Məhkəmə qərarları › İş №1(004)-155/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-155/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-155/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanına gələrək orada mənzilə daxil olmağa nail olmaqdan ötrü özünü yalandan usta kimi təqdim edib həmin mənzilin sahibi Zərərçəkmiş şəxs aldadaraq mənzilin dəhlizinə daxil olmuş, daha sonra güya mənzilin mətbəx sahəsində su borusunun sıradan çıxmasını deyərək həmin borunun təmirinə 4 manat pul lazım olmasını bildirdikdə, Zərərçəkmiş şəxs qonaq otağına gedərək orada yerləşən çəkməcənin içərisindəki zərfdə olan 4050 manat pulun 50 manatını ona təqdim etmiş, o, Zərərçəkmiş şəxs pulları qonaq otağında olan çəkməcədə saxlamasını bildikdən sonra xırdası olmadığını deyərək mətbəx sahəsinin ölçüsünü ölçməyi Zərərçəkmiş şəxs tapşırmış, sonuncu bu məqsədlə mənzilin mətbəxinə getdikdə o, zərərçəkmiş şəxs tərəfindən dəhlizdə dayanaraq gözləməsi barədə xəbərdar olunmasına baxmayaraq qonaq otağına keçərək orada olan çəkməcəni açıb Zərərçəkmiş şəxs məxsus zərfin içərisində olan 4000 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxsna istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə ünvan 2 ünvanının qarşısından keçən zaman orada dayanmış tanımadığı qadından qeyd etdiyi binada bir nəfər tənha yaşayan yaşlı qadının hansı mənzildə yaşadığını soruşmuşdur. Həmin qadın ona binanın 5-ci mərtəbəsini işarə edərək, həmin mənzildə bir nəfər yaşlı qadının yaşadığını bildirmişdir. O, həmin qadına təşəkkür edib göstərilən mənzilə qalxmışdır. Bundan sonra o, mənzilin qapısını bir neçə dəfə vurduqdan sonra bir nəfər tanımadığı yaşlı qadın kim olduğunu soruşmuş, o, isə ona özünü yalandan usta kimi təqdim etmiş, həmin yaşlı qadın mənzilin qapısını açaraq onu evə dəvət etmişdir. Qadının dəvətinə əsasən o, mənzilə daxil olduqdan sonra həmin yaşlı qadına onun su borusuna, krana baxmış, kranda sızma olduğunu və problemi aradan qaldırmaq üçün 04 manat pul verməli olduğunu bildirmişdir. Həmin yaşlı qadın qonaq otağındakı dolabın siyirməsini açaraq oradakı zərfin içərisindən 50 manat pul əskinazını götürüb ona təqdim etmək istədikdə o, ona pulunun qalan hissəsini qaytarmaq üçün pulunun olmamasını bildirmişdir. Bundan sonra o, həmin qadından mətbəx otağındakı su borusundan su sızmanın olubolmamasını yoxlamasını istəmişdir. Yaşlı qadın mətbəx otağına keçdikdən sonra o, qonaq otağında qadının 50 manat məbləğində pul vəsaiti çıxardığı zərfi götürərək evdən çıxıb getmişdir. Zərfin içərisindəki pul vəsaitini saydıqda orada 3200 manat məbləğində pul vəsaiti olduğunu müəyyən etmişdir. Həmin pullardan 300 manat pula tanımadığı şəxsdən qızıl üzük və 150 manat pula “Samsung J 3” markalı mobil telefon, bir hissəsinə ərzaq məhsulları almış və qalan hissəsini müxtəlif yerlərdə xərcləmişdir. Oğurladığı 3200 manat məbləğində pul vəsaitindən 1700 manat məbləğində pul vəsaitini isə cibində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə kirayə yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv ünvanından çıxan zaman mülki geyimli polis əməkdaşları özlərini təqdim edərək onu törətdiyi oğurluq hadisəsi ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Yasamal RPİ-nin 26-cı PB-nə gəlmiş, polis bölməsində ona verilən suallara səmimi cavab verərək, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Oğurluq əməli nəticəsində əldə etdiyi qızıl üzüyü, “Samsung J 3” markalı mobil telefonu və 1700 manat məbləğində pul vəsaitini xx xxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-də təqdim etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, özünü ona görə qismən təqsirli hesab edir ki, o, zərərçəkmiş şəxsin adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs özünün iradəsi ilə ona məxsus mənzilə daxil olub pulu gördükdən sonra onda həmin pulları oğurlamaq niyyəti yaranmışdır. Ona görə də hesab edir ki, onun tərəfindən törədilmiş oğurluq cinayət əməlində tövsifedici əlamət olaraq yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerinə qanunsuz daxil olma mövcud deyildir, əməli cinayət qanununda nəzərdə tutulandan daha ağır maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsna verilmiş suallar əsasında o, əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun tənha yaşamasından məlumatlı olmamışdır. Yalnız həmin vaxt məhlədən keçən zaman hər ehtimala cəhd göstərərək yalandan əlamətlər verib qonşu qadından həmin mənzildə tənha yaşlı qadın yaşamasını öyrənib bilmiş və yuxarı qalxaraq mənzilin qapısını döymüşdür. Qapını açan Zərərçəkmiş şəxs mənzildən su axıb-axmamasını soruşub içəriyə daxil olmuş, daha sonra mətbəxə keçmişdir. Mətbəxdəki krana baxan zaman boğaz hissəsində axıntı olmasını görüb Zərərçəkmiş şəxs təmir üçün pul istəmişdir. Pulu gördükdən sonra onu oğurlamaq qərarına gəlmişdir. O, mətbəxin borularında nasazlıq görməmiş, lakin Zərərçəkmiş şəxs boruları iplə ölçməsini demiş və yaranmış vəziyyətdən istifadə edərək qonaq otağına keçib dolabın siyirməsində olan pulu götürərək oradan qaçıb getmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ona mənzilinin qonaq otağına keçməsinə dair səlahiyyət verməmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli biməsinə baxmayaraq son sözündə özünü tam təqsirli bilərək hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxslə barışıq əldə edib ona dəymiş ziyanı tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı övladının olması nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 mənzil 56-da pasport qeydiyyatında olmaqla həmin ünvanda tək yaşayır. 1973-cü ildə X5 ilə ailə qurmuş, həmin nigahdan 1974-cü il təvəlldülü oğlu X11 dünyaya gəlmişdir. 2010-cu ildə həyat yoldaşı vəfat etmişdir. 2010-cu ildə isə oğlu İlyas Bəkirzadə daimi yaşamaq üçün X3 şəhərinə getmiş və həmin vaxtdan bu günə kimi orada ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı ünvan ünvan 3 56 saylı mənzil, 5 mərətəli binanın 5-ci mərtəbəsində yerləşir, həmin mənzil 01 otaqdan, mətbəxdən və sanitar qovşağından ibarətdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, mənzildə tək olan zaman, mənzilin giriş qapısı döyülmüş, qapıya yaxınlaşıb kim və ona nə lazım olduğunu soruşduqda, qapının arxasından bir nəfər əvvəllər tanımadığı kişi cinsli şəxsin səsi gəlmiş, ona cavab olaraq şəxs özünü ona su borularının təmir ustası kimi təqdim edərək, guya onun mənzilinin mətbəxindən su axıdıldığını, onu təmir etmək üçün gəldiyini bildirmişdir. O, isə həmin şəxsin bu sözlərinə inanıb mənzilin qapısını açmışdır. Adını sonradan öyrənib bildiyi, hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs onun dəvətini gözləmədən öz mənzili kimi sərbəst olaraq dərhal içəriyə daxil olmuşdur. Təqsirləndirilən şəxs özünü ona su borusunun təmir ustası kimi təqdim edərək, guya onun mənzilinin mətbəxində olan su borusundan su axıdıldığını, onun təmir etmək üçün gəldiyini bildirmişdir. O, qonşuya su axılmasından qorxduğu üçün Təqsirləndirilən şəxs sözləri altında özünü sehirlənmiş kimi hiss etmişdir. Ona görə də Təqsirləndirilən şəxs içəri mətbəxə buraxmışdır. Təqsirləndirilən şəxs mətbəxə daxil olub kran və borulara baxıb su axdığını, təmirə ehtiyac olduğunu deyib ondan 04 manat pul istəmişdir. O, isə mənzilin qonaq otağına keçmiş, orada masanın üzərində olan pul kisəsində 04 manat pul olmadığı üçün, həmin otaqda olan dolabın siyirməsində əvvəldən göz əməliyyatı üçün yığıb zərfdə saxladığı 4050 manat məbləğində pul üzərindən bütov 50 manat pulu götürüb qalıq qaytarması üçün Təqsirləndirilən şəxs verdikdə həmin pula xırda olmadığını bildirmiş, o, isə 50 manat pulu masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona mətbəxin borularının uzunluğunu ölçmək üçün ip gətirməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla tapşırıq verən tərzdə danışmış, o, isə sehirlənmiş vəziyyətdə onun tapşırılarını icra etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs tapşırığı ilə mətbəxdə olan şkafdan ipi götürüb mətbəxin uzunluğunu ölçmüş, dəhlizə geri qayıtdıqda Təqsirləndirilən şəxs mənzildə olmadığını görmüşdür. Bu vaxt aldanıldığını dərk edərək dolabın siyirməsinə baxmış orada zərf və zərfin içində olan 4000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Mənzildən çölə çıxıb həyətə düşmüş və orada olan qonşulardan öyrənib bilmişdir ki, Təqsirləndirilən şəxs qonşulardan onun tənha yaşamasını öyrənib mənzilə qalxmışdır. O, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və bundan sonra o, baş vermiş hadisə barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 4000 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, o, hadisədən əvvəl mənzilinin sanitar qovşağında hər hansı bir nasazlıq hiss etməmiş və təmir üçün ehtiyac olmadığından heç kimə bununla bağlı müraciət etməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs onun tələbi ilə təmin guya təmir üçün 4 manat vermək məqsədilə, dolabçanın siyirməsini açıb pul götürdükdən sonra onu əvvəlki kimi bağlamış, həmçinin Təqsirləndirilən şəxs mənzilin qonaq otağına dəvət etməmişdir. Məhkəmə istintaqı gedişatında Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizəsini təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən gələcəkdə ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı məhəllədə, yəni Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 10 saylı ünvanın qarşısında paltar asan zaman əvvəllər tanımadığı orta yaşlı balacaboy qaraşın bir nəfər şəxs, sonradan istintaq zamanı ona təqdim edilərək tanıdığı, adını öyrənib bildiyi, hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona yaxınlaşaraq məhəllədə yaşlı, ağ saçlı bir qadın qaldığını, həmin qadının hansı mənzildə yaşadığını soruşmuşdur. O, ilk öncə Təqsirləndirilən şəxs onun dediyi əlamətlərdə adam tanımadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin qadının ondan biraz yaşlı olduğunu saçlarının onunki kimi ağ olduğunu və ondan bir az arıq olduğunu demişdir. Həmin vaxt o, 4-cü blok 5-ci mərtəbədə yaşlı Gülnaz adlı qadının tək yaşadığını və həmin yaşlı qadının tanımadığı şəxslərə qapı açmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona narahat olmamasını, həmin qadının qohumu olduğunu və həmin qadının qapını ona açacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla sağollaşaraq, yaşadığı binanın eyni blokunda yaşayan Gülnazgilin mənzilinə doğru getmişdir. O, isə paltarlarını asdıqdan sonra məhəllədə olan ərzaq mağazasına daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra o, mağazadan çıxaraq yaşadığı mənzilə gedərkən blokda çoxlu şəxslərin olduğunu gördüyündən qonşulardan nə baş verdiyini soruşarkən, qonşular ona bir nəfər şəxsin Gülnazın yaşadığı evdən oğurluq etdiyini bildirmişdir. Söhbət zamanı əlamətlər əsasında oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda şahidi və zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi iləmüəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidin, zərərçəkmiş şəxsinifadələri,məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli və xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi, eləcə də xx xxxxx 2020-ci il tarixli fotoşəkillər əsasında şəxsi tanınmaya təqdim etmə haqqında protokolların məzmunundan və onlara əlavə edilmiş fotocədvəllərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs iştirakı ilə həmin tarixlərdə onun yaşadığı Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 10, mənzil 56 ünvanına baxış keçirilərkən o, xx xxxx 2020-ci il ona məxsus 4000 manat məbləğində pulu həmin mənzilin qonaq otağında olan şkafın siyirməsindən oğurladığını bildirib hadisə yerini əyani olaraq göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs onun mənzilindən oğurluq cinayət əməlini törədən şəxsi ona təqdim edilən fotoşəkillər üzrə tanıyaraq Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir (iş vər.: 09-12; 122-129). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolun məzmunundan və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan, 100 manatlıq pul əskinazlarından ibarət, A46952322, A38042951, A06925550, C48455241, B11009255, C41877091, A19993060, A24922470, D17881811, C36663775, C78894171, A69729006, A22793592, D19540217, A99668212, A53210548, A45632592 nömrəli, ümumilikdə 17 ədəd olmaqla 1700 manat pulu, bir ədəd qızılı rəngli üzüyü, bir ədəd “Samsung J 3” markalı mobil telefonu təqdim edərək həmin 1700 manat pulun Zərərçəkmiş şəxsnın yaşadığı Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 10, mənzil 56 ünvanından oğurladığı 4000 manatdan qalan məbləğ olduğunu, bir ədəd qızılı rəngli üzüyü oğurladığı puldan 150 manata, “Samsung J 3” markalı mobil telefonu isə 300 manata aldığını, 1050 manatı isə ərzaq mallarına xərclədiyini bildirmişdir. (iş vər.: 20-21). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Şahid ona təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq, xx xxxx 2020-ci il tarixdə yaşadığı məhəllədə ona yaxınlaşaraq orada yaşayan yaşlı, ağ saçlı qadın barədə maraqlanan şəxsin məhz o olmasını təsdiq etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olması və sonuncuya məxsus 4000 (dörd min) manat dəyərində pulunu oğurlaması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsində Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmamasını, mənzilə sonuncunun iradəsi ilə daxil olmasını, zərərçəkmiş şəxsə məxsus pulu talamaq niyyətinin sonradan yaranmasına dair verdiyi məlumatlar özünümüdafiə xarakterli olaraq qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 21-ci bəndinə görə məhkəmələrə tövsiyyə edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Hazırki işin hallarından isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir tanışlıq və ya qohumluq münasibəti olmamış, bir sözlə, onun mənzilə, o cümlədən mənzilin daxilindəki otaqlara sərbəst şəkildə girib-çıxmaq imkanı olmamışdır. Təqsirləndirilən şəxs özünün və məhkəmə istintaqı zamanı dindirilmiş digər şəxslərin ifadələrindən görünür ki, o, əvvəlcədən qəsdən düşünülmüş şəkildə Zərərçəkmiş şəxs yaşlı və köməksiz vəziyyətdə olmasını, onun mənzilində tənha yaşamasını müəyyən etdikdən sonra, onu aldadaraq, yəni güya mənzildən su axmasını bəhanə gətirirək qanunazidd şəkildə yaşayış sahəsinə daxil olmağa nail olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs özgə əmlakını qanunsuz olaraq talama niyyəti Zərərçəkmiş şəxs məxsus mənzilə daxil olmamışdan öncə yaranmışdır. Bundan başqa, işin hallarından görünür ki, mənzildə olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumiyyətlə qonaq otağına dəvət etməmiş, onun qonaq otağına sərbəst girmək səlahiyyəti olmamış, ona qeyd olunan otağa daxil olması üçün mülkiyyətçi tərəfindən icazə verilməmişdir. Yəni, dolayısı ilə Təqsirləndirilən şəxs mənzildəki qonaq otağına daxil olması, daha sonra pul vəsaitinin xüsusi saxlanıldığı dolabçanın siyirməsini açaraq oradan həmin pul vəsaitlərini götürməsi belə hüquqazidd hərəkət olmaqla, qanunsuz daxil olma kimi qiymətləndirilir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatması onun yaşayış sahəsinə qanunsuz daxil olma əməlinin törədilməsi üsulu kimi çıxış etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-211/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 4(004)-155/2020 nömrəli xx xxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vər.: 54, 68-69, 89-90) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 912970 nömrəli nikah haqqında şəhadətnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə X12 arasında xx xxxxxx 2014-cü il tarixdə nikah bağlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 264434 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2012-ci il təvəllüdlü X6 valideynləri Təqsirləndirilən şəxs və X8r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamədən və Nizami rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 1(007)-344/2012 nömrəli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx xxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. O, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 20%faiz pul vəsaiti tutulmaqla 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vər.:137-139) Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmiş və hazırda onun üzərində məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəməsini və evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bundan başqa, Məcəllənin 60.1-ci maddəsinə həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edirki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti,o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qızılı (sarı) rəngli üzük, bir ədəd “Samsung J3” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına alındığından xüsusi müsadirə edilməklə məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsinə görə xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Aşağıdakı hallarda əmlak xüsusi müsadirə edilə bilər 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Bundan başqa, 17 ədəd olmaqla A46952322, A38042951, A06925550, C48455241, B11009255, C41877091, A19993060, A24922470, D17881811, C36663775, C78894171, A69729006, A22793592, D19540217, A99668212, A53210548, A45632592 nömrəli 100 (bir yüz) manatlıq pul əskinasların, ümumilikdə 1700 manat pulun onun qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi, eyni zamanda məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təyin edilmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yektim) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat və zərərçəkmiş şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qızılı (sarı) rəngli üzük və bir ədəd “Samsung J3” markalı mobil telefon xüsusi müsadirə edilməklə məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınsın. Cəmi 17 ədəd olmaqla A46952322, A38042951, A06925550, C48455241, B11009255, C41877091, A19993060, A24922470, D17881811, C36663775, C78894171, A69729006, A22793592, D19540217, A99668212, A53210548, A45632592 nömrəli 100 (bir yüz) manatlıq pul əskinaslarının, ümumilikdə 1700 manat pulun onun qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yektim) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat və zərərçəkmiş şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ**********0000001944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar