Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-159/2020 18.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X3 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzində yerləşən tədris otağına-binaya qanunsuz daxil olmuş, orada masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 1.200 (min iki yüz) manat dəyərində olan HP Notebook-15-ay082nia notebook modelli kompüteri enerji daşıyıcı və çantası ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumlikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində ünvan 3 ünvanında yerləşən alqı-satqı ofisinin alüminium-plastik-şüşə materialından olan giriş qapısının şüşəsini daşla sındırmaqla həmin ofisə-binaya qanunsuz daxil olmuş, ofisdəki masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 800 (səkkiz yüz) manat dəyərində olan “Toshiba Satellite C850-B907” markalı notebook modelli kompüteri enerji daşıyıcı və çantası ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumlikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu. Ə.Ələkbərov 57 B ünvanında yerləşən “Celt Kids” ingilis dili kursları tədris olunan ofisə-binaya qanunsuz daxil olaraq orada qeydiyyat masasının üzərindən Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 800 (səkkiz yüz) manat dəyərində olan X19 61a142 notebook modelli kompüteri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumlikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 5 ünvanında yerləşən “CELT COLLEGES” tədris mərkəzinə-binaya qanunsuz daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 1200 (min iki yüz) manat dəyərində olan HP EliteBook 2170p notebook modelli kompüteri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumlikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 04:30 radələrində ünvan 6 ünvanında yerləşən “X18 future Travel Group” MMC-yə məxsus ofisin pəncərəsini özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çəkiclə bir dəfə vurmaqla sındıraraq həmin pəncərədən binaya qanunsuz daxil olmuş, orada olan nəzarətkassa masasının siyirməsindən Zərərçəkmiş şəxs5 məxsus 150 (yüz əlli) manat və Azərbaycan Respublikası manatının həmin dövr üçün dollara olan məzənnəsi ilə 67 (altmış yeddi) ABŞ dolları, 113 manat 9 qəpik (yüz on üç manat doqquz qəpik) pulu, digər masaların üzərində olan bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində olan “Lenovo G570” markalı, “20079" modelli, “İntel pentium İnside” xüsusiyyətli, istifadə olmuş notebooku (qidalandırıcı elementi ilə birlikdə), bir ədəd 40 (qırx) manat dəyərində olan “Samsung” markalı, “710V” modelli istifadə olunmuş kompüter monitorunu, bir ədəd 120 (yüz iyirmi) manat dəyərində “İNNPOWER" markalı prosessoru, bir ədəd 10 (on) manat dəyərində olan klaviaturanı və bir ədəd 15 (on beş) manat dəyərində olan “Tp-Link” markalı flaşkardı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumlikdə 668,9 (altı yüz altımış səkkiz manat doqquz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edərək artıq onun alüdəçisinə çevrilmişdir, həmin narkotik vasitəni bir müddət qəbul etmədikdə onda loru dildə “lomka” adlanan çox gərkin bir vəziyyət yaranır, bədənində şiddətli ağrılar olur, ona görə də mütəmadi olaraq narkotik vasitə qəbul etmək məcburiyyətindədir. O, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində oğurluq etmək niyəti ilə ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzinə daxil olmuşdur. Orada olan otaqların digərlərində dərs keçirildiyindən həmin otaqların qapısı bağlı olmuş, yalnız bir otağın qapısı açıq olmuş və orada heç kim olmamışdır. O, ətrafa boylanaraq heç kimin olmamasına və ətrafda müşahidə kameralarının olmamasını əmin olduqdan sonra həmin otağa daxil olmuş, oradakı masanın üzərində bir ədəd çantada “HP Notebook-15-ay082nia” notebook modelli kompüter enerji toplayıcı ilə birlikdə olmuşdur. Cəld həmin çantanı kompüter və enerji toplayıcı cihazı ilə birlikdə götürərək tədris mərkəzini tərk etmişdir. Həmin gün təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 41Q ünvanında yerləşən “Moon” Telekom mağazasına gedərək həmin mağazada kompüter təmirçisi işləyən əvvəllər tanımadığı, sonradan Şahid2 olmasını bildiyi şəxsə öz kompüteri kimi təqdim edərək ona yalan danışmış, həmin kompüteri şəxsiyyət vəsiqəsinin surəti ilə Razimə 180 (yüz səksən) manata satmış, şəxsiyyət vəsiqəsinin surətinin üzərində satdığı tarixi və mobil nömrəsini yazaraq qeydiyyat aparmış, imzası ilə təsdiq etmiş və şəxsiyyət vəsiqəsinin surətini Razimə vermişdir. Əldə etdiyi pulla Bakı şəhəri ərazisində müxtəlif verlərdə olan xatırlamadığı dükanlardan özünə ərzaq, siqaret və spirtli içki almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində oğurluq etmək niyəti ilə ünvan 8 ünvanında yerləşən alqı-satqı ofisinə yaxınlaşmış, ofisin giriş qapısı plastik və şüşə materialından olmuşdur. O, yerdən götürdüyü daşla həmin girin qapısının üst tərəfində olan şüşəni bir dəfə möhkəm zərbə ilə vurmaqla sındırmışdır. Bundan sonra həmin yerdən ofisə daxil olmuşdur. Ofisdə masanın üzərində bir ədəd çantanın içərisində olan bir ədəd enerji toplayan cihazı ilə birlikdə Toshiba Salellite C850-B907 markalı notebook modelli kompüteri olmuşdur. Həmin kompüteri çantası və enerji toplayan cihazı ilə birikdə götürərək cəld həmin yeri tərk etmiş, həmin gün təxminən saat 18 radələrində Şahid2 yaxınlaşmış, yalan danışıb həmin kompüteri öz kompüteri kimi təqdim edərək onu şəxsiyyət vəsiqəsinin surəti ilə Razimə 100 (yüz) manata satmış, şəxsiyyət vəsiqəsinin surətinin üzərində satdığı tarixi, kompüterin modelini, kodunu və mobil nömrəsini yazaraq qeydiyyat aparmış, imzası ilə təsdiq etmiş və şəxsiyyət vəsiqəsinin surətini Razimə vermişdir. Əldə etdiyi pulla Bakı şəhəri ərazisindən müxtəlif yerlərdə olan xatırlamadığı dükanlardan özünə ərzaq, siqaret və spirtli içki almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində oğurluq etmək niyyəti ilə ünvan 13B ünvanında yerləşən “CELD kids” ingilis dili kursları tədris edilən mərkəzə yaxınlaşmışdır. Mərkəzin giriş hissəsindəki ofisin qapısı açıq vəziyyətdə olmuşdur. Ofisdə masanın üzərində bir ədəd notebook modelli kompüter olmuşdur. Mərkəzdə olan otaqların digərlərində dərs keçirildiyindən həmin otaqların qapısı bağlı olmuş, yalnız bir ofisin qapısı açıq olmuş və orada heç kim olmamışdır. Ətrafa boylanaraq heç kimin olmamasına və ətrafda müşahidə kameralarının olmamasını əmin olduqdan sonra həmin mərkəzin ofisinə daxil olmuş, orada masanın üzərində olan X19 61a142 markalı notebook modelli kompüteri götürərək cəld həmin yeri tərk etmişdir. Həmin gün təxminən saat 18 radələrində Şahid2 yaxınlaşaraq yalan danışıb öz kompüteri kimi təqdim edərək onu 100 (yüz) manata satmışdır. Şəxsiyyət vəsiqəsinin surətinin üzərində satdığı tarixi, kompüterin modelini, kodunu və mobil nömrəsini yazaraq qeydiyyat aparmış, imzası ilə təsdiq elmiş və şəxsiyyət vəsiqəsinin surətini Razimə vermişdir. Əldə etdiyi pulla Bakı şəhəri ərazisində müxtəlif yerlərdə olan xatırlamadığı dükanlardan özümə ərzaq, siqaret və spirtli içki almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində oğurluq etmək niyyəti ilə ünvan 5 ünvanında yerləşən “CELT COLLEGES” tədris mərkəzinə yaxınlaşmış, mərkəzə girdikdə giriş hissədəki ofisdə olan masanın üzərində bir ədəd HP EliteBook 2170p notebook modelli kompüter olmudur. Mərkəzdə olan otaqların digərlərində dərs keçirildiyindən həmin otaqların qapısı bağlı olmuş, ətrafa boylanaraq heç kimin olmamasına və ətrafda müşahidə kameralarının olmamasını əmin olduqdan sonra həmin mərkəzə ofisinə daxil olmuş, orada masanın üzərində olan bir ədəd HP EliteBook 2170p notebook modelli kompüteri götürərək cəld həmin yeri tərk etmiş, həmin gün təxminən saat 21 radələrində ünvan 10 F ünvanında yerləşən “Life Telekom” mağazasında kompüter təmirçisi işləyən, sonradan X10 olmasını bildiyi şəxsə yalan danışaraq öz kompüteri kimi təqdim edərək onu 100 (yüz) manata satmışdır. Şəxsiyyət vəsiqəsinin surətinin üzərində satdığı tarixi, kompüterin modelini və kompüterin özünə məxsus olması, oğurluq və girov nəticəsində əldə olunmamasını yazaraq qeydiyyat aparmışdır, imzası ilə təsdiq etmiş və şəxsiyyət vəsiqəsinin surətini Raufa vermişdir. Əldə etdiyi pulla Bakı şəhəri ərazisində müxtəlif yerlərdə olan xatırlamadığı dükanlardan özünə ərzaq, siqaret və spirtli içki almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə təxminə saat 04 radələrində oğurluq etmək niyəli ilə özümə məxsus olan çəkici götürərək tək yaşadığı evdən çıxmışdır. Bir qədər gəzdikdən sonra təxminən saat 04:30 radələrində yaxınlıqda olan ünvan 11 ünvanında yerləşən “X18 future Travel Group” MMC-yə məxsus ofisin pəncərəsinə oğurluq etmək niyyəti ilə yaxınlaşmışdır. Düşünüb ki, həmin ofisdə pul və dəyərli əşyalar ola bilər. Ətrafa boylanaraq heç kimin olmamasına və ətrafdan müşahidə kameralarının olmamasını əmin olduqdan sonra əynində olan gödəkçənin sağ cibindən həmin çəkici çıxarmışdır. Sağ əlində həmin çəkici tutaraq onunla ofisin pəncərəsinin sol tayının orta hissəsinə bir dəfə vuraraq pəncərəni sındırmışdır. Zərbə nəticəsində pəncərənin şüşəsi sındığından orada dəlik yaranmışdır. Çəkici kənara atmış, ehtiyyatla sağ əlini pəncərənin dəliyindən içəri salaraq pəncərəni açmış və pəncərədən ofisə daxil olmuşdur. Ofis qaranlıq olduğundan üzərində olan alışqanın işığı ilə ofisi axtarmış, masanın üst tərəfində olan birinci siyirməsini açaraq orada olan 67 (altımış yeddi) ABŞ dolları, 150 (yüz əlli) manat nağd pulu götürərək əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra ofisdə olan digər masanın üzərində olan bir ədəd qara rəngli “Lenovo” notebook modelli kompüteri enerji toplayıcı cihazı ilə birlikdə, digər masanın üzərində olan bir ədəd “Samsung” modelli kompüterin monitorunu, həmin kompüterin prosessorunu üzərində olan fleşka ilə birlikdə və kompüter klaviaturasını götürmüşdür. Ofisin qapısını asanlıqla açdığından həmin oğurladığı əşyaları üst-üstə yığmaqla qucağına götürərək ofisdən çıxarmış və ehtiyyatla yaxınlıqda yerləşən yaşadığı mənzilə aparıb öz otağındakı paltar dolabına yığmışdır. “Lenovo” notebook modelli kompüteri isə xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində ünvan 12 G ünvanında yerləşən mobil telefon və kompüter təmiri mağazasına aparmış, orada usta işləyən sonradan Şahid3 olmasını bildiyi şəxsə yalandan danışaraq həmin kompüteri öz kompüteri kimi təqdim etmiş, həmin kompüteri şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 (yetmiş) manata Ceyhuna satmışdır. Ceyhun aralarında olan alqı-satqıya dair onun şəxsiyyət vəsiqəsinin surətində müvafiq qeydlər aparmışdır. O, əldə etdiyi 70 manat pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan xatırlamadığı mağazaların birindən bir qədər ərzaq almış və həmin pulun hamısını xərcləyərək evə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 12 radələrində bir neçə nəfər tanımadığı şəxs yaşadığı mənzilə gələrək özlərini X6 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər, onun xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzindən, xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində ünvan 8 ünvanında yerləşən alqı satqı ofisindən, xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində ünvan 13 B ünvanında yerləşən “CELD kids” ingilis dili kursları tədris edilən mərkəzindən, xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 5 ünvanında yerləşən “CELT COLLEGES” tədris mərkəzindən və xx.xx.2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən turizm ofisindən oğurluq etməkdə şübhəli olduğunu deyərək onu polis bölməsinə dəvət etmişlər. Həmin şəxslərə etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmiş və törətdiyi həmin oğurluq cinayətlərini səmimi olaraq etiraf etmişdir. Həmin cinayətlərdən başqa heç bir cinayət törətməmişdir, həmin oğurluq cinayətlərini törətməsini heç kim görməmişdir, həmin cinayətləri törətməzdən əvvəl ətrafda heç kimin və heç bir video müşahidə kameralarının olmamasına diqqət yetirmiş, sonra həmin cinayətləri törətmişdir. Həmin cinayətlərin hamısını özü tək törətmiş, digər şəxslərlə qabaqcadan əlbir olaraq törətməmişdir. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxsittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, “HP Notebook-15-ay082nia” notebook modelli kompüteri enerji daşıyıcısı və çantası ilə birlikdə xx.xx.2020-ci il tarixdə 1.200 (min iki yüz) manata almış, həmin kompüteri tədris prosesində istifadə etmişdir. Belə ki, o, ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzində magistr kursuna gedərək təhsilini artırır. xx.xx.2020-ci il tarixdə təxminən saat 16:00 radələrində həmin tədris mərkəzinə gələrək dərs otağındakı masanın üzərinə kompüterini enerji toplayıcı cihazı və çantası ilə birlikdə qoymuş, dərs otağında çalışmağa başlamışdır. Təxminən saat 17:45-də dərs otağından çıxaraq çay içmək üçün mətbəxə getmiş, otaqda olan digər tələbələr də dərs otağını tərk edərək getmişlər. Təxminən 20 dəqiqədən sonra geri qayıdarkən görüb ki, masanın üzərinə qoyduğu kompüteri çantası və enerji daşıyıcısı ilə birikdə yoxdur. Tədris mərkəzinin digər otaqlarını da gəzərək kompüterini axtardıqda və bu barədə orada olan tələbələrdən maraqlandıqda bu barədə müsbət heçnə öyrənə bilməmiş, belə qənaətə gəlib ki, kimsə onun kompüterini enerji daşıyıcısı ilə birlikdə oğurlamışdır. Bir qədər sonra Yasamal Rayon Polisİdarəsinin 26-cı Polis Bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmiş, 26-cı Polis Bölməsinin əməkdaşları tədris mərkəzinə gələrək onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonradan ona məlum olub ki, tədris mərkəzinə qanunsuz daxil olaraq oradakı masanın üzərində olan ona məxsus kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə oğurlamış şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsdir və həmin şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində təhsil aldığı ünvan 2 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzində baş vermişdir. O, hadisədən əvvəl həmin kompüter enerji toplayıcı cihazı, çantası ilə birlikdə dərs otağındakı masanın üzərinə qoymuş və oradan oğurlanmışdır. Hadisəni heç kim görməmişdir. Tədris mərkəzinin daxilində və ətrafında video müşahidə kameraları yoxdur. Oğurlanmış bir ədəd “HP Notebook-15-ay082nia” notebook modelli kompüter ona məxsusdur. Həmin kompüteri enerji daşıyıcı cihazı və çantası ilə birlikdə xx.xx.2019-cu il tarixdə 1.200 (min iki yüz) manata almış, kompüter bir neçə gün ərzində istifadə edilmiş, demək olar ki, təzə vəziyyətdə olmuş, cinayət hadisə nəticəsində ona 1.200 manat maddi ziyan dəymişdir. Onda oğurlanmış kompüterin yalnız texniki göstəricilərinin əks edildiyi qutu var. Həmin göstəricilərin surətini çıxararaq istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Dəymiş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 57 B ünvanında yerləşən “Cell Kids” ingilis dili kursları tədris olunan ofisdə menecer vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:20 radələrində həmin ofisdə işdə olarkən özünə məxsus olan “X19 61a142” markalı notebook modelli kompüteri ofisdə olan qeydiyyat masasının üzərinə qoyaraq yaxınlıqda olan mağazaya ərzaq almaq üçün getmiş, mağazaya gedərkən ofisin qapısını açıq vəziyyətdə olmuşdur. Təxminən 10 dəqiqədən sonra mağazadan ofisə qayıdarkən müəyyən edib ki, masanın üzərinə qoyduğu həmin kompüter oğurlanmışdır. Ofisin digər otaqlarında dərs keçən şagird və müəllimlərdən bu barədə soruşduqda onlar məlumatsız olduqlarını bildirmişlər. Buna görə də o, ofisin balansında olan (012) ***-**-** şəhər nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Yasamal Rayon Polis İdarəsinin 26cı Polis Bölməsinin əməkdaşları həmin yerə gələrək onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonradan ona məlum olub ki, ofisə qanunsuz daxil olaraq oradakı masanın üzərində olan ona məxsus kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə oğurlamış şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsdir və həmin şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 57 B ünvanında yerləşən “Celt Kids” ingilis dili kursları tədris olunan ofisdə baş vermişdir. Belə ki, ona məxsus olan həmin kompüteri ofisdəki qeydiyyat masasının üzərinə qoyulmuş və oradan oğurlanmışdır. Hadisəni heç kim görməmişdir. Ofisin daxilində və ətrafında video müşahidə kameraları yoxdur. Oğurlanmış bir ədəd “X19 61a142” markalı notebook modelli kompüter ona məxsusdur. Belə ki, həmin kompüteri enerji daşıyıcı cihazı və çantası ilə birlikdə təxminən 1 il əvvəl 800 (səkkiz yüz) manata almışdır. Kompüter bir neçə il ərzində istifadə edilərək köhnəlmişdir. Cinayət hadisə nəticəsində ona 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə saat 17:35-də DİN-in 102 xidmətinə zəng edərkən əsəbi və həyəcanlı olduğundan “Celt Kursunun” qeydiyyat şöbəsində olan 1000 (min) manat dəyərində “Sony” markalı kompüterin oğurlanması barədə səhvən məlumat vermişdir. Əslində isə ona 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. Oğurlanmış kompüterin heç bir sənədi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış. Onunla heç bir münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Onun şəxsiyyət vəsiqəsində adı Zərərçəkmiş şəxs4 kimi qeyd edilsə də, tanışları, qohumları, qonşuları onu uşaqlıqdan X1 tanıyır və “Alina” deyərək çağırır. Ona görə də o, xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-yə ərizə verərkən, izahat yazarkən, hadisə yerinə baxış keçirilərkən və istintaqa ifadə verərkən özünü səhvən X1 təqdim etmiş, əslində isə onun şəxsiyyət vəsiqəsində adı Zərərçəkmiş şəxs4dır və xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 57 B ünvanında yerləşən “Celt Kids” ingilis dili kursları tədris olunan ofisdən oğurlanmış kompüter ona məxsusdur, həmin cinayət nəticəsində o, yəni Zərərçəkmiş şəxs4 zərərçəkmişdir. Dəymiş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsqismində dindirilmişZərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən “Celt Colleges” ingilis dili hazırlıq mərkəzində xaricdə təhsil üzrə mütəxəssis vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında mərkəzə gələrkən özünə məxsus olan “HP EliteBook 2170p” notebook modelli kompüteri də gətirmişdir. Həmin kompüteri mərkəzin girişindəki ofisdə olan masanın üzərinə qoyaraq mərkəzin digər otağında tələbələrə dərs keçmişdir. Arada fasilə verərək dərs otağından ofisə çıxmış və kompüterin masanın üzərində olmasını görmüşdür. Təxminən saat 20:00-dək kompüter masanın üzərində olmuşdur. Həmin gün təxminən saat 20:45 radələrində tədris mərkəzində dərslər bitirdikdən sonra dərs otağından çıxdıqda ofisdəki masanın üzərinə diqqət yetirmiş, orada həmin kompüter olmamışdır. Bir neçə dəqiqə ərzində düşünərək belə qənaətə gəlmişdir ki, həmin kompüteri tanımadığı şəxs digər otaqda dərs keçən zaman oğurlamışdır. Buna görə də istifadəsində olan (070)299-04-03 mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları həmin yerə gələrək onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonradan ona məlum olub ki, ofisə qanunsuz daxil olaraq oradakı masanın üzərində olan ona məxsus kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə oğurlamış şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsdir və həmin şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 5 ünvanında yerləşən “Celt Colleges” ingilis dili hazırlığı tədris olunan mərkəzin giriş hissəsində olan ofisdə baş vermişdir. O, özünə məxsus olan həmin kompüter ofisdəki masasının üzərinə qoymuş və kompüter oradan oğurlanmışdır. Hadisəni heç kim görməmişdir. Ofisin daxilində və ətrafında video müşahidə kameraları yoxdur. Oğurlanmış bir ədəd “HP EliteBook 2170p” markalı notebook modelli kompüter ona məxsusdur. Belə ki, həmin kompüteri enerji daşıyıcı cihazı və çantası ilə birlikdə təxminən 1 il əvvəl 1200 (min iki yüz) manata almışdır. Kompüter bir qədər istifadə edilərək köhnəlmişdir. Cinayət hadisəsi nəticəsində ona 1200 (min iki yüz) manat maddi ziyan dəymişdir. Oğurlanmış kompüterin heç bir sənədi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Dəymiş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahidqismində ifadə verənŞahid1 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən daxili işlər orqanlarında, 2013-cü ildən isə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində polis sahə inspektoru vəzifəsində xidmət edir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti və qərəzçiliyi olmamışdır. 2020-ci ilin yanvar ayı ərzində müxtəlif vaxtlarda Kərimov Jalə Şöhrət qızı, Zərərçəkmiş şəxs2, X8, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 DİN-102 xidmətinə və Yasamal RPİ-nin 26-cı PB-yə ərizə ilə müraciət edərək bildirmişlər ki, tanımadıqları şəxs onların işlədiyi yerə daxil olaraq oradan müxtəlif modeli kompüterləri, kompüter avadanlıqlarını və nağd pulu oğurlamışdır. O, və Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Elnur Orucov xidməti ərazidə həmin silsilə oğurluq cinayətlərini törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv əməliyyat-axtarış və inzibati-profilaktiki tədbirləri keçirməklə xidməti ərazini xeyli gəzmişlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində etibarlı, qərəzsiz, mötəbər mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, həmin silsilə oğurluq cinaətlərini törətmiş şəxs narkotik vasitələrə meyilli olan ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. O, və Elnur Orucov dərhal həmin ünvana gedərək qapını döymüşlər. Qapını əvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs açmışdır. Ona xidməti vəsiqələrini göstərərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını demişdir. Onlar Məmmədin bir neçə silsilə oğurluq cinayətlərini törətməkdə şübhəli olmasını deyərək onu polis bölməsinə dəvət etdikdə Məmməd etiraz etməyərək onlara birlikdə bölməyə gəlmiş və onların suallarına cavab olaraq həmin silsilə oğurluq cinayətlərini törətməsini səmimi etiraf etmişdir. Məmmədin səmimi etirafı zamanı onlara məlum olub ki, Məmməd xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində ünvan 15 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC Tədris Mərkəzinə qanunsuz daxil olmaqla orada olan masanın üzərindən bir ədəd çantadakı HP Notebook-15-ay082nia notebook modelli kompüteri enerji toplayıcı ilə birlikdə oğurlamış, bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 05 radələrində ünvan 8 ünvanında yerləşən alqı-salqı ofisinə qanunsuz daxil olaraq oradakı masanın üzərində olan bir ədəd çantanın içərisində olan bir ədəd enerji toplayan cihazı ilə birlikdə Toshiba Satellite C850-B907 markalı notebook modelli kompüteri oğurlamış, bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində ünvan 13 B ünvanında yerləşən “CELD kids” ingilis dili kursları tədris edilən mərkəzə qanunsuz daxil olaraq mərkəzin ofisində masanın üzərində olan bir ədəd “X19 61a142” markalı notebook modelli kompüteri oğurlamış, bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 5 ünvanında yerləşən “CELT COLLEGES” tədris mərkəzinin giriş hissəsindəki ofisdə olan masanın üzərindən bir ədəd HP EliteBook 2170p notebook modelli kompüteri oğurlamış, bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 04:30 radələrində ünvan 11 ünvanında yerləşən “X18 future Travel Group” MMC-yə məxsus ofisə qanunsuz daxil olmaqla orada olan masanın siyirməsindən 67 (altımış yeddi) ABŞ dolları, 150 (yüz əlli) manat nağd pulu, digər masanın üzərində olan bir ədəd qara rəngli “Lenovo” notebook modelli kompüteri enerji toplayıcı cihazı ilə birlikdə, digər masanın üzərində olan bir ədəd “Samsung” modelli kompüterin monitorunu, həmin kompüterin prosessorunu üzərində olan fleşka ilə birlikdə və kompüter klaviaturasını oğurlamışdır. Məmməd törətdiyi cinayətləri səmimi olaraq etiraf etdikdən sonra onlar Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxsZərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdirki, o, ünvan 8 ünvanında yerləşən alqı-salqı ofisində işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində həmin ofisin qapısını bağlayaraq getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 20:00 radələrində həmin ofisin qapısına yaxınlaşarkən ofisin plastik materialdan olan qapısının şüşəsinin qırılmış vəziyyətdə olduğunu görmüş və ofisə daxil olduqda masanın üzərinə qoyduğu ona məxsus olan bir ədəd “Toshiba Satellile C850-B907” markalı notebook modelli kompüterin çantası ilə və enerji toplayan cihazı ilə birlikdə orada olmamasını aşkar etmişdir. Belə qənaətə gəlib ki, kimsə qapının şüşəsini sındırıb ofisə daxil olmaqla oradan onun kompüterini enerji toplayıcı cihazı və çantası ilə birlikdə oğurlamışdır. Bir neçə dəqiqə sonra istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları həmin yerə gələrək onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonradan ona məlum olub ki, ofisə qanunsuz daxil olaraq oradakı masanın üzərində olan ona məxsus kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə oğrulamış şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsdir, həmin şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, hadisə xx.xx.2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən alıq-satqı ofisində baş vermişdir. Ona məxsus olan həmin kompüter enerji toplayıcı cihazı və çantası ilə birlikdə tərəfindən ofisdəki masanın üzərinə qoyulmuş və oradan oğurlanmışdır. Hadisəni heç kim görməmişdir. Ofisin daxilində və ətrafında video müşahidə kameraları yoxdur. Oğurlanmış bir ədəd “Toshiba Satellite C850-B907” markalı notebook modelli kompüter çantası ilə və enerji toplayan cihazı ilə birlikdə ona məxsus olmuş, həmin kompüteri enerji daşıyıcı cihazı və çantası ilə birlikdə təxminən 2 il əvvəl 800 (səkkiz yüz) manata almış, kompüter bir neçə il ərzində istifadə edilərək köhnəlmişdir. Cinayət hadisə nəticəsində ona 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. Oğurlanmış kompüterin heç bir sənədi yoxdur. Cinayət hadisəsi törədilməzdən əvvəl onun işlədiyi ofisin giriş qapısının şüşəsi sındırılmışdır. Bununla bağlı ona təxminən 30 manat maddi ziyan dəymişdir. Lakin həmin maddi ziyan onun üçün elə də əhəmiyyətli olmadığından və qısa müddət ərzində həmin şüşəni bərpa etdiyindən bununla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxsZərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, bir müddət olar ki, ünvan 16 ünvanında yerləşən “X18” MMC-də menecer vəzifəsində işləyir. Adətən MMC-nin ofisində hər gün iş saat 09:00-dan başlayır və 18-19 radələrində yekunlaşır. xx.xx.2020-ci il tarixdə digər iş yoldaşları getdikdən sonra o, təxminən saat 18:30-da MMC-nin ofisinin qapısını bağlayaraq evə getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 10:10-da işə gələrkən ofisin giriş qapısının açıq olmasını görmüş, ofisə daxil olduqda ofisin aluminum-plastik materialından olan pəncərəsinin şüşəsinin bir tərəfinin sındırılmasını, ofisdə olan ona məxsus bir ədəd “Lenovo" markalı notebook modelli kompüterin enerji toplayıcı adaptoru ilə birlikdə, bir ədəd “Samsung” markalı kompüter monitorunun, bir ədəd kompüter klaviaturasının, bir ədəd kompüter prosessorunun və həmin prosessorun üzərində olan bir ədəd məlumat daşıyıcısı olan fleşkanın, nəzarət kassa masasının siyirməsindən isə 67 (altımış yeddi) ABŞ dolları və 150 (yüz əlli) manat nağd pulun naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Buna görə də istifadəsində olan (050) ***-**-** mobil nömrəsindən saat 10:17-də DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra ofisdən çıxaraq sındırılmış pəncərənin qarşısına gəldikdə pəncərənin qarşısında yerdə bir ədəd çəkic görmüş və güman edib ki, pəncərə naməlum şəxs tərəfindən həmin çəkiclə sındırılmış, daha sonra pəncərə açılmış və həmin şəxs ofisə daxil olaraq oğurluq etmişdir. Həmin çəkici götürüb ofisə gətirmişdir. Bir qədər sonra Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin və 26-cı Polis Bölməsinin əməkdaşları həmin yerə gələrək hadisə yerini müayinə etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, hadisə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə menecer işlədiyi ünvan 16 ünvanında yerləşən “X18” MMC-nin ofisində baş vermişdir. Zənnincə naməlum şəxs çəkiclə ofisin pəncərəsinin şüşəsini vurub sındırmış, daha sonra həmin pəncərənin sınmış hissəsindən əli ilə müdaxil edib pəncərəni açmış, oradan ofisə daxil olaraq oğurluq etmişdir. Ofisdən oğurlanmış əşyalar və nağd pullar ona məxsus olmuş, belə ki, ofisdən oğurlanmış ədəd təxminən 1000 (min) manat dəyərində olan enerji toplayıcı adaptoru ilə birlikdə “Lenovo” markalı notebook modelli kompüteri, təxminən 250 (iki yüz əlli) manat dəyərində olan bir ədəd “Samsung” markalı kompüter monitoru, təxminən 20 (iyirmi) manat dəyərində olan bir ədəd kompüter klaviaturası, ləxminən 50 (əlli) manat dəyərində olan bir ədəd kompüter prosessoru və həmin prosessorun üzərində olan təxminən 10 (on) manat dəyərində bir ədəd məlumat daşıyıcısı olan fleşka, nəzarət kassa masasının siyirməsində oğurlanmış 67 (altımış yeddi) ABŞ dolları və 150 (yüz əlli) manat nağd pul ona məxsus olmuşdur. Pulları ofisin nəzarət kassa masasının siyirməsinə qoymuş, digər əşyalar isə ofisdə olan iş masasının üzərində olmuşdur. Ofisdən ona məxsus əşyaların və nağd pulun oğurlanması nəticəsində ona təxminən 1600 (min altı yüz) manat maddi ziyan dəymişdir. Ofisin daxilində və bayır tərəfində heç bir müşahidə kameraları yoxdur. Buna görə də həmin cinayət hadisəsi heç bir müşahidə kamerası tərəfindən qeydə alınmamışdır. O, xx.xx.2020-ci il tarixdə saat 10:10 radələrində ofisə gələrkən ətrafda heç kim olmamış, cinayət hadisəsi ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs yoxdur. xx.xx.2020-ci il tarixdə saat 10:17-də DİN-in 102 xidmətinə zəng edərkən əsəbi və həyəcanlı olduğundan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən “Free Spirit” Turizm şirkətindən naməlum şəxslər qapı pəncərəni sındırılması yolu ilə notebook və digər kompüterləri oğurlaması barədə məlumat vermiş, əslində ofisin qapısını sındırılmamış, yalnız pəncərəsi sındırılmışdır. Həmin pəncərəsnin sındırılması nəticəsində ona təxminən 20 manat maddi ziyan dəymişdir. Lakin həmin maddi ziyan onun üçün elə də əhəmiyyətli olmadığından və qısa müddət ərzində həmin şüşəni bərpa etdiyindən onun bununla bağlı şikayət və tələbi yoxdur. Hadisəni heç kim görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 41 Q ünvanında yerləşən “Moon” Telekom mağazasında kompüter təmirçisi işləyir. Beləki həmin mağazada xarab olmuş mobil telefonları və kompüterləri təmir edir, köhnə mobil telefonları və kompüterləri ehtiyat hissələri qismində alır. Əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində onun işlədiyi mağazaya gələrək bir ədəd “HP Notebook-15-ay082nia” notebook modelli kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə özününkü kimi təqdim edib satmaq istədiyini demiş, o, Məmməddən həmin kompüteri oğurluq cinayəti nəticəsində əldə edib-etməməsinə dair dəfərlərlə soruşsa da Məmməd and içərək bildirib ki, həmin kompüter onun özünə məxsusdur, kompüterin sənədləri yoxdur, pula ehtiyacı olduğu üçün həmin kompüteri ucuz qiymətə ehtiyat hissələri qismində satır. Məmməd hətta mobil nömrəsini də ona verərək bildirib ki, birdən problem olsa onunla əlaqə saxlasın. O, bundan sonra Məmmədə inanmış, həmin kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə 180 (yüz səksən) manata alacağı barədə Məmmədlə razılaşmış, 180 (yüz səksən) manat pulu Məmmədə verərək kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə ondan alıb digər kompüter ehtiyat hissələrinin arasına qoymuşdur. Məmməddən şəxsiyyət vəsiqəsini götürərək kserosurətini çıxarmış, şəxsiyyət vəsiqəsinin əslini onun özünə qaytarmış, kserosurətində isə adını, soyadını və imzasını qeyd etməsi barədə tələb etmişdir. Məmməd etiraz etməyərək şəxsiyyət vəsiqəsinin A4 kağızı formatında olan kserosurətində kompüteri ona 180 manata satmasını, satdığı tarixi, mobil nömrəsini və imzasını qeyd etmişdir və kserosurəti ona verib sağollaşaraq mağazadan getmişdir. Həmin gün kompüteri ehtiyat hissələrinə ayıraraq həmin ehtiyat hissələrini digər kompüterlərin təmirində istifadə etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə təxminən sat 18 radələrində Məmməd onun işlədiyi mağazaya gələrək işlənmiş halda olan bir ədəd “Toshiba Satellite C850-B907” markalı notebook modelli kompüteri enerji toplayan cihazı və çantası ilə birlikdə təqdim edib satmaq istədiyini demişdir. O, Məmmədə ona iki gün əvvəl kompyuteri satmasını deyərək ondan şübhələnmiş və həmin kompüteri də oğurluq cinayəti nəticəsində əldə edib-etməməsinə dair dəfərlərlə soruşdu. Məmməd isə and içərək bildirib ki, iki gün əvvəl ona satdığı kompüter onun özünə məxsus olmuş, halhazırda gətirdiyi kompüter isə onun ailə üzvlərinə məxsusdur, həmin kompüterdən başqa evdə ailə üzvlərinə məxsus olan daha bir kompüter var. Hal-hazırda anası ağır xəstədir, anasının müalicəsi üçün pula ehtiyacı olduğundan həmin kompüterləri ehtiyat hissələri qismində satır. Məmmədin gətirdiyi həmin kompüterin sənədi olmamışdır. Məmməd bir daha mobil nömrəsini ona verərək bildirib ki, birdən problem olsa onunla əlaqə saxlasın. O, bundan sonra Məmmədə inanmış, həmin kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə 100 (yüz) manata alacağı barədə Məmmədlə razılaşmış, 100 (yüz) manat pulu Məmmədə verərək kompüteri enerji toplayıcı cihazı və çantası ilə birlikdə ondan alıb digər kompüter ehtiyat hissələrinin arasına qoymuşdur. Məmməddən şəxsiyyət vəsiqəsini götürərək kserosurətini çıxarmış, şəxsiyyəti vəsiqəsinin əslini onun özünə qaytarmış, kserosurətdə imzasını qeyd etməsi barədə tələb etmişdir. Məmməd etiraz etməyərək şəxsiyyət vəsiqəsinin A4 kağızı formalında olan kserosurətində imzasını qeyd etmiş və kserosurəti ona verib sağollaşaraq mağazadan getmişdir. O isə həmin kserosurətdə kompüteri Məmməddən aldığı tarixi, kompüterin modelini, istehsal nömrəsini və Məmmədin mobil nömrəsini qeyd etmişdir. Həmin gün kompüteri ehtiyat hissələrinə ayıraraq həmin ehtiyat hissələrini digər kompüterlərin təmirində istifadə etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixlərdə təxminən saat 18 radələrində Məmməd onun işlədiyi mağazaya bir daha gələrək işlənmiş halda olan bir ədəd “X19 61a142” markalı notebook modelli kompüteri təqdim edib satmaq istədiyini demiş və bildirib ki, bu ailə üzvlərinə məxsus olan sonuncu kompüterdir, bunu da anasının müalicəsinə pul lazım olduğu üçün ehtiyat hissələri qismində satır. Məmməddən həmin kompüteri də oğurluq cinayəti nəticəsində əldə edib-etməməsinə dair dəfərlərlə soruşmuş, Məmməd isə and içərək bildirdi ki, həmin kompüteri oğurlamayıb, o ailə üzvlərinə məxsusdur, lakin həmin kompüterin sənədi və enerji toplayıcı cihazı yoxdur. Məmməd bir daha mobil nömrəsini ona verərək bildirib ki, birdən problem olsa onunla əlaqə saxlasın. Bundan sonra Məmmədə inanmış, həmin kompüteri 100 (yüz) manata alacağı barədə Məmmədlə razılaşmış və 100 (yüz) manat pulu Məmmədə verərək kompüteri alıb digər kompüter ehtiyat hissələrinin arasına qoymuşdur. Məmməddən şəxsiyyət vəsiqəsini götürərək kserosurətini çıxarmış, şəxsiyyət vəsiqəsinin əslini onun özünə qaytarmış, kserosurətdə imzasını qeyd etməsi barədə tələb etmişdir. Məmməd etiraz etməyərək şəxsiyyət vəsiqəsinin A4 kağızı formatında olan kserosurətində imzasını qeyd etmiş və kserosurəti ona verib sağollaşaraq mağazadan getmişdir. O isə həmin kserosurətdə kompüteri Məmməddən aldığı tarixi, kompüterin modelini, istehsal nömrəsini və Məmmədin mobil nömrəsini qeyd etmişdir. Həmin gün kompüteri ehtiyat hissələrinə ayıraraq həmin ehtiyat hissələrini digər kompüterlərin təmirində istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında Məmməd Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə onun işlədiyi mağazaya gəlmiş, həmin kompüterləri oğurluq cinayəti nəticəsində əldə etməsini, özünə və ailə üzvlərinə məxsus olması barədə yalandan deməklə onu aldatmasını və kompüterləri ona satmasını bildirmişdir. Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə onun işlədiyi mağazaya gələrək ona kompüter satarkən tanımış, Məmmədlə əvvəllər münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ona həmin kompüterlərdən başqa heç bir kompüter satmamışdır. Təqsirləndirilən şəxs həmin kompüterləri ona satarkən onların oğurluq cinayəti nəticəsində əldə etməsi barədə əvvəldən ona heç nə deməmiş, əgər bu barədə əvvəldən bilsəydi həmin kompüteri Məmməddən almazdı və bu barədə dərhal polisə məlumat verərdi. Məmmədin ona kompüter satmasını heç kim görməmiş, həmin an mağazanın salonunda video müşahidə kameraları olmadığından Məmmədin ona kompüter satması anını qeydə alan video görüntü yoxdur. Məmməddən aldığı həmin kompüterləri heç kimə satmamış, onları digər kompüterlərin təmiri üçün ehtiyat hissələri qismində ayıraraq istifadə etmiş, lakin hansı kompüterlərin təmirində ehtiyat hissələri qismində istifadə etməsini xatırlamır. Çünki gün ərzində o, orta hesabla 3-5 kompüter təmir edir və həmin ehtiyat hissələri qısa zaman ərzində digər kompüterlərin təmirində istifadə olunmuşdur. Həmçinin təmir etdiyi kompüterlər barədə heç bir qeydiyyat aparmır. Yalnız işlənmiş kompüterlərin ehtiyat hissələri qismində alqı-satqısı zamanı sadə yazılı qaydada qeydiyyat aparır. Məmməddən aldığı kompüterlərin yaddaşına və menyusuna baxmamış, onları aldıqdan sonra format edərək ehtiyat hissələrinə ayırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 12G ünvanında yerləşən mobil telefon və kompüter təmiri mağazasında usta işləyir. Beləki həmin mağazada xarab olmuş mobil telefonları və kompüterləri təmir edir, köhnə mobil telefonları və kompüterləri ehtiyat hissələri qismində alır. xx.xx.2020-ci il tarixdə təxminən saat 18 radələrində əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs onun işlədiyi dükana gələrək bir ədəd “Lenovo G570” notebook modelli kompüteri enerji toplayıcı cihazı ilə birlikdə özününkü kimi təqdim edib satmaq istədiyini demiş, o, Məmməddən həmin kompüteri oğurluq cinayəti nəticəsində əldə edib-etməməsinə dair dəfərlərlə soruşsa da Məmməd and içərək bildirib ki, həmin kompüter onun özünə məxsusdur, kompüterin sənədləri və çantası yoxdur, pula ehtiyacı olduğu üçün həmin kompüteri ucuz qiymətə ehtiyat hissələri qismində satır. Məmməd hətta mobil nömrəsini də ona verib ki, birdən problem olsa onunla əlaqə saxlasın. O, bundan sonra Məmmədə inanmışdır. Həmin kompüteri enerji toplayıcı cihazı ilə birlikdə 70 (yetmiş) manata alacağı barədə Məmmədlə razılaşmış və 70 (yetmiş) manat pulu Məmmədə verərək kompüteri enerji toplayıcı cihazı ilə birlikdə Məmməddən alıb mağazanın vitrininə qoymuşdur. Məmməddən şəxsiyyət vəsiqəsini götürərək kserosurətini çıxarmış, şəxsiyyəti vəsiqəsinin əslini onun özünə qaytarmış, kserosurətində isə adını, soyadını və imzasını qeyd etməsi barədə Məmməddən tələb etmişdir. Məmməd etiraz etməyərək şəxsiyyət vəsiqəsinin A4 kağızı formatında olan kserosurətində adını, soyadını və imzasını qeyd etmiş və kserosurəti ona verib sağollaşaraq mağazadan getmişdir. O isə həmin kserosurətin üzərində kompüterin modelini, nömrəsini, aldığı qiyməti və ehtiyat hissələri qismində alması barədə qeydlər aparmışdır. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında Məmməd Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə onun işlədiyi dükana gəlmiş, vitrində olan ona satdığı kompüteri polis əməkdaşlarına göstərərək bildirib ki, həmin kompüteri oğurluq cinayəti nəticəsində əldə etmiş və özününkü kimi təqdim edib aldadaraq ona satmışdır. O, bundan sonra həmin kompüteri enerji toplayıcı cihazı ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Sonradan Yasamal RPİ-nin İstintaq Şöbəsində həmin kompüterə baxış keçirilərkən iştirak etmişdir. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə işlədiyi mağazaya gələrək ona kompüter satarkən tanımış, onunla əvvəllər münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ona həmin kompüterdən başqa heç bir kompüter satmamışdır. Təqsirləndirilən şəxs həmin kompüteri ona satarkən onu oğurluq cinayəti nəticəsində əldə etməsi barədə ona əvvəldən heç nə deməmiş, əgər həmin kompüterin oğurluq cinayəti nəticəsində əldə edilməsini əvvəldən bilsəydi, həmin kompüteri Məmməddən almazdı və bu barədə dərhal polisə məlumat verərdi. Məmmədin ona kompüter satmasını heç kim görməmiş, həmin an mağazanın salonunda video müşahidə kameraları olmadığından Məmmədin kompüter satması anını qeydə alan video görüntü yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2/38, 3/72, 3/74 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd çəkicin səthində əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri aşkar edilmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilən bir ədəd predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir-çəkicdir, onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən pəncərə şüşəsinin üzərində olan zədələr bərk, küt predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə ekspertizaya təqdim edilən çəkicdə aiddir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/82 saylı rəyinə əsasən bir ədəd Çin istehsalı olan “Lenovo G570” markalı, “20079” modelli, “İntel pentium İnside” xüsusiyyətli, istifadə olmuş notebook (qidalandıra elementi ilə birlikdə) 220 (iki yüz iyirmi) manat, bir ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “710V” modelli istifadə olunmuş kompüter monitoru 40 (qırx) manat, bir ədəd “İNNPOWER” markalı istifadə olunmuş prosessor 120 manat, bir ədəd Çin istehsalı olan üzərində “Good Companions” yazıları olan klaviatura 10 (on) manat, bir ədəd "Tp-Link” markalı flaşkard 15 (on beş) manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 405 (dörd yüz beş) manat müəyyən edilir. Digər 4 adda mallar ekspertiza tədqiqatına təqdim edilmədiyi üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin xx.xx.2020-ci il tarixli 692 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi prepraratlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2020-ci il tarixli 1099 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. X2 hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı əqli və psixi inkişaf xüsusiyyətlərinə görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər şikayətçidir. Zərərin ödənilməsi üçün, barışıq əldə edilməsi üçün hər hansı bir cəhd edilməsi məhkəmədə müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd çəkic, bir ədəd “Samsung” markalı, “710V” modelli kompüter monitor, bir ədəd “İNNPOWER” markalı prosessor, bir ədəd klaviatura, bir ədəd “Tp-Link” markalı flaşkard hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkən şəxs Zərərçəkmiş şəxs5 qaytarılmalı,zərər çəkmiş şəxs Kərimov Jalə Şöhrət qızının, şahidlər: Şahid3, Şahid2 və X5 istintaqa təqdim etdikləri qeydlərin 06 ədəd kserosurətləri cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Lenovo G570” markalı notebook (qidalandırıcı elementi ilə birlikdə) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il(iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manat (iki yüz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd “Samsung” markalı, “710V” modelli kompüter monitor, bir ədəd “İNNPOWER” markalı prosessor, bir ədəd klaviatura, bir ədəd “Tp-Link” markalı flaşkard hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkən Zərərçəkmiş şəxs5 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd çəkic hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Lenovo G570” markalı notebook (qidalandırıcı elementi ilə birlikdə) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Kərimov Jalə Şöhrət qızının, şahidlər: Şahid3, Şahid2 və X5 istintaqa təqdim etdikləri qeydlər olan 06 ədəd kserosurətlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-159/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-159/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver