Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-157/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında sikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onu həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X7 Azərbaycan Respublikasının ərazilərinin erməni qəsbkarlarından azad olunması uğrunda gedən İİ Qarabağ Müharibəsində xx.xx.2020-ci il tarixdə qəhrəmancasına həlak olmuş şəhid X2 həyat yoldaşıdır. X6 adlı şəxs son bir-neçə aydır ki, onu açıq şəkildə təhdid və təhqir etməklə yanaşı, hətta üzərinə böhtan atır. Belə ki, həmin öz instaqram və votsap sosial şəbəkəsində onun və tanımadığı digər şəxslər barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətinizi ləkələyən, nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda yaymaqla böhtan atmış, bundan əlavə İnstaqram, votsap sosial şəbəkəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. O, və həmin digər şəxslər bununla bağlı DİN-nə müraciət etmişdirlər, əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi cənab Fuad Ələsgərova da müraciət edəcəklər. Turanə Nəsibova özünə məxsus İnstaqram, vatsap (status bölməsində) sosial şəbəkəsində onun şəkilini və profil səhifəni paylaşmaqla, eyni zamanda səhifəni də əlavə etməklə ona qarşı təhqir, eyni zamanda böhtan xarakterli məlumatları çoxsaylı izləyicilər arasında yaymaqla şərəf və ləyaqətini alçaltmışdır. X6 onu səbəb olmadan cari ilin avqust ayinin 12 dən etibarən təhqir, təhdid və böhtan atıcı mesajları ilə narahat etdiyi üçün haqqında Bakı Baş polis idarəsi və Binəqədi rayonu 4 sayli polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Turanə polisdə üzr istəyib əməlindən peşman olduğunu desədə öz əməlindən yenə əl çəkmir. Mütəmadi gizlin nömrələrlə onu və anasını yiğaraq ünvanına söyüşlər söyüb təhdidlər edir. Onun, “küçə qadım” olduğunu, 10 yaslı oğlunun isə “cinsi azlıq” nümayəndəsi olduğunu dəfələrlə dilə gətirib. Noyabr ayinin 7-də özünə aid olan müxtəlif instaqram hesablarinda onun altına söyüşlər təhqir edici ifadələr yazılan şəxsi şəkillərini və şəxsi nömrəsini açıq hesabda 10 minə yaxın əhalinin görə biləcəyi səviyyədə paylaşmışdır. Bu səhifələrdən biri *myschoolbytuana* (indiki adı *mekteblayihesi*)dır. Hansı ki, noyabrın 7 dən 8 nə keçən gecə müxtəlif saatlarda 22:00, 23:30. 14:00, 14:57, 19:47-də müxtəlif videolar çəkərək onun dövlət əleyhinə çıxışlar etdiyini, Prezident və Azərbaycan haqqında nalayiq ifadələr işlətdiyini deyərək böhtanatici videolar çəkib paylaşmışdır. Onu “fahişə”, “şərəfsiz”, “mənəviyyatsiz”, övladını isə “cinsi azlıq nümayəndəsi” yəni (gey) olduğu haqqında təhqiredici ifadələri camaata çatdırmışdır. O, şəhid xanımıdır, o isə buna məhəl qoymayaraq onu, övladını və şəhidini dilə gətirib və onları Azərbaycandan qovduracağını, övladını hər şeydən məhrum etdirəcəyini açıq formada dəfələrlə dilə gətirib, bildirib ki, millət vəkilinin ailəsidir, Paşayevlərdəndir və onun toxunulmazlığı var. xx.xx.2022-ci il taruxdə *bigbossbusinessschool* adlı instaqram səhifəsində oğlunun özünün Azərbaycandan iyrəndiyini və buradan nifrət etdiyini, burada yaşamaq istəmədiyini və çıxıb gedəcəyini açıq şəkildə millətə bəyan etmişdir. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 148.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yenə eyni yazısında həmçinin onun ünvanına “fahişə, cındır, alçaq, mənəviyyatsız, rədd ol bu ölkədən, əxlaqsız və s.” yazmaqla və səsləndirməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, onun şəklini paylaşmaqla şəkilin üzərinə nədən oğurladığı pullarla belə görsənir” ifadəsini səsləndirməklə (digər böhtan xarakterli adələri də var və məhkəmə iclasında sübutlar təqdim olunacaqdır) ona böhtan atmışdır, nəticədə bunu çoxsaylı inasanların izlədiyi profil səhifələrində etdiyi üçün imic və nüfuzu ləkələnmişdir. O, X3 əvəllər tanımamışdır və onunla heç bir münasibəti olmamışdır. Bu şəxs onun mobil nömrəsini, yaşayış yerini izləməklə və s. vasitələrlə öyrənmişdir. Bundan sonra bu nalayiq əməllərini yaymağa başlamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək, X1 barəsində CM-in 147.1 və 148-ci maddəsi cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 xüsusi ittiham qaydasında şikayətə etiraz təqdim edərək barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X1 müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində şikayət verilmiş şəxs X1 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi üçün əsasların olmadığından onun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-583/2022 nömrəli qərarından görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə xx.xx.2022-ci il tarixində baxılmış və X5 şikayətindən imtina etməsi səbəbindən şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərada qeyd edilir ki, G.Kəlbiyeva xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina edir, şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Qeyd edilən həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 apellyasiya şikayəti verməmişdir və həmin qərar qanuni qüvvəsini almışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39cu maddəsində bir sıra hallar sadalanır ki, həmin hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu hallardan biri də şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda yaranır. Belə ki, həmin Məcəllənin 39.1.6-cı maddəsinin tələbinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədədir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-583/2022 nömrəli qərarı (həmin qərara əsasən cinayət təqibindən imtina edildiyini) nəzərə alınmalı və hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan X5 eyni əsaslarla və eyni şəxsə qarşı vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Əhrəman oğlunun məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: X5 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Əhrəman oğlunun vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimRəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-157/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-157/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver