Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-155/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X10, təqsirləndirilən şəxs X9 oğlunun iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” yaşayış massivində qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,380 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamaqla daşımış, 24 dekabr 2021-ci il tarixdə saat 17:00 dəqiqədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0,380 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda yaşayır və heç bir yerdə işləmir. 24.12.2021-ci il tarixdə səhər saat təxminən 10 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu,”Kubinka” adlanan yaşayış massivinə gedərək,orada üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə satan şəxsi gördüyünü həmin şəxsin narkotik vasitə satan olduğunu bildiyi üçün yaxınlaşaraq ondan “kokos” kimi tanınan narkotik vasitə heroinin satmasını istədiyini və həmin şəxsin narkotik vasitə satmağa razılaşdığını bildirmişdir.Həmin şəxs ona 15 manat qarşılığında siqaretin qızılı rəngli kağızına bükülmüş olan narkotik vasitə heroini satdığını bildirmişdir.Aldığı narkotik vasitəni əynində ki,göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur ki, sonra istifadə etsin.24.12.2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman ona mülki geyimdə olan iki nəfərin yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitələrin əldə olunması və isifadə edilməsində şübhəli olduğu üçün onu Yasamal RPİ-nə dəvət etdiklərini bildirmişdir.O, polis əməkdaşları ilə razılaşaraq Yasamal RPİ-nə getdiyini və Yasamal RPİ-nin xidməti otaqların birində ona təqdim edilmiş Müdafiəçi iştirakı ilə və razılığı əsasında video çəkilişdən istifadə etməklə üzərinə baxış keçirildiyini bildirmişdir.Baxış zamanı əynində olan göy rəngli cins şalvarımın sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızına bükülü olan heroini könüllü olaraq masanın üzərinə qoyaraq polis əməkdaşalarına təhvil verdiyini bildirmişdir. Bundan sonra üzərində qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmadığından. Üzərindən götürülmüş narkotik vasitənin növünün və çəkisini müəyyən etmək üçün ekspertizaya göndərildiyini bildirmişdir. O, narkotik vasitəni əldə etmək üçün pulu fərdi əməklə məşqul olub qazandığını bildirmişdir.Polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində ona heç bir təzyiq göstərilmədiyini bildirmişdir Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda polis baş leytenantı xüsusi rütbəsində Yasamal RPİ-nin X4 əməliyyat müvəkkili vəzifəsində işləyir.İşlədiyi bölməyə məlumat daxil olmuşdur ki, ünvan 5 ünvanda yaşayan, xx xxxxxx 1993-cü il təvəllüdlü X9 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.Alınmış məlumatın və Toğrul Mehbəlıyev törətdiyi əməlləri ifşa etmək məqsədi ilə ondan və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun yaradıldığını bildirmişdir.Bu səbəbdən 24 dekabr 2021ci il tarixdə saat 17:00 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında dayandığını görüb dərhal ona yaxınlaşıb xidməti vəsiqələrəni göstərək, özlərini təqdim edərək, həmin şəxsin şəxsiyyətini təsdiq sənəd istədiklərini lakin həmin şəxsin özünü 1993-cü il təvəllüdlü X3 təqdim etdiyini bildirmişdir. Bundan sonra Toğrul Mehblıyevi narkotik vasitələri gəzdirməkdə şübhəli olduğu üçün əllərini ciblərinə salmağa imkan verməyərək Yasamal RPİ-nin inzibati binasına gətirdiklərini və Yasamal RPİ-nə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə X8 bildirilmişdirlər ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli olan maddəni masanın üzərinə qoyduğunu və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələrin aşkar olunmadığını bildirmişdir. İlkin sorğu zamanı T.K.Mehbəlıyev bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və onu 24.12.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata əldə edib.Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edildiyini və çəkilişin aparıldığını bildirmişdir. Toğrul Mehbəlıyevin narkotik vasitəni kimdən aldığını bildirmədiyini bircə , o narkotik vasitəni «Kubinka» adlanan yerdən tanımadığı bir şəxsdən 15 manata aldığnı bildirdiyini və bu barədə protokola qeyd olunduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatında Toğrul Mehbəlıyev narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1, Şahid2 ifadəsinə uyğun analoji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs T.K.Mehbəlıyevin təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 24 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, T.K.Mehbəlıyev həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 75-78-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2021-cı il tarixli qərarından görünür ki, T.K.Mehbəlıyev barəsində 24 dekabr 2021-cı il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2021-cı il tarixli 6/5620 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 42 №” möhür əksi, “... Mehbəlıyev Toğrul imza ...” yazıları və s,imzalar olan olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.380 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik manat təşkil etmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.01.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, T.K.Mehbəlıyev Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 18 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 16.07.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 07 fevral 2022-cı il tarixli, 581 saylı rəyindən görünür ki, X6 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 107-111-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, T.K.Mehbəlıyevdən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,380 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Əliyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Orxan Əliyevin qarşısında sol tərəfində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçidır.Təhqiqatçının sağ tərəfində Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 onun yanında şübhəli şəxs Təqsirləndirilən şəxs,ondan sonra isə Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 dayanmışdır.Video çəkilişin davamında baş təhqiqatçı Orxan Əliyev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs,əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş kütləni çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan kokos kimi tanıdığı heroin olduğunu, həmin narkotik vasitəni Kubinka kimi tanına ərazidən yaxınlığında adını və anket məlumatlarını tanımadığı şəxsdən istifadəsi üçün 15 manata aldığını bildirdi.Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirələn baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmadı.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, T.K.Mehbəlıyevin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs T.K.Mehbəlıyevə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla T.K.Mehbəlıyevə cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən T.K.Mehbəlıyevin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs T.K.Mehbəlıyev təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, T.K.Mehbəlıyev həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə T.K.Mehbəlıyevin azadlığının 24 dekabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X5nın 07 fevral 2022-cı il tarixli, 581 №-li rəyindən görünür ki, T.K.Mehbəlıyev barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs T.K.Mehbəlıyevə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs T.K.Mehbəlıyevdən aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.380 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs T.K.Mehbəlıyevin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.M.Abbasova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, T.K.Mehbəlıyevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.M.Abbasova məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. T.K.Mehbəlıyevin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.380 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-155/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-155/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver