Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-153/2019 10.09.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nisyə satılmış malın dəyərini 5.500 (beş min beş yüz) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu X2 ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-4511/2011 saylı, bundan əlavə dəymiş maddi zərərin əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 ödənilməsinə dair həmin rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(004)-3295/2012 saylı və bundan əlavə 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs3 ödənilməsinə dair həmin rayon məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(004)-7847/2014 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(004)-587/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində həbs cəza növü təyin edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-4511/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə nisyə satılmış malın dəyərini 5.500 (beş min beş yüz) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu X2, bundan əlavə həmin rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(004)-3295/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə dəymiş maddi zərərin əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 və həmin rayon məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(004)-7847/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs3 ödəməlidir. X2 borclu olduğu məbləğdən 2.320 (iki min üç yüz iyirmi) manat məbləğində ona ödəniş etdiyini və məhkəmə qətnamələrini bu vaxta qədər tam olaraq icra etməməyinə səbəb bir müddət heç bir yerdə işləməməsi ilə əlaqələndirirək qətnamələri yaxın müddət ərzində tam olaraq icra edəcəyini bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmişZərərçəkmiş şəxs1 ifadəsində göstrəmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-4511/2011 saylı qətnaməsinə əsasən nisyə satılmış malın dəyəri olan 5.500 (beş min beş yüz) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu ona ödəməlidir. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə ona borclu olduğu məbləğdən 2013-cü ilin əvvəlinə qədər 2.320 (iki min üç yüz iyirmi) manat məbləğində ödəniş etdiyini və borclu qaldığı məbləği Təqsirləndirilən şəxs 2013-cü ildən hazırkı vaxtadək 6 ilə yaxın müddətdə dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək borclu qaldığı məbləği ödəməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs ona borclu qaldığı məbləği ödəməyə tam olaraq imkanı olduğunu bildirərək həmin məbləğin alınaraq qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yığılmış borcunu ümumiyyətlə ödəməmişdir, ondan şikayətçidir, cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmişZərərçəkmiş şəxs2 ifadəsində göstrəmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012ci il tarixli, 2(004)-3295/2012 saylı qətnaməsinə əsasən əlavə dəymiş maddi zərərin əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pulu ona ödəməlidir. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə ona borclu olduğu məbləğdən bu günkü günə qədər heç bir ödəniş etmədiyini və borclu olduğu məbləği Təqsirləndirilən şəxs dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək borclu olduğu məblə- ği ödəməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs ona borclu olduğu məbləği ödəməyə tam olaraq imkanı olduğunu bildirərək həmin məbləğin alınaraq qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yığılmış borcunu ümumiyyətlə ödəməmişdir, ondan şikayətçidir, cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(004)-4511/2011 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən nisyə satılmış malın dəyərini 5.500 (beş min beş yüz) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rü- sumunu X2, bundan əlavə həmin rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(004)-3295/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən dəymiş maddi zərərin əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 və həmin rayon məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(004)- 7847/2014 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs3 ödəməlidir. Borcluya məhkəmə qətnamələrinə dair icra tələblərini könüllü olaraq müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzrlü səbəb olmadan icra tələblərini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədlərini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs cəza növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədlərinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarların xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, heç bir ödəniş etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 oğlu məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-4511/2011 saylı qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2014-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs nisyə satılmış malın dəyərini 5.500 (beş min beş yüz) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-3295/2012 saylı qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2012-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs dəymiş maddi zərərin əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7847/2014 saylı qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2014-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir İş materiallarınd olan Yasamal Rayon Məhkəməsinin 3(004)-587/2018 saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqələrində göstərilən tələbləri icra etmədiyinə və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə hazırkı vəziyyətdə, pul borcunu ödəməyən şəxsi, pulla bağlı cəza ilə tənbeh etməklə, cəzanın məqsədlərinə çatmağı mümkün hesab etmir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, məhkəmə aktının uzun müddət icra edilməməsini, hazırkı vaxtadək də ödəniş edilmədiyini, bu əməli ilə 03 ədəd məhkəmə aktını icra etməməklə 03 nəfər şəxsə zərər vurduğunu, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs rəsmi nikahda olmaqla, xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2019-cu il tarixdə tutulmuş, xx.xx.2019cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən buraxılmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2019-cu il tarixdə tutularaq həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da, o, 1 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq dövrü həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəlixx xxxxxx 2019-cu iltarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-153/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-153/2019
10.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver