Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-150/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əliabad Ərazi Dairəsi, Əliabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 06 radələrində yaşadığı Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97, mənzil 144 ünvanında olarkən oğlan tanışının onu yox Zərərçəkmiş şəxs bəyənməsinə görə qısqanclıq səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə Zərərçəkmiş şəxs qollarından tutub çəkib yumruqla baş və bədən nahiyəsindən vuraraq sonuncuya başın təpə nahiyəsinin, sağ əlin, bel nahiyəsinin qançırları və sol saidin hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs ilə birlikdə bir həftədir ki, ünvan 2 ünvanında yaşadığını, Balaxanım ilə əvvəldən aralarında heç bir ədavəti olmadığını, münasibətinin çox yaxşı olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə tanışı onu yeyib içmək və vaxt keçirmək məqsədilə yaşadığı M.Əcəmi metrostansiyası yaxınlığında yerləşən evinə dəvət etmişdir. O, bu dəvəti Balaxanıma bildirmiş, Balaxanım təklifini qəbul etmişdir. Balaxanım azyaşlı övladını baxması üçün Ramiləyə əmanət etmişdir. O, Balaxanım ilə birlikdə hazırlaşıb axşam təxmini saat 23 radələrində tanışının yaşadığı M.Əcəmi metrostansiyası tərəfə qonaq getmişlər. Tanışının yaşadığı evdə yeyib içmişlər, evdə olarkən Balaxanım onun tanışına yaxınlıq etdiyi üçün və içkili olduğundan, tanışından uzaq durmasını xahiş etmişdir. Bundan sonra Balaxanım ilə birlikdə hazırlaşıb taksi ilə ayrı-ayrılıqda kirayə yaşadıqları evə gəlmişlər. İlk olaraq evdən o, çıxmışdır. O, taksi ilə evə gedərkən Balaxanıma zəng edərək, tanışının evində içkili olduğundan tanışına yaxınlıq etməsinə iradını bildirmişdir. O, evə çatmış, evə çatan zaman xx xxxxxx 2021-ci il, saat 05:45 olmuşdur. Balaxanım qapını döymüş, o, qapını açmış, Balaxanım evin dəhlizinə daxil olmuş, bu anda o, içkili və əsəbi olduğundan Balaxanımın üzərinə hücum çəkərək əlləri ilə Balaxanımın hər iki qollarından tutub evin içərisinə doğru çəkib Balaxanımın başından və belindən bir neçə yumruq zərbələri vurmuşdur. Daha sonra Ramilə onu sakitləşdirmiş, buna görə də Balaxanım polisə müraciət etmək qərarına gəlmişdir. X1, onunla barışıq əldə etməmişdir, ziyan tələb etdiyindən, ona ziyanı da ödəyə bilməmişdir. Hazırda da Balaxanımla əlaqəsi yoxdur. Əməlindən peşmandır. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən Turkiyə Respublikasına getmiş və hazırda da orada olduğundan, onun məhkəmə iclasında iştirakı mümkün olmadığından, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs ilə bir həftədir ki, 2015-ci il təvəllüdlü oğlu ilə birlikdə ünvan 3 ünvanında yaşadığını, Mətanət ilə əvvəldən aralarında heç bir ədavəti olmadığını, münasibətinin çox yaxşı olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona, tanışının yaşadığı M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən evinə qonaq getməyi təklif etmişdir. O, Mətanət ilə razılaşmışdır. Azyaşlı övladını birlikdə yaşadıqları Ramiləyə baxması üçün əmanət etmişdir. Mətanət ilə birlikdə hazırlaşıb axşam təxmini saat 23 radələrində Mətanətin tanışının yaşadığı M.Əcəmi metrostansiyası tərəfə getmişlər. Mətanətin tanışının yaşadığı evdə yeyib içmişlər, evdə olarkən Mətanət, tanışının ondan xoşu gəldiyini bildirərək qısqanclıq etmişdir. Bundan sonra Mətanət ilə birlikdə hazırlaşıb taksi ilə ayrı-ayrılıqda kirayə yaşadıqları evə gəlmişlər. İlk olaraq evdən Mətanət çıxmış, daha sonra o, taksi ilə evə gələn zaman Mətanət ona zəng edərək, tanışı olan ev sahibi oğlanın ondan xoşu gəldiyi üçün qısqandığını buna görə də onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, evə çatmış, evə çatan zaman xx xxxxxx 2021-ci il, saat 06:00 olmuşdur. O, qapını döymüş, Mətanət qapını açmış, o, evin dəhlizinə daxil olmuş, bu anda Mətanət onun üzərinə hücum çəkərək nalayiq ifadələrlə onu söyüb təhqir edərək, əlləri ilə hər iki qollarından, baş və bel nahiyəsindən bir neçə dəfə yumruq zərbələri vuraraq ona xəsarət yetirmişdir. Bu zaman birlikdə yaşadıqları Ramilə onları ayırmış, buna görə də o, polisə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə 8 aydır ki, ünvan 3 ünvanında yaşadığını qeyd etmişdir. Təxminən bir həftə bundan öncə Mətanət, Balaxanım adlı xanımı və bir azyaşlı övladının yaşadıqları evə gətirmiş, Balaxanımın evi olmadığı üçün birlikdə yaşamaqlarını təklif etmişdir. O, Mətanət ilə razılaşmışdır. Balaxanım ilə evdə qalan müddət ərzində münasibətləri yaxşı olmuşdur. xx.xx.2021-ci il tarixdə Mətanət, tanışının Mətanəti evinə qonaq dəvət etdiyini demiş və bu barədə Balaxanıma təklif etmişdir. Balaxanım ilə birlikdə hazırlaşıb Mətanətin tanışının evinə qonaq getmişlər. Balaxanım azyaşlı övladı Qiyası baxması üçün ona əmanət etmişdir. Balaxanım və Mətanət evdən çıxıb saat təxmini 23 radələrində tanışının yaşadığı M.Əcəmi metrostansiyası tərəfə birlikdə qonaq getmişlər. Mətanət saat təxminən 05:45-də qapını döyüb içkili vəziyyətdə və əsəbi olaraq evə daxil olmuşdur. Mətanət Balaxanımın evdən çıxıb getməli olduğunu demişdir. O, Mətanətdən Balaxanımın övladının olduğunu sabah getməsinə təklif etmişdir. Bundan 10-15 dəqiqə sonra Balaxanım evə daxil olmuş. Mətanət Balaxanımın üzərinə hücum çəkərək, əlləri ilə Balaxanımın qollarından tutub evin içərisinə doğru çəkib baş və bədən nahiyəsindən yumruq zərbələri vurmuşdur. O, mübahisənin böyüməməsi üçün Mətanəti aralayıb sakitləşdirmiş, daha sonra Balaxanım polisə müraciət etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 68 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən X3 bədəni üzərindəki aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin, sağ əlin, bel nahiyəsinin qançırları və sol saidin hematoması küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətində, yəni xx.xx.2020-ci il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-150/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-150/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver