Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-159/2021 08.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, mənzil 191-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi döngə 6, ev 14-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 64, mənzil 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlamış və gəlir əldə etmək məqsədi fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə təxminən 2019-cu ilin avqust-sentyabr aylarından 2020-ci ilin yanvar ayına qədər olan müddətdə icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektini “Assa” masaj salonu adı altında fəaliyyətini pərdələyərək oraya fahişəliklə məşğul olan qadınları dəvət edib göstərdikləri bir dəfə intim xidmətə və bu məqsədlə otağın bir saatlıq kirayəsinə görə 40-50 manat ödəmə müəyyən etməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək saxlamış, 2019-cu il oktyabr ayının əvvəlində “masajçı” adı altında fəaliyyət göstərən Zərərçəkmiş şəxs qızını obyektə gələn hər bir müştəri ilə bir dəfə cinsi əlaqədə olmaq müqabilində alınacaq 40-50 manat pulun yarısının sonuncuya veriləcəyi şərti ilə işə qəbul etmiş, 31 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində müştəri qismində “Assa” masaj salonuna gəlmiş “Ulu Zirvə” informasiya agentliyinin əməkdaşı Şahid4 həmin massaj salonunda inzibatçı işləyən qrup üzvü Təqsirləndirilən şəxs2 40 manat pulu verdikdən sonra bu ödənişin müqabilində obyektin ikinci mərtəbəsində olan masaj otağı adı altında təyinatı pərdələnmiş yataq otaqlarının birində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma ilə Təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən “Assa massaj” adlı qeyri-yaşayış obyektində fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib saxlamış və Zərərçəkmiş şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlamış və gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə təxminən 2019-cu ilin avqust-sentyabr aylarından 2020-ci ilin yanvar ayına qədər olan müddətdə qrup üzvü Təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektini “Assa” masaj salonu adı altında fəaliyyətini pərdələyərək oraya fahişəliklə məşğul olan qadınları dəvət edib göstərdikləri bir dəfə intim xidmətə və bu məqsədlə otağın bir saatlıq kirayəsinə görə 40-50 manat ödəmə müəyyən etməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək saxlamış 2019-cu ilin oktyabr ayının əvvəlində “masajçı” adı altında fəaliyyət göstərən Zərərçəkmiş şəxs obyektə gələn hər bir müştəri ilə bir dəfə cinsi əlaqədə olması müqabilində alınacaq 40-50 manat pulun yarısının sonuncuya veriləcəyi şərti ilə işə qəbul etmiş, 31 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində müştəri qismində “Assa” masaj salonuna gəlmiş “Ulu Zirvə” informasiya agentliyinin əməkdaşı Şahid4 həmin masaj salonunda inzibatçı işləyən Təqsirləndirilən şəxs2 40 manat pulu verdikdən sonra bu ödənişin müqabilində obyektin ikinci mərtəbəsində olan masaj otağı adı altında təyinatı pərdələnmiş yataq otaqlarının birində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması ilə qrup üzvü Təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən “Assa massaj” adlı qeyri-yaşayış obyektində fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib saxlamış və Aygün Məmmədovanı gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin sentyabr ayında Əli adlı şəxslə təsadüfən tanış olmuş Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14D ünvanında olan binanın alt mərtəbəsində yerləşən təxminən 200 kvadrat metr sahəyə malik olan qeyri-yaşayış obyekti “ASSA” masaj salonunu tanışı X1 adına icarə müqaviləsi bağlanmaqla masaj salonu kimi istifadə etmişdir. Həmin Əli adlı şəxsə icarə haqqı olaraq aylıq 1.000 manat pul ödəmişdir. Onun götürdüyü obyektin qapıdan girişdən aşağı hissədə ümumi boş zal, girişdən yuxarı ikinci mərtəbədə isə bir mətbəxt və beş masaj otağından ibarət idi. O işə başlayan zaman onun obyektində Yeganə ilə aralarında bağlanmış əmək müaviləsi əsasında Təqsirləndirilən şəxs2-administator, Aygün, Şahid2, Naziləbəyim Bəylərova-masajçı kimi fəaliyyət göstərmişdilər. VÖEN və icarə müqaviləsi Yeganənin adına qeydiyyatda olsa da həmin obyektə faktiki olaraq o rəhbərlik edib yəni, həmin obeykti o işlətmişdir. Onların obyektində müştərilərə yalnız masaj xidməti göstərilmişdir. Belə ki, müştəriyə bir saat masaj xidməti üçün təxminən 30-35 manat pul alınmışdır. Həmin ödənişin 10 və yaxud 15 manatı masajistə çatmış, qalan pul isə kassaya ayrılmışdır. Bu işlə dəqiq olaraq inzibatçı Gülnarə məşğul olduğu üçün o tam olaraq bölgünü necə olmasını bilməmişdir. Onların obyekti saat 13 radələrində işə başlayıb, 02 radələrinə kimi fəaliyyət göstərmişdir. Obyektə daxil olan müştəriyə masajdan əlavə yalnız spirtli içkilərdən pivə və spirtsiz sərinləşdirici içkilər təklif olunmuşdur. Obyektə gələn müştərilərin qeydiyyatı hər hansı bir dəftərdə aparılmasa da təxmini masajistlərin neçə nəfəri masaj etməsi bilinirdi. Buna görə də masajistlərə hər gün üçün əmək haqqı ödənilmişdi. O hər gün obyektə gəlməsə də bir neçə gündən bir obyektə gəlib administator Gülnarə ilə hesab etdikdən sonra getmişdir, özü daimi olaraq orada olmamışdır. O obyektdə masajistlərin müştərilərlə cinsi əlaqədə olmasını qətiyyən qadağan etmişdir. Onların obyektində masajistlər yalnız müştərilərə masaj xidməti göstərmişdilər. Özü daimi olaraq obyektdə olmadığı üçün bu tələbinə nəzərəti də Gülnarə özü həyata keçirmişdi. 02 noyabr 2019-cu il tarixdə o obyektə baş çəkən zaman Aydın adlı bir nəfər şəxs 31 oktyabr 2019-cu il tarixdə müştəri kimi masaj salonuna gəlmiş, özünü masaj etdirmək üçün müraciət etmiş, pul ödəyib Aygün adlı qadınla masaj otağına keçmiş, masajdan sonra obyekti tərk etmiş, sonradan 01 noyabr 2019-cu il tarixdə Aydının yenidən masaj salonuna gəlmiş, bir gün əvvəl masaj salonunda Aygünlə pul müqabilində cinsi əlaqədə olmasını, bunu video çəkilişlə qeydə almasını, həmin görüntüləri kütləvi informasiya vasitələrində yayacağını bildirib bunu etməməsi üçün 1.000 manat pul tələb etmiş, Gülnarə isə Aydına pul verməkdən imtina etmiş, Aydın guya onların obyektdə əxlaqsızlıq yuvası aşkar etməsi ilə bağlı Yasamal rayon polis idarəsinə müraciət etmişdir. O həmin hadisə ilə bağlı işçiləri arasında dəqiqləşmə apardıqda Aygün özü kirayə haqqını ödəyə bilmədiyi üçün həqiqətəndə Aydınla otaqda cinsi əlaqədə olmasını etiraf etmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayına qədər fəaliyyət göstərib sonradan obyekti icarədar Əli adlı şəxsə təhvil verib özlərinə məxsus əşyaları da oradan götürməklə obyekti təhvil vermişdirlər. “Assa” masaj salonu onun işlətdiyi dövrdə yalnız masaj xidməti göstərib və burada olan işçilər müştərilərlə cinsi əlaqədə olmamışdırlar. Masaj kimi fəaliyyət göstərilməsi üçün masaj otaqlarında yalnız masaj masaları, həmin masaların hər müştəridən sonra dəyişdirilməsi nəzərdə tutulan döşəküzləri, masaj kremləri olmuşdur. O obyekti təhvil verən zaman burada istifadə edilən göstərdiyi əşyalar masajistlərdə qalmışdır. İşlətdiyi sözü gedən obyektin nə içəridə nədə çöldə kamerası olmamışdır. O obyekti bağladıqdan sonra Yeganənin adına olan fiziki şəxsin vergi ödəyicisi kimi fəaliyətlərini dayandırmışdır, işçilərlə aralarında bağlanan əmək müqavilələrinə də xitam vermişdirlər. Ona məxsus ********** saylı mobil telefon nömrəsini təxminən 2000-ci illərdən istifadə etdiyini, ********** saylı mobil telefon nömrəsini isə təxminən 23 ildir ki, istifadə etdiyini, hər iki mobil telefon nömrəsi daima üstündə şəbəkə daxilində olduğunu, ********** saylı mobil telefon nömrəsində həm də votsap ani mesajlaşma proqramından istifadə etdiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2019-cu ilin oktyabr ayının əvvəlində hazırda xatırlamadığı şəxsin vasitəçiliyi ilə ünvan 1 ünvanında yerləşən binanın altında olan “Assa” masaj salonunu işlədən Təqsirləndirilən şəxs1 masajçı kimi işə qəbul olmaq üçün müraciət etmişdir. Həmin ünvanı texniki səhv olaraq Yasamal rayonu Azərbaycan prospekti 14D ünvanı kimi qeyd etmişdir. Lakin sonradan icarə müqaviləsindən və ona başqalarının deməsindən məlum olmuşdur ki, həmin obyektin yerləşdiyi ünvan Yasamal rayonu, ünvan 7byektdə Nazlıbəyim, Şəfəq və adlarını xatırlamadığı bir neçə bir qədər yaşlı yəni, təxminən onun yaşlarında xanımlar masajçı kimi fəaliyyət göstərmişdirlər. Bu obyektin ikinci mərtəbəsində masaj otaqları və bir ədəd hamam otağı olmuşdur. Birinci mərtəbədə isə ümumi zal yerləşmişdir. Onun özü birinci mərtəbədə olan bir kiçik otaqda gələn müştəriləri masaj etmişdir. O, işə qəbul oluqdan 5-10 gün sonra Namiq müəllim obyektin birinci mərtəbəsində olan zalda diskoteka yəni, müxtəlif mahnıların səsləndiyi, sayrışan işıqların olduğu yer təşkil etmişdir. Həm də həmin yerin yanında bar fəaliyət göstərmişdir, burada müxtəlif spirtli və spirtsiz içkilər müştərilərə təklif edilmişdir. Həmin ərəfədə Namiq müəllim onlarla yanaşı artıq masaj salonuna bir qədər cavan yaşlarda olan Aksana, Könül adlı və digər adlarını xatırlamadığı qadınları işə qəbul etmişdir, həmin şəxsləri işə qəbul edən zaman Namiq müəllim həmin şəxslərlə tək halda söhbət etmişdir. Yeni cavan yaşda olan işə yeni qəbul edilmiş qadınlar adətən çox qısa və açıq saçıq geyimdə işə gəlir, müştərilərin qarşısında diskoteka mahnıları ilə rəqs edir, spirtli ikilər qəbul edir və siqaret çəkmişdirlər. Bu hal onda artıq həmin şəxslərin obyektdə masajçı kimi fəaliyyət göstərmədiklərini, gələn müştərilərlə pul müqabilində cinsi əlaqədə olmasına şübhələr yaratmışdı. Bundan sonra o Aksana, Könül və digər cavan qızlarla bu mövzuda söhbət edən zaman həmin qızlar ona bildirmişdir ki, Namiq müəllim həmin şəxsləri işə götürən zaman belə razılaşmışdır ki, həmin şəxslər gələn müştərilərlə bir dəfə cinsi əlaqədə olmaq müqabilində 50 manat pul almış, həmin pulun yarısı Namiq müəllimə digər yarısı isə həmin qadınlara çatmışdır. Ümumiyətlə Namiq müəllim əksər vaxtlarda həmin obyektdə olmuş, hər şeyə nəzarət etmişdir, rəhbərliyi həyata keçirmişdir. Təbii ki, Namiqin məlumatı olmadan burada heç bir qız gələn müştəri ilə cinsi əlaqədə ola bilməzdi. Namiq müəllim tərəfindən masaj otaqlarında müştərilərlə cinsi əlaqədə olmaq üçün hər cür şərait yaradılmışdır. Belə ki, masaj otağında olan yataqda kiçik balış, balışın üzlüyü, həmçinin, çarpayının üzərində təmiz üzlük olurmuş və hər müştəridən sonra bu üzlüklər dəyişdirilmişdir. Onun isə həmin otaqların təmizliyi və xidmət gösərilməsi ilə bağlı heç bir aidiyyəti olmamışdır. Masaj otaqlarının üzərində bağlamaq üçün qıfıl olmasa da həmin qadınlar masaja gedən zaman üzərlərində olan açarlarla otağın qapısını bağlayırmışlar. Ümumiyyətlə qeyd etdiyi kimi, o müştərilərlə mütəmadi olaraq cinsi əlaqədə olan Aksana, Könül və digərləri ilə söhbət edib həmin şəxslərə bununla bağlı irad tutmaq istəyən zaman bu şəxslər özləri ona bildirmişlər ki, obyektin sahibi Namiq müəllim özü həmin şəxsləri bu iş üçün işə götürmüşdür. O özü isə əvvəldən axıra kimi həmin obyektdə sadəcə masajçı kimi fəaliyyət göstərmişdir. Qeyd etdiyi kimi Namiq müəllim əksər vaxtlarda işdə olmuşdur. Lakin bəzən o işdə olmadığı zamanda masaj üçün gəlmiş müştərilərdən pulun alınmasını digər qızlarla yanaşı çox az halda ona da tapşırmışdır. Lakin əksər vaxtlar bu işi özü həyata keçirmişdir və müştərilərin pulunu da özü almışdır. Bundan sonra qızların müştəri ilə bir dəfə cinsi əlaqədə olması müqabilində alınmış 40-50 manat pulun yarısını özünə götürüb qalan yarısını isə qıza vermişdir. Bütün bunlar ona məlum olduqdan sonra o həmin obyektdən işdən çıxmağa qərar vermiş və özünə iş axtarmağa başlamışdır. Sözü gedən hadisə baş verdikdən yəni, bir nəfər jurnalist obyektə gəlib Aygün (Aksana) ilə pul müqabilində cinsi əlaqədə olaraq bu prosesi çəkib polisə müraciət etdikdən bir müddət sonra həmin obyektdə işdən çıxmışdır. O həmin müştərini Aksana ilə cinsi əlaqədə olmasını dəqiq olaraq bilmiş, ümumi ona məlum idi ki, Aksana belə işlərlə məşğul olurdu. Bu Aygünün deməsindən ona məlum olmuşdur. Bu hadisə ilə bağlı onu Yasamal Polis İdarəsinə dəvət edən zaman o və digər qızlar Namiq müəllimin xahişi ilə sözü bir yerə qoyub hamısı yalnış ifadə verərək guya Aygünün (Aksana) kirayə pulunu verə bimədiyi üçün müdriyyətin yəni, Namiq müəllimin xəbəri olmadan cinsi əlaqədə olmasını bildirdilər. Lakin bu tamamilə yalandır. Bu obyektdə heç kim Namiq müəllimin xəbəri olmadan heç bir hərəkət edə bilməzdi. Sözü gedən hadisə zamanı da obyektə gələn jurnalist Aygünlə kassaya ödədiyi 40 manat pul müqabilində cinsi əlaqədə olmuşdur, lakin bu məsələyə onun heç bir aidiyyəti olmamış, o sadəcə həmin günü də təsadüfən bekar olduğu üçün və Namiq bir neçə dəqiqəlik obyektdə olmadığından jurnalistdən pulu o qəbul edib sonra Namiq gələn kimi sonuncuya özünə vermişdir. Namiq müəllim bütün pul haq- hesabını da özü etmişdir. İşlədiyi dövrdə sözü gedən obyektə çoxlu sayda müxtəlif şəxslər gəldiyi üçün və həmin şəxslərlə yaxın münasibət qurmadığından bu müştəriləri tanımamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu il ilin oktyabr ayında Bakı şəhəri, Nizami küçəsində yerlşən Mərkəzi Univermağın yaxınlığında olan “Assa” masaj salonuna yaxınlaşıb hazırda xatırlamadığı ortaq tanışları vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuş, burada işləmək istədiyini bildirmişdir. Namiq də onu işə qəbul edəcəyini, obyektə gələn müxtəlif şəxslərlə bir dəfə cinsi əlaqədə olmaq müqabilində 40- 50 manat pul alacağını, həmin pulun yarısının isə obyektə çatacağını bildirmişdir. O da pula ehtiyacı olduğu üçün məcbur qalıb Namiqlə razılaşmış və həmin vaxtdan işləməyə başlamışdır. Bu obyektdə ondan başqa təxminən 8 nəfər masajist adı altında müştərilərlə cinsi əlaqədə olan qızlar işləmişdir. Həmin qızlarda onun kimi cinsi əlaqədə olmaqla kassa tərəfindən bir dəfə cinsi əlaqədə olmaq üçün alınmış 40-50 manat pulun yarısını özlərinə götürmüşlər. Burada işləyən şəxslərdən Təqsirləndirilən şəxs2 yəni, Gülnar kimi tanıdığı şəxs administarator kimi işləmiş, sonuncu müştərilərlə cinsi əlaqədə olmurdu. Gülnarənin işi gələn müştəriləri qəbul etmək, qızları həmin müştərilərə təqdim etmək, gələn müştərilərə təqdim edilmiş cinsi əlaqədə olmaq üçün nəzərdə tutulmuş qızların neçə müştəri ilə neçə dəfə əlaqədə olmasının qeydiyyatını aparmaq, cinsi əlaqədə olmaq müqabilində müştərilərdən alınmış puldan yəni, bir dəfə əlaqədə olmaq üçün alınmış 40- 50 manat pulun yarısını qızlara verməkdən ibarət idi. Həm də Gülnarə onlara ümumi nəzarəti həyata keçirirdi. Həmin obyektdə müştərilərə pul müqabilində müxtəlif spirtli və spirtsiz formada içkilərdə təqdim edilmişdir. Həmin obyektdə onun kimi yəni, cinsi əlaqədə olmaqla pul qazanan qızlardan Şahid2, Aytən kimi tanıdığı Naziləbəyim Bəylərovanı tanıyır. Həmin qızlar ondanda qabaq bu obyektdə işləmişdirlər. Qalan qızları isə qiyabi olaraq tanımışdır. Otaqlarda yataqlar yerləşdirilmişdir və həmin yataqların üzlükləri tez-tez yəni, hər müştəridən sonra dəyişilmişdir. Bu işə də Gülnar özü nəzarət etmişdi. Onlar obyektdə saat 18-dan növbəti gün 06-ya kimi işləmişdirlər. Onlar həmin müddət ərzində obyektə gələn müştəriləri qəbul etmiş, onlarla cinsi əlaqədə olmuşdurlar. 31 oktyabr 2019cu il tarixdə gecə saatlarında əvvəldən tanımadığı sonradan adının Şahid1 olduğunu bildiyi şəxs yanında sonradan adının Elgün olduğunu bildiyi şəxslə onların obyektinə gəlmişdir, Elgün onunla pul müqabilində cinsi əlaqədə olmuş və onun xəbəri olmadan bütün prosesi videoya çəkmişdir. Onunla cinsi əlaqədə olan şəxslərin heç biri onun yadında qalmamışdır.O, orada işlədiyi müddətdə təxminən gün ərzində orta hesabla on nəfər müştəri ilə cinsi əlaqədə olmuşdur. Müştərilərlə cinsi əlaqədə olmazdan əvvəl buna görə pullar obyektin administartoru Gülnara verilmişdir. Gülnar da işin sonunda işlədikləri yəni, cinsi əlaqədə olmaq müqabilində müştirilərdən toplanmış pulun yarısını yəni, 50 faizini ona və digər işçilərə qaytarmışdır. Bildiyinə görə hər günün sonunda Namiq Gülnarla haqq-hesab edib və kassaya yığılan pulu hər bir işçinin neçə nəfərlə cinsi əlaqədə olması ilə bağlı qeydləri götürmüşdür. Namiq özü bu işlərlə yanaşı həm də orada təhlükəsizlik məslələrinə də baxmışdır. Yəni, müştərilərlə bağlı hər hansı bir problem yarananda o sakitçiliyi təmin edib, onları qorumuşdur. 2020-ci ilin yanvar ayına kimi o Assada işlədikdən sonra oradan çıxmış, hazırda da orada işləyən şəxslərlə əlaqəsi olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən jurnalist kimi fəaliyyət göstərir, 2006-cı ildən təsis edilmiş “ulu zirve” qəzetinin baş direktorudur, həmçinin 2018-ci ildən isə yaradılmış “ulu zirve.az” saytının təsisiçisi və baş direktorudur. Onların qəzet və sayt kimi işlədikləri ofis Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prtospekti 529-cu məhəllədə yerləşən Azərbaycan nəşriyyatının 8-ci mərtəbəsində yerləşir. Onları qəzet və saytlarında ölkədə və xaricdə baş verən bütün sahələrdən olan xəbərləri dərc edirlər, kifayət qədər oxucuları vardır. 2019-cu ilin oktyabr ayının sonlarında onların hazırda adını xatırlamadıqları oxucularından biri onunla əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14D ünvanında yerləşən “Assa masaj” salonu altında olan obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini, həmin obyektdə onun pul kisəsinin oğurlandığını bildirmişdir. Həmin vaxtı o həmin şəxsə bununla bağlı polisə müraciət edib etməməsini soruşanda əmlakının oğurlanması ilə polisə müraciət etdiyini desə də bu fakt üzrə harada araşdırma aparılması ilə bağlı heç bir məlumat verməmişdir. Həmin danışıq zamanı qeyd etdiyi şəxs ona bu obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini qəzet və sayıtlarında xəbər kimi dərc edilməsini də xahiş etmişdi. O isə həmin məlumatın yoxlanılmadan qərəzsizliyinə şübhə ola-ola dərc edilməsinin mümkün olmadığını bildirmişdir. Ona daxil olmuş bu məlumatı dəqiqləşdirmək üçün həmin məlumatı “Kütləvi İnformasiya” haqqında Azərbaycan Respublikası Qanununa əsasən bir jurnalist kimi həmin məlumatı yoxlamaq qərarına gəlmişdir. Bundan sonra 31 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində saytlarının əməkdaşı Şahid4 ilə birlikdə qeyd etdiyi məqsədlər üçün “Assa” masaj salonuna getmişlər. O bu obyektə daxil olmadan öncə topladıqları məlumatların mötəbər olması səbəbi ilə telefonunu kamera hisəsinin açıq saxlamışdır ki, burada olan prosesləri obyektiv formada əks etdirə bilsin. Həmçinin əgər içəridə doğurdanda əxlaqsız yuvası kimi fəaliyyət göstərilsəydi bu zamanı o öz cibindən pul verərək xidmətdən istifadə edib olan prosesləri görüntü vasitəsilə qeydə almaq istəmişdir. Həmin vaxtı da üstündə olan 100 manatlıq əskinasın seriya nömrəsinində qeydiyyatın özündə aparmışdı. Beləliklə, həmin vaxtı onlar obyektə daxil olanda qapıda onları əvvəlcədən tanımadığı iki nəfər təxminən 170 sm boylarında idman bədən quruluşlu mühafizəçi qarşılamışdır. Bu zaman sərbəst formada içəri daxil olmuşlar. Həmin vaxtı sonradan həmin obyektin inzibatçısı olduğunu bildiyi Gülnar adlı kök bədən quruluşlu qara geyimdə olan qadın onları qarşılamışdır, əyləşmək üçün girişdən sağ tərəfdən aşağıda yerləşən hissədə olan boş divanı göstərmişdir. Həmin inzibatçı onların əyləşəcəkləri yerə qədər gedən zaman bu obyektdə çalşan qızların həm masaj həm də intim xidmət göstərdiklərini, bir saatlıq masaj və intimin qiymətinin 50 manat olduğunu bildirərək, onlara əyləşmək üçün göstərdikləri yerdə divanlarda əyləşmiş təxminən 8-9 nəfər qadını göstərib istədiklərini seçə biləcəklərini demişdir. Bu zaman o Elgünlə həmin divanda əyləşmişlər, ətrafda olan şəxsləri burada gedən proesesləri müşahidə etmişlər. Müşahidələrinə əsasən onlara məlum olmuşdur ki, buraya gələn hər bir müştəriyə orada masajist adlı altında çalışan xanımlarla pul müqabilində intim əlaqə təklif olunurmuş, intim əlaqə üçün masaj salonunun ikinci mərtəbəsində olan masaj otaqları olmuşdur. Həmçinin, ikinci mərtəbədə, intimdən sonra duş almaq üçün bir hamam otağı yerləşmişdir. Bütün bu məlumatları orada olan inzibatçı və digər işçilər bilmişdir. İnzibatçı xanım tez-tez onlara yaxınlaşıb kimisə seçib-seçmədiklərini soruşmuşdur. Sonda o vaxtı sarı rəngli köynək geyinmiş özünü Aksana kimi təqdim edən şəxsi seçib işçisi Elgünün cinsi əlaqədə olmaq istədiyini bildirmişlər. Həmin vaxt Gülnar adlı qadın onları özünün əyləşdiyi girişdən qarşıda yerləşən stola dəvət etmişdir. Bu zaman stolun üstündə olan qeydiyyat dəftərinə müəyyən qeydlər etmişdir. Bundan sonra o əvvəcədən seriya nömrəsini qeyd etdiyi 100 manat pulu Gülnar adlı qadına vermişdir. Gülnar da həmin pulu götürüb ona 50 manat pulu qalıq kimi vermişdir. Bundan sonra X3 birlikdə masaj otağına getməyi və onunla cinsi əlaqədə olmağına göstəriş vermişdir. Sonradan Elgünün deməsindən ona məlum olmuşdur ki, Aksananın yönəltməsi ilə Elgün onunla birlikdə obyektin ikinci mərtəbəsində yerləşən sol tərəfdə olan massaj otaqlarını birinə daxil olmuş, Elgün otağa daxil olanda burada iki nəfərlik çarpayı, çarpayının üzərində yataq dəsti, balış olmasını görmüşdür. Bundan başqa paltar asılqanı, paltar şkafı və kiçik zibilqabı olmuşdur. Otağa daxil olduqdan sonra Elgün əvvəlcə Aksananı onun telefonu ilə çəkərək obyektin fəaliyyəti ilə bağlı sorğu suala tutmuş, sonra isə həmin telefonu stolunun üstünə qoymuşdur. Bundan sonra Aygün paltarını çıxarıb Elgünün də soyunmağını istəmişdir. Elgün otaqda təxminən 20 dəqiqə ərzində bir dəfə təbii yolla özünü Aksana kimi təqdim edən əsl adı Aygün olan şəxslə cinsi əlaqədə olmuşdur. Otaqda olduqları zaman Elgünün Aksanaya verdiyi suallar əsasında Aksana tam olaraq etiraf etmişdir ki, ona inzibatçı Gülnar adlı qadına verilmiş puldan yəni, 50 manatdan yarısı Aksana (Aygünə) çatır, qalnını isə kassaya qoyulur. Burada olan bütün proseslər onun istifadəsində olan “Samsung” markalı mobil telefonu ilə çəkilmişdi. O buradan çıxan kimi DİN-in 102 zəng xidmətinə xatırlamdığı nömrədən zəng vuraraq “Assa” masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərməsini bildirmişdir. Daha sonra əldə etdikləri görüntünün lazımsız hissələrini kəsərək 09 dəqiqə 52 saniyəlik video görüntü əldə etmişlər. Bundan sonra onun etdiyi müraciətlə bağlı o heç bir polis orqanına dəvət edilməmişdir. Daha sonra 02 noyabr 2019-cu il tarixdə axşam saatlarında yenidən həmin obyektə tək halda baş çəkmiş, bu zaman obyektdə daxil olmuş, həmin vaxtı o özü jurnalist kimi təqdim edərək iki gün əvvəl həmin obyektdə olaraq buranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə faktlar əldə edib polisə məlumat verdiyini, belə olan halda nə üçün hələ də əvvəlki qaydada fəaliyyət göstərmələrini orada olan işçilərə bildirmişdir. Bu zaman obyektin qapısında olan sonradan adının Namiq olduğunu bildiyi şəxs onun üstünü tamamilə yoxlayaraq onun hər hansı çəkiliş aparmadığına əmin olduqdan sonra onu obyektə buraxmışlar. Ona bir nəfər qıyıq gözlü arıq bədən qurluşlu, balaca boylu bir qadın səhv etmirəmsə adının “Lala” kimi təqdim edən şəxs ona yaxınlaşıb obyektin sahibi olmasını bildirmişdir. Həmin vaxtı o ora daxil olan zaman dediklərini təkrar edib nə üçün əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmələrini həmin şəxslərə irad bildirmiş və əvvəlcədən etdiyi kimi bir daha polisə müraciət edəcəyini bildirmişdir. Həmin şəxslər ona orada qalıb kofe içməyini, onunla söbət etməyi təklif etsələr də o obyektdən çıxıb istifadəsində olan ********** saylı mobil telefonla 102 zəng xidməti mərkəzinə zəng vuraraq “Assa” masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi və bu barədə faktlar təqdim edə biləcəyini bildirmişdir. Həmin günü o 26-cı PB-ə dəvət edilmişdir. Burada şikayət ərizəsi yazmışdır. Daha sonra lazımsız hissələri kəsilərək çıxarılmış video görüntünü də təhqiqata təqdim etmişdir. Daha sonra araşdırmanın gedişatından məlumatı olmamışdır. Onu da qeyd etmişdir ki, Assa masaj salonunda mühafizəçi işləyən Namiq adlı şəxs və özünü obyektin sahibi kimi təqdim edən ifadəsində əlamətlərini qeyd etdiyi şəxs hazırda xatırlamadığı nömrələrindən ona zəng vurub görüşməyi təklif etsələr də o həmin şəxslərlə görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o təxminən 10-15 il bundan qabaq Qazax şəhərində xəstə olan qohumunun uşağı tibbi masaj edən tibb işçisinin əlinə baxmaqla masaj işini öyrənmişdir. O daimi olaraq Qazax şəhərində yaşasa da mütəmadi olaraq Bakı şəhərinə gəlib qohumlarını ziyarət edərək bir neçə ay müdddətində Bakı şəhərində yaşamışdır. Təxminən 2019-cu ilin oktyabr ayının əvvəllərində o ögey xalası qızı Nazlıbəyim Bəylərova ilə birlikdə özləri üçün iş axtaran zaman Bakı şəhərində 28 may metrosu yaxınlığında bir neçə masaj salonuna baş çəkib işləmək istəsələrdə onları həmin salonlarda qəbul etməmişlər. Sonradan Nazlıbəyimlə birlikdə gəzə-gəzə təsadüfən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Mərkəzi Univermağ”ın arxa tərəfində yerləşən ara küçədə olan binanın alt hissəsində olan “Assa” masaj salonuna gedib iş üçün müraciət etmişlər. Burada onları əvvəldən heç vaxt tanımadıqları Namiq adlı şəxs qarşılamışdır. Onlar Namiqə müraciət edib masajçı kimi işə düzəlmək istədiklərini bildirmişlər. Nazlıbəyim də onun kimi şifahi olaraq masajı kiminsə əlindən öyrənmiş, onlar hər ikisi də masaj işini bilmişlər. Namiq də onları masajçı kimi işə qəbul edə biləcəyini bildirmişdir. Həmin vaxt Namiq özünü həmin masaj salonunun rəhbəri kimi təqdim edib buranı işlətməsini demişdir. Həmin vaxt Namiq onlara bildirmişdir ki, həmin obyektdə iş gündüz saat 11 radələrindən gecə saat 02 radələrinə kimi davam etmişdir. Həmin obyektdə olan masajçı qadınlar bura gələn müştəriləri bir saatı 40 manat, yarım saatı isə 20 manat müqabilində yağla, balla və ya sabunla olmaqla üç növdə masaj edir, bunun müqabilində alınmış məbləğin yarısı Namiq müəllimə yarısı isə masajçı qadına verilməli idi. Namiq həm də onlara bildirmişdir ki, yalnız şifahi razılaşma ilə onları işə götürə biləcəyini, yəni aralarında hər hansı bir əmək müqaviləsi bağlanmayacaq. O və Nazlıbəyim də Namiq müəllimin dedikləri ilə razılaşmışlar və növbəti gündən etibarən həmin masaj salonunda işə başlamışlar. Onlar obyektdə işə başlayan zaman burada onlardan başqa 8 nəfərə yaxın masajçı qadın işləmişdir. Bunlardan Gülnar, Aksananın adları yadındadır. O, qohumu Nazlıbəyim və Gülnarə obyektin ikinci mərtəbəsində yerləşən iki ədəd masaj otağında gələn müştəriləri masaj etməklə məşğul idilər. Həmin obyektdə işləyən qızlardan qalanlarının adlarını hazırda xatırlamır.Masajçı qadınlar və Namiq müəllimdən başqa bir nəfər adını bilmədiyi cavan yaşlı barmen işləyirmiş. Həmin obyektdə iki mərtəbədən ibarət idi, birinci mərtəbə girişdən sol tərəfdə iki ədəd masaj otağı, girişlə üzbəüz masa və stul, girişdən sağ tərəfdə boş zal, girişdən sol tərfədə olan iki masaj otağının yanından ikinci mərtəbəyə qalxan taxta pilləkən, pilləkənlə qalxdıqdan qarşıda olan karidorla hərəkət edəndə sağ tərəfdə iki masaj otağı, sol tərəfdə dəhliz boyu dörd ədəd masaj otağı, həmin karidorla hərəkət edib sağa tərəfə yönələndə bir ümumi hamam otağı,masaj otaqlarının ikisində yuyunmaq üçün duş kabini , hər bir masaj otağında masaj etmək üçün kuşetka adlandırdıqları çarpayı yerləşdirilmişdir. Otaqlarda olan əşyalar və mebellər bu obyekti işlədən şəxs Namiq müəllim tərəfindən təşkil olunmuşdur, həm də burada istifadə olunan dəsmallar, döşəküzlər Namiq müəllimin təşkilatçılığı ilə başqa harasa göndərilib burada yuyulduqdan sonra yenidən təmiz halda obyektə gətirilib istifadə olunmuşdur. Beləliklə, obyektdə olan Namiq müəllim tərəfindən qoyulmuş qaydalara əsasən obyektə müştəri gəldikdən sonra həmin şəxsə bir saat üçün 40 manat, 30 dəqiqə üçün 20 manat masajının olmasını bildirirmişlər. Bu zaman Namiq müəllim sırası çatmış yəni, növbəsi olan masajçını müştərini masaj etmək üçün çağırırmış, əgər müştəri həmin növbədə olan masajçı xanımı istəməsə bu zaman başqa masajçı xanım həmin müştəriyə təqdim edilmişdir. Onlar müştəriləri aşağıda olan iki masaj otağından oturub söhbət edib gözləmişdirlər. Bundan sonra müştəri kassaya masaj üçün pulu Namiq müəllimə ödədikdən sonra masajçı xanım yeni dəsmal və xalatla birlikdə müştərini masaj otağına müşayiət edir, burada masaj otağının qapısında kilind üçün içəridən qıfıl olsa da bu otaqlar bağlanmamalı idi. Masaj zamanı müştəri soyunub qurşaq hissəsi dəsmalla bağlanmış, masajçı xanım isə ümumiyyətlə soyunmurdu. Hər müştəri qəbul olunan zaman həmin şəxslərin masaja girmə saatı Namiq müəllimin masasında olan xüsusi kitabçada qeyd edilmişdir. Namiq müəllim əksər vaxtlarda özü obyektdə olmuş və öz oturduğu masada gələn müştəriləri qəbul edib masaja görə masaj pulunu almışdır. Lakin Namiq müəllim özü tapşırmışdı ki, o müvəqqəti olaraq hər hansı səbəbdən obyektdə olmayan vaxtlarda müştəriləri etibar etdiyi üçün müvəqqəti olaraq çox az hallarda Gülnarə qəbul etmiş, növbədə olan masajçı müştəri ilə masaj girmə vaxtını qeyd etdiyi dəftərdə yazmışdır. Bu obyekt yeni işə başladığı üçün bu obyektdə administrator yox imiş, sadəcə Namiq həm obyektə rəhbərlik etmiş, həm də kassada da özü əyləşib pulları qəbul etmişdir. Qalan qızlarda o da daxil olmaqla burada masajçı kimi işləmişdirlər. O, işə qəbul olduqdan sonra hazırda adının xatırlamadığı bir neçə cavan yaşlı qızlar işə qəbul olunmuşdu. Həmin şəxslər işə çox qısa geyimdə gəlib, müştərilərlə səmimi danışıb gülürdülər, bəziləri də siqaret və spirtli içkilərdən istifadə etmişdirlər. Bu hal onda, Nazlıbəyim və Gülnarədə şübhə yaratmışdı. Buna görə də həmin qızların müştərilərlə bağlı münasibətini aydınlaşdırmaq üçün onlardan soruşanda həmin şəxslər özləri etiraf edib bildirmişdi ki, bu şəxslərən masaj salonuna gələn müştərilərlə pul müabilində intim əlaqədə olurlar. Obyektdə artıq belə hallar baş verdiyindən o, Nazlıbəyim və Gülnarə işdən çıxmaq fikrinə düşmüşlər. Təxminən 2019-cu ilin oktyabr ayının sonunda bir nəfər əvvəldən tanımadığı Aydın adlı şəxs obyektə gəlib burada onlara yaxınlaşaraq özünü jurnalist kimi təqdim etməklə həmin günü onların obyektinə gələrək onların obyektinin guya əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini bildirib əlində diski onlara nümayiş etdirərək onda bu halı təsdiq edən görüntülər olduğunu bildirmişdir. Həmin vaxtı Aydının özünün sözlərindən onlara məlum olmuşdur ki, həmin günü o masaj salonuna gəlib kassada həmin vaxtı təsadüfən olan Gülnarəyə bir saat masaj olmaq üçün 40 manat pul verdikdən sonra masaj otağına daxil olub Aksana ilə cinsi əlaqədə olmuş və bütün bu prosesi çəkmişdir. Aksanadan bununla bağlı soruşan zaman özü bildirmişdir ki, pul müqabilində gələn müştəri ilə Namiqin də xəbəri olmaqla cinsi əlaqədə olmuşdur. Bu hadisənin səhəri günü o, Nazlıbəyim və Gülnarə işdən çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər 1994-cü ilə qədər Əmircan qəsəbəsində olan 8 nömrəli uşaq xəstəxanasında tibb bacısı köməkçisi işləmişdir. Bir müddət sonra tanışlarından masaj işini öyənib fərdi çəkildə evlərə gedərək masaj etdirməklə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayından etibarən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi 120-də yerləşən “Rusalka” adlı masaj salonunda masajist kimi işləmişdir. Həmin vaxtı o iş üçün bura müraciət edən zaman orada olan qızların vasitəsilə ilə şifahi razılıq əsasında işə qəbul edilmişdir. Bu zaman orada olan hazırda xatırlamadığı qızlardan biri ona burada olan şərtləri başa salaraq demişdir ki, hər gün saat 17-dən növbəti gün 06- ya qədər işləyirlər, obyektə gələn müştərilər onlardan hər hansı birini seçdikdən sonra kassaya adi otaq üçün otağın bir saatlığına 20 manat, VİP yəni, içərisində duş almaq üçün şərait olan otaq isə 25 manat ödənildikdən sonra obyekt tərəfindən müştəriyə dəsmal və döşəküzü verilir, müştəri ilə birlikdə otağa daxil olub müştərini masaj edirmişlər. Müştəri bir dəfə masaj üçün o və burada olan digər qızlar 15 manat pul almışlar, əgər müştəri ikinci saat üçün masaj istəyirsə bu zaman yenidən kasaya 10 manat pul verməli həmçinin, ona və yaxud digər qıza əlavə 15 manat verilməli idi. Bu minvalla o özündə həmin obyektdə qeyd etdiyi vaxtdan işləməyə və gələn müştəriləri masaj etməyə başlamışdır. Bu obyektdə ümumiyyətlə masaj fəaliyyəti ilə məşğul olurmuşlar. Bu obyektə rəhbərliyi “İldırım” adlı şəxs etmişdir. Həmin masaj salonunda ondan başqa 20 nəfərə yaxın masaj edən qız işlmişdir. Bu obyektə rəhbərliyi həyata keçirən şəxslərdən sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi “Namiq” və “Lala” adlı şəxslər, adını xatırlamadığı süpürgəçi işləyən yaşlı bir qadın da var idi. Gülnarə adlı qadın da bəzi vaxtlarda həmin obyektə gəlib getmişdir, burada işləməsə də Namiq müəllimlə və Lala ilə yaxın idi. Namiq müəllimin işlətdiyi Bakı şəhəri, Səbail rayonu ərazisində yəni, Mərkəzi Univermaqla üzbəüz dayanan zaman sol tərəfdə yerləşən binanın altında “Assa” masaj salonu adlı obyekt götürüb işlədirmiş. Onlar yəni, də “Rusalka”da işləyən qızlar növbə ilə hər gün 5 nəfər həmin obyektə gedib burada gələn müştərilərə masaj xidməti göstərməli idi. O da həmin vaxtlar növbə ilə təxminən ayda 4 dəfə həmin obyektə getmişdir. Burada da iş saatları təxminən 17 radələrində başlayıb növbəti gün səhər 06 radələrində qutarırdı. İlk dəfə o ora gedən zaman burada daimi olaraq iki və ya üç nəfər qızın işlədiyini görmüşdür. Həmin qızlardan “Aksana" adı ilə tanıdıqları Aygün, Gülnarə, Şəfəqi görmüşdür. Həmin qızlardan əvvəldəndə ifadəsində bildirdiyi “Rusalka” masaj salonuna gəlib gedən Gülnarə adlı qadın burada inzibatçı kimi işləmişdir, Gülnarənin vəzifəsi kassada əyləşib gələn müştəriləri qəbul etmək, obyektə gələn müştərilərə qızları təqdim etmək, həmin qızların müştərilərlə masaj xidmətinə görə pulu qəbul etməkdən ibarət idi. Əvvəldə qeyd etdiyi Namiq adlı şəxs də həmin obyektə rəhbərliyi həyata keçirir yəni, obyekti işlədirdi, ondan icazəsiz heç bir hərəkət edə bilməzdi. Namiq bu obyektdə olan zaman özü kassada əyləşib və müştərilərdən pulu özü qəbul etmişdir. Gülnarə də müştərilərdən aldığı pulun haq-hesabını Namiqlə etmişdir. “Assa” adlı obyektdə Namiq və Gülnar tərəfindən təşkil edilmiş, yəni həmin şəxslər həmin yeri təşkil etmiş, burada bar və diskoteka yaratmış, otaqları və hamam otağını düzəltdirmişlər, burada olan hər şeyə rəhəbərliyi həmin şəxslər həyata keçirirmişlər. Gülnarə özü Namiq müəllimin ən yaxın köməkçisi idi, Namiq olmayan vaxtlarda Gülnarə həmin işləri özü görür və Namiqə hesabat vermişdir. Assa masaj salonunda girişdən sağ tərəfdə bar və diskoteka fəaliyyət göstərirmiş. Obyektdə işləyən qızlarda həmin zalda olan divanda əyləşirmiş və obyektdə gələn müştərilər burada olan qızları seçirmişlər. Namiq və Gülnarə tərəfindən gələn müştərilər üçün hər şeyi yəni, hamam üçün ləvazimatlar yəni, sabun, dəsmal, otaq üçün lazım çarpayının üzlükləri təşkil edilmişdir. Assa masaj salonuna gələn hər müştəriyə əvvəlcə qızlar nümayiş etdirilir, müştəri qızlardan birini seçdikdən sonra qızla birlikdə kassaya yaxınlaşıb bir saatlıq masaj üçün danışıqdan asılı olaraq 40-50 manat pulu qəbul etmişdir. Bundan sonra müştəri xanımla birlikdə ikinci mərtəbədə olan otağa daxil olub burada masaj olunduqdan sonra istəyinə uyğun olaraq yuyunduqdan sonra obyektdən getmişdir. Həm Rusalkada həm də Assa adlı obyektlərdə rəhbərlik tərəfindən müəyyən edilmiş müəyyən qədağalar var idi. Belə ki, işə ümumiyyətlə gecikmək, vaxtından tez evə getmək, müştəridən nömrə almaq, onunla kənarda görüşmək, müştəridən kassadan olan ödənişdən əlavə pul almaq olmazdı, lakin müştəridən şirinlik almaq olardı. 2019-cu ilin oktyabr ayının sonları noyabr ayının əvvəlində o Rusalka adlı obyektə işdə olan zaman qızların danışığından ona məlum olmuşdur ki, bir jurnalist Assa masaj salonuna müştəri kimi gələrək Zərərçəkmiş şəxs ilə kassada olan inzibatçı Gülnarəyə 50 manat pul ödəməklə cinsi əlaqədə olaraq burada olan bütün prosesləri video çəkilişlə qeydə almış və həmin video görüntülərlə birlikdə polisə müraciət etmişdir. O həmin günü Assa masaj salonunda işdə olmamışdır. Bundan sonra 2020-ci ilin yanvar ayında “Assa” adlı obyekt fəaliyyətini dayandırmış və onlar bundan sonra həmin obyektə getməmişlər və Rusalkada işləməyə davam etmişlər. Bundan sonra 2020-ci ilin yanvar ayının əvvəlində o işdən çıxmış və bundan sonra bu sahədə işləməmişdir. Həmçinin bildirmişdir ki, onun əvvəlcədən işlədiyi Rusalka masaj salonunda yalnız masaj xidməti göstərilsə də, Assa masaj salonunda Aksana kimi tanınan Aygün və onun kimi digər bir qədər cavan yaşlı şəxslərin gələn müştərilərlə intim əlaqədə olması təxminən ona məlum idi. Belə ki, Aygün və intim xidmət göstərən adları yadında qalmayan digər qızlar özü demişlər ki, Namiq müəllim həmin masajçı adı altında fəaliyyət göstərən qadınları məhz bu məqsədlə işə götürmüşdür. Aygünün deməsinə görə bu məsələdən həm Namiqin, həm də Gülnarənin məlumatı olmuşdur. Müştəridən intim əlaqəyə görə alınmış pulun yarısını Aygünə və intim əlaqədə olan digər cavan yaşlı qızlara verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildmişdir ki, təxminən 2019-cu ilin təxminən fevral ayında tarixini dəqiq bilmədiyi tarixdə gecə saatlarında Heydər Əliyev adına sarayının yaxınlığında həmin ərəfədə Opel Astra markalı ** CF *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Aksana yolun kənarında dayanmışdı, taksi kimi həmin şəxsə yaxınlaşıb hara getməsini soruşmuş, Aygün də ona yaşadığı Nizami rayonu ərazisinə getmək istədiyini lakin pulunun olmadığını bildirmiş, onda həmin vaxtı onu pulsuz ünvana aparmağa razılaşmışdır. Bununla da həmin vaxtı Aygünlə tanışlığı yaranmışdır. Aygün özü ona Mərkəzi Univermağın yaxınlığında yerləşən Assa masaj salonunda işlədiyini, burada pul müqabilində intim əlaqədə olmasını bildirmişdir. Bundan sonra Aygün onun telefon nömrəsini götürmüş və həmin nömrə vasitəsilə onlar bir neçə ay telefon əlaqəsi saxlamışlar. Həmin ərəfədə Aygün ona müraciət edən zaman taksi kimi müxtəlif ünvanlara aparmışdır. Aygün özü ona bəzi vaxtlarda təklif edirmişdir ki, Aygünün işlədiyi Assa masaj salonuna gələrək burada sonuncu ilə pul müqabilində intim əlaqədə olsun. 2019-cu ilin sentyabr oktyabr aylarında tarixini dəqiq bilmədiyi vaxtda gecə saatlarında təxminən 24 radələrində Bakı şəhəri Nizami küçəsində Mərkəzi Univermağın yaxınlığında yerləşən “Assa” masaj salonu adlı obyektə gedib istirahət eləmək istəmişdir. Buraya çatan vaxtı həmin obyektin girişin qarşısında yerləşən masaya yaxınlaşmış, əvvəldən tanımadığı bir nəfər kök bədən quruluşlu sonradan Gülnar olduğunu bildiyi orta yaşlı qadın onu qarşılamışdır. Aygün özü də ona bildirmişdi ki, Gülnar adlı qadın həmin obyektin administratorudur, bundan başqa Namiq adlı şəxs də vardır ki, həmin şəxsdə bu obyektə rəhbərlik edir. Bu şəxsin özünü aparmasından başa düşmüşdür ki, Gülnar həmin obyektin administratorudur, gələn müştəriləri qaşılayıb burada mövcud olan xidmətləri müştəriyə izah edir və pulu qəbul etmişdir. Beləliklə, Gülnar ona bir dəfə intim xidmətin qiymətinin 40 manat olmasını bildirmişdir. O da Aygünlə razılaşmış, daha sonra yerin yaxınlığında olan divanda əyləşən təxminən 7-8 nəfər qızları ona təqim edib həmin qızlardan hər hansı birini intim əlaqədə olmaq üçün seçməyini ona təklif etmişdir. Aygün özü ona bildirmişdi ki, o özünü elə aparsın ki, guya Aygünü tanımır, Aygünlə münasibəti olmasını bilinməsini istəməmişdir. Bu zaman o əvvəldən qeyd etdiyi ********** saylı mobil telefon nömrəsinin sahibi "Aksana" kimi tanıdığı sonradan adının Aygün olduğunu bildiyi şəxsi görüb bəyənmiş, bundan sonra həmin şəxslə bir dəfə intim əlaqədə olmaq üçün kassada əyləşən Gülnarə xanıma 40 manat pul vermişdir. Bundan sonra Aygünlə birlikdə obyektin ikinci mərtəbəsində yerləşən masaj otaqlarından birinə qalxmışlar. Bu vaxt başa düşmüşdür ki, obyektin rəhbərliyi orada işləyən xanımların gələn müştərilər ilə neçə dəfə cinsi əlaqədə olmasına həm də cinsi əlaqədə olan qadına verilmiş qoruyucunun sayı ilə nəzarət edirlər. O, Aygünlə bir dəfə cinsi əlqədə olmuş, sonradan Aygünün yönləndirməsi ilə həmin mərtəbədə yerləşən hamam otağında yuyunmuşdur. Aygün ona demişdir ki, burada bu obyektdə işləyən qadınların hamısı gələn müştərilərlə pul müqabilində cinsi əlaqədə olur, kassaya ödənilmiş həmin pulun yarısı kassaya yəni, Namiq adlı şəxsə digər yarısı isə cinsi əlaqə olan qadına çatırmış, Namiq həmin obyekti icarəyə götürüb buranı həmin şəxslərin normal şəraitdə işləməsi üçün hər şeylə təchiz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 2019-cu ilin avqust ayında Nizami küçəsində yerləşən “Assa” masaj salonunda Aygünlə bir dəfə pul müqabilində intim əlaqədə olmuşdur. Təxminən 2019-cu ilin avqust- sentyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda tək halda saat təxminən 01 radələrində Bakı şəhəri Nizami küçəsində Mərkəzi Univermağın yaxınlığında yerləşən “Assa” masaj salonuna istirahət etmək üçün getmişdir. Bu obyektin girişdən qarşı tərəfdə masaya yaxınlaşmış, əvvəldən tanımadığı bir nəfər orta bədən quruluşlu, qaraduğdayı sonradan həmin obyektdə olan burada işləyən xanımların çağırmasından adının “Namiq” müəllim olduğunu bildiyi kişi onu qarşılamışdır. Həmin vaxtı orada olan vəziyətdən başa düşmüşdür ki, Namiq adlı şəxs həmin obyektin rəhbəridir. Həmin şəxs bura gələn müştəriləri qaşılayıb burada mövcud olan xidmətləri müştəriyə izah edib, burada intim xidmətə görə pulu qəbul edir və orada işləyən qızlara göstərişlər vermişdir. Beləliklə, Namiq ona izah etmişdir ki, bir dəfə intim xidmətin qiymətinin 40 manatdır, ikinci dəfə intim əlaqədə olmaq istəsə bu zaman əlavə 20 manat pulu kassaya ödəməlidir. O da razılaşmış, daha sonra əyləşdiyi masanın yaxınlığında olan divanda əyləşən təxminən təxminən 10-12 nəfər qızları ona təqim edib həmin qızlardan hər hansı birini intim əlaqədə olmaq üçün seçməyini ona təklif etmişdir. Bu zaman o ********** saylı mobil telefon nömrəsinin sahibi “Aksana” kimi tanıdığı sonradan adının Aygün olduğunu bildiyi şəxsi bəyəndiyini bildirmiş, bundan sonra Aygünlə bir dəfə intim əlaqədə olmaq üçün kassada əyləşən Namiqə 40 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki,o, təxminən 2014-cü ildən jurnalist kimi fəaliyyət göstərir, 2018- ci ildən internet kanalı olan “ulu zirve” TV-də kriminal xəbərləri şöbəsinin müdüri kimi işləyir. Onların internet kanalı, qəzet və sayt kimi işlədikləri redaksiya Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prtospekti 529-cu məhəllədə yerləşən Azərbaycan nəşriyyatının 8-ci mərtəbəsində yerləşir. Onların mətbuat orqanı ölkədə və xaricdə baş verən bütün sahələrdən olan xəbərləri dərc edirlər, kifayət qədər oxucuları vardır. 2019-cu ilin oktyabr ayının sonlarında redaksiyalarının direktoru Şahid1 konkret olaraq tanımadığı oxucularınan biri məlumat verərək Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14D ünvanında yerləşən “Assa masaj” salonu altında olan qeyri-yaşayış obyektinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini bildirmişdi. Həmin oxucu onlara bu obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini qəzet və saytlarında xəbər kimi dərc edilməsini də xahiş etmişdi. Onlar isə həmin məlumatın yoxlanılmadan qərəzsizliyinə şübhə ola-ola dərc edilməsinin mümkün olmadığını bildirmiş, daxil olmuş bu məlumatı dəqiqləşdirmək üçün həmin məlumatı “Kütləvi İnformasiya” haqqında Azərbaycan Respublikası Qanununa əsasən bir jurnalist kimi yoxlamaq qərarına gəlmişlər. Bununla əlqədar 31 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində o və direktorları Şahid1la birlikdə qeyd etdiyi məqsədlər üçün “Assa” masaj salonuna getmişlər. Bu vaxt bu obyektə daxil olmadan öncə topladıqları məlumatların mötəbər olması üçün Aydın müəllim telefonunun kamera hisəsinin açıq saxlayıbmış ki, burada olan prosesləri obyektiv formada əks etdirə bilsinlər. Əgər obyektdə doğurdanda əxalqsızlıq yuvası kimi fəaliyyət göstərilsəydi bu zamanı Aydın müəllim pul verərək xidmətdən istifadə edib olan prosesləri görüntü vasitəsilə qeydə almaq istəyirmişlər. Həmin vaxtı da Aydın müəllim 100 manatlıq əskinası ona təqdim etmişdi ki, zərurət olarsa bu pulu orada istifadə etsin. Onlar obyektə daxil olanda qapıda onları əvvəlcədən tanımadıqları iki nəfər təxminən 170 sm boylarında idman bədən qurluşlu mühafizəçi qarşılamışdı. Bu zaman sərbəst formada içəri daxil olmuşlar. Həmin vaxtı sonradan həmin obyektin inzibatçısı kimi özünü təqdim edən “Gülnar” adlı kök bədən quruluşlu istintaqa ünvanladıqları ərizəyə əlavə etdikləri görüntüdə də qara geyimdə olan qadın onları qarşılamış, əyləşmək üçün girişdən sağ tərəfdən aşağıda yerləşən hissədə olan boş divanı göstərmişdir. Həmin inzibatçı onların əyləşəcəkləri yerə qədər gedən zaman bu obyektdə çalşan qızların həm masaj həm də intim xidmət göstərdiklərini, bir saatlıq masaj və intimin qiymətinin 50 manat olduğunu bildirmiş, onlara əyləşmək üçün göstərdikləri yerdə divanlarda əyləşən zaman təxminən 8- 9 nəfər qadını göstərib istədiklərini seçə biləcəkləırini demişdir. Bu zaman o və Aydın müəllim həmin divanda əyləşmişlər, ətrafda olan şəxsləri burada gedən proesesləri müşahidə etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, buraya gələn hər bir müştəriyə orada masajist adı altında çalışan xanımlarla pul müqabilində intim əlaqədə olur, intim əlaqə üçün masaj salonunun ikinci mərtəbəsində olan masaj otaqları təklif olunur. Həmin otaqlarda da cinsi əlaqə üçün bütün şərait yaradılmışdı. Həmçinin, ikinci mərtəbədə, intimdən sonra duş almaq üçün bir hamam otağı yerləşirdi. Bütün bu məlumatları orada olan inzibatçı və digər işçilər onlara hər bir müştəri kimi obyekt haqqında məlumat verərkən bildirmişdi. İnzibatçı xanım tez-tez onlara yaxınlaşıb kimisə seçib-seçmədiklərini soruşurmuş. Sonda o sarı rəngli köynək geyinmiş özünü Aksana kimi təqdim edən şəxsi seçib həmin şəxslə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Həmin vaxt Gülnar adlı qadın onları özünün əyləşdiyi girişdən qarşıda yerləşən stola yəni, kassaya dəvət etmişdir. Bu zaman Gülnar stolun üstündə olan qeydiyyat dəftərinə müəyyən qeydlər etmişdir. Bundan sonra o Aydın müəllimin əvvəlcədən ona təqdim etdiyi 100 manat pulu Gülnar adlı qadına vermişdir. Gülnar da həmin pulu götürüb ona 50 manat pulu qalıq kimi vermişdir. Bundan sonra Gülnar özünü Aksana kimi təqdim edən qadınla onunla birlikdə masaj otağına getməyə və cinsi əlaqədə olmağına göstəriş vermişdir. O Aksananın yönəltməsi ilə birlikdə obyektin ikinci mərtəbəsində yerləşən sol tərəfdə olan massaj otaqlarından səhv etmirsə ikinci otağa daxil olmuşlar. Onu da qeyd etmişdir ki, Aydın müəllimə məxsus telefonu da kamerası açıq vəziyyətdə özüylə götürmüşdür. O həmin telefon vasitəsilə bütün prosesləri çəkmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2019-cu ilin sentyabr ayında o idmanla məşğul olduqdan sonra məşqdən çıxıb Bakı şəhəri Nizami küçəsində Mərkəzi Univermağın yaxınlığında yerləşən “Assa” masaj salonu adlı obyektə gedib istirahət etmək istəmişdir. Bura gedən zaman həmin obyektin girişində əvvəldən tanımadığı bir nəfər kişi onu qarşılamış, həmin obyektin girişdən qarşıda yerləşən masaya yaxınlaşmışdır. Bu zaman həmin şəxs ona bildirmişdir ki, bir saatlıq masaj və bir dəfə intim xidmətin qiyməti 40 manatdır. O da həmin şəxslə razılaşmış, daha sonra həmin masanın yaxınlığında olan divanda əyləşən təxminən 7-8 nəfər qızları ona təqim edib həmin qızlardan hər hansı birini seçməyini ona təklif etmişdir. “Aytən” kimi tanıdığı sonradan adının Nazlıbəyim olduğunu bildiyi şəxsi görüb bəyənmiş, bundan sonra həmin şəxslə bir dəfə intim əlaqədə olmaq üçün kassada əyləşən adını bilmədiyi kişiyə 40 manat pul vermişdir. Bundan sonra Nazlıbəyimlə birlikdə obyektin ikinci mərtəbəsində yerləşən masaj otaqlarından birinə daxil olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6u, Şahid7u, Şahid10u məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar eyni xususuatlar üzrə ifadə verərək Şahid5 ifadəsinə uyğun ifadələr vermişdirlər. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan məlum olur ki, cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar Şahid1 Yuryeviçin təqdim etdiyi videoçəkilişin əks olunduğu bir ədəd DVD formatlı diskə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs videoçəkilişdə əks olunmuş həmin qadın cinsli şəxsi göstərib həmin şəxsin o özü olduğunu təsdiq etmişdir (cild İ, i/v 44-45). İş materiallarında olan 14.05.2020-ci il tarixli “axtarış və götürmə” haqqında protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən ASSA Masaj adlı qeyri-yaşayış obyektində aparılmış axtarış istintaq hərəkəti zamanı həmin qeyri yaşayış obyektinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərilməsi üçün üzərində balınc, balınc və döşəküzləri olan yataq dəstləri, paltar asılqanı, kiçik zibilqabılar, isti suyla təchiz edilmiş hamam otaqlarının olması müəyyən edilmişdir (cild İ, i/v 137-156). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, günun qaranlıq vaxtında Assa masaj adlı qeyri yaşayış obyektinin giriş hissəsinin görüntüsü ilə başlayır, sonra otağın döşəməsi, yarıçılpaq qadın görüntüləri, intim səslərin gəlməsi, daha sonra sayrışan işiqları olduğu və uca səslə musiqinin səsləndiyi otaqdan, kassadan keçid görüntüləri müşahidə olunmuşdur. İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ,i/v 29). İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ,i/v 40). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-706/2020 nömrəli 16 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 14 dekabr 2020-ci il tarixdən hesablanmaqla 27 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild İİ,i/v 97-99). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-706/2020 nömrəli 16 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 14 dekabr 2020-ci il tarixdən hesablanmaqla 27 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild İİ,i/v 100-102). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-924/2020 nömrəli 21 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-706/2020 nömrəli 16 dekabr 2020-ci il tarixli qərarı ləğv edilərək təqsirləndirilən şəxs X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild İİ,i/v 105-110). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-923/2020 nömrəli 21 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-707/2020 nömrəli 16 dekabr 2020-ci il tarixli qərarı seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir (cild İİ,i/v 111- 116). İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli Qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ,i/v 117-118). İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli Qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ,i/v 176-178). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır (cild İİ, i/v 224). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.05.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır (cild İ, i/v 134). İş materiallarına əlavə edilmiş Şahid1 Yuryeviç tərəfindən təqdim olunmuş ərizədən görünür ki, o ərizə yazaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi, onun müraciəti əsasında başlanılmış cinayət işi üzrə heç bir şəxsdən həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət, tələb və iddiasının olmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 159/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri dəyişdirilərək onlar barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 fevral “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 tərəfindən özündə video görüntüləri əks etdirən 01 ədəd disk, həmçinin “xxxx” MMC-nin 06 noyabr 2020-ci il tarixli BKC/LGL-22643/20 saylı və “xxxx” MMC-nin 09 iyun 2020-ci il tarixli 9127 saylı məktublarına əlavə edilmiş 02 ədəd disk maddi sübut hesab edilmişdir (cild İİİ, i/v 1-35). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “axtarış və götürmə haqqında” protokol, “baxış keçrilməsi haqqında” protokol, cinayət işinin materiallarına əlavə edilmiş disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla onlara qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu 18 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu, ev dustaqlığında olduğu və həbsdə olduğu 37 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - əməlindən səmimi peşmançılıq hissini keçirməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən özündə video görüntüləri əks etdirən 01 ədəd disk, həmçinin “xxxx” MMC-nin 06 noyabr 2020-ci il tarixli BKC/LGL-22643/20 saylı və “xxxx” MMC-nin 09 iyun 2020-ci il tarixli 9127 saylı məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(004)-159/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(004)-159/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayə Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 4(dörd) il 6 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu 18 (on səkkiz) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 04 (dörd) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayə Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 3 (üç) il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu, ev dustaqlığında olduğu və həbsdə olduğu 37 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 03 (üç) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən özündə video görüntüləri əks etdirən 01 ədəd disk, həmçinin “xxxx” MMC-nin 06 noyabr 2020-ci il tarixli BKC/LGL- 22643/20 saylı və “xxxx” MMC-nin 09 iyun 2020-ci il tarixli 9127 saylı məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-159/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-159/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver