Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-150/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 27, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsinin açıq olmasından istifadə edərək içəri girib salondan sonuncuya məxsus içərisində 50 manat pul olan 1 ədəd 100 manat dəyərində ağ rəngli pul kisəsi, dəyəri 250 manat olan 1 ədəd Çin istehsalı olan üzərində “Handmade in England Vertu E-018522” sözləri olan mobil telefonu, dəyəri 300 manat olan 1 ədəd “Aventus”, dəyəri 200 manat olan 1 ədəd “Givenchy”, dəyəri 150 manat olan 1 ədəd “Valentino” ətirlərini, dəyəri 30 manat olan Çində istehsal edilmiş “River İsland” markalı istifadədə olmuş 1 cüt kişi üçün idman ayaqqabısını, dəyəri 20 manat olan İngiltərədə istehsal edilmiş üzərində “Club L London” yazıları olan istifadədə olmuş 1 ədəd qara rəngli paltarı (donu), dəyəri 85 manat olan 1 ədəd “Asos” firması tərəfindən tikilmiş qadın jaketini, dəyəri 2 manat olan təzə vəziyyətdə Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 10 ədəd olmaqla bir qutu tort üçün şamı, dəyəri 4 manat olan təzə vəziyyətdə Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 3 ədəd olmaqla 1 qutu tort üçün fəvvarə şamı, dəyəri 1 manat 75 qəpik olan içərisində 7 ədəd həb olan, üzərində “Gofen 400 Clearcap” yazıları olan, 3 ədəd istifadədə olmuş dərman preparatını, dəyəri 8 manat olan təzə vəziyyətdə Çində istehsal edilmiş, üzərində “OTG USB” yazıları olan 1 ədəd mikro usb-ni və dəyəri 1 manat olan istifadədə olmuş 1 ədəd ağ rəngli mobil telefon üçün USB-ni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1201 (bir min iki yüz bir) manat 75 (yetmiş beş) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda işsiz olmaqla Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27, ev 2 mənzil 1-də yaşayır. O, xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə viski içmiş və vaxtını keçirmək internet kluba getmək məqsədilə evdən sərxoş halda çıxmışdır. Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 1/2-nin qarşısından keçərkən həyətdə saxlanılmış qırmızı rəngli “Jeep Wrangler” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin açıq olmasını gördükdə ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra avtomaşından oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt onun əynində qara rəngli kapuşonu olan kurtka olduğundan kapuşonu başına keçirib heç kimin onu tanımayacağına əmin olduqdan sonra həmin avtomobilin açıq olan şüşəsindən salona girmiş və qabaq sərnişin oturacağının qarşısındakı açıq halda olan (kilidli olmayan) bardaçokdan 1 ədəd qırmızı rəngli “Vertu" markalı mobil telefonu, 1 ədəd “USB” kabeli, 1 ədəd dərman həbi, qeyd edilən avtomaşına aid etibarnamə, 1 ədəd şamı görüb götürmüşdür. Salonda sürücünün qolunun altında ortada yerləşən qıfılı olmayan bardaçokdan isə 1 ədəd “Aventus”, 1 ədəd “Valentina”, 1 ədəd isə adını xatırlamadığı və içərisində az qalmış ətiri, arxa sərnişin oturacağının üzərindən isə bir cüt “River island" markalı idman ayyaqabısını, eləcə də sellofanın içərisindən 1 ədəd qadın donu və 1 ədəd qadın jaketini də götürmüşdür. O, yenə ətrafa baxmış və onu heç kimin görmədiyini bilib oradan evə gəlmişdir. Yataq otağına keçib mobil telefonu oradakı siyirmənin altına, ayaqqabını yatağın altına tullayıb gizlətmiş, ətir və digər əşyaları siyirmənin üstünə qoymuş, sonradan çölə çıxıb sellofanda olan 1 ədəd don və 1 ədəd jaketi yaşadığı binanın girişində olan onlara məxsus saxlanc yerində gizlətmişdir. Həmin gün saat 09:00 radələrində evdən ətirləri və saxlanc yerindən isə 1 ədəd qadın jaketini götürüb yolda tulladıqdan sonra, içərisində az qalan və digər iki ətiri Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin yaxınlığında yoldan keçən tanımadığı şəxsə 50 manata satmış, sonradan jaketi də həmin yerin yaxınlığında yoldan keçən tanımadığı qadına 40 manata satmış, pulu isə öz şəxsi istifadəsinə xərcləmişdir. Avtomobilin sahibini tanıdığından oğurladığı əşyaları ona qaytarmağı istəmiş, amma utandığından bunu edə bilməmişdir. 2020-ci ilin mart ayının 17-si saat 21 radələrində Yasamal rayonu 64 saylı MKİS-nin yanından keçərkən həmin ərazinin sahə inspektoru olan polis mayoru Aqil onu yanına çağırmış və ondan yuxarıda qeyd edilən cinayət barədə soruşmuşdur. O, polis əməkdaşına qeyd edilən cinayəti törətdiyini etiraf etmişdir. Sonradan o, Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmiş, orada izahat yazıb cinayəti necə törətdiyini və maddi subutları isə yaşadığı evdə saxladığını bildirmişdir. Sonradan polis əməkdaşları ilə birgə o, yaşadığı evə getmiş və oğurladığı əşyaları yataq otağından götürüb polis əməkdaşlarına təqdim etmiş, lakin don və jaket barədə heç kimə bir söz deməmişdir. Yasamal RPİ-də saxlanıldığı zaman o, anası Bahariyyəyə zəng edərək donu saxladığı yeri sonuncuya demiş və həmin əşyanı götürüb sahibinə verməsini tapşırmışdır. Anası Bahariyyə də həmin donu onun gizlətdiyi yerdən götürüb zərərçəkmişə qaytarmışdır. O, Zərərçəkmiş şəxs məxsus avtomaşının qabaq bardaçokundan 1 ədəd ağ rəngli pul kisəsini də götürdüyünü, evə qayıdanda pul kisəsinin içərisinə baxdıqda orada pul və dəyərli əşya tapmadığından, yəni içərisi boş olduğundan pul kisəsini yolda tulladığını, sərxoş olduğundan pul kisəsini atdığı yeri xatırlamadığını, avtomobildən 50 manat pul oğurlamadığını, oğurladığı əşyaları sahibinə qaytarmaq istəsə də tutulacağı qorxusundan bunu etmədiyini, 2017-ci ildə narkotik vasitədən istifadə etdiyinə görə tutulduğunu və 2018-ci ilin mart ayında azadlığa çıxdığını, bundan başqa heç bir cinayət əməli törətmədiyini, cinayəti edərkən, eləcə də hadisə yerindən gedərkən onu heç kimin görmədiyini və heç kimin onu çağırmadığını, avtomobildən oğurladığı əşyaları evə qoyarkən gecə saat 02.00 radələri olduğundan evdə hamının yatdığını və onu ev sakinlərindən heç kimin görmədiyini, avtomobildən etibarnamə oğurlamaq niyyətinin olmadığını, sadəcə digər əşyaları oğurladıqda onu da avtomobildən səhvən götürdüyünü, həmin sənədin ona lazım olmadığını, əgər əşyaların içərisinə baxmaq imkanı olsaydı həmin etibarnaməni avtomaşının salonuna tullayıb gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə edib ona dəymiş ziyanı tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1/2 ünvanının qarşısına gələrək avtomobilini binanın qarşısında saxlamışdır. Səhhətində problemlər olduğu üçün iki gün ərzində yaşadığı mənzili tərk etməmiş və istirahət etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 21.00 radələrində həyətə düşdükdə avtomaşınının sağ yan şüşəsinin açıq olmasını görmüş və avtomobilinə yaxınlaşdıqda salonda axtarış aparıldığını aşkar etmişdir. Salona baxış keçirərkən bardaçoka qoyduğu ona məxsus işərisində 50 manat olan 1 ədəd ağ rəngli pul kisəsinin, 1 ədəd “Vertu” markalı mobil telefonun, 01 ədəd “Aventus”, 1 ədəd “Givenchy”, 1 ədəd “Valentino” ətirlərinin, nəqliyyat vasitəsinə dair texniki pasportun, eləcə də arxa oturacağın üzərinə qoyduğu 1 cüt “River island” idman ayaqqabısının, 1 ədəd “Asos” firması tərəfindən tikilmiş qadın paltarının, 1 ədəd “Asos" firması tərəfindən tikilmiş jaketin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Yasamal RPİ-nin 26-cı PB-nə gedərək şikayət ərizəsi yazmış və avtomaşınındakı vəziyyətlə bağlı izahat vermişdir. Lakin sonradan o, texniki pasportu evdə tapsa da qeyd edilən nəqliyyat vasitəsini idarə etməsinə dair etibarnaməni tapa bilməmiş, həmin sənədin də oğurlandığını başa düşmüşdür. Sonradan avtomaşınından əlavə olaraq 2 qutu tort üçün şamın, “Gofen” adlı dərman preparatının, 1 ədəd “USB” mobil telefon kabelinin və 1 ədəd “Micro USB” aksessuarının da oğurlandığını xatırlamışdır. Sonradan polis ona avtomaşınından oğurluq edən şəxsin tutulması barədə məlumat vermişdir. O, ifadəsində oğurlanmış pul kisəsinin ağ rəngdə olduğunu və onu 100 manata, arxa tərəfi qırmızı rəngli dəri üzlüklə örtülən və üz hissəsi bütünlüklə şüşədən olan “Vertu” markalı mobil telefonu 6000 manata, “Aventus” ətirini 300 manata, “Givenchy” ətirini 200 manata, “Valentino” ətirini 150 manata, 1 cüt “River island” idman ayaqqabısını 170 manata, “Asos" firması tərəfindən tikilmiş qadın paltarını 600 manata, “Asos” firması tərəfindən tikilmiş qadın jaketini 85 manata, 2 qutu tort üçün şamı 4 manata, üzəri göy və ağ rəngli qutusu olan “Gofen” adlı dərman preparatını 4 manata, ağ rəngli “USB” mobil telefon kabelini 5 manata, üzəri boz rəng olan və qutusu isə sarı rəngdə olan “Micro USB” aksessuarını 35 manata qiymətləndirdiyini və həmin əşyaları Bakı şəhərində yerləşən mağazalardan aldığını, hadisədən sonra avtomobilinin şüşəsini bağlamağı unutduğunu düşündüyünü, oğurlanmış “Aventus” ətirinin istifadə olunmadığını, amma “Givenchy” və “Valentino” ətirlərini bir qədər istifadə etdiyini, oğurluq nəticəsində avtomaşınına heç bir ziyan dəymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində qeyd etmişdir “Vertu” markalı mobil telefonun İMEİ kodunu bilməmişdir, çünki həmin telefonu Dubaydan hədiyyə olaraq gətirmişdilər, ona görə də həmin telefonun orijinal və ya saxta olması barədə də dəqiq məlumatı yoxdur. Lakin istintaqa verdiyi ilkin ifadəsində telefonun orijinal olduğunu düşündüyündən 6000 manat olmasını bildirmişdir. Hadisədən sonra “Vertu" markalı mobil telefon ona təqdim edildikdə tanımış, belə ki, onun arxa tərəfinin qırmızı rəngli dəri üzlüklə örtülməsi və üz hissəsinin bütünlüklə şüşədən ibarət olması, həmin mobil telefonu əvvəllər əlindən yerə saldığı üçün üst hissəsində olan qara rəngli hissəciyin yerindən qopması əlamətlərinə görə mobil telefonun ona məxsus olmasını əminlikdə təsdiqləmişdir. Bundan başqa ona məxsus “Jeep Wrangler” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağının üzərindən oğurlanmış 1 cüt "River island” idman ayaqqabısını hazırda Bakı şəhərində olmayan Əli adlı nişanlısına 170 manata hədiyyə almışdır. Hadisədən sonra qeyd olunan oğurluq cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs anası Bahar adlı qadın onun yaşadığı ünvana gəlib ona məxsus avtomobilindən oğlu Azərin oğurladığı qadın paltarını, yəni donu ona geri qaytarmışdır. Baharın ona verdiyi məlumata görə, həmin paltarı Azər yaşadıqları evin yaxınlığındakı şkafda gizlətmişdir. Həmin paltara baxış keçirdikdə tanıyaraq avtomobilindən oğurlanmış paltar olmasını görmüşdür. 2 qutu şamları doğum günü üçün tort hazırlamaq məqsədi ilə marketdən, “Gofen” adlı dərman preparatını özünün istifadə etməsi üçün aptekdən almış və əvvəllər ondan 3 həbini qəbul etmiş, 1 ədəd ağ rəngli “USB” mobil telefon kabel, 1 ədəd üzəri boz rəngli və qutusu isə sarı rəngli olan “Micro USB” aksessuarı isə onun istifadəsində olan mobil telefona aid olmuşdur. Göstərilənlərlə yanaşı Zərərçəkmiş şəxs ona məxsus nəqliyyat vasitəsinin bardaçokunu hər zaman açıq vəziyyətdə saxladığını, hadisə vaxtı da bardaçokun açıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, bu səbəbdən onun təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, onunla barışmasını bildirərək onun barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-də sahə inspektoru vəzifəsində işləyir. ünvan 4 saylı ünvan onun xidmət ərazisinə daxildir. 2020-ci ilin mart ayının 13-də Bakı şəhəri, Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 1/2-də yaşayan Zərərçəkmiş şəxs bölməyə şikayət ərizəsi ilə müraciət edərək xx xxxx 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler" markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı ünvanın qarşısında saxlayıb evə qalxdığını, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində həyətə düşdükdə avtomobilindəki bardaçoka qoyduğu 50 manat pul, 1 ədəd ağ rəngli pul kisəsinin, 1 ədəd “Vertu” markalı mobil telefonun, 3 ədəd ətirin, nəqliyyat vasitəsinə dair texniki pasportun, eləcə də arxa oturacağın üzərinə qoyduğu 1 cüt idman ayaqqabısının, 1 ədəd qadın donunun, 1 ədəd qadın jaketinin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Oğurluq hadisəsi baş verən yer onun xidmət apardığı ərazi olduğu üçün, cinayətin üstünün açılması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir. Soraqlaşma əsasında əldə etdiyi məlumata görə oğurluq əməlinin ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənib bilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs axtarmağa başlamış və 2020-ci ilin mart ayının 17-si saat 21 radələrində Yasamal rayonu 64 saylı MKİS-nin yanında olarkən Təqsirləndirilən şəxs orada görüb yanına çağırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Jeep Wrangler” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşından oğurluq etməsi barədə məlumat əldə etdiyini bildirmiş və həmin məlumatın doğruluğunu sonuncudan soruşmuşdur. Təqsirləndirilən şəxs həmin oğurluğu törətməsini etiraf etdikdə onu 26-cı PB-nə dəvət etmişdir. Bölmədə aparılan profilaktiki söhbətlərdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayəti bir daha etiraf etmiş və oğurladığı əşyaların bir qismini yaşadığı evdə gizlətməsini gösmişdir. Sonradan o, təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və sonuncunun anasının razılıq ərizəsindən sonra mənzilə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında, yatağın altında, eləcə də siyirmədə gizlətdiyi 1 ədəd “Vertu” markalı mobil telefonu, 1 cüt idman ayaqqabısını, 2 qutu şamı, dərman preparatını, “Jeep Wrangler” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsinə dair etibarnaməni, 1 ədəd “USB" mobil telefon kabelini və 1 ədəd “Micro USB” aksessuarını yaşadığı evdən götürərək təqdim etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmış və sonradan Təqsirləndirilən şəxs barəsində toplanmış materialla birgə Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim etmişlər. Məhkəmə iclasında adı ittiham aktında şahid kimi qeyd edilmiş Şahid2 yaxın qohumu statusunda olan oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 27 mənzil 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik oğludur. Azər əvvəllər evli olsa da sonradan boşanmış və həmin evlilikdən 4 yaşlı oğlu vardır. xx xxxx 2020-ci il tarixdə o, Azərin martın 11-də qonşuluqda yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi "Jeep" markalı avtomobildən oğurluq etməsini eşitmişdir. Bunu eşitdikdən sonra martın 17-si saat 21.00 radələrində oğlu Azər polis əməkdaşları ilə birgə yaşadıqları evə gəlmiş və sonuncu ona oğurladığı əşyaları yataq otağında gizlətdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən evdə baxış aparılmasına heç bir etiraz etməmiş və ərizə yazaraq buna icazə vermişdir. Baxış zamanı Azərin yataq otağındakı siyirmənin (tumbanın) altından oğlunun gizlətdiyi 1 ədəd qırmızı rəngli “Vertu” markalı mobil telefon, yatağın altından bir cüt ayaqqabı, siyirmənin gözlüyündən 1 qutu dərman, 2 qutu şam, 1 ədəd USB kabeli və 1 ədəd USB mobil telefon aksessuarı, 1 ədəd avtomobilin idarə edilməsinə dair etibarnamə aşkar edilərək götürülmüşdür. Azər tutulandan sonra ona zəng edərək Zərərçəkmiş şəxs məxsus oğurladığı qadın paltarını yaşadığı binanın girişində onlara məxsus şkafın içərisində gizlətməsini bildirmişdir. O, həmin vaxt qeyd edilən şkafı açmış və həqiqətən də orada əvvəlcədən qoyduğu inşaat materiallarının arxasında 1 ədəd sellofan torba olmasını aşkar etmişdir. Sellofanı açdıqda içərisində 1 ədəd qara rəngli kürək hissəsi açıq olan uzun qadın paltarı olmasını görmüşdür. Həmin paltarın Turana məxsus olmasını bildiyi üçün sonuncunun yaşadığı evə getmiş və həmin paltarı Turana təqdim etmişdir. Turan onun gətirdiyi paltara baxarkən avtomobilindən oğurlanmış paltar olmasını təsdiq etmişdir. Şahid2 oğlu Azərin oğurluq etməsi barədə ailədə heç kimə heç nə demədiyini, yaşadığı evi və Azərin yatdığı otağı axtarsa da orada Zərərçəkmiş şəxs avtomobilindən oğurlanmış pul qabı və jaketi tapmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərinifadələri,ekspertiza rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolun məzmunundan və foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə həmin tarixdə hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 1/2 ünvanın qarşısına baxış keçirilərkən orada qırmızı rəngli, **-TE-*** dövlət qeydiyyat nişanlı “Jeep Wrangler” markalı avtomobilin olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə avtomobilinə yaxınlaşdıqda sağ yan şüşəsinin açıq olduğunu, həmçinin salonunun dağınıq vəziyyətdə olmasını görmüşdür. (iş vər.: 9-13). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolun məzmunundan və foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə həmin tarixdə onun yaşadığı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 27, mənzil 1 ünvanına baxış keçirilərkən o, Zərərçəkmiş şəxs idarə etdiyi “Jeep Wrangler” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşından oğurladığı 1 ədəd “Vertu” markalı mobil telefonu, 1 cüt “River İsland” markalı idman ayaqqabısını, habelə içərisində 13 ədəd olan 2 qutu “Tağ” markalı tort üçün şamı, içərisində 7 həb olan “Gofen” adlı dərman preparatını, nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməni, 1 ədəd “USB” mobil telefon kabelini və 1 ədəd “Micro USB” aksessuarını yaşadığı evin yataq otağında gizlətdiyini bildirmiş və həmin əşyaları könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir. (iş vər.: 17-21). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs iştirakı ilə istintaqa təqdim edilmiş əşyalara baxış keçirilən zaman o, Vertu" markalı mobil telefonun arxa tərəfinin qırmızı rəngli dəri üzlüklə örtülməsi və üz hissəsinin bütünlüklə şüşədən ibarət olması, həmin mobil telefonu əvvəllər əlindən yerə saldığı üçün üst hissəsində olan qara rəngli hissəciyin yerindən qopması əlamətlərinə görə tanıyaraq ona məxsus olmasını bildirmişdir. Bundan başqa o, 13 ədəd olmaqla 2 qutu şamları doğum günü üçün tort hazırlamaq məqsədi ilə marketdən, 1 ədəd üzəri göy və ağ rəngli qutuda, içərisində 7 həb olan “Gofen” adlı dərman preparatını özünün istifadə etməsi üçün aptekdən aldığını və əvvəllər ondan 3 həbini qəbul etdiyini, eyni zamanda 1 ədəd ağ rəngli “USB” mobil telefon kabelinin, 1 ədəd üzəri boz rəngli və qutusu isə sarı rəngli olan “Micro USB” aksessuarının onun istifadəsində olan mobil telefona aid olduğunu, 1 cüt "River island” idman ayaqqabısını hazırda Bakı şəhərində olmayan Əli adlı dostuna hədiyyə aldığını, təqdim edilmiş əşyaların hadisə vaxtı ona məxsus nəqliyyat vasitəsindən oğurlandığını göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il və xx xxx 2020-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində ünvan 4 ünvanda dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Jeep Wrangler” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsini açıq olduğunu görüb salona daxil olaraq avtomaşından 1 ədəd qadın paltarı (donu), 1 ədəd qadın jaketi, 1 ədəd mobil telefon, 3 ədəd ətir, 1 cüt idman ayaqqabısı, 2 qutu şam, 1 qutu dərman, 1 ədəd USB kabel, 1 ədəd USB aksessuarı, nəqliyyat vasitəsinə dair etibarnaməni oğurladığını etiraf edərək hadisə yerini, habelə “Jeep Wrangler” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomaşından oğurladığı 1 ədəd qadın paltarı (donu) və 1 ədəd qadın jaketini gizlətdiyi yeri, yəni yaşadığı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 27nin girişindəki onlara məxsus şkafı, habelə sonradan həmin şkafdan götürdüyü 1 ədəd qadın jaketini satdığı yeri, yəni Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəlləni əyani olaraq göstərmişdir. (iş vər.: 90-93; 174-177) İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Şahid2 oğlu Təqsirləndirilən şəxs tutulduqdan sonra onun verdiyi məlumat əsasında aşkar etdiyi Zərərçəkmiş şəxs məxsus olmuş donun gizlədildiyi yaşadığı İ.Qutqaşınlı küçəsi 27 ünvanında yerləşən binanın girişindəki şkafın yerini əyani olaraq göstərmişdir. (iş vər.: 107-110) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 9/627 nömrəli rəydən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 7 adda malların, hadisənin baş verdiyi tarixə, 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 66,75 manat təşkil edir. Belə ki, tədqiqata təqdim edilmiş 7 adda malların hər biri ayrı-ayrılıqda 2020-ci ilin mart ayına qiyməti: 1) 1 ədəd İngiltərədə istehsal edilmiş, üzərində “Club L London” yazıları olan, 38 ölçülü, istifadədə olmuş qara rəngli paltarın (donun) qiyməti 20 manat; 2) 1 cüt kişi üçün Çində istehsal edilmiş “River İsland” markalı, 46 ölçülü, yaşıl rəngli, istifadədə olmuş idman ayaqqabısının qiyməti 30 manat; 3)Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 10 ədəd olmaqla, 1 qutu təzə vəziyyətdə tort üçün şamın qiyməti 2 manat; 4) Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 3 ədəd olmaqla 1 qutu təzə vəziyyətdə tort üçün fəvvarə şamının qiyməti 4 manat; 5) içərisində 7 ədəd həb olan, üzərində “Gofen 400 Clearcap” yazıları olan, 3 ədədi istifadə olmuş dərman preparatının qiyməti (1 konvalyutda 10 ədəd = 2.50 manat) 1 manat 75 qəpik; 6)Çində istehsal edilmiş, üzərində “OTG USB” yazıları olan, təzə vəziyyətdə 1 ədəd mikro usb-nin qiyməti 8 manat; 7) ağ rəngli mobil telefon üçün istifadə olmuş 1 ədəd USB-nin qiyməti 1 manat təşkil edir. Rəydən həmçinin müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində "Handmade in England Vertu E-018522” sözləri olan mobil telefon məlum olmayan səbəbdən işlək vəziyyətdə olmadığından onun qiymətini müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş bildirişdən həmçinin müəyyən edilir ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.(iş vər.: 123-126) İş materiallarında olan “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, “Vertu” markalı E-018522 nömrəli üz hissəsi geniş ekran, arxa hissəsi qırmızı dəri örtüklü mobil telefonun orijinal, eləcə də işlək vəziyyətdə olub-olmaması, hazırki vəziyyəti ilə əlaqədar verilmiş sorğu əsasında həmin mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon orijinal olmamaqla Çin istehsalıdır, proqram təminatında problem olmaqla hazırda işlək vəziyyətdə deyildir və yeni proqram yazılaraq yenilənməlidir. Təqdim edilmiş mobil telefonun yeni qiyməti 450 (dörd yüz əlli) manat, istifadə olunması nəzərə alınaraq hazırki satış qiyməti 250 (iki yüz əlli) manat qiymətləndirilir. (iş vər.: 127-128) İş üzrə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 9/1034 nömrəli rəydən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan üzərində “Handmade in England Vertu E-018522” sözləri olan mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını, istifadədə olmasını və yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq 2020ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 250 (iki yüz əlli) manat müəyyən olunur. Rəyə əlavə edilmiş bildirişdən həmçinin müəyyən edilir ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. (iş vər.: 139-141) Məhkəmə cinayət işi üzrə təyin edilmiş yuxarıda sadalanan ekspertiza rəylərini müqayisəli şəkildə təhlil edərək cinayət prosesi tərəflərinin mülahizələrini dinləyib hesab etmişdir ki, həmin ekspert rəyləri bir-biri ilə, o cümlədən iş materialları ilə heç bir ziddiyyət təşkil etmir və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut olaraq qəbul edilməlidir. İş materiallarında olan AC seriyalı 976744 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ƏN-Vİ seriyalı 900694 nömrəli etibarnamədən müəyyən edilir ki, “Jeep Wrangler” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olmaqla, həmin avtomobil mülikiyyətçi tərəfindən idarə etmək hüququ ilə xx xxxxxx 2020-ci il tarixədək Zərərçəkmiş şəxs etibar edilmişdir. (iş vər.: 22, 138) Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanının qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “Jeep Wrangler” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsinin açıq olmasından istifadə edərək içəri girib orada müxtəlif adda əşyaları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1201 (bir min iki yüz bir) manat 75 (yetmiş beş) qəpik məbləğində maddi ziyan vurması, bununla da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsiməhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 19-cu bəndinin ikinci abzasında qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni tövsifedici əlamətlər olmadan özgənin əmlakını gizli olaraq talamaya görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 46-47) Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 65-66) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-198/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 95-96) İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Mirqail Qiyasovun xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından azad olunmuşdur. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vər.: 151-155; 160-161; 171-173) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(004)-150/2020 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 850843 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 valideynləri Təqsirləndirilən şəxs və X4r. (iş vər.: 80) İş materiallarında olan AZ-İ seriyalı 323369 nömrəli şəhadətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə X6 arasında bağlanmış nikahın ləğv edilməsi haqqında akt xx xxx 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşagının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən və məhkəmə hökmlərindən müəyyən edilir ki, Nemətov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(004)-580/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına, bundan başqa Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 1(006)- 35/2017 nömrəli hökmü ilə Azərbaycan CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra və probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli 17/72-64/113 nömrəli məktubundan müəyyən edilir ki, Nemətov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(004)-580/2015 nömrəli hökmü ilə təyin edilmiş cərimə cəzasından Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 1.8-ci bəndinə əsasən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəyə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məcəllənin 83.4cü maddəsinə görə isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.4.3-18.4.4-cü maddəsinə əsasən 83-cü maddədə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, eyni zamanda azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-580/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Amnistiya aktına əsasən vaxtından əvvəl azad edildiyindən və qanunla nəzərdə tutulmuş bir illik müddətin axımı xx xxx 2017-ci il tarixdə başa çatdığından həmin məhkumluq hazırki cinayət əməli törədilərkən artıq ödənilmişdir. Bundan başqa qeyd edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 1(006)-35/2017 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsindən Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edildiyindən, az ağır cinayətlər kateqoriyasına görə qanunla nəzərdə tutulmuş iki illik müddətin axımı xx xxxx 2020-ci il tarixdə başa çatdığından və hazırki cinayət əməlinin xx xxxx 2020-ci il tarixdə törədilməsi nəzərə alınaraq həmin vaxt Təqsirləndirilən şəxs məhkumluğu artıq ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitin təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) ay 18 (on səkkiz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki,iş üzrə maddi sübut kimi tanınmış Çin istehsalı olan üzərində “Handmade in England Vertu E-018522” sözləri olan 1 ədəd mobil telefon aparatın; 1 ədəd İngiltərədə istehsal edilmiş, üzərində “Club L London” yazıları olan, 38 ölçülü, istifadədə olmuş qara rəngli paltarın (donun); Çində istehsal edilmiş “River İsland” markalı, 46 ölçülü, yaşıl rəngli, istifadədə olmuş 1 cüt kişi üçün idman ayaqqabısının; Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 10 ədəd olmaqla, 1 qutu təzə vəziyyətdə tort üçün şamın; Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 3 ədəd olmaqla 1 qutu təzə vəziyyətdə tort üçün fəvvarə şamının; içərisində 7 ədəd həb olan, üzərində “Gofen 400 Clearcap” yazıları olan dərman preparatının; Çində istehsal edilmiş, üzərində “OTG USB” yazıları olan, təzə vəziyyətdə 1 ədəd mikro usb-nin; 1 ədəd ağ rəngli mobil telefon üçün olan istifadədə olmuş USB-nin və “Jeep Wrangler” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmə hüququ verən 1 ədəd etibarnamənin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) ay 18 (on səkkiz) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Çin istehsalı olan üzərində “Handmade in England Vertu E-018522” sözləri olan 1 ədəd mobil telefon aparatın; 1 ədəd İngiltərədə istehsal edilmiş, üzərində “Club L London” yazıları olan, 38 ölçülü, istifadədə olmuş qara rəngli paltarın (donun); Çində istehsal edilmiş “River İsland” markalı, 46 ölçülü, yaşıl rəngli, istifadədə olmuş 1 cüt kişi üçün idman ayaqqabısının; Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 10 ədəd olmaqla, 1 qutu təzə vəziyyətdə tort üçün şamın; Çində istehsal edilmiş, üzərində “Tag” yazıları olan, içərisində 3 ədəd olmaqla 1 qutu təzə vəziyyətdə tort üçün fəvvarə şamının; içərisində 7 ədəd həb olan, üzərində “Gofen 400 Clearcap” yazıları olan dərman preparatının; Çində istehsal edilmiş, üzərində “OTG USB” yazıları olan, təzə vəziyyətdə 1 ədəd mikro usb-nin; 1 ədəd ağ rəngli mobil telefon üçün olan istifadədə olmuş USB-nin və “Jeep Wrangler” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmə hüququ verən 1 ədəd etibarnamənin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfiolanekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan Beynəlxalq BankMətbuat filialı, Bankın kodu 805142, VÖEN********** AZ39İBAZ**********6226260350, SWİFT İBAZAZ2X M/hAZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-150/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-150/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver