Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-152/2025 06.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 17:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs3, XXX Məcid Müslüm oğlunun, X2, Zərərçəkmiş şəxs1 Cəbraıl oğlunun və Zərərçəkmiş şəxs22 Vaqif oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Sirius” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəlləır məhkum olmayan, "xxxx" ASC-nin 14 saylı X13 sahəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq vicdansız və laqeyd münasibət göstərərək öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni ehtiyatsızlıqdan səhlənkarlıq etməsi dövlətin, cəmiyyətin və vətəndaşların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına, həmçinin vətəndaşa bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Belə ki, o, 2014-ci il tarixdən xx.xx.2014-cü il tarixli, 06/45 saylı əmrlə həmin cəmiyyətin ünvan 2 ünvanında yerləşən “Azəristiliktəchizat" ASC-nin 14 saylı X10 sahəsinin rəisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq "xxxx" ASC- nin İdarə heyətinin 06/45 saylı 23 01.2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “X4 Sahəsi Haqqında” Əsasnaməsinin İİİ-ci bəndində qeyd edilmiş İSİS-nin rəisinin Vəzifələri” adlanan vəzifə təlimatının 3.5-ci maddəsinə əsasən material, avadanlıq, alət, xüsusi geyimlərin vaxtlıvaxtında alınmasını təmin etmək, həmin təlimatın 3.7-ci maddəsinə əsasən istilik şəbəkələrində qəza təmir işlərinin təşkil edilməsi, həmin təlimatın 3.9-cu maddəsinə əsasən işçilərin texniki istismar qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının və vəzifə təlimatlarının öyrənilməsi və vaxtında biliyinin yoxlanılmasının təşkil edilməsi, həmin təlimatın 3.15-ci maddəsinə əsasən təhlükəsiz iş şəraiti üçün texniki və təşkilati tədbirlərin həyata keçiriİməsinin təşkil edilməsi, həmin təlimatın 3.16-cı maddəsinə əsasən 15 gündən bir işdə olan avadanlıqdan ehtiyatda olan avadanlığa keçilməsini, yəni ehtiyatda olanların işə qoşulub, işdə olanların ehtiyata saxlanımasına nəzarət edilməsi kimi vəzifələrini yerinə yetirməyərək, “Buxar və suqızdırıcı qazanlarının quruluşu və təhlükəsiz istismar qaydaları”nın 3.4.1-ci bəndinin tələblərinə uyğun olaraq hər bir yanacaq yanma kameralı qazan partlayışdan qoruyucu qurğularla təmin edilməli, həmin qaydaların 3.4.2-ci bəndinin tələblərinə uyğun olaraq partlayışdan qoruyucu qurğuların sayı, yerləşmə yeri və en kəsiyinin ölçüləri qazanın layihəsi ilə müəyyən edilməli, həmin qaydaların 6.1.1-ci bəndinin tələblərinə uyğun olaraq işin idarə edilməsi, təhlükəsiz şəraitin və hesablama rejiminə uyğun istismarın təmin edilməsi üçün qazanlar su səviyyəsini göstərən cihazla, manometrlərlə, mühitin temperaturunu ölçmək üçün cihazla, kəsici və tənzimləyici armaturla, təhlükəsizlik cihazları ilə, qidalandırıcı qurğularla təchiz edilməli, həmin qaydaların 6.2.1 -ci bmdinin tələblərinə uyğun olaraq qazanın daxili həcmi qapayıcı orqanlarla məhdudlaşdırılan hər bir elementi, təzyiqin yol verilən həddən yuxarı qalxmasının qarşısını avtomatik (işçi mühitin atmosferə və ya ultizasiya sisteminə buraxması yolu ilə) alan qoruyucu qurğularla mühafizə edilməli, həmin qaydaların 6.2.5-ci bəndimi tələblərinə uyğun olaraq hər bir buxar və suqızdırıcı qazanda qoruyucu qurğunun (atqı klapanlarının) sayı ikidən az olmamalı, həmin qaydaların 6.2.15-ci bəndinin tələblərinə uyğun olaraq qoruyucu qurğular (atqı klapanları) qazanlarda təzyiqin hesabat (yol verilən) təzyiqdən 10%-dən yuxarı qalxmasından mühafizə edilməli, həmin qaydaların 6.7.1 -ci bəndinin tələblərinə uyğun olaraq hər bir qazanda verilmiş istismar rejimindən yolverilməz həddə kənara çıxma hallarında qazının avtomatik və etibarlı söndürülməsini təmin edən təhlükəsizlik cihazları olmalı, həmin qaydaların 9.1.1-ci bəndinin tələblərinə uyğun olaraq təşkilatın (müəssisənin) rəhbərliyi qazanxananın saz vəziyyətdə olmasını və müvafiq xidmətlərin təşkill olunması yolu ilə onların təhlükəsiz istismar şəraitini təmin etməli olduğu halda qeyd olunan tələblərə əməl etməyərək istismar müddəti keçmiş avadanlıqların yeniləri ilə əvəz edilməməsi, material və avadanlıqların vaxtında alınmaması, istilik şəbəkələrində qəza təmir işlərinin təşkil edilməməsi, işçilərin texniki istismar qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, vəzifə təlimatlarının öyrənilməməsi, təhlükəsiz iş şəraiti üçün texniki, təşkilali tədbirlərin həyata keçirilməməsi, 15 gündən bir işdə olan avadanlıqdan ehtiyatda olan avadanlığa keçilməməsi, yəni ehtiyatda olanların işə qoşulmaması, işdə olanların ehtiyata saxlanmasına nəzarət edilməsini təmin etməyərək və bununla da işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək təhlükəsizlik qaydalarını pozmuş, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində qazanxanada olan su qızdırıcı qazanların saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilmədiyinə görə baş vermiş partlayışın fəsadları olaraq qazanxananın bir hissəsi tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüş zərbə dalğasından ətrafa səpələnən qazanxananın daş və digər tikinti materialları yaxın ətrafda olan daşınar və daşınmaz əmlakları zədələməklə “AG Telekom" MMC-nin yerləşdiyi inzibati binaya 39.690 (otuz doqquz min altı yüz doxsan) manat, MMC-yə məxsus “Mercedes-Benz s class" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.800 (on min səkkiz yüz) manat və MMC-yə məxsus **-AA- *** döviət qeydiyyat nişanlı “BMW 740" markalı avtomobilə isə 2500 manat, qazanxananın ətrafinda binanın həyətində park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prius" markalı, **-OM-*** dövlət qeydiyyıl nişanlı avtomobilə 6000 (altı min) manat, Zərərçəkmiş şəxs3 məxsus Hyundai İX 35“ markalı, **-MK-*** dövlət nişanlı avtomobilə 4045 (dörd min qırx beş) manat, X12 məxsus “Toyota Prius' markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1980 manat, Zərərçəkmiş şəxs4 məxsus Toyota Rav 4 markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2840 (iki min səkkiz yüz cıırx) manat, Zərərçəkmiş şəxs15 məxsus “Volkswagen Polo“ markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 951 (doqquz yüz əlli bir) manat, Zərərçəkmiş şəxs13 məxsus “Volkvvsagen İ16“ markalı, **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 (min üç yüz) manat, Zərərçəkmiş şəxs19 oğuna məxsus “Toyota Prius“ markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 (dörd yüz əlli manat) manat, Zərərçəkmiş şəxs12 məxsus “Honda HNS1" markalı, **-RO- *** dövlət qeydiyyat nişanlı ininik avtomobilinə 1540 (min beş yüz qırx) manat, Zərərçəkmiş şəxs10 məxsus “Fiat Fiorin “ markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 (iki yüz səksən) manat, “Fiat Fiorini" markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1090 (min doxsan) manat və “Nissan Urvan“ markal **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 (iki yüz yetmiş) manat, ümumilikdə 1640 ( min altı yüz qırx manat, Zərərçəkmiş şəxs20 məxsus “Toyota RAV-4" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs5 məxsus “Kia Optima" markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2970 (iki min doqquz yüz yetmiş) manat, Zərərçəkmiş şəxs2 Əskənli oğluna məxsus “Kia Sportag" markalı, 10- FL-012 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 4305 (dörd min üç yüz beş) manat, Zərərçəkmiş şəxs8 məxsus “Kia Picanto” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2115 (iki min yüz on beş) manat, Zərərçəkmiş şəxs16 məxsus “Mercedes Benz E220 CDİ“ markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs11 məxsus **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes B200“ markalı avtomobilə 1589 (min beş yüz səksən doqquz ) manat, Zərərçəkmiş şəxs6 məxsus “Chevrolet Crızc miııik" markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2810 (iki min səkkiz yüz on) manat, XXX Məcid Müslüm oğluna məxsus “BMW 740" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomibilə 5010 (beş min on) manat, Zərərçəkmiş şəxs14 məxsus “Kia Cadenza" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı ininik avtomobilə 1190 (min yüz doxsan) manat, Zərərçəkmiş şəxs18 məxsus “Fiat Abarth" markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 655 (altı yüz əlli beş) manat, Zərərçəkmiş şəxs7 məxsus “Kia Sportage" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2505 (iki min beş yüz beş) manat, Zərərçəkmiş şəxs21 məxsus mənzilə 450 (dörd yüz əlli) manat, Zərərçəkmiş şəxs17 məxsus mənzilə 680 (altı yüz səksən) manat, həmçinin “Azəristiliktəchizat" ASC-nin 141 nömrəli qazanxana binasına 24.974 (iyirmi dörd min doqquz yüz yetmiş dörd) manat ziyan vurmuş, həmçinin 141 saylı qazanxananın əməliyyatçısı Zərərçəkmiş şəxs22 üzü, hər iki said və əlləri, hər iki baldırı və sağ ayağında, ümumilikdə bədən səthinin 9-10% təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları, yüksək hərarətin təsirindən törənmiş AZ AĞİR dərəcəli bədən xəsarətləri almasıma səbəb olmaqla vicdansız və laqeyd münasibət göstərərək öz xidməti vəzifələrini lazımi qaydada yerini yetirməməklə, yəni vəzifəli şəxs olaraq səhlənkarlıq etməsi dövlətin cəmiyyətin və vətəndaşların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına, həmçinin ehtiyatsızlıqdan vətəndaşa bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 314.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı deyildir, ona görə ki, bütün qazanxanalarda əməliyatçı vəzifələrinə işçilər təyin olunur. Hadisə baş verən vaxtdan əvvəl əməliyyatçı öz funksiyasını yerinə yetirsəydi hadisə də baş verməyəcəkdi. Əməliyyatçı qazana daxil olan qazı bağlamalı və mərkəzi dispetçer xidmətinə məlumat verməli idi. Hər hansı bir işçinin öz işinə məsuliyyətsiz yanaşmasına görə onun hazırda ittiham olunması düzgün deyildir. Qazanxana mövsümə hazırlanıb və hər bir avadanlığın işlək vəziyyətdə olması sənədlərlə öz təsdiqini tapır. Təcrübəsinə əsaslanaraq deyə bilər ki, qazanda təzyiq aşağı düşüb qazan daxilində qızma çox olub əməliyatçı isə qazana əlavə soyuq su verdiyi üçün qazan sıradan çıxıb və hadisə baş verib. Eyni zamanda bildirmişdir ki, onun işi ümumi olaraq İSİS-ə rəhbərlik etmək olmuşdur. Tabeliyində 26 qazanxana, 26 qazanxana üzrə 7 sahə rəisi, qazanxanalarda isə qazanxana əməliyyatçıları var və onların hər biri öz işlərinə vicdanlı yanaşmalıdırlar. Əməliyatçılar işə götürülən vaxt təlim keçirlər, sonra imtahan verirlər, təhlükəsizlikdən təlimat keçdikdən sonra işə buraxılırlar. Bu qədər təlimdən sonra əməliyatçının öz işə məsuliyyətsiz yanaşması səbəbindən baş vermiş hadisəyə görə onun məsuliyyətə cəlb edilməsi düzgün deyildir. Qazanxanada olan butün avadanlıqlar işlək vəziyyətdə olmuşdur. Hadisə baş verməsi nəticəsində zərəçəkmişlərə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, onların hər hansı bir şikayət və tələbləri yoxdur. Hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Bak şəhəri, Yasamal rayonu, İnşaatçilar prospekti 1İB məhəllə 583 ünvanında yerləşən "Azəristiliktəchizat” ASC-nin balansiııda olan 141 saylı qazanxanada əməliyyatç vəzifəsində işləmişdir. Baş vermiş hadisənin yaranmasında günahkar olduğunu bildirməklə sərbəst ifadəsini aşağıdakı kimi qeyd etmişdir “ vaxtında xəbər edə bilmədim, bəlkə də xəbər etsəydim, hadisə olmazdı. Axşam saat 8-də qazanxananı təhvil alanda hər şey normal idi. Təhvil alanda qazı yoxladım, qazın, suyun sıxıntısını, nasosu, qazanları, sayğacları yoxladım Ehtiram qol çəkib çıxıb getdi. 4 qazana nəzarət edirdim, 5-ci qazan işləmirdi. Yorulmuşdum, gecə saat 4-ə işləmiş bir balaca mürgüləmək istədim, gördüm iy gəlir çıxdım bayıra gördüm buxar çıxır, bir də qayıdıb temperatura baxdım, təzyiq 4 yarım idi, temperatur 55 idi. Bir də qayıdıb qazı söndürmək istəyəndə partladı. Mən çox təəssüf hissi keçirirəm ki, qazı bağlaya bilmədim, qazı bağlasaydım bəlkə də partlamazdı.Qazanxananın arxasında qazın vinti var, çatdırıb onu bağlasaydım partlamazdı. Yatmamışdım deyə yarım saat oturaq vəziyyətdə mürgüləmişəm. Mən mürgüləyəndə temperatur yerində idi. Qeydiyyat Kitabına düzəlişi 4-ə 15 dəqiqə qalmış mürgüləməmişdən qabaq qeyd etmişəm, ondan sonra bu proses başladı. 4 yarısı buxardan hiss etdim qazanlar qaynayır.Ayıldıqdan sonra Temperatur düşdümüşdü üçün suyu açdım, tez də bağladım. Suyu buraxandan sonra təzyiq yerinə düşdü, mən çölə çıxanda partlayış oldu. Mənə qazan qaynayanda qazı bağlamaq təlimatı verilib.Özümü itirdim deyə qazı bağlamadım. Sədrlik edən tərəfindən məhkəmə iclasında zərərçəkmiş şəxsə onun tərəfindən ibtidai araşdırma zamanı verilmiş ifadələrdə “qazanxananın qurğuları köhnə olmuş, istifadəyə yararsız olmuşdur. Bu barədə 14 saylı X13 Sahəsinin rəisi Təqsirləndirilən şəxs məlumat vermiş olsalar da, sonuncu bu barədə heç bir tədbir görməmiş və qazanxananın balansında olan "xxxx" ASC-nin sədrinə heç bir məlumat verməmişdir. Qazanların özü və təhlükəsizliyi üçün olan qapaqların köhnə olması səbəbindən baş verəcək hər hansı hadisədə əməliyyatçının onun qarşısını ala bilməyəcəyi barədə 14 saylı İSİS-in rəisinə məlumat verilmiş, lakin sonuncu vəzifəsinə uyğun olaraq qazanxananın təhlükəsizliyini təmin etmək vəzifəsinə laqeyidcəsinə yanaşmışdır.” kimi məzmunda ifadə verib vermədiyini soruşulduqda zərərçəkmiş şəxs belə məzmunda ifadə vermədiyini bildirmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda ona dəymiş maddi ziayan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxana evinin yanında yerləşmişdir. Qazanxana bina və mənzili 15 noyabrdan 15 aprel ayınadək istiliklə təmin etmişdir. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində qazanxanada partlayış baş vermiş və hadisə nəticəsində ona məxsus “Hyundai İX 35” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4045 manat maddi ziyan dəymişdir. Belə ki, onun və tanımadığı şəxslərin avtomobillərin üzərinə partlayış nəticəsində daş, kərpiçlər düşərək dam, şüşə və digər hissələrində ziyan yetirmişdir. Vurulmuş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş XX Məcid Müslüm oğlu ifadəsində göstərmişdir ki, o ünvan 5 ünvanında yaşayır. Baş vermiş partlayış nəticəsində ona məxsus “BMW 740” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ön parpress, ön parpresin rezininə, arxa parpresə, arxa parpresin rezininə, lyuka, damın örtüyünə, arxa parpresin pərdəsinə ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilə 5010 manat ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. Hazırda "xxxx" MMC-də mağaza müdiri işləyir. "xxxx" ASCyə məxsus 141 saylı qazanxananın partlaması nəticəsində müdiri olduğu mağazanın istifadəsində olan “Fiat Fiorini” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 manat, “Fiat Fiorini*’ markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1090 manat və “Nissan Urvan” markal **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 manat maddi ziyan dəymişdir. Ümumillikdə vurulmuş 1640 manat ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cəbraıl oğlu ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ona məxsus yaş asfalt rəngli, “Toyota Prius” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı maşını müvəqqəti idarə etmək üçün dostu Şahid5 vermiş, Şahid5 maddi vəziyyəti aşağı olduğu üçün bəzi hallarda həmin avtomobillə taksi fəaliyyəti göstərmişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Şahid5 ona zəng vuraraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçilar prospekti 11B məhəllə 583 ünvanında avtomobillə müştəri aparan zaman məhəllədə yerləşən qazanxananın partlaması nəticəsində maşının dağıldığını, özünün isə xəsarət aldığını demişdir. Dərhal hadisə yerinə getmiş, partlayışın təsirindən ətrafa daş, kərpiç qırıqları səpələndiyini, ona məxsus olan “Toyota Prius” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı maşının dağıntı altında qaldığını görmüşdür. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə 6000 manat zərər dəymişdir, hazırda ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 səbəst ifadəsində göstərmişdir ki, Azəristiliktəchizat” ASC-də əmək mühafizəsi, istismarın təşkili, təhlükəsizlik texnikası şöbəsinin rəis müaviniyəm. Qazanxana 20 yaşayış binası və 1 uşaq baxçasını istiliklə təmin elməklə, 6 qazandan ibarət olmuşdur. Qazanxananın avadanlıqları köhnə olmuş, qazanlar və qazanların təhlükəsizliyi üçün qapaqlar, klapanlar köhnə olmuşdur. Bu barədə 14 saylı İSİS-in rəisinə məlumat verilərək qazanxanın yenilənməsi tələb olunmuş, lakin, sonuncu vəzifəsinə laqeydcəsinə yanaşaraq qazanxananın yenilənməsi barədə ASC-nin rəhbərliyinə məlumat verilməmişdir. Təlimata uyğun olaraq qazanxana hər ilin noyabr ayının 15-də işə başlamış və aprel ayının 15-də qış istilik mövsümü bitdiyi üçün iş rejimi dayandırılmışdır. Qazanxanaya qış istilik mövsümü ərzində 4 nəfər mövsümi əməliyyatçı işçi işə götürülmüş, əməliyyatçı 12 saat iş rejimi olmaqla növbəni bir-birilərinə təhvil vermiş vəzifə təlimatları iş müddətində qazanxanada qazın, suyun təzyiqinə mütəmadi olaraq nəzarət etmək, qazanxanadan çıxan temperatura və təzyiqi daimi nəzarətdə saxlamaq, qazanxanada olan qazanlara nəzarət etmək, operativ qeydiyyat və rejim təhvil-təslim barədə qeydlərimi, eləcə də hər iki saatdan bir baxış keçirtdiyim rejimlər haqqında məlumatları qeyd elmək, jurnalda qazanxanadan çıxan və cazanxanaya qayıdan suyun təzyiqləri, eləcə də çıxan və qayıdan suyun temperaturları barədə qeydlər aparmaq, növbə təhvil-təslimi zamanı qazanxanaya daxil olan maye qazın təzyiqi, su, işıq və qaz sayğaclarının qeydiyyatı aparmaqdan ibarət olmuşdur. Payız-qış mövsümü ilə əlaqədar xx.xx.2023-cü il tarixdə 141 saylı qazanxananın əməliyyatçıları işə qəbul edilməmişdən əvvəl əməyin mühafizəsi və istismarın təşkili, yanğın təhlükəsizliyi, təhlükəsizlik texnikası, “qəza oyunları” adlı praktik dərslərin keçirilməsi ilə bağlı kursları bitirmişəm, xüsusi komisiyya tərəfindən əməliyyatçıların bilikləri yoxlanılmış və xüsusi protokola qeydiyyat apırılmışdır. Bundan başqa rəhbərlik etdiyim şöbə tərəfindən "xxxx" ASC bütün əməliyyatçılara rejim qaydlarının verilməsinə dair təlimatlar verilmiş və hər üç aydan bir X3 sahələrində növbəli təkrar təlimatlar keçirilərək xüsusi jurnalda qeydiyyat aparılmışdır. 06 fevral 2024-cü il tarixdə saat 04 radələrində partlayışın baş verməsi barədə mərkəzi dispetçer xidmətindən mənə məlumat verilmiş, məlumat əsasən dərhal hadisənin baş verdiyi ünvana getmiş və baş vermiş hadisə nəticəsində ərazinin dağıldığını, ətrafda olan avtomobillərə, binalara ziyan dəydiyini görmüşdüm. Şahid4 ittiham aktında qeyd edilmiş ifadəsindən görünür ki, o, "xxxx" ASC-də əmək mühafizəsi, istismarın təşkili, təhlükəsizlik texnikası şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Qazanxana 20 yaşayış binası və 1 uşaq baxçasmı istiliklə təmin etməklə, 6 qazandan ibarət olmuşdur. Qazanxananın avadanlıqları köhnə olmuş, qazanlar və qazanların təhlükəsizliyi üçün qapaqlar, klapanlar köhnə olmuşdur. Bu barədə 14 saylı İSİS-in rəisinə məlumat verilərək qazanxananın yenilənməsi tələb olunmuş, lakin, sonuncu vəzifəsinə laqeydcəsinə yanaşaraq qazanxananın yenilənməsi barədə ASC-nin rəhbərliyinə məlumat verilməmişdir. Təlimata uyğun olaraq qazanxana hər ilin noyabr ayının 15-də işə başlamış və aprel ayının 15-də qış istilik mövsümü bitdiyi üçün iş rejimi dayandırılmışdır. Qazanxanaya qış istilik mövsümü ərzində 4 nəfər mövsümi əməliyyatçı işçi işə götürülmüş, əməliyyatçı 12 saat iş rejimi olmaqla növbəni bir-birilərinə təhvil vermiş, vəzifə təlimatları iş müddətində qazanxanada qazın, suyun təzyiqinə mütəmadi olaraq nəzarət etmək, qazanxanadan çıxan temperatura və təzyiqi daimi nəzarətdə saxlamaq, qazanxanada olan qazanlara nəzarət etmək, operativ qeydiyyat və rejim təhviltəslim barədə qeydlərini, eləcə də hər iki saatdan bir baxış keçirtdiyi rejimlər haqqında məlumatları qeyd etmək, jurnalda qazanxanadan çıxan və qazanxanaya qayıdan suyun təzyiqləri, eləcə də çıxan və qayıdan suyun temperaturları barədə qeydlər aparmaq, növbə təhvil-təslimi zamanı qazanxanaya daxil olan maye qazın təzyiqi, su, işıq və qaz sayğaclarının qeydiyyatı aparmaqdan ibarət olmuşdur. Payız-qış mövsümü ilə əlaqədar xx.xx.2023-cü il tarixdə 141 saylı qazanxananın əməliyyatçıları işə qəbul edilməmişdən əvvəl əməyin mühafizəsi və istismarın təşkili, yanğın təhlükəsizliyi, təhlükəsizlik texnikası, “qəza oyunları” adlı praktik dərslərin keçirilməsi ilə bağlı kursları bitirmiş, xüsusi komisiyya tərəfindən əməliyyatçıların bilikləri yoxlanılmış və xüsusi protokola qeydiyyat aparılmışdır. Bundan başqa rəhbərlik etdiyi şöbə tərəfindən "xxxx" ASC bütün əməliyyatçılara rejim qaydlarmm verilməsinə dair təlimatlar verilmiş və hər üç aydan bir X3 sahələrində növbəti təkrar təlimatlar keçirilərək xüsusi jurnalda qeydiyyat aparılmışdır. 06 fevral 2024-cü il tarixdə saat 04 radələrində partlayışın baş verməsi barədə mərkəzi dispetçer xidmətindən ona məlumat verilmiş, məlumat əsasən dərhal hadisənin baş verdiyi ünvana getmiş və baş vermiş hadisə nəticəsində ərazinin dağıldığını, ətrafda olan avtomobillərə, binalara ziyan dəydiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 fadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 11B məhəllə 583 vanında yerləşən "xxxx" ASC-nin balansinda olan 141 saylı qazanxananın sahə rəisidir. Qazanxana 20 yaşayış binası və 1 uşaq baxçasım istiliklə təmin etməklə, 6 qazandan ibarət olmuşdur. Həmin qazanlardan 2 ədədi istismar olunmamış, 1 ədədi ehtiyyatda saxlanılmışdır. Təlimata uyğun olaraq azanxana hər ilin noyabr ayının 15-də işə başlamış və aprel ayının 15-də qış istilik övsümü bitdiyi üçün iş rejimi dayandırılmışdır. İstismarda olan qazanlara istehlakçılardan geri qayıdan su daxil olmuş, qazanların odluq hissəsində təbii qaz anaraq su qızdırılmış və şəbəkə nasosu vasitəsi ilə qızmış su yenidən istehlakçılara ötürülmüşdür. Qazanın üst hissəsində yerləşən qapaq mövsüm bitdikdən sonra jçılaraq içərisi təmizlənmiş və yenidən qapaq yerinə bağlanmışdır. Qazanın alt hissəsində olan drenaj ventili isə qazanda təmizlik işləri aparıldığı zaman açılaraq suyu bütövlüklə boşaltmaq üçün olmuş, qazanlardan çıxan 100 mm-lik bütün borular kollektora birləşmiş, kollektorun üzərində 2 ədəd qoruyucu klapan quraşdırılmış, həmin qoruyucu klapanlar sistemdə yarana biləcək artıq təzyiqin sistemdən avtomatik xaric olunması üçün nəzərdə tutulmuşdur. Qazanxanadan çıxan kollektorun üzərində quraşdırılmış manometr cihazının alt hissəsində kollektor üzərində maksimum təzyiqin 5 atmosfet ola biləcəyi qeyd olunmuş, yəni, əməliyyatçıya 5 atmosferdən yuxarı təzyiqin verilməsi qadağan olunmuşdur. 4 atmosferdən aşağı təzyiq olduqda ən hündür binada istiliyin zəifləməsinə səbəb olduğundan manometr 4 atmosfer təzyiqi göstərdikdə əməliyyatçı təzyiqi 5 atmosferə qədər qaldırmalı, qazanxanaya geri qayıdan suyun təzyiqi isə 2.2-2.8 atmosfer aralığında dəyişməli, ətraf mühitin temperaturuna uyğun olaraq qazanxanada olan suyun temperaturu tənzimlənməli, temperaturun 90 dərəcədən yuxarı qaldırılması qəti qadağan olmuşdur. Bunlar hamısı qazanxanalarda asılmış təlimat lövhələrinə uyğun olaraq həyata keçirilmişdir. Qazanxanaya qış istilik mövsümü ərzində 4 nəfər mövsümi əməliyyatçı işçi işə götürülmüş, əməliyyatçı 12 saat iş rejimi olmaqla növbəni bir-birilərinə təhvil vermiş, vəzifə təlimatları iş müddətində qazanxanada qazın, suyun təzyiqinə mütəmadi olaraq nəzarət etmək, qazanxanadan çıxan temperatura və təzyiqi daimi nəzarətdə saxlamaq, qazanxanada olan qazanlara nəzarət etmək, operativ qeydiyyatı və rejim təhvil-təslim barədə qeydlərini, eləcə də hər iki saatdan bir baxış keçirtdiyi rejimlər haqqında məlumatları qeyd etmək, jurnalda qazanxanadan çıxan və qazanxanaya qayıdan suyun təzyiqləri, eləcə də çıxan və qayıdan suyun temperaturları barədə qeydlər aparmaq, növbə təhvil-təslimi zamanı qazanxanaya daxil olan maye qazm təzyiqi, su, işıq və qaz sayğaclarının qeydiyyatını aparmaqdan ibarət olmuşdur. 06 fevral 2024-cü il tarixdə saat 04 radələrində 141 nömrəli qazanxananın istiliklə təchiz etdiyi binalardan birində yaşayan Salatın adli xanim zəng edərək, qazanxanada partlayış baş verdiyini bildirmişdir. O dərhal "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi Təqsirləndirilən şəxs ilə birlikdə hadisənin baş verdiyi ünvana getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən vaxt "xxxx" ASC-nin 141 saylı qazanxanasında əməliyyatçı işləmişdir həmin qazanxanada 6 qazan vardir, həmin qazanlardan 2 ədədi istismar olunmur, 1 ehtiyatda saxlanilir. Təlimata uyğun olaraq qazanxana hər ilin noyabr ayının 15-də işə başlayır və aprel ayinin 15-də qış istilik mövsümü bitdiyi üçün işi dayandırılır. İstismarda olan qazanlara istehlakçılardan geri qayıdan su daxil olur, qazanlarin odluq hissəsində təbii qaz yanaraq su qizdirilir və şəbəkə su vasitəsi ilə qizmiş su yenidən istehlakçilara ötürülür. Qazanin üst sində yerləşən qapaq mövsüm bitdikdən sonra açılaraq içərisi təmizlənir və yenidən qapaq yerinə bağlanır. Qazanin alt hissəsinda olan drenaj ventili isə nda təmizlik işləri aparildiği zaman açılaraq suyu bütövlüklə boşaltmaq üçün nəzərdə tutulmuşdur. Qazanlardan çixan 100 mm-lik bütün borular kollektora birləşir, kollektorun üzərində 2 ədəd qoruyucu klapan quraşdirilmışdir. Həmin qoruyucu klapanlar sistemdə yarana biləcək artiq təzyiqin sistemdən avtomatik xaric olunması üçün nəzərdə tutulmuşdur. Qazanxanaya qış istilik mövsümünde 4 nəfər mövsümi eməliyyatçi işçi işə götürülür. Əməliyyatçı 12 saat iş rejimi olmaqla növbəni bir-birilerinə təhvil verirlər. Əməliyyatçiların iş ksiyasi qazanxanalarda bütün rejimə nəzarət etməkdən ibarətdir. Yəni əliyyatçi növbeni təhvil aldiqdan sonra 12 saat müddətində qazanxananin suyuna, elektrik enerjisina və təbii qazın verilişinə, qazanlarin yanmasina növbə müddətində oyaq qalmaq və qazanxananın xidməti sahəsini tərk etməmək şərtilə vəzif borcunu yerinə yetirir, 6 fevral 2024-cü il tarixdə saat 04 radələrində sahə rəisi Şahid1 mənə zəng vuraraq hadisə barədə xəbər vermişdir və dərhal qazanxanaya getməli olduğumu bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, ehtimal edirem ki, hadisə baş verməmişdən əvvəl dördüncü qazanda təzyiq normadan aşaği düşmüşdür. Təzyiq həddən aşağı düşdüyündən avtomatik olaraq temperatur normadan artiq qalxmışdır və çox güman ki, bundan gec xebər tutan Zərərçəkmiş şəxs22 dərhal xəttə soyuq su verməklə təzyiqi tənzimləmək istəmiş və həmin vaxti anidən olaraq partlayış baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o "xxxx" ASC-nin 141 saylı qanxanasında əməliyyatçı işləyir. 141 saylı qazanxanada 6 qazan vardir, həmin qazanlardan 2 ədədi istismar olunmur, 1 ehtiyatda saxlanilir. Qazanxana hər ilin noyabr kyınin 15-də işə başlayır və aprel ayinin 15-də qış istilik mövsümü bitdiyi üçün iş rejimi dayandırılır. İstismarda olan qazanlara istehlakçılardan geri qayıdan su daxil olur, qazanlarin odluq hissəsində təbii qaz yanaraq su qizdirilir və şəbəkəyə nasosu vasitəsi ilə qizmiş su yenidən istehlakçilara ötürülür. Qazanin üst hissəsində yerləşən qapaq mövsüm bitdikdən sonra açılaraq içərisi təmizlənir və tenidən qapaq yerinə bağlanır. Qazanin alt hissəsinda olan drenaj ventili isə qazanda təmizlik işləri aparildiği zaman açılaraq suyu bütövlüklə boşaltmaq üçündür. Qazanlardan çixan 100 mm-lik bütün borular kollektora birləşir. Kollektorun üzərində 2 ədəd qoruyucu klapan quraşdirilmışdir. Həmin qoruyucu klapanlar sistemde yarana biləcək artiq təzyiqin sistemdən avtomatik xaric olunması üçün nəzərdə tutulmuşdur. Qazanxanaya qış istilik mövsümü ərzinde 4 nəfər mövsümi eməliyyatçi işçi işə götürülür. Əməliyyatçı 12 saat iş rejimi olmaqla növbəni bir-birilərinə təhvil verirlər. Əməliyyatçilarm iş funksiyasi qazanxanalarda bütün rejimə nəzarət etməkdən ibarətdir. Yəni əməliyyatçi növbəni təhvil aldiqdan sonra 12 saat müddətində qazanxananin suyuna, elektrik enerjisina və təbii qazın verilişinə, qazanlarin yanmasina növbə müddətində oyaq qalmaq və qazanxananın xidməti sahəsini tərk etməmək şərtilə vəzifə borcunu yerinə yetirir, 6 fevral 2024-cü il tarixdə saat 04 radələrində sahə rəisi Şahid1 ona zəng vuraraq məlum hadisənin baş verdiyini bildirdi və dərhal qazanxanaya getməli olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (Cilid 1, İ/V 01) İş materiallrında olan “Baxış keçirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, 6 fevral 2024-cü tarixdə hadisə baş vermiş hadisənin yeri Bakı şəhəri Yasamal rayonu, 583 ünvanında yerləşən “Azəristiliktəchizat" ASC-nin balansında olan 141 saylı qazanxanadır. Qazanxananın ümumi sahəsi 150 kvadrat metrdir. Qazanxana iki girişdən ibarət olmaqla, birinci hissəsində iki qazan, 2-ci hissəsində dörd qazan vardır. Ümumi 5 qazandan ibarət olmaqla, modelləri KSQJ-40-dır. Qazanxananın əsas giriş hissəsinin yan divarlarının və tavanının tamamilə dağıldığı, ikinci hissəsinin arakəsmə divarı deformasiyaya uğrayaraq qazanlar istiqamətində əyilmiş halda olmuşdur. Qazanların ön tərəfini tikilinin içərisindədir, digər hissələrinin üzərləri davamlı kərpiclərlə hörülərək çöl tərəfdə saxlanılmışdır. Əsas giriş hissəsindən qazanxanaya daxil olduqda sol tərəfdən sayarkən 1-ci və 2-ci qazanın qazanxananın 2-ci hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Hər bir qazanın üzərində giriş və çıxış xətləri bir ədəd təzyiq göstərmək üçün manometr, bir ədəd temperatur göstərmək üçün termometr, qazanın üzərində yerləşən qapaq və bir ədəd drenay xətti vardır. Qeyd olunanlardan başqa qazanın üzərində hər hansı bir qurğu yoxdur. Qazanların ön tərəfindən odluq və 1 ədəd manometr vardır. Üzərlərində hər hansı dağılma yaxud cırılma izləri yoxdur. Qazanların üzərində başqa heç bir qurğu yoxdur. 4-cü qazanın önə doğru yerini dəyişdiyi və tutum hissəsinin tamamilə dağılaraq yararsız vəziyətə düşdüyü müəyyən olunmuşdur. Qazanın odluğunda isə yəni, yanma kamerasında dağılma izləri yoxdur. 4-cü qazanın odluğu və tutumunun bir hissəsii beton plitələrin altında qalmışdır. Tikilinin damı beton plitələrdən ibarət olmuşdur. 5-ci qazanın arxa hissəsində cırılma müşahidə olmuşdur. Həmçinin 4-cü qazan tərəfindən üzü içəriyə doğru deformasiyaya uğramışdır. Qazanların çıxış xətlərinin qoşulduğu kollektor qoşulduğu hissələrdən qoparaq dağıntıların üzərinə düşmüşdür. Kollektorun üzərində olan qoruyucu klapan müvafiq qaydada qablaşdırılaq götürülmüşdür. Klapanın üzərində olan tamlıq pozulmamışdır. Klapanın bağlandığı borunun diametri 50 mm-dir. (Cilid 1, İ/V 5-22). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, cəmiyyət aşağıdakı funksiyaları həyata keçirir: 3.2.1-ci bəndə əsasən respublikanın ərazisində istilik təchizatı xidmətlərinin müasir standartlara cavab verməsi üçün tədbirlər görülməsini; 3.2.2-ci bəndə əsasən istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması sistemlərinin etibarlı və səmərəli fəaliyyət göstərməsini; 3.2.6-ci bəndə əsasən istilik enerjisinin istehsalı, nəqli və satışının təşkili sahəsində Cəmiyyətin tərkibinə daxil olan müəssisə və təşkilatların fəaliyyətinin təşkil edilməsini, onların bu sahədə fəaliyyətinin tənzimlənməsini, istilik təsərrüfatı obyektlərinin, o cümlədən nasos stansiyalarının, istilik kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsini; 3.2.7-ci bəndə əsasən istilik enerjisi istehsalı və təchizatı sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş texniki təhlükəsizlik və sanitar-mühafizə qaydalarına riayət edilməsinin təmin edilməsini və onlara nəzarət olunmasını; 3.2.11-ci bəndə əsasən sahənin istehsal və sosial bazasının inkişafını, qazanxana və istilik şəbəkəsi avadanlıqlarının modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, yeni texnika və texnologiyaların tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətinin göstərilməsini. (Cilid 1, İ/V 99-105). İş materiallarına əlavə edilmiş X3 Sahəsi (İSİS) haqqında xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Əsasnamədən çıxarışdan görünür ki, X3 Sahəsi əsas istehsal sahəsi kimi "xxxx" ASC-nin tərkibində müstəqil struktur bölmədir və bilavasitə Cəmiyyətin İdarə Heyyətinə tabedir. İSİS-nin istehsal-təsərrüfat fəaliyyətinə ümumi rəhbərliyi Cəmiyyətin sıdrinin əmri əsasında vəzifəyə təyin olunan və azad edilən İSİS-in rəisi həyata keçirir. İSİS-in rəisinin vəzifələrinə aid edilmişdir: 3.5-ci bəndinə əsasən material, avadanlıq, alət, xüsusi geyimlərin vaxtlı-vaxtında alınmasını təmin edir; 3.7-ci bəndinə əsasən istilik şəbəkələrində qəza təmir işlərinin təşkil edir; 3.9-cu bəndinə əsasən işçilərin texniki istismar qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının və vəzifə təlimatlarının öyrənilməsi və vaxtında biliyinin yoxlanılmasının təşkil edir; 3.15-ci bəndinə əsasən təhlükəsiz iş şəraiti üçün texniki və təşkilati tədbirlərin həyata keçiriİməsinin təşkil edir; 3.16-cı bəndinə əsasən 15 gündən bir işdə olan avadanlıqdan ehtiyatda olan avadanlığa keçilməsini, yəni ehtiyatda olanların işə qoşulub, işdə olanların ehtiyata saxlanımasına nəzarət edir. (Cilid 1, İ/V 45-47). İş materiallarına əlavə edilmiş İSİS-in sahə rəislərinin (Qaznxana rəislərinin) Vəzifə təlamatından çıxarışdan görünür ki: - qazanxana rəisləri tabeçiliyində olan qazanxanaların heyətinin öz vəzifə təlimatları düzgün yerinə yetirmələrinə nəzarət edir; - qazanxana və istilik şəbəkələrinin cari və qəza təmir işlərinin yerinə yetirilməsini təmin edir; - qazanlarda partlayış və qoruyucu klapanların işlək vəziyyətdə olmasına əmin olmalıdır; - 15 gündən bir ehtiyatda olan avadanlığın işə qoşulub, işdə olan avadanlıqların ehtiyata saxlanılmasını təmin etmək; - işçi heyyət tərəfindən X11, Texniki Təhlükəsizlik qaydalarına və X1 riayət etmələrinə nəzarət etmək; - zamanından asılı olmayaraq yaranmış nasazlıqları aradan qadırılmasını təmin etmək, yarnmış nasazlılar barədə dispetçerə və İSİS rəhbərliyinə məlumat vermək; - İSİS-in nümayəndəsi kimi bütün qazanxanalarda su hazırlığı, avadanlıqların saz vəziyətdə işləməsinə cavabdehdir. (Cilid 1, İ/V 37-38). İş materiallarına əlavə edilmiş “Qaznxana əməliyyatçısının Vəzifə” təlimatından çıxarışdan görünür ki, həmin təlimatın 1.7-ci bəndəndə qazanxana əməliyatçılarının TTQ (texniki təhlükəsizlik qaydaları) üzrə ildə bir dəfə, Texniki istismar qaydaları üzrə 2 ildə 1 dəfə bilkləri yoxlanılması təmin olunmalıdır.1.8-ci bəndə əsasən qazanxana əməliyatçısı operativ və inzibati qaydada qazanxana rəisinə tabedir. Həmin təlimtın 2-ci bəndinə əsasən: - Qazanxana avadanlıqlarının etibarlı, fasiləsiz və normal iş rejimində işləməsini təmin etmək; - avadanlıqların saz vəziyətdə saxlanmasını təmin etmək; - X11, Texniki təhlükəsizlik qaydalarına və X1 və Əmək intizamına riayət etmək; - qazanxanalarda avadanlığın iş rejimində pozuntular və avadanlıqda nasazlıqlar yaranarsa onların aradan qaldırılmasını üçün tədbir görmək və eyni zamanda qazanxana rəisinə və X3 sahəsinin rəisinə və dispetcerə məlumat vermək; -nəzarət ölçü cihazlarının, avtomatik tənzimləyicilərin işinə nəzarət etmək; -qəza vəziyətlərini aradan qaldırmaq; - qazanxana avadanlıqlarının təmirə çıxarılması üçün tədbirlər hazırlamaq və yerinə yetirmək; -avadanlıqlarda nasazlıq olan hallarda növbəni təhvil –qəbul etməmək; - növbə ərzində verilən qrafikə uyğun olaraq təzyiq və temperaturu saxlamaq, xam su, yanacaq və elektrik enerjisinə qənaət etmək; - növbə ərzində bütün qazanxananın avadanlıqlarına baxış keçirmək və yaranan nasazlıqları aradan qaldırmaq və məlumat vermək; - Ən azı 15 gündən bir ehtiyatda olan avadanlığın işə qoşub işdə olanların isə ehtiyata saxlanılmasını təmin etmək; - qazanxana rəisi və ya ustası ilə birlikdə Qazanlarda partlayış klapanlarının işlək vəziyətdə olmasına əmin olmalıdır. (Cilid 1, İ/V 29-30). İş materiallarına əlavə edilmiş “Qazanxananın texniki pasportu”ndan görünür ki, 14 saylı X3 Sahəsinin 141 saylı qazanxana xx.xx.1959-cu ildə istismara verilib istismar olunan avadanlığın adı Qazan markası isə KSQJ-40-dır. (Cilid 1, İ/V 48-60). İş materiallarına əlavə edilmiş İstismar, Yanğın təhlükəsizlik texnikası, Qəza avadanlıqları kursunu bitirmiş “Əməliyatçıların” biliyinin yoxlama Protokolundan görünür ki, 24 oktyabr 2023-cü il taridə 16 əməliyatçı o, cümlədən Zərərçəkmiş şəxs22 biliyi komssiya tərəfindən yoxlanılmışıdr, aldığı qiymət “məğbul” olmaqla komissiya tərəfindən işə buraxılabilər kimi qiymətləndirilmişdir. (Cilid 1, İ/V 74). İş materiallarına əlavə edilmiş “Əməyi mühafizəsi, İstismarın təşkili və Təhlükəsizlik Texnikası, İstehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə növbədən kənar təlimatın qeydiyyatı jurnalın”dan görünür ki, xx.xx.2023-cü ildə bir sira əməkdaş o, cümlədən Zərərçəkmiş şəxs22 təlim keçirilmişdir. (Cilid 1, İ/V 75-78). İş materiallarına əlavə edilmiş 14 saylı X3 Sahəsinin “Əməyi mühafizəsii və Təhlükəsizlik Texnikası, İstehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə növbədən kənar təlimatın qeydiyyatı jurnalın”dan görünür ki, xx.xx.2023-cü ildə bir sira əməkdaş o, cümlədən Zərərçəkmiş şəxs22 təlim keçirilmişdir. (Cilid 1, İ/V 79-80). 14 avqust 2023-cü il tarixli "xxxx" ASC-nin Qazanxana və istilik məntəqələrində quraşdırılmış qoruyucu klapanların tənzimlənməsi və yoxlanılması haqqında Aktdan görünür ki, 14 saylı X3 Sahəsinin 141 saylı qazanxanasında quraşdırılmış qollu qoruyucu klapanlar müvafiq təzyiqlə tənzimlənmiş və istismara yararlı vəziyyətdə gətirilmişdir.Qoruyucu klapan saz vəziyyətdə təhvil alınmış və klapanın yerinə quraşdırılmasına təminat verilmişdir. (Cilid 1, İ/V 166). 24 avqust 2023-cü il tarixli istilik təchizatı mənbəyinin 2023-2024-cü illər X20 işə Hazırlıq Aktdan görünür ki, hazırlıq komissiyası məhəllə 583 məhəllə ünvanında yerləşən 141 saylı qazanxananın yoxlanmasını həyat keçirmiş və müəyyən edilmişdir ki, istilik mənbəyi PQM-də İSTİSMARA tam hazırdır. (Cilid 1, İ/V 166-173). 21 iyun 2023-cü il tarixli NÖC və AX avadanlıqlarını vəziyyətinin yoxlanması haqqında Aktdan görünür ki, 583 məhəllə ünvanında yerləşən 141 saylı qazanxanada olan avadanlıqlar o, cümlədən manometr, termometr və qoruyucu klapanların vəziyyəti normaldır və istismara tam hazırdır. (Cilid 1, İ/V 171). İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs24 MMC-nin nümayəndəsinin xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, baş vermiş hadisə nəticəsində onlara vurulmuş maddidi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayətləri və tələbləri yoxdur. (Cilid 2, İ/V 231-250). İş materiallarına əlavə edilmiş kompleks məhkəmə yanğm-texniki, tikintitexniki, təhlükəsizlik, əmtəəşünaslıq ekspertizasına əsasən cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2564-9/2636 saylı rəyindən görünür ki, məhkəmə yanğın-texniki ekspertizası üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçilar prospekti 11 B, məhəllə 583 ünvanında, "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxanada baş vermiş partlayışın mənbəyi qazanxananın daxilində 4-cü qazanda olmuşdur. Partlayış, qoruyucu və təhlükəsizlik cihazlarının işə düşməməsi səbəbindən qazanın daxilində yaranmış yüksək təzyiq nəticəsində baş vermişdir. Bundan başqa, məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd edilmişdir ki, baş vermiş partlayış hadisəsi ilə əlaqədar «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15, 6.7.1, 9.1.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 11B. məhəllə 583 ünvanında, "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxananın daxilndə olan su qızdırıcı qazanlar saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilmədiyinə görə «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1. 6.2.5, 6.2.15, pozulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, 583 ünvanında, "xxxx" ASC-nin anın daxilndə olan su qızdırıcı qazanlar saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilmədiyinə görə «Buxar və suqızdırıcı qazanların qıruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2. 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15. 6.7.1. 9.1.1 bəndlərinin tələbləri "xxxx" ASC-nin müvafiq funksiyaların yerinə yetirilməsini təşkil etməli olan rəhbər şəxsi və "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi tərəfindən pozulmuşdur. Bundan başqa, məhkəmə-təhlükəsizlik ekspertizasının rəyində qeyd edilmişdir ki, 141 saylı qazanxananın daxilində partlayışın baş verməsinin qarşısını almaq üçün qazanın saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilməməsi səbəbindən baş verdiyini nəzərə alaraq zərəçəkmiş şəxsin özü tərəfindən qaydaların pozulması halı yoxdur. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs24 MMC-nin yerləşdiyi inzibati binaya 38.940 (otuz səkkiz min doqquz yüz qırx) manat, qazanxananın ətrafında binanın həyətində park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prius” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6000 (altı min) manat, Zərərçəkmiş şəxs3 məxsus “Hyundai İX 35” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4045 manat, X12 məxsus dövlət qeydiyyat nişanlı avtomobilə 1980 (min doqquz yüz səksən) manat, Zərərçəkmiş şəxs4 məxsus “Toyota RAV-4 minik” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2840 (iki min səkkiz yüz qırx) manat, "xxxx" MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilə 10.800 (on min səkkiz yüz) manat və MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “BMW 740” markalı avtomobilə isə 2500 (iki min beş yüz) manat, Zərərçəkmiş şəxs15 məxsus “Volkswagen Polo” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 951 (doqquz yüz əlli bir) manat , Zərərçəkmiş şəxs13 məxsus “Volkvvsagen İD6” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 (min üç yüz) manat, Zərərçəkmiş şəxs19 məxsus “Toyota Prius” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 (dörd yüz əlli manat) manat, Zərərçəkmiş şəxs12 məxsus “Honda ENS1” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1540 (min beş yüz qırx) manat, Zərərçəkmiş şəxs10 məxsus “Fiat Fiorini" markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 (iki yüz səksən) manat, “Fiat Fiorini” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1090 (min doxsan) manat və “Nissan Urvan” markal **-JS-*** dövlət qtydiyyai nişanlı avtomobilə 270 (iki yüz yetmiş) manat, ümumilikdə 1640 (min altı yüz qırx) manat, Zərərçəkmiş şəxs20 məxsus “Toyota RAV-4” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs5 məxsus “Kia Optima” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2970 (iki min doqquz yüz yetmiş) manat, X8 məxsus “Kia Sportage” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 4305 (dörd min üç yüz beş) manat, X9 məxsus “Kia Picanto” markalı, **-XV- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2115 (iki min yüz on beş) manat, Zərərçəkmiş şəxs16 məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs11 qızma məxsus **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes B200” markalı avtomobilə 1589 (min beş yüz səksən doqquz) manat, Zərərçəkmiş şəxs6 məxsus “Chevrolet Cruze minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2810 (iki min səkkiz yüz on) manat, XXX Məcid Müslüm oğluna məxsus “BMW 740” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomibilə 5110 (beş min yüz on) manat, Zərərçəkmiş şəxs14 məxsus “Kia Cadenza” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 1190 (min yüz doxsan) manat, Zərərçəkmiş şəxs18 məxsus “Fiat Abarth” markalı, 99-ÜE-700 dövlət qeydiyyat nişanlı minik avtomobilinə 655 (altı yüz əlli beş) manat, Zərərçəkmiş şəxs7 M ımmədsadiq qızına məxsus “Kia Sportage” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 2505 (iki min beş yüz beş) manat ziyan dəymişdir. (Cilid 3, İ/V 20-35). İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı X3 Sahəsinin rəisi vəzifəsinə təyin olunmuşdur və əmək haqqı 415 manat tşkil edir. (Cilid 1, İ/V 122). İş materiallarına əlavə edilmiş edilmiş məhkəmə-tibbi ekspertizasının 194 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs22 üzün, hər iki said və əllərin, hər iki baldırıq və sağ ayağın, ümumillikdə bədən səthinin 9-10% təşkil edən İİ-İİİ dərəcəli texniki yanıq yaraları, yüksək hərarətin (qaynar suyun və buxarın) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə baş vermiş qazanxana partlaması nəticəsində ətrafa yayılmış qaynar suyun və buxarın yerli təsirindən əmələ gəlməsi mümkün olmuş və dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aiddir. (Cilid , İ/V 192-194). İş materiallarına əlavə edilmiş edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yardılmışdır və əsas vəzifəsi istilik təchizatı xidmətlərini göstərməkdən ibarətdir. İstilik təchizatı sistemlərinin bərpası, yenidən qurulması və əsaslı təmir edilməklə modernləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi üçün yeganə maliyyə mənbəyi Dövlət əsaslı vəsait qoyuluşu üzrə infrastruktur layihələr üçün Dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir. Bu vəsaitlərin ayrılması isə yalnız istilik təchizatı sistemlərinin bərpası, yenidən qurulması və əsaslı təmir edilməklə modernləşdirilməsinə dair tədbirlərin ölkənin sosial – iqtisadi inkişafı üzrə müvafiq Dövlət Proqramlarına daxil edildiyi halda MÜMKÜN ola bilər. (Cilid 2, İ/V 228-229). İş materiallarına əlavə edilmiş edilmiş Azəristiliktəchizat” ASC-nin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin 141 saylı qazanxana binasınd baş vermiş qəza nəticəsində cəmiyyət dəymiş ziyan 921,53 manat olmuşdur. (Cilid 3, İ/V 186). İş materiallarına əlavə edilmiş edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə qeydiyyat məlumatı yoxdur (5-ci Cilidİ/V. 170). “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (Cild 5İ/V.51-54). “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 5 İ/V91-92). “Sübutların qiymətləndirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər sübut kimi qəbul edilməməsi ilə əlaqədar qərar qəbul edilmişdir (Cild 5 i.v.100-116). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq vicdansız və laqeyd münasibət göstərərək öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni ehtiyatsızlıqdan səhlənkarlıq etməsi dövlətin, cəmiyyətin və vətəndaşların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına, həmçinin vətəndaşa bədən xəsarətləri yetirilməsinə səbəb olması mübahisəli olmaqla həmin hallar üzrə ziddiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının və hazırda məhkəmədə ittiham tərəfinin Təqsirləndirilən şəxs AR CM-nin 314.2-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Məlum olduğu kimi cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yalnız cinayət tərkibi olduqda yarana bilər. Belə olan halda məhkəmə hesab edir ki, ilk növnədə təqsirləndirlən şəxs Rahil Həsənovun vəzifəli şəxs olaraq Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirlməlidir. Belə ki, Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Həmin maddənin dispozisiyasında göstərilən vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi dedikdə qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməməsi isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsidir. Vəzifəli şəxsin səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunması üçün onun üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bunların hansı hüquqi akt ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilib-yetirilmədiyini və qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanının olub-olmadığını müəyyən etmək zəruridir. Bu cinayətin obyektiv tərəfi üç əsas əlamətdən ibarətdir: vəzifəli şəxs tərəfindən öz bilavasitə xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə; əhəmiyyətli zərər şəklində ictimai təhlükəli nəticə; təqsirkarın əməli ilə ondan yaranan nəticə arasında səbəb əlaqə. Bu cinayətin obyektiv tərəfinin ən mühüm elementi öz xidməti vəzifələrini yerinə yetirmək üçün “real imkanın” olmasıdır. Yuxarıda qeyd olunanlardan irəli gələrək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslaılığını yoxlamaq məqsədi ilə ilk növbədə “Azəristiliktəchizat" ASC-nin 14 saylı X10 sahəsinin rəisi vəzifəsində işləmiş təqsirləndirilən şəxsin ittiham aktında əks olunmuş, ona qarşı ittihamın irəli sürülməsinə hüquqi əsas və səbəb olmuş bir sıra vəzifələrinin mahiyyəti, baş vermiş sözügedən hadisə ilə əlaqəli olması, başqa sözlə desək həmin vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinin hadisənin törənməsinə səbəb olub-olmaması halı araşdırımalıdır. İttiham aktından görünür ki, ittihamın irəli sürülməsi üçün X3 Sahəsi (İSİS) haqqında xx.xx.2017-ci il tarixlı Əsasnamədə nəzərdə tutulmuş sahə rəisinin vəzifələrinə aid aşağıdakı bəndlər əsas götürülmüşdür və ittiham tərəfi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs sözügedən vəzifələri yerinə yetirməməklə öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz xidməti vəzifələrini lazımi qaydada yerini yetirməməklə, yəni vəzifəli şəxs olaraq səhlənkarlıq etməsi dövlətin cəmiyyətin və vətəndaşların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına, həmçinin ehtiyatsızlıqdan vətəndaşa bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilk növbədə ittiham aktında sadalanan vəzifələrin hər birinin mahiyyəti açıqlanmaqla onların məzmunu və məqsədi araşdırılmalı və yalnız ondan sonra həmin vəzifələrin yerinə yetirilməməsinin cinayət məsuliyyətinə səbəb ola bilməsi kontekstində qiymətləndirilməli və həmin bəndlər əsasında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslılığı yoxlanılmalıdır. Əsasnamənin 3.5-ci bəndinə görə - material, avadanlıq, alət, xüsusi geyimlərin vaxtlıvaxtında alınmasını təmin edir kimi Təqsirləndirilən şəxs vəzifəsi vardır. Bu vəzifə ilə əlaqədar məhkəmə bildirir ki, ittiham tərəfi verilmiş ittihamda bu bəndi əsas götürməklə qeyd etməsinə baxmayaraq vəzifəli şəxs tərəfindən hazırkı bəndlə nəzərdə turulmuş nə kimi hərərkətlərin edilib-edilməməsi (məsələn nəyin vaxtinda alınıb alınamasına, hansı zərurətdən bunu etməli olmasına qiymət verməli olduğu halda bunu etməmiş, həmçinin alınmalı olan avadanlıqarın hansı səbəbdən və ya zərurətinolubolmaması əsaslandırılmamışdır), nə vaxt, hansı qaydada yerinə yetirilib yetirilməməsini, ən əsası baş vermiş hadisənin məhs bu bəndin tələbinin pozulmasından irəli gəldiyini təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmiş və hüquqi əsaslandırma aparılmamışıdr. Əsasnamənin 3.7-ci bəndinə görə - istilik şəbəkələrində qəza təmir işlərinin təşkil edir kimi Təqsirləndirilən şəxs vəzifəsi vardır. Bu vəzifə ilə əlaqədar məhkəmə bildirir ki, ittiham tərəfi irəli sürülmüş ittihamda bu bəndi əsas götürməklə qeyd etməsinə baxmayaraq vəzifəli şəxs tərəfindən məhz hansı qəza təmir işlərini təşkil edilmədiyi və bunun baş vermiş hadisəyə səbəb olması qeyd edilməmiş, bu barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, əsasnamədə qeyd edilmiş və ittihamin irəli sürülməsində əsas götürülmüş bəndin məzmunundan da görünür ki, bu vəzifə istilik şəbəkələrində baş vermiş hər hansı bir qəza baş verdikdən sonra həyata keçirilir. Başqa sözlə desək bu vəzifənin mahiyyəti artıq mövcud olan, baş vermiş bir qəza hadisəsinin aradan qaldırılması üçün görülən işlərdir, hər hansı bir hadisənin gələcəkdə baş verməsinin qarşısını almaq üçün nəzərdə tutulan vəzifə deyildir. Əsasnamənin 3.9-cu bəndinə görə - işçilərin texniki istismar qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının və vəzifə təlimatlarının öyrənilməsi və vaxtında biliyinin yoxlanılmasının təşkil edir kimi Təqsirləndirilən şəxs vəzifəsi vardır. Bu vəzifə ilə əlaqədar məhkəmə bildirir ki, ittiham tərəfi verilmiş ittihamda bu bəndi əsas götürərək qeyd etməsinə baxmayaraq cinayət işinin materiallarında (Cild 1 İ/V 74-80) həmin vəzifələrin mütəmadi şəkildə yerinə yetirdiyi mötəbər sübutlarla öz təsdiqini tapır. Qeyd edilən mötəbər subutların olması onu deməyə əsas verir ki, məhs bu xidməti vəzifənin yerinə yetirlmədiyini istinad edərək təqsirləndirilən şəxsə qarşı verilmişi ittiham əsaslı hesab edilə bilməz və nəticə etibarı ilə şəxsə qarşı ittiham hökmünün çıxrılması üçün əsas ola bilməz. Əsasnamənin 3.15-ci bəndinə görə - təhlükəsiz iş şəraiti üçün texniki və təşkilati tədbirlərin həyata keçirilməsinin təşkil edir; Bu vəzifə ilə əlaqədar məhkəmə bildirir ki, ittiham tərəfi verilmiş ittihamda bu bəndi əsas götürərək qeyd etməsinə baxmayaraq ittiham tərəfi təqsirləndirlən şəxs tərəfindən təhlükəsiz iş şəraiti üçün hansı texniki və ya təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etmədiyini əsaslandırmamışdır, sözügedən xidməti vəzifənin təqsirləndirilən şəxs tətəfindən icra edilməməsinə dair heç bir əsaslandırma aparılmamış, sübutlar əlavə edilməmiş və ən əsası baş vermiş hadisəyə səbəb olması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən iş materialarında olan mötəbər rəsmi sənədlərdən görünür ki, “Əməyi mühafizəsi, İstismarın təşkili və Təhlükəsizlik Texnikası, İstehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qazanxana əməliyatçılarına təlimlər keçirilmişdir (Cild 1, İ/V 74), istilik mənbəyləri X20ndə İSTİSMARA tam hazır olması barədə sənədləşdirmə həyata keçirilmişdir (Cild 1, İ/V 167), Qazanxana və istilik məntəqələrində quraşdırılmış qoruyucu klapanların tənzimlənməsi və yoxlanılması həyata keçirilmiş və qoruyucu klapanlar müvafiq təzyiqlə tənzimlənmiş və istismara yararlı vəziyyətdə gətirilmişdir (Cilid 1, İ/V 166), Nəzarət ölçü cihazlarının və avadanlıqlarını vəziyyətinin yoxlanması həyata keçirilmiş və qazanxanada olan avadanlıqlar o, cümlədən manometr, termometr və qoruyucu klapanların vəziyyəti norma daxilində olması və istismara tam hazır olması öz təsdiqin tapır.(Cilid 1, İ/V 171). Yuxarıda qeyd edilən mötəbər sübutların olmasına baxmayaraq ittiham tərəfi irəli sürülmüş ittihamda həmin sübutlara qiymət verməmişdir, onları təkzib edən heç bir dəlil gətirməmişdir. Əsasnamənin 3.16-cı bəndinə görə - 15 gündən bir işdə olan avadanlıqdan ehtiyatda olan avadanlığa keçilməsini, yəni ehtiyatda olanların işə qoşulub, işdə olanların ehtiyata saxlanımasına nəzarət edir; Bu vəzifə ilə əlaqədar məhkəmə bildirir ki, ittiham tərəfi verilmiş ittihamda bu bəndi əsas götürməklə qeyd etməsinə baxmayaraq ittiham tərəfi təqsirləndirlən şəxs tərəfindən xidməti vəzifəsi olaraq “15 gündən bir işdə olan avadanlıqdan ehtiyatda olan avadanlığa keçilməsini, yəni ehtiyatda olanların işə qoşulub, işdə olanların ehtiyata saxlanımasına nəzarət etməməsi”nin baş vermiş partlayış hadisə ilə nə kimi əlaqəsinin olması əsaslandırılmamışdır, vəzifəli şəxs tərəfindən bu xidməti vəzifəsinin yerinə yetirlməməsinin baş vermiş hadisənin əmələ gəlməsi təsirinin nədən ibarət olması məlum deyildir. Başqa sözlə desək ittiham tərəfi bu barədə heç bir mötəbər sübut toplamamışdır. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı səhlənkarlıqla bağlı ittiham irəli sürərkən mötəbər sübutlara və dəlillərə deyil öz şəxsi mülahizələrinə əsaslanaraq X3 Sahəsi haqqında xx.xx.2017-ci il tarixlı Əsasnamənin dörd bəndində qeyd edilmiş vəzifələri əsas götürmüş və hər bir bənddə nəzərdə tutulmuş xidməti vəzifələri heç bir əsaslandırma aparmayaraq sadəcə sadalayaraq ittiham vermişdir, həmin bəndlərdə nəzərdə tutulmuş vəzifəli şəxsin xidməti vəzifələrin hər birinə münasibətdə pozuntunun nədən ibarət olduğu, onun necə, nə vaxt, hansı qaydada yerinə yetirilmədiyini, vəzifəli şəxs tərəfindən sadalanan hər bir vəzifənin icrasına münasibətdə vicdansız və laqeyid yanaşmasının nədə ifadə olunduğu qeyd edilməmişdir, bu barədə iş materiallarına sübutlar əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş yanğın-texniki, tikinti-texniki, təhlükəsizlik, əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2564- 9/2636 saylı nömrəli rəyinə görə "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxanada baş vermiş partlayışın mənbəyi qazanxananın daxilində 4-cü qazanda olmuşdur. Partlayış, qoruyucu və təhlükəsizlik cihazlarının işə düşməməsi səbəbindən qazanın daxilində yaranmış yüksək təzyiq nəticəsində baş vermişdir. "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxananın daxilndə olan su qızdırıcı qazanlar saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilmədiyinə görə hadisə baş vermişdir. Bu mövqedən irəli gələrək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin yuxarıda sadalanan və verilmiş ittihamın hüquqi əsasını təşkil etmiş Təqsirləndirilən şəxs xidməti vəzifələrinin məzmunundan da göründüyü kimi həmin vəzifələrinin heç biri “Qazanxananın daxilində olan su qızdırıcı qazanları saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilməsi”ni özündə ehtiva etmir, nəzərdə tutmur və Təqsirləndirilən şəxs üzərində bir xidməti vəzifəsi kimi müəyyən etmir. Məhkəmə hesab edir ki, ilk əvvəl təqsirləndirilən şəxsin konkret vəzifə borcu mövcud olmalıdır, vəzifəli şəxs həmin vəzifə borcunu pozmalıdır, işə vicdansız və laqeyd münasibət göstərərək (öz xidməti vəzifələrinə barmaq arası baxmalıdır) həmin vəzifələri yerinə yetirməməlidir və bunun nəticəsi olaraq qəza baş verməlidir və ən əsası vəzifənin yerinə yetirilməməsi ilə baş vermiş qəza arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hazırkı halda qəzanın baş verməsinin səbəbi qazanxananın işinə operativ (bilavasitə) nəzarəti həyata keçirməli olan qazanxana əməliyatçısının növbədə olan zaman yataraq işlək vəziyətdə olan cihaz və avadanlıqları uzun müddət nəzarətsiz qayması və sonradan texniki təhlükəsizlik qaydasını (Qaydaların 9.2.10-cu bənd, 9.4.1-c bənd, vəzifə təlimatının 2-ci bəndi) kobud şəkildə pozması, müstəqil olaraq seçdiyi məsuliyyətsiz qərarı və davranışı nəticəsində anidən partlayış hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə ittiham aktında sadalanmış təqsirləndirilən şəxsə aid olan vəzifələrin yerinə yetirilməməsi ilə səbəbli əlaqə mövcud deyildir. Hüquq elmində zəruri hesab edilən və əmələ hüquqi qiymət verməkdə mühüm rol oynayan səbəbli-əlaqə nəzəriyyələrini təhlil etməyi məhkəmə vacib bilir. - Ekvivalent şərtlər nəzəriyyəsi (sine qua non) testi formal tətbiqdə göstərə bilər ki, "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxananın daxilndə olan su qızdırıcı qazanlar saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilsəydi hadisə bəlkə də baş verməzdi. Lakin bu test təkbaşına hüquqi əhəmiyyətli səbəbi müəyyən etmək üçün yetərli deyil, çünki hər bir əvvəl gəlmə şərti “səbəb”ə çevrilir və məsuliyyət hədsiz genişləndirməklə ehtimallara əsaslanır. - Adekvat səbəb nəzəriyyəsi tələb edir ki, nəticə tipik və qabaqcadan görülən riskin reallaşması kimi pozuntunun təbii gedişatı sayılsın. Burada hadisə baş verən gün növbədə olan və qazanxanada işlək vəziyyətdə olan avadanlıqların işçi parametrlərinə bilavasitə nəzarəti həyata keçirən şəxs qazanxana əməliyyatçısı Zərərçəkmiş şəxs22 suyu azalmış və artıq qaynama həddində olan qazanın daxilinə soyuq su doldurması ilə ani olaraq qazan daxilində yüksək təzyiqin yaranmasına səbəb olan hərəkəti Zərərçəkmiş şəxs22 (diqqətsiz və səhlənkar müdaxiləsi) sıravi bir insanın davranışından fərqli olaraq müstəqil, peşəkar bilik tələb (həmin biliyə malikdir) edən və xüsusi riskli hərəkət olub, adekvatlıq baxımından zəncirdə üstün gələn səbəb (novus actus interveniens) kimi çıxış edir. Həmin nəzəriyyənin mövqeyindən çıxış edildikdə “Qazanxananın daxilndə olan su qızdırıcı qazanları saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilməsi”, “şərait yaradan” amil olsa da, zərərin birbaşa hüquqi səbəbi Zərərçəkmiş şəxs22 müstəqil və ehtiyatsız hərəkətidir. Ümumi olaraq bütün nəzəriyyələr baş vermiş nəticə ilə əməl arasında bir başa səbəbli əlaqənin olması zərurəti ilə şərtlənir, həmin zərurət ehtimallara (əgər belə olsa idi, elə ola bilərdi) əsaslana bilməz və nəticə ilə birbaşa şərtlənməlidir. Konkret hadisənin baş verməsinə səbəb isə “Qazanxananın daxilndə olan su qızdırıcı qazanları saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilib edilməməsi”ndən asılı olmayaraq Zərərçəkmiş şəxs22 texniki təhlükəsizlik qaydasını (Qaydaların 9.2.10-cu bənd, 9.4.1-c bənd, vəzifə təlimatının 2-ci bəndi) və vəzifə təlimatını kobud şəkildə pozması olmuşdur. Təqsirləndirilən şəxs ittiham aktınd qeyd edilən vəzifələrinin yerinə yetirib yetirməməsindən asılı olmayaraq qazanxana əməliyyatçısının texniki təhlükəsizlik qaydalarına zidd olmaqla bərabər həmçinin təhlükəli nəticə doğuran müstəqil davranışı hər bir halda sonda partlayışla nəticələnməyə məhkum olmuşdur. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs olan qazanxana əməliyyatçısının müstəqil olaraq X11 zidd davranışı nəticəsində əmələ gəlmiş nəticələrə görə həmin həmin hərəkən edilməsinə müvafiq göstəriş verməmiş, onu iradəsindən kənar olan bir şəxsin məsuliyyətə cəlb edilməsi ağlabatan, qanuni və əsaslı hesab edilə bilməz. Belə olan halda təqsirləndirilən şəxsin üzərində onun xidməti vəzifəsi kimi nəzərdə tutulmayan vəzifələrin yerinə yetirilməməsi, işə vicdansız və laqeyid münasibət bəslənməsi qənaətinə gəlinərək təqsirləndirilən şəxsə qarşı əsasız ittiham verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnmişdir, həmiçinin təqsirləndirilən şəxsin üzərində nə mövcud əsasnamə ilə, nə əmək müqaviləsi və yuxarı vəzifəli səxsin əmri ilə belə bir vəzifəsi müəyyən olunmadığı üçün təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin obyektiv cəhəti də mövcud olmur. Məlum olduğu kimi təqsirləndirlən şəxsə onun tərəfindən törədilməsi istinad olunan cinayətin obyektiv tərəfi üç əsas əlamətdən ibarətdir: - vəzifəli şəxs tərəfindən öz bilavasitə xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə; - əhəmiyyətli zərər şəklində ictimai təhlükəli nəticə; - təqsirkarın əməli ilə ondan yaranan nəticə arasında səbəb əlaqə. Bu cinayətin obyektiv tərəfinin ən mühüm elementi öz xidməti vəzifələrini yerinə yetirmək üçün “real imkanın” olmasıdır. Belə olan halda məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs mövcud olayan vəzifələrinin yerinə yetirməməsi ilə baş vermiş qəza hadisəi arasında səbəbli əlaqənin olması müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta qəbul olunsa belə ki, təqsirləndirilən şəxsin müvafiq vəzifəni yerinə yetirməli olan vəzifəli şəxsdir yenə də ərazi üzrə mövcud və istifadə olunan qazanxanaların daxilndə olan “su qızdırıcı qazanları saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla təmin edilməsi” (onların alınması) kimi bir vəzifəni yerinə yetirmək üçün “real imkanı” mövcud olmayacaqdır. Belə ki, iş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında "xxxx" ASC-nin struktur bölməsində işləyir, onun bəlli bir maaşı vardır, müstəqil hüquqi şəxs olmayan yəni qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməmiş, mülkiyyətində ayrıca əmlakı olmayan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququna malik olmayan, müstəqil balansı olmayan struktur bölməyə rəhbərlik edir. İş materiallarında olan "xxxx" ASC-nin əsasnaməsində də göründüyü kimi istilik təchizatı sistemlərinin bərpası, yenidən qurulması və əsaslı təmir edilməklə modernləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi üçün yeganə maliyyə mənbəyi dövlət əsaslı vəsait qoyuluşu üzrə infrastruktur layihələr üçün Dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir. Bu vəsaitlərin ayrılması isə yalnız istilik təchizatı sistemlərinin bərpası, yenidən qurulması və əsaslı təmir edilməklə modernləşdirilməsinə dair tədbirlərin ölkənin sosial – iqtisadi inkişafı üzrə müvafiq Dövlət Proqramlarına daxil edildiyi halda MÜMKÜN ola bilər. Yuxarıda qeyd olunan iş üçün əhəmiyyətli olan halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən onun üzərinə qoyulmuş xidməti vəzifələrinin işə vicdansız və laqeyd münasibət bəsləməsi qənaətinə gəlinməsi ağlabatan və inandırıcı hesab edilə bilməz. Bununla bərabər məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin belə bir xidməti vəzifələri mövcud olması qənaətinə gəlinsə belə araşdırılmalıdır ki, həmin vəzifəli şəxs öz vəzifəsini lazımi qaydada yerinə yetirmiş olsa idi hadisənin qarşısı alına bilərdimi? Başqa sözlə desək təqsirləndirilən şəxsin həmin nəticəni görmək imkanı olmuşdurmu? İş üzrə Zərərçəkmiş şəxs22 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, hadisə baş verən gün və vaxt 141 saylı qazanxanada əməliyyatçı kimi o növbədə olmuşdur və növbədə olan zaman saat təxminən 03:10 radələrində yorğun olduğu üçün mürgüləyərək yuxuya getmişdir, yuxudan ayıldıqda yanıq iyi, qoxu hiss etmişdir, qazanda suyun səviyyəsinin aşağı düşdüyünü görmüşdür və çölə çıxanda görmüşdür ki, su qızdırıcı qazandan buxar çıxır qazanxana rejimini saxlamaq üçün qazana su verdikdən sonra yenidən buxarın olub olmamasına baxmaq üçün bayıra çıxdıqdan sonra partlayış baş vermişdir. Məhkəmə qeyd edir ki, açıq internet informasiya sistemində olan məlumatlardan görünür ki, qazanxanalarda istifadə olunan su qızdırıcı qazanlarda qazanın aşağı su səviyyəsində olduğu halda onun soyuq su ilə doldurulması zamanı partlayışın elmi izahı aşağıdakı kimi qeyd edilmişdir: Əgər qazan güclü qızmış vəziyyətdə olarsa və onun daxilində su səviyyəsi normadan aşağı düşərsə, bu zaman qızdırıcı səthlərin bir hissəsi su ilə örtülmür və metal konstruksiyalar birbaşa alovun təsiri ilə həddindən artıq qızır. Belə hallarda metalın temperaturu 500–700 °C və daha yüksək səviyyəyə çata bilər. Bu vəziyyətdə qazan daxilində təzyiq mütləq şəkildə yüksək olmaya bilər, buna görə də təhlükəsizlik (sığorta) klapanları işə düşməyə bilər. Link:https://www.scientificamerican.com/article/cause-ofboiler-explosions/. Soyuq suyun daxil edilməsi zamanı baş verən proses aşağıdakı kimi izah edilmişdir. Əgər qazan bu vəziyyətdə olarkən operator (kəçigar) qazana soyuq su buraxarsa, aşağıdakı fiziki proses baş verir: - Soyuq su yüksək temperaturda olan metal səthlərlə təmas edir; - Su çox qısa zaman ərzində ani buxarlanma prosesinə məruz qalır; - Nəticədə böyük həcmdə su buxarı yaranır; - Qazan daxilində təzyiq kəskin və çox sürətlə artır. Bu hadisə istilik texnikasında ani (flash) buxarlanma və ya partlayıcı buxarlanma adlanır. Məlum olduğu kimi 1 litr su buxara çevrildikdə təxminən 1700 litr buxar əmələ gətirir və bu isə qazan daxilində çox böyük həcm artımı və təzyiq sıçrayışı yaradır. Link: https://en.wikipedia.org/wiki/Steam_explosion Qazan daxilində təzyiq qəfil azalsa və ya su qızmış səthə düşsə, su ani şəkildə buxara çevrilərək böyük enerji yaradır. Qazan daxilində təzyiq qəfil düşdükdə suyun bir hissəsi dərhal buxara çevrilir və bu, güclü partlayış yarada bilər. Link: https://en.wikipedia.org/wiki/Boiler_explosion Su səviyyəsi aşağı düşmüş qazana dərhal su verilməməlidir, çünki soyuq su partlayışa səbəb ola bilər.Link https://www.labour.gov.hk/eng/public/bpvd/boiler.pdf Yuxarıda qeyd edilmiş açıq informasiya mənbələrdə olan məlumatlardan göründüyü kimi su qızdırıcı qazanda su səviyyəsinin aşağı düşməsi səbəbindən qazan həddindən artıq qızmaya məruz qalır və bu vəziyyətdə ona soyuq su daxil edilərsə bu halda qazan daxilində ani buxarlanma prosesi baş verir və qazan daxilində olan təzyiqin çox sürətlə artması baş verir. Bu halda təzyiq artımı o qədər sürətli olur ki, təhlükəsizlik klapanlarının gücü həmin vaxt partlayışın qarşısını almağa çatmır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, partlayış baş verməmişdən əvvəl qazanxana əməliyyatçısı Zərərçəkmiş şəxs22 növbədə olduğu zaman yatmışdır, bu səbəbdən yanar qazanın işçi parametrlərinə nəzarət etmək imkanından məhrum olmuşdur və qazanın istilik səviyyəsi artdığından qazanın divarlarında olan istilik səviyyəsi yüksəlmiş və Zərərçəkmiş şəxs22 qazanı qidalandıran (alovlandıran) təbii qazı bağlamaq (söndürmək) əvəzinə su kranını açaraq soyuq suyu qazana daxil edərək qazan daxilində azalmış olan su səviyyəsini artırmaq istəmişdir. Belə olan halda yuxarıda qeyd edilən proseslər baş verdiyi üçün bir neçə dəqiqə sonra partlayış baş vermişdir. Bu hərəkəti etməklə hadisə baş verəın gün növbədə olan qazanxana əməliyyatçısı özünün vəzifə təlimatının 2-ci bəndini və təhlükəsizlik qaydalarının qaydaların 9.2.10-cu və 9.4.1-ci bəndlərini kobud şəkildə pozmuşdur və ən əsas məqam ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs22 bu hərəkətin edilməsinə müstəqil olaraq qərar vermişdir, edəcəyi hərəkəti təqsirləndirilən şəxslə razılaşdırmamışıdır, təqsirləndirilən şəxsin partlayışın baş verməsinə səbəb olmuş hərəkətdən məlumatı olmamışdır. Bundan irəli gələrək məhkəmə qeyd edir ki, hətta qəbul olunsa belə ki, qazanlar üzərində olan qoruyucu klapanlar işlək vəziyyətdə olmamışdır, onlar vaxtında yeniləri ilə əvəz edilməmişdir, əməliyatçı Zərərçəkmiş şəxs22 isti qazana soyuq su əlavə etməsi anında qazanda yaranmış ani şəkildə surətlə yaranan yüksək təzyiqi klapanlar tərəfindən xaric etmək imkanında deyildir. Təhlükəsizlik klapanları təzyiqin tədricən artması halında işləmək üçün nəzərdə tutulmuşdur. Onların funksiyaları qazan daxilində təzyiqin müəyyən həddi keçdikdə yaranmış artıq buxarı və ya suyu qazan xaricinə buraxaraq təzyiqi azaltmaqdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarında olan “Qazanxana əməliyyatçısının Vəzifə” təlimatından görünür ki, həmin vəzifəni tutan şəxs “qazanxana avadanlıqlarının etibarlı, fasiləsiz və normal iş rejimində işləməsini təmin etməli olan və avadanlıqların saz vəziyətdə saxlanmasını təmin etməli olan səlahiyyətli vəzifəli şəxs kimi müəyyən edilmişdir. Vəzifə təlimatına əsasən hadisə baş verən vaxt qazanxanada əməliyyatçı vəzifəsində növbədə olan Zərərçəkmiş şəxs22 həm xidməti vəzifələrini və təhlükəsizlik qaydanın tələbləri kobud şəkildə pozmuşdur və bu vəzifələri yerinə yetirməməsi səbəbindən baş vermiş sözügedən partlayış hadisəsinin təqsirləndirilən şəxsin hərəkət və hərəkətsizliyi ilə hər hansı bir əlaqəsi yoxdur. Ona görə ki, hadisə baş verən gün növbədə olduğu zaman qazanxana avadanlıqlarının etibarlı, fasiləsiz və normal iş rejimində işləməsini təmin etməli olduğu halda bunlara riayət etməmişdir, avadanlıqların saz vəziyətdə saxlanmasını təmin etməmişdir, X11, texniki təhlükəsizlik qaydalarına və əmək intizamı qaydalarına riayət etməmişdir. Növbədə olduğu zaman qazanxanada olan nəzarət ölçü cihazlarının, avtomatik tənzimləyicilərin işinə nəzarət etməli olduğu halda yatmış olması səbəbindən bu vəzifəsini yerinə yetirməmişdir. Qazanxanalarda avadanlığın iş rejimində pozuntular və avadanlıqda nasazlıqlar yaranarsa onların aradan qaldırılmasını üçün tədbir görmək və eyni zamanda qazanxana rəisinə və X3 sahəsinin rəisinə və dispetcerə məlumat vermək (2.4 bənd, cild 1 səh. 30), kimi bir vəzifəsinin olmasına baxmayaraq hadisə günü qeyd olunan vəzifələrinə riayət etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, həmin gün növbədə olan əməliyyatçı vəzifə təlimatına əsasən avadanlıqlarda nasazlıq olduğu hallarda növbəni təhvil-qəbul etməmək hüququ vardır (2.16 bənd, cild 1 səh. 30), növbə ərzində bütün qazanxananın avadanlıqlarına baxış keçirmək və yaranan nasazlıqları aradan qaldırmaq və məlumat vermək vəzifəsi vardır, həmçinin ən azı 15 gündən bir ehtiyatda olan avadanlığın işə qoşub işdə olanların isə ehtiyata saxlanılmasını təmin etmək kimi öhdəliyi olmuşdur və ən əsası təlimata əsasən qazanxana rəisi və ya ustası ilə birlikdə Qazanlarda partlayış klapanlarının işlək vəziyətdə olmasına əmin olduqda işə başlamalıdır. (2.23-cü bənd, cild 1 səh. 30), Eyni zamanda «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının tələblərinə əsasən suqızdırıcı qazanlara nəzarət edən işçinin işlək vəziyyətdə olan qazanı daimi müşahidəsindən kənar qoyulması qadağandır (qaydaların 9.2.10-cu bənd), suqızdırıcı qazanlara nəzarət edən işçi bir sıra hallarda o cümlədən təhlükəsizlik klapanlarında nasazlıq aşkar edilərsə, qazan daxilində suyun səviyyəsi yolverilən həddən aşağı düşməsi halı aşkar edilərsə DƏRHAL işlək vəziyyətdə olan qazanın istismarın dayandırmalıdır (qaydaların 9.4.1-ci bəndi). Məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan vəzifələrin hadisə günü növbədə olan işçi tərəfindən pozulması, yəni birbaşa olaraq onun tərəfindən təlükəsizlik qaydasını pozması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığı halda təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham əsaslı sayıla və şəxsin əməlində CM-nin 314.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin dispozituiv əlamətlərinin olması qənaətinə gəlinə bilməz. Ən azında ona görə ki, İSİS-in rəisi rəhbərlik etdiyi rayon üzrə çox sayda su qızdırıcı qazanları bir başa idarə etmir, onun vəzifəsi təşkilatı və nəzarət xarakterlidir və konkret qazanxanada fəaliyyət göstərən qazanxana əməliyyatçısının onun üzərinə rəsmi sənədlərlə qoyulmuş vəzifələrin növbədə olduğu zaman icra etməyəcəyini, habelə onun texniki təhlükəsizlik qaydalarına zidd hərəkət edəcəyini və nəticədə qəza hadisəsinin baş verəcəyi barədə İSİS-in rəisi xəbərdar ola və baş verəcək hadisənin qarşını almaq imkanı ola bilməz. Bundan başqa təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslarından digəri isə Təqsirləndirilən şəxs tərəfindən «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15-ci bəndlərinin pozulması qeyd edilmişdir. İttiham tərəfi hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 583 ünvanında, "xxxx" ASC-nin daxilində olan “su qızdırıcı qazanlar saz və etibarlı təhlükəsizlik cihazları və qoruyucu qurğularla” təmin edilmədiyinə görə «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının (bundan sonra Qaydalar) 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15, 6.7.1, 9.1.1-ci bəndlərinin tələbləri "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi tərəfindən pozulmuşdur. Lakin nə cinayət işinin materiallarında və nə də ki, məhkəmə araşdırması zamanı həmin Qaydanın sadalanan tələblərinin 14 saylı X10 sahəsinin rəisinə aid tələblər olması, yəni həmin tələbləri yerinə yetirməli olan vəzifəli şəxsin məhs təqsirləndirilən şəxs olması barədə hüquqi əsaslandırmaya rast gəlinməmişdir. Qaydalara nəzər yetirdikdə məlum olur ki, həmin qaydalar ümumi xarakter daşıyır və həmin qaydaların tələblərinin yerinə yetirilməsi vəzifəsi öhdəlik olaraq ümumi ifadə ilə “müəssisəsin rəhbərliyi” kimi qeyd edir (Qaydaların 9.1.1-ci bəndi), və həmin müəssisə rəhbərinin üzərinə öhdəlik qoyur ki, o, qazanxana avadanlıqlarının texniki sazlığı və təhlükəsiz istismarı ilə bağlı məsul şəxs təyin etsin. Qaydaların 9.1.4-cü bəndində isə qeyd edilmişdir ki, qazanxana avadanlıqlarının texniki sazlığı və təhlükəsiz istismarı ilə bağlı vəzifələr qazanxana rəisinin üzərinə qoyulmalıdır. İş materiallarında olan “Azəristiliktəchizat" ASC-nin sədr müavini tərəfindən 16 noyabr 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş həm qazanxana rəisinin, həm də qazanxana əməliyyatçısının vəzifə təlimatlarından görünür ki, qaydalarda nəzərdə tutulmuş vəzifələr rəsmi qaydada həmin vəzifəni tutan şəxslərə həvalə edilmişdir.(Cild 1, səh. 29-30, 37-38). Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, qaydalarda nəzərdə tutulmuş müəssisə rəhbəri kimi “Azəristiliktəchizat" ASC başa düşülməli (məsul şəxsi müəyyən etmək səlahiyyəti onda olması səbəbindən), qazanxana avadanlıqlarının texniki sazlığı və təhlükəsiz istismarı ilə bağlı məsul şəxs təyin edilməsi səbəbindən, yəni hazırda artıq həmin şəxs rəsmi olaraq bəlli olduğu üçün təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, ilk növbədə həmin qaydaların tələblərinin yerinə yetirməsini təmin etməli olan vəzifəli şəxs dəqiq müəyyən edilməli və ondan sonra həmin tələbləri yerinə yetirməməsi halına görə həmin şəxsə qarşı müvafiq ittiham irəli sürülməlidir. Lakin görünən odur ki, ittiham tərəfi qaydaların tələblərini sadalanmaqla kifayətlənmişdir və hüquqi əsaslandırma həyata keçirmədən təqsirləndirilən şəxsə ittiham vermişdir. Eyni zamanda ən əsas məsələlərdən bir də ittihamın əsasını təşkil etmiş olan Qaydalarda nəzərdə tutulmuş texniki təhlükəsizlik tələblərinin baş vermiş hadisə zamanı istifadə olunan suqızdırıcı qazana aid tələblər olub-olmaması, Qaydaların tətbiqi dairəsi (sahəsi) aydınlaşdırılmalı və ondan sonra həmin qaydaların tələblərinin ittihamın əsasını təşkil edə bilməsinin mümkünlüyü məsələsinə baxılmalıdır. İttihamın irəli sürülməsində əsas götürülmüş sözügedən Qaydaların 1.1.1-ci Qaydaların tətbiqi sahəsi və təyinatı adlanan bəndindən görünür ki, bu Qaydalar işçi təzyiqi 0,07 MPa-dan (0,7 kqf/sm²) artıq olan buxar qazanlarının, müstəqil buxarqızdırıcıların və ekonomayzerlərin, həmçinin suyun temperaturu 115 °C-dən yüksək olan suqızdırıcı qazanların və müstəqil ekonomayzerlərin layihələndirilməsi, konstruksiyası, materialları, hazırlanması, quraşdırılması, sazlanması, təmiri və istismarı üzrə tələbləri müəyyən edir. İttiham tərəfinin istinad etdiyi yuxarıda qeyd edilən Qaydaların özündə müəyyən edilmişdir ki, qaydalar yalnız suyun temperaturu 115 °C-dən yüksək olan suqızdırıcı qazanlara şamil edilir. Nəticə: 115 °C-dən yüksək temperatur → bu qaydalar tətbiq olunur. 115 °C-dən aşağı temperatur → bu qaydalar tətbiq olunmur. Bu qaydalar suyun temperaturu 115 °C-dən aşağı olan suqızdırıcı qazanların təhlükəsizlik tələblərini müəyyən etmir. İş materiallarına əlavə edilmiş Qazanxananın texniki pasportundan görünür ki, 14 saylı X3 Sahəsinin 141 saylı qazanxana xx.xx.1959-cu ildə istismara verilib istismar olunan avadanlığın adı Qazan markası isə KSQJ-40-dır. Məhkəmə qeyd edir ki, hadisə baş vermiş qazanxanada istismar olunan KSQJ-40 markalı avadanlığın qızdırma qabiliyyəti - suyun temperaturu 115 °C-dən yüksək olan suqızdırıcı qazanlar kateqariyasına aid olub-olmamasına dair cinayət işinin materiallarında heç bir mötəbər sübut yoxdur, istintaq orqanı tərəfindən bu hal araşdırılmadan, elmi cəhətdən dəqiq müəyyən olunmadan həmin Qaydaların tələbləri əsasında şəxsi mülahizələrini əsas götürərək təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülmüşdür. İş üçün çox vacib və əhəmiyyətli olan bu halı müəyyən etmədən həmin qaydaları rəhbər tutaraq təqsirləndirlən şəxsə qarşı ittiham irəli sürülməsi həmin ittihamın əsaslılığını, qanuniliyini şübhə altına almaqla bərabər onun əsasında təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, ittihamın irəli sürülməsində əsas götürülmüş Qaydaların (onun 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15, 6.7.1, 9.1.1 bəndlərinin tələbləri) tətbiqi dairəsi - sahəsi hazırda şübhəli olduğundan, həmçinin hazırki cinayət işində qeyd olunan hadisəyə münasibətdə hüquqi cəhətdən onun tətbiq edilib-edilməməsi məsələsi qeyrimüəyyən olduğundan həmin Qaydalar əsasında verilmiş ittiham əsaslı deyildir və belə olan halda məhkəmə həmin Qaydaların tələblərinin təqsirləndirlən şəxs tərəfindən pozulub pozulmaması məsələsini araşdırmağı zəruri bilmir. Bununla belə məhkəmə qeyd edir ki, açıq informasiya mənbələrində olan məlumatlarda (Google axtarış sistemi üzərindən) qeyd olunur ki, KSQJ-40 (1959) suqızdırıcı qazanın əsas texniki xarakteristikası aşağıdakılardan ibarətdir: Qazan tipi: suqızdırıcı qazan İstilik gücü: təxminən 40 kVt İstilik daşıyıcısı: su Suyun temperatur diapazonu: təxminən 40–90 °C Maksimal su temperaturu: 90–95 °C Yuxarıdakılardan göründüyü kimi hadisə baş verən gün istifdə olunan suqızdırıcı qazanların aşağı temperaturlu istilik qurğuları sinfinə aiddir. Bu qurğularda suyun temperaturu qaynama temperaturuna çatdırılmadan qızdırılır və buna görə də onların istismarında istilik daşıyıcısının temperaturu adətən 90 °C-dən yuxarı qaldırılmır. Qeyd edilən məlumatlar qeyri-rəsmi məlumatlar olmasına baxmayaq ən azından onu deməyə əsas verir ki, ittihamin irəli sürülməsində əsas götürülmüş, texniki təhlükəzik qaydalaranı özündə əks etdirən Qaydalar tətbiqi dairəsinə (həmin qaydalardakı tələblərin KSQJ-40 suqızdırıcı qazanlarına) münasibətdə şübhəlidir, qeyri müəyyəndir və həmin qaydaların tələblərinə riayəət edilməməsi səbəbindən hər hansi bir şəxsə qarşı ittihamın irəli sürülməsi, həmçinin həmin qaydaların əsasında ittiham hökmünün qəbul edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İttiham tərəfinin təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların dairəsinə nəzər salınanda görünür ki, həmin sübutlar zərərçəkmiş şəxslərin ifadələrindən, şahid ifadəsindən və məhkəmə-ekspertizasının rəylərinndən ibarətdir. Məhkəmə ilkin olaraq baş vermiş partlayış hadisəsi nəticəsində maddi zərər dəymiş zərərçəkmiş şəxslərin ifadələrini qiymətləndirərək hesab edir ki, həmin şəxslərin ifadələri baş vermiş hadisə nəticəsində onların əmlaklarına maddi ziyanın dəyməsini təsdiq edən sübut növüdür və həmin ifadələr heç bir halda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tətəfindən səhlənkarlıq cinayət əməlinin törədildiyini təsdiq edən sübüt kimi çıxış edə bilməz.Məhkəmə həmçinin qeyd edir ki, həmin zərərçəkmiş şəxslərin əmlaklarına dəymiş ziyanın qiymətləndirilməsi ilə əlaqədar keçirilmiş ekspertiza rəyləri də eyni səbədən təqsirləndirilən şəxsin cinayət əməlinin törədilməsini təsdiq edən deyil, yalnız dəymiş ziyanın həcmini müəyyən edən sübut növüdür. İş üzrə Zərərçəkmiş şəxs22 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini məhkəmə mötəbər, obyektiv, işin hallarına uyğun ifadə kimi qiymətləndirir və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi kimi ittiham aktinda qeyd edilən ifadələrin konkret olaraq - “qazanxananın qurğuları köhnə olmuş, istifadəyə yararsız olmuşdur. Bu barədə 14 saylı X13 Sahəsinin rəisi Təqsirləndirilən şəxs məlumat vermiş olsalar da, sonuncu bu barədə heç bir tədbir görməmiş və qazanxananın balansında olan "xxxx" ASC-nin sədrinə heç bir məlumat verməmişdir.Qazanların özü və təhlükəsizliyi üçün olan qapaqların köhnə olması səbəbindən baş verəcək hər hansı hadisədə əməliyyatçının onun qarşısını ala bilməyəcəyi barədə 14 saylı İSİS-in rəisinə məlumat verilmiş, lakin sonuncu vəzifəsinə uyğun olaraq qazanxananın təhlükəsizliyini təmin etmək vəzifəsinə laqeyidcəsinə yanaşmışdır.” məzmunda yazılan ifadələrin onun tərəfindən bildirilmədiyi halda dindirmə protokolunda yazılması qənaətinə gəlir. Məhkəmə daxili inamında yaranmış bu qənaətini eyni zamanda onunla əsaslandırır ki, iş üzrə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində eyni məzmunlu və xarakterli ifadələrin olmamasına, onun tərəfindən belə məzmunda ifadə verilmədiyi halda ittiham aktında Şahid4 “Qazanxananın avadanlıqları köhnə olmuş, qazanlar və qazanların təhlükəsizliyi üçün qapaqlar, klapanlar köhnə olmuşdur. Bu barədə 14 saylı İSİS-in rəisinə məlumat verilərək qazanxananın yenilənməsi tələb olunmuş, lakin, sonuncu vəzifəsinə laqeyidcəsinə yanaşaraq qazanxananın yenilənməsi barədə ASC-nin rəhbərliyinə məlumat verilməmişdir.” kimi məzmunda ifadə verməsi öz əksini tapmışdır. İbtidai araşdırma zamanı yuxarıda qeyd olunan ziddiyyətli, anlaşılmayan, şübhəli məqamların olması öz təsdiqini tapdığı üçün məhkəmə hesab edir ki, hər iki şəxsin ibtidai istintaq zamanı verilmiş ifadələri kimi qeyd olunan yuxarıdakı məzmunda olan ifadələri mötəbər, obyktiv və həqiqi məzmunlu ifadələr kimi qəbul oluna və ittihamın əsasını təşkil edə, eləcə də şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qəbul oluna bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə yanğın-texniki, tikinti-texniki, təhlükəsizlik, əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/2564-9/2636 saylı nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçilar prospekti 11 B, məhəllə 583 ünvanında, "xxxx" ASC-nin balansında olan 141 saylı qazanxanada baş vermiş partlayışın mənbəyi qazanxananın daxilində 4-cü qazanda olmasını və partlayışın qazanın daxilində yaranmış yüksək təzyiq nəticəsində baş verməsini təsdiq edən sübut olsa da, həmin ekspert rəyi baş vermiş hadisənin "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisinin səhlənkarlığı nəticəsində baş verməsini təsdiq edən sübut növü hesab edilmir. Sözügedən rəydə «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2. 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15. 6.7.1. 9.1.1 bəndlərinin tələblərini pozan vəzifəli şəxs kimi "xxxx" ASC-nin 14 saylı X10 sahəsinin rəisi tərəfindən pozulmasının müəyyən olunduğu qeyd edilmişdir. Məlum olduğu kimi ekspertin funksiyası xüsusi bilik tələb edən texniki və ya elmi məsələləri izah etməkdir hüquqi dəyərləndirmənin aparılması onun səlahiyyəti xaricində olmaqla həmin məsələ ibtidai araşdırma orqanının səlahiyyətinə aiddir. Məhs bu kontestdə məsələyə yanaşaraq məhkəmə hesab edir ki, ekspertizanı həyata keçirən ekspert ekspert səlahiyyətlərinin sərhədlərini aşaraq hüquqi məsələni dəyərləndirmiş və hüquqi nəticəyə gələrək prosessual qərar qəbul etmişdir. Sonradan isə ibtidai araşdırma aparılarkən istintaq orqanı rəyidə gəlinmiş bu nəticənin əsasında özü tərəfindən heç bir hüquqi əsaslandırma həyata keçirmədən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür. Digər tərəfdən qeyd edilməlidir hökmün təsviri əsaslandırma hissəsində aparılmış yuxarıda qeyd olunan əsaslandırmaya görə rəydə istinad edilən, demək olar ki, rəyin əsasını təşkil edən «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydaları”nın baş vermiş hadisəyə münasibətdə tətbiq edilməsi şübhəli olduğundan rəydə Qaydalara istinad olunan, ona əsasən gəlinmiş nəticələr, hissələr mötəbər hesab edilə bilmir və verimiş ittiham üzrə mötəbərliliyini itirmiş olur. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, sözügedən ekspert rəyi natamam araşdırma nəticəsində verilmişdir, lazımı elmi tədqiqat aparlmadan məsələn qazan daxilində təzyiqin yaranma səbəbi araşdırılmadan, baş vermiş partlayışın yaranma səbəbinin necə əmələ gəlməsi, bunun səhf texnoloji bir prosesin nəticəsi olaraq yarandığı, yoxsa ki, qazanxana əməliyatçının texniki təhlükəsilik qaydalarını köbud şəkildə pozulması nəticəsində əmələ gələ bilməsi və sairə bu kimi halları araşdırmadan, tədqiqat aparmadan nəticəyə gəlinmişdir. Bundan başqa qeyd edilməlidir ki, hadisə yerindən qoruyucu klapanın götürülməsinə baxmayaraq ekspert tədqiqat apararaq həmin kapanın işlək olub olmamasını yoxlamamış, qazan üzərində olan klapanın buraxıcılıq qabiliyyətinə qiymət verilməmiş, qazan daxilində baş vermiş yüksək təzyiqin xaric edilməsi gücünü müəyyən etməmişdir və hansı səbəbdən qazan daxilində yaranmış təzyiqi xarıc edə bilməməsini (işlək olmaması səbəbindən və yaxud gücünün yetməməsi) əsaslndırmamışdır. Digər əhəmiyyətli bir məqam isə ekspertlər tərəfindən tədqiqat aparılarkən partlayış baş vermiş olan suqızdırıcı qazanın texniki göstəriciləri dəqiq müəyyən olunmadan, qazanın suqızdırıcılıq qabiliyəti müəyyən olunmadan suyun temperaturu 115 °C-dən yüksək olan suqızdırıcı qazanların istismarına tətbiq olunan «Buxar və suqızdırıcı qazanların quruluşu və təhlükəsiz istismar qaydalarının 3.4.1, 3.4.2, 6.1.1, 6.2.1, 6.2.5, 6.2.15, 6.7.1,9.1.1 bəndlərinin tələbləri pozulması qənaətinə gəlmişdir. Bundan əlavə ekspert rəyində yuxarıda qeyd edilən məsələlərlə bağlı tədqiqatın aparılmamasının səbəbləri əsaslandırılmadığından məhkəmə hesab edir ki, bu hal rəyin tamlığına, onun etibarlılığına, obyektivliyinə və mötəbərliliyinə ciddi şübhə yaradır. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənləri ümümiləşdirərək məhkəmə bildirir ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən vəzifəli şəxs olaraq vicdansız və laqeyd münasibət göstərərək öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni ehtiyatsızlıqdan səhlənkarlıq etməsi dövlətin, cəmiyyətin və vətəndaşların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına, həmçinin vətəndaşa bədən xəsarətləri yetirilməsi cinayətini törətməsini müəyyən etmək mümükün deyildirsə deməli ittiham tərəfindən toplanmış ilkin sübutlar yetərsizdir, məhkəməyə təqdim olumuş sübutlar mötəbərliyinə əsaslı şübhə vardır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamin sübuta yetirilməsində mötəbər hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ziddiyyətli, şübhəli, qeyri obyektiv sübutlat əsasında formalaşdırılmış ittiham hüquqi baxımdan əsassızdır və təqsirləndirilən şəxsin CM-nin 314.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün yetərli və mötəbər sübutlar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş verməsinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 314.2-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X15 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri tədbiri ləğv edilməli iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qoruyucu klapan mülkiyyətçiyə qaytarılmalı, ekspertizanın keçirilməsinə çəkilmiş 470 manat məhkəmə xərci dövlət büdcəsinə aid edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübut – kollektorun üzərində olan qoruyucu klapan onun mülkiyyətçisinə qaytarılsın. Məhkəmə məsrəfi olan ekspertizanın keçirilməsinə çəkilmiş 470 manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-152/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-152/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver