Məhkəmə qərarları › İş №1(004)-151/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-151/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-151/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 08 fevral 2021-ci il tarixdə saat 19.00 radələrində ünvan 3 ünvanın qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs ona nə üçün xəyanət etməsini soruşduqda, sonuncu onun bu sözlərinə məhəl verməyib yolunu davam etdirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qolundan tutub dartaraq yerə yıxıb, daha sonra əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sifətin sağ yarısının şişkinliyi, sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyəsinin şişkinliyi və qançırı, sağ almacıq nahiyəsinin şişkinliyi və sıyrıqları, üst dodağın sol yarısının sıyrığı, sol sağrının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, məhkumluq həyatı sürdüyü dövrdə həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməsini bilmiş və onların arasında mübahisə yaranmışdır. O, onu noyabr ayında döymüş lakin sonradan barışdıqlarına görə Səadət şikayətini geri götürmüşdür. O da onu əsgərlikdə vətəni qoruyan oğlunun xatirinə bağışlamışdır. Fevral ayında qızının evinə getmiş, Səadəti orada görmüş lakin həmin vaxt ona heç bir xəsarət yetirməmişdir. Müstəntiq ona boş ağ vərəqlərə qol çəkdirmiş, hadisənin olub olmamasını soruşmuş, o da Səadəti döyməsini etiraf etmiş, amma hansı tarixdə döyməsi faktı araşdırılmamışdır. Hazırda Səadətin onu tutdurmaqda məqsədi xəyanət etdiyi kişinin və özünün onun tərəfindən öldürülməsi qorxusudur. O bildirmişdir ki, fevral ayında Səadəti döymədiyi halda onun üstünə böhtan atıldığı üçün, azadlıqdan məhrum olunub-olunmamasından asılı olmayaraq azadlığa çıxan kimi Səadətin başını kəsəcəkdir. Hazırda heç bir cinayət əməli törətmədiyindən onun barəsində açılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir və bu səbəbdəndə o bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Əkbər narkotik vasitədən istifadə edib və mütəmadi olaraq ailədə səbəbsiz yerə mübahisələr yaradırdı. O, ailəsinin və övladlarının xətrinə onun bu hərəkətlərinə dözüb oturmuşdur. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında onunla birgə yaşadığı Fatmai kəndindəki evdə olan zaman Əkbər heç bir səbəb olmadan ona guya o əxlaqsız hərəkətlər etməyi ilə bağlı şər böhtan danışmağa başlamışdır. O Əkbərin bu cür sözlərinə dözə bilməmiş və aralarında mübahisə yaranmış və həmin vaxtdan da oradan çıxıb anasının evinə gəlmişdir. Bu müddət ərzində Əkbər ona onunla barışmayacağı halda sözlə mütəmadi olaraq hədə-qorxular gəlmişdir. O da Əkbərə cavab olaraq bildirmişdir ki, nə vaxt narkotik vasitə istifadə etməyəcək o zamanda barışacaqdır. Həmçinin 2020-ci ilin noyabr ayının 13-də Təqsirləndirilən şəxs Abşeron RPl-nin polis işçiləri tərəfindən yaşadığı evdə narkotik vasitə saxladığından tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin onu həbs etməmişlər və istintaq dövründə azadlıqda saxlamışlar. 08.02.2021-ci il tarixdə saat təxminən 19-00 radələrində Bakı şəhəri ünvan 4 ünvanın qarşısında olan zaman Təqsirləndirilən şəxs onun qarşısını kəsərək yenə də həmişə olduğu kimi ünvanına həqiqətə uyğun olmayan şər böhtan xarakterli sözlər işlətməyə başlamışdır. O, Əkbərin bu sözlərinə məhəl verməyib yolunu davam etdirmək istəsə də, Əkbər qolundan tutub onu saxlayan zaman bilərəkdən onu yerə yıxmışdır. O, qışqıraraq köməyə adam çağırmağa başlayanda Əkbər əli ilə onun sifətindən bir neçə dəfə vuraraq xəsarətlər yetirmişdir. Həmçinin yerə yıxılan zaman da bel nahiyyəsindən xəsarət almışdır. O, bir təhər güc toplayıb ayağa qalxmış və bu zaman Əkbər çıxıb getmişdir. Bundan sonra o bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Əkbərin cinayət məsuliyyətinə cəlb olunuması üçün ərizə ilə 29-cu PŞnə müraciət etmişdir. Münaqişə təxminən 1-2 dəqiqə davam etmiş, həmin vaxt axşam saatları olduğundan küçədə heç kim olmamış və o qışqırıb kömək istəsə də səsinə heç kim çıxmamışdır. Əkbərin onu döyməsi nəticəsində sifətinin sağ gözünün alt nahiyyəsindən və yerə yıxılan zaman bel nahiyyəsindən xəsarətlər almışdır. Hazırda ondan qorxduğunu, onun onu öldürməklə hədələməsini, Təqsirləndirilən şəxs azadlıqda qalarsa həqiqətən onu öldürəcəyinə əmin olduğunu, həyatının təhlükədə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. İş materiallarında olan 09.02.2021-ci il tarixli Baxış keçirilməsi haqqında protokoldan görünür ki, faktla əlaqədar hadisə yerinə, yəni ünvan 3 ünvanın qarşısına baxış keçirilərək protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə yerini göstərərək həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən məhz həmin binanın qarşısında döyüldüyünü bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə tibbi ekspertizasının 82 saylı 09.02.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sifətin sağ yarısının şişkinliyi, sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyəsinin şişkinliyi və qançırı, sağ almacıq nahiyəsinin şişkinliyi və sıyrıqları, üst dodağın sol yarısının sıyrığı, sol sağrının şişkinlik halında əzilməsi küt əşyanın (əyşaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 08.02.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v 14-16). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Xalq Məhkəməsinin 05.08.1998-ci il tarixli hökmü ilə AR CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 19.01.1999-cu ildə AR Milli Məclisinin 29.12.1998-ci il tarixli Amnistiya qərarın 3.3-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Bakı şəhər Nizami rayon məhkəməsinin 21.11.2008-ci il tarixli hökmü ilə AR CM-nin 180, 234.1, 93.1.4 maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin 11,06.2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Babayev X5 rayon məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 23.09.2015-ci ildə Xətai rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 05 ay 16 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 09.02.2016-cı ildə cəzasını tam çəkib qurtarmışdır (i/v 45-47). İş materiallarına əlavə edilmiş ittiham aktının surətindən məlum olur ki, 13.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də AR CM-nin 234.1 maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış və Abşeron RPİ- nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə 05.02.2021-ci il tarixdə tərtib edilmiş ittiham aktı Abşeron rayon prokurorluğu tərəfindən 05.02.2001-ci il tarixdə təsdiq olunaraq baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir (i/v 49-54). İş materiallarında olan Abşeron rayon məhkəməsinin 1(012)-170/2014 saylı 29.05.2014-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i/v 55-60). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 05.05.2021-ci il tarixli 17/38-2963 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə Yasamal RPİnin 29-cu PŞ-nın əməkdaşları tərəfindən tutularaq 01.05.2021-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmişin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-151/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 25 may 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən həyata keçirilməklə, 32 (otuz iki) saat hüquqi yardım göstərilmişdir. Bununla yanaşı, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilməklə, ona hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar