Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-153/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvəllər əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tədbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində ünvan 3 ünvanın qarşısında meyvə-tərəvəz ticarəti ilə məşğul olan zaman, Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 1 manat dəyərində 1 kiloqram çəkidə pomidor istəməsinə baxmayaraq əvəzində, 2 kiloqram pomidoru çəkərək 2 manat ödəməli olmasını demiş, Zərərçəkmiş şəxs bu səbəbdən həmin pomidoru almaqdan imtina edərək oradan uzaqlaşmaq istədikdə sonuncunun pomidoru almamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymamış, səs-küy salıb münaqişə yaratması səbəbindən həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib əli ilə Zərərçəkmiş şəxs əynində olan gödəkcəsinin yaxasından tutub dartaraq gödəkcənin ön hissəsini cırıb zədələyərək 100 manat dəyərində maddi ziyan vurmuş daha sonra əl zərbələri ilə sonuncunu qəsdən vurub baş-beyin silkələnməsi ilə müşayiət olunmuş başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə habelə həmin vaxt NOKİA-6300 markalı mobil telefonun yerə düşərək sınması nəticəsində 50 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması habelə sonuncunun əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17 radələrində ünvan 4 ünvanın qarşısında meyvə- təvəzlərin ticarəti ilə məşğul olan zaman, sonradan soyadı, adı və atasının adını bildiyi Zərərçəkmiş şəxs bir müştəri kimi ona yaxınlaşaraq, ondan 1 manat dəyərində 1 kiloqram pomidor istəmişdir, o, isə ona 2 manat dəyərində 2 kiloqram pomidor çəkib ona təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona 100 manat pul təqdim edərək, 100 manat pulu xırdalamasını və həmin puldan 2 manat pul çıxmağını bildirmişdir. O, isə Zərərçəkmiş şəxs onda 100 manat pula xırda olmadığını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ona çəkdiyi 2 kiloqram pomidoru qəsdlə yerə atmış və çıxıb gedərkən, o, ona öz iradını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onunla sözlə mübahisə etmiş, mübahisə zamanı onu söyüb təhqir edərək və üstünə hücüm edib əli ilə onun yaxasından tutmuşdur, özünü müdafiə etmək məqsədi ilə o, da onun yaxansından tutub kənara çəkdikdə, bu zaman onun əynində olan qəhvəyi rəngdə olan gödəkçəsinin sol ön hissəsi bir qədər cırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs kənara çəkilərək onu söyüb təhqir etmişdir. Bundan sonra o, ona yaxınlaşıb onu nə səbəbə görə söydüyünü soruşduqda, onun sözlərinə məhəl qoymayaraq onu yenidən söyüb təhqir etmişdir. Cibindən mobil telefonu çıxarıb kiməsə zəng etmiş, o, isə onun söyüb təhqir etdiyinə görə hərəkətlərindən əsəbləşib əli ilə onun baş nahiyəsinə bir dəfə bərk zərbə ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs əlindən mobil telefon yerə düşmüşdür və onlar əlbəyaxa olarkən, mobil telefon hər ikisinin ayaqlarının altında qalmışdır. Bunun nəticəsində onun mobil telefonu zədələnmişdir. Həmin vaxtı orada tanımadığı bir nəfər müştəri olan adını sonradan bildiyi Arzu adlı şəxs onları ayırmış və Zərərçəkmiş şəxs oradan evinə yola ötürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Ona qarşı verilmiş mülki iddianı qismən qəbul edir. Zərər yetirdiyi gödəkcənin işlənmiş olduğunu nəzərə alaraq onun hazırkı real dəyərini ödəməyə razıdır. Ailədə yeganə qazanc gətirən şəxs olmasını, şəkər xəstəsi olan yaşlı anasının onun himayəsində olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17 radələrində o, yaşadığı Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5 ünvanın ətrafında bir qədər özü üçün gəzərkən, həmin ünvanla qonşu ünvanda yerləşən ünvan 6taq zamanı sonradan soyadı, adı və atasının adı ona məlum olan meyvə-tərəvəz ticarəti ilə məşğul olan Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan ev üçün 1 kiloqram 1 manat dəyərində pomidor çəkməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin pomidorun 1 kiloqramdan artıq və dəyəri isə 2 manat olduğunu kobudca bildirmişdir. O, isə ona bir daha cəmi 1 kiloqram pomidor çəkərək verməsini xahiş etmişdir. Bundan sonra onun bu sözündən Təqsirləndirilən şəxs aqresivləşərək və onunla mübahisə edərək söyüb təhqir etmişdir. Bundan sonra ona Təqsirləndirilən şəxs çəkdiyi 1 kiloqram pomidoru həmin meyvə-tərəvəz yerinə qoyub və ondan onu nə səbəbə görə söyüb təhqir etdiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona əcəb etdiyini və onu bir daha söyüb təhqir edərək əynində olan qəhvəyi rəngli dəri materialından hazırlanmış dəyəri 500 manat olan gödəkçəsindən hər iki əli ilə tutaraq özünə tərəf çəkərək əli ilə onun baş nahiyəsinə bir dəfə bərk zərbə ilə vurmuşdur. Həmin vaxtı gödəkçəsinin sol yan hissəsi bir qədər cırılmış və yararsız vəziyyətdə düşmüşdür. Bundan sonra o, isə onun əl zərbəsindən başdan ağrılar hiss etdiyini gözü qaraldığını və artıq huşunu itirərkən, arxası üstdə orada dayanmış avtomobilə söykənmişdir. Bir qədər özünə gəldikdən sonra üzərində olan dəyəri 50 manat olan NOKİA-6300 markalı mobil telefonu ilə Təqsirləndirilən şəxs ona qarşı hərəkətləri barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərkən, bu zaman bunu görən Təqsirləndirilən şəxs yenidən onun üstünə hücüm edib, söyüb təhqir edərək , həmin vaxtı o, isə sol qulağına mobil telefonu tutaraq zəng etdiyi anda, əli ilə telefonun üzərindən onun başının sol nahiyəsinə bərk zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Bu zaman mobil telefon yerə düşmüş, Təqsirləndirilən şəxs isə ayağı ilə həmin mobil telefonun üzərinə təpiklə vuraraq kənara tullamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yenidən onu söyüb təhqir edərək onun üstünə gələrək əli ilə vurmaq istəyərkən, küçədən keçən tanımadığı şəxslər və onlardan bir olan sonradan adını bildiyi Arzu adlı şəxs Xəyala öz iradını bildirərək onları ayırmışdır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onun ünvanına qarşı küçədə nalayıq söyüşlərlə təhqir etmiş, onun bu hərəkətlərinə küçədən keçən tanımadığı şəxslər ona öz iradlarını bildirmişlər, həmçinin hadisə yerinin qarşısından hərəkətdə olan avtomobillərin sürücüləri də avtomobillərini saxlayıb onun bu hərəkətlərinə tamaşa edərək ona kənarda öz iradını bildirmişlər. Bundan sonra Arzu adlı şəxsə onu yaşadığı ünvanına yola salmışdır. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 17 radələrində Yasamal rayonu Şərifzadə küçəsi 209 saylı ünvanın qarşısında olmuş, hadisənin şahidləri küçədən keçən tanımadığı şəxslər və hadisənin qarşısında hərəkətdə olan avtomobillərin sürücüləri və Arzu adlı şəxs olmuş, hadisə isə ümumlikdə 10-15 dəqiqə davam etmişdir. Baş vermiş hadisənin səbəbi onun Təqsirləndirilən şəxs 1 kiloqram pomidorun əvəzinə, ona 2 manat dəyərində olan 2 kiloqram pomidorun artıq olmasının üstündə irad tutmağının üstündə olmuşdur. Baş vermiş hadisə nəticəsində onun əynində olan ona məxsus dəyəri 500 manat olan qəhvəyi rəngli dəri materialından hazırlanmış gödəkçənin cırılması nəticəsində 100 manat ziyan və dəyəri 50 manat olan NOKİA-6300 markalı mobil telefonun sıradan çıxması nəticəsində 50 manat və ümumlikdə ona 150 manat maddi ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs oğlu təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 880 manat maddi ziyan, ona edilmiş mənəvi əzaba görə 5000 manat mənəvi ziyan, eyni zamanda ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Şahid məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində ünvan 4 ünvanın qarşısından piyada keçərkən, həmin ünvanın qarşısında meyvətəvəzlərin ticarəti ilə məşqul olan , sonradan soyadlarını, adlarını və atalarının adlarını bildiyi Təqsirləndirilən şəxs ilə bir nəfər müştəri olan Zərərçəkmiş şəxs ilə 1 manat dəyərində 1 kiloqram pomidorun əvəzinə ona 2 manat dəyərində 2 kiloqram pomidorun almasının üstündə aralarında sözlə mübahisə etdiklərini, sonradan isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs söyüb təhqir edərək onun üstünə hücüm edib, bir-biriləri ilə əlbəyaxa olduqdan sonra, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əynində olan qəhvəyi rəngdə gödəkçəsinin sol ön hissəsi bir qədər cırılmışdır. Bu zaman Zərərçəkmiş şəxs kənara çəkilərək, orada dayanmış boş avtomobilə söykənərək cibindən mobil telefonu çıxarıb Təqsirləndirilən şəxs ona qarşı hərəkətləri barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng etmək istəyərkən, bu zaman bunu görən Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üstünə hücüm edib və söyüb təhqir edərək, həmin vaxtı Zərərçəkmiş şəxs isə sol qulağına mobil telefonu tutaraq zəng etdiyi anda, Təqsirləndirilən şəxs əli ilə telefonun üzərindən onun başının sol nahiyəsinə bərk zərbə ilə vurmuşdu. Bu zaman mobil telefon yerə düşmüş, həmin telefon Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində ayağının altında qaldığından və həmin telefon zədələnmişdir. Bundan sonra o, onlara yaxınlaşıb bir vətəndaş olaraq hər ikisinədə öz iradını bildirərək, onları ayırmışdır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs küçədə Zərərçəkmiş şəxs ünvanına qarşı nalayıq söyüşlərlə təhqir etmiş, onun nalayıq söyüşlərinə küçədən keçən və həmin hadisənin qarşısından hərəkətdə olan avtomobillərin sürücüləri saxlayıb onun bu hərəkətlərinə kənarda tamaşa etmişdilər. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan onu yaşadığı ünvana ötürməyini xahiş etmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayət əməlinə görə polis orqanına müraciət edəcəyini və onun isə hadisənin şahidi kimi, polis orqanında izahat verməyini xahiş edərək və onun istifadə etdiyi ***-***-**-** GSM nömrəsini özündə qeyd etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən məlum olur ki, hadisə ünvan 8 ünvanında baş vermişdir (i.v.14-22). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası DİN general-leytenant A.N.Heydərov adına Respublika hospitalı tərəfindən açılmış 8355 nömrəli stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi ilə müşayiət olunmuş başın ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan diaqnozla xəstəxanaya yerləşdirilmişdir. Xəstə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək xəstəxanada qeydə alınmışdır (i.v. 31-47). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-baş-beyin silkələnməsi ilə müşayiət olunmuş başın ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (i.v. 49-51). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 67). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin iştirakı ilə və xx.xx.2021-ci il tarixli şahidin iştirakı ilə keçirilmiş İfadənin yerində yoxlanılması haqqında protokollardan müəyyən olur ki, ünvan 3 ünvanın qarşısında meyvə-tərəvəz ticarəti ilə məşğul olan Təqsirləndirilən şəxslə müştəri Zərərçəkmiş şəxs arasıda yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması faktı təsdiq olunmuşdur (i.v. 94-101). İş materiallarına əlavə olunmuş xx xxxx 2021-ci il tarixli X3 tərədindən verilmiş arayışdan məlum olur ki, 50-52 bədən ölçülü “Ted Lapidus” (Fransa istehsalı) brendli dəri gödəkcənin xx xxxx 2021-ci il tarixinə olan bazar dəyəri 350 manat, Nokia 6300 markalı mobil telefonun isə xx xxxx 2021-ci il tarixinə olan bazar dəyəri 50 manat təşkil edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək həmin əməli etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-153/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxx 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xalıq qızı tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Bununla yanaşı, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 880 manat maddi ziyan, ona edilmiş mənəvi əzaba görə 5000 manat mənəvi ziyan, eyni zamanda ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 17 radələrində ünvan 3 ünvanın qarşısında meyvə- tərəvəz ticarəti ilə məşğul olan zaman o, cavabdeh Təqsirləndirilən şəxs yaxınlaşaraq 1 kiloqram çəkidə pomidor istəməyinə baxmayaraq, sonuncu əvəzinə 2 kiloqram pomidoru çəkərək 2 manat ödəməsini demişdir. O, bu səbəbdən həmin pomidoru almaqdan imtina etmiş və oradan uzaqlaşmaq istəmişdir. Bundan sonra cavabdeh onun pomidorun almamağını bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb ucadan səs-küy salaraq onun ünvanına nalayıq ifadələr işlətmiş, əynində olan gödəkçənin yaxasından tutub dartaraq gödəkçənin ön hissəsini cırıb yararsız vəziyyətə salmış, daha sonra əl zərbələri ilə onu qəsdən vurub xəsarət yetirmiş, həmin vaxtı əlində olan NOKİA-6300 markalı mobil telefonunu əlindən alıb yerə çırparaq tam yararsız vəziyyətə salmışdır. Qeyd olunan faktla bağlı Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1 maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Cavabdeh tərəfindən ona qarşı törədilən cinayətin nəticəsində ona maddi və mənəvi ziyan dəyib. Belə ki, qeyd etdiyi kimi üstündə olan gödəkçəsi cırılmış, eyni zamanda mobil telefonu sındırılaraq hər iki əmlakı tam yararsız vəziyyətə düşmüşdür. Hadisədən sonrakı dövrdə cavabdehin ona qarşı etdikləri iyrənc hərəkətlərin nəticəsində güclü əsəb sarsıntı və stress keçirmişdir, stress nəticəsində tez-tez həyacanlanmış və psixoloji gərginlik keçirmişdir, bununla əlaqədar psixoloqlara müraciət edərək, onlardan psixoloji yardım almışdir. Psixoloqların yardımı nəticəsində sozu gedən hadisənin nəticəsində çəkdiyi əzablardan, ağrılardan, iztirablardan, verdiyi mənəvi əzab və israflardan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun cinayətkar əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus gödəkcəyə, telefona ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan vurduğu maddi ziyana görə 400 (dörd yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs əmlakına dəymiş ziyan nəticəsində iddiaçı stress vəziyyətinə düşmüş və psixoloji gərginlik hissi ilə müşayiət olunmuşdur. Bütün göstərilənlər onda mənəvi sarsıntılar yaşatdığından məhkəmə hesab edir ki, mülki iddiaçıya mənəvi ziyan vurulmuşdur. Lakin məhkəmə mənəvi zərərin ödənilməsi hissəsinə qiymət verərək bu məbləği ağlabatan məbləğdə təyin edilməli olmasını nəzərə alaraq, iddianı bu hissədə qismən təmin edilərək cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs oğlundan vurulmuş maddi ziyana görə 400 (dörd yüz) manat və mənəvi ziyana görə 100 (yüz) manat, cəmi 500 (beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs ödənilməli, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi mülki iddiaçıya, 70 faizi mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində maddi və 100 (bir yüz) manat mənəvi ziyan, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi mülki iddiaçıya, 70 faizi mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 21 (iyirmi bir) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-153/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-153/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver