Məhkəmə qərarları › İş №1(004)-157/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-157/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-157/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zülfiqar oğlunun iştirakı ilə, xx xxxxx 1973-cü ildə Füzuli rayonunun Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Beton zavodun ərazisində fərdi yaşayış evində yaşayan, xx.xx.2021-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı mddəsində nəzərədə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:56 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 107 ünvanda yolun hərəkət hissəsində “xxxx” MMC-tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə ilə idarə etdiyi idarə “Ravon R4 LTZ” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman həmin yolu sağdan sola tərəf piyada keçən Zərərçəkmiş şəxs yolu piyada keçməsi üçün şərait yaratmalı olduğu halda buna əməl etməyib əksinə yolu piyada keçidi ilə keçmədiyinə görə avtomobili Zərərçəkmiş şəxs qarşısında dayandırıb avtomobilin qabaq sağ qapısının şüşəsindən Zərərçəkmiş şəxs nəyə görə onun avtomobilinin hərəkət zolağına çıxmasını bildirib bununla da onun avtomobilinin hərəkətinə mane olmasını bəhanə edərək özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuşəxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əli ilə avtomobilin qabaq sağ qapısının dirəyindən tutmasını, bədəninin yarıya qədər hissəsinin salonun içərisində olmasını, avtomobili hərəkətə gətirdiyi təqdirdə sonuncuya xəsarət yetirəcəyi imkanını dərk edərək qəsdən avtomobili hərəkətə gətirməklə idarə edərək avtomobilin qabaq sağ qapısnın çıxıntılı hissəsi ilə Zərərçəkmiş şəxs vurub ona sol biləyin qayığa bənzər sümüyünün sınığıkimi az ağır dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatıüçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı mddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Beton zavodun həyəti kimi tanınan ərazidə yaşayır və ünvan 4 ünvanında qeydiyyatdadır. Evlidir və hal-hazırda heç bir yerdə işləmir. Əvvələr bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkumluğu olub. Belə ki, 2006-cı ildə Cinayət Məcəlləsinin 221.2.2, 2016-cı ildə 205.1 cə 2019-cu ildə isə 178.2.1 və 205.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Arıtq neçə vaxtdır ki, “BE, CE” kateqoriyalı sürücülük vəsiqəsi ilə sərbəst avromobil idarə edir. xx xxxxxx 2020-ci il tarixdə onun qardaşı Qalib Abdulrahmanov 2020-ci il buraxılışlı, “Ravon R4 LTZ” minik markalı, **-PJ-*** dövlət nömrə nişnalı avtomobili “xxxx” MMC-dən lizinqlə almışdır. Onun qardaşı Qalib “xxxx” MMC-nə ərizə yazdıqdan sonra onun adına həmin tarixdə lizinq şirkəti tərəfindən avtomobilin idarə olunması üçün ona etibarnamə verilmişdir. Hadisə baş verən günədək o, etirbarnamə əsasında həmin avtomobillə “Bold” taksi xidməti göstərən şirkətə qoşularaq taksi fəaliyyəti ilə məşul olmuşdur. xx.xx.2020-ci il tarixdə sifarişlə “20 Yanvar” dairəsi yaxınlığındakı “Badi Səba” şadlıq sarayının qarşısından bir nəfər sərnişin götürmüş və sərnişin onun avtomobilində ön oturacaqda oturmuşdur. “xxxx” ASC-nin qarşısındakı Moskva prosektində yerləşən işıqforun qırmızı işığında dayanıb işıqforun yaşıl işığının yanmasını gözləmiş, yaşıl işıq yandıqdan sonra o, hərəkətə başlamışdır. Hərəkətə başlayan zaman “20 Yanvar” şəhidləri abidəsinin qarşısından bir nəfər şəxsin, şəxsiyyəti sonradan ona polisdə məlum olan Zərərçəkmiş şəxs piyada olaraq piyada keçidi olmayan yerdən “20 Yanvar” dairəsinə daxil olduğunu və üzü “velotrek” adlanan yerə getdiyini görmüş, bu anda o, avtomobilini dərhal saxlamışdır. Həmin piyada Zərərçəkmiş şəxs o, iradını bildirərək ona piyada keçidi olmayan yerdən yolu keçdiyinə görə avtomobil sürücüləri üçün təhlükə yaratdığını demişdir. Bu zaman Ziya onun avtomobilini ön sərnişin tərəfdən açıq olan pəncərəsindən başını içəri uzadaraq nə üçün ona qışqırdığını ondan soruşduqda o, Ziyaya burada, yəni yolda piyada keçidi olmadığını və onu avtomobili ilə vura biləcəyini bildirmişdir. Ziya başını avtomobildən çölə çıxartdıqdan sonra o, öz-özünə deyinib avtomibilini hərəkət etdirmiş, avtomobillə 2-3 metr irəli getmişdir ki, bu zaman avtomobilində olan sərnişin ona bildirmişdir ki, həmin şəxs onun avtomobilinin damından tutub. O, bunu eşidən kimi dərhal avtomobili saxlamış və həmin şəxsin, yəni Ziyanın yerə yıxıldığını və daha sonra ayağa durduğunu görmüşdür. Buna görə də o, avtomobili hərəkətə gətirib yoluna davam edib oradan uzaqlaşmışdır. Ziyanın xəsarət aldığını o, bilməmiş və Ziya da ona bu barədə heç nə deməmişdir. Polisdə olan zaman Ziyanın qolundan xəsarət aldığını öyrənmişdir. Karantin müddəti ilə əlaqədar taksi fəaliyyəti ilə məşğul ola bilmədiyinə görə qardaşı Qalibin adına aldığı “Ravon R4 LTZ” minik markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobili lizinq şirkəti olan “xxxx” MMC-yə geri qaytarmışdır. Zərərçəkmiş şəxs ona çox pis nalayiq sözlər işlətdiyindən o, avtomobili hərəkətə gətirmişdir ki, Ziya xatasını ondan uzaq etsin. Ziya həmin vaxt avtomobildən kənarda dayanmışdır və o, buna görə avtomobili sürmüşdür. O, avtomobili sürdükdən sonra niyə Ziyanın əli ilə ona görə avtomobildən tutduğunu bilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək baş vermiş hadisəni qəstən törətmədiyini, zərər çəkmiş şəxsin özünün onun sürdüyü avtomobilin qarşısını çıxdığını, ona görə də zərər çəkmiş şəxsə irad bildirdiyini, zərər çəkmiş ehtiyyatsızlığı ilə həm öz həm də onun həyatını təhlukə altına saldığını, zərərçəkmiş şəxsin yıxıldığını gördüyü halda ona yaxınlaşmamasının səbəbinin aralarında olan münaqişənin daha da gərginləşməməsi olduğunu, etdiyi əməli etiraf etməyini, səmimi peşiman olmasını, hadisə zamanı daha səbrli davranmalı olduğunu, həyat şəraitini, məcburi köçkün olmasını, hər iki övladının hərbi xidmətdə olmasını, zərər çəkmiş şəxsə vurduğu ziyanı tam ödəməyini, zərərçəkmiş şəxslə barışdığını və ona qarşı hec bir şikayət və tələbinin olmamasını barədə məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin etməsi xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22:00 radələrində piyada H.B.Zərdabi küçəsindən 3-cü mikrorayon tərəfə Tbilisi prospekti ilə təhlükəsizlik adacıqlarının üzəri ilə yolu keçərkən yolun ortasında olan zaman bir anda ağ rəngli markasını xatırlamadığı bir avtomobil onun qarşısında dayanmış, nalayiq ifadələrlə onu söydükdə o, başını avtomobilin sağ ön qapısının açıq şüşəsindən içəri keçirib həmin sürücüyə onu söyməməsini bildirmişdir. Bundan sonra sürücü ona “məni sən problemə salacaqsan” deyib onu yenidən nalayiq ifadələrlə söyüb avtomobilini sürətlə hərəkət etdirmişdir. Həmin vaxt onun çiyin hissəsi və başı avtomobilin içərisində, yəni salonunda olmuşdur. O, yıxılmamaq üçün avtomobilin qapısından əli ilə tutmuş, lakin avtomobil sürəltə hərəkət etdiyindən o, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt avtomobilin içərisində ön oturacaqda bir nəfər sərnişin də olmuşdur. Yerə yıxıldıqdan sonra ətrafda olan şəxslər yaxınlaşıb ona kömək etmişlər və oraya təcili tibbi yardım çağırmışlar. Həmin vaxt avtomobil sürətlə hərəkət edərək bir anda onun qarşısında dayandığıüçün o, avtomobilin gəldiyini görməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, əyər təqsirləndirilən şəxs həmin anda ondan işlətdiyi ifadəyə görə üzr istəsəydi bu hadisə belə nəticələnməyəcəkdi. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və maddi tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzadan azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X7 bildirmişdir ki, cinayət işi üzrə iki dəfə müxtəlif vaxtlarda rəy vermişdir. Rəylərdə müxtəlif suallar olduğundan hər dəfə ekspert qarşısında qoyulmuş suallara cavab vermişdir. Ekspert bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarəti avtomaşının çıxıntılı hissəsin bilavasitə sol biləyin qayığabənzər sümük nahiyəsinə təsirindən törənə biləcəyini, dartınma nəticəsində sınıq yox yalnız çıxıq ola biləcəyini bildirmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 662 saylı, xx.xx.2020-ci il tarixli canlı şəxsin ekspertizsı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Zeymur oğlunun almış olduğu xəsarət sol əlin qayıqvari sümüyünün sınığı küt əşyanın təsirindən təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına əbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Göstərilən xəsarət şəxsin sərbəst yıxılması nəticəsində və özü-özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 04/662 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Zeymur oğlunun almış olduğu xəsarət sol biləyin qayığabənzər sümüyünün sınığı küt əşyanın çıxıntılı hissəsinin bilavasitə qayığabənzər sümük nahiyəsinə təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına əbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarət hərəkətdə olan avtomaşının vətəndaş Zərərçəkmiş şəxs vurması nəticəsində avtomaşının çıxıntılı hissəsinin bilavasitə sol biləyin qayığabənzər sümük nahiyəsinə təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs almış olduğu xəsarət yalnız sol biləyin qayığabənzər sümüyünün sınığının qərarda qeyd olunduğu kimi onun sol əli ilə avtomobilin kuzovunun ön sağ qapısının şüşəsinə aid olan dirəkdən tutduğuna görə hərəkətə başlayan avtomaşının onu 4-5 metr ön tərəfə dartaraq aparması nəticəsində həmin vaxt yerə yıxılaraq törənə bilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində qeyd olunan xəsarətdən başqa digər xəsarət və eləcə də sürtünmə xarakterli xəsarət aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 2-005” nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası ilə qeydə alınmış videogörüntü olan “DVD” disk, həmin diskə baxış protokolları, ekspertiza rəyləri və “Ravon R4 LTZ” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. (i.v. 184- 195) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 205-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 151964 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baloğlan oğlu Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 205-1-ci maddələri ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 5000 manat miqdarında cərimə cəzası qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və qeyd edilən cəza icra olunmamış qalmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı hec bir şikayət və maddi tələbi yoxdur. İş materiallarında olan Abşeron RİH-nin başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 377 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Baloğlan oğlu Füzüli rayonundan məcburi köçkün olaraq Ceyranbatan qəsəbəsində Beton zavod ərazisində müvəqqəti məskunlaşmışdır. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə günü zərər çəkmiş şəxsin 20 Yanvar dairəsi yaxınlığında naməlum avtomobilin sürücüsü ilə münaqişə etməsi, münaqişə zamanı başını avtomobilin içərisinə doğru uzatması və bu anda avtomobilin sürücüsünün avtomobili sürməsi görünür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin S. Əbdürrəhimov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən, məcburi köçkün olmasını, özünü təqsirli bilərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbininin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 205-1-ci maddələri ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 5000 manat miqdarında cərimə cəzası qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və qeyd edilən cəza icra olunmamış qalmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 5000 manat miqdarında cərimə cəzası qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 01 ili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 02 günü, azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər hesablanmaqla 06 ay azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti cəza təyin edilməli və onun üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, digər maddi sübut “Ravon R4 LTZ” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC tərəfindən X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə və Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 5000 manat miqdarında cərimə cəzası qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 01 ili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 02 günü, azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər hesablanmaqla 06 ay azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış “Ravon R4 LTZ” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC tərəfindən X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X6 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə, 180 (bir yüz səksən) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zülfiqar oğluna məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar