Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-154/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 76 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 7T, mənzil 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs aralarında uzun müddətdir müxtəlif məişət zəmnində münaqişədə olduğu qonşusu Zərərçəkmiş şəxs ondan hüquq mühafizə orqanlarına şikayət etməsinin səbəbini aydınlaşdırmaq və özünün haqlı olmasını isbat etmək məqsədi ilə 07 avqust 2019-cu il tarixdə saat 15:00 dəqiqədə oğlu Zaur Məmmədovla birlikdə qonşuluqda olan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Ə.Əhmədov küçəsində yerləşən bağ sahəsinin həyətinə gəlmiş, həyətdə sonuncuya ondan polis orqanlarına şikayət etməsinə görə irad bildirib hərəkətlərinə son qoymasını tələb etmiş, Zərərçəkmiş şəxs onun bu tələbini rədd edib haqlı olmasını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən vuraraq sonuncuya alt dodağın əzilmiş yarası kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Ə.Cavad küçəsi ev 76-da pasport qeydiyyatındadır və faktiki Yasamal rayonu Ə.Əhəmədov küçəsi ev 7T, mənzil 1-də ailəmlə birlikdə yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Bakı şəhər sakini Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun yaşadığı fərdi yaşayış evinin qonşuluğunda özünə bağ sahəsi almış, həmin bağ sahəsində özünə kafe tikmiş və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fərman kafeni işlətdiyi vaxt oraya gələn müştərilərin nalayiq söyüşlər söyməsi , müştərilər arasında tez-tez mübahisələr yaranmasını görəndən sonra o və ailə üzvləri bundan narahat olmağa başlamışlar. O bu barədə dəfələrlə Fərmana öz iradını bildirmiş, Fərman hər dəfə onunla mübahisə etmiş, onun iradlarına məhəl qoymamışdır. O da məcbur qalıb dəfələrlə polis orqanlarına və digər dövlət orqanlarına müraciət etmiş, Fərmanın ona qarşı qanunsuz hərəkətləri barədə bildirmişdir. Hətta o sonradan bilmişdir ki, Fərmanın işlətdiyi kafenin heç bir sənədi olmamış , buna görə də o Yasamal rayon məhkəməsində iddia qaldırmışdır və hazırda onaların işlərinə mülki qaydada məhkəmədə baxılır. Oğlu Məmmədov Zaur Elman oğlunun yaşadığı Yasamal rayonu Ə.Əhəmədov küçəsi ev 7T, mənzil 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs bağ sahəsi yerləşir və həmin bağ sahəsini bir qismini kafe kimi fəaliyyət göstərir. Buna görə də dəfələrlə Zərərçəkmiş şəxs istifadə etdiyi kafeyə müştərilərin içki qəbul etməkləri və orada səs-küy salmaları onun ailəsini narahat etmiş və o bu barədə Zərərçəkmiş şəxs xəbərdarlıq etmişdir. Lakin o, bundan heç bir nəticə cıxarmamışdır. O və onun oğlu Zaur Fərmanın bağ sahəsinin su və kanalizasiya xəttini sökməmişlər. O, oğlu Zaur və qaynı Tahir Zərərçəkmiş şəxs vurmamışlar, ona xəsarət yetirməmişlər , onu nalayiq söyüşlə söyməmişlər, ümumiyyətlə o və ailə üzvləri Zərərçəkmiş şəxslə aralarında heç bir mübahisələri olmamışdır, çünki o aralarında olan məsələnin həlli ilə əlaqədar artıq məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qərarını gözləmişdir. Fərmanın ona qarşı dedikləri yalandır. O onuda qeyd etmişdir ki, oğlu Zaur Məmmədov 2020-ci ilin oktyabr ayının əvəllindən Rusiya Federasiyasının Moskva şəhərinə ailəsi ilə birlikdə yaşamaq üçün getmiş və hal hazırda orada yaşayır. Onun dəqiq Bakı şəhərinə nə vaxt gəlməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 129 A-da pasport qeydiyyatındadır və həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. O hazırda Pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmir. O 1997-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən 100 kvadratmetrlik qaraj və bağ sahəsini Yasamal rayon Bələdiyyəsinin 11 aprel 2019-cu il tarixli Müşahidə-baxış və pasport qeydiyyatı aktı və Yasamal rayon 185 saylı MTK-nin 04 may 2009-cu il tarixli Arayışı əsasında almışdır. Həmin vaxtdan bu günə kimi həmin 100 kvadratmetrlik bağ sahəsinin 45 kvadratmetirini bağ sahəsi etmiş və 55 kvadratmetr sahəsini isə tikinti sahəsi etmişdir. Boş vaxtlarında ailə üzvləri və nəvələri ilə birlikdə bağ kimi istifadə etdiyi ərazidə istirahət etmişdir. Həmin bağ sahəsinin arxa hissəsində, yəni qonşuluqda, 2016-cı il tarixdən bu günə kimi Təqsirləndirilən şəxs Əhəd oğlu ailə üzvləri birlikdə yaşayırlar, həm onun bağ sahəsinin, həm də Elmanın bağ sahəsinin ətrafında digər qonşular yaşayırlar. Onun qonşusu Təqsirləndirilən şəxsla və digər qonşularla normal münasibəti olmuş və onlarla heç bir ədavəti , düşmənçiliyi olmamışdır. Təxminən 2017-ci ilin ortalarından başlayaraq qonşusu Elman və onun oğlu Zaur Fərmanın bağ sahəsinin su və kanalizasiya üçün çəkdiyi xəttin onların evlərinin qarşısından keçdiyi üçün, ona bildirmədən bir qonşu kimi onun kanalizasiya və su xəttini sökmüşlər. O, isə onlara iradını bildirmişdir. Həmin vaxtdan bu günə kimi su və kanalizasiya xətti sökülmüş vəziyyətdə qalmışdır. Bundan sonra Elman öz evinin su və kanalizasiya xəttini onun icazəsi olmadan bağ sahəsinin qarşısından keçirmiş və həmçinin onun bağ sahəsinə keçən ümumi yolun gediş gəlişini kəsmişdir. O isə Elmana və onun oğlu Zaura dəfələrlə iradını bildirmiş, onlar heç bir səbəb olmadan onun həmin bağ sahəsində onu söyüb təhqir etmişlər. Bu zəmində onların aralarında dəfələrlə mübahisələri olmuşdur. Lakin buna baxmayaraq Elman və onun oğlu Zaur onu öldürməklə hədələmiş, onu bağ sahəsindən köçürəçəklərini bildirmişlər. O artıq başa düşmüşdür ki, onlar ona qarşı etdikləri qanunsuz hərəkətlərinə son qoymamış, özüdə fikirləşmişdir ki, artıq qonşuluq münasibətlərini gözləməyin mənası olmamış, ona görə də o onların barəsində dəfələrlə Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi Qafqaz müəllimə şifahi olaraq müraciət etmiş, lakin buna baxmayaraq heç bir nəticə olmamışdır. Belə ki, 08 avqust 2019-cu il tarixdə təxminən saat 13:30 radələrində o Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəsinə gəlmiş, o həmin bağ sahəsinin həyətində bir qədər təmizlik işləri apardıqdan sonra görmüşdür ki, qonşusu Elman içkili vəziyyətdə həyətində saxladığı itini qəsdən onun bağ sahəsinin ümumi giriş qapsına zəncirlə bağlamışdır. O bu halı görəndən sonra, ona irad turaraq itini onun bağ sahəsindən aparmağını bildirmişdir. Lakin görmüşdür ki, Elman ona heç bir əhəmiyyət verməmiş, başa düşmüşdür ki, o onunla mübahisə etsə, nəticədə aralarında dava düşəcək. Elə həmin günü, o Elmanın ona qarşı hərəkətlərinin qarşısını almaq məqsədi ilə mobil telefonu ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə şifahi məlumat vermişdir. Elə həmin günü onu və Elmanı Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər və orada o Elmanın barəsində rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Sonra isə onun izahatını sahə rəisi Qafqaz müəllim almışdır. Bundan sonra o oradan çıxıb həmin bağ sahəsinə gəlmişdir. Elə həmin günü, yəni 07 avqust 2019-cu il tarixdə təxminən saat 15 radələrində o bağ sahəsinin hətəyində bir qədər təmizlik işlərinin aparlıması ilə məşğul olarkən, Elman, onun oğlu Zaur, Zaurun dayısı sonradan adını bildiyi Tahir və onların yanında olan başqa bir nəfər təxminən 25 yaşında olan cavan oğlan özünü ona polis əməkədaşı kimi təqdim etmiş, ona yaxınlaşmışlar. Bundan sonra ilk növbədə Elman ona irad tutmuşdur ki, “ Sən bu gün nə səbəbə görə mənim barəmdə Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət etmisən, indi isə sən bunun cavabını layiqincə alacaqsan” , o isə Elmana demişdir ki, “artıq sizin əlinizdən mən bu bağ səhəsində rahat hərəkət edə bilmirəm”, o, isə ona cavabında bildirmişdir ki, “biz səni ümumiyyətlə buradan birdəfəlik rədd edəcəyik”. Bu zəmində onların aralarında mübahisə baş vermiş, mübahisə zamanı Elman, oğlu Zaur, Tahir və həmin özünü polis əməkdaşı kimi təqdim edən şəxs onu nalayıq söyüşlərlə təhqir etmişlər. Bundan sonra Elman onun üstünə hücum edərək əli ilə onun ağız nahiyəsinə bir neçə dəfə bərk zərbələri ilə vurmuşdur. Bu zaman onun ağız nahiyəsindən qan açılmış və ağzından xəsarət almışdır. Bundan sonra bunu görən Zaur yerdən 20x40 sm, çəkisi isə təxminən 30 kiloqramdan ibarət olan mişar daşını götürüb onun üstünə atmışdır. O isə kənara çəkilmiş, həmin mişar daş onun sağ ayağının üstünə düşmüş və sağ ayağının baş barmağı və pəncəsi sınaraq xəsarət almışdır. Həmin hadisə zamanı Tahir isə əli ilə onun bədəninin sol və sağ nahiyəsinə, ayağı ilə isə onun xaya nahiyəsinə vurmuş və ona xəsarət yetirmişdir. Bundan sonra o onların bu zərbələrindən yerə yıxılmış, onlardan xahiş etmişdir ki, ona bir daha vurmasınlar. Lakin buna baxmayaraq onlar onu nalayiq söyüşlərlə təhqir etmiş, özünü polis əməkdaşı kimi təqdim edən şəxs isə onu yerdə ayağı ilə bel nahiyəsinə, sol ayağının topuq və diz nahiyələrinə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra o onların bu hərəkətlərindən sonra bir qədər yüksək səslə qışqırmış, onlar onun bu qışqırıq səsindən sonra oradan uzaqlaşmışlar. Bu zaman onun qışqırıq səsini eşidən və təsadüfən bağ sahəsinin qarşısından keçən əvvəllər tanıdığı Məhiyəddin Məmmədov gəlmiş, o, onun yerdə uzanıqlı vəziyətdə və bədəninin üzərində aldığı xəsarətləri görmüşdür. Bundan sonra Məhiyəddin Elmana, oğlu Zaura, Tahirə və həmin polis əməkdaşına öz iradını bildirmiş, onlar isə Məhiyəddini söyüb təhqir etmiş, Elman onun üzünə bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra Elman, oğlu Zaur, Tahir və həmin polis əməkdaşı onun bağ sahəsinin həyətini tərk edərək çıxıb getmişlər. O isə elə həmin günü baş vermiş hadisə barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə getmiş, orada Elman, oğlu Zaur, Tahir və həmin polis əməkdaşı barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra aldığı xəsarətlərlə əlaqədar özünü pis hiss etdiyi üçün 1 saylı Respublika Xəstəxanasına müraciət etmiş, orada ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Elə həmin günü evə gəlmiş və evdə ailə üzvlərinə baş vermiş hadisə barədə məlumat vermiş, sonra isə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə 07 avqust 2019-cu il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəmin həyətində baş vermiş, hadisənin səbəbi Elmanın onu bağ sahəsindən bir dəfəlik köçürmək istəməsi, dəfələrlə onu təhqir etməsi, qəsdlə onun bağ sahəsinin su və kanalizasiya xəttini sökməsi və bağ sahəsinin qarşısından onun su və kanalizasiya xəttinin çəkilməsinin üstündə olumuşdur. Hadisənin şahidləri Mahiyəddin yaxınlıqda avtmobillərin dəmirçi işləyən Mehman adlı şəxslər olmuşlar. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı o Elmana, oğlu Zaura, Tahirə və həmin polis əməkdaşına hər hansı bir bədən xəsarətləri yetirməmiş və onları söyüb təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Abbas Şadlinski küçəsi ev 16-da qeydiyyatdadır və faktiki Bakı şəhəri Yasamal rayonu Mirə Ağaliyev küçəsi dalan 1, ev 3-də aiələsilə birlikdə yaşayır. O, 2007ci il tarixdən bu günə kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən avtomobillərin təmiri sexində dəmirçi işləyir. O, 2007-ci il tarixdən etibarən Tağıyev Fərman Heybət oğlunu tanıyır, Təqsirləndirilən şəxs Əhəd oğlu isə 2018-ci il tarixdən etibarən tanıyır, onun onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Onların hər ikisi ilədə normal münasibəti vardır. Onuda qeyd edir ki, onun iş yerinin yaxınlığında Zərərçəkmiş şəxs Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəsi yerləşir və həmin bağ sahəsinin qarşısında isə Təqsirləndirilən şəxs yaşadığı evi yerləşir. O, dəfələrlə Fərman və Elman arasında evin və bağ sahəsinin su və kanalizasiya xəttlərinin üstündə mübahisələri olmasının şahidi olmuş və o, həttda onları bir araya gəlmələrində məsələhət vermişdir. Lakin onlar isə yenidən öz aralarında olan məsələni həll etməmişlər və bu günəkimi onların arasında olan məsələ davam edir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında 07 avqust 2019-cu il tarixdə baş verən davanın şahidi olmamışdir, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmədiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 avqust 2019-cu il tarixdə bacısı X2 yaşadığı ünvan 5 ünvanına gedərkən bacısı Təranə bildirmişdir ki, onların evlərinin arxasında kafe işlədən Fərman adlı şəxs bacısının həyat yoldaşı Elman və oğlu Zaurun barələrində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət etmişdir. Daha sonra bacısı Təranə bildirmişdir ki, Elman və Zaur həmin şikayətlə əlaqədar 29-cu PŞ-nə getmişlər. Həmin gün saat 15:00 radələrində Elman və Zaur evə gələrkən Fərmanın işlətdiyi kafeyə getmişlər ki, məsələyə aydınlıq gətirsinlər. Tərəflər arasında hər hansı bir mübahisənin və xoşagəlməz halın baş verməməsi üçün o da onlarla birlikdə Fərmanın işlətdiyi kafeyə getmişdir. Orada olarkən, Elman Fərmana bildirmişdir ki, onun barəsində əsassız olaraq 29-cu PŞ-nə şikayət etmişdir. Bu zaman tərəflər arasında təxminən 5 dəqiqəlik sözlə mübahisə yaranmış və onlarında müdaxilələri ilə ara sakitləşdirilmişdir. Daha sonra onlar evə gətmişlər, Fərman isə kafedə qalmışdır. Zərərçəkmiş şəxs yalan danışır, onlar ümumiyyətlə onu vurmamışlar, Zaur mişar daşını onun ayağına atmamışdır, tərəflər arasında sadəcə sözlə mübahisə olmuşdur. Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması barədə heç bir məlumatı yoxdur, yalnız bildirmək istəyir ki, 07 avqust 2019cu il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Yeni ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2016-ci il tarixdən bu günə kimi TAUN əlehiyinə stansiyasının daxili mühafizə rəisi vəzifəsində işləyir. O, təxminən 2015-ci il tarixdən etibarən Tağıyev Fərman Heybət oğlunu tanıyır, Təqsirləndirilən şəxs Əhəd oğlunu isə 2018-ci il tarixdən etibarən tanıyır, onun onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Onların hər ikisi ilədə normal münasibəti vardır. Onun aldığı məlumata görə Zərərçəkmiş şəxs Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəsi yerləşir və həmin bağ sahəsinin qarşısında isə Təqsirləndirilən şəxs yaşadığı evi yerləşir. O, dəfələrlə Fərman və Elman arasında evin və bağ sahəsinin su və kanalizasiya xəttlərinin üstündə mübahisələri olmuşdur. Belə ki, 08 avqust 2019-cu il tarixdə təxminən saat 15 radələrində o, Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəsinin qarşısında yerləşən avomobillərin təmiri sexində təmir və dəmirçi işləyən Mehman adlı şəxsin yanına idarə etdiyi ona məxsus Mecedes markalı Az ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilini təmir edən zaman, Fərmanın bağ sahəsində səs-küy eşitmişlər. Bundan sonra, Fərman tez həmin bağ sahəsinə getmiş, o, isə avtomobillərin təmiri sexində dayanmış və Fərmanı bir qədən gözlədikdən sonra, o, Fərmanın dalınca həmin bağ sahəsinə getmişdir. Orada Fərman, Elman, oğlu Zaur, qaynı Tahir və tanımadığı bir nəfər şəxs olmuşdur. Bundan sonra görmüşdür ki, Fərmanın ağzı və ayağı qanamış vəziyyətdədir. O, artıq orada başa düşmüşdür ki, onlar Fərmanı döymüşlər. O, həmin hadisə yerinə gələrkən, onların arasında olan hadisə bitmişdir. Bundan sonra o, onları tanıdığı üçün Fərmana və Elmana öz iradını bildirmişdir. Bundan sonra o və Mehman həmin avtotəmir sexinə gəlmişlər. Lakin sonradan aldığı məlmuat görə Fərman Elmandan, oğlu Zaurdan, qaynı Tahirdən və onların yanında olan bir nəfər şəxsdən Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə 07 avqust 2019-cu il tarixdə təxminən saat 15 radələrində Fərmanın Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən bağ sahəsinin həyətində olmuş, hadisənin səbəbi Elman onun bağ sahəsinin su və kanalizasiya xəttini sökməsi və bağ sahəsinin qarşısından onun su və kanalizasiya xəttinin çəkilməsinin üstündə olumşdur. Hadisənin bilavasitə şahidi Mehman və hadisədən bir qədən sonra o, olmuşdur. Həmin hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Cinayət işinin 194-cü vərəqəsində olan 28 dekabr 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 222-224-cü vərəqələrində olan 30 dekabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı çəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin məhkəmə tibb ekspertizasının 08 avqust 2019-cu il tarixli, 629 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər alt dodağın əzilmiş yarası və sağ ayağın İ barmağının əsas falanqasının sınğı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 07 avqust 2019-cu il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə alt dodağın yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, ayaq barmağının sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 187-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalı və həmin Məcəllənin 69.4cü maddəsinə əsasən 28 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cərimə cəzası saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 saata görə 246 (iki yüz qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 1500 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 28 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla sonuncunun üzərində qəti olaraq 1300 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 saata görə 246 (iki yüz qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-154/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-154/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver