Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-152/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, N.ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Çəngən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Çəngən kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, mühafizəçi işlədiyi ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs MTKnın Yasamal Qanlı-Göl “MİDA” tikinti sahəsində şərti olaraq 6-cı post adlandırılan açıq sahədə dəmir torla əhatəyə alınmış anbarda saxlanılan həmin MTK-ya məxsus Azərbaycan istehsallı, mis metaldan hazırlanmış, hər metrinin qiyməti 18 manat 50 qəpik olmaqla, eni 3 sm və qalınlığı 0,8 sm olan 800 metr uzunluğunda cəmi dəyəri 14.800 (on dörd min səkkiz yüz) manat təşkil edən ildırım ötürücüsü kabelin olması barədə məlumatlı olduğundan tamah niyyəti ilə həmin kabeli gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün üç dəfəyə olmaqla, birinci dəfə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02:30 dəqiqədə, ikinci dəfə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində və üçüncü dəfə xx xxxxxx 2020ci il tarixə keçən gecə saat 03 radələrində gecə növbəsində olarkən mühafizə etdikləri tikinti materiallarının saxlandığı həmin anbara daxil olaraq orada həmin ildırım ötürücü kabeli müxtəlif uzunluqda və çəkidə olmaqla hissələrə bölüb gizli talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK-ya ümumilikdə 14.800 (on dörd min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, mühafizəçi işlədiyi ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs MTKnın Yasamal Qanlı-Göl “MİDA” tikinti sahəsində şərti olaraq 6-cı post adlandırılan açıq sahədə dəmir torla əhatəyə alınmış anbarda saxlanılan həmin MTK-ya məxsus Azərbaycan istehsallı, mis metaldan hazırlanmış, hər metrinin qiyməti 18 manat 50 qəpik olmaqla, eni 3 sm və qalınlığı 0,8 sm olan 800 metr uzunluğunda cəmi dəyəri 14.800 (on dörd min səkkiz yüz) manat təşkil edən ildırım ötürücüsü kabelin olması barədə məlumatlı olduğundan tamah niyyəti ilə həmin kabeli gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün üç dəfəyə olmaqla birinci dəfə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02:30 dəqiqədə, ikinci dəfə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində və üçüncü dəfə xx xxxxxx 2020ci il tarixə keçən gecə saat 03 radələrində gecə növbəsində olarkən mühafizə etdikləri tikinti materiallarının saxlandığı həmin anbara daxil olaraq orada həmin ildırım ötürücü kabeli müxtəlif uzunluqda və çəkidə olmaqla hissələrə bölüb gizli talamaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK-ya ümumilikdə 14.800 (on dörd min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci ildən Zərərçəkmiş şəxs MTK-nın Yasamal rayonu, Qanlı Göl adlanan ərazisində aparılan tikintilərin mühafizəsinin təşkil olunması məqsədilə mühafizəçi olaraq həmin tarixdə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs2 adlı mühafizəçini Zərərçəkmiş şəxs MTK-da mühafizəçi işlədiyi vaxtdan tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. Hər ikisi həmin dövrdə Abşeron rayonu, Xırdalan şəhərində yaşadıqlarına görə birlikdə işə gedib gəldiklərindən aralarında səmimi münasibətlər yaranmışdır. Şirkətdə işlədikləri müddətdə o 4-cü postda, Ceyhun isə anbar adlanan 6-cı postda xidmət aparmışdır. Növbədə olduqları müddətdə axşam saat 18-də növbəni təhvil alıb səhər saat 08-də təhvil vermişlər. Şirkətdən aldıqları məvacib onları qane etmədiyindən və hər ikisinin maddi sıxıntıları və borcları olduğundan şirkətdəki ildırım ötürücüsü adlanan mis kabellərdən oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bunun üçün tikinti materialları saxlanılan anbardakı çarxın üzərinə dolanmış mis metal kabelləri bir neçə dəfəyə kəsib hissə-hissə oğurlamaq barədə razılığa gəlmişlər. Birinci dəfə, Ceyhunla birlikdə ayrı-ayrı postlarda növbədə olduqları zaman qabaqcadan danışıb oğurluq etmək barədə razılığa gəldiklərindən xx xxxxxx 2020-ci il tarixdə saat 02:30 radələrində Ceyhunun xidmət apardığı, dəmir torla əhatəyə alınmış, lakin giriş-çıxış qapısı olmayan, özləri tərəfindən sərbəst daxil olub çıxa bildikləri, işərisində sement, daş örtüklər, taxta, plastik borular, elektrik naqilləri, mis kabellərdən ibarət digər tikinti materialları saxlanılan şərti olaraq 6-cı post adlandırılan anbardan təxminən 130 kq çəkidə mis materialdan olan kabelləri doğrayıb kisələrə yığmış və həmin postun yaxınlığındakı gölün bir kənarında zibil tullantılarının arasında gizlətmişlər. Səhər saat 08-dən sonra işdən çıxaraq xarici ölkədə olan qohumu Elnur Əliyevə məxsus və sürmək üçün ona etibarnamə verilmiş “Opel Astra” markalı 90 NA- 548 nömrə nişanlı avtomobilin açarlarını şəxsi işi üçün istifadə edəcəyi adı ilə alaraq idarə edib Yasamal rayonu, Şərifzadə küçəsi “Asan” xidmətin qarşısında onu gözləyən Ceyhunun olduğu yerə və oradan da mis kabellərin gizlədildiyi yerə getmişlər. Mis kabellərin doğranmış halda yığdıqları kisələri avtomobilin yük yerinə yükləyərək Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidəki Alatava deyilən yerdə yerləşən əlvan metal qəbulu məntəqəsinə getmiş, orada işləyən, adını bilmədiyi, lakin türk vətəndaşı olduğunu danışığından bildiyi şəxsə həmin kisələrdə olan mis kabellərin hər kiloqramını 9,30 manatdan hesablamaqla, özlərinə aid olduğunu deyərək Ceyhuna aid şəxsiyyət vəsiqəsinin surətini təqdim edib sataraq 1200 manat pul əldə etmiş və əldə etdikləri pulları öz aralarında bölərək şəxsi məsrəflərinə istifadə etmişlər. Bundan bir neçə gün sonra növbəti iş günündə, yəni xx.xx.2020-ci il tarixdə saat 03 radələrində növbədə olarkən növbə rəisinin onun postunu yoxlayacağından narahat olub ona zəng edərək guya Ceyhunun olduğu yerə bir neçə dəqiqəliyə gedib çay içmək üçün şirniyyat və başqa şeylər götürəcəyini deməklə aldadıb icazə aldıqdan sonra Ceyhunun olduğu posta gedərək eyni qaydada Ceyhunun mühafizə etdiyi 6-cı postun yerləşdiyi ərazidəki anbardan 135 kiloqram çəkidə mis kabelləri doğrayaraq kisələrə yığıb eyni qaydada şirkətin yaxınlığındakı gölün kənarındakı zibil tullantıları arasında gizlətmişlər. Səhər saatlarında işdən çıxarkən həmin metal kəsintiləri yığılmış torbaları idarə etdiyi avtomobilin yük yerinə yığaraq Yasamal rayonu Alatava adlanan ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsində işləyən türk vətəndaşına sataraq 1255 manat pul əldə etmiş, bu dəfə də həmin məbləği öz aralarında yarı bölərək şəxsi məsrəflərinə xərcləmişlər. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə gecə saatlarında eyni qaydada anbardan 196 kiloqram olduğunu bildikləri mis kabelləri kəsib doğrayaraq kisələrə yığıb gölün kənarında gizlətmiş, işdən çıxdıqdan sonra Ceyhunla birlikdə həmin kisələri idarə etdiyi avtomobilin yük yerinə yığıb, bu dəfə şübhə oyatmamaq üçün fərqli yerə- həmin dövrdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 120 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında yerləşən əlvan metal qəbulu məntəqəsinin reklam şitindən götürdüyü mobil nömrəyə zəng edərək mis metal satmaq istədiklərini deməklə həmin ünvana getmişlər. Orada metal qəbul edən, sonradan adının Elnur olduğunu bildiyi şəxsə Təqsirləndirilən şəxs2 şəxsiyət vəsiqəsinin surətini təqdim etmiş, usta olduqlarını deyərək özlərinə aid olduğunu bildirdikləri mis metal kəsintilərinin hər kiloqramını 9 manat 30 qəpik olmaqla satıb, ümumilikdə 820 manat pul əldə etmiş, həmin məbləğin 20 manatını avtomobilə yanacaq doldurmuş, 500 manatını öz aralarında yarı bölmüş, qalan 1300 manat pulu isə sonradan bölüşəcəkləri barədə razılaşdıqları üçün müvəqqəti olaraq özü saxlamışdır. Ceyhundan ayrılıb getdikdən sonra elə həmin gün şirkətin rəhbərliyi tərəfindən dəvət olunaraq kabellərin oğurlanması barədə soğru sual edilərkən Ceyhunla birlikdə 3 dəfə anbardan kabel oğurladıqlarını etiraf etmiş və bundan sonra avtomobilin yük yerində gizlətdiyi elə həmin gün aralarında bölüşdürdükləri pulun onda qalan 1300 manatlıq hissəsini şirkətin nümayəndəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs1, daha sonra ifadəsində qeyd etmişdir ki, onun mühafizə etdiyi 4 nömrəli postda müşahidə kamerası olmasa da, Ceyhun Bayramovun olduğu 6-cı postda müşahidə kamerası olmuş və hər dəfə oğurluq etməzdən əvvəl Ceyhun bilərəkdən kameraları müəyən vaxtda söndürərək müdiriyyətə guya işıqların söndüyü, kameralarda nasazlıq yarandığını deməklə onları bilərəkdən bu barədə xəbərdar etmişdir. Kameranın söndürüldüyü vaxtlarda mis kabelləri doğrayaraq anbardan çıxarmışlar. Həmin mis kabelləri satdıqları yerlərdə isə usta işlədiklərini və elektrik naqillərinin lazımsız tullantıları olduğunu bildirərək, onları həmin şəxslərə satmışlar. Mis metal məmulatlarını onlardan almış şəxslər, eləcə də iş yerində, həmçinin avtomobilin sahibinin onların oğurluq etmələri barədə məlumatları olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyun ayından Zərərçəkmiş şəxs MTK-nın Yasamal rayonu, “Qanlı Göl” adlanan ərazisində aparılan tikintilərin mühafizəsinin təşkil olunması məqsədilə mühafizəçi olaraq işə qəbul olunmuşdur. Həmin vaxtdan növbəlilik əsasında saat 18.00-dan səhər saat 08.00-dək ona təhkim olunmuş 6-cı post adlanan anbarı mühafizə etmişdir. 4-cü post adlanan ərazidə mühafizəçi olaraq xidmət aparan Təqsirləndirilən şəxs1 həmin yerdə işlədiyi zaman tanımış, onunla Abşeron rayonu, Xırdalan şəhərində yaşadıqlarına görə iş yerinə və işdən sonra yaşadıqları ünvana birlikdə gedib-gəlmiş və aralarında dostluq münasibətləri yaranmışdır. Hər ikisinin borcları olduğuna və aldıqları məvacib maddi təminatlarını qarşılamadığından şirkətə məxsus ildırım ötürücüsü adlanan mis metal tərkibli kabellərdən hissə-hissə oğurlayıb satmaq qərarına gəlmiş və bu barədə qabaqcadan razılıq əldə etmiş, hətta oğurluq barədə birlikdə planlar qurmuşlar. Belə ki, onun mühafizə etdiyi, dəmir torla əhatəyə alınmış, lakin qapısı olmayan, işdə olduqları müddətdə sərbəst daxil olub-çıxa bildikləri, içərisində mis metaldan kabellər və başqa tikinti avadanlıqları olan anbar adlanan yerdə müşahidə kamerası olduğuna görə görüntüyə düşməmək üçün oğurluq etdikləri müddətlərdə kameraları bilərəkdən söndürmüş və bu barədə rəhbərliyə guya elektik kəsintilərinin olduğu, kameralarda nasazlıqlar yarandığı barədə bilərəkdən məlumat vermişdir. Birinci dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 02:30 radələrində işlədiyi postdakı müşahidə kameralarını müvəqqəti söndürərək Səbuhi ilə birlikdə anbarda saxlanılan ildırım ötürücülü mis metal tərkibli kabellərdən doğrayıb kisələrə yığmış və şirkətin ərazisinin yaxınlığındakı zibil tullantıları arasında gizlətmişlər. İşdən çıxarkən əvvəlcədən razılaşdıqları kimi Səbuhini Yasamal rayonu, Şərifzadə küçəsindəki “Asan” xidmətin qarşısında gözləmiş, sonuncu Nizami rayonu ərazisinə gedərək qohumundan müvəqqəti götürdüyü “Opel Astra” markalı avtomaşını idarə edib həmin yerə qayıdaraq onunla birlikdə mis metal kisələrini gizlətdikləri gölün kənarına getmişlər. Həmin kisələri avtomaşının yük yerinə yığaraq Yasamal rayonu, Alatava adlanan ərazidəki əlvan metal qəbulu məntəqəsinə aparmış və orada çəkisinin 130 kiloqram olduğunu bildikləri mis kabel qırıntılarını özlərini usta kimi təqdim etməklə tanımadıqları türk vətəndaşına hər kiloqramını 9,30 manata olmaqla, ümumilikdə 1200 manat müqabilində sataraq, əldə etdikləri pulu öz aralarında bölmüş və şəxsi məsrəflərinə xərcləmişlər. Bundan başqa, ikinci dəfə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Səbuhi ilə birlikdə eyni qaydada anbardan 135 kiloqram çəkidə mis metal tərkibli kabelləri doğrayaraq kisələrə yığmaqla gölün kənarında gizlətmiş və növbəti gün Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən əlvan metal qəbulu məntəqəsində işləyən tanımadıqları türk vətəndaşına sataraq 1,255 manat pul əldə etmiş və öz aralarında bölərək şəxsi məsrəflərinə xərcləmişlər. Bundan başqa, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində eyni qaydada sonradan dəqiq çəkisinin 196 kiloqram olduğunu bildikləri mis metal tərkibli kabelləri doğrayaraq kisələrə yığmaqla gölün kənarında gizlətmişlər. Şübhə doğurmamaq üçün bu dəfə həmin metalları Səbuhinin idarə etdiyi avtomobillə yaşadıqları Xırdalan şəhəri ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə aparmışlar. Belə ki, həmin yerə getməzdən əvvəl Səbuhinin reklam lövhəsindən götürdüyü mobil nömrəyə zəng edərək 100 kiloqramdan artıq mis metal kəsiklərinin olduğu barədə məlumat vermişlər və daha sonra həmin ünvana getmişlər. Orada sonradan adının Elnur olduğunu bildiyi metal qəbul edən şəxsə özlərini usta kimi təqdim edib şəxsiyət vəsiqəsinin surətini verdikdən sonra təklif etdikləri kabel qırıntılarının özlərinə aid olduğunu deyərək hər kiloqramını 9 manat 30 qəpiyə satıb əldə etdikləri 1820 manatın 20 manatını avtomobilə yanacaq doldurmuş, 500 manatını öz aralarında yarı bölmüş, qalan 1300 manat pulu isə sonradan bölüşəcəkləri barədə razılaşaraq Səbuhidə müvəqqəti qalması qənaətinə gəlmişlər. Həmin gün şirkətin rəhbərliyi tərəfindən dəvət olunaraq kabellər bardə soğru sual edilərkən Səbuhi ilə birlikdə 3 dəfə anbardan kabel oğurladıqlarını etiraf etmişdir. Daha sonra Səbuhi də şirkətə dəvət olunmu, sonuncu avtomobildə olan, elə həmin gün satdıqları metaldan əldə etdikləri pulun onda qalan 1300 manatlıq hissəsini şirkətin nümayəndəsinə təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixli PmX-YQ-1480 saylı podrat müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs1 Bulud oğlu isə xx xxxxxxxx 2020-ci il tarixli PmX-YQ-1661 saylı podrat müqaviləsinə əsasən “Zərərçəkmiş şəxs" MTK-nın ünvan 2 ünvanında yerləşən Yasamal Qanlı-Göl “MİDA” tikintiləri üzrə ərazisində tikinti ərazisinə nəzarət olunması, işçilərin və nəqliyyat vasitələrinin tikintiyə giriş-çıxışlarının qeydiyyata alınması işində işləmiş və xx xxxxxx 2020-ci il tarixdə müqavilələrinə xitam verilmişdir. Şirkətin sədr müavini və digər rəhbər şəxslərdən ona məlum olmuşdur ki, bu şəxslər şirkətdə ayrı-ayrı yerlərdə postlarda olsalar da, növbədə olduqları müddətdə Təqsirləndirilən şəxs1 gecə növbəsi rəisi Zöhrab Məmmədova zəng edərək guya tikinti materiallarının saxlandığı, dəmir torla əhatəyə alınmış və giriş-çıxışında mühafizə postu yerləşdirilmiş, 6-cı post deyilən ərazini mühafizə edən Təqsirləndirilən şəxs2 qənd, çay və başqa ərzaq götürəcəyini bəhanə etmiş və sonuncu ona inanaraq icazə vermişdir. Nəticədə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun dayandığı postdakı anbar deyilən yerdən ildırım ötürücüsü mis metal tərkibli naqilləri kəsib şirkətin yaxınlığındakı gölün kənarında gizlətmiş, işdən çıxarkən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə yükləməklə, Yasamal rayonu və Xırdalan şəhəri ərazilərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satmışlar. Həmçinin, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 mühafizə etdiyi 6-cı postda 2020-ci ilin noyabr ayının birinci həftəsindən başlayaraq bir neçə dəfə guya kameraların işləmədiyi, işıqların söndüyü barədə yalan məlumat verməklə rəhbərliyə şikayət etmiş və sonradan məlum olmuşdur ki, onlar birlikdə oğurluq edən zaman Təqsirləndirilən şəxs2 müşahidə kameralarını müəyyən müddətə söndürmüş, mis metalı oğurladıqdan sonra yenidən işə salmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə növbə rəisi Orxan Qənizadə anbardan Aqil adlı işçinin sifarişi ilə ildırım ötürücüsü götürmək istədikdə taxta diyircəklərin üzərində mis metal naqillərin qalmadığını aşkar etmiş və dərhal gecə növbədə olan Təqsirləndirilən şəxs2 dəvət edərək bu barədə sorğusual etmişdir. Təqsirləndirilən şəxs2 özü etiraf edərək bildirmişdir ki, xx.xx.2020, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 6 nömrəli postun yerləşdiyi anbardan gecə saatlarında müşahidə kamerasını söndürərək Təqsirləndirilən şəxs1la birlikdə mis metal naqilləri kəsərək anbardan kənara çıxarıb gizlətmiş, işdən sonra Səbuhinin idarə etdiyi avtomobillə Yasamal rayonu və Xırdalan şəhərləri ərazilərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıb pul əldə etmişlər. Təqsirləndirilən şəxs1 şirkətə dəvət edildikdə sonuncu oğurladıqları naqillərin satışından qalan 1300 manat pulu könüllü olaraq şirkətin işçilərinə təqdim etmişdir. Hazırda şirkətə dəymiş 14800 (on dörd min səkkiz yüz) manat məbləğində ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara cəza təyin edilərkən bu halları nəzrə almağı məhkəmədən xahiş etmişdir. X6 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhərində 120 nömrəli marşrut xətinin sonuncu dayanacağı adlanan yerdə əlvan metal və plasmas əşyaların qəbulu məntəqəsini işlətməklə fərdi sahibkarlıqla məşğul olur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Azad Quliyev adlı işçisi ona zəng edərək 100 kiloqramdan artıq mis metal tərkibli materiallar satmaq istəyən müştərinin ona müraciət etməsi barədə məlumat vermiş və onu məntəqəyə çağırmışdır. Bu səbəbdən o, məntəqəyə gəlmiş və təxminən 20 dəqiqə sonra “Opel-Astra” markalı avtomobillə sonradan adlarının Səbuhi və Ceyhun olduğunu bildiyi şəxslər məntəqəyə gələrək usta olduqlarını deməklə kisələrə doğranıb yığılmış vəziyətdə olan, özlərinə aid, sonradan çəkisinin 196 kiloqram olduğunu bildikləri mis tərkibli kabelləri satmaq istədiklərini bildirmişlər. Həmin kabellərin hər kiloqramı 9,30 manat olmaqla, ümumilikdə 1822 manat dəyərində olmuş, onun 22 manat pulu çatmadığından həmin şəxslərə 22 manatı ona keçmələrini istəmiş, lakin onlar yalnız 2 manat keçə biləcəklərini deməklə qalan 820 manatı istəmişlər. Bu zaman o, Emin adlı əlvan metal qəbulu məntəqəsi işlədən dostuna zəng edərək özünün iş yerinə dəvət etmiş, sonuncuya həmin metalları təklif etdikdə o, hər kiloqramı 9,7 manata ala biləcəyinə razı olduğundan 196 kiloqram mis kabelləri ona satıb 1900 manat pul alaraq həmin şəxslərə 1820 manat pul vermiş, nəticədə 80 manat pul qazanmışdır. Həmin şəxslərdən aldığı mis qırıntılarına görə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini alaraq məntəqədə olan jurnalda qeydiyyat aparmışdır. Həmin şəxsləri əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamış, aldığı kabel kəsiklərinin oğurluq olduğunu bilməmişdir. X3 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 120 nömrəli marşrut xəttinin sonuncu dayanacağında yerləşən X15 məxsus əlvan metal və plasmas əşyaların qəbulu məntəqəsində fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə elanda yerləşdirdiyi 051 ***-**-** mobil nömrəsinə özünü Səbuhi kimi təqdim edən şəxs ***-***-**-** nömrəsindən zəng edərək 100 kiloqramdan artıq mis metal məmulatları satmaq istədiyini bildirmiş və bundan sonra həmin şəxsin məntəqəyə yaxınlaşmasını təklif etmişdir. Özündə pul olmadığına görə məntəqəni işlədən Elnur Xudiyevə zəng edərək məlumat vermiş və məntəqəyə gəlməsini istəmişdir. Sonuncu, məntəqəyə gəldikdən az sonra Səbuhi və Ceyhun adlı şəxslər “Opel Astra” markalı avtomobillə ora gəlmiş və özlərini usta kimi təqdim edərək onlarda mis kəsiklər olduğunu bir daha bildirərək həmin metalları kisələrdə onlara təqdim etmişdir. Onlar sözügedən mis metalları tərəzidə çəkərkən 196 kiloqram olduğu məlum olmuşdur. Misin hər kiloqramına görə 9,3 manat olmaqla, 1822 manat pul hesablanmış, lakin 22 manat pul çatışmamış, həmin məbləğin keçilməsi istənsə də, Səbuhigil yalnız 2 manat pul keçə biləcəklərini bildirmişlər. Bu zaman Elnur Emin adlı tanışına zəng edərək məntəqəyə dəvət etmiş, Səbuhi və Ceyhunun satdığı mis kəsintilərini Eminə sataraq 1900 manat pul əldə etmiş və onların 1820 manat pulunu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini götürmüş və jurnalda bu barədə qeydlər aparmışdır. X2 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən "Zərərçəkmiş şəxs” MTKnın Yasamal Qanlı-Göl “MİDA” Tikintiləri üzrə ərazisində xx.xx.2019-cu ildən mühafizəçi, 2020-ci ilin may ayından isə gecə növbə rəisi işləyir. Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr, Təqsirləndirilən şəxs2 isə 2020-ci ilin may ayından mühafizəçi olaraq tanımışdır. Təqsirləndirilən şəxs1 4-cü post, Təqsirləndirilən şəxs2 isə 6-cı post adlanan yerlərin mühafizəsi həvalə olunmuşdur. Onlar hər ikisi eyni növbədə olmaqla axşam saat 18-dən səhər saat 08-dək işdə olmuşlar. Hər iki postun arasında 300-350 metr məsafənin olmasına baxmayaraq onların bir-birini görməsi və kənardan müşahidə etmələri mümkün olmuş, lazım olduqda onlar icazə alaraq çay və ya digər lazımi ərzaq götürməsi üçün biri digərinin olduğu yerə gedib-qayıda bilmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Səbuhi ona ratsiya vasitəsilə zəng edərək Ceyhunun olduğu posta getməyə icazə istəmiş və o, heç nədən şübhə etmədən ona az müddətə icazə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13:30-da ümumi mühafizənin rəisi Orxan Qənizadə onu yanına dəvət edərək 6-cı postdan kabellərin oğurlanmasından məlumatının olub-olmamasını soruşmuş, o, bu barədə məlumatsız olduğunu demişdir. Daha sonra həmin posta nəzarət edən Ceyhun, sonra isə Səbuhi MTK-ya dəvət olunmuş, ayrı-ayrılıqda baş verənlər haqda sorğu-sual edildikdə onlar noyabr-dekabr aylarında bir neçə dəfə anbardan ildırım ötürücüsü adlanan mis kabelləri kəsib hissələrə doğramaqla gölün ətrafında gizlədib işdən çıxdıqdan sonra Səbuhinin idarə etdiyi avtomobillə apararaq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını, Ceyhunun bilərəkdən 6-cı postda olan videomüşahidə kamerasını söndürməsini etiraf etmiş, hətta Səbuhi elə həmin gün oğurlayıb satdıqları kabellərdən əldə etdikləri puldan qalan 1300 manat pulu könüllü təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Orxan Qənizadə və onun iştirakında Səbuhi idarə etdiyi “Opel Astra” markalı avtomobilin arxa yük yerinin sol tərəf farası yanında gizlətdiyi 1300 manat pulu götürərək onlara təqdim etmiş və həmin məbləğ MTK-nın kassasına mədaxil edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasına elan olunmuş ifadəsindən görünür ki, o, xx xxx 2020-ci il tarixdən Zərərçəkmiş şəxs MTK-nın Yasamal rayonu Qanlı Göl tikinti massivinin Nəzarət xidmətinin növbə rəisi kimi işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun işlədiyi şirkətdə mühafizəçi olaraq işlədiklərindən həmin müddətdə onları tanımış və işçi olaraq münasibət saxlamışdır. Həmin şəxslər bir gündən bir hər gün axşam saat 18.00-dan səhər saat 08.00-dək işdə olmaqla ərazinin mühafizəsini təşkil edib nəzarət etmişlər. xx.xx.2020-ci il tarixdə səhər saatlarında MTK-da elektrik vəzifəsində işləyən Aqil ona yaxınlaşaraq mis materiallı kabel lazım olduğunu bildirmiş və bu səbəbdən kabel götürmək məqsədilə onunla birlikdə anbara daxil olduqda anbarda mis kabellərin olmadığını aşkar etmişlər. Bundan sonra anbarda quraşdırılmış videomüşahidə kameralarına baxdıqda xx xxxxxx 2020-ci il tarixdə 01:27-dən 01:53-dək, 02:25-dən 04:45-dək videomüşahidə kameralarının söndürüldüyünü aşkar etmişdir. Bununla əlaqədar, həmin gecə növbədə olmuş Təqsirləndirilən şəxs2 zəng edərək MTK-ya dəvət olunmuş və kameraların hansı səbəbdən söndürüldüyünə dair sorğu-sual etmişdir. Təqsirləndirilən şəxs2 ilkin olaraq bundan məlumatsız olduğunu desə də, sonradan etiraf etmişdir ki, son bir ay ərzində ayrı-ayrı vaxtlarda 3 dəfə Təqsirləndirilən şəxs1la birlikdə anbarda olan mis materiallarını doğrayaraq sonuncunun avtomobilinə yığaraq əlvan metal qəbulu məntəqələrinə satmışlar. Bunu bildikdən sonra Təqsirləndirilən şəxs1 da MTK-ya dəvət olunmuş və o, Təqsirləndirilən şəxs2 artıq hər şeyi etiraf etdiyini bilərək birlikdə törətdikləri oğurluğu etiraf etmiş, hətta mis kabellərin satışından əldə etdikləri pulun müəyyən hissəsinin ona məxsus avtomobildə olduğunu bildirmişdir. Bundan sonra iş yoldaşı Zöhrab Məmədovla birlikdə Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşmış, sonuncu avtomobilin yük yerində gizlətdiyi 1300 manat pulu onlara təqdim etmişdir. Təqdim olunan pulun götürülməsinə dair akt tərtib olunmuş və həmin pullar MTKnın kassasına mədaxil edilmiş və rəhbərliyin təklifi ilə hüquq mühafizə orqanına müraciət olunmuşdur. Zərərçəkmiş şəxs MTK tərəfindən Yasamal rayonu Qanlı Göl ərazisində aparılan tikintilərdə istifadə olunan ildırım ötürücüsü kabellər Azərbaycan istehsalı olan mis metaldan hazırlanmış, hər metrəsinin qiyməti 18 man 50 qəpik təşkil edən 800 metr uzunluğunda, 630 kiloqram olmaqla 14800 manat dəyərində olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasına elan olunmuş ifadəsindən görünür ki, o, 16 ildir ki Bakı şəhərində əlvan metalların qəbulu və satışı ilə məşğul olan “X22” şirkətinin müdiri işləyir. Azərbaycan Respublikasının müxtəlif ərazilərində, eləcə də Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında filialı yerləşməklə əlvan metal qəbulu və satışı ilə rəsmi olaraq fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Yasamal rayonu, 2-ci Alatava ünvanındakı filialda olarkən sonradan adları məlum olan Ceyhun və Səbuhi adlı şəxslər sonuncunun idarə etdiyi “Opel Astra” markalı avtomobildə onun iş yerinə yaxınlaşaraq özlərini usta kimi təqdim edib işlədikləri yerdə kəsinti formasında yığılmış mis metallarının olduğunu və satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərin sənədlərinin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs2 şəxsiyət vəsiqəsinin surətini təqdim etmişdir. Daha sonra onlar avtomobilin yük yerindən özlərinə aid olduğunu dedikləri bir neçə kisədə doğranmış halda mis metal tərkibli naqilləri satmaq üçün ona təqdim etmişlər. O, həmin kisələri çəkmiş və 130 kiloqram olduğuna əmin olduqdan sonra hər kiloqramına görə 9 manat 30 qəpik, ümumilikdə 1200 manat pul ödəmişdir. O, misin çəkisini və verdiyi pulların məbləğini Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəxsiyyət vəsiqəsinin üzərinə əlyazma ilə qeydlər apararaq götürmüşdür. xx.xx.2020-ci il tarixdə günorta vaxtlarında Ceyhun və Səbuhi adlı şəxslər yenə onun iş yerinə gələrək, ümumilikdə 135 kiloqram mis metal tərkibli naqil kəsintilərini ona satmış və 1255 manat məbləğində pul alaraq getmişlər. O, həmin şəxsləri bir daha görməmişdir. Yalnız istintaq orqanına dəvət olunduqdan sonra həmin şəxslərin ona satmış olduqları mis metal tərkibli naqillərin cinayət yolu ilə əldə edildiyi ona məlum olmuşdur. O, fəaliyyət göstərdiyi 16 il müddətində heç vaxt cinayət yolu ilə əldə olunmuş əmlak almamış, təklif olunan əmlakı satanın şəxsiyyətini təsdiq edən sənədlərinin surətini alaraq özündə qeydiyyat aparmaqla saxlamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MTK-nın Tikinti üzrə sədr müavini X8 ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli PmX-YQ-1480 saylı podrat müqaviləsinin və həmin tarixli razılaşma protokolunun məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 hər ay 500 manat məvacib almaq şərti ilə Zərərçəkmiş şəxs MTK-nın ünvan 2 ünvanında yerləşən Yasamal Qanlı-Göl “MİDA” Tikintiləri üzrə ərazisində tikinti ərazisinə nəzarət olunması, işçilərin və nəqliyyat vasitələrinin tikintiyə giriş-çıxışlarının qeydiyyata alınması işinə qəbul olunmuşdur (i/v 15- 18). İş materiallarında olan Zərərçəkmiş şəxs MTK-nın Tikinti üzrə sədr müavini X8 ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli PmX-YQ-1661 saylı podrat müqaviləsinin və həmin tarixli razılaşma protokolunun məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 hər ay 500 manat məvacib almaq şərti ilə Zərərçəkmiş şəxs MTK-nın ünvan 2 ünvanında yerləşən Yasamal Qanlı-Göl “MİDA” Tikintiləri üzrə ərazisində tikinti ərazisinə nəzarət olunması, işçilərin və nəqliyyat vasitələrinin tikintiyə giriş-çıxışlarının qeydiyyata alınması işinə qəbul olunmuşdur (i/v 19- 22). İş materiallarında olan Zərərçəkmiş şəxs MTK tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 265A saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qatar oğlu və Təqsirləndirilən şəxs2 müqavilələrinə xx.xx.2020-ci il tarixdə şirkət tərəfindən xitam verilmişdir (i/v 183). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsini yerində təsdiq etməklə bir daha bildirmişdir ki, onunla birlikdə mühafizəçi işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə gecə saat 02:30, xx.xx.2020-ci il tarixdə saat 02 və xx.xx.2020-ci il tarixdə saat 03 radələrində mühafizəçi işlədikləri, Zərərçəkmiş şəxs MTK-nın ünvan 2 ünvanında yerləşən “Zərərçəkmiş şəxs “MTK-nın Yasamal Qanlı-Göl “MİDA” Tikintiləri üzrə ərazisində şərti olaraq 6-cı post adlandırılan və içərisində tikinti materialları saxlanılan anbardan tikintilərdə istifadə olunan Azərbaycan istehsallı mis metaldan hazırlanmış ildırım ötürücüsü kabelləri gizli olaraq talayıb şirkətin ərazisindən çıxarmaqla əlvan metal qəbulu məntəqələrinə satıb ümumilikdə 4255 manat məbləğində pul əldə etmiş və xx xxxxxx 2020-ci il tarixdə ifşa olunduqdan sonra özündə qalmış 1300 manat pulu könüllü olaraq şirkətin əməkdaşlarına təqdim etmişdir (i/v 81-84). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsini yerində təsdiq etməklə bir daha bildirmişdir ki, onunla birlikdə mühafizəçi işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə saat 02:30, xx.xx.2020-ci il tarixdə saat 02 və xx.xx.2020-ci il tarixdə saat 03 radələrində mühafizəçi işlədikləri, “xxxx” MTK-nın ünvan 2 ünvanında yerləşən "Zərərçəkmiş şəxs” MTK-nın Yasamal Qanlı-Göl MİDA Tikintiləri üzrə ərazisində şərti olaraq 6-cı post adlandırılan və içərisində tikinti materialları saxlanılan anbardan tikintilərdə istifadə olunan Azərbaycan istehsallı mis metaldan hazırlanmış ildırım ötürücüsü kabelləri gizli olaraq talayıb şirkətin ərazisindən çıxarmaqla əlvan metal qəbulu məntəqələrinə satıb ümumilikdə 4255 manat məbləğində pul əldə elmiş və xx xxxxxx 2020-ci il tarixdə ifşa olunarkən Təqsirləndirilən şəxs1 tərəfindən həmin məbləğin Təqsirləndirilən şəxs1 qalan 1300 manatlıq hissəsi sonuncu tərəfindən şirkətin rəhbərliyinə könüllü olaraq təqdim edilmişdir (i/v 85-88). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətində və X18 tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli əlvan metalların qəbulu jurnalında aparılan qeydlərə keçirilmiş baxış zamanı xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 196 kiloqram mis kəsintilərini Elnur Xudiyevə 1820 manata satmaqla həmin məbləği qəbul etməsi və bu barədə Elnur Xudiyev tərəfindən qeydiyyat jurnalında əlyazma formasında müvafiq qeydlər aparıldığı təsdiq olunmuşdur (i/v 124-126). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şahid X1 təqdim etmiş olduğu sənədlərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə 130 kiloqram mis metal satışına görə 1200 manat, xx.xx.2020-ci il tarixdə 135 kiloqram mis metalın satışına görə 1255 manat məbləğində pul ödənilməsinə dair Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqələrinin 2 ədəd surətlərinin üzərində müvafiq qeydlərin aparılması təqsdiq olunmuşdur (190-192). İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X11 təqdim etdiyi, üzərində 04.12.202-ci il tarixdə 196 kiloqram mis metal tərkibli naqillərin satışı və 1820 manat pulun əldə olunmasına dair qeydiyyat jurnalının 1 vərəqədən ibarət və Təqsirləndirilən şəxs2 AA******* seriyalı 1 vərəqədən ibarət şəxsiyət vəsiqəsinin surətləri, xx.xx.2020-ci il tarixli “pul vəsaitinin götürülməsi və kassaya mədaxil edilməsi” AKT-ı, xx.xx.2020-ci il tarixdə 130 kiloqram mis metalın satışından 1200 manat, xx.xx.2020-ci il tarixdə 135 kiloqram mis metalın satışından 1255 manatın əldə olunmasına dair üzərində əlyazma qeydləri aparılmış Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyət vəsiqələrinin 2 ədəd surətləri iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarına olan xx.xx.2020-ci il tarixli “tutma haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır (i/v 46-47, 167-170, 250-251). İş materiallarına olan xx.xx.2020-ci il tarixli “tutma haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır (i/v 69-70, 171-174, 252-253). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir (i/v 202-203). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir (i/v 200-201). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü Toğrul və xx.xx.2014-cü il təvəllüdlü Uğur adlı iki azyaşlı uşağı vardır (i/v 197,199). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Ramal və xx.xx.2018-ci il təvəllüdlü Ayxan adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 61 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs MTK-ya dəymiş 14800 manat məbləğində ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. MTK-nın təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onların barəsində cəza təyin edilərkən bunu nəzərə almaq xahiş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması protokolları, baxış və götürmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, N.ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad rayonunun Çəngən kəndində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış X11 təqdim etdiyi, üzərində 04.12.202-ci il tarixdə 196 kiloqram mis metal tərkibli naqillərin satışı və 1820 manat pulun əldə olunmasına dair qeydiyyat jurnalının 1 vərəqədən ibarət və Təqsirləndirilən şəxs2 AA******* seriyalı 1 vərəqədən ibarət şəxsiyət vəsiqəsinin surətləri, xx xxxxxx 2020-ci il tarixli “pul vəsaitinin götürülməsi və kassaya mədaxil edilməsi” AKT-ı, xx.xx.2020-ci il tarixdə 130 kiloqram mis metalın satışından 1200 manat, xx.xx.2020-ci il tarixdə 135 kiloqram mis metalın satışından 1255 manatın əldə olunmasına dair üzərində əlyazma qeydləri aparılmış Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyət vəsiqələrinin 2 ədəd surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1, Müdafiəçi2, X13 və X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)- 152/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)- 152/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X19 müdafiə etməklə ona 42 (qırx iki) saat hüquqi yardım göstərmişdir (i/v 225). İş materiallarında olan xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X14 müdafiə etməklə ona 41 (qırx bir) saat hüquqi yardım göstərmişdir (i/v 224). Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X13 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat, Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, N.ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad rayonunun Çəngən kəndində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X11 təqdim etdiyi, üzərində 04.12.202-ci il tarixdə 196 kiloqram mis metal tərkibli naqillərin satışı və 1820 manat pulun əldə olunmasına dair qeydiyyat jurnalının 1 vərəqədən ibarət və Təqsirləndirilən şəxs2 AA******* seriyalı 1 vərəqədən ibarət şəxsiyət vəsiqəsinin surətləri, xx xxxxxx 2020-ci il tarixli “pul vəsaitinin götürülməsi və kassaya mədaxil edilməsi” AKT-ı, xx.xx.2020-ci il tarixdə 130 kiloqram mis metalın satışından 1200 manat, xx.xx.2020-ci il tarixdə 135 kiloqram mis metalın satışından 1255 manatın əldə olunmasına dair üzərində əlyazma qeydləri aparılmış Təqsirləndirilən şəxs2 məxsus AA******* seriyalı şəxsiyət vəsiqələrinin 2 ədəd surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X13 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat, Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-152/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-152/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver