Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-158/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxs: xx.xx.2005-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2/9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.2008-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Tər-Tər rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan və yaşayan cinayət işi üzrə barəsində “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə" qətimkan tədbir seçilmiş şəxsdir Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 25 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində olan “Tufan M50” markalı mopedi gizli olaraq talamaqla sonuncuya 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “SPAR" marketə daxil olaraq satış məqsədilə spirtli içkilərin düzüldüyü piştaxtadan satıcı Şahid1 gözü önündə hər biri 10.99 manat dəyərində “X2 malt" adlı şüşə qabda 40%-lik spirtli içkini götürüb əynində olan şalvarla qarın nahiyəsi arasına yerləşdirərək açıq yolla talayıb mağazadan çıxmaq üçün qapıya yaxınlaşarkən satıcının arxasınca gəlməsinin qarşısını almaq məqsədi ilə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və soyuq silah hesab edilən bıçağı sağ əlində açıq formada saxlayıb marketdən çıxaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 21,98 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 25 iyul 2023-cü il il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində olan “Tufan M50" markalı mopedi gizli olaraq talamaqla sonuncuya 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ittihamda deyilənlər hamısı doğrudu. Gəzirdi. Mağazaya girib, viskini götürüb, çıxıb. Nəzarətçi onu görürmüş, amma yenə də əməlinə davam edib. Üstündə bıçaq olub, amma çıxartmamışdır. Böyründə olub, ola bilsin görsənib. Kəmərinə taxmışdır, viskidən başqa heç nə götürməmişdir. Bıçaq çoxdan onda idi. Köhnənin malıdır. Əvvəlki hadisə isə belə olub ki, Baloğlanla gəzirdilər. Pulları qurtarmışdır. Avtobusa da verəsi pulları yox idi. Yolda skuteri görüblər, minib sürüblər evə. Açarı üstündə olub. Onun fikri o idi ki, motoru işə salıb sürüb getsinlər. Hər üç maddə ilə özünü təqsirli bilir, ziyan tam ödənilib. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, axşam vaxtları idi. Aminlə gəzməkdən gəlirdilər. Yasamalda idilər. İnşaatçılar metrosunun yanında. Yolda moped görüblər. Xoda salıb evə gediblər. Avtobusa çatdırmamışdırlar. Bu əməli niyə etdiklərini bilmir. Əməlindən peşmandır. Zərər ödənilib. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bu hadisə olanda o, burada olmamışdır. Girib götürüblər. Dükan onundur. Oradan içki götürüb. Yüngül məbləğdə ziyan idi, təxmini 30-40 manat təşkil edərdi. Ziyanı ödəməyib, təqsirləndirilən şəxsi birinci dəfədir ki, görür. Hazırda brışıb, şikayətçi deyil, heç bir şikayəti və tələbi yoxdur və bu barədə ərizəni təqdim edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, keçən il dekabr ayında marketdə satıcı işləyirdi. Həmin Təqsirləndirilən şəxs1 marketə girib. Su bölməsinə keçib. O, araq şüşülərinin bir-birinə toxunmasından gələn səsdən bilib ki, kimsə nəsə götürüb. Vitrinin başında durub, viskini götürüb şalvarına qoyub. Sən demə ikinci mal imiş ki, götürürmüş. O, viskinin ciddi mahiyyət bir şey olmadığından özünü təhlükəyə atmayıb. Müdiriyyətin gəlməsini gözləyib, həm də fikirləşib, bəlkə kassaya yaxınlaşar. Amma marketin çıxışına yaxınlaşıb, bir metr qalmış bıçağı çıxardıb, sonra çıxıb gedib. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində olan “Tufan M50” markalı motosikleti təxminən 1 il bundan qabaq yəni 2022-ci ilin sentyabr ayında ikinci əl kimi 1300 manata almışdır. Həmin motosiklet vasitəsi ilə universitetdən sonra paketçı kimi işləyərək təhsil xərclərini qazandığı məvaciblə ödəmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında təxminən 15:00 radələrində universitetə getdiyi üçün istifadəsində o an “Tufan M50” markalı motosikleti Yasamal rayonu ərazisində, İnşaatçılar metrostansiyasmm yaxınlığında “Kontakt Home” mağazasının yanında yerləşən “Papa Johns” restoranının qarşısıpda səkinin kənarına qoyaraq motosikleti söndürərək üzərində olan açarı çıxarıb çıxıb getmişdir. Universitetdən sonra əlavə olaraq İngilis dili kursuna getdiyi üçün elə həmin gün xx.xx.2023-cü il tarixdə axşam saat 22:30 radələrində motosikletini qoyduğu yerə gələn zaman motosikletini orada olmadığını aşkar etmişdir. Motosikletini orada olmadığını görüb oğurlanması qənaətinə gələrək dərhal DİN-nin 102 zəng xidmətinə müraciət edərək Yasamal RPİ-nin 29-cu PŞ-ə getmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs əlavə dindirilən zaman məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/7702/2023 saylı rəyi ilə razı olmadığını, qeyd olunan mopedin qiymətinin 1300 manat kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hal-hazirda Yasamal rayonu, İ.Zülalov küçəsi 17 ünvanda yerləşən “SPAR" markketin yaxınlığında yerləşən dönərxanada olan zaman “SPAR" marketdə çalışan əvvəllər tanımadığı bir nəfər şəxs marketin qarşısında əlində bıçaq içkili vəziyyətdə olan şəxsi saxladığını görmüşdür. O, ora yaxınlaşan zaman ona məlum olmuşdur ki, içkili vəziyətdə əlində bıçaq olan şəxs marketdən oğurluq etmişdir. Bu səbəbdən o dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdşları ora gəlmişdirlər. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7702 nömrəli rəyinə əsasən təqdim edilmiş bir ədəd qara rəngli, 2018-ci il buraxılışlı “Tufan” markal, “M-50” model mopedin istifadədə olması və qeyd edilən xüsusatlan (cırıqlar, batıqlar, boya qopuqları və s.) nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminə 750,00 manat müəyyən edilir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/936 nömrəli rəyinə əsasən təqdim edilmiş 01 ədəd şüşə qabda üzərində “X2 Malt 50 CL” yazıları olan spirtli içkinin 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 10,99 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/05 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli, 3434 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, məsuliyyətsizlik, emosionallıq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və əqli inkişafına görə etdiyi hərəkətlərin xarakter və mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən “SPAR” marketə daxil olaraq satış məqsədilə spirtli içkilərin düzüldüyü piştaxtadan satıcı Şahid1 gözü önündə hər biri 10.99 manat dəyərində “X2 malt” adlı şüşə qabda 40%-lik iki ədəd spirtli içkini götürdüyü birini əynində olan şalvarla qarın nahiyyəsinin arasına digərini isə əynində olan ağ rəngli kapüşonun sağ yan cibinə yerləşdirdiyi, “Spar” marketin kassa hissəsinə yaxınlaşmadan marketi tərk etməsi, marketi tərk edən zaman sonuncunun sağ əlində yan formada saxladığı 1 ədəd bıçağın olduğu əks etdirildiyindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi və üzərində soyuq silahın olması təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 25 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində olan “Tufan M50” markalı mopedi gizli olaraq talamaqla sonuncuya 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “SPAR" marketə daxil olaraq satış məqsədilə spirtli içkilərin düzüldüyü piştaxtadan satıcı Şahid1 gözü önündə hər biri 10.99 manat dəyərində “X2 malt" adlı şüşə qabda 40%-lik spirtli içkini götürüb əynində olan şalvarla qarın nahiyəsi arasına yerləşdirərək açıq yolla talayıb mağazadan çıxmaq üçün qapıya yaxınlaşarkən satıcının arxasınca gəlməsinin qarşısını almaq məqsədi ilə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəf kəsici,ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və soyuq silah hesab edilən bıçağı sağ əlində açıq formada saxlayıb marketdən çıxaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 21,98 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 25 iyul 2023-cü il il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1300 manat dəyərində olan “Tufan M50" markalı mopedi gizli olaraq talamaqla sonuncuya 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğini hesablamışdır və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vurduğu ziyan 1300 manat hesablanmışdır. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7702 nömrəli rəyinə əsasən təqdim edilmiş bir ədəd qara rəngli, 2018-ci il buraxılışlı “Tufan” markal, “M-50” model mopedin istifadədə olması və qeyd edilən xüsusatlan (cırıqlar, batıqlar, boya qopuqları və s.) nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminə 750,00 manat müəyyən edilir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın miqdarı müvafiq ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və V.C.Əsgərli tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.2 və 228.4-cü maddələri ilə tövsif edilmişdir və V.C.Əsgərlinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Beləliklə o, ümumilikdə 4 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmuşdur. xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2025-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ MSY-dən azad olunaraq barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqdim etdikləri ərizə və Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadədən görünür ki, təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur, barışıq əldə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il təvəllüdlüdür. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət əməli törədilən zaman qüvvədə olan müddəaları nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd soyuq silah hesab edilən biçaq məhv edilməli, maddi sübut kimi tanınmış 1 ədəd “X2 Malt 50 CL” markalı viskinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, oğurluq hadisəsinin görüntüləri olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 180.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azəraycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 4 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə ballistik ekspertizasının və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə çəkilmiş xərc 135 (yüz otuz beş manat) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “X2 Malt 50 CL” markalı viskinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 1 ədəd soyuq silah hesab edilən biçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsinin görüntüləri olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Tərtər rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Tufan M-50” markalı mopedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən həmin məbləğin yarısı olmaqla, hər birindən bərabər məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 29 iş saatına görə 319 manat, cəmi 409 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 29 iş saatına görə 319 manat, cəmi 409 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-158/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-158/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver