Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-152/2020 28.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, nümayəndəsi vəkil X4 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X5 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət xx.xx.2020-ci il tarixdə X3 “Facebook”, “İnstagram” və “Whatsapp” platformasında paylaşdığı “Qərb Universiteti yoxsa Cibgirlər Universiteti??” başlıqlı yazılarla əlaqədar olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi, vəkil X4 bildirdi ki, X5 etdiyi əməli başa düşmüş, peşmançılığını ifadə etmiş və yol verdiyi əmələ görə xüsusi ittihamçıdan yazılı şəkildə üzr istəmişdir. Ona görə də tərəflər arasında mübahisə sülh yolu ilə həll edildiyi üçün, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini və sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 məhkəmə iclasında bildirdi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslə yaranmış mübahisəni öz aralarında sülh yolu ilə həll etmişlər, yol vermiş əməlin düzgün olmadığını, bununla bağlı Hüseynqulu Bağırovğa yazılı müraciət etdiyini, bu səbəbdən də H.Bağırovun şikayətinin geri götürülməsini istədiyindən, xüsusi ittihamçının şikayətindən imtina etməsinin qəbul edilməsini və şikayətin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-152/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-152/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver