Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-154/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X19, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X10, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndələri: X12, X2 Təqsirləndirilən şəxs: xx.xx.1959-cu ildə Beyləqan rayonunda anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər 08 saylı X8 Yardım Stansiyasının anestezioloji reanimasiya briqadasının həkimi vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 122, mənzil 37-də qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 62, mənzil 10-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər 08 saylı X8 Yardım Stansiyasının anestezioloji reanimasiya briqadasının həkimi vəzifəsində işləyərkən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə növbədə olduğu müddətdə xx xxxxxx 2019-cu il tarixdə saat 00:58-də Zərərçəkmiş şəxs2 adına Bakı şəhər 08 saylı TTTYS-na çağırış əsasında, saat 01:15-də orta tibb işçisi Şahid1 ibarət briqada ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 02 saylı yataqxanasına getmiş, yataqxananın birinci mərtəbəsində yerləşən hamam otağındakı axımlı su qızdırıcılarından sızan dəm qazının hamam otağının üzərində yerləşən 15 saylı otağa sızması nəticəsində həmin otaqda dəm qazından zəhərlənmiş Bakı Dövlət Universitetinin tələbələri X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər üçündə eyni vaxtda başlamış güclü baş ağrıları, tənəffüs çatışmazlığı, baş gicəllənmə, gözün torlanması kimi zəhərlənməyə xarakterik olan əlamətləri müşahidə etməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xəstələrin stasionara hospitalizasiyasına dair» metodiki tövsiyyələrin 2.1 və 2.5.1 bəndlərinin və Bakı şəhər Təcili və X9 X1 və Baş həkimi tərəfindən xx xxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «Təcili və X9 Stansiyasının anesteziologiya reanimotologiya briqadası həkiminin» vəzifə borclarının 21.3, 21.4 və 21.5 bəndlərinin tələblərinə əsasən hər üç xəstəyə zəhərlənmənin qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərməklə onları profil üzrə hospitalizasiya etməli, xəstələr xəstəxanaya getməkdən imtina etdikləri halda xəstə və ya onun qanuni nümayəndəsini xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları barədə məlumatlandırmalı, xəstəxanaya getməkdən imtina edən xəstəyə və ya qanuni nümayəndəsinə çağırış vərəqəsində imtina barədə qeyd yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində həmin gün, alınmadıqda isə ertəsi gün ərazi üzrə poliklinikaya məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə aktiv çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurmalı olduğu halda qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə və digər ağır nəticələrə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, Şəkər Xasmətova, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaxınlarına məlumat verməyib, çağırış vərəqində xəstələrin xəstəxanaya getməkdən imtina etmələrinə dair heç bir qeyd yazdırıb imzalatmamaqla, çağırışdan sonra xəstələrə təkrar baş çəkməyib, onlar barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya məlumat verməməklə, xəstələrin real vəziyyətlərini düzgün qiymətləndirməyib, onlara düzgün diaqnoz təyin etməməklə və ilkin tibbi yardımları düzgün göstərməməklə hər üç xəstəyə “Gərginlik baş ağrısı” diaqnozu təyin edib və “analgin+dimedrol” dərman preparatları inyeksiya edərək xəstələrdə zəhərlənmənin adi klinik gedişinin pozulması, sonrakı diaqnostikanın daha da çətinləşməsi, süstləşdirilərək yatmaları ilə onlarda zəhərlənmənin yenə də davam etməsinə şərait yaratması nəticəsində ehtiyyatsızlıqdan Şəkər Xasmətovanın xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 15 saylı otağında dəm qazı ilə zəhərlənmədən ölməsinə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə dəm qazı ilə zəhərlənmə nəticəsində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 1984-cü ildən Bakı şəhər 08 saylı TTY stansiyasında böyük anestezioloji reanimasiya briqadasının həkimi işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:00-dan səhər saat 08:00-a qədər tibb bacısı işləyən həyat yoldaşı Şahid1 ilə birlikdə növbədə olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə, saat təxminən 00:30 radələrində Bakı şəhər TTY stansiyasına zəng olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 02 saylı yataqxanasında 3 tələbə qızın zəhərlənməsi barədə məlumat verilmiş, həmin məlumat əsasında dərhal həyat yoldaşı, tibb bacısı Şahid1 ilə birlikdə TTY avtomaşını ilə qeyd olunan ünvana getmişlər. Yataqxananın 2-ci mərtəbəsində xəstələr olan otağa girdikdə orada bir qızın açıq pəncərə önündə hava aldığını, digər qızın oturduğunu, o birisinin isə uzandığını görmüşdür. Bu zaman otağa qonşu otaqda qalan, adını bilmədiyi digər qız da gəlmişdir. Onlardan nə olduğunu, hansı səbəbdən “103”-ə zəng etdiklərini soruşduqda onlar kəskin baş ağrıları olması səbəbindən zəng etdiklərini bildirmişlər. Həmin qızlardan Şəkər Xasmətova 02 gündür ki, onda baş ağrıları olduğunu, "Aksent-Forte” dərmanı içdiyini demişdir. Onlardan məlumatın hansı səbəbdən zəhərlənmə kimi verildiyinin səbəbini soruşduqda hər üçü TTY-a zəng edən zaman onlardan nə yedikləri soruşulduğunu və ola bilsin bu səbəbdən məlumatın zəhərlənmə kimi qeydə alındığını bildirmişlər. Onlardan hansı qidanı qəbul etdiklərini soruşduqda həmin gün axşam saat 21 radələrində zeytun yağında kartof qızartdıqlarını və onu qatıqla qarışdırıb yediklərini və daha sonra isə mandarin də yediklərini və bundan yarım saat sonra baş ağrılarının olduğunu bildirmişlər. Hansı səbəbdən kartof qızartmasını qatıq qatıb yediklərini soruşduqda onlar tələbə olduqlarını və demək olar ki, həmişə yeməyi bu cür yediklərini demişlər. Qızlar həmin qatıqdan dünən də yediklərini demişlər. Onlarla söhbət zamanı aydın olmuşdur ki, heç birində qusma, ürək bulanması. bayıra çıxma (ishal) və hərarət olmamışdır. Hər üç qızın qan təzyiqini yoxlayan zaman ikisində 120/80. Zərərçəkmiş şəxs2 isə 110/70 olmuşdur. Onların qarın nahiyələrini yoxlamış və heç birində hər hansı bir ağrı və ya şişkinlik aşkar olunmamış, bununla bağlı hər hansı şikayətlərinin olmadığını demişlər. Həmçinin qızlardan ikisi hamamda çimdiklərini bildirdikləri üçün onların dəm qazından zəhərlənmə ehtimallarını yoxlamaq məqsədilə çimdikləri hamama da baxış keçirmiş və hamamda dəm qazı iyisinin olmadığını müəyyən etmişdir. Orada olan zaman qızlar həmçinin bir müddət əvvəl “valerian ekstratı” qəbul etdiklərini də demişlər. Stolun üstündə salfetkanın üzərində 02 ədəd sarı rəngdə həb görmüş, qızlar həmin həblərə işarə edərək onlardan qəbul etdiklərini bildirmişlər. Onlar baş ağrısına qarşı dərman istəmişlər. Onlara təkidlə xəstəxanaya getməyin lazım olduğunu bildirsə də, qəti şəkildə xəstəxanaya getməkdən imtina etmişlər. Bu barədə X39 İdarəsində növbədə olan böyük həkimə məlumat vermiş, hər üç qıza baş ağrısına görə 2 ml həcmdə olmaqla analgin, 1 ml dimidrol məhluluna qarışdırmaqla iynə vurmuşdur. Orada təxminən 1.5-2 saata yaxın müddətdə qalmışdır. Saat 02 radələrində oradan çıxıb işə qayıtmışdır. Həmin qızlardan biri sentyabr ayında qan laxtalanmasına, baş gicəllənməsinə görə “ozon terapiyası” qəbul etdiyini və sonradan səhhətində yaxşılaşma olduğunu demişdir. İçəri girən zaman qızlardan biri pəncərə önündə hava alır, digər ikisi isə öz çarpayılarında uzanmışlar. Ancaq onların vəziyyətləri normal olmaqla, huşları özlərində olmuşdur. Onlarda qusma, ishal halı və digər kliniki əlamətlər olmamışdır. Növbədə olduqları vaxt həmin ünvandan onlara ancaq bir çağırış gəlmişdir. Ondan qabaq TTY stansiyasına qeyd olunan ünvandan hər hansı çağırışın gəlib-gəlməməsi barədə hər hansı bir məlumatı yoxdur. Onlara dərman preparatları, tibbi avadanlıqlar olan sumka işlədiyi tibb müəssisəsində ambulator dərman təchizatı otağının işçiləri tərəfindən müvafiq qaydada yığılmaqla verilir. Yəni müvafiq dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatlarını növbədə olan tibb bacıları sumkaya yığıb onlara vermişlər. Həmin gün də onlarla eyni vaxtda növbədə olmaqla qeyd etdiyi işi görən tibb bacısı Viktoriya Nəcəfova olmuşdur. X39 Stansiyasında dərman təchizatı ilə məşğul olan böyük feldşer Sevinc xanımdır. O, müəyyən vaxtlarda X39 İdarəsinə gedib oradan dərmanları götürür və həmin dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatları müvafiq ambulator dərman təchizatı otaqlarında olan tibb bacılarına paylanılır. Qeyd olunan məhlulların hansısa MDB ölkəsi istehsalı olduğunu bilir, ancaq həmin məhlulların istehsal tarixləri və istifadəyə yararlılıq müddəti barədə hər hansı bir məlumatı yoxdur. Ümumiyyətlə onlara verilən dərman preparatları daima yenilənir və orada köhnə, yararlılıq müddətləri keçmiş dərmanların olması mümkün deyil. X23 Qeydiyyat Vərəqində qeydlər onun tərəfindən aparılmışdır. Qızlar qəti olaraq xəstəxanaya getməkdən və orada qalmaqdan imtina etdikləri üçün onları xəstəxanaya apara bilməmişlər. Onlar zəhərlənmədiklərini, sadəcə olaraq baş ağrılarının olduğunu demişlər. Onları anamnezində hansısa konservləşdirilmiş qida qəbul etmələri barədə məlumat olarsa məcburi qaydada xəstəxanaya apara bilərdilər. Xəstə tibb müəssisəsinə getməkdən imtina etdikdə onların adından bu barədə iltizam alırmışlar. Xəstənin tibb müəssisəsinə getməsi üçün isə hər hansı məcburiyyət tədbiri tətbiq olunmur. Xəstənin anamnezi təmiz olduğundan, yəni zəhərlənmə əlamətləri müəyyən edilmədiyindən yuxarıda qeyd olunan məzmunda iltizamın alınması zərurəti görməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 2-ci mərtəbəsində yerləşən 15 nömrəli otaqda yaşayır. Xəstəxanaya gətirilənə qədər Şəkər Xasmətova ilə birgə həmin otaqda qalmışdır. Zərərçəkmiş şəxs2 isə oktyabr ayının ortalarına qədər həmin otaqda onlarla birgə yaşamışdır. Üçü də dərslər başlayan vaxt, yəni sentyar ayının 15-dən həmin yataqxanada yaşamağa qayıtmışlar. Hal-hazırda Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kürsünü bitirmişdir. BDU-nun 1-ci kursunda təhsil almağa başladığı vaxtdan Şəkərlə BDU-nun yataqxanasında bir otaqda yaşamışdır. Yalnız 2-ci kursda o, yataqxanada qalsa da, Şəkər ayrıca kirayə evdə qalmışdır. Zərərçəkmiş şəxs2 isə 2018-ci ilin sentyabrında 3-cü kursda oxumağa başladığı vaxt 2 saylı yataqxanada Dilrubənin qaldığı otağa köçərək, orada yaşamağa başladığı vaxtdan tanımışdır. 2018-ci ilin oktyabr ayından Şəkər, Dilrubə və o, birgə yataqxana otağında yaşamışlar. Dilrubə də Şəkəri həmin vaxtdan tanımışdır. Yeni dərs ili başlayandan sonra Dilrubə oktyabr ayından əmisigildə qalmış və təxminən bir aydan çox qaldıqları evə gəlməmişdir. Həmin vaxtdan demək olar ki, Dilrubəni görmürmüş. xx xxxxxx 2019cu il tarixdə saat 19 radələrində Dilrubə yaşadığı otağa gəlmiş və gətirdiyi mandarinləri o, Dilrubə və Şəkər yemişdir. Dilrubə qaldığı evə gəldikdən sonra, o Şəkərlə birlikdə yaşadığı yataqxananın 1-ci mərtbəsində yerləşən hamam otağına düşüb çimmişdir. Çimdikləri hamam otağında su qızdırıcısı yoxdur və həmin hamamın su qızdırıcıdan hamam otağının girişindəki dəhlizdə yerləşir. Təxminən saat 20:30 radələrində Şəkərlə birgə yaşadığı otağa qalxmış və Dilrubəyə əvvəldən yemək bişirməyi tapşırdığına görə, Dilrubə qaldığı otaqda göstərdikləri kartof və zeytun yağı ilə yemək bişirmişdir. Saat 21 radələrində kartof qızartması ilə qatıq yemişlər. Həmin vaxtı hər üçü də stolun üzərində olan qatıqdan yemişlər. Həmin yeməyi çovdar çörəyi və qatıqla yemişlər. Kartofun qızardıldığı zeytun yağını bazar günü, yəni noyabr ayının 17-də, çovdar çörəyini ayın 20-də, qatığı isə 19-da Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Spar" supermarketindən almışlar. Kartofları isə təxminən oktyabr ayında Şəkərin qohumları Qusar rayonundan göndərmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində otaq yoldaşları Şəkər Xasmətova və Zərərçəkmiş şəxs2 ilə birgə Dilrubənin bişirdiyi kartof qızartmasını yeməyə başlayıb, qurtardıqdan sonra hər üçü Şəkərin yuyub gətirdiyi almadan yemişlər. Təxmiən saat 22 radələrində isə özlərini pis hiss etməyə başlamışlar. O qabları yuyub qayıtdıqdan sonra, özünü pis hiss etdiyinə görə üzünü yumağa getmişdir və həmin vaxt yediklərini qaytarmışdır. Otağa qayıdıb, əvvəlcə 2 tablet valeriyan dərmanı içmişdir. Onun baş ağrıları artdığına görə və ürək çırpıntıları artıb, tənginəfəs olduğuna görə Şəkər yan otaqda Ayişədən “karvavol” dərmanı gətirmiş və o, bir udum karvavol içmişdir. Şəkərlə Dilrubə isə heç bir dərman içməmişdir. Daha sonra gözü iki dəfə qaralmış və başı gicəlləndiyindən otaqdakı stulun üstünə də yıxılmışdır. Digər qızlar da özlərini piss hiss etmişlər. Hər üçü yaxşılaşacağını fikirləşib, saat 01 radələrinə qədər X31 müraciət etməmişlər və uzanıb gözləmişlər. O, otaqda öz çarpayısında Şəkər də onun yanında, Dilrubə isə otaqda öz çarpayısında uzanmışdır. Dilrubəni yuxu tutsa da, Şəkərlə özü yuxulamamış və sadəcə uzanmışlar. Aradabir vəziyyətinin pisləşməsindən xəbər tutmuş qonşu otaqda qalan qızlardan Ayişə, Tofiqə, Sənubər, Zərqələm, Mətanət və Jalə də gəlib onlara baş çəkirmişlər. Heç birinin vəziyyətlərinin yaxşılaşmağa doğru getmədiyinə görə, gecə saat 01 radələrində yuxudan oyanmış X29 Yardım Xidmətinə zəng etmişdir. Təxminən saat 01 radələrində 1 qadın tibb bacısı və 1 kişi həkim olmaqla, 2 nəfər tibb işçisi yaşadıqları otağa daxil olmuşlar. Həmin həkimə yemək yedikdən sonra üçünün də baş gicəllənməsi və tənginəfəslik olduğunu bildirmişlər. Həkim isə otağa girdikdən sonra onlara baxıb “sizdə heç bir zəhərlənmə yoxdu, siz də aləmi qatırsınız bir-birinə” demişdir. Daha sonra kütləvi zəhərlənmə kimi məlumat daxil olduğunu bildirib, onlara əvvəlcə xəstəxanaya getməli olduğunu bildirmiş, o isə həkimə heç nələri yoxdursa, heç olmasa onlara baş ağrı dərmanı verməsini xahiş etmişdir. Lakin həkim onlara dərman verə bilməyəcəyini demişdir. Həmin gecə vaxtı X39 həkimi onlara heç bir dərman verməmişdir. Yalnız hər üçünün təzyiqini ölçmüş, hər üçünə analgin-dimidrol smesinin iynəsini vurmuşdur. Daha sonra, həmin həkim vəziyyətlərinin normal olacağını bildirib, tibb bacısı ilə birgə otağı tərk etmişlər. Həkimlər getdikdən sonra otaqdan çıxıb, su içmək üçün mətbəxə gedəndə qapıçı Elvin onu görüb, vəziyyətini soruşmuş, lazımdırsa onları xəstəxanaya aparmağı təklif etmiş, o isə həkimin heç bir problemləri olmadığını deməsini ona da bildirmişdir. Daha sonra su içib otağa qayıtdıqdan sonra, halsız olduğuna görə öz yerində, yəni soldakı çarpayıda yatmışdır. Səhər tezdən saat 07:30-da telefonun zəng çalarına oyanmış və halsız, eləcə də yuxulu olduğuna görə yerindən qalxa bilməmiş, Dilrubənin imtahan kəsiri olduğundan və universitetə getməli olduğundan onu çağırmışdır ki, oyansın. Lakin Dilrubə oyanmamış və onu yuxu tutmuşdur. Yenidən oyanıb, xalasının zəng etdiyini görmüşdür. Yenidən oyananda isə artıq xəstəxanada olmuşdur. Səhərlər oyananda yarım oyaq vəziyyətdə telefona baxıb yenidən yatdığına görə, Dilrubənin və Şəkərin hansı vəziyyətdə olduğunu görməmişdir. Sonradan xəstəxanada onu ziyarətə gəlmiş Tofiqə bildirmişdir ki, ağzlarından köpük, Şəkərin ağzından isə qan gəlmişdir. Əvvəlcə Dilrubə evə girəndə onun gətirdiyi mandarini yemişlər. Hamam otağından qayıtdıqdan sonra hər üçü birlikdə kartof qızartması, qatıq və çovdar çörəyi yemişlər. Yemək yedikdən 10-15 dəqiqə sonra hər üçü alma da yemişlər. Şəkərlə Dilrubə və otağa gəlmiş Nərmin isə birgə armud da yemişlər. Kartof qızartmasının dadına baxmaq üçün Nərmin də bir-iki dilim kartof yemişdir. Nərmin hamamda olanda, mandarindən də yemişdir. Nərminin yediklərindən fərqli olaraq üçü yalnız qatıq və çovdar çörəyi yemişlər. Təqsirləndirilən şəxsdən şikayətçidirlər, təqsirləndirilən şəxs öz səhfini başa düşməmişdir, onlarla barışıq üçün heç bir cəhd göstərməmişdir, ən ağır formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildə BDU-nun Kitabxanaçılıq və İnformasiya Fakültəsinə daxil olmuş, əvvəlcə kirayədə yaşamış, 2017-ci ilin sentyabr ayından isə Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının ikinci mərtəbəsində yerləşən 15 saylı otaqda tələbələr Firuzə və Zərqələmlə birlikdə yaşamışdır. Həmin qızlarla yola gedə bilmədiyinə görə 2018-ci ilin sentyabr ayından digər tələbələr Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova ilə birlikdə yaşamağa başlamışdır. Həmin qızları onlarla birlikdə bir otaqda yaşamağa başladıqdan sonra tanımışdır. Yataqxananın otaqlarında hansı tələbələrin kimlərlə birlikdə qalmasını yataqxananın komendantı Pərvaz Əskərov müəyyən etmişdir. Yaşadığı otaq 3 nəfərin yaşaması üçün nəzərdə tutulmuşdur. Həmin otaqda 3 nəfərlik çarpayı, paltar şkafı, qab qaçaq yığmaq üçün şkaf, stol, 3 ədəd stul. 3 ədəd şkaf və Şəkər Xasmətovanın özü üçün gətirdiyi paltar yığmaq üçün şkafı olmuşdur. Bundan başqa qış aylarında hava soyuq olduğu üçün otağa 3 spirallı elektrikli qızdırıcı qoymuşlar. Həmin qızdırıcını kimin almasını və otağa gətirməsini xatırlamır. Yataqxananın ikinci mərtəbəsində ayaqyolu, əl-üz yuyulan yer, paltar yumaq və qurutmaq üçün otaq və mətbəx ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbədə yerləşən hamam otağı isə həftənin tək günləri qız, cüt günləri isə oğlan tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur. Yataqxananın girişində 24 saat nəzarətçi olmuşdur. Həmin nəzarətçilər Elvin, Sabir və İslam adlı şəxslərdir. Onlar növbəli şəkildə 24 saat növbə çəkmişlər. 2018-ci ilin sentyabr ayında ona komendant Şahid6 tərəfindən yataqxananın ikinci mərtəbəsində yerləşən 15 saylı otaqda yer ayrılsa da, X30in işləmək üçün Rusiya Federasiyasına getməsi ilə əlaqədar onun arvadı Sevinc Quliyevanın tək qalmaması üçün onlara getmişdir. X30 dekabr ayında geri qayıtdığına görə xx xxxxxx 2018-ci il tarixdə yataqxanaya qayıtmışdır. Lakin həmin vaxta qədər arada yataqxanaya gedib gəlirmiş. Həmin vaxt otaqda Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova qalırmış. 2019-cu ilin iyul ayının əvvəllərində imtahanlarını verəndən sonra yaşadığı Göyçay rayonuna qayıtmışdır. Həmidə və Şəkər imtahanlarını tez verdiklərinə görə ondan əvvəl getmişlər. 2019-cu ilin sentyabr ayının 12-14-ü aralığında yeni dərs ilinin başlaması ilə əlaqədar yenidən yataqxanaya qayıtmışdır və bu dəfə də hər üçü ikinci mərtəbədə yerləşən 15 saylı otaqda yaşamışlar. Lakin əmisi yenidən işləməyə getdiyinə görə xx xxxxxxx 2019-cu il tarixdən yenidən əmisigildə yaşamış və yalnız xx xxxxxx 2019-cu il tarixdə yataqxanaya qayıtmışdır. Lakin bu müddət ərzində 2-3 dəfə yataqxanaya qızlara baş çəkmək üçün gəlmiş və mobil telefon, internet vasitəsi ilə qızlarla mütəmadi əlaqə saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 18:40 radələrində yataqxanaya qayıtmışdır və yolda universitetin əsas girişi ilə üzbə-üz küçədə yerləşən “SPAR” adlı mağazadan mandarin almışdır. Mandarin piştaxtada az qaldığından qalan mandarinlərdən nisbətən yaxşılarını torbaya yığıb təxminən yarım kilo yəni, 10 ədədə yaxın mandarin almışdır. Yataqxanaya gələndə otağının qapısı açıq olduğundan qızlardan birinin artıq gəldiyini başa düşmüşdür. Şəkər ondan əvvəl gəlmiş və o su yerində paltar yuyurmuş. Yan otaqda olan qızlarla təxminən 10 dəqiqə salamlaşıb hal əhval tutandan sonra Həmidə gəlmiş və otağa keçmişdir. 5 dəqiqə sonra Şəkər də gəlmişdir. Birlikdə hərəsi 2-3 ədəd mandarin yemişlər. Mandarinin dadında və görünüşündə hər hansı şübhəli hal olmamışdır. Sonra Həmidə ilə Şəkər hamam otağına çimməyə getmişlər. O, otaqda Şəkərin yaşadığı Qusar rayonundan gətirmiş olduğu kartoflardan bir neçəsini soyaraq mətbəxə keçən zaman dəhlizdə Nərminlə rastlaşmışdır. Nərmin həmin vaxt hamamdan gəlirmiş və onun otağına gəlmişdir. Kartofları yuyub doğramış və zeytun yağı ilə qızartmışdır. Yeməyə həmişə istifadə etdiyi bankada olan duzdan əlavə etmişdir. Anası ilə telefonda danışmış və Nərmin də yanında olmuşdur. Arada mətbəxə keçib yeməyi qarışdırmışdır. Yemək bişirdiyi müddət ərzində mətbəxdə Tofiqə, Mətanət və adını bilmədiyi hüquq fakültəsinin tələbəsi yemək bişirirmiş. Təxminən 20:45 radələrində Həmidə ilə Şəkər hamamdan qayıtmışlar. 21 radələrində o, Həmidə və Şəkər hazırladığı kartof qızartmasını yemişlər. Həmin vaxt otaqda Nərmin də olmuş və o, yeməyin dadına baxmaq üçün iki dilim kartof yemişdir. Kartof qızartmasını qatıq və qara covdar çörəyi ilə birlikdə yemişlər. Qatıq “Südçü” firmasının istehsalı olub və bir gün əvvəl Həmidə tərəfindən alınmışdır. Həmidə ona həmin qatıqdan bir gün əvvəl də Şəkərlə birlikdə yediklərini demişdir. Çovdar çörəyini isə həmin gün Şəkər “SPAR” marketdən almışdır. Ümumiyyətlə evə bazarlığı həmin marketdən edirlər. Yeməkdən sonra hər üçü və Nərmin alma yemişlər. Şəkər, Nərmin və o, evdə olan sonuncu 7-8 ədəd armudu da yemişlər. Həmin alma və armudlar isə Şəkərə yaşadığı Qusar rayonundan göndərilmişdir. Bundan sonra Nərmin öz otağına getmişdir. Saat 22 radələrinə qədər üçü birlikdə şəkil və video çəkərək əylənmişlər. Hər üçünün əhvalı yaxşı olmudur. Saat 23 radələrində üçü də eyni vaxtda özünü pis hiss etmişdir. Şəkər Həmidədən başının ağrıdığını elektrikli qızdırıcını söndürməyi xahiş etmişdir. Bundan sonra onlar elektrikli qızdırıcını söndürmüş və otağın hər iki pəncərəsini açaraq havalandımışlar. Həmidə ilə Şəkər hamamdan qayıtdıqdan sonra isti olduğuna görə pəncərənin bir layını açmışdır. Bundan sonra özünü pis hiss etməyə başlamışdır. O, yatağında uzanmışdır. Ayılanda Tofıqəni otağında görmüşdür. Həmidə özündə olmadığından Tofıqə və Şəkər onu ayıltmağa çalışırmış. Onun gözü torlanır və qaralırmış. Bundan başqa başı çox ağrıyır və ürəyi çırpınırmış. Yerindən qalxmağa çalışsa da dura bilməmişdir. Digər tələbə Ayşə də gəlmiş və onlar Həmidəyə korvalol məhlulu içirtməyə çalışmışlar. Lakin Həmidə həmin dərmanı tünd olduğuna görə içə bilməmiş və saat 01 radələrində 103 xidmətinə zəng edərək X39 çağırmışdır. Təxminən 01:30 radələrində 1 qadın tibb bacısı və 1 kişi həkim olmaqla, 2 nəfər tibb işçisi yaşadığı otağa gəlmişlər. Həmin həkimə yemək yedikdən sonra üçünün də baş gicəllənməsi və ürək bulantılarının olduğunu bildirmişdir. Həkimlər isə kütləvi zəhərlənmə kimi məlumat daxil olduğunu lakin onlarda zəhərlənmə əlamətləri olmadığını, özlərini panikaya saldıqlarını bildirib, onlara xəstəxanaya getməli olduğunu demişlər. Həkimlər onlara zəhərlənmədiklərini, ciddi bir hal olmadığını bildirdiyinə görə xəstəxanaya getməmişlər. Həkimlərdən baş ağrısını kəsəcək dərman verməsini xahiş etmişdir. Həmin gecə vaxtı X39 həkimi onlara heç bir dərman verməmişdir. Yalnız hər üçünün təzyiqini ölçmüş, hər üçünə də analgin-dimidrol iynəsini vurmuşdur. Həkimlər iynə vurandan sonra hər üçü yatmışdır. Bundan sonra nə baş verməsi yadında deyil və özünə gələndə xəstəxanada olmuşdur. X39 həkimi onlara heç bir dərman verməmişdir. Yalnız hər üçünün təzyiqini ölçmüş, hər üçünə analgin-dimidrol smesinin iynəsini vurmuşdur. X39 həkimi gələnə qədər yalnız Həmidə iki ədəd valerian həbi qəbul etmişdir. Korvalol məhlulu hazırlasalar da Həmidə onu içməmişdir. Ona əvvəllər analgin-dimidrol iynəsi vurulmuşdur. Həmin qarışığa qarşı allergiyası yoxdur. Həmidə və Şəkərin həmin qarışığa qarşı allergiyalarının olub-olmamalarını bilmir. Lakin həkim onlardan bu barədə soruşanda Şəkər və Həmidə allergiyalarının olmadığını bildirmişlər. Yataqxananı hər gün xadimələr təmizləyir və hər gün komendant tərəfindən təmizliyə nəzarət edilir. Otaqlarda təmizliyin olmasına ümumi nəzarətçi Zülfiyyə xanım və tələbə şəhərciyinin direktoru Pərvaz müəllim nəzarət həyata keçirir. Həmçinin mətbəxdə zibilərin yığılmasına icazə verilmir. Yataqxanada hər mərtəbədə 2 sanitar qovşağından və yalnız 1-ci mərtəbədə olan hamam otağından istifadə edilir ki, həmin otaqlarda da təmizliyə riayət edilir. Yataq otağını da hər gün otaqda qaldığı müddətdə təmizləyir və yaşadıqları otaqda da təmizliyin olmasına Zülfiyyə xanım və Pərviz müəllim nəzarət edirmiş. Yataqxana yalnız avqust ayında dərmanlanaraq dezinfeksiya olunmuş və onlara sentyabr ayının 15-dən orada yaşamağa icazə verilmişdir və bundan sonra otaq və yataqxana bir daha dezinfeksiya olunmamışdır. Otaqlarından oktyabr ayında siçovul ölüsü tapmışlar və həmin vaxtda o siçovulun ölüsünü təmizləyib, otağı xlorla təmizləmişdir. Şəkər və Həmidə ilə birlikdə otağı təmizləyib, bütün qida məhsullarını atmış və həmin vaxtdan sonra otaqda heç bir canlı heyvan, həşarat görməmiş, otağa hər hansı dərman vurmamışlar. Otaqda həşaratlar əleyhinə dixlofos və yay aylarında ağcaqanad dərmanı olmuşdur. Lakin xx xxxxxx 2019-cu il tarixdə həmin dərmanlardan istifadə etməmişlər. Otaqda hər hansı heyvan öldürücü dərman saxlamamış və almamışlar. Yataqxananın ümumi istilik sistemi olsa da, həmin istilik sistemi işləmədiyindən yaşadıqları otağı spirallı plitə ilə qızdırmışlar. Otağın havasını həmin plitə qurutduğuna görə həmişə otağın pəncərəsini açıb, otağı havalandırırmışlar və həmin gün də Həmidə ilə Şəkər hamamdan qayıtdıqdan sonra pəncərənin bir layı açıq olmuşdur. Özünü pis hiss edəndən sonra isə pəncərənin hər iki layını da açıb otağı havalandırmışlar. Yataqxanada yeməyi ancaq hər mərtəbədə iki dənə olan ümumi mətbəx otağında hazırlayıb, öz otağında yemişlər. Sonununcu dəfə Şəkər ilə noyabrın 7-də görüşmüş və Həmidə ilə daha əvvəlki günlərdə görüşmüş, onların marketdən alınma hazır yeməklərdən və ya onlara göndərilən yeməklərdən, turşulardan nə yeməsindən xəbəri olmamışdır. Həmin gün isə birlikdə yalnız mandarin, kartof qızartması, qatıq, çovdar çörəyi, alma və armud yemişlər. Hər üçündə şiddətli baş ağrıları, qulağında uğultu, ürək döyüntüsünün artması, təngənəfəslik, baş gicəllənmə, gözün torlanması, gözə qaranlıq çökməsi kimi narahatçılıqlar olmuşdur. Ona iynə vurulan zaman ürəyi bulanırmış. Lakin qusmamış və yatmışdır. Həmidə isə qusmuşdur. Özündə və digər qızlarda ağızda quruluq, nitqin pozulması, mədədə ağırlıq və ağrı əlamətləri müşahidə etməmiş, lakin hər üçündə halsızlıq və gözə qaranlıq çökməsi əlamətləri olmuşdur. O, və Həmidəyə nisbətən Şəkərin vəziyyəti daha yaxşı olmuşdur. O, və Həmidə yatağında uzandığı zaman otağın işığının yanılı olduğu halda elə başa düşürmüş ki, otaq qaranlıqdır. O, yerindən qalxmağa çalışsa da, halsız olduğundan dura bilmirmiş. Baş gicəllənməsi və halsızlıq əlamətləri Həmidə də güclü olmuşdur. Şəkər Xasmətovada qəbizlik problemi olmuş və onu sonucu dəfə görəndə son vaxtlar baş ağrılarının yarandığını bildirmişdir. Hətta bazar günü 2 dənə aksenforte adlı dərman qəbul etmişdir. Şəkərdə təxminən son iki ildə qəbizlik problemi yaranmışdır. Buna görə də, Şəkər plastmas qablarda detoks məhlul, yəni zəncəfil, darçın və limonu doğrayıb suyun içinə alıb hazırlayaraq həmin mayedən qəbul edirmiş. Lakin o, həmin məhluldan heç vaxt və həmin günü də qəbul etməmişdir. Əvvəllər Həmidə də həmin mayedən içmiş, həmin gün isə Həmidə də o, mayedən qəbul etməmişdir. Şəkər nişanlısı ilə telefonla mesajlaşır, lakin nişanlısı ilə hər hansı məzmunda telefonla danışdığını xatırlamır. Həmidənin hər hansı xəstəlikdən əziyyət çəkdiyini bilmir, lakin gözünün zəifliyinə görə həkimə müraciət etməsini bilir. Bundan başqa, Həmidə qan azlığına görə yaşadığı rayonda müalicə aldığını və xəstəxanaya getdiyini özündən eşitmişdir. Lakin onun hansı dərmanlar atmasını bilmir. Şəkər isə qeyd etdiyi kimi son vaxtlar baş ağrısı və qəbizlik problemindən başqa hər hansı ciddi bir xəstəlikdən əziyyət çəkməmişdir. Şəkər kosmetolji problemindən başqa, xəstəliyi ilə bağlı hər hansı xəstəxanaya müraciət etməmişdir. Şəkər Xasmətova baş ağrılarına görə bazar günü aksenforte atdığını demişdir. Şəkər sifəti üçün də kosmetoloqun yazdığı dərmanlardan istifadə edirmiş. Orada qaldığı vaxt, yəni sentyabrda Şəkər sifətinə aptekdən aldığı maz çəkmiş və dərman da atmışdır. 01 il əvvəl böyrək soyuqdəyməsi xəstəliyinə görə müalicə almış və axırıncı dəfə həmin vaxtlar dərmanlar atmışdır. Son vaxtlar isə heç bir xəstəxanaya müraciət etməmiş və dərmanlar qəbul etməmişdir. Həmin günü otaqda Şəkərin əvvələr aldığı həşərata qarşı spreyi görmüş və onun istifadə edilib edilməməsindən xəbəri olmamışdır. Heç biri arıqlamaq üçün hər hansısa vasitələrdən istifadə etməmiş, üyüdülmüş kətan toxumundan, eləcə də qeyd etdiyi içərisində darçın, zəncəfil və limon olan detoks mayedən isə Şəkər qəbzlik xəstəliyinə görə istifadə etmişdir. Həmin mayedən ümumiyyətlə içməmiş. Həmidə isə arada həmin mayedən içirmiş. Lakin hadisə günü heç kim həmin mayedən içməmişdir. Şəkər Xasmətova ilə Zərərçəkmiş şəxs1 ilə münasibəti həmişə çox yaxşı olmuşdur. Həmidə ilə Şəkər bacı kimi bir-birilərinə yaxın olmuş və heç bir problemləri olmamışdır. Həmin gecə gəlmiş həkimin yanında bir nəfər tibb bacısı da olmuş və həmin həkim onlara bildirmişdir ki, kütləvi zəhərlənmə haqqında məlumat verdiklərinə görə, xəstəxanaya getmək lazımdır. Lakin həkim onları yoxladıqdan sonra hər üçündə zəhərlənmənin heç bir əlamətinin olmadığını bildirmiş və sadəcə həmin həkim sonda onlardan xəstəxanaya getmək istəyib istəmədiyiklərini soruşduqda, onlara ciddi bir problemin olmadığını bildirdiyinə görə xəstəxanaya getməkdən imtina etmişlər. Lakin bu barədə heç bir sənəd imzalamamışlar. Həmidə və Şəkərlə həmin gün axşamdan qabaq təxminən 01 ay əvvəl, yəni, oktyabrın 14-15-də həmin yataqxanada sonuncu dəfə qaldığı günlərdə birgə yemək yemişdir. Bundan sonra bir dəfə də oktyabr ayının 21 ya 22-də gəlmiş və həmin vaxt hər üçü birlikdə dolma yemişlər. Oktyabrın sonlarından həmin günə qədər isə aradabir Şəkərlə universitetdə görüşüb, otaqdan ona əvvəldən dediyi kitabları gətirəndə görüşmüşdür. Həmidə ilə isə həmin hadisə baş verən günə kimi görüşə bilməmişdir, özlərini pis hiss etdikləri zaman nə o, nə də ki, digər qızlar hər hansı kəskin iy qoxu hiss etməmişlər. Həmin gün otağın havası normal olmuşdur. Otağın pəncərəsinin bir tayının həmin gün açıq olmağını xatırlayır. Yataqxanada əvvəllər zəhərlənmə hadisəsinin olmasını eşitməmişdir. Yataqxanada heç kimlə ədavət və ya düşmənçiliyi olmamışdır. Şəkər Xasmətovanın telefonunun kodunun nə olmasını bilmir. Təqsirləndirilən şəxsdən şikayətçidirlər, təqsirləndirilən şəxs öz səhfini başa düşməmişdir, onlarla barışıq üçün heç bir cəhd göstərməmişdir, ən ağır formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 1990cı ildən Bakı şəhər TTY stansiyasında, ondan sonra isə Bakı şəhər 8 saylı Tİ Y stansiyasında tibb bacısı kimi işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:00-dan səhər saat 08:00-a qədər əri Təqsirləndirilən şəxsla birlikdə növbədə olmuşdur. Ərinin ixtisası terapevt həkim olmasına baxmayaraq, müvafiq kurslar keçdikdən sonra hazırda kardioloq-reanimatoloq kimi fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə, saat 00:30 radələrində Bakı şəhər TTY stansiyasına zəng olunaraq, Yasamal rayonu. Mətbuat prospekti 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında 3 tələbə qızın zəhərlənməsi barədə məlumat verilmiş, həmin məlumat əsasında dərhal əri Ramizlə birlikdə TTY avtomaşını ilə qeyd olunan ünvana getmişdir. Həmin yataqxananın 2-ci mərtəbəsində xəstələr olan otağa girdikdə orada sonradan adının Həmidə olduğunu bildiyi qızın açıq pəncərə önündə hava aldığını, adı Şəkər olan qızın oturduğunu, digər Dilrubə adlı qızın isə uzandığını görmüşdür. Bu zaman otağa qonşu otaqda qalan, adını bilmədiyi digər qız da gəlmişdir. Onlardan nə olduğunu, hansı səbəbdən “103”-ə zəng etdiklərini soruşduqda onlar kəskin baş ağrıları olması səbəbindən zəng etdiklərini bildirmişlər. Həmin qızlardan Şəkər bildirmişdir ki, 2 gündür onda baş ağrıları olmuş, hətta “Aksent-Forte” də içmişdir. Onlardan məlumatı hansı səbəbdən zəhərlənmə kimi verildiyinin səbəbini soruşduqda hər üçü TTY-a zəng edən zaman onlardan nə yedikləri soruşulduğunu və ola bilsin bu səbəbdən məlumatın zəhərlənmə kimi qeydə alındığını bildirmişlər. Onlardan hansı qidanı qəbul etdiklərini soruşduqda həmin gün axşam saat 21 radələrində zeytun yağında kartof qızartdıqlarını və onu qatıqla qarışdırıb yediklərini, daha sonra isə mandarin də yediklərini və bundan yarım saat sonra baş ağrılarının olduğunu bildirmişlər. Həyat yoldaşı Ramiz hansı səbəbdən yeməkləri, yəni qatıqla kartof qızartmasını qatıb yediklərini soruşduqda onlar tələbə olduqlarını və demək olar ki, həmişə yeməyi bu cür yediklərini demişlər. Həyat yoldaşı Ramiz soyuducunu açıb onların yediyi qatığa baxmış, onu iyləmiş və istehsal tarixinə də diqqət yetirmişdir. Bu zaman qızlar həmin qatıqdan dünən də yediklərini demişlər. Onlarla söhbət zamanı aydın olmuşdur ki. heç birində qusma, ürək bulanması, bayıra çıxma (ishal) və hərarət olmamışdır. Hər üç qızın qan təzyiqini yoxlayan zaman ikisində 120/80. Dilrubə adlı qızda isə 110/70 olmuşdur. Ramiz onların qarın nahiyələrini yoxlamış və heç birində hər hansı bir ağrı və ya şişkinlik aşkar olunmamışdır. Bununla bağlı da hər hansı şikayətlərinin olmadığını demişlər. Həmçinin qızlardan Həmidə və Dilrubə hamamda çimdiklərini bildirdikləri üçün əri Ramiz onların dəm qazından zəhərlənmə ehtimallarını yoxlamaq məqsədilə çimdikləri hamama da baxış keçirmiş və hamamda dəm qazı iyinin olmadığını müəyyən etmişdir. Orada olan zaman qızlar həmçinin bir müddət əvvəl “valerian eksiratı" qəbul etdiklərini də demişlər. Stolun üstündə salfetkanın üzərində 02 ədəd sarı rəngdə həb görmüşdür. Qızlar həmin həblərə işarə edərək onlardan qəbul etdiklərini bildirmişlər. Onlar baş ağrısına qarşı dərman istəmişlər. Əri onlara təkidlə xəstəxanasa getməyin lazım olduğunu bildirmiş ancaq qızlar qəti şəkildə xəstəxanaya getməkdən imtina etmişlər. Ramiz də bu barədə X39 İdarəsində növbədə olan böyük həkimə məlumat vermişdir. Ancaq bir qədər sonra həmin qızlardan Dilrubə paltarını geyinib xəstəxanaya getmək istədiyini bildirmiş, lakin sonradan fikrini dəyişib səhər imtahanının olduğunu əsas gətirərək getməkdən imtina etmişdir. Hər üç qıza baş ağrısına görə 2 m/q həcmdə olmaqla analgin. 1 m/q dimidrol məhluluna qarışdırmaqla iynə vurmuşlar. Orada təxminən 1,5-2 saata yaxın müddətdə qaldıqdan sonra saat 02 radələrində işə qayıtmışalr. Həmin qızlardan biri sentyabr ayında qan laxtalanmasına, baş gicəllənməsinə görə “ozon terapiyası” qəbul etdiyini və sonradan səhhətində yaxşılaşma olduğunu demişdir, içəri girən zaman qızların vəziyyətləri normal olmaqla, huşları özlərində olmuşdur. Onlarda qusma, ürək bulanma, ishal halı olmamışdır. Növbə vaxtı həmin ünvandan ancaq bir çağırış gəlmişdir. Ondan qabaq TTY stansiyasına qeyd olunan ünvandan hər hansı çağırışın gəlib-gəlməməsi barədə hər hansı bir məlumatı yoxdur. Dərman preparatları, tibbi avadanlıqlar olan sumka işlədiyi tibb müəssisəsində ambulator dərman təchizatı otağının işçiləri tərəfindən müvafiq qaydada yığılmaqla verilir. Yəni müvafiq dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatlarını növbədə olan tibb bacıları sumkaya yığıb onlara verirlər. Həmin gün də onlarla eyni vaxtda növbədə olmaqla qeyd etdiyi işi görən tibb bacısı Viktoriya Nəcəfova olmuşdur. X39 Stansiyasında dərman təchizatı ilə məşğul olan böyük feldşer Sevinc xanımdır. O müəyyən vaxtlarda Bakı şəhəri, Bakıxanov prospekti 42 ünvanında yerləşən X39 İdarəsinə gedib oradan dərmanları götürür və həmin dərmanlar və digər zəruri ilkin tibbi yardım ləvazimatları müvafiq ambulator dərman təchizatı otaqlarında olan tibb bacılarına paylanılır. Qeyd olunan məhlulların hansı ölkənin istehsalı olduğu, həmçinin həmin məhlulların istehsal tarixləri və istifadəyə yararlılıq müddəti barədə hər hansı bir məlumatı yoxdur. Onlara verilən dərman preparatları daima yenilənir və orada köhnə, yararlılıq müddətləri keçmiş dərmanların olması mümkün deyil. X23 Qeydiyyat Vərəqindəki qeydlər əri Təqsirləndirilən şəxs tərəfindən çağırış yerində aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Təcili və X9 Stansiyasının 103 çağırış xidməti üzrə Çağırış qəbulu üzrə tibb bacısı vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə saat 00:58-də işdə olduğu zaman Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 15 saylı otağında yaşayan özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edən şəxs 103 çağırış xidmətinə zəng edərək özünün və onunla birlikdə yaşayan Şəkər Xasməlova və Zərərçəkmiş şəxs1 baş ağrılarından, ürək döyüntüsündən və halsızlıqdan şikayət etmişdir. Həmin zəngin zəhərlənmə ilə bağlı olduğunu qeyd edərək çağırışı ötürmə zalına göndərmişdir. Bu barədə 103 Çağırış Mərkəzinin baş həkiminə də məlumat vermişdir. Növbəti gün bilmişdir ki, qəbul etdiyi çağırış üzrə 3 tələbə zəhərləniş və onlardan biri ölmüşdür. Tələbələrin nədən zəhərlənməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Bakı şəhər 8 saylı TTY stansiyasında həkim işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 08:00dan axşam saat 20:00-a qədər növbədə olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 12:35-də ***-***- **-** nömrəli şəhər telefonundan Bakı şəhər TTY stansiyasına zəng olunaraq, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında bir tələbə qızın ağzından qan gəlməsi barədə məlumat verilmiş, həmin məlumat əsasında dərhal tibb bacısı Zilfi Yusubova ilə birlikdə TTY avtomaşını ilə qeyd olunan ünvana getmişlər. Həmin yataqxananın qarşısında və 2-ci mərtəbəsinə qalxdıqda orada çoxlu sayda insanın olduğunu görmüş, otağa daxil olduqda 3 gənc qızın ayn-ayn çarpayılarda uzandığını görmüşdür. Onlardan ikisinin inilti səsləri gəlmiş, biri isə ümumiyyətlə hərəkətsiz uzanmışdır. Hər üç qızın ağzından köpük gəlmişdir. Hərəkətsiz olan qızın nəbzini yoxladıqda artıq onun öldüyünü görmüş və bu barədə ətrafdakılara məlumat vermişdir. Orada olan tələbələr, həmçinin digər şəxslər təkidlə həmin ölmüş qızı 1 saylı X24 aparmalı olduğunu bildirmişlər, o isə buna etiraz edərək bunu edə bilməyəcəyini, artıq həmin şəxsin öldüyünü demişdir. Ancaq həmin şəxslərin çoxsaylı təkidlərindən sonra həmin ölmüş qızı qeyd olunan xəstəxanaya aparmağa qərar vermişdir. Ancaq digər qızların aparılması üçün avtomaşında şərait olmadığından əlavə briqadanın çağırılması üçün böyük həkim Əlişzadəyə məlumat vermişdir. Həmin ölmüş qızı TTY avtomaşını ilə 1 saylı X24 aparmış, orada ölüm faktı təsdiq olunmuşdur. Bu barədə Yasamal RPİ-nə məlumat vermiş və saat 13:38-də meyiti Yasamal rayonunda yerləşən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının morquna təhvil vermişlər. 3 qızdan biri tam hərəkətsiz, digər 2-sinin isə huşları özlərində olmamış və ancaq inildəyirmişlər. Həmin xəstələrin hamısında eyni əlamətlər olduğunu görüb onların nədənsə zəhərləndiklərini düşünmüşdür. Ancaq həmin qızların ağızlarından qan gəlməsini müşahidə etməmişdir. Onların hər üçünün ağzından köpük gəlirmiş. Həmin xəstələri ancaq müayinə etmiş, onlara hər hansı dərman verməmişdir. Orada olan şəxslərdən kimsə demişdir ki, dünən gecə saatlarında da TTY- müraciət etmişlər. Ancaq onların hansı səbəbə görə müraciət etmələri barədə hər hansı bir məlumatı yoxdur. Sonradan öyrənmişdir ki, gecə həmin xəstələrin çağırışına işlədiyi TTY stansiyasının həkimi Təqsirləndirilən şəxs gəlmişdir. Yataqxanada olan zaman otaqda stolun üstündə analgin-dimidrol ampulaları görmüşdür. Yəqin ki, həmin iynələri dünən gecə çağırışa gəlmiş həkim briqadası vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının komendantı, həmçinin xx xxxxxx 2017-ci il tarixdən tələbə şəhərciyinin direktoru vəzifəsinin icraçısı kimi fəaliyyət göstərir. İşi əsasən yataqxananın infrastrukturuna daxil olan kanalizasiya, elektrik, qaz sistemlərinin normal işləməsinə, yararlılığına nəzarət etmək, bununla bağlı zəruri tədbirlərin təşkil edilməsi, yataqxanadaxili nizam-intizam qaydalarına əməl olunması və s. işlərin yerinə yetirilməsindən ibarətdir. Hər gün səhər saat 09:00-dan saat 17:00dək yataqxanada öz xidməti iş yerində olur. xx xxxxxx 2019-cu il tarixində işi ilə bağlı ərazidə olan zaman mobil telefonuna yataqxanada qalan qızlardan Xalisə zəng vuraraq yataqxanada qalan Tofıqə adlı qızın qonşu otaqda qalan Şəkər, Dilrubo və Həmidə adlı qızların otaqlarına girən zaman onların ağızlarında köpük olduğunu, huşlarının özlərində olmadığını bildirdiyi barədə məlumat vermişdir. Bundan dərhal sonra X31 zəng edib bu barədə məlumat vermiş və özü də yataqxanaya getmişdir. Ondan əvvəl artıq İTY Stansiyasına bu barədə məlumat verilmişdir. X39 maşını təxminən 20 dəqiqə və ya yarım saata gəlmişdir. Onlar gəldikdə artıq qızlardan Şəkər ölmüşdür. Həmin TTY briqadası Şəkəri xəstəxanaya aparmış, digər qızları isə çağırış əsasında bir qədər sonra oraya gəlmiş TTY briqadaları aparmışlar. Gecə saatlarında həmin qızların çağırışı əsasında TTY briqadasının həkimi gəlib onları müayinə etmiş, xəstəxanaya aparmağı təklif elmiş, ancaq gecə saatları olduğundan onlar xəstəxanaya getməkdən imtina etmiş, həkim tərəfindən onlara iynə vurulmuşdur. Həmin qızlardan Dilrubə keçən il bir neçə dəfə səhhətində yaranmış problemlərə, konkret olaraq isə depressiyaya düşməsi, yəni əsəb problemlərinə görə X31 müraciət etmişdir. Ancaq digər qızların TTY-a müraciət edib- etməmələri barədə hər hansı bir məlumatı yoxdur. Yataqxananın hamam otağı birinci mərtəbədə binaya girişdən sol tərəfdə yerləşir. Həmin hamam otağında bir ümumi sahə və 3 ədəd duş kabinələrinin olduğu yer vardır. Duş kabinələrindən biri işləmir. Hamamda 2.4 və 6-cı günlər oğlanlar, 3,5 və bazar günləri isə qızlar çimirlər, bazar günləri saat l0:00-dan. həftə içi günlər isə saat 14 radələrindən etibarən hamamdan istifadəyə icazə verilir və saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Hamam otağının əsas giriş hissəsində əvvəllər qazla işləyən həcmli su qızdırıcısı olmuşdur. Lakin 2019-cu ilin aprel ayında Universitet tərəfindən ayrılmış vəsait hesabına Biləcəri qəsəbəsində yerləşən “Euro Home” ticarət mərkəzindən iki ədəd 32 litrlik qazla işləyən axar su qızdırıcısı alaraq həmin su qızdırıcdan almış və Ağahəsən və digər adı yadında qalmayan Bakı Dövlət Universitetində santexnik işləyən işçilər quraşdırmışlar. Həmin vaxtdan etibarən yataqxanada hamamın suyu almış olduğu iki ədəd qazla işləyən axar su qızdırıcısı ilə qızdırılmışdır. Bu müddət ərzində hamamda heç bir hadisə qeydə alınmamışdır. Su qızdırıcısı quraşdırılan zaman ərazi üzrə qaz idarəsindən mütəxəssislər dəvət etməmişlər. Yataqxananın hamamında qazla işləyən axar su qızdırıcısı quraşdırdıqlarından etibarən ərazi üzrə qaz idarəsinin əməkdaşları tərəfindən yataqxananın hamam otağına baxış keçirilməmişdir. 2003-cü ildən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında işləyir və hazırkı vaxtadək yataqxanada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınmamışdır. Hamam otağının pəncərəsinin şüşəsi olmadığına görə ora daima havalanır. Bundan əlavə, hamam otağının daima havalaııması üçün su qızdıncıları işləyən zaman hamamın giriş qapısı açıq saxlanılır. Eksperiment zamanı da müəyyən olunmuşdur ki, qapı açıq saxlanıldığı zaman hamamda hava axını yarandığı üçün orada dəm qazının təhlükəli həddə qədər yığılması aşkar edilməmişdir. Hamamla yataqxananın ikinci mərtəbəsində yerləşən 15 saylı otağın arasında qalın beton panellər və divar vardır. Oradan 15 saylı otağa dəm qazının necə sızmasını başa düşə bilmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında gözətçi işləyir. İş rejimi növbəli şəkildədir. 24 saat işdə. 48 saat evdə olur. İşi səhər saat 08:00-dan başlayır. X13. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı Dövlət Universitetinin tələbələridir, onlar yataqxananın 2-ci mərtəbəsində 15 nömrəli otaqda yaşamışlar. Onlar normal, tərbiyəli qızlar olmuş, hər hansı artıq-əskik hərəkətlərini müşahidə etməmişdir. Dilrubə bir neçə müddətdir ki. orada qalmırmış. xx.xx.2019-cu il vaxtını dəqiq xatırlamadığı vaxtda Dilrubə yataqxanaya gəlmişdir. Həmin gün axşam saat 01 radələrində yataqxananın ərazisini yoxlamaq üçün əraziyə çıxmışdır. Bu zaman dərs oxumaq üçün nəzərdə tutulmuş otaqda olan Elvin adlı tələbə ona zəng edərək bildirmişdir ki. qızlar X39 çağırmış, həkimləri qarşılamaq lazımdır. O yataqxananın həyətyanı sahəsinin giriş darvazasında, gözləmiş və 10-15 dəqiqədən sonra X39 avtomobili gəlmişdir. Həkimləri qarşılayıb. 2-ci mərtəbəyə aparmışdır. Orada ona məlum olmuşdur ki. 15 nömrəli otaqda yaşayan Şəkər, Dilrubə və Həmidə özlərini narahat hiss etdikləri üçün X31 müraciət etmişlər. Həmin vaxt Tofıqə adlı tələbə də orada olmuşdur. Təxminən 30-40 dəqiqədən sonra həkim otaqdan çıxaraq qızların xəstəxanaya getməli olduqlarını bildirmişdir. Otaqda olanda həkim qızlardan nə yediklərini soruşmuş, onlarda zeytun yağında qızardılmış kartof və qatıq, yedikdən sonra da mandarin yediklərini bildirmişlər. Həkimdən onlara nə olduğunu soruşanda o qızların yüngül baş ağrısı olduğunu, təzyiqlərinin normal olduğunu, “qusma'“ və “panos" əlamətlərinin olmadığını zəhərlənmədən şübhələnmədiyini bildirmişdir. Hətta həkim dəm qazı zəhərlənməsi olubolmaması məsələsinə görə yataqxananın birinci mərtəbəsində yerləşən hamam otağına da baxmışdır. Daha sonra yuxarı qalxıb qızların otağına girmişdir. Dilrubə paltarını və ayaqqabısını geyinib dəhlizə çıxmış, lakin Həmidə və Şəkər yerlərində oturmuşlar, sonra Dilrubə də fikrini dəyişərək xəstəxanaya getmək istəmədiyini bildirmişdir. Hətta həkimlər bir neçə dəfə Şəkər. Dilrubə və Həmidəyə xəstəxanaya getmək lazım olduğunu bildirsə də. onlar gecə vaxtı oradan necə qayıdacaqlarını, bir az başlarının ağrıdığını, həkim onlara dərman versə başlarının ağrısı kəssə rahatlaşacaqlarını demişdir. Onlara maddi köməklik edə biləcəyini və taksi ilə qayıtmaları üçün pul verə biləcəyini də bildirmişdir. Lakin onların hər üçü getmək istəmədiklərini bildirmişlər. Tofiqəyə də yaxınlaşıb əgər pula görə getmirlərsə onlara köməklik edə biləcəyini bildirmişdir. Tofıqə isə bildirmişdir ki, bu barədə özləri daha yaxşı bilərlər. Həkim onlara iynə vurduqdan sonra da bir müddət gözləmiş, onların qeydiyyatlarını aparmışdır. Şəkər. Dilrubə və Həmidənin xəstəxanaya getmək istəmədikləri səbəbindən həkimlər özləri çıxıb getmişlər. O da həkimlərin çantasını götürərək aparıb yola salmışdır. Bir müddət sonra geri qayıdıb qızlara baş çəkmək üçün onların mərtəbəsinə qalxıb qapılarını döymüşdür. Həmidə əlində stəkan çölə çıxmış və su içməyə gedəcəyini bildirmişdir. Həmin vaxt qapıdan görmüşdür ki. Dilrubə və Şəkər yerlərində uzanmışlar. Həmidəyə nə lazım olsa ona demələrini xahiş etmiş və digər qızların vəziyyətini soruşmuşdur. Həmidə də heç nə lazım olmadığını, qızların yatıb dincəldiklərini, baş ağrısı keçdikdən sonra yaxşı olacağım bildirmişdir. Bundan sonra həmin qızlardan xəbəri olmamışdır. Səhər saat 08:00da növbəni İslam adlı digər gözətçiyə təhvil verib evə getmişdir. Sonradan eşitmişdir ki, Şəkər, Dilrubə və Həmidə də nədənsə zəhərlənmişlər. həmin qızlardan Şəkər vəfat etmiş. Dilrubə və Həmidə X22 Toksikologiya şöbəsinə yerləşdirilmişlər. X13. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ancaq başlarının ağrıdığını deyir və həkimə də baş ağrısının kəsməsi üçün dənnan versə rahatlaşaçaqlarım demişlər. Lakin onlar həmin vaxt normal danışıb, gülür, o qədər də pis vəziyyətdə olmamışlar. Qızlara maddi cəhətdən köməklik edə biləcəyini desə də onlar razı olmamış və xəstəxanaya getməmişdirlər. Həkim otaqdan çıxaraq qızların xəstəxanaya getməli olduqlarını bildirsə də qızlar özləri getmək istəməmişlər. Həkimlər qızların otağında olarkən BDUnun 2 saylı yataqxanasının komendantı Şahid6 zəng edərək qızların halının pis olduğunu. X39 çağırdıqlarını, ola bilsin ki, qızlar xəstəxanaya aparılacaqlarını demişdir. Pərvaz ona nə lazımdırsa köməklik etməyi demişdir. Lakin qızlar həkimlərlə xəstəxanaya getmək istəməmişlər. Səhər işdən evə gedərkən Pərvaz yataqxanadakı vəziyyətlə bağlı soruşmuş, o da. hər hansı hadisənin baş vermədiyini demiş və evə getmişdir. Qızların ailələrinə hər hansı məlumat verməmiş, həkimlər getdikdən sonra da qızlar oyaq olmuşlar. X39 həlimləri saat 01 radələrində gəlmişlər, X31 qızlar özləri məlumat vermişlər, lakin konkret olaraq hansının məlumat verməsini bilmir. BDU-nun 2 saylı tələbə yataqxanası köhnə binadır, təmiri yaxşı deyil, təmiri köhnə vaxtdan qalıb. Sanitar qovşaqları təmirsizdir. Otaqlar da təmirsizdir, lakin tələbələrin yaşamaq üçün şəraitləri var. Köhnə olsa da otaqlarda stol. stul, çarpayılar var. Lakin sanitar qovşağında, otaqlarda hər hansı hər hansı əşya, kran, detal xarab olduqda, ya özləri, ya da usta çağırıb təmir etdirirlər. Yataqxanada əsaslı təmir olmamışdır, bəzi vaxtlarda üzdən rəngləmə və ya digər yüngül kasmetik işlər görülmüşdür. Dərslər bitəndən sonra yataqxanada tələbə olmayan vaxtlarda yataqxananın komendantı Şahid6 təşəbbüsü ilə yataqxana həşəratlara qarşı dərmanlanır, lakin konkret olaraq hansı müəssisə tərəfindən və kimin tərəfindən dərmanlanmasını bilmir. Yataqxanannın istilik sistemi yoxdur, tələbələr otaqları elektrik qızdıncısı ilə qızdırırlar. Yataqxananın hər dəhlizin iki tərəfində pəncərələr var. Yataqxananın ümumi tipli yeməkxanası yoxdur, hər mərtəbədə iki mətbəx var. Tələbələr yeməklərini həmin mətbəxdə bişirib öz otaqlarında yeyirlər. Yataqxananın hər mərtəbəsində iki tualet, qab və ya digər əşyaların yuyulması üçün iki su yeri var. Yataqxananın bir hamam otağı var. yuyunmaq üçün ayrı-ayrı üç yer var. Qızların və oğlanların yuyunmaq üçün ayrı günləri var. Hamamda su 3 ədəd qazla işləyən su qızdıncısı “pitiminutka*' ilə qızdırılır. Suqızdırıcıların boruları pəncərədən çölə çıxarılmışdır. Qızlar ona həmin gün axşamı zeytun yağında qızardılmış kartof, qatıq və mantarin yediklərini demişlər. Lakin qızların əvvəlki günlərdə nə yemələri, hansı dərman preparatları qəbul etmələri, onların əvvəlki günlərdə səhhətləri ilə bağlı hər hansı şikayətlərinin olub-olmaması barədə məlumatı olmamışdır. Qida Təhlükəsizliyi orqanları tərəfindən hadisədən əvvəl yataqxanada, universitetin yeməkxanasında yoxlanışlar aparılıb-aparılmaması barədə hər hansı məlumatı >oxdur. Tələbələrin yeməklərinə qarışmırlar, onlar özləri haradansa yemək alıb gətirə və ya ailələri tərəfindən göndərilən yeməklərdən istifadə edə bilirlər və özlərinə aid olan məmulatlardan istifadə elməklə >emək bişirə bilirlər. Hamamda 2.4 və 6-cı günlər oğlanlar. 3,5 və bazar günləri isə qızlar çimirlər. Bazar günləri saat 10:00-dan həftə içi günlər isə saat 14 radələrindən etibarən hamamdan istifadəyə icazə verilir və saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Hamam otağının əsas giriş hissəsində əvvəllər qazla işləyən həcmli su qızdıncısı var idi. Lakin 2019-cu ilin aprel ayında Universitet tərəfindən ayrılmış vəsait hesabına komendant Şahid6 tərəfindən iki ədəd 32 litrlik qazla işləyən axar su qızdıncısı alınmış və Universitetin fəhlələri tərəfindən hamama quraşdırılmışdır. Həmin vaxtdan etibarən yataqxanada hamamın suyu iki ədəd qazla işləyən axar su qızdıncısı ilə qızdırılmışdır. Bu müddət ərzində hamamda heç bir hadisə qeydə alınmamışdır. Növbətçiliyi olan günlərdə axar su qızdıncısı quraşdırılan zaman ərazi üzrə qaz idarəsindən mütəxəssislər dəvət edilməsini və qaz idarəsinin əməkdaşları tərəfindən yataqxananın hamam otağına baxış keçirilməsini görməmişdir. İşlədiyi müddətdə yataqxanada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınmamışdır. Hamam otağının pəncərəsinin şüşəsi olmadığına görə ora daima havalanırmış. Bundan əlavə, hamam otağının daima havalanması üçün su qızdıncıları işləyən zaman hamamın giriş qapısı açıq saxlanılırmış. Hamamın açarı həmişə gözətçi otağında olur və onlar tərəfindən hamam açılır və sonda bağlanılır. Hamam onun tərəfindən açılan zaman qapı daima açıq olur. Hamam otağının qarşısında kiçik daş vardır. Hər zaman qapını açdıqdan sonra həmin daşı qapının ağzına qoyur ki. qapı bağlanmasın. xx xxxxxx 2019-cu il tarixdə hamam saat 22:30 radələrinə qədər işləmişdir. Bundan sonra hamamı bağlamışdır. Ümumiyyətlə hamam hər gün saat 23 radələrinə qədər işləyir. Saat 23 radələrinə qədər hamamdan istifadə başa çatır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayından Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 20 nömrəli otağında yaşayır. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Həmidə və Şəkərin ayaqy olunun pəncərəsindən hava almağa çalışdıqlarını görmüş, onlardan nə baş verdiyini soruşduqda özlərini pis hiss etdiklərini bildirmişlər. Sonra öz otağına getmiş və təxminən 5-10 dəqiqə sonra yenidən onların vəziyyəti ilə maraqlanmışdır həmin vaxt qızların üçünün də vəziyyəti pis olmuşdur. Qızların üçü də baş ağrılarında və ürək döyüntülərinin yüksək olmasından şikayətlənmişlər. Gecə saat 24:00 radələrində Şəkər ona SMS yazaraq otağa çağırmış, o otağa getdikdə onların halsız olduqlarını görmüşdür. Təxminən yarım saat sonra X29 yardım çağırmış, 15 dəqiqəyə həkimlər gəldikdən sonra onları müavinə etmiş, təzyiqlərinin normal olduğunu demişlər. Həkimlərlə söhbət əsnasında onlar kartof qızartması ilə qatıq yedikdən yarım saat sonra üçünün də vəziyyətinin pisləşdiyini demişlər. Həkimlər qızlara xəstəxanaya getməyi təklif etsələr də onlar getmək istəməmişlər. Dilrubə əvvəl getmək istəsə də Həmidə və Şəkərin getmək istəməməsi səbəbindən o da getməkdən imtina etmişdir. Daha sonra həkimlər qızlara ağrıkəsici iynə vurmuş, 10 dəqiqə gözləyib dərmana qarşı allergiyalarının olmadığını gördükdən sonra çıxıb getmişlər. Həkimlər qızların nədən zəhərlənmiş olmalarını müəyyən edə bilmədiklərinə görə onlara xəstəxanaya getməyi təklif etsələr də qızlar getməmişdir. O da qızların yatmağa hazırlaşdıqlarını gördükdən sonra saat 02:20 radələrində otağına qayıtmışdır. Səhəri gün saat 12 radələrində o. qızların vəziyyəti ilə maraqlanmaq üçün otaqlarına getmiş, onların huşsuz vəziyyətdə yataqda uzandığını görmüş. Şəkəri və digər qızları oyatmaq istədikdə ağzından və bumundan köpük gəldiyini görmüşdür. Şəkərin ağzının dəymiş olduğu yataq qana bulaşmışdır. Digər qızları da oyatmaq istədikdə onların bumundan köpük gəldiyini görmüşdür. Daha sonra bu barədə nəzarətçiyə məlumat vermişdir. Verilmiş məlumat əsasında TTY həkimləri gəlmiş, həkimlər Şəkərin nəbzinin döyünmədiyini demişlər. Sonra isə hər üç qızı xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, hazırda 4-cü kurs tələbəsidir. X13. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəldən tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Hazırda yataqxananın 3-cü mərtəbəsinin 45 nömrəli otağında yaşayır. Onunla birlikdə həmin otaqda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi X3 da yaşayır. xx.xx.2019-cu il tarixdə saat 17-18 radələrində dərsdən yataqxanaya qayıtmış. Lakin yataqxanaya qayıdan zaman adları çəkilən qızların heç birini görməmişdir. Yataqxananın hamam otağı birinci mərtəbədə binaya girişdən sol tərəfdə yerləşir. Həmin hamam otağında bir ümumi sahə və 3 ədəd duş kabinələrinin olduğu yer vardır. Duş kabinələrindən biri işləmir. Hamamda 2,4 və 6-cı günlər oğlanlar. 3.5 və bazar günləri isə qızlar çimirlər. Bazar günləri saat 10:G0-dan. həttə içi günlər isə saat 14 radələrindən etibarən hamamdan istifadəyə icazə verilir. Hamamdan saat 23 radələrinə qədər istifadəyə icazə verilir. Hamam otağının açarı gözətçi otağında olur və hamamın açılıb bağlanılmasına gözətçi nəzarət edir. Hamam otağının əsas giriş hissəsində əvvəllər qazla işləyən həcmli su qızdırıcısı olmuşdur. Lakin 2019-cu ilin aprel ayında hamamda iki ədəd 32 litrlik qazla işləyən axar su qızdırıcısı quraşdırılmışdır. Həmin vaxtdan etibarən yataqxanada hamamın suyu iki ədəd qazla işləyən axar su qızdırıcısı ilə qızdırılmışdır. Bu müddət ərzində hamamda heç bir hadisə qeydə alınmamışdır. Hadisə günü yataqxananın hamam otağında çimmişdir. Onlar çimmək istədikdə hamam otağının qarşısına qoyulmuş kağızda növbəyə yazdırmışlar. Sonradan həmin kağız tullanılır. Həmin gün o və otaq yoldaşı Aytəkin növbəyə yazılmış və saat 21 radələrində onlara növbə çatdığından hamama düşərək orada çimmişlər. Onlardan əvvəl hamamda son çimən şəxslər Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova olmuşdur. Onlar hamamdan çıxandan sonra hamama girmişlər. Onlar hamamdan çıxan zaman hərəkətlərində şübhəli və ya qeyri-adi heç bir hal müşahidə etməmişdir. O və otaq yoldaşı Aytəkin hamamda çimən vaxt və çimdikdən sonra səhhətində narahatçılıq hiss etməmişdir. Hamamda işlək vəziyyətdə iki duş kabinəsi vardır. 3-cü kabinə isə işləmir. Ona görə də hamama iki nəfər eyni zamanda çimməyə girirlər. O və otaq yoldaşı Aytəkin İsrafılli həmin gün saat 21 radələrində eyni vaxtda hamama girmişlər və çimib hamamadan çıxmağı təxminən 30 dəqiqə çəkmişdir. Bir nəfərin hamamda çimməyi təxminən 30-40 dəqiqə çəkir. Onlardan sonra isə daha 3 nəfər növbədə olmuşdur. Bu hesabla düşünür ki. əgər başqa adam gəlməmişdirsə həmin gün hamam onlardan sonra təxminən 1 saat daha işləmişdir. Onlar hamadan çıxan zaman yataqxanada yaşayan Ulduz adlı qadın, yataqxananın ikinci mərtəbəsində yaşayan Nərgiz adlı qız və Nərgizin yanında tanımadığı bir nəfər də tələbə növbə gözləyirmiş. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid15 ifadəsində göstərmişdir ki, 2009cu ildən isə 1 saylı X22 Toksikologiya şöbəsində həkim reanimotoloq vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 15:30 radələrində Toksikologiya şöbəsinə X39 maşınları ilə sonradan adlarının Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğunu bildiyi iki nəfər xəstə huşsuz vəziyyətdə gətirilmişdir. Qızlar qaldıqları yataqxana otağında huşsuz vəziyyətdə aşkar olunmuşlar və onlarla birlikdə həmin otaqda qalan digər tələbə isə ölmüş vəziyyətdə aşkar olunmuşdur. Dərhal hər iki xəstə reanimasiya şöbəsinə yerləşdirilərək onlara reanimasıon tədbirlər görülməyə başlanılmış, xəstələr axşam saatlarında özlərinə gəlmiş, lakin hələ də tam ayıq olmamışlar. Səhərə yaxın isə qızlar özlərinə gəlmiş və su qida qəbul etməyə başlamışlar. Növbəti iki gün də onlar yataq rejimində müalicə olunmuşlar. Daha sonrakı günlərdə isə qızlar artıq gəzir və özlərini dayha yaxşı hiss etmişlər. Qızların dəqiq olaraq nədən zəhərlənmələri təyin edilmiş analizin nəticələri ilə müəyyən olunmadığına görə onları bir neçə gün də xəstəxana rejimində saxlamışlar və müalicə tədbirləri davam etdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə qızlar özlərini tam sağlam hiss etdiklərindən və onlarda hər hansı xəstəlik əlamətləri müşahidə edilmədiyinə görə onları özlərinin də razılığı əsasında xəstəxanadan buraxmışlar. Lakin analizin nəticələrinə görə qızların nədən zəhərlənməsi müəyyən olunmadığına görə onların hər ikisinə “Dəqiqləşdirilməmiş maddənin toksiki təsiri“ diaqnozu qoyulmuşdur. Daha sonra hər Uç şəxs barəsində təyin olunmuş komisyon məhkəmə- tibb ekspertizasının keçirilməsində də iştirak etmiş, qızların hansı səbəbdən zəhərlənməsi ilə bağlı təyin edilmiş qan analizinin nəticələrində onların dəqiq olaraq hansı maddənin təsirindən zəhərlənmələri müəyyən edilmədiyinə görə Şəkər Xasmətovanın nümunələri təkrar müayinələrin keçirilməsi üçün Türkiyə Respublikasına göndərilmişdir. Türkiyə Respublikasından göndərilmiş analizin cavablarına əsasən Şəkər Xasmətovanın qanında 54.5 % karboksihemoqlobin yəni dəm qazı aşkar olunmuşdur. Bu isə onun dəm qazı ilə zəhərlənmə nəticəsində öldüyünü göstərir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 eyni vaxtda, eyni yerdə və eyni əlamətlərlə özlərini narahat etməsinə görə onların də dəm qazı ilə zəhərləndikləri qənaətinə gəlmişlər. Hər üç qızın eyni otaqda zəhərlənməsinə baxmayaraq Şəkər Xasmətovanın ölməsi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə sağ qalmasının başlıca səbəbi sağ qalan qızların immun sistemlərinin güclü olması və daha az zəhərlənməyə məruz qalmaları ilə bağlı olmuşdur. Bu orqanizmin fərdi xüsusiyyətlərindən, otaqda sızmanın yerindən və sızma mənbəyinə münasibətdə qızların yerləşdiyi yerdən, məsafədən aslı ola bilər. Eyni otaqda ölmüş bir ailənin büıün üzvlərindən yalnız bir uşağın sağ qalmasına səbəb onun ağızının yatağa doğru bağlı olması kimi hallara da təcrübədə çox rast gəlmişlər. Bu kimi hallar da qızlardan birinin az digərinin isə çox zəhərlənməsinə səbəb ola bilər. Lakin qızlardan götürülmüş qan nümunələrinin analizi nəticəsində onların qanlarında karboksihcmoqlobinin aşkar olunmamamsının səbəbi onlara hadisə yeinə sonradan gəlmiş X39 briqadasının həkimləri tərəfindən göstərilən ilkin yardım, yəni onlara nəmləşirilmiş oksigen verilməsi, onlar xəstəxanaya daxil olan kimi dərhal hər ikisinə yenidən nəmləşirilmiş oksigen verilməsi ilə izah oluna bilər. Çünki xəstəyə nəmləşirilmiş oksigen verilən /aman qanda olan karboksihemoqlobin oksigenlə birləşərək parçalanlaqla bədəndən atılır. Qızların vəziyyətlərinin ağır olması nəzərə alınaraq onlara ilkin qeyd etdiyi reanimasion tədbirlər görüldükdən sonra onlardan qan nümunəsi götürülmüşdür. Ola bilsin ki. onlardan artıq qan nümunəsi götürülən zaman görülmüş tədbirlər nəticəsində qanda karboksihemoqlobiniıı miqdarı çox aşağı səviyyəyə qədər düşmüşdür ki. nəticədə analiz zamanı karboksihemoqlobin aşkar edilməmişdir. 1 saylı X22 Toksikologiya şöbəsində işlədiyi 11 illik təcrübəsində, eləcə də. tibb ədəbiv) atında karboksihcmoqlobinin qanda miqdarı 40 % dən yuxan olduqda xəstədə ölüm baş verir. Hətda təcrübədə immuniteti zəif olan şəxslərə, yaşlılarda və uşaqlarda qanda karboksihcmoqlobinin miqdarı 33 % olanda belə ölüm halı qeydə alınmışdır. X4 qanında aşkar edilmiş 54.5 % karboksihemoqlobin isə həyatla bir araya sığmayan göstəricidir. Bu halda insanın yaşama şansı yoxdur. İnsan öldükdən sonra qanda karboksihcmoqlobinin miqdarı arta və azala bilməz. Çünki insan öldükdən sonra orqanizmdə tənəlYDz və qan dövranı dayanır. Belə olan halda ölüm baş verən zaman qanda karboksihcmoqlobinin miqdarı dəyişmədən qalır. xx.xx.2019-cu il tarixdə 8 saylı TTTYS-nın 8 saylı Bölməsinin həkimi Təqsirləndirilən şəxs saat 01 radələrində yataqxanada xəstələri ilk dəfə müayinə edən zaman X13. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bünvamiddinovnanın hər üçündə eyni vaxtda başlamış güclü baş ağrıları, tənəffüs çatışmazlığı, baş gicəllənmə, gözün torlanması kimi zəhərlənməyə xarakterik olan əlamətləri müşahidə etməsinə baxmayaraq, xəstələrin real vəziyyətlərini düzgün qiymətləndirməyib, onlara düzgün diaqnoz təyin etməməklə və ilkin tibbi yardımları düzgün göstərməməklə hər üç xəstəyə səhvən "Gərginlik baş ağrısı" diaqnozu təyin edib və "analgin+dimcdrol" dərman preparatları inyeksiya edərək xəstələrdə zəhərlənmənin adi klinik gedişinin pozulması, sonrakı diaqnostikanın daha da çətinləşməsi, süstləşdirilərək yatmaları ilə onlarda zəhərlənmənin yenə də davam etməsinə şərait >aratmışdır. Həmin vaxt qızların heç birində karboksihcmoqlobinin miqdarı 40 %-dən çox ola bilməz. Çünki qızlar həkim oraya gələn zaman özləri hərəkət edə. danışa və özlərini idarə edə bilirdilər. Həkimin onları hospital izasiya etməyib "analgin+dimedrol" dərman preparatları inyeksiya edərək süstləşdirməsi nəticəsində hər üç qız yataraq özlərini müdafiə imkanından məhrum olmuşdurlar. Zəhərlənmə ocağında qalan qızlar gündüz yataqxana yoldaşları onları aşkar edənə qədər orada yenə də zəhərlənməyə məruz qalmışdırlar ki, nəticədə onların vəziyyəti daha da pisləşmiş və qanlarında olan karboksihcmoqlobinin miqdarı artmışdır. 8 saylı TTTYS-nın 8 saylı Bölməsinin həkimi Təqsirləndirilən şəxs xəstələri müayinə edib yataqxananı tərk edən zaman qızların qanında karboksihcmoqlobinin miqdarı az olmuşdur. Qanda karboksihcmoqlobinin miqdarı gecə boyu zəhərlənmənin davam etməsi nəticəsində daha da artmışdır. Lakin həkimə qədər qızların qanında karboksihcmoqlobinin miqdarının nə qədər olması və onların sağlamlığına dəyən zərərin dərəcəsini deyə bilmir, çünki həmin vaxt xəstələri görməmiş və onları müayinə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid12 ifadəsində göstərmişdir ki, 2014cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuş, hazırda həmin Universitetdə magistratura pilləsi üzrə təhsilini davam etdirir, 2-ci kurs tələbəsidir. X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəldən tanımamış, onları üzdən tanısa da yaxın münasibəti olmamış, yalnız onlarında 2 saylı yataqxanada yaşadıqlarını bilmişdir. 2014-cü ilin sentyabr ayından etibarən yataqxananın 2-ci mərtəbəsinin 26 nömrəli otağında yaşayır. Onunla birlikdə hazırda həmin otaqda Bakı Dövlət Universitetinin magistratura pilləsi üzrə Biologiya fakültəsinin 2-ci kurs tələbəsi Sənubər adlı qız da yaşayır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində yataqxanaya qayıtmışdır. Lakin o yataqxanaya qayıdan zaman adları çəkilən qızların heç birini görməmiş və gecə onların zəhərlənmələrindən xəbəri olmamışdır. Şəkər Xasmətovanın ölməsini digər iki qızın isə zəhərlənmələrini növbəti gün dərsdən yataqxanaya qayıtdıqdan sonra bilmişdir. Yataqxananın hamam otağı birinci mərtəbədə binaya girişdən sol tərəfdə yerləşir. Həmin hamam otağında bir ümumi sahə və 3 ədəd duş kabinələrinin olduğu yer vardır. Duş kabinələrindən biri işləmir. Hamamda 2,4 və 6-cı günlər oğlanlar, 3,5 və bazar günləri isə qızlar çimirlər. Hamamdan saat 23 radələrinə qədər istifadəyə icazə verilir. Hamam otağının açarı gözətçi otağında olur və hamamdan istifadə olunmasına gözətçi nəzarət edir. Hamamın işləyib işləməməsini qapısının açıq olmasından bilir. Yataqxanada yaşadığı müddət ərzində hamamda heç bir hadisə qeydə alınmamışdır. xx.xx.2019-cu il tarixdə yataqxananın hamam otağında çimmişdir. Çimmək istədikdə hamama otağının qarşısına qoyulmuş kağızda növbəyə yazılırlar. Sonradan həmin kağız tullanılır. Həmin gün o saat 22 radələrində hamama çimmək üçün düşmüşdür. Hamama gedən zaman orada Aytəkin və İfadə adlı qızlar hamamın qarşısında növbə gözləyirmişlər. Həmin vaxt hamamın qarşısında yataqxanada yaşayan Ulduz adlı qadın da gözləyirmiş. Sonradan bilmişdir ki, həmin vaxt hamamda çimən qızlar Şəkər Xasmətova və Həmidə Bünyamiddinova olmuşdur. Şəkər Xasmətova və Həmidə Bünyamiddinova hamamdan çıxandan sonra Ulduz adlı qadın və o hamama girmişlər. O təxminən 30 dəqiqə çimdikdən sonra çıxmışdır. Hamamdan təxminən saat 22:15 radələrində çıxmışdır. Həmin vaxt Nərgiz, Aytəkin və İfadə adlı qızlar növbə gözləyirmişlər. Ondan sonra hamama kimin girməsinə fikir verməmişdir. Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətova hamamdan çıxdıqdan sonra onların otaqlarına getmələrini görmüşdür. Onların hərəkətlərində şübhəli və ya qeyri-adi heç bir hal müşahidə etməmişdir. xx.xx.2019-cu il tarixdə yataqxananın hamam otağında çimən zaman və çimdikdən sonra səhhətində narahatçılıq hiss etməmişdir. Hamamda işlək vəziyyətdə iki duş kabinəsi var, 3-cü kabinə isə işləmir. Bir nəfərin çimməyi təxminən yarım saat çəkir. Hamama iki nəfər eyni zamanda çimməyə girirlər. Hamamdan təxminən saat 22:15 radələrində çıxmışdır. Həmin vaxt Ulduz adlı qadın hələ də hamamda çimirmiş. Hamamdan çıxan zaman Nərgiz, Aytəkin və İfadə adlı qızlar növbə gözləyirmişlər. Ondan sonra hamama kimin girməsinə fikir verməmişdir. Hamamda su qızdırıcılarını nəzarətçi yandırır. Onlar çimdikdən sonra suya əl vurmurmuşlar. Hamı çimib qurtarandan sonra sonuncu hamamadan çıxan şəxs nəzarətçiyə məlumat verir və nəzarətçi hamamı bağlayan zaman su qızdırıcılarını söndürüb suyu bağlayır. Ona görə də o hamamdan çıxan zaman su qızdırıcı işlək vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 və Şahid14 ifadələrində Şahid11 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 və Şahid14 ifadələrində Şahid11 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər Təcili və X9 Stansiyasının Operativ və X17 üzrə Şöbəsinin böyük həkimi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə saat 00:58-də növbədə olduğu zaman Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 15 saylı otağında yaşayan tələbə 103 çağırış mərkəzinə zəng edərək, onun və onunla birlikdə yaşayan digər iki tələbənin başağrılarından, ürək döyüntüsündən və halsızlıqdan şikayət etmələri, habelə zəhərlənmələri barədə məlumat vermişdir. Qeyd olunan məlumatın daxil olması barədə ona məlumat verilmişdir. Qeyd olunan məlumatı araşdırmalı, izləməli və həkimin fəaliyyətinə nəzarət etmişdir. xx.xx.2019-cu il tarixdə saat 01:41-də BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında olduğunu, burada üç tələbə qızın guya kartof ilə qatıq yeyib, zəhərləndiklərini bildirərək, qusma, qarın iştəmələri, qızdırmalarının olmadığını, təziqlərinin normal olduğunu, ancaq baş ağrı və baş gicəllənmələri ilə şikayətləndiklərini bildirmişdir. O Təqsirləndirilən şəxs ilk öncə adı çəkilən xəstələrin dediyi şikayətlərlə "Dezkameranın" qəbul etmədiyini və xəstələri özünün aparmasını bildirdikdə, həkim Təqsirləndirilən şəxs qeyd olunan xəstələri konsultasiya üçün xəstəxayana aparmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xəstələri görmədiyini, diaqnozun onun tərəfindən qoyulduğunu və zərurət olduğu təqdirdə xəstələri xəstəxanaya aparmaq üçün Dezkamera çağırılmasını məsləhət görmüşdür. Həmin gün saat 01:47-də mən BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Ramiz Cafərov ilə əlaqə saxlayaraq, hospitalizasiya olunan xəstələrin ad və soyadlarını qeyd etmək istədiyini bildirdikdə, həkim Ramiz Caforov hələ xəstələri götürmədiyini, qarışıq məsələ olduğunu, hamama baxış keçirdiyini və dəm qazından zəhərlənmə olmasından şübhələndiyini bildirmişdir. O isə qida zahərlənməsinin əlamətlərinin olmamasını, dəm qazından zəhərlənmədən şübhələndiyi və xəstələrin konsultasiya üçün xəstəxanaya aparacağı təqdirdə onlar barədə məlumatları əvvəlcədən vermasini istəmişdir. Həmin gün saat 02:10-da BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Təqsirləndirilən şəxs artıq özü onunla əlaqə saxlayaraq, xəstələrin dəm qazından zəhərlənmələrini təkzib edib, üç xəstədən ikisinin çimdiyini, digər üçüncü xəstənin çimmədiyini, habelə qidadan zəhərlənmələrini də təkzib edib, kartofun zeytun yağında qızardıldığını, qatıq yediklərini və xəstəxanaya getməkdən imtina etdiklərini bildirmişdir. Həkim Təqsirləndirilən şəxs həmçinin hər üç xəstəyə gərginlik, baş ağrısı diaqnozu qoyduğunu və hər üç xəstəyə tibbi yardım göstərdiyini bildirmişdir. O isə ona hər üç xəstəyə X23 qeydiyyat varəqəsini açmağına göstəriş vermişdir. Növbəti gün bilmişdir ki, qəbul etdiyi çağırış üzrə 3 tələbə zəhərləniş və onlardan biri ölmüşdür. Tələbələrin nədən zəhərlənməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişŞahid8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildə Bakı Dövlət Universitetinin Mexaniki riyaziyyat fakültəsinə qəbul olmuş, hazırda 3-cü kurs tələbəsidir. X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yataqxanada qalan qızlar kimi tanımışdır. Dilrubə ilə rəfiqədir. Onlarla yaxşı münasibəti olmuşdur. Onlar yataqxananın 2-ci mərtəbəsində 15 nömrəli otağında yaşamışlar. Özü isə 23 nömrəli otaqda yaşayır. xx.xx.2019-cu il tarixdə, saat 18 radələrində yataqxanada olanda Dilrubə ona “WhatsApp” proqramı vasitəsi ilə yazaraq yataqxanaya gələcəyini bildirmişdir. Dilrubə təxminən bir ay Həzi Aslanov metro stansiyasının yaxınlığında əmisigildə yaşamışdır. Saat 19 radələrində yataqxananın hamamına yuyunmaq üçün düşmüşdür. Təxminən saat 20 radələrində hamamdan çıxıb otağa gedəndə Şəkər və Həmidə yuyunmaq üçün hamamın qarşısında növbə gözləyirmişlər, onlarla salamlaşdır. Onların əhvalı yaxşı olmuşdur. Daha sonra 2-ci mərtəbənin dəhlizində Dilrubəni görüb salamlaşmışdır. Həmin vaxt Dilrubənin əlində boşqab və içərisində soyulmuş kartof olmuşdur. Yaşadığı otağa gedib telefonunu götürdükdən sonra Dilrubəgilin otağına getmişdir. Otaqda olanda Dilrubə soyulmuş kartofları doğrayırmış. Onlar ümumi mövzularda söhbət edikdən sonra Dilrubə şüşə qabda olan zeytun yağını və doğradığı kartofu götürüb, mətbəxə keçmişdir. Bu müddət ərzində onların otağında oturub gözləmişdir. Dilrubə 2-3 dəfə kartofa baxmaq üçün otaqdan çıxıb, geri gəlmiş və bir qədər sonra kartofu bişirib otağa gəlmişdir. Lakin Dilrubə yemək yeməyib Həmidə və Şəkəri gözləmişdir. Saat təxminən 21 radələrində Şəkər və Həmidə otağa gəlmişlər. Bundan sonra onlar oturub Dilrubənin bişirdiyi kartofu yemişlər və ona da yeməyi təklif etmişlər. Lakin o dadına baxmaq üçün kartofdan bir ədəd götürüb yemiş və sonra yemək istəməmişdir. Dilrubə, Şəkər və Həmidə kartofu yeyəndə duzlu olduğunu deyib kartofu qatıqla yemişlər. Lakin yemək yeyən ərəfədə onlar hər hansı maye qəbul etməmişlər. Yemək yeyib qurtardıqdan sonra onlar mandarin, alma yemişlər. Yemək yedikdən sonra qızlarla ümumi söhbət etmişlər, Şəkər səhəri gün nişanlısı ilə görüşəcəyini deyir və hansı paltarı geyinməyi məsləhət edirmiş. Onların yanında olduğu müddətdə qızlar hər hansı başqa yemək, turşu və ya digər qida yeməmiş, hər hansı maye və ya dərman qəbul etməmişlər. Bir qədər sonra saat təxminən 22 radələrində onların otağından çıxıb digər tələbə yoldaşının otağına getmişdir. Saat 12 radələrində öz otağına keçib yatmışdır. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində dərsə getmiş, saat 14 radələrində dərsdən yataqxanaya qayıtmışdır. Yataqxanada olarkən eşitmişdir ki, Dilrubə, Həmidə və Şəkəri zəhərləndikləri üçün xəstəxanaya aparmışlar, Şəkər vəfat etmiş, Həmidə və Dilrubə xəstəxanada müalicə alırlar. xx.xx.2019-cu il tarixdə Dilrubə, Həmidə və Şəkərini özlərini pis hiss etmələri, onlar üçün X39 həkimlərinin gəlmələri barədə məlumatı olmamışdır. Həmidə xx.xx.2019-cu il tarixdə “Whatsapp” statusunda qrip olduğunu, qrup yoldaşı da onun üçün Sushi gətirdiyini yazmışdır. Lakin onların əvvəlki günlərdə nə yemələri barədə məlumatı yoxdur. BDU-nun 2 saylı tələbə yataqxanası köhnə binadır, təmiri yaxşı deyil. Sanitar qovşaqları təmirsizdir, təmiri əvvəlki vaxtlardan qalıb. Otaqlar da təmirsizdir, lakin tələbələrin yaşamaq üçün şəraitləri var. Köhnə olsa da otaqlarda stol, stul, çarpayılar var. Əvvəllər yataqxanada məcburi köçkünlər də yaşamışlar, sonradan onların bir hissəsi köçürülmüş, lakin hazırda yataqxanada bir neçə məcburi köçkün ailəsi yaşayır. Bina köhnə olduğundan yataqxanada siçan və ya digər həşəratlar olur. Həşəratlara qarşı heç bir dərman vasitəsindən istifadə etməmişlər. Dərslər bitəndən sonra yataqxanada tələbə olmayan vaxtlarda yataqxananın rəhbərliyi tərəfindən yataqxana həşəratlara qarşı dərmanlanır, lakin konkret olaraq hansı müəssisə tərəfindən və kimin tərəfindən dərmanlanmasını bilmir. Yataqxananın istilik sistemi yoxdur, tələbələr otaqları elektrik qızdırıcısı ilə qızdırılır. Yataqxananın dəhlizin hər iki tərəfində havalandırma pəncərələr vardır. Yataqxananın ümumi tipli yeməkxanası yoxdur, hər mərtəbədə iki mətbəx vardır. Tələbələr yeməklərini həmin mətbəxdə bişirib öz otaqlarında yemişlər. Yataqxananın hər mərtəbəsində iki tualet, qab və ya digər əşyaların yuyulması üçün iki su yeri, bir hamam otağı, yuyunmaq üçün ayrı-ayrı üç yer vardır. Hamamda 1-ci, 3-cü, 5-ci və bazar günləri qızlar, digər günərdə oğlanlar istifadə etmişlər. Hamamda su 3 ədəd qazla işləyən suqızdırıcısıilə qızdırılmışdır. Hadisədən əvvəlki dövrdə Şəkər, Dilrubə və X20 Yardıma müraciət etmələri, səhhətləri ilə bağlı şikayətlərinin olub-olmaması barədə hər hansı məlumatı yoxdur. Onların otağında olanda iki ədəd iki litrlik butulkada içərisində limon, darçın, zəncəfil olan su görmüşdür. Həmin qarışıqdan Şəkər və Həmidə istifadə etmişlər. Çünki Dilrubə son bir ayda onlarla birlikdə qalmamışdır. Dilrubədən də bu barədə soruşduqda həmin içkilərin Həmidə və Şəkərin olduğunu bildirmişdir. Şəkər Xasmətova, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onunla, bir-biriləri ilə və yataqxanada yaşayan tələbələrlə hər hansı ədavəti, söz-söhbəti və münaqişəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişŞahid10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yataqxanada qalan qızlar kimi tanımış, Şəkər Xasmətova da onunla eyni fakültədə oxumuşdur. Onun həmin qızlarla yaxşı münasibəti olmuşdur. Şəkər çox yaxşı qız olmuş, dərslərini də yaxşı oxumuşdur. Qızlar yataqxananın 2-ci mərtəbəsində 15 nömrəli otağında yaşamış, o da 17 nömrəli otaqda yaşamışdır. Onun qızlarla yaxşı münasibəti olsa da otaqlarına getməmişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində dərsdən evə qayıtmış, bu zaman Dilrubəni dəhlizdə yaşadıqları otağın qapısının ağzında görmüş, salamlaşmışdır. Lakin Həmidə və Şəkəri həmin gün görməmişdir. xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində yaşadığı otaqda olarkən dəhlizdən səs eşitmiş, Həmidə, Şəkər və Dilrubənin otağında həkim olmasını başa düşmüş, həkimlər bildirmişlər ki, əgər üçünün də halı pisdirsə kütləvi zəhərlənmə kimi ola bilər və xəstəxanaya getmək lazımdır, həkimlər qızlara xəstaxanaya getməyi təklif etsələr də onlar getmək istəməmişlər. Otaqdan çıxıb baxdıqda görmüşdür ki, yataqxananın Elvin adlı nəzarətçisi və Tofiqə dəhlizdədir, Dilrubə də hazır vəziyyətdə dəhlizə çıxmışdır. Lakin sonradan Dilrubə geri otağa qayıtmış, buna görə də o, düşünmüşdür ki, digər qızlar xəstəxanaya getmək istəmədikləri üçün Dilrubə də geri qayıtmışdır. Daha sonra o, öz otağına qayıdıb yatmışdır. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində, o, dərsə getməyə hazırlaşmış, dəhlizdə nəzarətçi və Tofiqənin səsini eşitmiş, dəhlizə çıxanda görmüşdür ki, Həmidə, Şəkər və Dilrubənin otağının yaxınlığında digər tələbələr yığışıb, lakin otağa heç kim girməmişdir. O, qızların otağına girmiş və qızlara yaxınlaşanda ağızlarından köpük gəldiyini görmüş, Şəkərin isə nəbzini yoxlayanda nəbzi atmadığını hiss etmişdir. Digər tələbələr X31 məlumat vermişlər, o da yataqxananın komendantı Pərvizə məlumat vermişdir. Daha sonra TTY həkimləri gəlmişlər, əvvəlcə Şəkəri, digər X39 həkiləri isə Həmidə və Dilrubəni xəstəxanaya aparmışlar. Sonradan məlumatı olmuşdur ki, qızlardan Şəkər vəfat etmiş, digərləri isə xəstəxanada müalicə almışlar. Qızların əvvəllər səhhətləri ilə bağlı şikayətlərinin olub-olmaması, hər 3 tələbənin hadisə günü və ondan əvvəlki günlərdə hansı qidalardan istifadə etmələri və səhhətlərində yaranmış ilk əlamətlər və ilkin şikayətləri, hadisə günü və ondan əvvəlki günlərdə tələbələrin hansısa dərman preparatı qəbul etmələri barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişzərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şəkər Xasmətova onun doğma qızıdır. Şəkər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kursunda təhsil almaqla, həmin Universitetin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 36 ünvanında yerləşən 02 saylı yataqxanasında qalmışdır. Qızı ilə mütəmadi telefonla əlaqə saxlamışdır. Onunla ən çox telefonla arvadı danışmışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında arvadı zəng edərək ona Şəkərin zəhərləndiyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Orada qızının öldüyünü bilmişdir. Eşitdiyinə görə qızı Şəkər sonuncu dəfə nişanlısı Tərlanın mobil telefonuna gecə saatlarında mesaj yazaraq, onunla birlikdə qalan qızlardan birinin özünü pis hiss etdiyini, onun özünün də başının ağrıdığını demişdir. Nişanlısı onu xəstəxanaya aparmağı təklif etmişdir. O, isə artıq TTY Briqadasının gəldiyini və ona iynə vurulduğunu, ona görə də yatacağını demişdir. Həmin gün bilmişdir ki, gecə saatlarında Şəkər, Dilrubə və Həmidənin çağırışı əsasında TTY Briqadasının həkimi gəlib onları müayinə etmiş, onları xəstəxanaya aparmağı təklif etmiş, sonra isə onlara iynə vurmuşdur. Şəkərin deməsinə görə son vaxtlar onda baş ağrıları yaranmışdır. Ancaq konkret olaraq hansısa xəstəxanaya müraciət etməmişdir. Şəkərin arıqlamaq üçün istifadə olunan xüsusi çaylardan istifadə etdiyini düşünmür. Çünki onun arıqlamaqla bağlı hər hansı problemi olmamışdır. Şəkərin və onunla birlikdə bir otaqda qalan Dilrubə və Həmidənin xx xxxxxx 2019-cu il tarixdə və ondan əvvəlki günlərdə hansı qida məhsulları qəbul etmələrini bilmir İş materiallarında olan Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Tibb Qurumu tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli 22508486-101 xx/xx-9996/1497 nömrəli məhkəmə-kimyəvi rəyə (rapor) əsasən Şəkər Xasmətovanın qanında 54,5% «karboksihemoqlabin» (dəm qazı ilə zəhərlənmə) aşkar edilmişdir ki, bu da letal (ölümcül) doza hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yasamal rayon şöbəsindən verilmiş, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 186 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına KTM-də təqdim olunmuş 12966 N-li xəstəlik tarixində qeyd edilir ki, o, xx.xx.2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri X18 toksikologiya şöbəsinə daxil olmuş, xx.xx.2019-cu il tarixə kimi müalicə almış və ona "Dəqiqləşdirilməmiş maddənin toksiki təsiri" diaqnozu qoyulmuşdur. Qeyd olunan zəhərlənmə dəqiqləşirilməmiş maddənin toksiki təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəlli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 adına KTM-də tərtib olunmuş 12966 №-li xəstəlik tarixində, onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması barədə və eləcə də onun spirtli içki və ya narkotik maddə qəbul edib-etməməsi barədə heç bir qeydiyyat yoxdur. Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yasamal rayon şöbəsindən verilmiş, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 187 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 adına KTM-də təqdim olunmuş 12967 N-li xəstəlik tarixində qeyd edilir ki, o, xx.xx.2019-cu il tarixdə saat 15:30-da Bakı şəhəri X18 toksikologiya şöbəsinə daxil olmuş, xx.xx.2019-cu il tarixə kimi müalicə almış və ona "Dəqiqləşdirilməmiş maddənin toksiki təsiri" diaqnozu qoyulmuşdur. Qeyd olunan zəhərlənmə dəqiqləşirilməmiş maddənin toksiki təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəlli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 adına KTM-də tərtib olunmuş 12967 №-li xəstəlik tarixində, onun bədəni üzərində hər hansı bir xəsarətin olub-olmaması barədə və eləcə də onun spirtli içki və ya narkotik maddə qəbul edib-etməməsi barədə heç bir qeydiyyat yoxdur. İş üzrə təyin edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 149 saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı hər hansı bir xəsarət aşkar olunmamışdır. X4 ölümünə səbəb dəm qazı ilə inhalyasion yolla zəhərlənmə olmuşdur. Bunu onun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində karboksihemoqlobinin aşkar olunması təsdiq edir. Ölümün baş vermə müddəti meyitin meyidxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı mədədə və bağırsaqda aşkar edilmiş qansızmalar, eləcə də onun meyitindən götürülmüş daxili üzvlərdən tikələrin məhkəmə-histologi müayinəsi zamanı mədədə aşkar edilmiş eroziv-hemorragik qastrit, nazik bağırsaqlarda erozivhemorragik entrit, yoğun bağırsaqlarda eroziv-hemorragik kolit, qaraciyərdə degenerativ və nekrobiotik dəyişikliklər, onun meyitindən götürülmüş qanda və daxili üzvlərində məhkəməkimyəvi tədqiqatı nəticəsində aşkar edilmiş, tərkibində kükürd olan üzvi kimyəvi maddənin təsirindən əmələ gələ bilər. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində Dimedrol, Analgin və tərkibində kükürd olan üzvi kimyəvi maddə aşkar edilmişdir. Metil, etil, propil, butil va amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. T.C. X25 Tip Kurumu Başkanlığı X26 Toksikoloji Şubesinin verdiyi rəydə qanda 54.5 % karboksihemoqlobin və Difenhidramin (dimedrol), Naproksen (oksenfort) və Metamizol (analgin) adlı dərman vasitələri aşkar edilmişdir. Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi X37 vermiş olduğu xx.xx.2020-ci il tarixli 549/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən, onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 adına iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, onda qida zəhərlənməsinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda spirtli içki və narkotik maddələrin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida va ya har hansı başqa vasitədən istifadə edilməsi nəticəsində zəhərlənmə əlamətləri aşkar edilməmişdir. Həmidə Bünyamiddinovnanın adına 8 saylı TTTYS-na xx.xx.2019-cu il tarixdə, saat 00%-da çağırış olmuş, saat 01:15-də hakim Təqsirləndirilən şəxs və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona "Gərginlik baş ağrısı" diaqnozu təyin edilmiş və "analgin+dimedrol" dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 mövcud vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Belə ki, xəstədə zəhərlənmə əlamətləri olduğu halda qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları baradə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəya və (və ya) qanuni nümayindəsinə çağırış vərəqinə "xəstəxanaya getməkdən imtina edirəm" yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYSnda anestezioloji reanimasiya briqadasının həkimi Təqsirləndirilən şəxs xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmiş ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 saylı qərarına uyğun olmamış, həmin qərarın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X9 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 va 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nın həkimi Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs1 8 saylı TTTYS-na ilkin müraciəti zamanı çağırışa gələn həkim tərəfindən onun vəziyyəti düzgün qiymətləndirilmiş olsaydı və dərhal xəstəxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun vəziyyətinin ağırlaşmasının va həyati təhlükənin qarşısının alınması imkanı çox ola bilərdi. Qeyd olunanları nəzərə alaraq göstərilmiş ilkin tibbi xidmətin qüsurlu olması ilə Zərərçəkmiş şəxs1 vəziyyətinin ağırlaşması arasında səbəbli alaqə vardır. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda əvvəllər hər hansı bir xəstəliyin olması barədə qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs1 zəhərlənməsi natamam yanma məhsulu olan dəm qazı nəticəsində törənmiş və zəhərlənmə xarici amilin təsirindan baş vermişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödeminin əlaməti olub müxtəlif patoloji hallarda (zəhərləmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida toksikoinfeksiyası əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zahərlənməsi ilə X5 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilər. Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi X37 vermiş olduğu xx.xx.2020-ci il tarixli 549.1/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə əsasən, onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 adına iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, onda qida zəhərlənməsinin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda spirtli içki və narkotik maddələrin olduğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida va ya har hansı başqa vasitədən istifadə edilməsi nəticəsində zəhərlənmə əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 adına 8 saylı TTTYS-na xx.xx.2019-cu il tarixdə, saat 00%-da çağırış olmuş, saat 01:15-də həkim Təqsirləndirilən şəxs və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona "Gərginlik baş ağrısı" diaqnozu təyin edilmiş və "analgin+dimedrol" dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 mövcud vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Belə ki, xəstədə zəhərlənmə əlamətləri olduğu halda qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları baradə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəya və (və ya) qanuni nümayindəsinə çağırış vərəqinə "xəstəxanaya getməkdən imtina edirəm" yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYSnda anestezioloji reanimasiya briqadasının həkimi Təqsirləndirilən şəxs xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixda saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmis ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 saylı qararına uygun olmamış, həmin qararın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X9 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 va 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nın həkimi Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs2 8 saylı TTTYS-na ilkin müraciati zamanı çağırışa gələn hakim tərəfindən onun vəziyyəti düzgün qiymətlandirilmiş olsaydı və dərhal xastaxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun vəziyyətinin ağırlaşmasının va həyati təhlükənin qarşısının alınması imkanı çox ola bilərdi. Qeyd olunanları nəzarə alaraq göstərilmiş ilkin tibbi xidmətin qüsurlu olması ilə Zərərçəkmiş şəxs2 vəziyyətinin ağırlaşması arasında səbəbli alaqə vardır. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onda əvvəllər hər hansı bir xəstəliyin olması baradə qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs2 zəhərlənməsi natamam yanma məhsulu olan dəm qazı nəticəsində törənmiş və zəhərlənmə xarici amilin təsirindən baş vermişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödeminin alaməti olub müxtəlif patoloji hallarda (zəhərləmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda qida toksikoinfeksiyası əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zahərlənməsi ilə X4 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilər. İş üzrə təyin edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxstərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 537/KEŞ saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X4 meyitinin məhkəmə-tibbi və məhkəmə-kimyəvi müayinələrinə əsasən onun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən, ölümün müddəti müayinədən 4-6 saat əvvəl baş verdiyi müəyyən edilmişdir. X4 meyitindən götürülmüş qan və digər biomaterialların müayinə nəticələrinə əsasən, onun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. X4 daxili orqanlarında aşkar edilmiş patoloji dəyişikliklərdən eroziv-hemorragik qastrit, eroziv-hemorragik enterit va eroziv- hemorragik kolit xəstəliklərinin hər biri ayrı-ayrılıqda az miqdarda qanaxma ilə müşayiət oluna bilərlər. X4 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Ş.F.Xasmətovanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edəcək hər hansı dəyişiklik aşkar edilməmişdir. X4 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda hamiləlik əlamətləri müəyyən edilməmişdir. X4 meyitindən götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı zamanı onda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda baş vermiş ölümlə səbəbli əlaqəsi olacaq qida zəhərlənməsi aşkar edilməmişdir. X6 adına 8 saylı TTTYS-na xx.xx.2019-cu il tarixdə saat 00:58-də çağırış olmuş, saat 01:15-də həkim Ramiz Cafərov və orta tibb işçisi Xanım Cəfərovadan ibarət briqada ünvana gəlmişlər. Obyektiv müayinədən sonra ona “Garginlik baş ağrısı” diaqnozu təyin edilmiş və “analgin+dimedrol” dərman preparatları inyeksiya edilmişdir. Beləliklə, Ş.Xasmətovanın real vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz düzgün təyin edilməmiş və ilkin tibbi yardımlar düzgün göstərilməmişdir. Digər tərəfdən “analgin+dimedrol” dərman preparatlarının inyeksiya edilməsi ilə xəstələrdə kəskin zəhərlənmənin adi klinik gedişi pozulmuş, sonrakı diaqnostikası daha da çətinləşmişdir. Preparatların təsiri ilə süstləşdirilərək yatızdırılmış xəstələrdə zəhərlənmənin bütün gecəni yenə də davam etməsi üçün şərait yaranmışdır. Dəm qazı ilə zəhərlənmənin qarşısının alınması üçün müvafiq ilkin tibbi yardımlar göstərilməklə xəstə mütləq şəkildə dərhal profil üzrə hospitalizasiya edilməli idi. Xüsusilə də nəzərə alsaq ki, söhbət bir nəfərin yox, eyni zamanda eyni yerdə 3 nəfərin (kütləvi) zəhərlənməsindən gedir. Xəstəxanaya getməkdən imtina edildikdə xəstə və (və ya) onun qanuni nümayəndəsi xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları barədə məlumatlandırılmalı, qəti şəkildə razı olmadıqda isə xəstəyə və (va ya) qanuni nümayəndəsinə çağırış vərəqinə “xəstəxanaya getməkdən imtina edirəm” yazdırmaqla imzalatmalı, evdə olan ağır xəstə barəsində ərazi üzrə poliklinikaya, həmin gün alınmadıqda ertəsi gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədlər doldurulmalı idi. Lakin iş materiallarından görünür ki, Bakı şəhər 8 saylı TTTYS-nda anestezioloji reanimasiya briqadasının həkimi Təqsirləndirilən şəxs xəstənin yaxınlarına məlumat verməmiş, çağırış vərəqində xəstənin xəstəxanaya getməkdən imtina etməsinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstəyə təkrar baş çəkməmiş, xəstələr barədə ərazi üzrə poliklinikaya və növbəni təhvil verdiyi briqadaya məlumat verməmişdir. X11 xx.xx.2019-cu il tarixdə saat 01:15-də 8 saylı TTTYS-nın briqadası tərəfindən göstərilmiş ilkin tibbi yardım Səhiyyə Nazirliyinin Kollegiyasının 65 nömrəli qərarına uyğun olmamış, həmin qərarın 2.1 və 2.5.1 bəndləri və eyni zamanda Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Təcili və X9 Stansiyasının həkimlərinin vəzifə öhdəliklərinin 21.3, 21.4 və 21.5 bəndləri pozulmuşdur. Buna məsul şəxs 8 saylı TTTYS-nin hakimi Təqsirləndirilən şəxsdur. X4 8 saylı TTTYS-na ilkin müraciəti zamanı çağırışa gələn həkim tərəfindən onun vəziyyəti düzgün qiymətləndirilmiş olsaydı və dərhal xəstəxanaya çatdırılaraq adekvat tibbi tədbirlər görülmüş olsaydı onun yaşama şansı çox ola bilərdi. Qeyd olunanları nəzərə alaraq göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. X4 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda mədə-bağırsaq sistemi xəstəliklərindən (qastrit, enterit və kolit) başqa digər xəstəliklərin morfoloji əlamətləri müəyyən edilməmişdir, ölümə səbəb olan dəm qazı ilə zəhərlənmə xarici amilin təsiri nəticəsində baş vermişdir. X4 dəm qazı ilə zəhərlənməsi qeyri-bakterial zəhərləmələrə aiddir. X7 bakterioloji müayinənin nəticələrinə əsasən qida zəhərlənməsi törədən mikroorqanizmlər tapılmamışdır. Lakin Ş.F.Xasmətovanın meyitinin müayinəsi zamanı mədədə, nazik və yoğun bağırsaqlarda aşkar edilmiş eroziv-hemorragik iltihabi və qaraciyərdə degenerativ dəyişikliklər onun əvvəlki günlərdə ağız vasitəsilə qəbul etdiyi müxtəlif bitki və kükürd tərkibli maddələr qarışıqlı “detoks” adlı məhlulun təsiri nəticəsində baş verməsi istisna edilmir. Qəbul edilmiş bu qarışığın və bununla da mədə-bağırsaq traktında inkişaf etmiş patoloji dəyişikliklərin Ş.F.Xasmətovanın ölümü ilə səbəbli əlaqəsi olmamışdır. X4 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onda mədə boşluğunda 50 ml-ə qədər duru qan, nazik və yoğun bağırsaqların selikli qişalarında qansızmaların olduğu müəyyən edilmişdir. Ağız və burun dəliklərindən köpük və qanın (qanlı köpüyün) gəlməsi kəskin ağciyər ödəminin əlaməti olub müxtəlif patoloji hallarda (zəhərlənmələr, kəskin ürək-ağciyər çatışmazlığı, infeksiyalar və sair), o cümlədən dəm qazı ilə kəskin zəhərlənmə zamanı da əmələ gələ bilər. X4 meytinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda eroziv-hemorragik qastritlə əlaqədar mədə divarında inkişaf edən destruktiv dəyişikliklər az miqdarda qanaxma ilə müşayiət oluna bilərdi. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zəhərlənməsi ilə X4 ölümünün səbəbi eyni xarakterli dəm qazı ilə zəhərlənmə hesabına baş vermişdir ki, bu da onların eyni şəraitdə eyni zamanda və bir məkanda olmaları ilə əlaqədar ola bilərdi. xx xxxxxx 2019-cu il tarixdə hadisə yerinə əlavə baxış keçirilən zaman Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti, 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının ikinci mərtəbəsində yerləşən 15 saylı otaqda girişdən solda yerləşən çarpayıdan üzərində qanabənzər ləkələr olan yastıq və yastıq üzlüyü götürülərək müvafiq ekspertiza təyin edilmişdir. Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi X37 vermiş olduğu xx.xx.2019-cu il tarixli 901/2019-MTBŞ nömrəli rəyindən görünür ki, X4 qanının ABO sistemi üzrə qrup göstəricisi Abeta/İİ/ qrupdur. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş yastıq üzlüyü üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X11 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş yastıq üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar edilməmişdir. BŞT və TTYS-in 8 saylı bölməsindən götürülmüş qeydiyyat vərəqələrindən görünür ki, 103 xidmətinə çağırış xx.xx.2019-cu il tarixdə saat 00:58-də olmuş, həmin məlumat BŞT və TTYS-in 8 saylı bölməsinə saat 01:04-də ötürülmüş, həkim briqadası saat 01:15-də çağırılan ünvanda olmuş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Ş.Xasmətovaya gərginlik baş ağrısı diaqnozu qoyulmaqla, hər üç xəstəyə analgin-dimidrol preparatları inyeksiya edilmiş və həkim briqadası saat 02:23-də həmin ünvanı tərk etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Bakı Şəhər Təcili və X9 Stansiyası tərəfindən TTYS-nın 103 xidmətinə xx.xx.2019-cu il tarixdə saat 00:58-də “zəhərlənmə” səbəbləri ilə daxil olmuş çağırışların səs yazılarına qeyd edilmişdir ki, Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasının 15 saylı otağında yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2019cu il tarixdə saat 00:58-də 103 xidmətinə zəng edərək, özünün, Zərərçəkmiş şəxs1 və Şəkər Xasmətovanın baş ağrılarından, ürək döyüntüsündən və halsızlıqdan şikayət etməklə, karvalol içdiklərini bildirərək, təcili yardımın göndərilməsini xahiş edib, düşdüyü hallarının səbəbini isə yedikləri yeməklə izah etmişdirlər. Həmin gün saat 01:41-də BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Təqsirləndirilən şəxs mərkəz ilə əlaqə saxlayaraq Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında olduğunu, burada üç tələbə qızın guya kartof ilə qatıq yeyib, zəhərləndiklərini bildirərək, qusma, qarın iştəmələri, qızdırmalarının olmadığını, təziqlərinin normal olduğunu, ancaq baş ağrı və baş gicəllənmələri ilə şikayətləndiklərini bildirmişdir. Telefona cavab verən operator bu cür şikayətlərlə xəstəxananın qeyd olunan qızları qəbul etməyəcəyini bildirmişdir. Həkim Təqsirləndirilən şəxs qeyd olunan xəstələri konsultasiya üçün xəstəxayana aparmaq istədiyini bildirdikdə, operator ona xəstələri görmədiyini, zərurət olduğu təqdirdə onları Respublika Kliniki Xəstəxanasına təhvil verilməsini məsləhət görmüşdür. Həmin gün saat 01:47-də BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Təqsirləndirilən şəxs mərkəz ilə yenidən əlaqə saxlayaraq operator ondan qospitalizasiya olunan xəstələrin ad və soyadlarını qeyd etmək istədiyini bildirdikdə, həkim Təqsirləndirilən şəxs hələ xəstələri götürmədiyini, qarışıq məsələ olduğunu, hamama baxış keçirdiyini və dəm qazından zəhərlənmə olmasından şübhələndiyini bildirmişdir. Operator isə xəstələrdə qida zəhərlənməsinin əlamətlərinin olmamasını, dəm qazından zəhərlənmədən şübhələndiyi və xəstələri konsultasiya üçün xəstəxanaya aparacağı təqdirdə onlar barədə məlumatları əvvəlcədən verməsini istəmişdir. Həmin gün saat 02:10-da BŞT və TTYS-in 8 saylı bölməsinin həkimi Təqsirləndirilən şəxs mərkəz ilə yenidən əlaqə saxlayaraq xəstələrin dəm qazından zəhərlənmələrini təkzib edib, üç xəstədən ikisinin çimdiyini, digər üçüncü xəstənin çimmmədiyini, habelə qidadan zəhərlənmələrini də təkzib edib, kartofu zeytun yağında qızartdıqlarını, qatıq yediklərini və xəstəxanaya getməkdən imtna etdiklərini bildirmişdir. Həkin Təqsirləndirilən şəxs həmçinin hər üç xəstəyə gərginlik, baş ağrısı diaqnozu qoyduğunu və hər üç xəstəyə analqin-dimedrol preparatları inyeksiya etməklə tibbi yardım göstərdiyini bildirmişdir. Bakı şəhər Təcili və X9 X1 və baş həkimi tərəfindən xx xxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «Təcili və X9 Stansiyasının anesteziologiya – reanimotologiya briqadası həkiminin» vəzifə borclarının 21.3, 21.4 və 21.5 bəndlərinin tələblərinə əsasən xəstələrə təcili yardımı tam həcmdə həyata keçirməli, tibbi yardımdan və ya xəstəxanaya getməkdən imtina etdikdə, xəstəni, onun qanuni nümayəndəsini xəstəliyin ağırlıq dərəcəsi və gözlənilən fəsadları barədə məlumatlandırmalı, xəstəxanaya getməyə qəti şəkildə razı olmadıqda xəstəyə və ya onun qanuni nümayəndəsinə çağırış vərəqinə “Xəstəxanaya getməkdən imtina edirəm” yazdırıb imzalatmalı, evdə qalan ağır xəstə barəsində sahə poliklinikasına həmin gün, alınmadıqda səhəri gün məlumat verməli və çağırış qəbulu üzrə orta tibb işçisinə təkrar (aktiv) çağırış yazdırıb xəstəyə baş çəkməli, bu barədə müvafiq sənədləri doldurmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhər 8 saylı TTY stansiyasında böyük anestezioloji reanimasiya briqadasının həkimi Təqsirləndirilən şəxs tərəfindən xəstələrin qohumlarına məlumat verilməmiş, çağırış vərəqində xəstələrin xəstəxanaya getməkdən imtina etmələrinə dair heç bir qeyd yazdırmamış və imzalatmamış, çağırışdan sonra xəstələrə təkrar baş çəkməmiş, xəstələr barədə sahə poliklinikasına və növbəni təhfil verdiyi briqadaya məlumat verməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq olmamışdır, zərərçəkmiş tərəfə təqsirləndirilən şəxs tərəfindən hər hansı bir formada zərər ödənilməmişdir, zərərçəkmiş tərəflə barışığın əldə edilməsi üçün real cəhdlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir, zərərçəkən tərəf şikayətçidir. Həmçinin təqsirləndirilən şəxs baş vermiş hadisədə özünü təqsirli bilmir. Belə bir vəziyyətdə məhkəmə məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla xx.xx.2008-ci il təvəllüdlü X14 adlı uşaqları vardır. İş materiallarında olan Tibbi ərazi bölmələrinin idarəetmə birliyi “Bakı şəhər Təcili və X9 Stansiyası” X37 xx.xx.2020-ci il tarixli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs işdəki fəaliyyətinə görə xx.xx.2002, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019-cu illərdə “Təşəkkür” elan edilmişdir. 2018-ci ildə “İlin ən yaxşı həkimi” nominasiyası üzrə müsabiqənin qalibi olmuş və “Fəxri fərmanla” təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin 61 yaşının olmasını, evli olmasını, uşağının olmasını, işlədiyi təşkilat tərəfindən həkimlik fəaliyyətinin müstət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut olan Bakı şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan X11 məxsus bir ədəd yastıq və bir ədəd yastıq üzlüyü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Türkel Süleymanov həmçinin məhkəməyə vəsatətlə müraciət edərək, Bakı şəhəri 8 saylı TTY stansiyasının həkimi Təqsirləndirilən şəxs barəsində CM-nin 142.3-cü maddəsi ilə cəlb olunması üçün müvafiq qərar çıxarılmasını və məsuliyyətə cəlb edilməsini, həmçinin Bakı şəhəri 8 saylı TTY stansiyasının rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi üçün qərardad çıxarılaraq Səhiyyə Nazirliyinə göndərilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar onun əməlinə münasibətdə CM-nin 314.2-ci maddəsi uyğun olduğu üçün həmin maddə ilə ittiham edilmişdir. Hazırkı cinayət işi üzrə məhkəmə icraatı çərçivəsində Təqsirləndirilən şəxs əməlində CM-nin 142.3-cü maddəsi üzrə təqsirinin olub-olmaması məhkəmənin müzakirə predmeti olmamışdır. Həmçinin CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Lakin hazırda ittiham tərəfindən, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən məhkəməyə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa daha ağır ittihamın irəli sürülməsi ilə bağlı vəsatət verilməmişdir. Həmçinin məhkəmə ittihamdan kənara çıxa bilmədiyi üçün Bakı şəhəri 8 saylı TTY stansiyasının rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi üçün qərardad çıxarılaraq Səhiyyə Nazirliyinə göndərilməsi üçün hər hansı bir qərar çıxarması əsas görmür. Həmçinin nümayəndə T.Süleymanlının vəsatəti üzrə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə çatdıraraq, bu məsələ üzrə əlavə hər hansı bir məhkəmə aktının çıxarılmasına zərurət görmür. Çünki vəsatətin təmin edilməsi qərarına gəlindikdə qərar çıxarılır, vəsatət təmin edilmədiyi üçün, hökmdə bu məsələyə təsviri əsaslandırıcı hissədə yuxarıda qeyd edildiyi kimi qiymət verilir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 hər birinə fiziki ziyana görə 2000 manat, maddi ziyana görə 500 manat, mənəvi ziyana görə 10.000 manat pulun, ümumilikdə hər bir zərərçəkənə 12500 manat pulun tutulması və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 tərəfindən isə mənəvi ziyana görə 200.000 manat, hüquqi xidmətə görə 110 manat, dövlət rüsumuna görə 30 manat olmaqla 200.130 manatın Təqsirləndirilən şəxs tutulmasına dair mülki iddialar vermişlər. Lakin məhkəmə gedişatında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək mülki iddialarının baxılmamış saxlanılmasına xahiş etmişlər. Ona görə də məhkəmə hesab edir ki, mülki iddialar baxılmamış saxlanılmalıdır. Çünki CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 232,24 (iki yüz otuz iki manat 24 qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Bakı şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd yastıq və bir ədəd yastıq üzlüyü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-154/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-154/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver