Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-160/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 03.11.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə olan metamfetamini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yaşayan X1 məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,617 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış və 02 sentyabr 2021-ci il tarixdə saat 20:00 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci X12 binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,617 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfitamindən istifadə edir. 02 sentyabr 2021-ci il tаriхdə ünvan 4 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki gеyimli şəхs ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 28-ci PB-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Bu zaman onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə verərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükülü psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin psixotrop maddəni 01 sentyabr 2021-ci il tarixdə Rasim adlı şəxsdən 20 manata almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni olan metamfetamin zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, aparılan əməliyyat tədbirləri və istintaq dövründə ona heç bir təsir, hədə-qorxu göstərilməyib, işgəncə verilməyib, ləyaqətini alçaldan hərəkətlər və qeyri insani rəftar edilməyib. Son olaraq himəyəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ 28-ci PB-nin əməliyyаt müvəkkili Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 02 sentyabr 2021-ci il tarixdə o və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 02 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında dayandığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və birlikdə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Polis Bölməsinə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək, həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddəsni həmin gün Rasim adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfitaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baki Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilindiyi üçün 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı anlaqsız vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmiş, lakin Səbuhini tanımır və heç vaxt görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi X3, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirakları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb könüllü olaraq təqdim edərək həmin bükümdə şüşə kimi bildiyi psixatrop maddə olan metamfetamin olduğunu və həmin psixatrop maddəni bir gün əvvəl ünvan 2 ünvanında yaşayan Rasim adlı şəxsdən əldə etdiyini, həmin psixatrop maddənin bir hissəsini istifadə etdikdən sonra geri qalan hissəsini əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Kamal Rahmanov tərəfindən zərfin içərisinə qoyularaq qablaşdırılır və DİN-in Zərflər üçün 167 saylı möhürü ilə möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Şəxsi axtarış və götürmə aparılan videoçəkiliş 01(bir)ədəd DVD diskə yazılaraq protokola əlavə edilir. (Cild İ, i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 03 sentyabr 2021-ci il tarixli 6/3846 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində saxlanılan şəxs(imza) Təqsirləndirilən şəxs yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,617 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. (Cild İ, i.v. 37-41) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Heç bir yerdə işləmirəm. 01 sentyabr 2021-ci il tarixdə aşxam saatlarında ünvan 6 ünvanında yaşayan X6 psixatrop maddə olan metamfetamin almışdır.O, həmin şəxsə bir ədəd 20 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə olan psixatrop maddə olan metamfetamini ona veribdir. O da bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Münasib vaxt edib narkotik vasitəyə olan tələbatını nəzərə alaraq həmin narkotik vasitənin bir qismini istifadə etmişdir. Geri qalan bükümü yenədə cibinə şalvarının sağ yan cibinə qoymuşdur. 02.09.2021ci il tarixdə saat 20:00 radələrində ünvan 4 ünvanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci X12 binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə inzibati binaya getmişdir. Yasamal RPİ-nin 28-ci X12 binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 21:15-də təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə psixatrop maddə olan metamfetamin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində psixatrop maddə olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Törətdiyi cinayət əməlindən peşmandır. (Cild İ, i.v. 49-51) “Diskə baxış keçirilməsi barədə” 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd NYPT3527 yazılmış 08 dəqiqə 30 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X13, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid3, müdafiəçi X3 iştirakları ilə 02 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 28-ci X12 binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını və həmin instintaq hərəkətinin mobil telefon vasitəsi ilə videolentə alınacağını elan edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur Təqsirləndirilən şəxs və müdafiəçisi isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs özü barədə anket məlumatları verir. Saxlanılarkən ona qarşı heç bir fiziki və psixi zorakılıq göstərilmədiyini bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və onun üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qarı rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü təqdim edərək masanın üzərin qoyur. Həmin büküm təhqiqatçı tərəfindən baxıldıqda içərisində şəffaf rəngli kristal şəkilli maddə olması aşkar edilir. Təhqiqatçı tərəfindən həmin maddənin nə olması və kimdən əldə etməsi barədə soruşulduqda Həmin maddənin 01 sentyabr 2021-ci il tarixdə Rasim adlı şəxsdən 20 manat pula əldə etdiyini, həmin narkoti vasitənin bir qismini əldə etdikdən sonra digər hissəsini üzərində saxladığını bildirir. Bir il larkı narkotik vasitələrdən istifadə edir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs həmin bükümdə “şüşə” sayılan metamfetamin maddəsi olduğunu bildirir və bir daha qonşusu olan Rasim adlı şəxsdən əldə etdiyini bildirir. Müdafiəçi Vüsal Hüseynov Təqsirləndirilən şəxs sual verərək saxlanılarkən ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilib-edilmədiyi, Azərbaycan dilində sərbəst bilib bilmədiyini və onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl axtarış edən olub olmamasını, eləcədə saat neçədə saxlanılması barədə soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki vəya psixi zorakılıq tətbiq edilmədiyini, saat 20 radələrində saxlanıldığını, heç bir psixi xəstəliyini olmamasını və Azərbaycan dilini tam sərbəst bilməsini bildirir. Daha sonra həmin bükülü boş olan ağ rəngli zərfin içərisinə qoyularaq DİN-in Zərflər üçün 167 saylı möhürü ilə möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs, müdafiəçi Vüsal Hüseynov, polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. (Cild İ, i.v. 159-160) “Şəxsin tanınması haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ- də ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 ifadəsində ona narkotik vasitə satan hazırki iş üzrə Təqsirləndirilən şəxs tanımaq üçün təqdim edilmiş, lakin Şahid1 ona narkotik vasitə satan şəxsin tanınmaya təqdim edilən şəxslər sırasında olmadığını bildirərək, Təqsirləndirilən şəxs tanımamışdır. (Cild İİ, i.v. 25-26) 04 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Yasamal RPİ-nin İŞ-də ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid1 ilə iş üzrə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçrilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini Şahid1 üzünə demiş, Şahid1 isə barəsində olan cinayət işi zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs deyil Papanin adlanan ərazidə Səbuhi adlı şəxsdən aldığını bildirmişdi. (Cild İİ, i.v. 30-31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 nəticələrinə dair 31.01.2022-ci il tarixli 438 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 56-57) “Sübutların qiymətləndirilməsinə dair” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,617 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,567 qram təşkil edən psixatrop maddə metamfetamin qalığı aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınsın və təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" MMC-in 30 mart 2021-ci il tarixli AZF/LGL- 48/22 nömrəli məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısı olduğundan və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə və şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkətlərini özündə əks etdirən bir ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış və götürmə istintaq hərəkətinə özündə əks etdirən DVD-R disk, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolları, şəxsin tanınmaya təqdim edilməsi protokolu, protokola əlavə DVD-R disk mobil operatorlardan daxil olmuş DVD disk, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən və istintaqda toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 82-96) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünü müdafiə xarakterli hesab edir. CM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metafetaminin təmiz çəkisi 0.617 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 18-19) “Təqsirləndirlən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (Cild İ, i.v. 145-146) “Şübhəli şəxsin tutulması haqqında” 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 177) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 4(004)-732/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmaqla 05 mart 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 196- 202) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 20 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild İ, i.v. 241-242) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 4(004)-165/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05.04.2022-ci il tarixədək uzadılmışdır. (Cild İİ, i.v. 117-118) AZ-İİİ № 934248 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 02.05.2010-cu il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxsdur. AZ-İİİ № 876518 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07.08.2016-cı il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.567 qram çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 228.00 (iki yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 06 dekabr 2021-ci il tarixdən hesablanmalı, 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmı cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.567 qram olan psixotorp maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 228.00 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saata 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-160/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-160/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver