Məhkəmə qərarları › İş №1(004)-156/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-156/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-156/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 2001-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, işləməyən, məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 171.1 və 243.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmiş, həmçinin təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, o, 2021-ci ilin əvvəllərindən 2022-ci ilin iyul ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan X2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 200 və 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Gülnazxanım Cəbrayılovanı tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci fevral ayının əvvəllərindən 2022-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan, xx.xx.2004-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün onu istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə ***-**** manat məbləğlərində pul vəsaitinin müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 50-1000 manat məbləğlərində pul vasətini özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin iyun ayının sonlarından 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp“ ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 və 100 manat məbləğlərində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 və 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin yay aylarından 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 150 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S, D yaşayış massivi, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu ünvanı istintaqa məlum olmayan ünvana göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş, istintaqa məlum olmayan məbləğdə gəlir əldə etmək məqsədi ilə həmin kişi müştəri ilə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 təkrarən tamah niyyəti fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə mobil telefonun ‘’WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 150 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs5 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, maddi sıxıntıları olduğu üçün 2020-ci ilin əvvəllərindən pul müqabilində görüşüb cinsi əlaqədə olmağa başlamışdır. O, özü tanışları ilə pul müqabilində görüşüb cinsi əlaqədə oldasa heç kimi fahişəliyə cəlb etməmişdir. O küllecdə olxuyan zaman Zərərçəkmiş şəxs5 onun qrup yoldaşı olmuş və hər zaman onunla münasibəti yaxşi olmuşdur. O müxtəlif məclislərdə olan zaman Zəhranı həmin məclislərə dəvət etmiş və onlar bir yerdə əylənmişlər. O qazanc əldə etmək məqsədi ilə Zəhranı heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. X2 ilə Kəmalə vasitəsi ilə tanış olmuşdur. Müxtəlif əyləncəli məclislər olanda o Gülnazxanımı dəvət etmiş, eyni qadada Gülnazxanımda onu öz tanışlarının məclislərinə dəvət etmişdir. O qazanc əldə etmək məqsədi ilə Gülnazxanımı heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. Xatırlamadığı tarixdə Nərimanov rayonunun ərazisində hərəkən edən zaman söz sorüşmaq məqsədi ilə Zərərçəkmiş şəxs4 yaxınlaşmış və onlar tanış olmuşdur. Bundan sonra onların münasibəti yaranmışdır. O qazanc əldə etmək məqsədi ilə Təhminəni heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. O dostları ilə məclisdə olan zaman Hülyanı dəvət etmiş və onlar əylənmişlər. Bundan sonra Hülyanın kiminlə cinsi əlaqədə olmasından onun xəbəri olmamışdır. O qazanc əldə etmək məqsədi ilə Hülyanı heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. Zərərçəkmiş şəxs3 ilə məclislərin birində tanış olmuşdur. O dostları ilə olan zaman Kəmaləni sadəcə əylənmək üçün dəvət etmişdir. Həmin məclislərdən sonra Kəmalənin kiminlə cinsi əlaqədə olmasından onun xəbəri olmamışdır. O qazanc əldə etmək məqsədi ilə Kəmaləni heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. Zərərçəkmiş şəxs6 ilə təxminən 3 ildir ki tanışdır. Bu zaman ərzində Nazəninin azyaşlı olmasından onun xəbəri olmamışdır. Ümumiyətlə o Nazənini qazanc əldə etmək məqsədi ilə heç kimlə cinsi əlaqədə olmaq üçün görüşdürməmişdir. Ümumiyyətlə hazırki cinayət işi üzrə olan zərərçəkmiş şəxslər onun dəvəti ilə məclislərdə əyləndikdən sonra onun tanışları ilə cinsi əlaqədə olduqdan sonra özləri pulu almışlar. Eyni qaydada həmin qadınlar da hərdənbir onu özləri olan məclisə dəvət etmişlər, o da həmin məclislərə gedib daha sonra orada olan şəxslərlə cinsi əlaqədə olmuşdur. Zərərşəkmiş şəxsləri məclislərə dəvət etməkdə onun heç bir marağı olmamış, sadəcə olaraq məclisin maraqlı keçməsi üçün onları dəvət etmişdir. Lakin yekun məhkəmə iclasında olan son sözündə Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bildiyini, etdiyi əməllərdən peşman olduğunu bildirib ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə “İnstagram“ sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Solmazla həmin sosial şəbəkədə danişdıqdan sonra Solmaz onun mobil nömrəsini alaraq “Whatsapp“ mesajlaşma sistemi vasitəsilə onunla danışmağa başlamışdır. Solmazla olan danışıq zamanı o maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bir müddət rəfiqəlik etdikdən sonra Solmaz ona özünün yaxşı pul qazandığını, bahalı mobil telefon işlətdiyini və bahalı restoranlara getdiyini söyləyərək ona onunla birlikdə məclislərə gedib kişi müştərilərlə cinsi əlaqədə olaraq pul qazanmağı təklif etmişdir. O da Solmazın bu təklifi ilə razılaşaraq fotoşəkillərini müştərilərə göndərməsinə icazə vermişdir. 2022-ci ilin yay yaylarından 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində Solmaz onu tanışı olan kişi müştərilərin yanına aparıb onlara təqdim etmiş və cinsi əlaqədə olmağına şərait yaratmışdır. Solmaz onu özü ilə müxtəlif evlərə və hotellərə aparıb orada tanışı olan kişi müştərilərə tədim etmiş və hər dəfə pulu müştəridən özü alıb, 150 manat puldan ona 100 manat pul vermişdir. Bundan əlavə Solmaz onu müştərinin yanına tək göndərəndə o əldə etdiyi qazancdan 50-100 manat Solmaza vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində məclislərinin birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söybət zamanı Solmaz ona imkanlı dostlarının olduğunu, həmin dostları ilə onu tanış edə biləcəyini demişdir. Bundan sonra o Solmaza istifadə etdiyi mobil nömrəsini vermiş və onlar hərdənbir əlaqə saxlamışlar. 2021-ci ilin oktyabr ayında Solmaz onu Bakı şəhərində yerləşən hotellərdən birinə dəvət edərək orada tanışı olan bir nəfər kişi ilə cinsi əlaqədə olacağını və bunun müqabilində ona 200 manat pul veriləcəyini bildirmiş və o Solmazın bu təklifi ilə razılaşmışdır. Həmin gün təxminən günorta saatlarında o Solmazın ona dediyi otelə getmiş və Solmaz onu qarşılayıb tanımadığı şəxsə təqdim etmişdir. Bundan sonra o həmin kişi ilə cinsi əlaqədə olduqdan sonra Solmaz həmin şəxsin cibindən pul götürüb ona 200 manat vermişdir. O, Solmazın kişinin cibindən hansı miqdarda pul götürdüyünü bilməmiş, lakin Solmazın onu müştəri ilə tək buraxmamasından və pulu müştəridən götürüb ona təklikdə verməsindən başa düşmüşdür ki, Solmaz onu həmin şəxsə təqdim etməsi müqabilində qazanc da əldə edib. Çünki cinsi əlaqədə olduğu şəxs ona pul vermək istədikdə Solmaz özünün yola salacağını söyləmiş və həmin şəxsin ona pul verməsinə imkan verməmişdir. Bu hadisədən sonra o Solmazla əlaqəsini kəsmiş, Solmaz bir neçə dəfə ona zəng etsə də o zənglərə cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X2 ifadəsində göstərmişdir ki, o Baki şəhəri Nərimanova rayonunun ərazisində yerləşən şirkətdə mühasib vazifəsində işləmişdir. Onun bir övladı var və kirayədə yaşayır. Həmin vaxt onun iş yerində əldə etdiyi qazanc onun xərclərinə kifayət etmədiyi üçün pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa başlamışdır. Təxminən 2021-ci ilin əvvəllərində kişi məclislərinin birində Solmaz adlı qadınla tanış olmuşdur. Solmaz imkanlı şəxslərlə dostluq etdiyini və onu cinsi əlaqədə olmaq məqsədi ilə həmin şəxslərlə tanış edə biləcəyini ona demişdir. O Solmazın bu təklifi ilə razılaşaraq foto şəkillərini ona göndərmişdir. 2021-ci ilin əvvəllərindən 2022-ci ilin iyul ayınadək olan müddət ərzində Solmaz onunla əlaqə saxlayıb müştəri olduğunu bildirmiş və o razılaşdıqdan sonra Solmaz hara getməli olduğunu ona demiş, o isə həmin yerə gedib müştəri ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra onu müştəri ilə görüşdürdüyü üçün təxminən 50 manat Solmaza vermişdir. Müəyyən vaxtlarda isə Solmaz özü müştərindən pulu alıb öz xeyrini götürdükdən sonra yerdə qalanını ona vermişdir. Solmazın müştəridən hansı miqdarda pul almasını o bilməmiş, o da müxtəlif məbləğlərdə pul vermişdir. Təxminən 2022-ci ilin iyul ayında artıq o işləmək istəmədiyini Solmaza bildirib bir daha Solmazla əlaqə saxlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin ortalarında o Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən qapı mağazalarının birində satıcı işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə mağazaya daxil olaraq iş axtardığını bildirmiş və bu səbəbdən onlar tanış olmuşlar. Bundan sonra Solmaz ona “Whatsapp“ proqramı vasitəsilə yazaraq onun maddi vəziyyətilə maraqlanmış, o isə ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını Solmaza demiş, Solmaz isə ona ona bir məclis olacağını və oraya gəlsə ona pul qazandıra biləcəyini bildirmişdir. O Solmazın dəvət etdiyi yerə getmiş, həmin məclisdə kişi və qadınlar olmuşdur. Orada olan zaman Solmaz ona bildirmişdir ki, əgər orada olan kişilərdən biri ilə görüşüb cinsi əlaqədə olsa ona yaxşı pul verəcəkdir. O, Solmazın təklifi ilə razılaşmışdır. 2021-ci ilin iyun ayının sonlarından etibarən Solmaz onu müştərilərə təqdim etməyə başlamış, daha sonra ona gedəcəyi yeri və alacağı pulu demişdir. Solmaz onu 200-300 manat pul müqabilində kişi müştərilərlə görüşdürmüş, həmin puldan Solmaz 50-100 manat özünə qazanc götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı Pedoqoji kollecvində təhsil almışdır. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Solmazla danışan zaman Solmaza maddi vəziyyətinin pis olduğunu demişdir. Bundan sonra Solmaz ona bildirmişdir ki, ətrafında çoxlu kişi tanışı var, əgər onlarla görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana bilər. O Solmazın bu təklifinə razılıq vermişdir. 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Solmaz onu təxminən 5-6 nəfər kişi müştəriyə təqdim etmişdir. O Solmaza müştəri tapdığı üçün 50 manat pul vermişdir. Solmaz onunla birlikdə getdikdə pulu müştəridən Solmazın özü almış, bəzi hallarda isə ona hara getməli olduğunu bildirmişdir. O, Solmazın dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra ona 150 manat pul verilmiş, o da həmin pulun 50 manatını Solmaza müştəri tapdığı üçün verib qalan 100 manatını isə özü götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə tanışı Hülya vasitəsi ilə tanış olmuş və Solmazla rəfiqə kimi tez-tez əlaqə saxlamışdır. 2021-ci ilin əvvəlində Solmaz ona bildirmişdir ki, əgər istəsə tanışı olan kişi müştərilərlə görüşüb cinsi əlaqədə olaraq pul qazana bilər. O, Solmaza bakirə olduğunu bildirmiş, lakin Solmaz ona tapacağı müştəri ilə cinsi əlaqədə olsa ona 1000 manat pul qazana biləcəyini bildirmidir. O Solmazın bu təklifi ilə razılaşdıqdan sonra Solmaz ona bildirmişdir ki, heç kimə 16 yaşının olması barədə məlumat verməməlidir. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Solmaz onu özü ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən hotellərin birinə aparmışdır. Orada bir nəfər şəxs onları qarşılamış və onlar oteldə əyləşib spirtli içki qəbul etmişlər, daha sonra isə həmin şəxs onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra Solmaz ona 1000 manat pul vermişdir. Həmin şəxsdən Solmazın hansı miqdarda pul alması barədə onun məlumatı olmamış, lakin bilmişdir ki, Solmaz həmin şəxsdən daha çox məbləğdə pul almışdır. Bundan sonra 2022-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində Solmaz mütəmadi olaraq onunla əlaqə saxlayıb müştəri olduğunu bildirmiş, bəzi hallarda özü də onu dəvət etdiyi yerdə olmuş, belə olduqda pulu müştəridən Solmaz özü almışdır. Ona isə əvvəl 800-600 manat, daha sonra isə 500-300 manat vermişdir. Həmin pulun isə bir hissəsini o Solmaza vermişdir. Solmaz onunla birlikdə həmin yerdə olmadıqda isə o qazancdan Solmazın xeyrini onun hazırda xatırlamadığı kart hesabına yükləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gülnaz adlı qadını təxminən 2022-ci ilin əvvəllərindən tanıyır. Süleyman adlı dostu ilə Bakı şəhərində olan otellərin birində olan zaman ora Gülnaz və Solmaz adlı qadınlar gəlmişlər. Onlar orada yemək yedikdən sonra Gülnazla yaxınlıq etsə də onunla cinsi əlaqədə olmamış, dostu da sərxoş olduğu üçün Solmazla cinsi əlaqədə olmamışdır. Həmin vaxt o Gülnazın mobil nömrəsini götürüb onunla bir qədər münasibət qursa da, heç vaxt onunla cinsi əlaqədə olmamışdır. O, Gülnaza və Solmaza hər hansı miqdarda pul verməmiş, dostunun pul verməsindən isə xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə “Gənclik” metrostansiyasını yaxınlığında tanış olmuşdur. Bundan sonra onların dostluq münasibətləri yaranmışdır. O Solmazla vaxtaşırı müxtəlif yerlərdə görüşmüş, arada restoranlarada getmişdir. Retoranlardan olan zaman Solmaz onu rəfiqələri ilə tanış etmiş, lakin o Solmazın tanış etdiyi şəxslərlə cinsi əlaqədə olmamış və heç vaxt nə Solmaza nədə onun rəfiqələrinə pil verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Solmaz adlı qadını təxminən bir il bundan əvvəl tanımışdır. Solmazla bir qədər söhbət edib danışdıqdan sonra təxminən 3 dəfə görüşüb cinsi əlaqədə olmuşdur. Solmaza hərdənbir 50-100 manat hörmət etmiş, bundan başqa Solmaz bir dəfə onunla görüşə rəfiqəsi ilə birlikdə gəlmişdir. Həmin qadının adı Nazlı olmuş, o Solmazdan Nazlının mobil nömrəsini alıb bir qədər danışdıqdan sonra Nazlı ilə də görüşüb cinsi əlaqədə olmuş və buna görə Nazlıya 100 manat pul vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid6 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 78-80-ci vərəqində olan ifadəsində göstərmişdir ki, adının sonradan Solmaz olduğunu öyrəndiyi qadını 2021-ci ilin dekabr ayından etibarən Nurka kimi tanımış, Solmaz ilk əvvəl onun yanma xəstəliyi ilə bağlı müraciət etmiş, o həmin zamanlar Həyat klinikasında faəliyyət göstərmiş, Solmazla bir qədər münasibətləri yaxınlaşdıqdan sonra iki dəfə Solmazla görüşüb cinsi əlaqədə olmuş, lakin Solmaz tez-tez mobil nömrələrini dəyişdiyi üçün daha sonra Solmazla əlaqəsini itirmiş, sonuncu dəfə 2022-ci ilin yay aylarında o Almaniya Federativ Respublikasında olan zaman Solmaz ona qadın fotoşəkilləri göndərmiş, Solmaz ondan nə üçün görüşüb cinsi əlaqədə olmadığını soruşduqda o Azərbaycan Respublikasında olmadığını bildirmiş, Solmaz həmin qadınların fotoşəkillərini göndərib istəsə həmin qadınlarla onu görüşdürə biləcəyini söyləmiş, bundan sonra Solmazla əlaqəsi olmamış, bir dəfə restoranların birində Təhminə adlı qadınla tanış olmuş, həmin məclisdə Solmaz da olmuş, lakin Təhminə ilə orada özü tanış olub daha sonra Təhminə ilə görüşüb cinsi əlaqədə olmuşdur. Həmin qadının Solmazı tanıması barədə onun məlumatı olmamışdır. Bundan başqa Gülü kimi tanıdığı Gülnazxanım adlı qadınla da Bakı şəhərində olan hotellərin birində görüşüb cins əlaqədə olmuş, Gülnazxanımı onun yanma Solmazın göndərib göndərmədiyini tam olaraq xatırlamamış, çünki hadisənin üzərindən müəyyən müddət keçdiyi üçün və həmin zaman bir qədər spirtli içki qəbul etdiyi üçün tam olaraq Gülnazın oraya Solmaz vasitəsilə gəlib gəlmədiyini xatırlamamışdır. O, Gülnazla görüşüb cinsi əlaqədə olduqdan sonra Gülnaza 150 manat pul vermişdir. O, Solmazla cinsi əlaqədə olmaq üçün pul ödəməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 82-84-cü vərəqində olan ifadəsində göstərmişdir ki, Solmaz adlı qadını təxminən 2 ildir ki, tanıyır. Solmazla onu kimin tanış etdiyini hazırdı xatırlamamış, belə ki, təxminən bir il yarım bundan əvvəl Solmaz ona bir dəfə cinsi əlaqədə olmaq üçün qadın təşkil etmiş, bunu Solmazdan o özü xahiş etmiş, Solmaz ona həmin qadınla görüşmək üçün hansı məbləğdə pul ödəməli olduğunu da bildirmiş, o razılaşdıqdan sonra həmin qadınla görüşüb cinsi əlaqədə olduqdan sonra həmin qadına Solmazın dediyi məbləği vermiş, bundan sonra Solmazla əlaqəsi olmamışdır. O, Solmazın fahişəliyə cəlb etdiyi qadınlardan heç kimi tanımamış, belə qadınlardan birini görsə də hazırda həmin qadının adını xatırlamamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 86-88-ci vərəqində olan ifadəsində göstərmişdir ki, Solmazı təxminən 1 il bundan əvvəl tanımış, Solmaz ilk əvvəl onun yanma tibbi köməklik göstərilməsi ilə bağlı müraciət etmiş, o həmin zaman da Medline klinikasında faəliyyət göstərmiş, Solmazla bir qədər münasibətləri yaxınlaşdıqdan sonra Solmazla bir dəfə görüşüb cinsi əlaqədə olmuş, təxminə 2021-ci ilin sonlarında dostu Emillə birlikdə istirahət etmək qərarına gəlmiş, buna görə də Solmaza zəng vurubcinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməyini istəmiş, bundan sonra onların yanma iki nəfər qadın gəlməli olmuş, həmin zaman bir qədər spirtli içki qəbul etdiyi üçün hadisəni tam olaraq xatırlamamış, lakin xatirində olan odur ki, onlar Emillə birlikdə Bakı şəhərində olan hotellərdən birinə getmiş və oraya Gülnaz adlı qadın gəlmişdir. Gülnaz onların ikisi ilə də ayrı-ayrılıqda cinsi əlaqədə olduqdan sonra onların hər biri Gülnaza 150 manat pul vermişdir. Lakin ikinci qadın oraya gəlməmiş, bu hadisədən sonra Gülnazla və Solmazla əlaqəsi olmamış, 2022-ci ilin əvvəllərindən isə Gülnaz və Solmazın mobil nömrələrini blok edib əlaqəsini ümumiyyətlə kəsmişdir. Əlavə olaraq bildirmişdir ki, o Solmazla cinsi əlaqədə olmaq üçün Solmaza pul ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 118-120) 16 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs5 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 138-140) 16 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs6 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 141-144) 20 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs4 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 145-147) 20 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 148-150) 20 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 151-153) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 171.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 171.1 və 243.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 113) Qəbələ rayon Bum qəsəbə inzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. Təqsirləndirilən şəxs haqqında Bum qəsəbə inzibati ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda Bum qəsəbəsində yaşamır. (i.v. 174) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 196-199) Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli ərizədən və 09 mart 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. X2 tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli ərizədən və 24 may 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 20 mart 2023-cü il və 12 aprel 2023-cü il tarixli notarial ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. 78 saylı MKİS tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 309 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Z.Bünyadov küçəsi 11 saylı evin 42 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, etdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halı, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 171.1 və 243.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 27 dekabr 2022-ci il tarixli 776-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin dispozisiyasına “fahişəliyə” sözündən sonra “, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri, sanksiyasına “üç” sözündən əvvəl “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə” sözləri əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2004-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 2021-ci fevral ayının əvvəllərindən 2022-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində gəlir əldə etmək məqsədi ilə tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Həmin əməli özündə əks etdirən cinayət qanununun norması 27 dekabr 2022-ci il tarixdə yəni Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi törədildikdən sonra dəyişiklik edilərək əlavə cəza müəyyən edildiyindən maddənin sanksiyasındakı həmin əlavə cəza Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri rəhbər tutularaq ona təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, onun qadın olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi əməldən peşman olmasını, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən onun islah olunması mümkündür. Ona görə də məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət büdcəsin vəsaiti hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 171.1ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-in 243.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar