Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-151/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1976-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 “Elit City” yaşayış kompleksi, mənzil 206 ünvanında yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 15 sentyabr 2022-ci il tarixli, 7E-45288 reyestr nömrəli etibarnaməyə əsasən ünvan 3 ünvanında, Qəzənfər Musabəyov parkının içərisində yerləşən, “Şato” adı ilə restoran kimi fəaliyyət göstərən birmərtəbəli qeyri-yaşayış binasının istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, qazdan istifadəyə görə abonent borcu yarandığı üçün “Azəriqaz” İstehsalat Birliyi Bakı X19 Departamentinin 1 iyul 2024-cü il tarixli aktı ilə həmin qeyri-yaşayış binasına təbii qazın verilişinin dayandırılmasına baxmayaraq, onun tərəfindən özbaşına olaraq təbii qazın verilişi bərpa edildiyinə, restoranın təbii qazla istismar olunan avadanlıqları quraşdırılmış hissəsində qaz sızmasını müəyyən edən detektor quraşdırılmadığına və restoranın daxilində istifadə olunan qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə “Azərbaycan Respublikasına yanğın təhlükəsziliyi qaydaları”nın 1.10.2-ci və “Qazdan istifadə qaydaları”nın 3.2.12, 3.3.6 və 3.4.1-ci bəndlərinin tələblərinin pozulması, 1 avqust 2024-cü il tarixdə, saat 22 radələrində X8 aşpaz vəzifəsində işə başlamaq məqsədilə iş bacarığını nümayiş etdirməkdən ötrü nümunə kimi bişinti işləri aparmaq üçün həmin qeyri-yaşayış binasının mətbəxində olan kürə formalı qaz sobasını yandırmaq istəyərkən, həmin qaz sobasına qoşulmuş 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsindən sızan qazın mətbəxin daxilinə dolması nəticəsində partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının alışqanın alovunun təsirindən alışaraq partlayış baş verməsi, ehtiyatsızlıqdan X2, sol qulaq seyvanının, boyunun sol yuxarı ətrafın dairəvi, sağ əlin, ümumilikdə bədən səthinin 14%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid4 onun dayısı oğludur. Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Kafe Park" adı altında fəaliyyət göstərən qeyri-yaşayış binası, eləcə də onun sağ tərəfində yerləşən "Şato" obyekt Şahid4 məxsusdur. Şahid4 2022-ci ildən hər iki qeyri-yaşayış obyektinin idarəçiliyini etibarnamə əsasında ona vermiş və o, həmin obyektləri icarəyə verərək texniki işləri ilə məşğul olmuşdur. O, "Şato" adlı qeyri-yaşayış binasını İsmixan adlı şəxsə icarəyə vermiş, lakin obyektdə təmir işləri getdiyi üçün rəsmi şəkildə icarə müqaviləsi bağlamamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən obyektin təmir işləri ilə İsmixanın məşğul olması və təmir işləri bitdikdən sonra obyektdə iş başladığı zaman icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Sözügedən obyektin 2023-cü ilin sonlarından etibarən qaz borcu yaranmış, lakin obyektin icarə verildiyi vaxtda obyektə qaz verilməsi hələ də davam etmişdir. Onunla İsmixan arasında əldə olunan razılaşmaya əsasən obyektin qaz borcunun İsmixan tərəfindən ödənilməsi, həmin məbləğin isə icarə haqqından çıxılması nəzərdə tutulmuşdur. O, obyekti icarəyə verdikdən sonra 25 iyun 2024-cü il tarixində rayona getmişdir. 01 avqust 2024-cü il tarixdə restoranda baş vermiş partlayış hadisəsindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinə dəvət olunduğu zaman məlumatı olmuşdur. Nə baş verdiyini aydınlaşdırmaq üçün İsmixana zəng edən zaman İsmixan ona işə cəlb edilmiş aşpaz mətbəxdə olan fırın tipli sobanı yandırmaq istəyəndə zaman ehtiyatsızlıq etdiyindən partlayış baş vermiş və aşpaz xəsarət aldığına görə xəstəxanaya yerləşdirilmişdir. Hadisə nəticəsində xəsarət almış X11 əvvəllər tanımamış, restoranında baş vermiş partlayış hadisəsindən sonra tanış olmuşdur. Qeyd olunan obyekt Şahid4 əvvəl Şahid6 adına olmuşdur Restoranda təbii qazdan istifadəyə görə abonent olaraq Şahid6 qeydiyyata alınmış və qaz sayğacı Rəşadın adına olmuşdur. Restoranın qaz sayğacı 2014-cü ildən quraşdırılmış, o isə həmin obyekti 2022-ci ildən etibarnamə əsasında idarə etməyə başlamışdır. Restoranda təbii qazdan istifadəyə görə borc yarandığı üçün restoranın təbii qaz təminatının dayandırılması və sayğacın qapayıcı kranı üzərində olan plombun qırılması barədə onun məlumatı olmamışdır. Ümumiyyətlə, onun hadisənin baş verməsində təqsiri yoxdur, o, sadəcə obyektin sənədləşdirmə işlərini aparmaqla məşğul olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, aşpazdır. 2024-cü ilin iyul ayının sonlarında iş tapmaq məqsədilə iş elanlarına baxarkən elanların birində restoranda aşpaz axtarıldığını görmüşdür. 31 iyul 2024-cü il tarixində elanda yerləşdirilən nömrə ilə əlaqə saxlayaraq ünvan 3 ünvanda yerləşən “Şato" adlı restorana gələrək restoranın administratoru ilə tanış olmuşdur. O, adını xatırlamadığı həmin şəxslə işlə bağlı danışıb razılaşaraq aylıq əmək haqqı 1150 manat müqabilində restoranda aşpaz kimi işə qəbul olunmuş, lakin heç bir sənədləşirilmə aparılmamışdır. 01 avqust 2024-cü il tarixdə işə başlamaq məqsədilə retorana gəlmiş, lakin restoranda ərzaq olmadığından işləyə bilməmişdir. Restorana gəldikdən sonra məlum olmuşdur ki, restoranda təbii qaz gəlmir. Həmin gün, saat 21:00 radələrində baş aşpaz restorana təbii qazın verilişini yoxladıqdan sonra qazın gəldiyini bildirmiş və ona sobanı qızdırması barədə göstəriş vermişdir. O da sobanın qaz xəttinin kranını açmazdan öncə salfet büküb yandırmış, yandırdığı salfeti əli ilə sobanın ağzından içəriyə atmaq istəyəndə partlayış baş vermişdir. Partlayışın təsirindən müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Həmin vaxt restoranda olan şəxslərdən biri onu avtomobillə xəstəxanaya aparmışdır. O, İsmixan adlı şəxsi “Şato" adlı restoranın müdiri kimi tanımış, hadisədən sonra isə Bünyamin adlı şəxslə tanış olmuş və onun müalicə xərclərini Bünyamin ödəmişdir. "Şato" restoranında hadisə baş verən gün işə başladığı üçün restoranın işçiləri ilə tanış olmamışdır. Hadisə baş verən vaxt mətbəxdə tək olmuşdur. Onun restorana qaz verilişinin dayandırılması barədə dəqiq məlumatı olmamış, çünki restoranda elektrikli soba olduğundan təbii qazın verilib-verilməməsi əhəmiyyətli olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə dostu Babək vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. ünvan 4 ünvanında, Qəzənfər Musabəyov parkının ərazisində yerləşən "Şato" adlı restoranını icarəyə götürmək məqsədilə Bünyaminlə görüşmüş, görüş zamanı həmin obyektlə bağlı təmir işləri bitdikdən və işçi personalı yığdıqdan sonra icarə müqaviləsi bağlanılması qərara alınmışdır. O, “Şato” restoranı adlı obyekti aylıq 3000-4000 azn müqabilində icarəyə götürməyi planlaşdırmış, qaza olan borcun icarə haqqı ödənişi ilə əvəşləşdirliməsi də müzakirə olunmuşdur. Razılığa gəldikdən sonra dostu Şahid2lə görüşərək restoranı ona göstərmiş və orada təmizlik işlərinə başlamışlar. O, restoranın işlərinə nəzarəti dostu Qələndərə tapşırmışdır. Hadisənin baş verdiyi gün, yəni 01 avqust 2024-cü il tarixdə o, restoranda olmamış, axşam saatlarında Qələndər ona zəng edərək restoranın mətbəxində olan bişmiş kərpicdən hörülmüş sobada ani alışma ilə müşahidə olunan partlayış baş verdiyini, nəticədə, həmin gün restorana aşpaz kimi işə gəlmiş Samir adlı şəxsin xəsarət aldığı üçün xəstəxanaya aparıldığını bildirmişdir. Həmin obyekt ona verilən zaman oraya qaz verilsə də, qazın borcu olması barədə məlumatı olmuşdur. Sonradan həmin obyektdə qazın gəlib-gəlməməsini yoxlamamışdır. O, obyektdə baş vermiş hadisə barədə Bünyaminə məlumat verməmiş, ciddi bi şey olmadığını düşünmüşdür. Samir Nəbiyev xəsarət alandan sonra Qələndər onun adından xəstənin müalicəsi üçün ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "Azəriqaz" İstehsalat Birliyi Bakı X19 Departamentinin Qazın balans və satışı şöbəsinin mühəndisidir. ünvan 3 ünvanda yerləşən "Şato" adlı restoran kimi fəaliyyət göstərən qeyriyaşayış binasının qaz sayğacı binadan təxminən 70-80 metr aralıda, Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yol kənarında quraşdırılmış sayğac qutusunun içərisində yerləşir. O, həmin obyektin sahibi kimi Təqsirləndirilən şəxs tanıyır. 01 avqust 2024-cü il tarixdə "Şato" restoranında baş vermiş partlayış hadisəsindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməsi məqsədilə dəvət etdildiyi zaman məlumatı olmuşdur. Baxış zamanı restoranın mətbəxində aşpaz tərəfindən mətbəxdə bişmiş kərpicdən fırın tipli quraşdırılmış soba yandırılan zaman partlayış baş verdiyi ona məlum olmuşdur. 01 iyul 2024-cü il tarixdə həmin restoranda təbii qazdan istifadəyə görə 3587 manat abonent borcu yarandığı üçün qeyri-yaşayış sahəsinə təbii qazın verilişi dayandırılmış və qaz sayğacının qapayıcısı plomplanmışdır. Lakin sonradan hadisə yerinə keçirilən baxış zamanı ona məlum olmuşdur ki, 01 iyul 2024-cü il tarixdə tərəfindən qeyriyaşayış sahəsinin qaz sayğacının qapayıcısı üzərində vurulmuş plomp kənar müdaxilə edilərək qırılmış və qapayıcı açılaraq restorana təbii qazın verilişi bərpa edilmişdir. Bu səbəbdən 05 avqust 2024-cü il tarixdə restorana təbii qazın verilişi sayğaca gedən qaz xətti onun tərəfindən qaynaq üsulu ilə kəsilərək dayandırılmışdır. Onun qaz sayğacına kim tərəfindən kənar müdaxilə olunması və və obyektə qazın verilişinin kim tərəfindən bərpa edilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən Şato" adlı restoranın mülkiyyətçisidir. Təqsirləndirilən şəxs onun bibisioğludur. 2022-ci ildə o, həmin obyektin istifadəsi və icarəsi ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə vermişdir. 01 avqust 2024-cü il tarixdə "Şato" restoranında baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə dəvət olunduğu zaman məlumatı olmuşdur. Nə baş verdiyini öyrənmək məqsədilə üçün Bünyaminə zəng etmiş, danışıq zamanı Bünyamin ona 01 avqust 2024-cü il tarixdə restoranı icarəyə verdiyi şəxs tərəfindən işə cəlb edilmiş aşpazın mətbəxdə olan fırın tipli sobanı yandırmaq istəyəndə ehtiyyatsızlıq etdiyini, nəticədə, partlayış baş verdiyi üçün aşpazın xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilmişdir. Onun restoranda təbii qazdan istifadəyə görə abonentin kim olması, həmçinin obyektə qazın verilib-verilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 Fuad İbrahim oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əİİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsində xidmət edir. 01 avqust 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanında yerləşən “Şato” restoranında qaz sızmasından baş vermiş partlayış hadisəsi nəticəsində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına işarə edən kifayət qədər dəlillərin mövcudluğu əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə başlanılaraq, ibtidai istintaqı aparılmış, sonradan qəbul edilmiş qərara əsasən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi ona həvalə edilmişdir. Baş vermiş partlayış hadisəsinə səbəb yanğın təhlükəsizliyi qaydaları ilə birlikdə qazdan istifadə qaydalarının pozulması olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9222 nömrəli məhkəmə yanğın-texniki ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın mənbəyi restoranın mətbəxində olmuşdur. ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın səbəbi mətbəxdə olan 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsindən sızan qazın mətbəxin daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Ekspert rəyində istinad olunmasa da, “Qaz təchizatı haqqında” Qanuna əsasən qaz cihazı, soba sənaye obyekti hesab olunduğundan onun texniki vəziyyətinin və sazlığının yoxlanılması, texniki baxışdan keçirilməsi vəzifəsi obyekt sahibinin üzərinə qoyulur. Cinayət işi üzrə aparılan araşdırma zamanı şahidlər dindirilmiş və ifadələr alınmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Kafe Park” adlı altında fəaliyyət göstərən qeyri-yaşayış binası, eləcə də sağ tərəfdə yerləşən istifadəsiz olan “Şato” adlı qeyriyaşayış binası 2013-cü ildən faktiki olaraq ona məxsusdur, lakin o, qeyri-yaşayış binasının istifadəsi və idarəçiliyini etibarnamə əsasında Təqsirləndirilən şəxs həvalə etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində Şahid4 tərəfindən verilmiş etibarnamə əsasında sözügedən qeyri-yaşayış binasını idarə etdiyini etiraf edərək obyekti icarə müqaviləsi bağlamadan qeyri-rəsmi şəkildə Şahid1 verdiyini bildirmişdir. Obyektin sahibi Şahid4 obyektin icarəyə verildiyi şəxs olan Şahid1 tanımır. İş üzrə dindirilən şəxslərin verdikləri ifadələrə əsasən obyektin sahibi Şahid4 faktiki olaraq ona məxsus olan qeyriyaşayış sahəsinin idarəçiliyini, istifadə edilməsini, eləcə də icarəyə verilməsi işlərini bibisi oğlu Təqsirləndirilən şəxs havalə etdiyindən, həmçinin hüquqlar həvalə olunmuş şəxs Təqsirləndirilən şəxs isə etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək obyekti icarəyə verdiyini etiraf etdiyindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanaraq təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən "Şato" adlı restoran kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının qaz sayğacı onun adına olmuşdur. Həmin qeyri-yaşayış binası bibisi oğlu Şahid4 adına olmuş, sonradan obyekt notarial qaydada işlətmək üçün Təqsirləndirilən şəxs verilmişdir. Lakin sənədləşmə zamanı qaz sayğacı onun adında qalmışdır. O, bir ildən çoxdur ki, həmin obyektə getməmiş, ümumiyyətlə, obyektin idarəsi ilə məşğul olmamışdır. Sözügedən obyekt tanımadığı şəxslər tərəfindən idarə olunmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin ekspertidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əİİ-nin müstəntiqi tərəfindən təyin olunmuş, 02 avqust 2024-cü il tarixli qərara əsasən “Yanğın və texnoloji partlayışların tədqiqi” ekspertizasını keçirmiş və aparılmış tədqiqata əsasən tərəfindən 09 dekabr 2024cü il tarixli, 10/9222 saylı ekspert rəyi tərtib olunmuşdur. İş üzrə hadisə yerinə tərtib olunmuş “Baxış keçirilməsi haqqında protokol”, protokola əlavə edilmiş fotoşəkillər, bütövlükdə iş materialları ekspertizaya təqdim edilmişdir. Onun iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı qazanalizatorla qaz xətləri yoxlanılmış, yoxlama zamanı restorana daxil olan 32 mm-lik qaz xəttinin yivli birləşmə hissəsində 61 LEL səviyyəsində, 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsində 16 VOL səviyyəsində sızma aşkar edilmişdir. Qeyd olunan hissədə qaz xəttinin daxil olduğu 32 mm-lik boru 20 və 25 mm-lik borulara keçmişdir. Həmin boru poladdan dəmir olduğu üçün plastik boruya nəzərən 25 mm-lik boru 15 mm-lik boru kimi qeyd olunmuşdur. Bundan əlavə ekspert rəyində 25 may 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”na əsasən fiziki şəxslərin yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində öz mülkiyyətində (istifadəsində) olan binalarda, tikililərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməli olmasına dair müddəaya istinad olunsa da, həmin müddəada ekspert rəyində qeyd olunan pozuntular konkret öz əksini tapmadığıdan AR Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na istinad olunmuşdur. Tərəfindən verilmiş ekspert rəyini təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında olan Qəzənfər Musabəyov parkının içərisində yerləşən, “Şato” adı altında restoran kimi fəaliyyət göstərən, birmərtəbəli qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinə girişdə olan qapıdan daxil olduqda üzbəüz istiqamətdə zal, sol tərəfdə isə mətbəx sahəsi yerləşir. Mətbəx sahəsinə daxil olduqda üzbəüz istiqamətdə bişmiş kərpicdən kürə formalı hörülmüş qaz sobası vardır. Mətbəxə çöl tərəfdən divardan keçirilməklə salınmış 32 mm-lik polad boru qaz xəttinə daxildə 15-20-25 mm-lik polad boru qaynaq edilərək çəkilmiş qaz xətləri kürə formalı qaz sobasına və mətbəxdə quraşdırılmış qaz plitəsinə birləşdirilmişdir. Kürə formalı qaz sobasına çəkilmiş qaz xətti üzərində olan işçi kranları bağlı vəziyyətdədir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı istifadəsində olan qazanalizatorla mətbəxin daxili qaz xətləri yoxlanılan zaman mətbəxə divardan keçirilməklə salınmış 32 mm-lik polad qaz boru xəttinin qaynaq hissəsində 61 LEL səviyyəsində, 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsində 16 VOL səviyyəsində sızma aşkar edilmişdir. (i.v. 16-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X18 xx.xx.2024-cü il tarixli 951 nömrəli ekspert rəyindən görünür ki, X9 aşkar edilmiş xəsarətlər – sifətin, sol qulaq seyvanının, boyunun sol yuxarı ətrafın dairəvi, sağ əlin, ümumilikdə bədən səthinin 14%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmişdir, 01 avqust 2024-cü il tarixdə baş vermiş qaz partlayışı nəticəsində yananmış alovun yerili təsirindən əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 31-33) Bakı şəhər 6 saylı Notariat ofisinində verilmiş 15 sentyabr 2022-ci il tarixli, 7E-45288 reyestr nömrəli etibarnamədən görünür ki, Şahid4 İbarahim oğlu hüquqlarından istifadə etmək barədə Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Etibarnamədə göstərilmişdir ki, “Həmin etibarnamə ilə məni bütün dövlət idarələrində, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti və digər vergi orqanlarında, İqtisadiyyat Nazirliyində, ASAN Xidmət Mərkəzlərində, və bütün dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi, VÖEN-dən istifadə etməyi, ASAN imza almağı, adımdan bütün vergi əməliyyatlarını həyata keçirməyi, bəyyannamələri və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, sənədləşmə işlərini aparmağı, rüsumlarını ödəməyi, Direktor (qanuni təmsilçi) olduğum istənilən şirkətlərin təsis sənədlərini Notariat Ofislərində elektron informasiya sistemindən çıxardaraq təsdiq etməyi, ərizələr verməyi, imza etməyi və bu hərəkətlərin icrası üçün bütün tələb olunan və yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək istənilən digər hərəkətləri yerinə yetirməyi, "Azercell"-dən və ya “BAKCELL”-dən ASAN imza ilə bağlı nömrə almağı, adımdan imza etməyi, əvəzimdən ərizələr tərtib və təqdim etməyi, rüsumları və digər xərcləri ödəməyi, imza etməyi, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Asan Sertifkat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifkat əldə etmək məqsədi ilə və ya “sertifkatın statusunun dəyişdirilməsi məqsədi ilə” (sertifkatın ləğv edilməsi, sertifkatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi) təmsil etməyi, adımdan ərizə verməyi, istənilən məzmunda Müqavilələr və ya ərizələr tərtib etməyi və imzalamağı, o cümlədən ASAN İmzanı və nömrəni ləğv etdirməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifkatın əldə edilməsi üçün digər hərəkətləri yerinə yetirməyi və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün zəruri olan hərəkətləri etməyi etibar edirəm.” (i.v. 55) “Azəriqaz” İstehsalat Birliyi Bakı X19 Departamentinin 04 sentyabr 2024-cü il tarixli, 14-2-2-4/2-1390/2024 nömrəli məktubundan görünür ki, X3 Sistemində ünvan 3 ünvanda yerləşən Şato restoranı adı altında fəaliyyət göstərən qeyri-yaşayış sahəsində **********10001 nömrəli abonə kodu ilə fiziki şəxs Şahid6 məxsus obyekt istehlakçı kimi qeydiyyata alınmışdır. (i.v. 63) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 sentyabr 2024-cü il tarixli, 13-13/2-1/16- 12853/2024 nömrəli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron-məlumat bazasında ünvan 3 ünvanda yerləşən Şato restoranı adı altında fəaliyyət göstərən qeyriyaşayış sahəsində 19 aprel 2013-cü il tarixdən 04/58-489 nömrəli abonə kodu ilə fiziki şəxs Şahid6 abonent kimi qeydiyyatdır. (i.v. 69) Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 çıxarışından görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 812.1 kvadratmetr olan birmərtəbəli qeyri-yaşayış binası **********65-06301 reyestr nömrəsi ilə X4 (1/2 hissə), Şahid4 (1/2) hissə adına dövlət qeydiyyatına alınmışdır. (i.v. 91) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 30 may 2013-cü il tarixli müqavilədən görünür ki, fiziki şəxs Şahid6 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi arasında iaşə obyektinin qaz təminatı barəsində müqavilə bağlanmışdır. (i.v. 102-105) Bakı şəhəri X17 və Uçotun Təşkili Baş İdarəsinin 15 sentyabr 2024-cü il tarixli, 3-21- 2-4/2-106059/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən “Şato” adlı təsərrüfat subyektinin (obyektinin) müvəqqəti olaraq bağlı olduğu müəyyən edilmişdir. (i.v. 124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmiş şəxsdir. (i.v. 127) Bakı şəhəri, Yasamal rayon polis idarəsinin 28-ci polis şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, 3-13-53-3/2-9200 nömrəli məktubundan görünür ki, 1 avqust 2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Şato” restoranın mətbəxində qaz sızması nəticəsində baş vermiş partlayış ərəfəsində qeyri-yaşayış sahəsində kimlərin olması, o cümlədən hadisə baş vermiş qeyri-yaşayış sahəsində işləyən şəxslərin digər şəxslərlə münasibəti, münaqişəsi və ədavəti olub-olmamasının və sair halların müəyyən edilməsi məqsədilə müvafiq əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 134) “Azəriqaz” İstehsalat Birliyi Bakı X19 Departamentinin 15 oktyabr 2024-cü il tarixli, 14-2-2-4/2-1697/2024 nömrəli məktubuna əlavə edilmiş 01 iyul 2024-cü il tarixli qeyriyaşayış sahəsinə təbii qazın verilişi dayandırılması haqqında aktdan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilişi qazdan istifadəyə görə abonent borcu yarandığı üçün dayandırılmışdır. Buna baxmayaraq istehlakçı qaz təchizatını özü başına bərpa etmişdir. (i.v. 135-138) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9222 nömrəli məhkəmə yanğın-texniki ekspertiza rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın mənbəyi restoranın mətbəxində olmuşdur. ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın səbəbi mətbəxdə olan 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsindən sızan qazın mətbəxin daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatının dayandırılmasına baxmayaraq özbaşına olaraq təbii qazın verilişi bərpa edildiyinə, restoranın təbii qazla istismar olunan avadanlıqları quraşdırılmış hissəsində qaz sızmasının müəyyən edən detektor quraşdırılmadığına və restoranın daxilində istifadə olunan qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2-ci və “Qazdan istifadə qaydaları”nın 3.2.12, 3.3.6 və 3.4.1-ci bəndlərinin tələbləri pozulmuşdur. (i.v. 177-181) “Qətimkan tədbirinin seçilməsi barədə” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 228-230) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Bakı şəhər 6 saylı Notariat ofisinində verilmiş 15 sentyabr 2022-ci il tarixli, 7E-45288 reyestr nömrəli etibarnamədən görünür ki, Şahid4 İbarahim oğlu hüquqlarından istifadə etmək barədə Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Etibarnamədə göstərilmişdir ki, “Həmin etibarnamə ilə məni bütün dövlət idarələrində, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti və digər vergi orqanlarında, İqtisadiyyat Nazirliyində, ASAN Xidmət Mərkəzlərində, və bütün dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi, VÖEN-dən istifadə etməyi, ASAN imza almağı, adımdan bütün vergi əməliyyatlarını həyata keçirməyi, bəyyannamələri və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, sənədləşmə işlərini aparmağı, rüsumlarını ödəməyi, Direktor (qanuni təmsilçi) olduğum istənilən şirkətlərin təsis sənədlərini Notariat Ofislərində elektron informasiya sistemindən çıxardaraq təsdiq etməyi, ərizələr verməyi, imza etməyi və bu hərəkətlərin icrası üçün bütün tələb olunan və yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək istənilən digər hərəkətləri yerinə yetirməyi, "Azercell"-dən və ya “BAKCELL”-dən ASAN imza ilə bağlı nömrə almağı, adımdan imza etməyi , əvəzimdən ərizələr tərtib və təqdim etməyi, rüsumları və digər xərcləri ödəməyi, imza etməyi, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Asan Sertifkat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifkat əldə etmək məqsədi ilə və ya “sertifkatın statusunun dəyişdirilməsi məqsədi ilə” (sertifkatın ləğv edilməsi, sertifkatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi) təmsil etməyi, adımdan ərizə verməyi, istənilən məzmunda Müqavilələr və ya ərizələr tərtib etməyi və imzalamağı, o cümlədən ASAN İmzanı və nömrəni ləğv etdirməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifkatın əldə edilməsi üçün digər hərəkətləri yerinə yetirməyi və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün zəruri olan hərəkətləri etməyi etibar edirəm.” (i.v. 55) Göründüyü kimi Şahid4 İbarahim oğlu 1/2 hissəsi özünə məxsus olan ünvan 3 ünvanında, Qəzənfər Musabəyov parkının içərisində yerləşən, “Şato” adı ilə restoran kimi fəaliyyət göstərən birmərtəbəli qeyri-yaşayış binasının idarəçiliyi və ya istifadə edilməsinə dair hər hansı hüququnu Təqsirləndirilən şəxs etibar etməmişdir. İş materiallarında olan Azəriqaz Bakı Regional qaz istismarı Departamentinin 14-2- 2-3/2005/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanda, Qəzənfər Musabəyov parkının içərisində yerləşən “Şato” adı ilə restoran kimi fəaliyyət göstərən birmərtəbəli qeyri-yaşayış sahəsinin mətbəxti təbii qaz ilə təchiz olunmuşdur. Baş vermiş partlayış hadisəsindən əvvəl və eləcə də hadisə ərəfəsində (xx.xx.2024-cü il tarixdə saat 22 radələrində) həmin ərazinin təbii qaz təchizatında fasilələr, artıb-azalma və hər hansı bir qəza hadisəsi qeydə alınmamışdır. Bu da zərərçəkmiş şəxs Samir Nəbiyevin hadisə baş verməzdən əvvəl “Şato” adı ilə restoran kimi fəaliyyət göstərən birmərtəbəli qeyri-yaşayış sahəsinin mətbəxt hissəsində qazın olmaması ilə bağlı ifadəsində göstərdiyi halın həqiqət olduğunu təsdiq edir. Eləcə də Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasınada qazın alqı-satqısı barədə 30 may 2013-cü il tarixli 1016-05-13 saylı müqavilədən görünür ki, həmin qeyri-yaşayış binasında qazdan istifadəyə görə istehlakçı kimi Şahid6 Zülfü oğlu tanınmış və müqaviləni də məhz Şahid6 imzalamışdır. Çünki həmin dövrdə qeyri yaşayış sahəsinin mülkiyyətçilsi Şahid6 olmuşdur. 2021-ci ildə Şahid6 mülkiyətinin ½ hissəsini X4 adına, xx.xx.2023-cü ildə isə qalan ½ pay hissəsini Şahid4 adına sənədlədirsə də, istehlaksı kimi qaz sayğacı onun adında qalmışdır. “Qazdan” istifadə qaydalarının 1.2-ci bəndinə əsasən “İstehlakçı” dedikdə-alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və fiziki şəxslər başa düşülür. Həmin qaydaların 2.3-cü bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Konkret halda iş üzrə şahid ifadələri, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin məhkəmədə tədqiq olunmuş ifadələri ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yanğın hadisəsinin baş verdiyi obyektdə istehlakçı olmamış, istər hadisə baş verən ərəfədə, istərsə də daha əvvəl həmin obyekti istifadə etməmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ərəfədə hadisə yerində olmaması şahid ifadələri, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun anten (əhatə) dairəsi ilə də öz təsdiqini tapır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün saat 19:11-dən saat 22:36-dək ünvan 6 ünvanda yerləşən iaşə obyektində olmuşdur. Hadisənin baş verdiyi “Şato” restoranı isə həmin ərazidən xeyli uzaqda, Yasamal rayonu ərazisində yerləşir. İş üzrə zərərçəkmiş şəxs qisində məhkəmədə ifadə vermiş Samir Nəbiyev göstərmişdir ki, Ceyhun adlı aşpaz onu xx.xx.2024-cü il tarixdə aylıq 1150 manat əmək haqqı müqabilində aşbaz kimi işə cəlb etmişdir. Həmin gün kürəni yandırmağa da ona Ceyhun tapşırmışdır. O, paltarını dəyişib, resotranda ona verilmiş formanı geyinib, önlüyü taxıb işə başlamışdır. Həmin gündən artıq onun əmək haqqı hesablanmalı imiş. Həmin gün saat 15:00-dan sonra bir neçə dəfə yoxlayıb qazı gəlməmişdir. Hadisədən 10-15 dəqiqə əvvəl ortada olan şəxslər ona qazın gəldiyini bildirmişlər. Bundan əlavə o, hadisədən sonra müdriyyət kimi tanıdığı İsmixan ona ilkin maddi yardım göstərmiş, təxminən bir aydan sonra Təqsirləndirilən şəxs tanımışdır. Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “Şato” restoranı adlı obyekti aylıq 3000-4000 azn müqabilində icarəyə götürməyi planlaşdırmış, qaza olan borcun icarə haqqı ödənişi ilə əvəşləşdirliməsi də müzakirə olunmuşdur. O, ilk dəfə obyektdə baxanda və icarəyə götürmək istəyəndə qonşu obyektin sahibi Babəklə birlikdə oraya getmiş, həmin obyektin açarı Babəkdə olmuş, həmin vaxt Bünyamin orada olmamışdır. Obyekti özü icarəyə götürsə də, həmin obyekti dostu Qələndər işlətməli imiş. Obyektdə elektrik verilişində problem olmadığını, amma qaz borcu olduğu üçün qazın verilməməsini bilmişdir. Şahid1 bildirmişdir ki, obyektdə baş vermiş hadisə barədə Bünyaminə məlumat verməmiş, ciddi bi şey olmadığını düşünmüşdür. Samir Nəbiyev xəsarət alandan sonra Qələndar onun adından xəstənin müalicəsi üçün ödəniş etmişdir. İbtidai istintaq zamanı Şahid1 hadisə baş verən gün Təqsirləndirilən şəxs zəng edib restoranda qazın olmadığı barədə maraqlandıqda guya Bünyaminin ona ərazidə təmir getdiyini bildirdiyini göstərmişdir. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlarlarla apardığı danışıqlar tədqiq edilərkən Şahid1 ilə Təqsirləndirilən şəxs arasında həmin gün heç bir danışığın olmaması aşkar olunmuşdur. Şahid2 xx.xx.2025-ci il tarixdə məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid1 tanışı kimi sonuncu tərəfindən həmin “Şato” restoranı adlı obyektdə fəaliyyət göstərmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisədən sonra tanımışdır. Obyektdə hadisə baş verdiyi günədək olan son 10 gün ərzində Bünyamini həmin obyektdə görməmişdir. Şahid2 obyektdə olan təndirin yeni quraşdırıldığını, təzə olduğunu bildirmişdir. “Azəriqaz” İB Bakı Refional Qazın Satışı Departamentinin Qazın balans və satışı şöbəsinin mühəndisi işləyən Şahid3 ifadəsində göstərmişdir ki, “Şato” restoranı adlı obyektdə Samir Nəbiyevin xəsarət almasından həmin obyektin qaz sayğacına baxış keçirərkən həmin sayğacın üzərinə xx.xx.2024-cü il tarixdə vurulmuş kəsim plombunun yerində olduğunu görmüşdür. Hadisədən sonra xx.xx.2024-cü il tarixdə həmin obyektdə olarkən qaz sayğacının üzərinə xx.xx.2024-cü il tarxidə vurulmuş plombun qırıldığını gördüyü üçün qaz xəttini qaynaq vasitəsilə ayırmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq istintaq orqanı tərəfindən əsassız ittiham irəli sürülərək Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs hesab edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qeyd edilən vəzifənin yerinə yetirilməsinə məsul şəxs olmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş həmçinin ittiham tərəfindən belə bir sübut təqdim edilməmişdir. Hazırki halda Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyətini sübut edən hər hansı mötəbər sübut mövcud deyildir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9222 nömrəli məhkəmə yanğıntexniki ekspertiza rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın mənbəyi restoranın mətbəxində olmuşdur. ünvan 3 ünvanında yerləşən “Şato” restoranında baş vermiş partlayışın səbəbi mətbəxdə olan 15 mm-lik qaz xəttinin yivli birləşmə hissəsindən sızan qazın mətbəxin daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatının dayandırılmasına baxmayaraq özbaşına olaraq təbii qazın verilişi bərpa edildiyinə, restoranın təbii qazla istismar olunan avadanlıqları quraşdırılmış hissəsində qaz sızmasının müəyyən edən detektor quraşdırılmadığına və restoranın daxilində istifadə olunan qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2-ci və “Qazdan istifadə qaydaları”nın 3.2.12, 3.3.6 və 3.4.1-ci bəndlərinin tələbləri pozulmuşdur. (i.v. 177-181) “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2-ci maddəsinə əsasən Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamalıdırlar. “Qazdan istifadə qaydaları”nın 3.2.12-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlanılması vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 3.3.6-cı maddəsinə əsasən Sənaye qaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını yerinə yetirilməlidir. Həmin Qaydaların 3.4.1-ci maddəsinə əsasən İstehlakçılara özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2-ci və “Qazdan istifadə qaydaları”nın 3.2.12, 3.3.6 və 3.4.1-ci bəndlərinin tələbləri pozulmuşdur. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittiham Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9222 nömrəli məhkəmə yanğın-texniki ekspertiza rəyi ilə eynilik təşkil edir. Lakin hazırki halda nə istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda, nə də X14 tərtib etdiyi rəydə “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2-ci maddəsində nəzərdə tutulmuş hansı təhlükəsizlik qaydasına əməl edilmədiyini göstərə bilməmişdir. X14 hadisə baş vermiş obyektə baxış zamanı aşkarladığı qayda pozuntularının “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nda öz əksini tapmaması səbəbindən rəydə əlavə olaraq “Qazdan istifadə qaydaları”na istinad etdiyini bildirmişdir. İstər istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda, istərsədə ekspert rəyində “Azəriqaz” İstehsalat Birliyi Bakı X19 Departamentinin 01 iyul 2024-cü il tarixli aktı ilə qaz təchizatının dayandırılmasına baxmayaraq özbaşına olaraq təbii qazın verilişi bərpa edildiyinə, restoranın təbii qazla istismar olunan avadanlıqları quraşdırılmış hissəsində qaz sızmasının müəyyən edən detektor quraşdırılmadığına və restoranın daxilində istifadə olunan qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə hadisənin baş verdiyi göstərilmişdir. Hazırki halda ittihamda qeyd edilən “qaz təchizatının dayandırılmasına baxmayaraq özbaşına olaraq təbii qazın verilişi bərpa edilməsi” “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndinin “restoranın təbii qazla istismar olunan avadanlıqları quraşdırılmış hissəsində qaz sızmasının müəyyən edən detektor quraşdırılmaması” “Qazdan istifadə qaydaları”nın 3.2.12-ci bəndinin, “restoranın daxilində istifadə olunan qaz qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilməməsi” “Qazdan istifadə qaydaları”nın 3.3.6-cı bəndinin tələbləri pozulması hesab edilmişdir. Göründüyü kimi partlayışın baş verməsi və bunun nəticəsində zərərçəkmiş şəxs X8 xəsarət alması hadisəsi zamanı “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinin pozulması faktı müəyyən edilmir. Partlayışın baş verməsi və bunun nəticəsində X8 xəsarət alması ilə nəticələnmiş hadisə “Qazdan istifadə qaydaları”nın pozulması nəticəsində baş vermişdir ki, bu da özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin dispoziyasında qeyd edilmiş hallarla uyğunlaşmır. Belə ki, həmin maddə blanket norma olmaqla “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nı tələblərinin pozulması və bunun nəticəsində zərərçəkmiş şəxsin xəsarət almasını nəzərdə tutur ki, hazırda yalnız “Qazdan istifadə qaydaları”nın pozulması faktı öz təsdiqini tapır. Təqsirləndirilən şəxs Azarbaycan Respublikası CM-nin 225.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmələrini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutlar kifayət qədər deyildir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini həmin obyektin ona aid olmadığını və onun tərəfindən idarə olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi şübhəli ifadəsindən başqa hər hansı bir sübutun olmadığı şəraitdə isə onun CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ilkin ifadəsi hazırda onun əlehinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 225.1-ci maddələsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd edilmişdirki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 105 (bir yüz beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-151/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-151/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver