Məhkəmə qərarları › İş №1(004)-158/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-158/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-158/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, yeni yaşayış sahəsində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, 35000,00 ABŞ dolları məbləğində pulu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla və ödənilmiş 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(004)-2873/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxx 2020-ci il, xx xxx 2020ci il və xx xxxx 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2006-ci il tarixdən etibarən tanıyır və onunla tanışlığına səbəb Bakı şəhəri, Yasamal rayonu, Alatava-1 ünvanında qonşuluqda yaşaması olub. Yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs ilə aralarında bir qonşu kimi münasibətləri yaxşı olmuş və yaranmış münasibət əsnasında biri-birlərinin evinə gediş-gəliş etmişlər. O, 2009-cu ildən etibarən yaşadığı Bakı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olmağa başlamış və qonşusu Zərərçəkmiş şəxs müxtəlif növ qızıl-zinət əşyalarını satmaqdan ötrü ona verirmiş. O, Zərərçəkmiş şəxs aldığı qiymətin üzərinə öz faizini qoyaraq tanıdığı insanlara sataraq öz xeyrini götürəndən sonra yerdə qalan məbləği sonuncuya verirmiş. 2009-cu ilin noyabr-dekabr aylarında, o, yaşadıqları evdə Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını satmaq niyyəti ilə götürmüş və qızılları ondan götürəndən sonra satmaqdan ötrü Yasamal rayonunun ərazisində 96 saylı marşrut avtobusana minərək Ulduz metrostansiyasının yaxınlığına gəlmiş və avtobusdan düşəndən sonra əl çantasından pul götürmək istəyən zaman qızıl-zinət əşyalarının çantasında olmadığını görmüşdür. Həmin vaxtı həyacanla olduğuna görə heç bir hüquqmühafizə orqanlarına müraciət etməmiş və bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs məlumat verməmişdir. Sonradan Zərərçəkmiş şəxs götürdüyü qızıl-zinət əşyalarının pulunu tam olaraq qaytara bilmədiyi üçün 2010-cu ilin mart ayının 4-də Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən 19 saylı X3 götürdüyü qızıl-zinət əşyalarının dəyəri olan 35000,00 ABŞ dolları məbləğində pulu ona qaytaracağı barədə sonuncu ilə aralarında borc müqaviləsi bağlamışlar. Aralarında bağlanmış müqaviləyə əsasən qeyd olunan məbləği 2010-cu ilin aprel ayının 30-da Zərərçəkmiş şəxs qaytarmalı idi. Bundan sonra, o, Zərərçəkmiş şəxs qeyd olunan məbləği qaytara bilmədiyi üçün sonuncu onun barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 35000,00 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla və ödənilmiş 30,00 manat dövlət rüsumunun ondan alnaraq Zərərçəkmiş şəxs öənilməsinə dair xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində qeyd olunan məbləğdən imkanı daxilində Zərərçəkmiş şəxs 5000,00 ABŞ dolları və 440 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Əlavə olaraq ifadə verərək bildirmişdir ki, hər ay zərərçəkmişə azı 200-300 manat ödəniş edəcək. Daha sonra əməlindən səmimi peşman olmasını, ailənin qazanc gətirən yeganə şəxsin olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, əvvəllər məhkum edilməməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 1996-cı ildən 2011-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsində qonşuluqda yaşamış və yaşadıqları müddət ərzində aralarında etibarli münasibətləri yaranmışdır. 2008-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, birlikdə şərikinə qızıl-zinət əşyalarının satışı ilə məşğul olsunlar. O, 1990-cı ildən 2004-cü il tarixədək Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən “zərgər sənaye istehsalat birliyində” anbardar vəzifəsində işlədiyi üçün qızıl-zinət əşyalarının satışı ilə məşğul olan insanları tanıdığına görə Rəhillə Yaqubovaya razılıq vermişdir. Bundan sonra, o, tanıdığı insanlardan müxtəlif növ qızılzinət əşyalarını nisyə götürərək Təqsirləndirilən şəxs satmaq üçün vermiş və sonuncu həmin əşyaları bir neçə günə sataraq pulunu ona verirmiş. Həmin zamanlar satılan qızılzinət əşyalarını Təqsirləndirilən şəxs alınan qiymətdən baha satmasına baxmayaraq yerdə qalan məbləği öz aralarında bölürlərmiş. Bu minvalla o bir neçə dəfə Təqsirləndirilən şəxs müxtəlif növ qızıl-zinət əşyalarını nisyə vermiş və sonuncu həmin əşyaları sataraq hər ikisi qazanc əldə edirlərmiş. Aralarında yaranmış münasibətə görə hətta elə vaxtlar olurmuşdur ki, o Təqsirləndirilən şəxs inanaraq ona satmağa görə verdiyi qızıl-zinət əşyalarının hesabkitabını aparmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ondan nisyə aldığı qızılzinət əşyalarının pulunu qaytarmadığı üçün onda sonuncuya qarşı şübhələr yaranmağa başlamış və aralarında yaranan 35000,00 ABŞ dolları məbləğində pulu ondan tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan məbləği ona qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirdiyi üçün sonuncunun həmin məbləği ödəməyəcəyini hiss etdiyinə görə xx xxxx 2010-cu il tarixdə onunla Bakı şəhəri 19 saylı X3 35000,00 ABŞ dolları məbləğində pulun ona qaytaracağı barədə aralarında müqavilə bağlamışlar. Aralarında bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məbləği xx xxxxx 2010cu il tarixədək tam olaraq ona qaytarmağı öz öhdəsinə götürümüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, o, məcburiyyət qarşısında qalaraq 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs barəsində iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 35000,00 ABŞ dolları (ekvivalenti Mərkəzi Bankının kursuna müvafiq olaraq manatla) məbləğində borc pulun sonuncudan alınaraq ona ödənilməsinə dair xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi icra olunmasından ötrü Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və orada Təqsirləndirilən şəxs qətnaməni könüllü olaraq icra olunması üçün müddət verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Məhkəmə qətnaməsində sonra Təqsirləndirilən şəxs tərəfindən ona 5000 ABŞ dolları və 440 manat məbləğində ödəniş olduğunu bildirərək borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2888/2019 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 35000,00 ABŞ dolları məbləğində pulu və ödənilmiş 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməlidir. Qeyd olunan icra sənədi üzrə xx xxx 2019ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir növləri aşkar edilməmişdir. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra borcun ödənilməsi üçün yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də borcun ödənilməsi təmin edilməmişdir. Tələbi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat dövründə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs tərəfindən cəmi 5000,00 ABŞ dolları ödəniş həyata keçirildiyini bildirmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs 250,00 manat əməkhaqqı almaqla fərdi əməklə məşğul olaraq qazanc əldə etməsi məlum olmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs ilə dəfələrlə fərdi söhbətlər aparılmış, lakin o, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Göründüyü kimi icraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, tələb hazıradək təmin edilməmiş, bununla bağlı hər hansı üzrlü səbəb göstərilməmiş və beləliklə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs borc məbləğinin tam ödənilməsi tələb olunmuş və ödəmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən təkrar xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs 3816,90 (üç min səkkiz yüz on altı manat doxsan qəpik) manat borc pulun və 0,60 (altmış qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxsnun xeyrinə ödənilməsinin qət edilməsini, qətnamə əsasında çıxarılmış icra vərəqəsinin Yasamal rayon İŞ-də icra etdirilməsinin ona həvalə olunmasını, icra sənədini icraatına qəbul edərək tələbi dərhal könüllü icra etməsi üçün borcluya bildiriş göndərməsini, ancaq borclu Təqsirləndirilən şəxs tələbi üzürsüz səbəbdən icra etməməsini, borclu Təqsirləndirilən şəxs bu səbəbdən xx xxxxx 2018-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbslə tənbeh edilməsini, ancaq borclunun bu tənbehdən də nəticə çıxarmamasını, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla yenidən rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qətnaməni yenə qərəzli olaraq icra etməməsini, borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibi başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə tərəfindən təqdimat verilməsini göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 2888/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 №-li icra sənədindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 35000,00 ABŞ dolları məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu tutularaq iddaiçı Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 14-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 №-li icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx xxx 2019-cu il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(004)-2888/2019 №-li icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuşdur. Cinayət işinin 58-60-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(004)-2873/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (büş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-2888/2019 №-li icra sənədinin icra olunması üçün təkrarən ona 10 gün müddət verilmiş, Əks təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olumasında dair müvafiq tədbirlər görüləcəyi onun diqqətinə çatdırımışdır. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 72-ci vərəqəsində olan 61 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, qadın olmasını, zərərçəkmiş şəxsə qismən ödəniş etməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar