Məhkəmə qərarları › İş №1(004)-156/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-156/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-156/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs İbarahimxəlil qızının və onun vəkili X5, Təqsirləndirilən şəxs Yuriyeviçin, onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Saqyan kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, özgənin xeyli miqdarda əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Ulu Zirvə” qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Şahid vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması, Zaqatala rayonu ərazisində zəlzələ nəticəsində ziyan çəkmiş evlərin zərərinin əvəzinin ödənilməsində köməklik etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Zaqatala rayonu Fındıqlı kəndində yerləşən və 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin təmirinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən kompensasiya verilməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən işdə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq sonuncunun Zaqatala rayonundan poçt vasitəsi ilə göndərdiyi 6000 manat pulu 28 sentyabr 2021 -ci il tarixdə saat 12:14 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid praspekti 520/19 ünvanında yerləşən 1073 saylı poçt şöbəsindən qəbul edib ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CMin 178.2.3. və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində tanıdığı və müqavilə bağlayaraq məhkəmədə təmsil etdiyi Şahid vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Ayşat xanımla tanış olan zaman Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən yaşadığı evin yararsız vəziyyətə düşdüyünü və ona dövlət tərəfindən maddi yardım olunmadığını bildirərək köməklik göstərməyini xahiş etmişdir. Ayşat xanımın dəvəti ilə sonuncunun yaşadığı evdə olmuş, həqiqətən də evdə əsas divarlarda ciddi çatların olduğunu görmüşdür. Dövlət tərəfindən Ayşat xanıma köməklik olunacağı barədə sonuncuya köməklik edəcəyini bildirmişdir, adından müvafiq orqanlara müraciət etməyi üçün ona etibarnamə verməsini demişdir və sonuncunun yaşadığı evi tərk etmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Ayşat xanımla Zaqatala rayonunda görüşərək Zaqatala rayon notariat kontoruna gedərək etibarnamə almışdır. Həmin etibarnamədə dövlət qurumlarına müraciə etmə hüququnu Ayşat xanım ona etibar etmişdir. Həmin gün Ayşat xanımla aralarında Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilə bağlanılmışdır. Həmin müqavilədə işlərin aparılması üçün 6000 manat pul vəsaitinin Ayşat xanım tərəfindən ödənilməsi və dövlət qurumlarına onun tərəfindən sonuncunun adından müraciətlər edilməsi göstərilmişdir. Ayşat xanımın verdiyi səlahiyyət və ərizəsi əsasında FHN-nə müraciət etmiş, cavab məktubunda göstərilmişdir ki, Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ ilə əlaqədar Zərərçəkmiş şəxs dövlət tərəfindən 6000 manat pul ödənilmişdir. Bu səbəbdən də mən Ayşat xanıma köməklik göstərə bilməmişdir. Çünki, yararsız vəziyyətə düşmüş bir evə görə iki dəfə ödəniş oluna bilməzmiş. O, özünü FHN-in işçisi kimi təqdim etməmiş, Ayşat xanıma onun adından nümayəndə kimi çıxış edəcəyini bildirmişdir. Ayşat xanıma FHN tərəfindən 36000 manat pul ödəniləcəyinə vəd verməmiş, lakin sonuncudan aldığı 6000 manat, daha doğrusu, poçt vasitəsi ilə onun adına göndərilmiş 5964 manat pulu ona qaytaracağını bildirmişdir. Sözü gedən pulu ehtiyyacı olduğuna görə xərcləmişdir. Həmin pulu götürdükdən sonra dərhal öhdəliyimin yerinə yetirilməsinə başlamış, bunun üçün ilk öncə FHN-nə məktub yazaraq Ayşat xanımın adından müraciət etmiş, ona gələn cavab məktubunda müəyyən etmişdir ki, zəlzələ nəticəsində Ayşat xanıma dəymiş ziyanla əlaqədar ona dövlət tərəfindən 6000 manat pul ödənilib. O, bu barədə Ayşat xanıma məlumat verdikdə Ayşat xanım əvvəlcə dövlət tərəfindən sonuncuya pul verilmədiyini bildirsə də sonradan pul aldığını etiraf etmişdir. O, Ayşata bildirmişdir ki, əgər bir dəfə ödəniş olunubsa, növbəti dəfə ödəniş ola bilməz. Bunu eşidən Ayşat xanım 6000 manat pulu geri istəməyə başlamışdır. Lakin, o, sonuncudan aldığı pulları artıq öz ehtiyyacı üzrə xərclədiyi üçün pulu tam olaraq geri qaytara bilməmişdir yalnız iki min manatı geri qaytarmaq imkanı olmuşdur. İfadəsinin sonunda törətdiyi əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel-may aylarında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində rayonun Fındıqlı kəndində olan fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Qəzalı olsa da həmin evdə hazırda yaşayır. Həmin ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən mütəxəssislər evinə baxış keçirərək evinin yenidən tikilməsinə ehtiyac olmadığını, təmir işlərinə isə ehtiyac olduğunu bildirmişlər. 2021- ci il tarixdə Zaqatala rayonunun Dardoqqaz kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci il tarixdə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikildiyini də eşitmişdir. 2021 -ci ilin sentyabr ayının əvvəllərində uzaq qohumu Həfsət onlarda olan zaman söhbət əsnasında ona özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən X11 adlı şəxs olduğunu, qəzalı evləri təmir etməklə məşğul olduğunu demişdir. O, Həfsətə sonuncunu onunla tanış etməsini xahiş etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Həfsət dediyi həmin Aydın və adını bilmədiyi bir nəfər şəxslə yaşadığı evə gəlmişlər. Aydın evə baxış keçirdikdən sonra ona ya evini təmir etdirmək, ya söküb yenidən tikdirmək və ya evinin dəyərində 36000 manat pulun Fövqəladə Hallar Nazirliyi tərəfindən verilə biləcəyini izah etmişdir. O, da Aydına əgər mümkündürsə evinin əvəzində ona düşəcək pulu həll etməsini xahiş etmişdir. Aydın söhbət əsnasında özünü ona Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Aydın görəcəyi bu işin müqabilində ona sənədlərin hazırlanması üçün 6000 manat pul verməli olduğunu demişdir. O, da Aydına həmin məbləğdə pulunun olmadığını, pulu hazır etdikdə xəbər edəcəyini bildirmişdir. Aydın da ona heç bir söz deməyib onunla razılaşmışdır. Aydın evdə olan zaman öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələri də əlaqə saxlamaq üçün ona vermişdir. Sonra sağollaşıb getmişlər. Arada Aydın ona zənglər edərək pulun hazır olub- olmamasını soruşub pulu vaxtında göndərməyini, sənədlərin artıq hazırlandığını deyirmiş. O, da Aydına pulun hələ hazır olmadığını, hazır olan kimi xəbər edəcəyini deyirmiş. Təxminən bir neçə gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında Aydın ona zəng edərək pulu hazırladığını soruşduqda, o, sonuncuya 6000 manat pulu hazırladığını bildirmişdir. Aydın da ona təcili həmin pulu ona poçt vasitəsi ilə göndərməyini demişdir. O, da həmin gün vaxtı olmadığını, səhəri gün göndərəcəyini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Zaqatala rayonunda yerləşən poçta getmiş, Aydın ona həmin ərəfədə tez-tez zəng etdiyi üçün sonuncuya poçta getdiyini demişdir. Pulu Aydının adına necə göndərməyini soruşduqda, Aydın poçtda olan işçilərdən birinə telefonu verməyini, sonuncuya necə göndərəcəklərini başa salacağını demişdir. O, da poçtda olan tanımadığı poçtun qadın işçisinə telefonu vermişdir. Aydın telefonda öz anket məlumatlarını həmin işçiyə dedikdən sonra göndərilmə rüsumları çıxdıqdan sonra 5964 manat pulu Aydının adına Bakı şəhərinə göndərmişdir. O, da həmin pulu poçta ödəmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Aydın ona zəng edərək pulu götürdüyünü və qısa zaman ərzində evinin müqabilində ona Fövqəladə Hallar Nazirliyi tərəfindən 36000 manat pulun hesab kartına köçürüləcəyini demişdir. O, da sonuncu ilə razılaşıb sağollaşmışdır. Aradan bir müddət keçdikdən sonra o, Aydına zəng edərək işin nə yerdə olduğunu soruşduqda, Aydın narahat olmamağını, öz adına “Kapital Bank”dan kart hesabı açdırmağını, həmin karta pulun köçürüləcəyini demişdir. O, da Zaqatala rayonunda yerləşən “Kapital Bank”da öz adına bank kartı açdırmışdır. O, dəfələrlə Aydınla əlaqə saxlayıb pulun nə vaxt kartına köçürüləcəyini soruşduqda, Aydın hər dəfə ona narahat olmamağını, müxtəlif bəhanələr gətirərək pulunun göndəriləcəyini deyirmiş. O, artıq Aydının onu aldatdığını başa düşüb 2022-ci ilin dekabr ayından ona göndərdiyi 6000 manat pulunu tələb etməyə başlamışdır. Aydın ona yenə bugün-sabah qaytaracağı sözlərini deməyə başlamışdır. Bundan əlavə, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xutor yaşayış massivi 3-cü sıra, 46 nömrəli mənzildə yaşayan Təqsirləndirilən şəxs evinə gedib pulunu tələb etmişdir. Aydın yenə ona 10 gün müddətində pulumu qaytaracağına vəd versə də, lakin sonradan isə zənglər etsə də telefonunu söndürmüşdür. Hazırda dəymiş ziyandan ona təqsirləndirilən şəxs tərəfindən iki min manat məbləğdə ödəniş edilmşdir.İfadəsinin sonunda ona vurulmuş ziyan tam qaydada ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zehelo qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Ayşatla həmişə münasibətləri yaxşı olmuşdur. 2021 -ci ilin aprel-may aylarında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində rayonun Fındıqlı kəndində yaşayan Ayşatın evi də qəzalı vəziyyətə düşmüşdür. Qəzalı olsa da sonuncu həmin evdə yaşayırmış. Söhbət əsnasında ona Ayşat dəfələrlə evinin dövlət tərəfindən tikilməsini və ya təmir olunmasını istədiyini deyirmiş. O, da maraqlanıb bu barədə məlumat verəcəyini demişdir. Təqsirləndirilən şəxs də həmin ərəfədə Zaqatala rayonunun Dardoqqaz kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi ilə məşğul olan şəxs kimi tanımışdır. O, Aydınla görüşüb qohumunun Fındıqlı kəndində zəlzələ nəticəsində evinin qəzalı olduğunu, evini təmir etdirmək istədiyini bildirmişdir. Aydın da ona bu işdə köməklik edəcəyini demişdir. Aydın özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim etmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2021 -ci ilin sentyabr ayının əvvəllərində Ayşatın evində olan zaman Fövqəladə Hallar Nazirliyinin işçisi kimi özünü təqdim edən X11 adlı şəxs olduğunu, qəzalı evləri təmir etməklə məşğul olduğunu demişdir. Avşat ona sonuncu ilə tanış olmaq istədiyini bildirmişdir. O, da Aydın müəllimə bu barədə dediyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Aydın müəllim və adını bilmədiyi bir nəfər şəxslə Ayşatın yaşadığı evə getmişlər. Aydın evə baxış keçirdikdən sonra Ayşata ya evini təmir etdirmək, ya söküb yenidən tikdirmək və ya evinin dəyərində 36000 manat pulun Fövqəladə Hallar Nazirliyi tərəfindən verilə biləcəyini izah etmişdir. Ayşat da Aydına mümkün olacağı təqdirdə evinin əvəzində ona düşəcək pulu həll etməsini xahiş etmişdir. Aydın söhbət əsnasında özünü Ayşata da Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Aydın görəcəyi bu işin müqabilində Ayşata sənədlərin hazırlanması üçün 6000 manat pul verməli olduğunu demişdir. Ayşat da həmin məbləğdə pulunun olmadığını, pulu hazır etdikdə xəbər edəcəyini bildirmişdir. Aydın da onunla razılaşmışdır. Aydın evdə olan zaman öz istifadəsində olan ***-***-**-** və 077- ***-**-** telefon nömrələri də əlaqə saxlamaq üçün Ayşata vermişdir. Sonradan eşitmişdir ki, Ayşat 6000 manat pulu Aydına poçtla göndərdiyini eşitmişdir. Arada Ayşatla əlaqə saxlayıb danışdıqda, Ayşat ona Aydının onu aldatdığını, 6000 manat pulunu ələ keçirdiyini bildirmişdir. O, da dəfələrlə Aydına zəng edərək qohumunu niyə aldatdığını, pulunu qaytarmasını tələb etməyə başlamışdır. Sonradan isə Aydın telefonlara cavab verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 1-2) “Axtarışda olan şəxsin tutulması barədə” 1 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da Yasamal rayonu ərazisində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 66) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (İ/V. 105-108). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 3 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 109) “Təqdim edilmiş sənədlərin götürülməsi haqqında” 4 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 vərəqədən ibarət xx.xx.2021-ci il tarixli 13 nömrəli «Vətəndaş tərəfindən etibarnamə üzrə nümayəndəsinin xidmətlərinin göstərilməsi haqqında» müqavilə, 01 vərəqədən ibarət xx.xx.2021 -ci il tarixli «hesab faktura tərtib edilmə tarixi», 01 vərəqədən ibarət xx.xx.2021ci il tarixli 7E-7684 reyester nömrəli etibarnamə, 01 vərəqədən idarə Təqsirləndirilən şəxs adına verilmiş AZE ******** seriyalı, X1 adına verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqələrinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 3-18-2/2-1002/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun kserosurətləri, 04 vərəqədən ibarət “Ulu Zirvə” qəzetinin xx.xx.2022-ci il tarixli 09(137) nömrəli buraxılışı götürülmüşdür. (İ/V. 112). xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı X2 ifadəsində qeyd olunanları, yəni sonuncunun özünü FHN-in əməkdaşı kimi təqdim edərək, evinin təmiri ilə əlaqədar olaraq 36000 manat pulun ödətdirəcəyinə dair vəd verdiyini, pulu aldıqdan sonra isə müxtəlif bəhanələr gətirməklə vədinə əməl etmədiyini, pulunu qaytarmadığını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ/V 141-146) Azərpoct MMC-nin VÖEN**********, ********* saylı xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Göndərən - X2 5964 manat pul vəsaitini Alan- Təqsirləndirilən şəxs göndərmişdir. (İ/V 147) Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2017-ci il tarixli Qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 noyabr 2016-cı il təvəllüdlü Yusif adlı övladı vardır.Uşağın anası X9 valideyinlik hüququndan məhrum edildiyinə görə azyalı uşaq təqsirləndirilən şəxsin himayəsindədir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 vərəqədən ibarət xx.xx.2021-ci il tarixli 13 nömrəli «Vətəndaş tərəfindən etibarnamə üzrə nümayəndəsinin xidmətlərinin göstərilməsi haqqında» müqavilə, 01 vərəqədən ibarət xx.xx.2021 -ci il tarixli «hesab faktura tərtib edilmə tarixi», 01 vərəqədən ibarət xx.xx.2021- ci il tarixli 7E-7684 reyester nömrəli etibarnamə, 01 vərəqədən idarə Təqsirləndirilən şəxs adına verilmiş AZE ******** seriyalı, X1 adına verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqələrinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 3-18-2/2- 1002/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun kserosurətləri, 04 vərəqədən ibarət “Ulu Zirvə” qəzetinin xx.xx.2022-ci il tarixli 09(137) nömrəli buraxılışı iş üzrə maddi sübut kimi tanınmışdır (İ/V 149-156). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İ/V. 69) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, vurulmuş ziyanı qəsmən ödəməsini, himayəsində azyalı övladının olmasını cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə hesab edir ki, vurulmuş ziyanın bir hissəsinin ödənilməsi halı, həmçinin anası valideyinlik hüququndan məhrum edildiyi üçün yalnız təqsirləndirilən şəxsin himayəsində qalmış azyaşlı uşağın maraqları naminə Təqsirləndirilən şəxs daha ciddi cəza növünün seçilməsi məqsədəmüvafiq deyildir. Belə ki, həmin cəza seçildiyi halda azyaşlı uşağın həyat və yaşayış şərtləri pisə doğru dəyişə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 1(004)-649/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 vərəqədən ibarət xx.xx.2021-ci il tarixli 13 nömrəli «Vətəndaş tərəfindən etibarnamə üzrə nümayəndəsinin xidmətlərinin göstərilməsi haqqında» müqavilə, 01 vərəqədən ibarət xx.xx.2021 -ci il tarixli «hesab faktura tərtib edilmə tarixi», 01 vərəqədən ibarət xx.xx.2021ci il tarixli 7E-7684 reyestr nömrəli etibarnamə, 01 vərəqədən idarə Təqsirləndirilən şəxs adına verilmiş AZE ******** seriyalı, X1 adına verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqələrinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 3-18-2/2-1002/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun kserosurətləri, 04 vərəqədən ibarət “Ulu Zirvə” qəzetinin xx.xx.2022-ci il tarixli 09(137) nömrəli buraxılışı iş iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar