Məhkəmə qərarları › İş №1(004)-16/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-16/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-16/2021 27.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1976-cı il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 11 ünvanında qeydiyyatda olan, ünvan 3 mənzil 1A ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən saxta vəsiqəni və digər rəsmi sənədi istifadə etmək məqsədilə hazırlayıb saxtalaşdırmaqla satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə Şahid2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 tərəfindən onun vasitəsi ilə Təqsirləndirilən şəxs1 sifarişi əsasında sonuncunun adına qanunsuz hazırlanmaqla saxtalaşdırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid olan “MN seriyalı 0074556” nömrəli hərbi quluqçunun hüquq verən saxta şəxsi vəsiqəsini və digər rəsmi sənəd hesab olunan “xxxx” ASC-yə aid olan və əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı satmaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospeki 535/24 ünvanında yerləşən “Hüseyn Cavid” adına istirahət parkında Şahid2 əldə etdikdən sonra şəxsi vəsiqənin və ödəniş kartı üzrə çıxarışın saxta olduğunu və qanunsuz hazırlandığını bilə-bilə həmin tarixdə ünvan 5 ünvanında 1100 manat pul müqabilində Təqsirləndirilən şəxs1 istifadə etməsi məqsədi ilə satmış və həmin pulun 500 manatını Şahid2 vermişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1lə qeyd edilən saxta sənədlərdən istifadə etməklə bankdan kredit şəklində götürüləcək pulun bir hissəsinin ona verilməsi ilə bağlı razılaşmış, Təqsirləndirilən şəxs1 bankdan kredit almaq üçün istifadə etmək məqsədilə adına hazırlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən “MN seriyalı 0074556" nömrəli hərbi quluqçunun hüquq verən saxta şəxsi vəsiqəsini və üzərində “xxxx" ASC-nə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı ondan xx xxxxxx 2018-ci tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 ünvanında yerləşən Hüseyn Cavid adına istirahət parkında əldə etdikdən sonra o, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı ünvanda yerləşən “xxxx" ASC-nin Yasamal filialından həmin saxta sənədlərdən istifadə etməklə kredit götürə biləcəyini izah etmiş, Təqsirləndirilən şəxs1 həmin sənədlərin saxta olduğunu bildiyi halda sənədləri ünvan 5 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Yasamal filialına təqdim edərək ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” haqqında olan müqavilə əsasında 5000 manat məbləğində kredit götürdükdən sonra həmin filialın yerləşdiyi inzibati binanın qarşısında Təqsirləndirilən şəxs1 1100 manat pulu almaqla biləbilə saxta sənədlərdən istifadə etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən saxta vəsiqəni və digər rəsmi sənədi istifadə etmək məqsədilə hazırlayıb saxtalaşdırmaqla satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə Şahid2 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 Təqsirləndirilən şəxs2 vasitəsi ilə onun sifarişi əsasında və onun adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid olan “MN seriyalı 0074556" nömrəli hərbi quluqçunun hüquq verən saxta şəxsi vəsiqəsini və digər rəsmi sənəd hesab olunan “xxxx" ASC-yə aid olan və əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı qanunsuz hazırlamaqla saxtalaşdırmış, daha sonra o, kredit almaq üçün istifadə etmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospeki 535/24 ünvanında yerləşən Hüseyn Cavid adına istirahət parkında qeyd edilən saxta sənədləri Təqsirləndirilən şəxs2 almışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2018-ci tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən “MN seriyalı 0074556” nömrəli hərbi quluqçunun hüquq verən saxta şəxsi vəsiqəsini və “xxxx” ASC-nə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı Təqsirləndirilən şəxs2 məsləhəti ilə ünvan 5 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Yasamal filialına təqdim edərək ******* nömrəli “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" haqqında olan müqavilə əsasında 5000 manat məbləğində kredit götürmüş, daha sonra aralarında olan razılığa əsasən həmin filialın yerləşdiyi inzibati binanın qarşısında 1100 manat pulu Təqsirləndirilən şəxs2 vermiş və bununla da bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələrini, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları həmin cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-2012-ci illərdə Hərbi Dəniz Qüvvələrində gəmi komandiri işləmiş, 2012-ci ildən hazırkı vaxtadək heç bir yerdə işləməmişdir. İşlədiyi vaxtda orada müddətdən artıq xidmət edən Cahangir adlı hərbi qulluqçu ilə tanış olmuşdur. Üç il olar ki, tanıdığı Şahid2 təxminən bir il əvvəl ona bankdan kreditə pul götürmək üçün 400 manat pulun müqabilində saxta şəxsi vəsiqə və 100 manat pulun müqabilində bank kartından saxta çıxarış düzəldə bildiyini və istəyən şəxs olarsa, ona deməsini bildirmişdir. 2018-ci ilin dekabr ayında hazırda xatırlamadığı nömrədən ona zəng edərək özünü Kamran kimi təqdim edib, onun mobil nömrəsini Cahangirdən öyrəndiyini demiş və görüşməyi təklif etmişdir. Ertəsi gün Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «xxxx» ASC-nin qarşısında istintaq zamanı adlarını bildiyi X5 və Təqsirləndirilən şəxs1 ilə görüşmüş, söhbət əsnasında Kamran bankdan kredit götürməyə köməklik etməsini xahiş etmişdir. Qadir isə özünün bankdan kreditə pul götürmək istədiyini ona dedikdə, Qadirdən harada işləməsini soruşmuş, sonunucu ona heç bir yerdə işləmədiyini demişdir. Həmin vaxtı tanışı Şahid2 saxta şəxsi vəsiqə və saxta çıxarış düzəltməsi barədə ona bildirməsi yadına düşmüşdür. Bu səbəbdən Kamran və Qadirə, əlaqə saxlayıb bu barədə məlumat verəcəyini bildirmişdir. Daha sonra o, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. Arslan kredit götürmək istəyən şəxsin 3x4 ölçüdə fotoşəklini və şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin fotoşəklini «whatsapp» proqramı vasitəsilə göndərməsini demiş, o da Kamran və Qadirə bu barədə bildirmişdir. Kamran və Qadir 3x4 ölçüdə fotoşəkil və şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfinin foto şəklini ona göndərmiş, o həmin şəkilləri Arslana göndərmişdir. Həmin gün axşam saatlarında Arslanla telefonla danışaraq kredit götürülməsinə dair lazım olan sualları Arslana vermiş, sonuncu kredit götürmək istəyən şəxsin «xxxx» ASC-nin Bakı Metropoliteninin «28 May» və «Elmlər Akademiyası» stansiyalarının yaxınlığında yerləşən banklardan kredit götürə biləcəyini və heç bir problem olmayacağını bildirmişdir. Ertəsi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 saylı ünvanda yerləşən «Hüseyn Cavid» adına parkın qarşısında Arslanla görüşmüşdür. Orada Arslan ona Təqsirləndirilən şəxs1 adına olan saxta şəxsi vəsiqə və saxta bank çıxarışını vermişdir. O, Arslanla sağollaşmış və təxminən 10 dəqiqədən sonra «Hüseyn Cavid» adına parkda yerləşən kafedə Kamran və Qadirlə görüşmüşdür. Orada Arslandan aldığı saxta şəxsi vəsiqə və saxta bank çıxarışını Qadirə vermiş, həmçinin, şəxsi vəsiqə və çıxarışın saxta olmasını bildirib, şəxsi vəsiqədə yazılan məlumatlar barədə bildirmişdir. Həmin vaxt Qadir Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında yerləşən «xxxx» ASC-nin «Yasamal» filialına daxil olmuş, özü isə Kamranla birlikdə Qadiri gözləmişdir. Qadir banka daxil olub bankdan kreditə pul götürdükdən sonra bankdan çıxmış və «Hüseyn Cavid» adına parkda kreditə götürdüyü 5000 manat puldan saxta şəxsi vəsiqə və saxta bank çıxarışına görə Kamranının yanında ona 1100 manat pul vermişdir. Qadir ona 5000 manat pulun aylıq faiz ödənişlərini vaxtlı-vaxtında banka ödəyəcəyini demişdir. Həmin vaxt ailəsində olan problemlərə görə pul lazm olduğundan məcbur olub 1100 manat məbləğdə pulu Qadirdən götürmüş, lakin heç kimi aldatmaq niyyəti olmamışdır. Hər-hansı bir bank əməkdaşı ilə onun şəxsi münasibəti olmamışdır. Bundan sonra Kamran və Qadirlə sağollaşıb çıxıb getmişdir. Həmin gün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən köhnə Avtovağzalın qarşısında Arslanla görüşüb şəxsi vəsiqəni və 500 manat pulu Arslana vermiş, qalan 600 manat pul özündə qalmış və həmin pulu öz problemlərinə xərcləmişdir. Lakin sonradan onun Kamran, Qadir və Arslanla heç bir görüşü və əlaqəsi olmamışdır. Daha sonra polis tərəfindən ona məlumat verildikdə Qadirin bankı aldadaraq kreditə götürdüyü 5000 manata görə hər-hansı bir ödəniş etmədiyini bilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1994-cü il tarixdən 1997-ci il tarixədək olan müddət ərzində Qarabağda «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, hazırda isə «xxxx» MTK-da usta işləməkdədir. 2018-ci ilin dekabr ayının ortalarında o, iş yerində iş yoldaşı X5 ilə bankdan kreditə pul götürmək barədə söhbət edərkən Kamran ona Balaəmi adlı tanışının olduğunu, Balaəminin onun üçün bankdan kreditə pul götürməyinə köməklik edə biləcəyini bildirmiş və sonuncunun istifadəsində olan mobil nömrəni ona demişdir. İstifadəsində olan ***-***-**-** saylı nömrədən Balaəminin istifadəsində olan ***-***-**-** saylı nömrəyə ilə əlaqə saxladıqda sonuncu ona şəxsiyyət vəsiqəsinin şəklini çəkib «whatsapp» proqramı vasitəsilə göndərməsini bildirmiş, ona görə də özünə məxsus fotoşəkli və şəxsiyyət vəsiqəsinin şəklini Balaəmiyə göndərmişdir. Bundan təxminən bir həftə sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə Balaəmi ona zəng edib Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında görüşməyi təklif etmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 saylı ünvanında yerləşən «Hüseyn Cavid» adına parkda Balaəmi ilə görüşmüşdür. Orada Balaəmi onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçu olmasına dair «MN» seriyalı, ******* nömrəli saxta şəxsi vəsiqəni və «xxxx» ASC-nin ödəniş üzrə çıxarışını ona vermişdir. Həmin şəxsi vəsiqə saxta olmasına baxmayaraq, onun saxtalığı hiss olunmamışdır. Balaəmidən şəxsi vəsiqəni banka təqdim edən zaman problem olubolmayacağı barədə soruşduqda Balaəmi «xxxx» ASC-nin əməkdaşının tanışı olduğunu və heç bir problem olmayacağını bildirmişdir. Həmçinin Balaəmi sonradan müqavilənin silinəcəyini və gələcəkdə onun adında kredit olmayacağını demiş, lakin bankda olan tanışının adını ona deməmişdir. Həmin vaxt ünvan 8 saylı ünvanda yerlşən «xxxx» ASCnin «Yasamal» filialının binasına daxil olmuş, Balaəmi isə onu bankın qarşısında gözləmişdir. Banka daxil olub, sonradan adını bildiyi bank əməkdaşı olan Cabbar adlı şəxsə yaxınlaşmış və özünə məxsus şəxsiyyət vəsiqəsini, Balaəminin ona verdiyi saxta şəxsi vəsiqə və «xxxx» ASC-nin ödəniş üzrə çıxarışını Cabbara təqdim edərək kreditə pul götürmək istədiyini bildirmişdir. Bankla onun arasında «fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsinə dair” ******* nömrəli müqavilə bağlandıqdan sonra həmin sənədləri bankın kassasına təqdim etmiş və kassadan ona kreditlə 5.000 manat pul verilmişdir. Bundan sonra Cabbar onun şəxsiyyət vəsiqəsini və şəxsi vəsiqəni ona qaytarmışdır. Bankdan çıxdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 saylı ünvanda yerləşən «Hüseyn Cavid» adına parkın qarşısında Balaəmi ilə görüşmüşdür. Orada Balaəmi şəxsi vəsiqəni ondan istədiyi üçün həmin şəxsi vəsiqəni ona qaytarmışdır. Həmçinin orada Balaəmiyə 1100 manat pul vermiş, 3900 manat pul isə özündə qalmışdır. Bankdan 5000 manat pulu götürdüyü vaxtdan hazırkı vaxtadək maddi imkanı yaxşı olmadığından banka ümumiyyətlə ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, «xxxx» ASC-də hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1, adı saxtalaşdırılmış «MN» seriyalı, ******* nömrəli hərbi qulluqçuların xidməti vəsiqəsindən istifadə etməklə xx.xx.2018-ci il tarixdə ünvan 9 saylı ünvanda fəaliyyət göstərən «xxxx» ASC-nin «Yasamal» filialından 5000 manat məbləğində kredit götürmüşdür. Həmin şəxs tərəfindən bir neçə dəfə kredit ödənişi edilməsinə baxmayaraq vaxtlı-vaxtında kredit borcu ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən hazırkı vaxtadək «xxxx» ASC-nin «Yasamal» filialında «kredit mütəxəssisi» işləyir. Onun əsas fəaliyyəti «xxxx» ASC-yə müraciət etmiş vətəndaşlara kredit verilməsi və ödənişlərin qəbul edilməsindən ibarətdir. Vətəndaşlar kredit götürməsi ilə bağlı müraciət etdikdə şəxsiyyəti təsdiq edən sənəd, işlədiyi yerdən asılı olaraq sənədlər alınır, digər vətəndaşlar olduqda isə məlumatlar «Elektron Hökumət» portalından götürülür. Lakin vətəndaş hərbiçi olduqda isə vətəndaşın xidməti vəsiqəsini götürüb surətini çıxarmaqla kredit verilir. Vətəndaşın müraciəti qəbul edildikdən sonra məlumatlar sistemə daxil edilir, daha sonra şöbə rəisinə təqdim olunur. Müvafiq razılıq verildikdən sonra kredit müqaviləsi təqdim olunmuş və imzalandıqdan sonra müştəriyə məxaric orderi əsasında bankın kassasından kredit məbləği verilir. xx xxxxxx 2018-ci il tarixdə qeyd olunan bankda işdə olduğu zaman əvvəllər tanımadığı, sonradan anket məlumatlarını bildiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb, toy məclisi keçirməsi üçün kreditə pul götürmək istədiyini bildirmişdir. Qadir həmçinin özünə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və əmək haqqı kartından son 12 ayın çıxarışını təqdim etmişdir. Həmin çıxarış «xxxx» ASC-yə məxsus olmuşdur. Qeyd olunan sənədləri Qadirdən götürüb kserosurətini çıxardıqdan sonra əsillərini Təqsirləndirilən şəxs1 qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1lə «xxxx» ASC arasında «fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi» haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli müqavilə bağlanmışdır. Qadir həmin müqaviləni imzaladıqdan sonra qeyd olunan müqavilə və məxaric orderi əsasında bankın kassasından özü şəxsən 5000 manat pul götürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin əvvəllərindən tanıyır. Təxminən bir il əvvəl o, Sumqayıt şəhərində yerləşən «xxxx» ASC-dən kreditə pul götürmək istəyərkən həmin bankın yaxınlığında yerləşən adını xatırlamadığı kafelərdən birində bir nəfər şəxsin digər şəxslərlə kreditə pul götürülməsi ilə bağlı söhbət etməsini eşidib həmin şəxsə yaxınlaşaraq kreditə pul götürmək istədiyini bildirmişdir. Həmin şəxs özünü ona Balaəmi kimi təqdim etmiş və bankdan kredit götürməyi üçün Bakı şəhərində qeydiyyatda olunmalı olduğunu bildirmişdir. Lakin o, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olduğu üçün kredit almağı mümkünsüz olmuşdur. Bundan sonra xatırlamadığı tarixdə iş yoldaşı Qadir ilə bu barədə təsadüfən söhbət etdiyi zaman Balaəmi adlı tanışının olduğunu və Balaəminin kredit götürməyə Qadirə kömək edə biləcəyini bildirmişdir. O, Balaəminin mobil nömrəsini Qadirə demişdir. Bundan sonra nə baş verməsi barədə məlumatı olmamış sonradan ona məlum olmuşdur ki, Balaəmi Qadirə kredit ala bilməsi üçün saxta sənəd vermiş və Qadir həmin sənəd əsasında bankdan kredit götürmüşdür. O, sadəcə Qadirə köməklik etmək üçün Balaəminin nömrəsini vermişdir. Bunu etməkdə heç bir maddi marağı olmamış və heç bir gəlir əldə etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, MN0074556 nömrəli şəxsi vəsiqə xidmət ediyi N nömrəli hərbi hissə tərəfindən heç bir hərbi qulluqçuya verilməmiş və qeyd edilən nömrə altında şəxsi vəsiqə xidmət etdiyi hərbi hissəyə daxil olmamışdır. Təqsirləndirilən şəxs1 adında hərbi qulluqçu N nömrəli hərbi hissədə xidmət etmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq elmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx xxxxx 2019cu il tarixli 5987 nömrəli ekspertiza rəyinin surətindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş ...MN 0074556... nömrəli vəsiqənin içliyindəki yazılar Şahid2 tərəfindən icra olunmuşdur. (i.v: 229-231) İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, əyani surətdə hadisə yerini, yəni ünvan 10 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Yasamal filialının yerləşdiyi inzibati binanı göstərmişdir. (i.v.84-85) İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə “xxxx” ASC-nin Yasamal filialı arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. (i/v. 160-161) İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikasının CM-nin 320.1 və 320.2-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməklə barələrində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən saxta vəsiqəni və digər rəsmi sənədi istifadə etmək məqsədilə hazırlayıb saxtalaşdırmaqla satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilmiş və barəsində həmin maddə ilə aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən saxta vəsiqəni və digər rəsmi sənədi istifadə etmək məqsədilə hazırlayıb saxtalaşdırmaqla satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 özünü CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilmiş və barəsində həmin maddə ilə aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu, həmin cinayət əməllərinin 2018-ci ilin dekabr ayında törədildiyini, həmçinin barələrində olan cinayət təqibinə xitam verilməsi barədə təqsirləndirilən şəxslərin və onların müdafiəçilərin məhkəməyə təqdim edilmiş ərizələrini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CMnin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilməli və onlar həmin maddələr ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbyacan Respublikası CPM-nın 39.1.3-cü maddəsinə əsasən, cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. X9 Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında X9 Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Qeyd olunan Məcəllənin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublkası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublkası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-130/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi isə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına, eyni zamanda Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.3, 43.3, 321, 347, 356-ci maddələrini və Azərbaycan Respublikası CM-nın 75-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar