Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-158/2020 12.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 86A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu “İnşaatçılar" metro stansiyasının yaxınlığından istintaqa məlum olmayan “Zaur" adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,517qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0.155 qram olan ağ rəngli kristal formada, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş” psixotrop maddə metamfetamini əldə edibözündə saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 16:00-da Yasamal Rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibatı binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,517 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,155 qram ağ rəngli kristal formada psixotrop maddə metamfetamın aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları onu yaşadığı məhlədə tutmuşlar. Adını başqa zaurla səhv salıblar. Tutulduqdan sonra bölməyə aparılıb, bölmədə üzərində heç bir narkotik vasitə olmayıb. Lakin polislərdən qorxduğu üçün sənədlərə qol çəkib ki, üzərində narkotik vasitə vardır. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdirki, yeni ailə həyatı qurmuşdur və himayəsində 01 azyaşlı oğlu var, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Bir neçə ildir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi Zaur kimi bildiyi şəxsdən 01 ədəd bükümdə narkotik vasitə “heroin”-i 10 manata və bir bükümdə metanfetamini 15 manata almış və istifadə etmək üçün əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 16:00-da Yasamal rayonu, Zaur Kərimov küçəsi 240 saylı ünvanının qarşısında olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında və istifadə edilməsində şübhəli olduğunu bildirərək onu Yasamal rayon Polis idarəsinin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün Bakı şəhəri, “Mərkəz” vəkil bürosundan müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 5 ədəd işlənməmiş insulin şprisi və 2 ədəd ağ rəngli kağıza bükülmüş birində narkotik vasitə heroin, digər kağızda isə metamfetamin olan bükümü çıxardıb masanın masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaları həmin 2 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərə baxış keçirmişdir. Həmin bükümlər açıldıqda birindən qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddə digərindən isə ağ rəngli kristal şəkilli hissəciklərdən ibarət maddə aşkar edildi. Sorğu zamanı o, 1 ədəd bükümün içərisində olan narkotik vasitə “heroin”-dir və digər bükümdə narkotik vasitə metamfetamin (şüşə) olduğunu, həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında yaşayan Zaur adlı şəxsdən heroinə görə 10 manat metanfetaminə görə isə 15 manata aldığı və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 2 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və o da daxil olmaqla zərf, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayorudur. xx xxxx 2020-ci il tarixdə əməliyyat yolu ilə Bakı şəhəri Yasamal rayonu ərazisində “Zaur” adlı şəxsin Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə olunduqdan və əməliyyat tədbirinin keçirilməsinə müvafiq icazə alındıqdan sonra, ondan, Yasamal RPİ-nin CAŞnin əməliyyat müvəkkili polis mayoru Şahid2 oğlundan və Yasamal RPİ-nin ÇAŞ-nin kiçik inspektoru polis sıravisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində əməliyyat məlumatında göstərilən əlamətlərə uyğun “Zaur” adlı şəxsə ünvan 2 saylı ünvanda yaxınlaşmış və ona xidməti vəsiqələrinizi tədqim edərək onlarla birlikdə Yasamal RPİ-nə getməyi təklif etmişlər. Zaur adlı şəxs heç bir etiraz etmədən onunla razılaşmış onlar birlikdə Yasamal RPİ-nə gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində Zaur adlı şəxsin, xx.xx.1991-ci il tarixdə ünvan 3 saylı ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etməsi təklif olundu. Bu zaman o, heç bir etiraz etmədən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Rothman” adlı siqaret qutusunu və iki ədəd qırmızı rəngli alışqanı, həmin gödəkçənin sağ yan cibindən isə 05 ədəd boş istifadə olunmamış insulin iynəsini, bir ədəd bir manatlıq, iki ədəd 20 qəpiklik pul əskinası və sağ yan cibindən bir ədəd şəffaf rəngi sellofana bükülmüş vəziyyətdə ayrı ayrı ağ rəngli kağıza bükülü halda maddələr olan şəffaf rəngli sellofanı çıxardıb təqdim etmişdir. Sorğu zamanı həmin maddələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin birinin heroin, digərinin isə metamfetamin olduğunu bildirib, həmin narkotik vasitələri xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında dəqiq xatırlamadığı yerdə adının Zaur olduğunu bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd ağ rəngli kağıza bükülmüş maddələrə baxış keçirilərkən həmin maddələrdən, birinin içində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə, digər ağ rəngli kağızın içərisində isə açıq qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib olundu. Təqsirləndirilən şəxs və iştirakçılar həmin zərfə öz imzalarını ataraq təstiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayorudur. xx xxxx 2020-ci il tarixdə əməliyyat yolu ilə Bakı şəhəri Yasamal rayonu ərazisində “Zaur” adlı şəxsin Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə olunduqdan və əməliyyat tədbirinin keçirilməsinə müvafiq icazə alındıqdan sonra, ondan, Yasamal RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili polis mayoru Şahid1 və Yasamal RPİ-nin ÇAŞ-nin kiçik inspektoru polis sıravisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində əməliyyat məlumatında göstərilən əlamətlərə uyğun “Zaur” adlı şəxsə ünvan 2 saylı ünvanda yaxınlaşmış və ona xidməti vəsiqələrini tədqim edərək onlarla birlikdə Yasamal RPİ-nə getməyi təklif etmişlər. Zaur adlı şəxs heç bir etiraz etmədən onunla razılaşmış onlar birlikdə Yasamal RPİ-nə gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində Zaur adlı şəxsin, xx.xx.1991-ci il tarixdə ünvan 3 saylı ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etməsi təklif olundu. Bu zaman o, heç bir etiraz etmədən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Rothman” adlı siqaret qutusunu və iki ədəd qırmızı rəngli alışqanı, həmin godəkçənin sağ yan cibindən isə 05 ədəd boş istifadə olunmamış insulin iynəsini, bir ədəd bir manatlıq, iki ədəd 20 qəpiklik pul əskinası və sağ yan cibindən bir ədəd şəffaf rəngi sellofana bükülmüş vəziyyətdə ayrı-ayrı ağ rəngli kağıza bükülü halda maddələr olan şəffaf rəngli sellofanı çıxardıb təqdim etmişdir. Sorğu zamanı həmin maddələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin birinin heroin, digərinin isə metamfetamin olduğunu bildirib, həmin narkotik vasitələri xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında dəqiq xatırlamadığı yerdə adının Zaur olduğunu bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd ağ rəngli kağıza bükülmüş maddələrə baxış keçirilərkən həmin maddələrdən, birinin içində ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə, digər ağ rəngli kağızın içərisində isə açıq qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib olundu. Təqsirləndirilən şəxs və iştirakçılar həmin zərfə öz imzalarını ataraq təstiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/296 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” sözlər və imzalara olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,517 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və digər bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram ağ rəngli kristal formada maddə metamfetamindir. Metamfetamin adlı preparat xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyasına daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2020-ci il tarixli 1164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin evli olmasını, bir azyaşlı uşağının olmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il(biril) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 91,76 manat (doxsan bir manat 76 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,467qram narkotik vasitə olan-heroin və 0,105 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-158/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-158/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver