Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-153/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-379/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Yardımlı rayonunun Solqard kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 108 nömrəli evdə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, «Saf su» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1.906 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 03 may 2024cü il tarixdə saat 00:45-də isə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X.Mustafavev küçəsi, 125 saylı evin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılmış və üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi 1,906 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd edilən narkotik vasitə onun üzərində olmamaqla ona məxsus olmamışdır. Həmin narkotik vasitəni polis bölməsində onu döydüklərindən və ona qarşı fiziki işgəncə tətbiq etdiklərindən boynuna götürməli olmuşdur. İfadəsinin sonunda onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq xeyli müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bu onda asıllıq yaratdığı üçün narkotik vasitə, yaxud psixotrop maddədən istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən son vaxtlar ağrıları olduqda, o, müxtəlif vasitələrə əl ataraq şəxsi istifadəsi üçün psixotrop maddə tapıb qəbul etmişdir. Belə ki, o, 02 may 2024-cü il tarixdə günorta saatlarında yenidən psixotrop maddə almaq üçün Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən “Saf su” deyilən əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən o, 40 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf rəngli selofana bükülmüş və içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. O, 03 may 2024-cü il tarixdə saat 00:45 dəqiqədə ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Hansı səbəbə saxlandığını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə və yaxud psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına getmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnikleytenantı X1 xidməti iş otağında saxlanılan zaman ona hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda ona təklif edilmişdir ki. paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. O həmin vaxt artıq üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi və içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf rəngli selofanda olan bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Daha sonra iştirakçıların gözü qarşısında onun təqdim etdiyi, içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd büküm təhqiqatçı Taryel Qaffarov tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt ondan üzərində aşkar olunmuş bir ədəd bükümün içərisində olan psixotrop maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda o, bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamindir və həmin maddəni 02 may 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən "Saf su" deyilən ərazidə tanımadığı şəxsdən 40 manat pul müqabilində almış və satış məqsədi olmadan üzərində daşıyaraq saxlamışdır. Onun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunan psixotrop maddədən başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan göy rəngli cins şalvarının arxa cibindən özünə məxsus Çin Xalq Respublikası istehsalı olmaqla üzərində ***-***-**-** mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «X14 7» markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Taryel Qaffarov tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tutulduğu zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qalması ilə bağlı dedikləri “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə təkzib edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımasında təqsiri tam sübuta yetirildi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsində xidmət edir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitə, yaxud psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə iş yoldaşı olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə 03 may 2024-cü il tarixdə əməliyyat qrupunu təşkil etmişdir. O, 03 may 2024-cü il tarixdə saat 00:45 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid2la birlikdə ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən bir nəfər şəxsin onları gördüyü zaman özünü şübhəli aparması onun diqqətini cəlb etmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini bir daha polis əməkdaşi kimi təqdim edib saxladıqları şəxsin şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onlar həmin şəxsi Yasamal Rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə həmin polis şöbəsinin inzibati binasına getmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik- leytenantı X1 xidməti iş otağında saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis şöbəsinə müdafiəçi qismində Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki. paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş 1 ədəd bükümü çıxardıb kasanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən həmin büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm təhqiqatçı Taryel Qaffarov tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisində olan psixotrop maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamindir və həmin maddəni 02 may 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, «Saf su» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən 40 manata aldığını və yalnız özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan göy rəngli cins şalvarının arxa cibindən Çin Xalq Respublikası istehsalı olmaqla üzərində ***-***-**-** mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «X14 7» markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Taryel Qaffarov tərəfindən istintaq orqanına təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 3 may 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 34). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 1 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi və Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi birləşdirilmiş və həmin cinayət işlərinin ibtidai istintaqı ********* saylı nömrə altında davam etdirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 3 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (saat 01:50 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 52). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 may 2024-cü il tarixli protokoldan görünür ki, cü il tarixdə saat 00:45 radələrində polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 00:55-də “Samsung S21” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd Çin istehsalı olan “X14 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (İ/V.62-63). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 3 may 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin videogörüntülər 03 may 2023-cü il tarixdə saat 02:15-dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı X1 qarşısındakı masa arxasında sağ tərəfdə əyləşmiş şəxs. Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi X3r. Xidməti otaqda olan masanın qarşısında sağ tərəfdə əynində tünd göy rəngli cins şalvarı, qısaqol tünd göy rəngli köynəyi və qara rəngli ayaqqabısı olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin C/A üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin şöbənin polis sahə rəisi, polis mayoru Şahid2dur, videoçəkilişin davamında təhqiqatçı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibinə salaraq oradan şəffaf selofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçıların və sonuncunun gözü qarşısında açılır və bükümdə ağ rəngli, kristall şəkilli maddənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin maddənin «metamfetamin» kimi tanıdığı psixotrop maddə olduğunu və psixotrop maddəni 02 may 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən «Saf su» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 40 (qırx) manat pul müqabilində aldığını və öz şəxsi istifadə üçün üzərində daşıyaraq 03 may 2024-cü il tarixdə saat 00:45 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofana bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı Taryel Qaffarov tərəfindən qablaşdırılaraq içərisi boş olan ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi Rasim Almuradov və iki nəfər polis əməkdaşı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan göy rəngli cins şalvarının arxa cibindən Çin Xalq Respublikası istehsalı olmaqla üzərində ***-***-**-** mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «X14 7» markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı X4 tərəfindən istintaq orqanına təqdim edilməsi üçün götürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 may 2024-cü il tarixli 4(004)- 412/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V.99-101). Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/2435 saylı xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,906 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin metamfetaminin 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 1,856 qram çəkidə hissəsi qalıq qalmışdır. (İ/V.72-74). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsin Ambulator X2 4873 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V.121-122). “Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan götürülmüş təmiz çəkisi 1,906 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş – 1,856 qram qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “X14 7” markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin ailə üzlərinə qaytarılmışdır. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (İ/V.312-324). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədəki 14 may 2024-cü il tarixli arayışdan və 02 avqust 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. (İ/V.105-107) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-379/2023cü il saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəza çəkmə müddətinin başlanğıcı 25 iyun 2022-ci il tarixdən hesablanmaqla, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkəm edilmişdir. (İ/V.206-216). İş materiallarında əlavə edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 4873 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adma Bakı istintaq təcridxanasmda tərtib olunmuş tibbi kitabçada köhnə çapıq toxumalardan başqa hər hansı bir xəsarətin olması barədə qeydiyyat olmamışdır. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalından həbs edilmişdir. Onun saxlanılması Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə hesab edilən metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlaması özünün ibtidai istintaq zamanı etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib üzərində saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-379/2023-cü il saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilmişdir. Bu halın mövcud olması onun barəsində cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxsə cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,856 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-153/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 07 ay 27 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,856 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-153/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-153/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver