Məhkəmə qərarları › İş №1(004)-159/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-159/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-159/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2a yaşamaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Novruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Novruz oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 iyul 2021ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən bir otaqlı fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub otaqdakı çarpayının yanında olan sonuncuya məxsus 01 ədəd **********66533 İMEİ kodlu, daxilində 5 manat dəyərində ***-***-**-** GSM nömrə olan 900 manat dəyərində “Samsung Galaxy A 52” markalı və 01 ədəd daxilində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 350 manat dəyərində “Samsung Galaxy A 10" markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin açıq sarı rəngli kağızına bükülmüş bükümündə təmiz çəkisi 0.460 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd siqaretin açıq sarı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik şəkilli kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Novruz oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır və dolanışıq məqsədilə müxtəlif növ tullantı məhsullarını yığıb qəbul məntəqələrinə təhvil verərək qazanc əldə edir. Əvvələr o, dəfələrlə cinayət törətdiyinə görə məhkum olunaraq həbsdə yatmışdır. 16 iyul 2021-ci il tarixdə saat 04 radələrində o. tullantı məhsullarını yığmaq məqsədilə kirayədə yaşadığı evdən çıxıb ünvan 7 ünvanın yaxınlığına gəlib həmin yerdə tullantı məhsullarını yığan zaman adını Xanbala kimi bildiyi Təqsirləndirilən şəxs Novruz oğlu ilə rastlaşmışdır. O, Cavadla əvvələr türmədə bir yerdə olduğu üçün onun görüşüb hal əhval tutmuşdur. O, Cavadla söhbət edərək tullantı məhsullarını yığmağa davam edirmişdir. Söhbət zamanı Cavad ona demişdir ki, o, da həmin gəlib ki, tullantı məhsullarını yığsın. Onlar biraz söhbət etdikdən sonra Cavad ondan aralaşaraq harasa getmiş, o, isə öz işinə davam etmişdir. Bir müddət keçəndən sonra Cavad qaçaraq ona yaxınlaşmış və bildirmişdir ki, polislər gəlir. O, da həmin vaxt nə baş verdiyini anlamamış, lakin tullantı məhsullarını yığdığına görə polis əməkdaşları onları tutracağını düşünüb Cavadla birlikdə qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra onlar şəhərdə bir qədər gəzdikdən sonra cavad ona bildirmişdir ki. pula ehtiyacı olduğu üçün istifadə etdiyi iki ədəd mobil telefonları satmaq istəyir. 16 iyul 2021-ci il tarixdə saat 16 radələrində o, tanışı Cavadla birlikdə Bakı şəhəri. Memar Əcəmi metrostansiyasının yaxınlığındakı “Bank Respublika" bankının yerləşdiyi yerin yaxınlığında olan “Bakcell” adlanan mobil telefonların alışı və satışı mağazasına gəlmişlər. Həmin Cavad ona demişdir ki, həmin mağazanı onun tanışı Heydər adlı şəxs işlədir. Bundan sonra Cavad mağazaya daxil olmuş, o, isə Cavadı çöldə gözləmişdir. Həmin vaxt Cavad bir ədəd “Samsung Galaxy A 52” və bir ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonları həmin yerdə satıb onun dəqiq bilmədiyi məbləğdə pulu almış, sonra isə o, Cavadla şəhərdə bir qədər gəzmiş sonra ondan ayrılmışdır. Bundan sonra o, cavadı görməmişdir. Bir neçə gün keçəndən sonra onu Nərimanov RPİ-nin 16- cı PB-nə dəvət etmişlər və polis əməkdaşları onu Cavadla birlikdə telefon oğurlamaları barədə sorğu etmişlər. O. isə polis əməkdaşlarına bildirmişdir ki, o, heç vaxt Cavad adlı şəxslə birlikdə heç bir ünvanda telefon oğurlamayıb. Bundan sonra ona məlum olmuşdur ki, 16 iyul 2021-ci il tarixdə o, Cavadla görüşüb tullantı məhsullarını yığan zaman Cavad ondan ayrılıb Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 20 saylı ünvanda yerləşən evə qanunsuz daxil olaraq oradan oğurluq etmiş, sonra isə qaçaraq onun yanma gəlib polislər gəlir sözünü deyən zaman o, fikirləşmişdir ki, tullantı məhsullarını yığdığına görə polis əməkdaşları onu tutar. Buna görə də o, Cavadla birlikdə həmin yerdən qaçıb uzaqlaşmışdır. Həmçinin ona məlum olmuşdur ki, Cavad tanışı Heydər adlı şəxsə satdığı mobil telefonlar Cavada məxsus olmayıb. Cavad həmin mobil telefonları qeyd edilən ünvandan oğurlayıbmış, Cavad həmin vaxt oğurluq edəcəyi barədə ona heç bir söz deməmiş və onunla qabaqcadan hər hansı bir oğurluq etmək qərarına gəlməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda ünvan 7 ünvanda yerləşən avtomobillərin yuyulması məntəqəsində avtomobil yuyan kimi fəaliyyət göstərir. Qeyd olunan məntəqənin sahibi işçilərin istirahət etməsi üçün məntəqədən təxminən 3-4 metr aralı məsafədə bir otaqlı ev tikmiş və həmin evdə yalnız məntəqədə işləyən işçilər qalırmış. 16 iyul 2021 -ci il tarixdə o, işlərini yekunlaşdırıb qeyd etdiyi yerə getmiş və hava isti olduğu üçün evin giriş qapısını açıq vəziyyətdə qoymuşdur. O. yatmamışdan qabaq özünə məxsus olan bir ədəd **********66533 İMEİ kodlu, daxilində bir ədəd 5 manat dəyərində ***-***-**-**bakcell GSM nömrə olan 900 manat dəyərində “Samsung Galaxy A 52” markalı və bir ədəd daxilində bir ədəd 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 350 manat dəyərində “Samsung Galaxy A10” markalı telefonlarını yatdığı çarpayının yanına, yəni döşəmənin üstünə qoyub yatmışdır. Həmin gün saat 07 radələrində o, yuxudan oyandıqda özünə məxsus iki ədəd mobil telefonların yatmamışdan öncə qoyduğu yerdə, yəni yatdığı çarpayının yanında döşəmənin üstündə olmadığını aşkar etmişdir. Bundan sonra o. otağı axtarsa da özünə məxsus mobil telefonları tapa bilməmiş və düşünmüşdür ki, o. yatdığı müddət ərzində naməlum şəxs və ya şəxslər evin giriş qapısından istifadə edərək içəri qanunsuz daxil olaraq oğurlamışlar. O. oğurluq hadisəsinin baş verməsindən tam əmin olandan sonra Nərimanov RPİ-nin 16-cı PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Hadisənin kim tərəfindən necə törədilməsini bilməmiş və şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1260 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyanı ödənilməmişdir. Ziyanını tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Ziyanı ödənilmədiyi üçün, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. 04 noyabr 2021-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur ki. Təqsirləndirilən şəxs Novruz oğlu mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirir. Alınmış məlumat barədə raportla Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs Novruz oğlunun saxlanılması istiqamətində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. 04 noyabr 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə, küçəsində əməliyyat mövqelərini seçib dayanmış, bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs Novruz oğlu onlar tərəfindən müəyyən edərək saxlanılmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs Novruz oğluna izah edilmişdir ki, o, psixatrop maddə olan metamfetamini qanunsuz saxlanılmasında və daşımasında şübhəlidir. Daha sonra Təqsirləndirilən şəxs Novruz oğluna təklif edilmişdir, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getsin. Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gəlib içəri daxil olduqdan sonra ona təklif edilmişdir ki, üzərində qanunla daşınması, gəzdirilməsi və saxlanılması qadağan olan əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs Novruz oğlu əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd siqaretin açıq sarı rəngli kağızma bükülmüş olan bükümü onlara təqdim edib bildirmişdir ki, həmin psixatrop vasitəni öz istifadəsi üçün 03 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi, şəxsdən 15 manat almış və həmin vaxtdan etibarən üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs Novruz oğlunun təqdim etdiyi büküm onlar tərəfindən açıldıqda, içərisində kristal şəkilli ağ rəngli maddədən ibarət kustar üsulla hazırlanmış metamfetamin maddə olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm olduğu kimi bağlanılmış, iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək uca səslə iştirakçılara oxunmuş, heç bir şikayət və vəsatət daxil olmadığına görə protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən, başqa əməliyyat marağı kəsb edən əşya, maddə və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Novruz oğlunun hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmiş. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən, qərar əsasında Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X8 dəvət edilərək Təqsirləndirilən şəxs Novruz oğluna təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, dolanışıq məqsədi ilə Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında olan “Respublilka" bankının yaxınlığında yerləşən “Bakcell” adlanan mobil telefonların alışı və satışı mağazasını işlədir. Müştərilərin satış üçün gətirdikləri telefon aparatını müvafiq qeydiyyat apardıqdan sonra sərfəli qiymətə alıb sonra biraz baha qiymətə sataraq qazanc əldə edir. Təqsirləndirilən şəxs Novruz oğlunu tanıyır, belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə onun işlədiyi mağazaya gələrək alver etmişdir. 16 iyul 2021-ci il tarixdə saat təxminən 16 radələrində o, mağazada olan vaxt Təqsirləndirilən şəxs tanışı Natiq adlı şəxslə birlikdə mağazaya gəlmiş. Natiq Cavadı kənarda gözləmiş, Vcavad isə ona yaxınlaşıb bildirmişdir ki, onda iki ədəd mobil telefon var və pula ehtiyacı olduğuna görə həmin telefon aparatlarını satmaq istəyir. O, Cavadın satış üçün gətirdiyi bir ədəd “Samsung Galaxy A 52” və bir ədəd “Samsung Galaxy A 10" markalı mobil telefon aparatlarını alıb baxmış, diqqət yetirəndə görmüşdür ki, Cavadın satış üçün gətirdiyi “Samsung galaxy A 10” markalı mobil telefonun şüşəsi qırıq vəziyyətdədir, digər mpbil telefonb aparatı isə suya düşdüyündən işləmir. O, Cavada bildirmişdir ki, satış üçün gətirdiyi telefon aparatlarına ümumilikdə 320 manat verəcək. Lakin hazırda ona 220 manat pul verəcək, satış üçün gətirdiyi suya düşmüş telefon aparatı düzəlsə əlavə olaraq 100 manat da verəcək. Cavad da onun təklifi ilə razılaşıb 220 manat pulu ondan götürüb tanışı Natiq adlı şəxslə getmişdir. O. telefon aparatını Cavaddan alarkən telefon aparatının alışı ilə bağlı “telefon alışı sənədi" adlanan sənəd tərtib etmiş, həmin sənəddə Cavad öz xətti ilə telefon aparatlarının zapçast kimi satdığını, telefon aparatlarının ona məxsus olduğunu, hər hansı bir narahatçılıq yaranarsa məsuliyyət daşıdığını və 220 manat pul alması ilə bağlı yazını yazıb öz imzası ilə təsdiq etmişdir. Sonradan o, Cavadın satış üçün gətirdiyi və suiya düşməsi səbəbindən normal işləməyən telefon aparatını ustaya göstərdikdə ona məlum olmuşdur ki, həmin tyelefon aparatının düzəlməsi mümkün deyilmiş. Buna görə də Cavadla aralarında olan razılaşmaya əsasən 100 manat pulu Cavada verməmişdir. Bundan sonra o, cavadın satış üçün gətirdiyi telefon aparatlarını ehtiyyat hissələrinə bölərək mağazaya gələn tanımadığı müştərilərə satıb qazanc əldə etmişdir. Həmin telefon aparatlarının ehtiyyat hissələrini satdığı şəxslərlə heç bir sənəd tərtib etmədiyinə görə onların anket məlumatlarını bilməmişdir. Bir neçə gün keçdikdən sonra cavad onun işlədiyi mağazaya gələrək pulun qalanını istəmiş, o, isə Cavada bildirmişdir ki, onun satdığı mobil telefonun düzəlməsi mümkün olmadığından qalan pulu verə bilməyəcək. Cavad isə ona heç bir söz demədən getmişdir. 2021-ci ilin iyul ayının sonlarında tarixi Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları onun işlədiyi mağazaya gələrək bir neçə gün qabaq Cavad adlı şəxsin ona mobil telefon aparatının satıb satmamsı barədə soruşmuşlar. O, da polis əməkdaşlarına bildirmişdir ki. Cavad adlı şəsx 16 iyul 2021-ci il tarixdə ona iki ədəd telefon satmışdır. Bundan sonra o, tərtib etdiyi sənədi polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, 16 iyul 2021-ci il tarixdə Cavadın ona satdığı telefonlar oğurluq olmuş və həmin telefonlar başqa bir şəxsə məxsus olmuşdur. Cavadın tanışı Natiq adlı şəxs cəmi bir dəfə cavadla birlikdə onun işlədiyi mağazaya gəlmiş, Cavadın ona satdığı mobil telefonların oğurluq yolla əldə olduğunu bilməmiş, Cavad həmin telefonları satarkən özünə məxsus olduğunu bildirmiş, polis əməkdaşları onun mağazasına gəldikdən sonra həmin telefonların Cavad tərəfindən oğurlandığını bilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04.11.2021-ci il tarixli, 6/4892 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zəfər üçün № 167" möhür əks soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,460 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 17.01.2022-ci il tarixli 229 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NOVRUZ oğlunda psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.02.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarı ilə 03 ay 15 gün vaxtından əvvəl şərti azad olunub. 18.05.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılıb. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.. Təqsirləndirilən şəxs Novruz oğlu barəsində 05.11.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04.11.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Novruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Novruz oğluna qəti olaraq 04 il (dörd il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Novruz oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs Novruz oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,410 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Novruz oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Novruz oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar