Məhkəmə qərarları › İş №1(004)-161/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-161/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-161/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, Xaşa-xuna bağları yaşayış massivi ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanın eyvanından Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanın eyvanına keçdikdən sonra yaşayış sahəsi olan 054 nömrəli mənzilin eyvanının açıq qalmış qapısından mənzilə qanunsuz daxil olaraq, qonaq otağındakı dolabdan həmin dövrün məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dolları və 650 manat olmaqla ümumilikdə 3200 manat, 14 may 2023-cü il tarixdə saat 22:00 radələrində eyni qaydada həmin mənzilə daxil olaraq mənzilin hamamında olan dolabdan içərisində 2000 manat olan 20 qram çəkidə 750 əyarlı bir ədəd qızıl boyunbağı, 1350 manat olan 14 qram çəkidə üzərində briliant qaş olan 750 əyarlı bir ədəd qızıl boyunbağı, 350 manat olan 4 qram çəkidə 750 əyarlı bir ədəd qızıl qolbağı, 350 manat olan 4 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğa, 1000 manat olan 12 qram çəkidə 750 əyarlı şam ağacı formalı bir ədəd qızıl boyunbağı, 150 manat 1,89 qram çəkidə 750 əyarlı bir ədəd qızıl boyunbağı, dəyəri 250 manat olan 2,50 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğa, 700 manat olan 9 qram çəkidə 750 əyarlı bir ədəd qızıl kulon, 500 manat olan bir ədəd qızıl boyunbağı və 250 manat olan 6 qram çəkidə bir ədəd qızıl uşaq boyunbağı olan 50 manatlıq qara rəngli parça kisəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6950 manat olamaqla xeyli miqdarda, 13 iyun 2023-cü il tarixdə saat 20:55 radələrində Zərərçəkmiş şəxs məxsus 054 saylı mənzilin bu dəfə eyvanının qapısının bağlı olduğunu gördüyü üçün əlində götürdüyü vint açanla eyvanın qapısını açaraq mənzilə qanunsuz daxil olaraq mənzilin hamamında olan dolabdan içərisində 430 manat olan 3,40 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 247 manat 40 qəpik olan 2,91 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 458 manat 20 qəpik olan 5,39 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 415 manat 70 qəpik olan 5,89 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 402 manat 10 qəpik olan 4,73 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 223 manat olan 2,23 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 198 manat 90 qəpik olan 2,34 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 1633 manat olan 16,33 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 175 manat 10 qəpik olan 2,06 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 394 manat olan 3,94 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 329 manat olan 3,87 qram çəkidə 583/685 əyarlı 1 cüt qızıl sırğa, 499 manat olan 5,87 qram çəkidə 583/585 əyarlı 1 cüt sırğa, 263 manat 80 qəpik olan 2,75 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 217 manat 70 qəpik olan 1,41 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 5 manat olan 3,79 qram çəkidə qiymətsiz metal ərintisindən olan 1 cüt sırğa, 219 manat olan 2,19 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 131 manat 80 qəpik olan 1,55 qram çəkidə 1 cüt sırğa, 122 manat 40 qəpik olan 1,44 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 92 manat 70 qəpik olan 1,09 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 177 manat 70 qəpik olan 2,09 qram çəkidə 583,585 əyarlı 1 cüt sırğa, 16 manat 40 qəpik olan 3,27 qram çəkidə 925 əyarlı 1 cüt gümüş sırğa, 161 manat 90 qəpik olan 1,29 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 149 manat olan 1,29 qram çəkidə 950 əyarlı 1 ədəd platin kulon, 133 manat 50 qəpik olan 1,57 çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 145 manat olan 1,45 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl kulon və 90 manat 10 qəpik olan 1,06 qram çəkidə 583/585 əyarlı qızıl kulon olan 10 manatlıq qırmızı rəngli məxmər parçadan olan kisəni və 30 manat olan kameranın yaddaş kartını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs 7371 manat 40 qəpik olmaqla ümumilikdə 17521 manat 40 qəpik xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və onun himayəsində 3 azyaşlı qız uşağı var. Mənzillərin təmirində usta olaraq işləyir. Əqli və psixi cəhətdən sağlamdır, hər hansı bir xəstəxanada psixiatrik qeydiyyatda deyil. Əvvəllər Azərbaycan Respublikaksı CM-nin 177.2.3-cü maddəsi ilə 2 dəfə cinayət məsuliyyətinə məhkum olunmuşdur. 2023-cü ilin yanvar ayından başlayaraq ünvan 5 ünvanında usta kimi işləmiş və həmin mənzilin təmir işlərini görürmüşdür. 23 mart 2023-cü il tarixdə saat 11 radələrində ünvan 6 ünvanında yerləşən aptekin qarşısında bir ədəd göy rəngli velosipedin sahibsiz şəkildə aptekin qarşısında dayandığını görmüş, bir neçə dəqiqə sahibinin gəlib gəlməyəcəyini gözləmişdir. Velosipedin xarici görünüşündən köhnə olduğunu və bu səbəbdən atıldığını düşündüyü üçün təxminən 5-6 dəqiqə orada velosipedin sahibini gözləsə də sahibi gəlmədiyindən sahibsiz olduğunu düşünmüş və velosipedə əyləşib sürərək oradan uzaqlaşmışdır. Həmin tarixdə dediyi kimi o, Yasamal rayonu, Tbilisi prospekti 1054 ünvanında yerləşən qeyd etdiyi mənzildə usta işləmiş və bu səbəbdən velosiped sürərək həmin ünvana getmişdir. Daha sonra isə ünvana çatdıqda velosiped köhnə, nasaz olduğundan işlədiyi ünvanın yaxınlığında saxlayaraq işlədiyi mənzilə qalxmışdır. Axşam işdən çıxdıqda isə velosipedin saxladığı yerdə olmadığını görmüşdür. Usta kimi işlədiyi 053 nömrəli mənzilin giriş qapısının açarı mənzil sahibi tərəfindən ona verildiyindən həmin mənzil onun istifadəsində olub. 2023-cü ilin aprel ayının sonlarında övladlarının gözündə problem olduğundan həkimə aparmalı olsa da lakin pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 29 aprel 2023-cü il tarixdə saat 21 radələrində işlədiyi mənzilin yanındakı, yəni 054-cü mənzildə işıq yanmadığını gördükdən sonra həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir.İşlədiyi mənzilin eyvanından 054-cü mənzilin eyvanına keçərək eyvanın qapısının açıq olmasından istifadə edib mənzilə daxil olmuşdur.Mənzilə daxil olduqda qonaq otağında olan dolabı açmış və zərfin arasında sayını bilmədiyi məbləğdə ABŞ dolları və Azərbaycan manatı olmuşdur. Övladlarını həkimə aparmaq üçün lazım olan məbləği,yəni 600 ABŞ dolları və 4 ədəd 50 manat olmaqla cəmi 200 manat pulu götürmüş, geri qalan məbləği zərfin arasında götürdüyü yerə qoymuşdur. Bir gün sonra övladlarını Xəzər rayonunda yerləşən 26 saylı poliklinikaya aparmış, həkim onun övladlarını müayinə etdikdən sonra bir neçə dərman və iki ədəd eynək almalı olduğunu ona bildirmişdir.Dərmanları alsa da eynəyin birini almış,digərinə isə pulu qalmamışdır.İkinci almalı olduğu eynəyi xarici ölkədən sifaiş verməli olduğundan bunun üçün onun təxminən 300 manat pula ehtiyacı var idi. Bu səbəbdən birinci dəfə olduğu kimi oğurluq etmək qərarına gəlmişdir. Belə ki, bu dəfə 14 may 2023-cü il tarixdə saat 22 radələrində keçən dəfə 054-cü mənzildə yaşayan qonşunun evindəki dolabda olan pulu oğurlamaq üçün eyni qaydada işlədiyi mənzilin eyvanından 054-cü mənzilin eyvanına keçmiş və eyvanın qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda qonaq otağında olan dolabı açmış, lakin pulların orada olmadığını görmüşdür. Daha sonra mənzili axramağa başlamışdır.Hamam otağında olan dolabı açdıqda qara rəngli balaca torbanı görmüş, həmin torbanı açdıqda içərisində iki ədəd sepin və bir ədəd kulonun olduğunu görmüşdür.Həmin torbanı götürərək dərhal mənzili eyni qaydada tərk etmişdir. Oğurladığı iki ədəd sepi və bir ədəd kulonu 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən lombardda 740 manat satmışdır. Qızıl əşyalaranı ondan alan şəxsin qızılların oğurluq olmasından xəbəri olmamışdır. Özünün yaşadığı evin həyətində təmir işləri aparmaq üçün pula ehtiyacı olmuşdur. Buna görə də bu dəfə 13 iyun 2023-cü il tarixdə axşam saat 21 radələrində 053-cü mənzildə işdə olarkən iki gün əvvəl 054-cü mənzilin sahibinin əlində iri çanta ilə evdən getdiyini görmüşdür. Mənzildə heç kəsin olmadığını görüb yenidən həmin, yəni 054-cü mənzildən oğurluq etmək qərarına gəlmişdir. Eyni qaydada işlədiyi mənzilin eyvanından 054-cü mənzilin eyvanına keçmiş, lakin bu dəfə eyvanın qapısı bağlı olduğundan geri qayıdaraq işlədiyi mənzildən vintaçanı götürmüş və yenidən həmin mənzilin eyvanına keçmişdir.Vintaçan vasitəsi ilə eyvanın qapısını açıb mənzilə daxil olmuşdur. İlk öncə qonaq otağında olan dolabı açmış,lakin dəyərli əşya tapmadığımdan hamam otağına keçmiş və orada dolabı açdıqda qırmızı rəngli kisəni görmüşdür.Həmin kisənin yanında bir ədəd boyunbağı da olmuşdur. O, dərhal həmin boyunbağını da qırmızı rəngli kisənin içərisinə qoymuş və kisəni götürərək mənzildən getmək istəyərkən qonaq otağında dolabın üzərində kameranın olduğunu görmüşdür. Həmin kameranın onu çəkdiyini gördükdə dərhal kameranın yaddaş kartını götürüb mənzili tərk etmişdir.Yaddaş kartını eyvandan həyətə atmış və işlədiyi mənzilə keçmişdir.Təxminən 20 dəqiqə sonra blokdan səslər gəldiyini eşitdikdə dərhal oğurladığı içərisində qızıl zinyət əşyaları olan kisəni eyvanda olan gips kisəsinin içərisində gizlətmişdir. Bir az sonra mənzilin qapısının açıldığını və ev sahibi ilə birlikdə bir neçıə polis əməkdaşının mənzilə daxil olduğunu gördükdə yataq otağında olan dolabın içərisində gizlənmiş,lakin polis əməkdaşları onu taparaq oğurluqda şübhəli olduğunu bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. Cinayət məsuliyyətindən yayınmaq üçün və tutulmaqdan qorxduğundan özündə olan kəsici alət olan rezakla boynuna xəsarət yetirmişdir. Daha sonra oğurlamış olduğu içərisində qızıl-zinyət əşyalara olan qırmızı rəngli kisəni polisə təhvil vermişdir. Mənzilin qapısını açdığı vintaçanın və özünə xəsarət yetirdiyi kəsici alətin harada olmasını bilmir. Velosipedi Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 44 ünvnaında yerləşən aptekin qarşısından sürüb gedərkən onu görən olmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. İşi ilə əlaqədar olaraq uzun illərdir ki, ABŞ-da yaşamışdır. 04 aprel 2023-cü il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş və ünvan 4 ünvanında yaşamışdır. Təxminən aprel ayının sonlarında evə bazarlıq etmək məqsədi ilə qonaq otağında olan dolabda saxladığı 2100 ABŞ dolları və 1000 manat pulu götürmək istəyərkən pulun tam hissəsinin olmadığnı görmüş və saydıqda həmin qeyd etdiyi məbləğdən həmin dövrün məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dolların və 650 manatın olmadığını aşkar etmişdir. Dərhal həyat yoldaşından soruşduqda həyat yoldaşı ona bundan xəbərsiz olduğunu bildirmişdir. Lakin o, bu barədə polisə məlumat verməmişdir.Təxminən 2023-cü ilin may ayının 15-də yoldaşı hamam otağında saxladığı qızıl zinyət əşyalarını yoxlayarkən içərisində 2000 manat olan 20 qram çəkidə 750 əyarlı bir ədəd qızıl boyunbağı, 1350 manat olan 14 qram çəkidə üzərində briliant qaş olan 750 əyarlı bir ədəd qızıl boyunbağı, 350 manat olan 4 qram çəkidə 750 əyarlı bir ədəd qızıl qolbağı, 350 manat olan 4 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğanın, 1000 manat olan 12 qram çəkidə 750 əyarlı şam ağacı formalı bir ədəd qızıl boyunbağı, 150 manat 1,89 qram çəkidə 750 əyarlı bir ədəd qızıl boyunbağı, dəyəri 250 manat olan 2,50 qram çəkidə 750 əyarlı bir cüt qızıl sırğa, 700 manat olan 9 qram çəkidə 750 əyarlı bir ədəd qızıl kulonun, 500 manat olan bir ədəd qızıl boyunbağı, 250 manat olan 6 qram çəkidə bir ədəd qızıl uşaq boyunbağı olan 50 manatlıq qara rəngli parça kisənin yerində olmadığını aşkar etmiş və dərhal bu barədə ona məlumat vermişdir. Qızıl zinyət əşyalarının çəkiləri və əyarları barədə ilkin ifadəsində məlumat verməmişdir. Daha sonra mənzildən birinci dəfə oğurlanmış qızıl zinyət əşyalarının çəkisini və əyarını dəqiqləşdirmişdir. Bundan başqa onun yaşadığı mənzilin nömrəsinin 054 olması nəzərə alınmalıdır. Belə ki, ilkin ifadəsində yaşadığı məznilin nömrəsini 54 olaraq qeyd etmişdir. Bundan sonra o, yaşadığı binanın 053-cü mənzilində işləyən ustadan şübhələnmiş, lakin əlində heç bir sübüt olmadığı üçün polisə məlumat verməmişdir.Daha sonra kamera sifariş etmiş və həmin gün aldığı kameranı ustalar mənzilə quraşdırmışlar. Daha sonra onun özü həmin kameranı istifadə etdiyi mobil telefona qoşmuşdur.13 iyun 2023-cü il tarixdə günorta saatlarında həyat yoldaşı ilə Sabunçu rayonu,Albalılıq deyilən ərazidə yerləşən bağ evinə getmiş və telefon vasitəsi ilə mənzili izləməyə başlamışdır Həmin tarixdə saat 20:55-də qonşuda işləyən, sonradan adının Marat olduğunu bildiyi usta ona məxsus mənzilin eyvanın qapısını açmaq istədiyini görmüşdür. Təxminən 5 dəqiqə sonra eyvanın qapısını açaraq evə daxil olan Marat onun dolabın üzərinə yerləşdirdiyi kameranı görüb dərhal kameraya yaxınlaşaraq yaddaş kartını çıxartmışdır.Bundan sonra o, dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş və Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müracət etmişdir.Daha sonra polis əməkdaşları ilə yaşadığı mənzilə baxış keçirilərkən yoldaşının hamam otağında dolabda saxladığı, məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 aprel 2024-cü il tarixli, 3-16-16-2/-6/1767-9/2399 nömrəli ekspert rəyində göstərilən və içərisində 430 manat olan 3,40 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 247 manat 40 qəpik olan 2,91 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 458 manat 20 qəpik olan 5,39 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 415 manat 70 qəpik olan 5,89 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 402 manat 10 qəpik olan 4,73 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 223 manat olan 2,23 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 198 manat 90 qəpik olan 2,34 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 1633 manat olan 16,33 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 175 manat 10 qəpik olan 2,06 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 394 manat olan 3,94 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 329 manat olan 3,87 qram çəkidə 583/685 əyarlı 1 cüt qızıl sırğa, 499 manat olan 5,87 qram çəkidə 583/585 əyarlı 1 cüt sırğa, 263 manat 80 qəpik olan 2,75 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 217 manat 70 qəpik olan 1,41 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 5 manat olan 3,79 qram çəkidə qiymətsiz metal ərintisindən olan 1 cüt sırğa, 219 manat olan 2,19 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 131 manat 80 qəpik olan 1,55 qram çəkidə 1 cüt sırğa, 122,40 qəpik olan 1,44 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 92 manat 70 qəpik olan 1,09 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 177 manat 70 qəpik olan 2,09 qram çəkidə 583,585 əyarlı 1 cüt sırğa, 16 manat 40 qəpik olan 3,27 qram çəkidə 925 əyarlı 1 cüt gümüş sırğa, 161,90 qəpik olan 1,29 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 149 manat olan 1,29 qram çəkidə 950 əyarlı 1 ədəd platin kulon, 133 manat 50 qəpik olan 1,57 çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 145 manat olan 1,45 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl kulon və 90 manat 10 qəpik olan 1,06 qram çəkidə 583/585 əyarlı qızıl kulon olan 10 manatlıq qırmızı rəngli məxmər parçadan olan kisənin oğurlandığını aşkar etmişdir. Həmin günü mənzildən 30 manat olan kameranın yaddaş kartı da oğurlanmışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 aprel 2024-cü il tarixli, 3-16-16-2/-6/1767- 9/2399 nömrəli ekspert rəyində göstərilən qiymətlərlə razıdır. Birinci dəfə qonaq otağında olan dolabdan həmin dövrün məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dolları və 650 manat, ikinci dəfə ümumi dəyəri içərisində ümumi dəyəri 6900 manat olan qızıl zinyət əşyalarının saxlandığı 50 manat dəyərində qara rəngli parçadan olan kisə,13 iyun 2023-cü il tarixdə isə ümumi dəyəri 7331 manat 40 qəpik olan qızıl zinyət əşyalarının saxlandığı 10 manat dəyərində qırmızı rəngli məxmər parçadan olan kisə və dəyəri 30 manat olan kamera aparatının yaddaş kartı oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yaşayır və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili inspektoru vəzifəsində xidmət edir. 13 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvandan oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli bilindiyindən 14 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda 27-ci PB-nin polis əməkdaşları ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs 053 nömrəli mənzildə olan dolabın içərisində gizləndiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmək üçün dolabın içərisində özünə kəsici alətlə xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən 27-ci PB-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov X2 Orxan Sabir oğlu ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 72-ci vərəqələrində olan 14 iyun 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 135-137-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 165-167-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 168-169-cu vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 202-207-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2/-6/1767-9/2399 nömrəli ekspert rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrələri: -23 olan 950 əyarlı platindən hazırlanmışdır -6,8,10,16 və 25 olanlar 750 əyarlı qızıldan -21 olan 925 əyarlı gümüşdən -15 olan qiymətsiz metal ərizintisindən (mis əsaslı ərinti) -digərləri 583/585 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanlardan sıra nömrəsi 1,13,14,22 və 23 olanlarının üzərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir-brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təibəti, damğası, adları və s.) cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7331,40 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiyməltəri cədvəl 1-də göstərilmişdir. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 209-215-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 09 aprel 2018-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2020-ci il tarixdə cəzası bitmiş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 20 avqust 2020-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 2-ci cild 7-22-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,40 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 2,91 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 5,39 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 5,89 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 4,73 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 2,23 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,34 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 16,33 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,06 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 3,94 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 3,87 qram çəkidə 583/685 əyarlı 1 cüt qızıl sırğa, 5,87 qram çəkidə 583/585 əyarlı 1 cüt sırğa, 2,75 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,41 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 3,79 qram çəkidə qiymətsiz metal ərintisindən olan 1 cüt sırğa, 2,19 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 1,55 qram çəkidə 1 cüt sırğa, 1,44 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,09 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 2,09 qram çəkidə 583,585 əyarlı 1 cüt sırğa, 3,27 qram çəkidə 925 əyarlı 1 cüt gümüş sırğa, 1,29 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,29 qram çəkidə 950 əyarlı 1 ədəd platin kulon, 1,57 çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,45 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl kulon, 1,06 qram çəkidə 583/585 əyarlı qızıl kulona və qırmızı rəngli məxmər parçadan olan kisə cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 121-123-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011, xx.xx.2017 və xx.xx.2009-cu il təvəllüdlü 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşağının və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 avqust 2020-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad edilməsinə və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq 2 il keçmədən, yenidən 29 aprel 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 24 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 14 iyun 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3,40 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 2,91 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 5,39 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 5,89 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 4,73 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 2,23 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,34 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 16,33 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,06 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 3,94 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 3,87 qram çəkidə 583/685 əyarlı 1 cüt qızıl sırğa, 5,87 qram çəkidə 583/585 əyarlı 1 cüt sırğa, 2,75 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,41 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 3,79 qram çəkidə qiymətsiz metal ərintisindən olan 1 cüt sırğa, 2,19 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 1,55 qram çəkidə 1 cüt sırğa, 1,44 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,09 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 2,09 qram çəkidə 583,585 əyarlı 1 cüt sırğa, 3,27 qram çəkidə 925 əyarlı 1 cüt gümüş sırğa, 1,29 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,29 qram çəkidə 950 əyarlı 1 ədəd platin kulon, 1,57 çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,45 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl kulon, 1,06 qram çəkidə 583/585 əyarlı qızıl kulona və qırmızı rəngli məxmər parçadan olan kisə saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərəçəkmiş şəxsə yerdə qalan dəymiş ziyanın mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmun bu hissəsinin icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboruna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 3,40 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 2,91 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl üzük, 5,39 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 5,89 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 4,73 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl qolbaq, 2,23 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,34 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 16,33 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı, 2,06 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, 3,94 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 3,87 qram çəkidə 583/685 əyarlı 1 cüt qızıl sırğa, 5,87 qram çəkidə 583/585 əyarlı 1 cüt sırğa, 2,75 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,41 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 3,79 qram çəkidə qiymətsiz metal ərintisindən olan 1 cüt sırğa, 2,19 qram çəkidə 750 əyarlı 1 cüt qızıl sırğa, 1,55 qram çəkidə 1 cüt sırğa, 1,44 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 1,09 qram çəkidə 583/585 əyarlı 1 cüt qızıl sırğa, 2,09 qram çəkidə 583,585 əyarlı 1 cüt sırğa, 3,27 qram çəkidə 925 əyarlı 1 cüt gümüş sırğa, 1,29 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,29 qram çəkidə 950 əyarlı 1 ədəd platin kulon, 1,57 çəkidə 583/585 əyarlı 1 ədəd qızıl kulon, 1,45 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl kulon, 1,06 qram çəkidə 583/585 əyarlı qızıl kulona və qırmızı rəngli məxmər parçadan olan kisə saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərəçəkmiş şəxsə yerdə qalan dəymiş ziyanın mülki qaydada iddia qaldırmaq hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar