17 sentyabr 2021-ci il tarixli 3 240 manat dəyərində **********576 №-li; 17 sentyabr 2021-ci il tarixli 110.76 manat dəyərində **********577 №-li; 21 sentyabr 2021ci il tarixli 1.440 manat dəyərində **********779 №-li; 21 sentyabr 2021-ci il tarixli 5.640 manat dəyərində **********780 №-li və 23 sentyabr 2021-ci il tarixli 3.613.2 manat dəyərində **********735 №-li qaimələrdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27.04 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 16/1-217ia saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 16/1-482ia saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. "Respublika Psixiatriya xəstəxanası" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3821 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. "Respublika Psixiatriya xəstəxanası" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1184 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs3 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. "Respublika Psixiatriya xəstəxanası" publik hüquqi şəxsinin 13 04 2023-cü il tarixli 4731 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli 1/982 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1/429 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs3 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. 2 nömrəli X1 15 04 2023-cü il tarixli 1/1682 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı müəyyən olunmuşdur. “Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2022-ci ıl tarixli, xx/xx-8224 nömrəli arayışına əsasən əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. “Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli. xx/xx-2433 nömrəli arayışına əsasən əsasən Təqsirləndirilən şəxs3 qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. “Bakı şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2086 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. “Bakı şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin 30.01. 2023-cü ıl tarixli, 891 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs3 qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. “Bakı şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin 20.04. 2023-cü il tarixli, 2832 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 128 nömrəli arayışdan görünür ki. Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Nizami rayon icra hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 102 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 9 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İmişli rayon icra hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 1179 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri H.Əliyev prospekti, dalan 6 ev 6 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan teleqramdan görünür ki, iş üzrə Şahid2 məhkəməyə teleqram vuraraq üzrlü səbələrdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan teleqramdan görünür ki, iş üzrə Şahid3 məhkəməyə teleqram vuraraq üzrlü səbələrdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən müəyyən olunmuşdur ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam qaydada ödənilmiş və onlardan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləmdirilən şəxslərin barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi həcmində (5574 manat) pul məbləği dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi həcmində (3838 manat 25 qəpik) pul məbləği dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi həcmində (1735 manat) pul məbləği dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilməmələri ilə bağlı hissədə özlərini müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdürlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4-cü maddələrinə düzgün olaraq tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, Təqsirləndirilən şəxs1 ərizə yazaraq barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs3 ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, Təqsirləndirilən şəxs3 ərizə yazaraq barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, Təqsirləndirilən şəxs2 ərizə yazaraq barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barışmışdırlar, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət yoxdur, cinayət nəticəsində vurulmuş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın yəni 44.585,141 manat pul məbləğinin iyirmi beş faizi miqdarında pul vəsatini yəni cəmi 11146,28 manat vəsaiti də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 mənimsəmə və ya israf etmə əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vuraraq vahid niyyətlə israf etmə yolu ilə talayan Təqsirləndirilən şəxs1dur. Deməli, bu cinayətin subyekti də məhz odur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına pul köçürülməlidir. Bundan başqa Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi3 və X2 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi əvvəl X6 tərəfindən sonradan isə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat və X4 isə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın iyurmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın iyurmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın iyurmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 210 (iki yüz otuz iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-15/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-15/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver