Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-151/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin iyun ayının ortalarında yaşadığı ünvan 2 ünvanda özünə aid olan yataq otağında qanusuz olaraq beş ədəd dibçəkdə əkməklə ümumi sayı 06 ədəd yaş vəziyyətdə ümumi çəkisi 565,0 qram təşkil edən əkib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisini yetişdirmiş, həmin bitkilərin diblərini yumşaldaraq su və gübrə verərək xususi aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, bundan başqa 31 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə, təmiz çəkisi 0,690 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib daşıyaraq yaşadığı evin özünə aid olan yataq otağında şkafın siyirməsində saxlamış, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 31 iyul 2021-ci il tarixdə saat 18:40 dəqiqədə yaşadığı mənzilə keçirilmiş baxış zamanı ona aid yataq otağından qanunsuz olaraq kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 565,0 qram olan 06 ədəd əkib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla həmin otaqda şkafın siyirməsində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə, təmiz çəkisi 0,690 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində anket məlumatlarını bilmədiyi bir şəxslə yazışmış, həmin şəxsdən ona çətənə toxumu gətirməsini xahiş etmişdir. O, yaşadığı Yasamal rayonu, N.ünvan 3 ünvanın qarşısına 5 ədəd toxum gətirmiş və bir toxumu 2 manata, ümumi olaraq isə toxumları 10 manata həmin şəxsdən almış və şəxsi istifadə üçün evə gətirib dibçəkdə əkmək qərarına gəlmişdir. Həmin çətənə toxumlarını 5 ədəd ayrı-ayrı dibçəklərdə əkdikdən sonra onlara xüsusi qulluq etmişdir. Lakin, onu evdə əkən zaman ailə üzvləri onun çətənə kolu olması barədə heç bir məlumat verməmişdir. 31.07.2021-ci il tarixində yaşadığı evdə olan zaman Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarının evə baxış keçirməsinə etiraz etməmişdir. Baxış zamanı polis əməkdaşlarına çətənə kollarını əkdiyini onlara quluq etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu 27-ci PB-yə dəvət etmişdlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmişdi, lakin hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Yaşadığı evdən tapılmış narkotik vasitə hesab olunan heroin ona məxsus deyildir. Belə ki, istintaqda verdiyi ifadəsində qeyd olunan “31.07.2021-ci il tarixində səhər saatlarında bir ədəd şəffaf rəngli bükülüdə olan heroini Kubinka adlı ərazidən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alması və evə gətirərək otağında saxlaması” hissəsini təsdiq etməyərək, ibtidai istintaqda verdiyi ifadəsini düzgün vermədiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə evindən aşkar olunmuş narkotik vasitə heroinin ona aid olmaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadiəsini, baxış, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video çəkilişi, istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, daşımaqla saxlaması cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Zəruri əməliyyat-axtarış tədbirləri keçirərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri yaşadığı ünvanda kultivasiya etməsi şübhə doğurduğundan onun yaşadığı ünvan 4 ünvana yollanmışlar. Təqsirləndirilən şəxs baxışın keçirilməsi üçün razılıq vermişdir (ərizəsi yazmışdır). Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlamışlar. Ona hüquq və vəzifələri izah edilərək mənzildə saxladığı hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, yaşadığı mənzildə öz şəxsi istifadəsi üçün çətənə kolları əkib və onlara xüsusi qulluq etməsini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadağı mənzilində dolabın yanında 02 ədəd dairəvi formalı qəhvəyi rəngli dibçəkdə və yataq otağında 03 ədəd dairəvi formalı qara rəngli dibçəkdə ümumilikdə 05 ədəd dibçəklərdə yetişdirdiyi çətənə bitkisi kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkilərindən başqa mənzildə qeyri-qanuni əşya saxlanılıb-saxlanılmaması sorğu edildikdə yataq otağında dolabın içərisindən bir ədəd sellofan bükülünü götürüb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində toz şəkilli, tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Mənzilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Yasamal RPİ-nin 27-ci PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan müdafiəçi ilə təmin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru, polis mayoru Şahid4 eyni məzmunlu ifadələr verərək şahid Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs mütamadi olaraq ondan pul istəyir, bir növ özündə olmayan halda evə gəlirdi, ilkin vaxtlarda elə bilmişdir ki, oğlu spirtli içkilər qəbul edir, lakin sonradan o, başa düşmüşdür ki, Fərhad narkotik vasitələrin qəbulu ilə məşğuldur. Bir necə dəfə onun müalicə edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində müalicə etdirmiş, lakin heç bir faydası olmamışdır, hazırda Fərhad qeyd olunan Mərkəzdə «metadon» deyilən müalicə kursunu qəbul edir. 31.07.2021-ci il tarixdə yaşadığı evdən dibçəklərdə əkilmiş ümumi sayı olan 6 ədəd çətənə kolu aşkar edilmişdir. Fərhad Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “mənzilə baxış keçirilməsi və axtarış və götürmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə öz şəxsi istifadəsi üçün çətənə kolları əkib və onlara xüsusi qulluq edir. Yaşadağı mənzilin özünə aid olan otağında dibçəklərdə yetişdirdiyi bitki mənşəli 06 ədəd kollar və 01 ədəd bükülüdə heroin aşkar edilmişdir. Mənzilə əlavə baxış keçirilmiş, həmçinin keçirilmiş şəxsi axtarış və götürmə zamanı iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir qanunsuz əşya aşkar edilməmişdir (səh. 11-12,35-36). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək yaşadığı evə baxış keçirilməsi bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı hər-hansı qanunsuz əşyanın könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs bildirir ki, yaşadığı mənzildə öz şəxsi istifadəsi üçün çətənə kolları əkib və onlara xüsusi qulluq edir. Yaşadağı mənzilin ona aid otağında dibçəklərdə yetişdirdiyi bitki mənşəli 06 ədəd kollar və 01 ədəd bükülüdə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş dibçəklərdə çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra mənzilə əlavə baxış keçirilmiş, həmçinin keçirilmiş şəxsi axtarış və götürmə zamanı iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2021-ci il tarixli 7/728 №-li rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş baş-başa keçirilmiş bir ədəd göy rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 6 (altı) ədəd, ümumi çəkisi—565,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir (səh. 49-52). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2021-ci il tarixli, 6/3232 nömrəli rəyi ilə təsdiq olnur ki, AR DİN «Zərflər üçün №168 möhür əksi, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısma(Siyahı İ) daxildir, (heroinin təmiz çəkisi: 0,690 qr., tədqiqata sərf edildi: 0,05 qr., qalıq: 0,640 qr.) (səh. 44-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 06.11.2021-ci il tarixli, 4357 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 131-132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanından aşkar olunaraq götürülmüş yaş vəziyyətdə 565,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə( kannabis) bitkiləri və 0,690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,640 qram narkotik vasitə heroin və 6 ədəd narkotik təbiətli çətənə( kannabis) bitkiləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına 31.07.2021-ci il tarixli baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (səh. 139-149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (səh. 89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02.08.2021-ci il tarixində vəsatətinin müdafiə edilməsindən imtina edilərək Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (səh. 24-25, 75-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02.08.2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 84-85). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması və narkotik birkiləri əkib becərməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə bitkisinin xeyli miqdarı - 3-15 ədəd (6-30 hissə) müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə müalicə müəssisində müalicə olunmasına baxmayaraq özündə dücar olduğu narkomaniya xəstəliyindən sağalmaq istiqamətində iradə formalaşdırmamışdır, narkotik vasitələrdən istifadə etməyə davam etmişdır, bununla da kifayətlənməyərk üstəlik özü yaşadığı mənzildə narkotik vasitə olan çətənə kollarının əkib becərməsi ilə məşğul olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 31.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 131,46 (bir yüz otuz bir manat qirx altı qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış ümumi sayı 6 (altı) ədəd, ümumi çəkisi 564,88 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 0,640 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 1(004)-151/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs oğluna 2 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 31.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 131,46 (bir yüz otuz bir manat qirx altı qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış ümumi sayı 6 (altı) ədəd, ümumi çəkisi 564,88 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 0,640 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-151/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-151/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver