Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-150/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Atakişili kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Best” hotelin 216 nömrəli otağında olan zaman sonuncunun sərxoş halda yatmasına əmin olduqdan sonra Zərərçəkmiş şəxs məxsus 5800 manat pulu şalvarının cibindən çıxarıb sonradan götürmək məqsədi ilə otaqda olan kreslonun açılıb-bağlanan yerinə qoymaqla gizli yolla talamış və zərərçəkən şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi vəziyyəti yaxşı olmadığından müxtəlif kafe və restoranlarda ofisiant işləmişdir, 2023-cü ildə Türkiyə vətəndaşı X7 adlı şəxslə ailə qurmuş və həmin il X2 şəhərinə köçmüşlər. 2024-cü ilin fevral ayının 19-da Özləm Məryəm adlı qızları dünyaya gəlmişdir. xx.xx.2024-cü ildə X6 Türkiyədə rəsmi nikaha daxil olmuşlar. 2024-cü ilin avqust ayının əvvəllərində Hasan Özgürlə aralarında ailə münasibətləri zəminində mübahisə baş verdikdən sonra o azyaşlı qızını da götürüb Bakı şəhərinə anası və ögey bacısı Kifayət Mansurova ilə birlikdə kirayədə qaldığı ünvan 3 ünvana gəlmişdir. 2024- cü ilin avqust ayının sonlarında Səbail rayonu, Nizami küçəsində yerləşən “Moja” gecə klubuna getmişdir. Gecəni orada əylənmiş və adını Ayşə kimi təqdim edən (***-***-**- **) mobil nömrəsi olan qızla tanış olmuşdur. Həmin gündən sonra pula ehtiyacı olduğu üçün klubda tanış olduğu tanımadığı azərbaycan vətəndaşı oğlanlarla otel və təklif olunan evlərə gedərək həmin şəxslərlə 70-150 manat civarında pullar qarşılığında cinsi əlaqədə olmuşdur. Təxminən iki həftə öncə Nurağa adlı tələbə ilə Yasamal rayon ərazisində xatırlamadığı oteldə olmuş və aralarında sevgili kimi münasibət yarandığından ondan pul almamışdır. Nurağanın mobil nömrəsi mobil telefonunda olsa da silindiyindən təqdim edə bilməmişdir. Bundan əvvəl tanıdığı və aralarında intim münasibətlər olmuş 20-21 yaşlı Əlinin vasitəsilə Ömər adlı saç ustası ilə tanış olmuşdur. Əli və Ömərin mobil nömrələri onda qalmamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Ömər və Əlinin dəvəti ilə taksi ilə Ömərin yaşadığı evə getmiş və orada Ömərlə 50 manat qarşılığında cinsi əlaqədə olmuşdur. Onlar Ömərlə cinsi əlaqədə olarkən Əli başqa otaqda olmuşdur. Ömərlə cinsi əlaqədə olduqdan sonra onun mobil telefonuna sonradan adı məlum olan Zərərçəkmiş şəxs adlı iş yoldaşı görüntülü zəng edərək oteldə bir qızla olduğunu canlı olaraq görüntüləmiş və Ömərlə danışmışdır. Ömər də öz evində onunla olduğunu dedikdən sonra Emilin təklifi ilə görüşmək və birlikdə Yasamal rayon ərazisindəki “Liman Pab”a getmək barədə razılaşmışlar. Az sonra Emil özünün idarə etdiyi Kia markalı minik maşını ilə Ömər adlı şəxsin yaşadığı ünvana yaxın yola gəlmişlər. Ömər, o və Əli birlikdə avtomobilə əyləşərək Liman Paba getmişlər. Orada spirtli içkilər qəbul etdikdən sonra Emil ilə birlikdə, yəni ikisi avtomobillə aparıb onu yaşadığı ünvana düşürmüş və Emil ondan mobil nömrəsini götürüb özündə qeyd etmişdir. Növbəti gün Emil ona zəng edib Liman Pab adlı restorana dəvət etmişdir. Taksi ilə restorana gedərək orada düşmüş və pulunu Emil vermişdir. Bundan sonra restorana daxil olmuş və Emil orada spirtli içkilər sifariş verib içməyə başlamışdır. Bundan sonra Emil onu otelə apararaq orada onunla cinsi əlaqədə olmuş, sonda ona 70 manat pul vermişdir. Bir neçə gün sonra Emilin təklifi ilə təkrar görüşmüş və Emil onu Salamzadə küçəsindəki “Best” otelə gətirmişdir. Orada Emilin şəxsiyyət vəsiqəsi ilə otelə daxil olub spirtli içkilər qəbul edərək cinsi əlaqədə olmuş və sonra 70 manat pul verərək taksi ilə onu evinə göndərmişdir. Aradan iki gün keçmiş, yəni xx.xx.2024-cü il tarixdə axşam saat 24 radələrində Fidan adlı gecə klubundan tanıdığı rəfiqəsi ona zəng edərək sevgilisi və dostu ilə birlikdə Səbail rayonu, Nizami küçəsindəki Karoki restoranına getməyi təklif etmişdir. O təklifi qəbul edərək onunla görüşmüş, Fidan, İbrahim kimi adını təqdim edən və digər üçüncü şəxslərlə restorana daxil olarkən Emil ona ***-***-**-** mobil nömrəsindən zəng edərək “Liman Pab“da olduğunu deməklə onu həmin yerə dəvət etmişdir. O məcbur olub Fidan və yanında olan oğlanları həmin restoranda buraxaraq Emilin olduğu “Liman Pab”a getmiş. Ora getdikdə Emilin qarşısında xeyli boş və dolu spirtli içki qablarının olduğunu və özünündə güclü sərxoş vəziyyətdə olduğunun şahidi olmuşdur. Onunla oturub istirahət etmiş, dəvəti ilə spirtli içki qəbul etmişdir, restoranda qarşısına çıxan tanış qızlarla söhbət etmiş, gecə saat 02-03 radələrində restorandan çıxdıqda onun sərxoş olduğunu görən tanımadığı tanışı Emilin özünün təklifi ilə gətirib onları “Best”oteldə düşürüb getmişdir. Otelə Emilin şəxsiyyət vəsiqəsi ilə daxil olmuş, otaqların birində Emil soyunub yatarkən cibindəki alışqanı ona gətirməyini bildirmişdir. O alışqanı götürərkən onun şalvarının sol yan cibində rezinlə bağlanmış çoxlu sayda 200 manatlıq əskinasların olduğunu görmüşdür. Alışqanı gətirib ona verdikdən sonra həmin pulları götürməyə qərar vermiş və bunun üçün Emilin yatmasını gözləmişdir. Emil sərxoş olduğu üçün siqaret çəkdikdən sonra dərin yuxuya getmiş, onun yuxuya getməsini sinəsindən silkələməklə yoxladıqdan sonra yatdığına əmin olub şalvarın cibindən pulları çıxarıb götürmüş, lakin özü ilə aparmağa cürət edə bilməmişdir. Belə qərara gəlmişdir ki, pulu otaqdakı divanın dirsəkaltı ilə oturacaq arasındakı yerdə gizlədib oteli tərk etsin və növbəti gün gəlib götürsün. Elədə etmiş və pulu topa şəklində, təxminən 5-6 min manat civarında olduğunu təxmin etdiyi pulları divanın arasında gizlədib aşağı düşmüş və resepşen vasitəsilə sifariş verilən taksi ilə oteli tərk etmişdir. Növbəti gün onun ünvanına polis əməkdaşları gələrək onu Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Emil pulunun oğurlanması barədə şikayət edib. Əvvəl etiraf etməsə də sonra səmimi olaraq pulun yerini demiş və birlikdə gedərək pulu gizlədiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt məlum olmuşdur ki, oğurlayıb gizlətdiyi pulun məbləği 5800 manatdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin ondan ondan şikayətçi olmamasını, vurulmuş ziyanın ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını, hazırda hamilə olmasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə ifadə verərək bildirmişdir ki, adını Asya kimi təqdim edən və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi xanımla 2024cü ilin sentyabr ayının əvvəllərində tanış olmuşdur. Həmin vaxtlar Xəyalə, dostu Ömər və onun Əli adlı tanışı ilə birlikdə Yasamal rayon ərazisində yerləşən “Liman Pab" restoranında birlikdə oturub spirtli içki qəbul etmiş, həmin gün onu idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu Namiq Məlikov küçəsindəki evinə düşərərkən mobil nömrəsini götürmüşdür. Həmin gündən sonra onunla lazım olduqda zəngləşib görüşürmüşdür. Növbəti günlərdə onunla zəngləşib görüşərək xatırlamadığı otelə getmiş, Xəyalə ilə intim münasibətdə olmuşdur. 2024-cü ilin sentyabr ayının birinci həftəsində təkrar görüşərək onunla Yasamal rayonu, Salamzadə küçəsində yerləşən “Best” otelə gəlmiş və orada 70 manat qarşılığında Xəyalə, yəni adını Asya kimi bildiyi xanımla cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixə keçən gecə “Liman Pab” restoranında oturub spirtli içki qəbul edərkən Xəyaləyə zəng edib onu həmin ünvana dəvət etmiş və az sonra Xəyalə onun olduğu yerə gəlmiş və oda onunla birlikdə spirtli içki qəbul etmişdir. Gecə saat 02-03 radələrində “Best hotelə getmişlər. Həmin gün onun təxminən 10 gün əvvəl “Kapital bank”dan kredit götürdüyü pulun 6000 manatlıq hissəsi üzərində olmuşdur. Həmin məbləğin 200 manatını xərcləmiş və otelə daxil olduğu zaman cibində 5.800 manat, hər biri 200 manatlıq əskinaslardan ibarət topa şəklində rezinlə bağladığı pulum olmuşdur. Oteldə soyunub uzanarkən siqaret çəkmək üçün Xəyalədən (Asyadan) şalvarının cibindən alışqanı ona verməsini xahiş etmiş və o şalvarının ciblərinə baxıb alışqanı ona gətirib vermişdir. Siqaret çəkib uzanmış və dərin yuxuya getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində oyandıqda Xəyalənin olmadığını və əynini geyinərkən şalvarının cibində rezinə bükülmüş formada olan 5800 manat pulunun və avtomobilinin açarının olmadığını aşkar etmişdir. Bundan sonra öz mobil telefonunun bloka düşdüyünü görüb otelin işçisindən xahiş edib mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən Xəyalə aşkar olunaraq PŞ-nə gətirilmiş və məlum olmuşdur ki, o, gecə onun şalvarının cibindən pulları götürərək həmin gün olduqları 216 nömrəli otaqdakı divanın otracağı ilə qolduqaltısı arasında gizlətmiş və oradan götürərək polis əməkdaşlarına təqdim elmişdir. Maşının açarını isə özü paltarlarından aşkar edib götürmüşdür.Hazırda təqsirləndirilən şəxslə barışmışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 sentyabr 2024-cü il tarixdə 27-ci polis şöbəsinə Zərərçəkmiş şəxs pulunun oğurlanması ilə bağlı məlumat daxil olmuşdur. Onlar dərhal həmin oğurluq hadisəsini araşdırmış və Zərərçəkmiş şəxslə söhbət edərkən o pulunun oğurlanmasında Asya kimi tanıdığı, həmçinin hadisə günü Best oteldə görüşdüyü qadından şübhələndiyini bildirmişdir. Bundan sonra onlar həmin Asya adlı qadının olduğu yeri müəyyən edib yaşadığı evə getmişlər. Orada onu müəyyən edib adının Xəyalə olduğunu öyrənmiş və onu anası ilə birlikdə 27-ci polis şöbəsinə dəvət edib aparmışlar. Orada Xəyalə ilə söhbət zamanı o Emilin yatmasından istifadə edərək şalvarının cibində olan pulunu oğurladığını və oteldə, qaldıqları otaqda gizlətdiyini bildirmişdir. Onlar bundan sonra həmin oğurlanmış pulları götürmək üçün Best otelə getmişlər. Orada 216-cı otağa daxil olmuşlar. Xəyalə orada açılıb bağlanan kreslonu təqdim etmiş və həmin kreslonun arasında gizlətdiyi pulları çıxarıb təqdim etmişdir. Baxışla bağlı protokol tərtib edilmiş və onlar birlikdə 27-ci polis şöbəsinə qayıtmışlar. Orada Xəyalənin iştirakı ilə pullara baxış keçirmişlər. Pullar 29 ədəd, hər bir ədədi 200 manatlıq əskinasdan ibarət olmaqla ümumilikdə 5800 manat olmuşdur. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 5800 manat pul maddi sübut qismində götürlüb qablaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 20 sentyabr 2024cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. (İ/V. 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Yasamal RPl-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əlizadə Şamil tərəfindən tərtib edilmiş hadisə yeri Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəs 1055 ünvanıdır. (İ/V. 11-13). “Könüllü təqdimetmə və götürmə haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ünvan 2 ünvanında olan “Best" hotelin 2-ci mərtəbəsində yerləşən 216 nömrəli otaqda olan kreslonun içərisindən aşkar edilərək götürülmüş pullar Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilir və polis əməkdaşları tərəfindən götürülür. Könüllü təqdim edilən pullara baxış zamanı 29 ədəd 200 manatlıq əskinaslardan ibarət olduğu müəyyən edilir və ümumilikdə 5800 manat pul qablaşdırılaraq götürülür. (İ/V. 14-15). Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut qismində götürülmüş 5800 manat pul Zərərçəkmiş şəxs qaytarılmışdır. (İ/V. 23). İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 80). İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüdən məlum olur ki, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 7 ünvanında olan “Best" hotelin 2-ci mərtəbəsində yerləşən 216 nömrəli otağa videoçəkilişlə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs açılıb bağlanan kreslonu göstərərək Zərərçəkmiş şəxs yatmasından istifadə edib onun şalvarının cibindən götürdüyü pulları həmin kreslonun alt hissəsində gizlətdiyini bildirir və kreslonu açaraq təqdim edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-150/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş X3 Kartının (**********0) surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X5 anası Təqsirləndirilən şəxsdır atası isə Hasan özgürdür. İş materiallarına əlavə edilmiş ultrasəs müayinəsinə aid tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 həftəlik hamiləlik dövründədir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 09 12. 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, oğurlanmış 5800 manat zərərçəkmiş şəxsə qaytarılmışdır.(İ/V. 86-91). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, hazırda hamilə olmasını, zərərçəkimş şəxslə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, cinayət əməlini yetkinlik yaşına catmadığı dövrdə törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 5800 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-150/2025 saylı, 09.01. 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 5800 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-150/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-150/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver