Məhkəmə qərarları › İş №1(004)-162/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-162/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-162/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Şəmkir rayonunun Dəllər- Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli "xxxx" MMCnin icraçı direktoru vəzifəsində işləmiş, Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.2.1 və 273-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrar daxil olmuş, kompyuter sisteminə, kompyuter sistemindən və bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasını, buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirmiş və hazırlanmasının əsas məqsədi CM-nin 271-272-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi olan kompyuter proqramlarını istehsal edib saxlamaqla, habelə istifadə etməklə cəmiyyətin və ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına əhəmiyyətli zərər vurmuşdur. Belə ki, o, 2021-ci ildə təsis edilmiş "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işlədiyi 2021-2024-cü illər ərzində hazırlanmasının əsas məqsədi Azərbaycan Respublikası və digər xarici ölkələr ərazisində ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus mobil telefonlara və əməliyyat sistemlərinə məsafədən gizli qoşulmaqla həmin sistemlərə qanunsuz daxil olub mətn mesajlarını oxumaq, zəngləri izləmək, parolları əldə etmək, məkan və hərəkət trayektoriyasını izləmək, həmin cihazların mikrofon və kamerasına daxil olaraq mümkün proqramlardan məlumatları qanunsuz ələ keçirmək xüsusiyyətləri olan “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarını yaşadığı ünvan 3 ünvanında müxtəlif vaxtlarda “HP” və “Apple MacBook Pro” markalı noutbuklarda istehsal edib həmin ziyanvericiləri istifadəsində olan “HP” və “Apple MacBook Pro” markalı noutbuklarda və sərt yaddaş qurğusunda saxlamaqla, istifadə etməklə dövlətin, cəmiyyətin və ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, o, 8 fevral 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyətini davam etdirərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə X3 məxsus “Telesat” şirkətinin kompyuter sisteminə qəsdən daxil olaraq həmin şirkətə aid ümumi istifadə üçün nəzərdə tutulmayan “robotik” cihaz kodlarını qanunsuz olaraq texniki vasitələrdən istifadə etməklə ələ keçirmişdir. (epizod İ). Bunda əlavə o, 22 dekabr 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyət göstərərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə İsrail dövlətinə məxsus "xxxx" MMC-nin kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətə aid tətbiqlərin ümumi istifadə üçün nəzərdə tutulmayan mənbə kodlarını texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirmiş və qanunsuz olaraq əldə etdiyi məlumatları açıq internet resurslarında şəxsi məqsədləri üçün paylaşmışdır. (epizod İİ). Bundan başqa o, 08 yanvar 2024-cü il tarixdə “exploit.in” kiber cinayətkarlar forumundan "xxxx" MMC-nin daxili şəbəkəsinə daxil olmaq üçün istifadə olunan giriş məlumatlarını əldə edib 09 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında “HP” markalı “DESKTOP-U1UC04Q” adlı, "xxxx" seriyalı kompyuterdən istifadə edərək 94.20.66.221 nömrəli İP ünvanından həmin şirkətin kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və digər şəxsi niyyətlə qanunsuz olaraq təkrar daxil olmuşdur. (epizod İİİ). Daha sonra o, 12 yanvar 2024-cü il tarixdə yenidən 08 yanvar 2024-cü il tarixdə “exploit.in” kiber cinayətkarlar forumundan əldə etdiyi "xxxx" MMC-nin daxili şəbəkəsinə daxil olmaq üçün istifadə olunan giriş məlumatları vasitəsilə yaşadığı ünvan 3 ünvanında “C02YW0U4LVCJ” seriyalı “Calil” adlı 94.20.67.33 İP ünvanlı “Apple Mac OS X 13.5.2” kompyuterindən istifadə edərək həmin şirkətin kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və digər şəxsi niyyətlə qanunsuz olaraq təkrar daxil olmuşdur. (epizod İV). Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 271.2.1, 272.2.1 və 273-1.1-ci maddələri ilə nəzərdə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, kibertəhlükəsizlik üzrə mütəxəssisdir və onun fəaliyyətinin əsas istiqamətləri müxtəlif proqramlarda, şirkətlərin datalarında müəyyən boşluqların (“bug”-ların) aşkar edilməsi və bununla bağlı həmin şirkətlərə məlumat verilməsidir. Etik xakerlik adlanan bu sahə əsasən müsbət mənada xarakterizə olunmaqla şirkətlərin kibertəhlükəsizlik sahəsində nöqsanlarını aradan qaldırmaqlarına kömək etmək məqsədi daşıyır. Onun şəxsi kompyuterində və ona məxsus yaddaş qurğusunda saxladığı proqram təminatları peşəkar səviyyədə məşğul olduğu kibertəhlükəsizlik sahəsi üzrə istifadə etdiyi alətlərdir. Həmin proqram təminatları onun peşəsinin bir parçasıdır və onları başqalarının məlumatlarını ələ keçirmək niyyəti ilə saxlamamışdır. "xxxx" MMC-də işlədiyi vaxtlarda da istər yerli əhəmiyyətli, istərsə də beynəlxalq miqyasda kibertəhlükəsizlik sahəsində müxtəlif xidmətlər göstərməklə, bu sahəyə öz töhfəsini verməyə çalışmışdır. İttihamda qeyd edilənlərlə razı deyildir, çünki, onun hər hansı şirkətə məxsus məlumatları ələ keçirmək niyyəti olmamışdır. Dəfələrlə bildirmişdir ki, onun fəaliyyət istiqaməti şirkətlərin elektron sistemlərində boşluqları aşkar etmək və onlara məlumat vermək olmuşdur. Bunu həyata keçirmək üçün də mütləq ilk öncə onların sisteminə daxil olmaq lazımdır. Dünyanın texnologiya sahəsində qabaqcıl ölkələrində bu cür fəaliyyətlə məşğul ola insanlara xüsusi diqqət ayrılır və əksinə həmin şəxslər dövlət tərəfindən himayə edilirlər. "xxxx" MMC-nin daxili şəbəkəsinə də məhz bu səbəbdən daxil olmuşdur və sadəcə olaraq yadından çıxdığı üçün oradan çıxış etməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, hələ məktəbdə oxuduğu dövrdə onun informasiya texnologiyaları sahəsinə marağı yaranmış, 2009-cu ildə 6 aylıq “Microsoft Office” proqram təminatından kurs almış, daha sonra “heldesk” (ilkin texniki biliklər) öyrənmiş, bir müddət sonra açıq internetdən resurslarından “NETWORK” (şəbəkə), əməliyyat sistemləri və developer (proqramlaşdırma dilləri) sahəsini, “reverse” (tərsinə mühəndislik), “exploit developer” və “research” (istismar mühəndisliyi və araşdırmaçılığı) və “malware” (zərərverici proqramların yazılması, hazırlanması və istismarını) öyrənmiş, həmçinin “blockchain web3 security” (mərkəzləşdirilməmiş sistemlərdə təhlükəsizlik auditi) sahəsində təcrübə qazanmış və “OSCP” (sistemlərə sızma) və “CCİE” (ekspert səviyyəsində şəbəkə bilikləri) sertifikatları almışdır. Peşəkar İT sahəsində ilk dəfə müxtəlif hüquqi şəxslərə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərməyə başlamış, 2021-ci ildən isə "xxxx" MMC üçün xidmətlər göstərmiş, Həmin şirkətdə icraçı direktor olduğu "xxxx" MMC vasitəsilə müqavilə əsasında işləmiş, "xxxx" MMC-nin direktoru Abdulayev Hikmət olmuş, Şahid1 həmçinin "xxxx" MMC-yə rəhbərlik etmiş, "xxxx" MMC-nin rəsmi olaraq 3 işçisi olmuş, Mühasib Lalə xanım həmçinin "xxxx" MMC-nin mühasibi olaraq çalışmış, 2021-ci ildən hazıradək "xxxx" MMC-yə göstərdiyi xidmətlərə görə ümumilikdə 80000 manat və 10000 ABŞ dolları pul almış, bütün əməliyyatları “HP” və “Mac” markalı kompüterlər vasitəsilə icra etmişdir. “exploit.in” forumunda “Shrinbaba” təxəllüsü ilə 2021ci ildən iştirak etmiş, həmin forumu “pentest” sahəsini öyrənmək və həmçinin əldə olunmuş kiber məlumatların alqı-satqısı üçün istifadə etmiş, “Shrinbaba” təxəllüsü ilə 2022-ci ilin sonlarında 2023-cü ilin əvvəllərində yaşadığı ünvan 3 ünvanında "xxxx" şirkətinə kiber hücum etmiş, oyun tətbiqlərinin mənbə kodlarını əldə edib açıq informasiya resurslarında paylaşmış, həmin daxil olma qanunsuz hesab edilsə də, İT sahəsində olan şəxslər arasında prestij kimi qiymətləndirilmiş, bundan başqa X3 məxsus və Əsasən peyk antenaları sahəsində fəaliyyət göstərən “Telesat” şirkətinin serverinə qanunsuz daxil olaraq həmin şirkətin robotik cihazın kodlarını əldə edib özündə saxlamış, bunu sadəcə əldə etdiyi “bug” (boşluq) istifadə edə bilmək üçün etmiş, Bundan başqa dövriyyəsi 200 milyard ABŞ dolları olan və İT sahəsində xidmət göstərən software domain şirkətinə “bug” vasitəsilə daxil olsa da, 1 gün sonra həmin serverə girişi bloklanmış, “Shrinbaba” dan başqa “fluxter” təxəllüsündən də istifadə etmiş, hər iki şirkətə hücumları istifadəsində olan noutbuklar vasitəsilə etmiş, əldə etdiyi elektron məlumatları özünə məxsus olan və üzərində “everest” yazısı olan sərt yaddaş qurğusunda saxlamış, 2024-cü ilin əvvəllərində “exploit.in” forumunda yüzdən çox dünya şirkətlərinin sızdırılmış məlumatlarını görmüş, həmin şirkətlərin içərisində Azərbaycana məxsus "xxxx" MMC-nin daxili şəbəkəsinə daxil olmaq üçün istifadə olunan giriş məlumatlarının olduğunu bilmiş, həmin məlumatları 08 yanvar 2024-cü il tarixdə əldə etmiş, Bir gün sonra, yəni 09 yanvar 2024-cü il tarixdə həmin məlumatlardan istifadə edib həmin şirkətin daxili şəbəkəsinə qanunsuz olaraq daxil olmuş, həmin qoşulmanı istifadəsində olan “MACBOOK” markalı noutbukdan istifadə edərək X11 Əhmədov küçəsində yerləşən və kirayə əsasında yaşadığı ünvandan qanunsuz giriş etmiş, Həmin girişi etdiyi zaman evdə tək olmuş, bunu həmin şəbəkənin giriş məlumatlarının doğru olub olmadığını yoxlamaq üçün etmiş, bundan sonra 11-12 yanvar 2024-cü il tarixdə yenidən həmin girişin yenidən aktiv olub olmadığını yoxlamaq üçün eyni qaydada giriş etmiş, həmin qanunsuz qoşulmaları VPN vasitəsilə etmiş, VPN vasitəsilə edildiyi zaman həmin qoşulmanı edən şəxsi müəyyən etmək çətinləşmiş, Lakin istifadəsində Mac markalı noutbuku olduğundan kompüter işə salındığı zaman qoşulmanı VPN istifadə etmədən qoşulma baş vermişdir. Onun “ALPHVA black cat” və “Lockbit” kimi kibercinayətkar qruplarla münasibəti olmuş, həmin qruplara üzv olmasa da onların nümayəndələri ilə mütəmadi əlaqə saxlamış, əlaqəsinin məqsədi isə əldə etdiyi məlumatların satışını təmin etmək olmuş, “ALPHVA black cat” ilə ilk dəfə 2023-cü ilin sonlarında forumda “Carnaval” ləqəbli şəxslə danışıqlar apardığı zaman əlaqə qurmuş, Carnaval həmin qrupun üzvü olmaqla onunla sistemlərə giriş məlumatların əldə edilməsi istiqamətində yazışmalar aparmış, “Carnaval”-a ABŞ-a məxsus sığorta şirkətinin “Access” (giriş məlumatlarını) 500 ABŞ dollarına satmış, həmin şirkətin “Access” məlumatlarını şirkətin serverində olan açıqlar vasitəsilə etmiş, Ödəniş bitcoin vasitəsilə edilmiş, bundan başqa Argentina şirkəti olan və dəniz texnikaları istehsal edən şirkətin giriş məlumatlarını 350 ABŞ dollarına fərdi alıcıya satmış, həmin şəxsin təxəllüsü xatırlamamış, Ödəniş isə Belə qanunsuz məlumatların satışı izlənməməsi üçün “bitcoin” vasitəsilə edilmişdir. Bu kimi qanunsuz yolla daxil olub əldə etdiyi giriş məlumatlarını “bitcoin” qarşılığında müxtəlif alıcılara satmış, bu fəaliyyətinə 2022-ci ilin ortalarından başlamış, sonuncu dəfə isə Carnaval ləqəbli şəxsə satmış, həmin “ALPHVA black cat” qrupu rusların xaker qrupu olmuş, Hazırda özü zərərverici proqram təminatları olan “ransomware”, “SPY” sistemi, “stealer” və s. yaratmış, Həmin proqram təminatları özünə məxsus “Macbook” noutbukda və HDD sərt yaddaş qurğusunda saxlamış, bundan başqa “0day” - aşkar olunmamış təhlükəsiz boşluqlarını analiz edib özündə saxlamış, bir çox serverləri analiz edib həmin “0day”ləri tərtib etmiş, Zərərverici proqram təminatları yaratdığı zaman İdrak şirkətinin rəhbəri Hikmət müəllimdən razılıq almış, Həmin proqramları virtual maşınlarda test etmiş, və işlək vəziyyətdə olmuşdur. Bundan başqa mobil telefonlara və əməliyyat sistemlərinə uzaqdan quraşdırılmaqla həmin sistemlərə daxil olmaq, mətn mesajlarını oxumaq, zəngləri izləmək, parolları toplamaq, məkan və hərəkət trayektoriyasını izləmək, həmin cihazların mikrofon və kamerasına daxil olmaq və mümkün proqramlardan məlumatları ələ keçirmək üçün “RANSOMWARE” “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompüter proqramını yaradıb özümə məxsus olan kompüter və yaddaş qurğularında saxlamış, həmin zərərvericilərin köməyi ilə kiber hücumlar etmiş, Göstərdiyi proqramları özün də saxlamaq məqsədi böyük şirkətlərin serverlərinə daxil olub məlumatları əldə etmək olmuş, “Harddisk”ində də “Supersonic studios” və “Telesat” şirkətlərindən qanunsuz əldə etdiyi məlumatlar mövcud olmuş, Həmçinin noutbuklarında etdiyi qoşulmaların izləri mövcud olmuş, bəzi ziyan vericilər barədə Şahid1 də bildirmiş, Hikmət isə bunların tətbiqi sahəsini müəyyənləşdirməyə çalışmışdır. Törətdiyi kibercinayətlər barədə Etibar adlı dostuna bildirmiş, Etibar ona “development” və “test” sahəsində texniki dəstək vermiş, Zərərverici proqram hesab edilən “malware”i onunla birlikdə 2023-cü ildə yaratmış, Etibarla 2021-ci ildə “xxs.is” forumunda tanış olmuş, Etibar həmin vaxt “Yashma” proqramını tərtib edib təqdim etmiş, həmin proqram kiçik ölçülü “ransomware” tipli zərərverici olmuş, tanışlığı da məhz bu barədə danışıqlar apardığı zaman yaranmış, Bundan əlavə, forumlarda müəyyən etdikləri müxtəlif şirkətlərin giriş məlumatlarının aktiv olub-olmamasını yoxlamaq və digər məqsədlər üçün 2021-ci ildən 2024-cü ilə qədər şirkətlərin daxili şəbəkəsinə qanunsuz daxil olmuş, Etibarla yalnız “telegram” vasitəsilə əlaqə saxlamış, Bir və ya iki dəfə isə görüşmüş, heç bir anket məlumatını bilməmiş, Etibara hətta “Ultra” şirkətinə etdiyi kiber hücum barədə də demiş, Etibar həmin vaxt telegramda “User Elshen” adı ilə qeydiyyat keçmiş, Sonradan isə işlərin çoxluğu ilə əlaqədar görüşlər baş tutmamış, Əlaqələri yalnız Telegram vasitəsilə davam etmişdir. Həmçinin bugbounty (boşluq uduşu) fəaliyyəti ilə məşğul olmuş, Həmin fəaliyyətə əsasən proqram təminatlarının mənbə kodlarında əldə etdiyi boşluqları geri bildirdiyi zaman ona ödəniş edilmiş, ən yuxarı məbləğdə 7000 ABŞ dolları pul qazanmış, Kibercinayətkarların olduğu sahədə fəaliyyət göstərdiyinə görə gizlilik və təhlükəsizlik baxımdan bütün ödənişləri kriptovalyuta vasitəsilə etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi süburı və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrar daxil olmuş, kompyuter sisteminə, kompyuter sistemindən və bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasını, buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirmiş və hazırlanmasının əsas məqsədi CM-nin 271-272-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi olan kompyuter proqramlarını istehsal edib saxlamaqla, habelə istifadə etməklə cəmiyyətin və ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına əhəmiyyətli zərər vurmaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs internet formunda tanımış, həmin vaxt “YASHMA” təxəllüsündən istifadə etmiş, buna görə Tural onunla əlaqə saxlamış, ilk olaraq həmin forumda, daha sonra isə Telegram tətbiqi vasitəsilə əlaqə saxlamış, “User Elshen” adı ilə qeydiyyatdan keçdiyi Telegramdan əlaqə saxlasalar da, bir birilərinə nömrələrini verməmiş, Turalla ilk əvvəllər hazırladığı Yashma adlı zərərverici proqram təminatı barədə söhbətlər etmişdir, Tural həmişə bu tipli zərərverici proqramlara maraq göstərirmiş, hətta özü də elə proqramlar yaratmış və ya internet üzərindən əldə edib istifadə etmiş, Tural ölkə xaricində yerləşən adlarını bildirmədiyi şirkətlərə daxil olduğunu, həmin sistemlərdən məlumat əldə etdiyini demişdir. Təqsirləndirilən şəxslə 1-2 dəfə görüşmüş, X6 rayonunda tək yaşadığı mənzildə olmuş, Tural həmin vaxt “HP” və “MAC” markalı noutbuklar istifadə etmiş, görüşləri kiber sahədə biliklərini artırmaq, yaratdıqları zərərverici proqramların iş fəaliyyətini test etmək məqsədilə etmiş, Tural ona hansısa şirkətin serverinə daxil olmağa çalışdığı, lakin cəhdlərinin uğursuz olduğunu demiş, Turalın kiber sahədə bacarıqlarını bəyənsə də, yenilik qatmadığını düşündüyündən görüşləri dayandırmış, bundan sonra bəzən telefonla əlaqə saxlamışdır. Tural bir dəfə ona zəng edərək Azərbaycan Respublikasına məxsus “Ultra” və ya “Ulduz” adlı şirkətə qoşulmağa cəhd etdiyini və bu qoşulmanın uğurlu olduğunu bildirmiş, lakin onun üçün əhəmiyyətli olmadığından Turalın dedikləri ilə maraqlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs adını xatırlamadığı şəxsin xahişi əsasında işə götürmək üçün qəbul etmiş və işə götürmüş, Təqsirləndirilən şəxs kibertəhlükəsizlik sahəsində kifayət qədər təcrübəsi olduğunu, təhlükəsizlik sisteminin boşluqları (0day) və digər bənzər boşluqların müəyyən edilməsi üçün tətbiq olunan zərərverici proqram təminatlarının hazırlanıb satışından yuxarı məbləğdə gəlir əldə etməyin mümkün olduğunu bildirmiş, Turalın təklifləri maraqlı gəldiyindən onunla iş görmək qərarına gəlmiş, Tural yeni olduğundan onu “X7” MMC-yə işə götürməmiş, şirkət yaratmasını, işləri həmin şirkətin adı altında icra etməsini tapşırmış, Tural isə müvafiq olaraq "xxxx" MMC-ni onun adına təsis etmiş, Şirkətin icraçı direktoru isə Tural olmuş, Təqsirləndirilən şəxs özünü fəaliyyəti ilə təsdiq etdikdən sonra onu İdrak MMC-də işə götürmək istəmişdir. 2021-ci ildən indiyə kimi isə həmin şirkətin adı altında müəyyən layihələrin icrasını həyata keçirmiş, Təqsirləndirilən şəxs ilk əvvəllərdə bildirdiyi və istehsal etmək niyyətində olduğu proqram təminatları barədə ciddi pullar qazanmağın mümkün olduğunu və həmin proqram təminatlarının satışı üçün köməyinə ehtiyacı olduğunu bildirmiş, o isə ona layihələrin satışını təşkil edəcəyini bildirmiş, Bunda məqsədi Turalın iş potensialını müəyyən etmək olmuşdur. "xxxx" MMC İdrak MMC ilə arasında olan müqavilə əsasında fəaliyyət göstərmiş, "xxxx" MMC-yə ümumilikdə 80000 manat pul köçürülmüş, Həmən pulu isə Turalın ona bildirdiyi “Zeroday”-lərin və “zeroday” xarekterli təhlükəsizlik boşluqlarını aşkar edən zərərverici proqram təminatların icrası üçün onun tapşırığı əsasında köçürülmüş, Həmin proqram təminatlarında işlərin görülməsinə başqa şəxsləri cəlb edib-etməməsindən xəbəri olmamış, Turala isə bir dəfə nağd formada pul vermiş, Tural maddi imkanının çox zəif olduğunu hər zaman bildirmiş, bu nağd pulu ona dəstək üçün vermişdir. Tural ona aprel ayında 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasına məxsus olan iki şirkətə - Ultra Tecnologies MMC-yə və adını xatırlamadığı digər şirkətin informasiya sisteminə qanunsuz olaraq daxil olduğu bildirmiş, o isə həmin vaxt ona iradını bildirmiş, qanunsuz fəaliyyətində Azərbaycana məxsus informasiya sistemlərini hədəf almamasını dəfələrlə bildirmiş, Turalın hazırladığı proqram təminatları zərərverici sayıldığından həmin layihələrin nəticəsində əldə olunan proqram təminatlarını test üçün xarici serverlərdə etməsini bildirmişdir. Tural həmin proqram təminatlarına dair məlumatları icra etməkdə olduğu və icra edəcəyi layihələr kimi ona təqdim etmiş, Turalla o ay ərzində təxminən 1 və ya 2 dəfə görüşmüş, Həmin layihələr isə görüş zamanı ona bildirdiyi layihələr olmuş, həmin məlumatları onun tələbi ilə və yaxud özü ona göndərmiş, Həmin layihələrin icrası üçün pul ayrılması nəzərdə tutulmuş, ilkin olaraq qeyd etdiyi 80000 manat pul onun göstərişi üçün zərərverici proqram təminatlarının layihələrinin icrası məqsədilə 2021-2024-cü il tarix aralığında hissə-hissə ona ödənilmiş, bir dəfə isə Təqsirləndirilən şəxs hazırladığı “zeroday” tipli proqram təminatının işlək vəziyyətdə olduğunu göstərmək üçün test yoxlanışı keçirmiş, həmin proqram təminatının adını hazırda xatırlamır. O Turala "xxxx" MMC vasitəsilə pul köçürülməsinə göstəriş verdikdən və həmin ödəniş edildikdən sonra Tural ona bildirdiyi zərərverici proqram təminatlarının layihəsini hazırlamağa başlamış, Tural proqram təminatlarının adlarını ona bildirsə də xatırlamamışdır. Onun işləri çox olduğuna görə Turalın yazdığı mesajlara diqqətlə baxmasa da, Tural ona həmişə layihələrinin təsdiqi və satışdan pul qazanmağın mümkün olduğunu ona sübut etmək üçün göndərmiş, Turalın ona təqdim etdiyi layihələri icra etməsinə ona icazə vermiş, bir layihənin icra müddəti uzun illər aldığından Turala layihə tam hazır olandan sonra onun satış məsələsinin mümkün olduğunu bildirmiş, Bu tip layihələrin satışını indiyə kimi etməsə də, Qazaxıstan, Rusiya Federasiyasına və digər ölkələrə məhsul satışı edilmiş, Qazaxıstana elektron qolbaqların satışını, Rusiya Federasiyasına isə “Təhlükəsiz şəhər” kamera və monitor sisteminin satışını icra etmiş, Təqsirləndirilən şəxs ona layihələrini təqdim etdiyi zaman qrup halında proqram təminatlarında boşluqları müəyyən edən sistemlər hazırladıqlarını, bunun üçün daxildə və xaricdə adlarını bildirmədiyi şəxslərlə işlədiyini demiş, Lakin onun hansı qruplara üzv olduğunu bilməmiş, həmin proqramları hazırladığı zaman yalnız xarici ölkələrin serverlərində yoxlamasını bildirmiş, Proqram təminatları ölkə daxilində yalnız İdrak MMCdə da Tural üçün ayrılacaq serverdə yoxlanılması nəzərdə tutulmuş, hətta Təqsirləndirilən şəxs layihələri ilə bağlı bildirdiyi yeni informasiyalar barədə məlumatlı olmadlığı üçün onu müavini Emil İsmayılova yönləndirmiş, Emil onunla əlaqə saxlayıb proqram təminatlarında boşluqlarla bağlı layihələr barədə məlumat almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.2.1 və 273-1.1-ci maddələri ilə cinayət işi başlanmışdır. (Cild 1, İ/V. 02) “Tutulma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 19:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, İ/V. 95) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.2.1 və 273-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 145-146) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-335/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 169-173) Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən 14 iyun 2024-cü il tarixli 9-1818 saylı məktubla daxil olmuş arayışdan görünür ki, "xxxx" MMC-nin əməkdaşının istifadəçi adı və şifrəsindən istifadə edilməklə həyata keçirilmiş kiberhücum nəticəsində şirkətə məxsus kompüter sisteminə qanunsuz girişin əldə edilməsi, müvafiq məlumat bazalarının şifrələnməsi və məlumatların açılması üçün 480.000 ABŞ dolları dəyərində “Bitcoin” kriptovalyutasının tələb edilməsi barədə sözügedən şirkətdən daxil olmuş müraciət araşdırılmış, aparılmış araşdırma zamanı, ünvan 5 ünvanında kirayənişin qismində yaşamış - xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, həmin rayonun Dəllər Cırdaxan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Telekom invest” internet provayderinə məxsus 94.20.67.33 (xx.xx.2024 saat 01:04 və 05:27) 94.20.66.221 (xx.xx.2024 saat 15:27, 15:28 və 15:45) və 94.20.66.226 (xx.xx.2024 saat 5:22, 06:23 və 08:11) İP ünvanlarından istifadə etməklə qeyd olunan şirkətin kompüter sisteminə qanunsuz daxil olduğu müəyyən edilmişdir. Bundan başqa, sözügedən şirkətə məxsus kompüter sisteminin şifrələnməsi zamanı Ramsomware” xarakterli kiberhücumlar həyata keçirən transmilli “ALPHV Blackcat” kibertəhdid qrupunun istifadəsində olan Fransaya məxsus 51.159.103.112 və Lüksemburqa məxsus 92.223.89.55 İP ünvanları müəyyən edilmişdir. Bununla əlaqədar Avropa Şurası kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən fəaliyyət göstərən 24/7 kontakt punktu vasitəsilə Fransa İP-sinə dair verilənlərin mühafizəsi 2024-cü ilin avqust ayının 03-dək təmin edilmişdir. Lüksemburq tərəfindən verilənlərin mühafizə edilməsi barədə hazıradək cavab daxil olmamışdır. Müvafiq məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında, o cümlədən onun istifadəsində olan “Apple MacBook Pro” və “HP Probook” markalı noutbuklar, “Apple İphone 11” markalı mobil telefon və “Everest” markalı sərt diskə baxış keçirilmiş və onun izahatı alınmışdır. Təqsirləndirilən şəxs izahatında "xxxx" MMC-nin məlumatlarını cari ilin yanvar ayının 09-da haker forumlarında gördüyünü və həmin məlumatların doğruluğunu yoxlamaq məqsədilə şirkətin kompüter sisteminə bir neçə dəfə giriş etdiyini, lakin məlumat bazalarının şifrələnməsi prosesində iştirak etmədiyini və bu barədə məlumatlı olmadığı bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan avadanlıqların tədqiqi nəticəsində onun istifadəsində olan “Apple” markalı “MacBook Pro” modelli “Calil” adlı “C02YW0U4LVCJ” seriyalı və “HP” markalı PRobook 450 G7” modelli "xxxx" seriyalı kompüterləri vasitəsilə "xxxx" MMC-nin kompüter sisteminə qanunsuz daxil olduğu təsdiqlənmiş, həmçinin müxtəlif şəbəkə, tətbiq və kompüter sistemlərində mövcud təhlükəsizlik boşluqlarının qanunsuz istismarı, kibermüdaxilənin təşkili və nəticədə dayanıqlılığın təmin edilməsi üçün nəzərdə tutulmuş müxtəlif vasitələr və təlimatlar müəyyən edilmişdir. Eyni zamanda, gizli yazışmaların və məlumat mübadiləsinin aparılması üçün müvafiq tətbiqlər, ziyanvericilər vasitəsilə əldə edilmiş müxtəlif hesablar, fərdi və kompüter məlumatları, şifrələr, kriptocüzdanlar, eləcə də “Phishing”, “Ransomware”, “RCE”, “Credential stuffing” kimi kiberhücum və istismar metodlarını tətbiq etmək üçün zəruri tətbiqlər, kodlar, boşluq məlumatları, video və mətn formatında təlimatlar aşkar edilmişdir. Həmçinin, götürülmüş xarici sərt diskin yaddaşında saxlanılan fayllar arasında “Phishing” kiberhücumlarının təşkili üçün icraçı kodlar, “Ransomware” hücumlarının təşkili üçün həllər, fərdi və kompüter məlumatlarını gizli metodlar ilə qanunsuz ələ keçirilməsi üçün ziyanverici proqram təminatları müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan “Apple İphone 11” markalı mobil telefonun “Telegram” messencerində onun “User Elsen” adlı istifadəçi ilə “DarkNet” və “Exploitin’’ platformalarına sızdırılmış müxtəlif təşkilatların giriş məlumatlarından (istifadəçi adı və şifrə) istifadə edərək kompüter sistemlərinə qanunsuz daxil olduqları və istismar edəcəkləri təhlükəsizlik boşluqları barədə müzakirələr apardıqları, eləcə də Azərbaycanda fəaliyyət göstərən şirkətlərin kompüter sistemlərinə qanunsuz giriş imkanlarını araşdırdıqları, kiberinsidentin izlərinin müəyyən edilməməsi üçün “VPN” şəbəkəsindən istifadə etmələri barədə danışıqlar apardığı məlum olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus sərt yaddaş qurğusuna baxış keçirildiyi zaman 24 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus "xxxx" şirkətinə kiber hücum edərək “25.3 gb” həcmində məlumatlar ələ keçirməsi, 08 fevral 2022ci ildə X3 məxsus Telesat şirkətinə kiberhücum edərək həmin şirkətin serverindən “1.03 gb” həcmində məlumatları ələ keçirməsi və həmin məlumatları sərt yaddaş qurğusunda saxlaması müəyyən edilmişdir. “User Elsen” adlı istifadəçinin – xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" QSC-də İT təhlükəsizlik üzrə inzibatçı işləyən, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27/216-da qeydiyyatda olan Şahid2 olduğu müəyyən edilmişdir. Şahid2 “Exploitin’’ platformasında “Yaşma” adlı “Ransomware” xarakterli zərərverici proqram təminatının satışı zamanı Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs telefonuna baxış zamanı onun “X4” şirkətinin prezidenti Şahid1lə zərərverici proqram təminatının alışı ilə bağlı danışıqları müəyyən edilmişdir. (Cild 1, İ/V. 10-11) Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən 10 iyun 2024-cü il tarixli 4/1-1105 saylı məktubla daxil olmuş arayışdan görünür ki, "xxxx" şirkətində baş vermiş kiberinsidentin araşdırılması çərçivəsində, Təqsirləndirilən şəxs məxsus avadanlıqların tədqiqi Kibertəhlükəsizlik əməliyyatları mərkəzində həyata keçirilmişdir. Aparılmmış tədqiqatların nəticəsində Təqsirləndirilən şəxs məxsus bir ədəd Apple MAcbook Pro markalı Calil adlı C02yW0U4lVCJ seriyalı və bir ədəd HP markalı PRobook 450 G7 odelli 5cD1206NSX seriyalı notebook tipli kompüterlərdə Ultra şirkətinin informasiya inftrastrukturuna, hüququ olmadan qəsdən daxil olma faktları aşkalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs avadanlıqlarında Ransomware Phising RCE və digər kibermüdaxilə və istismar üsullarının geniş tədbiq edilməsinə dair kifayət qədər izlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd “iphone 11” markalı **********25042 nömrəli “C2E35N72P" seriyalı mobil smartfon işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Mobil smartfonun yaddaşında "bookmarks", "autofill", "Chrome history" bölmələrində müxtəlif “DDOS” “Ransomware", "RAT" tətbiqlərinin və kibertəhdid vasitələrinin yayımını təşkil edən mənbələr hostinq xidmətləri, müxtəlif xaker forumları, təhlükəsizlik boşluqların istismarına dair mənbələr kibermüdaxilə alətləri, boşluq skanerləri, “jabber” əsasında ani mesajlaşma tətbiqləri, virtual özəl şəbəkələrin qurulması üçün mənbələr, anonim e-poçt xidmətləri, açıq kəşfiyyat mənbələri kriptovalyuta xidmətləri və s kiberhücum, kriptovalyuta, ziyanverici məzmunlu məlumatların istifadəsinə dair əsaslandırılmış izlər müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus "MacBook Pro" markalı “Calil" adlı “C02YW0U4LVCJ" seriyalə notebook tipli kompüterdən istifadə edərək "a.elshan" hesabı adından “Ultra” şirkətinin “vpn.ultra.az" ünvanlı virtual özəl şəbəkəsinə cari ilin 09 və 12 yanvar tarixlərində qanunsuz müdaxilə etməklə giriş və çıxış əməliyyatları həyata keçirmişdir Bundan başqa, "notebook” tipli kompüterin yaddaşında müxtəlif şəbəkə tətbiq və kompüter vasitələrində mövcud təhlükəsizlik boşluqlarının qanunsuz istismarı, kıbermüdaxilələrin təşkili və nəticədə dayanaqlılığın təmin edilməsi üçün nəzərdə tutulmuş müxtəlif vasitələr, təlimatlar müəyyən edilmişdir. Gizli və təhlükəsizlik yazışmaların və məlumat mübadiləsinin aparılması üçün müvafiq tətbiqlər aşkarlanmışdır. Həmçinin baxılan kompüterin yaddaşında ziyanverici fəaliyyət nəticəsində əldə edilmiş müxtəlif hesablar, fərdi və kompüter məlumatları giriş adları, şifrələr, kriptocüzdanlar, tokenlər və s. məlumatlar müəyyələşdırilmışdir. Tətdiq olunan bir ədəd üzərində “Everest” yazıları olan “Lor" adlı xarici sərt diskin yaddaşında ümumilikdə 477 gb həcmində 744 783 ədəd müxtəlif formatlı və təyinatlı fayl aşkarlanmışdır. Keçirilmiş baxış nəticəsində qovluqlarda saxlanılan fayllar arasında fişinq hücumların təşkil edilməsi üçün icraçı skriptlər, “ransomware” kiberhücumların təşkili uçun həllər, fərdi və kompüter məlumatların gizli metodlar ilə qanunsuz ələ keçirilməsi üçün ziyanverici proqram vasitələri aşkar edilmişdir. Eyni zamanda, xarici yaddaş diskində kibermüdafiə və kiberhücum əməliyyatlarının keçirilməsi üçün təlimatlar, proqram təminatları aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd “HP” markalı “Probook 450 G7” modelli 5CD1206NSX4 seriyalı noutbuk tipli kompüterdə “VPN” özəl şəbəkələrə qoşulmaq üçün “Globeprotect” və “CİCSO any Connect” tətbiqləri aşkarlanmışdır. Həmçinin kompüterin yaddaşında “White Snake” adlı fərdi məlumatların qanunsuz ələ keçirilməsi üçün nəzərdə tutulmuş ziyanvericinin çalışdığı müəyyən edilmişdir. Baxılan kompüterin göstəriciləri xx.xx.2024-cü il tarixdə Ultra şirkətinin informasiya infrastrukturuna qanunsuz müdaxilələri həyata keçi kompüterin texniki göstəriciləri ilə eynilik təşkil edir. Təqsirləndirilən şəxs istifadəsində olmuş avadanlıqlarda “Phising” “Ransomware” “RCE” və “Credential Stuffing” kimi kiberhücum və istismar metodları tətbiq etmək üçün zəruri kodları, boşluq məlumatları, video və mətn formatında təlimatlar müəyyən edilmişdir. Əlavə olaraq baxılan avadanlıqların yaddaşında yoluxdurma nəticəsində və digər qanunsuz üsullar ilə əldə edilmiş fərdi, kommersiya və kompüter məlumatları aşkarlanmışdır. (Cild 1, İ/V. 19-34) Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən 24 aprel 2024-cü il tarixli 4/1-1105 saylı məktubla daxil olmuş arayışdan görünür ki, DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin, İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsinin və “Ultra” şirkətinin (bundan sonra Şirkət) İT şöbəsinin əməkdaşlarının iştirakı ilə şirkətin informasiya infrastrukturunda baş vermiş kiberinsidentin araşdırılması məqsədilə aidiyyəti avadanlıqlara baxış keçirilmiş, müvafiq informasiya sistemlərindən məlumatlar toplanılmış, şirkətin İT üzrə məsul əmədkaşları ilə təhlükəsizlik boşluqlarının, mümkün hücum vektorlarının ətraflı müzakirəsi aparılmışdır. Aparılan araşdırma zamanı virtual kompüterlərin rəqəmsal nüsxələri, ümumi şəbəkə trafikinin çıxarışları, şəbəkə üzərindən qoşulmalarının siyahısı, şəbəkə infrastrukturunun ümumi quruluşu kimi məlumatlar toplanılmışdır. Bununla yanaşı, şirkətə məxsus elektron poçt xidmətlərini təmin edən server avadanlığında xx.xx.2024-cü il tarixində saat 09:50-09:55 radələrində naməlum “Ransomware” fidyə ziyanvericisinin fəaliyyəti nəticəsində istifadəçilərin “PST” formatlı elektron poçt qutusuna aid 04 ədəd məlumat bazalarının, “dtqzcun” uzantası ilə şifrlənmiş halda olduğu bildirilmişdir. Təqdim edilmiş məlumatlara əsasən belə nəticəyə gəlinmişdir ki, “b.larisa.pst” adlı elektron poçt arxivi, “pst2019.rar” adlı arxiv, “pst2020-delete-xx.xx.2023.rar” adlı arxiv və “s.sebuhi.pst” adlı elektron poçt arxivi xx.xx.2024-cü il tarixində saat 09:50 radələrində naməlum assimetrik kriptoqrafik alqoritmlə şifrlənərək yararsız vəziyyətə gətirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində saat 09:50-də “Data on Your network was exfiltrated and encrypted. Modifying encrypted files will result in permanent data loss! Get in touch with us ASAP to get an offer” məzmunlu bildirişdə şirkətin şəbəkəsindən məlumatların qanunsuz ələ keçirilməsinə və şifrlənməsinə dair bildiriş aşkarlanmışdır. Bundan başqa qaranlıq şəbəkədəki “*.onion” tipli ünvanla təcili əlaqənin saxlanılması və şifrlənmiş məlumatlar üzərində hər-hansı bir düzəlişin edilməməsi tövsiyyə edilmişdir (“THİS İS YOUR PRİVATE USER PANEL ADDRESS, DO NOT SHARE İT WİTH ANYONE! See also: Visit our Blog: http://alphvuzxyxv6ylumd2ngp46xzq3pw6zflomrgghvxeuks6kklberrbmyd.onion Social Media: https://x.com/search?q=%23alphv”). Qeyd olunan kiber insidentin araşdırılması məqsədilə Şirkətin əməkdaşı Elşən Aslanovun istifadəsində olan noutbukun 256 GB həcmində “Samsung” markalı “MZALQ256HAJD-000L2” modelli yaddaşının fiziki surəti (“Lenovo.E0*” adlı 34 ədəd fayllar, md5: a9ee51417946cf3ff6ecc8060b20da2f), “VPN” virtual özəl şəbəkəsinə a.elshan istifadəçi adı ilə qoşulmaların texniki göstəriciləri (kompüterlərin adları, qoşulmalaın İP ünvanları, tarixləri və s.), həmçinin şirkətin şəbəkəsinə və serverlərinə qoşulmalar zamanı diqqətə düşmüş digər texniki izlər aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Baxılan “*.onion” ünvanları və “link” keçidlərinin həmçinin müvafiq istinad materiallarının ilkin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, qeydə alınan kiberinsident “ALPHV BlackCat” kibertəhdid qrupu tərəfindən hədəfə alınmış informasiya infrastrukturu üçün yaradılır. Müvafiq araşdırmalar nəticəsində beynəlxalq kibertəhlükəsizlik bazalarında və kibertəhdidlərin məlumat mübadiləsi sistemlərində “ALPHV BlackCat” qrupunun qanunsuz fəaliyyətinə dair kifayət qədər texniki izlər və müvafiq indikatorlar aşkarlanmışdır. Belə ki, qanunsuz qoşulmaları təmin etmək məqsədilə “ALPHV BlackCat” kibertəhdid qrupu açıq mənbə kəşfiyyatı, sosial mühəndislik metodlarından istifadə edilərək hədəf infrastrukturu ətrafında məlumatları toplamağa çalışır. Bunun üçün hədəf şirkətin texniki dəstək xidməti (Help Desk) adından əməkdaşlar ilə əlaqələrin yaradılmasına cəhdlər göstərilir. Bundan sonra, şirkətin şəbəkəsinə nəzarət edən “Palo Alto” təhlükəsizik tətbiqinin və “Global Protect” virtual fərdi şəbəkə tətbiqinin loq qeydləri araşdırılmış, şübhəli qoşulmalara dair izlərin axtarışı icra olunmuş və digər zəruri tədqiqatlar aparılmışdır. Belə ki, virtual özəl şəbəkə tətbiqi üzərindən “a.elshan” isitifadəçi adından xx.xx.2024-cü il tarixində 5CD1206NSX seriyalı DESKTOP-U1UC04Q adlı 94.20.66.221 İP ünvanlı kompüterdən qoşulmaların həyata keçirilməsi müəyyənləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, “DESKTOP-U1UC04Q” adlı, "xxxx" seriyalı kompüter Şirkətin balansında mövcud deyil, naməlum şəxsə məxsusdur və istehsalçı tərəfindən həmin texniki göstəricilər “HP” markalı kompüterə təhkim olunmuşdur. Bundan başqa, 94.20.66.221 nömrəli İP ünvanının yoxlanılması nəticəsində onun “DeltaTelecom” internet xidmətləri provayderinə məxsus olması müəyyənləşdirilmişdir. Bundan başqa virtual özəl şəbəkə tətbiqi üzərindən “a.elshan” isitifadəçi adından xx.xx.2024-cü il tarixində “C02YW0U4LVCJ” seriyalı “Calil” adlı 94.20.67.33 İP ünvanlı “Apple Mac OS X 13.5.2” kompüterdən qoşulmaların həyata keçirilməsi müəyyənləşdirilmişdir. Daha sonra, araşdırmalar zamanı şirkətin “GlobalProtect” özəl virtual şəbəkə tətbiqi üzərindən 14, 15, 16 və 17 yanvar 2024-cü il tarixində “a.elshan” istifadəçi adından qanunsuz qoşulmaları həyata keçirmiş təhdid aktorları “DESKTOP-E4MPQSU” adlı kompüterdən başqa digər naməlum kompüter vasitələrindən və İP ünvanlardan (92.223.89.55, 51.159.103.112) istifadə etmişlər. Beləliklə şirkətin əməkdaşı olan “a.elshan” adlı istifadəçiyə məxsus hesab adından 14, 15, 16, 17 yanvar 2024-cü il tarixlərində müxtəlif kompüterlərdən 51.159.103.112 və 92.223.89.55 saylı İP ünvanlardan “Ultra” şirkətinin informasiya sisteminə təhdid aktorları müdaxilə etmişdir. Araşdırma zamanı “Ransomware” ziyanvericisi ilə yoluxmuş avadanlıqların yoxlanışı nəticəsində “storage” təyinatlı “HP” markalı “STOREEASY” adlı server aşkarlanmışdır. Serverə “X9 2012 R2 Standart” əməliyyat sistemi yazılmış və ultra.local adlı domenə qoşdurulmuşdur. Baxılan serverdə “b.emin”, “h.khayal”, “k.vadim”, “m.ismayil”, “r.yusif”, “toor”, “Administrator” adlı istifadəçilərin mövcudluğu müəyyənləşdirilmişdir. Serverin mərkəzi sistem fayllarına baxış nəticəsində “dtqzcun” uzatması ilə bir çox şifrlənmiş fayllar aşkar edilmişdir. Ətraflı baxış nəticəsində “HP”, “Script”, “Program files (x86)” adlı qovluqlara cari ilin 16 yanvar tarixində səhər saat 08-09 radələrində düzəliş edildiyi aşkarlanmış, yekunda həmin ünvanlarda icraçı kodlar və onların qalıqları müəyyənləşdirilmişdir. Bundan sonra “Application”, “Microsoft-Windows-Application Server-Applications%4Admin”, “Microsoft- Windows-Application Server-Applications%4Operational” adlı qeydiyyat jurnallarının tədiqi nəticədə hücum vektoru müəyyənləşdirilmişdir. Belə ki, cari ilin 16 yanvar tarixində məsafədən qoşulmaları həyata keçirmək, zəruri ziyanverici komponentləri sistemə yükləmək məqsədilə “ScreenConnect.ClientService.exe” icraçısı işə salınmışdır. Bundan sonra “powershell.msi” çağırışı nəticəsində eyniadlı tətbiq sistemə yazılmışdır. Bundan sonra serverin antivirus tətbiqindən qorunması və gizli fəaliyyətin təşkili üzrə əməliyyatlar icra olunmuşdur. Bu məqsədlə “disableAlarm.ps” adlı icraçı kodun sistemə transferi və icrası nəticəsində antivirus tətbiqinin mühafizə elementləri deaktiv edilmişdir (“The software Protection service has stopped”). Məlumatların şifrlənmiş halda mübadiləsini təmin etmək üçün plink.exe tətbiqinin, terminal emulyatoru “SSH” və “Telnet” protokollarının dəstəyi üçün “putty” tətbiqinin, ziyanverici sistem prosesləri, tətbiqləri və kodları çalışdırmaq üçün “PsExec64” tətbiqinin baxılan sisteminə köçürülməsi müəyyənləşdirilmişdir. “Ultra” şirkətinin informasiya infrastrukturunda xx.xx.2024-cü il tarixində “Ransomware” fidyə ziyanvericisinin fəaliyyəti nəticəsində istifadəçilərin “PST” formatlı elektron poçt qutuları və arxivləri, fayl serverinin, virtual kompüterlərinin xidməti faylları “dtqzcun” uzantası ilə naməlum assimetrik kriptoqrafik alqoritmlə şifrlənərək yararsız vəziyyətə gətirilmişdir. “Palo Alto” təhlükəsizik tətbiqinin loq qeydlərinə əsasən cari ilin 14, 15, 16 və 17 yanvar tarixində “a.elshan” istifadəçi adından qanunsuz qoşulmaları və “Ransomware” tipli yoluxmanı həyata keçirmiş kibertəhdid aktorları “DESKTOP-E4MPQSU” adlı kompüterdən başqa digər naməlum kompüter vasitələrindən və 92.223.89.55, 51.159.103.112 nömrəli İP ünvanlardan istifadə ediblər. Cari ilin 09 yanvar tarixində “Ultra” şirkətinin informasiya infrastrukturuna virtual özəl şəbəkə üzərindən “a.elshan” isitifadəçi adından "xxxx" seriyalı “DESKTOP-U1UC04Q” adlı 94.20.66.221 İP ünvanlı və “C02YW0U4LVCJ” seriyalı “Calil” adlı 94.20.67.33 İP ünvanlı şirkətə aid olmayan kompüterlərdən naməlum məqsədli qoşulmalar müəyyənləşdirilmişdir. (Cild 1, İ/V. 75-84) “Sərt yaddaş qurğusa baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında götürülmüş üzərində “Everest” yazısı olan qara rəngli sərt yaddaş qurğuşuna baxış keçirilən zaman Bu sərt yaddaş qurğusunun 6.25 GB həcmində hissəsi boş, digər hissədə isə müxtəlif fayllar olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə yaradılmış Tas-Telesat qovluğuna baxış keçirildiyi zaman 1.03 GB həcmində faylın olduğu, xx.xx.2023-ci il tarixdə yaradılmış Black Candy qovluğuna baxış keçirildiyi zaman 25.3 Gb həcmində faylın olduğu müəyyənləşdirilmişdir. Həmçinin həmin hard diskdə çox saylı zərərverici proqram faylları aşkar edilmiş və iş üçün əhəmiyyətli hesab olunan bütün fayllar barədə məlumatlar və onların yaradıldığı tarixlər baxış protokoluna əlavə edilmişdir. (Cild 1, İ/V. 191-213) “Noutbuka baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında götürülmüş “MACbook Pro” markalı noutbuka baxış keçirildiyi zaman həmin noutbuk üzərində qanunsuz qoşulmaların edilməsi, eləcə də kiber cinayətlərin törədilməsi məqsədilə istifadə edilən proqram təminatları barədə məlumatlar aşkar edilmişdir. (Cild 2, İ/V. 2-30) “Noutbuka baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında götürülmüş “HP” markalı noutbuka baxış keçirildiyi zaman həmin noutbuk üzərində qanunsuz qoşulmaların edilməsi, eləcə də kiber cinayətlərin törədilməsi məqsədilə istifadə edilən proqram təminatları barədə məlumatlar aşkar edilmişdir. (Cild 2, İ/V. 31-43) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında götürülmüş İphone 11 markalı mobil telefona baxış keçirildiyi zaman həmin mobil telefonda “Whatsapp”, “Whatsapp Business” və “Telegram” kimi ani mesajlaşma tətbiqləri quraşdırılması, ümumilikdə 1425 şəkil mövcud olması, eləcə də Bunların 232 ədədi “Whatsapp” tətbiqində istifadə edilməsi müəyyən edilmişdir. Həmçinin “Whatsapp” tətbiqində Tural adı ilə və +**********33 mobil nömrəsi ilə qeydiyyat keçilmiş, “Whatsapp” tətbiqində Hikmet M idrak adı ilə qeydiyyatdan keçirilmiş və +**********41 nömrəsi ilə aparılan yazışmalar screenshoot funksiyası vasitəsilə baxış protokoluna əlavə edilmiş, “Whatsapp Business” tətbiqində Unknown istifadəçi adı ilə və +**********00 mobil nömrəsi ilə qeydiyyatdan keçilmiş, Hər iki “Whatsapp” tətbiqində eyni profil şəklindən istifadə olunmuşdur. Həmin tətbiqdə müxtəlif şəxslərlə işgüzar söhbətlər aparılmışdır. “Telegram” tətbiqində “Legendhot” adı ilə və +994775700 mobil nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Həmin tətbiqdə istifadəçi məlumatları hissəsində təxəllüs kimi “Shrinbaba” adının istifadə edildiyi müəyyən edilmiş, X10 adlı şəxslər aparılmış söhbət aşkar edilmişdir. (Cild 2, İ/V. 44-58) “Açıq informasiya resurslarına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 13 avqust 2024-cü il tarixdə açıq informasiya resurslarına baxış keçirilməsi zamanı axtarış sistemi olan Google şirkətinin https://www.google.com/search URL linki üzərindən müvafiq olaraq “Telesat”, “Supersonic”, “sızma”, “xaker”, “Shirnbaba”, kiberhücum”” adları üzrə axtarış edilmiş, axtarış zamanı təqdim edilən https://cybernews.com/news/mobile-game-spills-source-code-endangersuser-data/ linkə daxil olduqda məqalənin 14 fevral 2023-cü ildə yerləşdirildiyi müəyyən edilmişdir. Həmin linkdə “10 milyondan çox yükləmə ilə mobil oyun mənbə kodunu tökür, istifadəçi məlumatlarını təhlükə altına qoyur. X2 LTD-dən olan Escalators oyununun yaradıcılarından götürüldüyü iddia edilən məlumatları paylaşıblar. Cybernews tədqiqatçıları hesab edirlər kif pozuntu istifadəçi məlumatlarına təsir göstərə bilər. X12 və Apple-ın Арр Store-da mövcud olan "Escalators" mobil oyununun mənbə kodunun bir neçə məşhur haker forumunda yerləşdirildiyi iddia edilir. Təhdid aktyoru təxminən 600 MB oğurlanmış məlumat toplusunu yerləşdirib. Mənbə kodunun sızması proqramçılar üçün əhəmiyyətli təhlükəsizlik təhlükəsi yaradır, çünki onların əqli mülkiyyəti ifşa oluna bilər.” məzmunda məqalə yerləşdirilmişdir. Həmin linkdə xakerin istifadə etdiyi profil şəkli ilə Təqsirləndirilən şəxs “shirnbaba” təxəllüslü profilində istifadə etdiyi profil şəklinin eyni olması aşkar edilmişdir. https://dig.watch/updates/new-ransomware-gang-cryptnet-discovered linkə daxil olduqdan isə “dəstə öz xidmətlərini 'shrinbaba' istifadəçi adı ilə qaranlıq forum RAMP-də reklam edirdi. Reklamda CryptNet-in proqram təminatının oflayn şifrələmə, kölgə nüsxələrini silmək, ehtiyat nüsxə xidmətlərini söndürmək və danışıqlar üçün söhbət paneli kimi bir neçə xüsusiyyəti ilə dünyanın ən sürətli ransomware proqramı olduğu və aşkar edilə bilməyəcəyi ilə öyünür. ZeroFox yazıb. Dəstə kiberhücum üçün proqram təminatını yerləşdirən hər kəsə qeyri-adi yüksək məbləğdə 90% endirim təklif edir.cZerofax, qara şəbəkənin rusdilli hissəsində tapıldığı üçün dəstənin Rusiya ilə əlaqəsi olduğuna inanır.” məzmunda məqalə aşkar edilmişdir. (Cild 2, İ/V. 59-64) Məhkəmə istintaqı zamanı yuxarıda qeyd olunan qurğulara eləcə də internet informasiya resursuna baxış keçirilmiş və xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024cü il tarixli protokollarda qeyd edilənlər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 dekabr 2024-cü il tarixli 5/1106 ekspert rəyindən görünür ki, təqdim edilmiş üzərində “HP” logosu olan “notebook” tipli kompüter prosessor: İntel(R) Core(TM) İ7-10510U CPU @ 1.8GHz(8 CPUs), ~2.3GHz, operativ yaddaşı: Ram: 8 GB, şəbəkə kartı, səs kartı, usb portları və s. texniki hissələri özündə birləşdirir. Beləliklə, təqdim edilmiş “HP” markalı HP ProBook 450 G7 modelli, “Windows 11 Pro 64 bit” əməliyyat sistemi ilə təchiz olunmuş noutbuk tipli kompüter rəqəmsal yaddaş daşıyıcısı təyinatına malik olmaqla işlək vəziyyətdədir. Təqdim edilmiş üzərində “Apple” logosu olan “notebook” tipli kompüter prosessor: 2,3 GHz 8-X13 İ9, operativ yaddaşı Ram: 16 GB, şəbəkə kartı, səs kartı, Type-C portları və s. texniki hissələri özündə birləşdirir. Beləliklə, təqdim edilmiş “MAcbook PRo” markalı A1990 modelli, “MacOS VEntura 13.5.2” əməliyyat sistemi ilə təchiz olunmuş noutbuk tipli kompüter rəqəmsal yaddaş daşıyıcısı təyinatına malik olmaqla işlək vəziyyətdədir. Təqdim edilmiş üzərində "EVEREST” yazısı olan “500 GB” həcmdə yaddaş tutumuna malik olan xarici yaddaş qurğusu rəqəmsal yaddaş daşıyıcısı təyinatına malik olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Hər hansı bir kompüterdən müəyyən server avadanlıqlarına "İP” vasitəsi ilə məsafədən qoşulmanın müəyyən edilməsi - internet şəbəkəsinə qoşulma, istifadə edilən kompüter, o cümlədən qoşulmanın ünvanlandığı server avadanlığının “İP” ünvanının müəyyən edilməsi, həmçinin bu prosesdə istifadə olunan vasitənin (proqram təminatı) loglarının tədqiq olunması ilə mümkündür. Təqdim edilmiş 02 (iki) ədəd “notebook” tipli kompüterdə məsafədən qoşulma təyinatına malik proqram təminatlarının və məsafədən qoşulma seansına dair izlərin olub-olmamasını müəyyən etmək üçün həmin “notebook” tipli kompüterlərin yaddaşına baxılaraq tədqiqatlar aparılmış, İlk olaraq “notebook” tipli kompüterlərin yaddaşına quraşdırılmış proqram təminatlarına oflayn rejimdə baxış keçirilmiş və daxilində hər hansı “İP” ünvan mövcud olan proqram təminatlarının təyinatları müəyyən edilərək həmin proqram təminatlarındakı “İP” ünvanlar götürülmüşdür. Aparılmış baxış nəticəsində, tədqiq olunan “HP” markalı “HP ProBook 450 G7” modeli “notebook” tipli kompüterin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar götürülərək əlavə edilmişdir. Aparılmış baxış nəticəsində, tədqiq olunan “MacBook Pro” markalı “A1990” modelli “notebook” tipli kompüterin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar götürülmüş, Tədqiq olunan “HP” markalı “HP ProBook 450 G7” modelli və “MacBook Pro” markalı “A1990” modelli “notebook” tipli kompüterlərin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar üzrə internet resursunda axtarış aparılmışdır. Müəyyən edilmiş “İP” ünvanların ölkə daxili və xarici ölkələrə məxsus olmaları müəyyən edilmişdir. Təqdim edilmiş, üzərində “EVEREST” yazısı olan “500 GB” həcmdə yaddaş tutumuna malik olan xarici yaddaş qurğusu rəqəmsal yaddaş daşıyıcısı təyinatına malik olmaqla, halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “HP” markalı “HP ProBook 450 G7” modelli “notebook” tipli kompüterin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar götürülərək cədvəl formasında əlavə edilmişdir. Tədqiq olunan “MacBook Pro” markalı “A1990” modelli “notebook” tipli kompüterin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar götürülərək cədvəl formasında ekspert rəyinə əlavə edilmişdir, Tədqiq olunan “HP” markalı “HP ProBook 450 G7” modelli və “MacBook Pro” markalı “A1990” modelli “notebook” tipli kompüterlərin yaddaşında mövcud olan məsafədən qoşulma, şəbəkə skaneri, İP üzərindən bağlanma, internet brauzeri və digər təyinatlı proqram təminatlarında müəyyən edilmiş “İP” ünvanlar üzrə “https://www.whois.com/whois/”internet resursunda axtarış aparılmışdır. Müəyyən edilmiş “İP” ünvanların ölkə daxili və xarici ölkələrə məxsus olmaları müəyyən edilmişdir. (Cild 2, İ/V. 117-127) 25 dekabr 2024-cü il tarixli 9-3193 say məktubla DTX İqtisadiyyatın əks-kəşfiyyatı təminatı baş idarəsindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X5 Federal TəhlükəsizliyiBürosunun Ankara ofisindən 23 oktyabr və 01 dekabr 2023-cü ildə daxil olmuş məlumatlara əsasən “Shrinbaba” təxəllüslü kiberaktor “Binance” kriptobirjasında hesab yaradan zaman Təqsirləndirilən şəxs kimi qeydiyyatdan keçmiş və qeydiyyat zamanı Elektron ünvan elektron poçt ünvanından və ********** mobil telefonundan istifadə etmişdir. Bundan başqa ABŞ FTB qeyd olunan kiberaktor tərəfindən ABŞ-da fəaliyyət göstərən Telesat şirkətinin giriş məlumatlarını əldə etməsini qeyd edərək Təqsirləndirilən şəxs pasport nömrəsinin C00747274, təvəllüdünün xx.xx.1993 və FİN nömrəsinin xxxxxxx olmasını bildirmişdir. Həmçinin Açıq mənbə kəşfiyyatı zamanı məlum olmuşdur ki, Şirinbaba təxəllüslü kiberaktorun həyata keçirdii kiberhücum nəticəsində Supersonic Ltd MMC-yə məxsus mənbə kodları əldə edilmişdir. (Cild 2, İ/V. 95) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “HP Probook” və “MACbook Pro” markalı noutbuklar, “İphone 11” markalı smartfon və üzərində “Everest” yazısı olan qara rəngli sərt yaddaş qurğusu ittiham üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınaraq saxlanması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. (Cild 2, İ/V. 142) Azərbaycan Respublikasının DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 1, İ/V. 186) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 1, İ/V. 215) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma – təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 272.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi – təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 273-1.1-ci maddəsinə əsasən hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 271.2.1, 272.2.1 və 273-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Lakin bununla bərabər müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.2.1-ci maddəsi üzrə iki epizod üzrə həmçinin 272.2.1-ci maddəsi üzrə törədilmiş əməllər üzrə cinayət 2022-ci ilin fevral və dekabr aylarında törədilmiş, həmin cinayətlərin törədildiyi gündən iki ildən çox müddət keçmişdir. Bununla bərabər qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 8 fevral 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyətini davam etdirərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə X3 məxsus “Telesat” şirkətinin kompyuter sisteminə qəsdən daxil olaraq həmin şirkətə aid ümumi istifadə üçün nəzərdə tutulmayan “robotik” cihaz kodlarını qanunsuz olaraq texniki vasitələrdən istifadə etməklə ələ keçirməsi ilə əlaqədar hərəkətləri (İ epizod üzrə), həmçinin onun 22 dekabr 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyət göstərərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə İsrail dövlətinə məxsus "xxxx" MMC-nin kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətə aid tətbiqlərin ümumi istifadə üçün nəzərdə tutulmayan mənbə kodlarını texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirməsi və qanunsuz olaraq əldə etdiyi məlumatları açıq internet resurslarında şəxsi məqsədləri üçün paylaşması (İİ epizod) üzrə əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.1 və 272.1-ci maddələrinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İ və İİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 8 fevral 2022-ci il və 22 dekabr 2022-ci il tarixlərində baş verməsini, dövlət ittihamçısının göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən xitam verilməsi ilə bağlı təklifini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsinin İ və İİ epizodları üzrə və həmin Məcəllənin 272.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxs ona qarı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, müdafiə tərəfi həmin cinayət üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsinin İ və İİ epizodları üzrə və həmin Məcəllənin 272.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin maddə üzrə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.2.1 (İİİ və İV epizodlar üzrə) və 273-1.1-ci maddələri üzrə cinayət əməlləri hazırkı iş materialları ilə təsdiq edildiyindən təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşlı anasının onun himayəsində olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 271.2.1 və 273.-1.1 maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası həmin maddələrin sanksiyası ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 271.2.1 və 273-1.1 maddələrinin sanksiyalarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Başqa sözlə, ona konkret olaraq “kompüter sistemləri və şəbəkələri ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan” məhrum etmə cəzası da təyin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 1 iyul 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayətin törədilməsində bilavasitə istifadə olunan, daxilində müxtəlif zərərverici və digər xüsusi proqramlar olan iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “HP Probook” və “MACbook Pro” markalı noutbuklar, üzərində “Everest” yazısı olan qara rəngli sərt yaddaş qurğusu gələcəkdə bu kimi halların təkrarlanmaması səbəbi ilə məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş İdarəsindin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “İphone 11” markalı smartfon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 150 (bir yüz əlli) manat məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə “kompüter sistemləri və şəbəkələri ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan” məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 01 il 06 ay müddətinə “kompüter sistemləri və şəbəkələri ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan” məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətə “kompüter sistemləri və şəbəkələri ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan” məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 1 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 8 fevral 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyətini davam etdirərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə X3 məxsus “Telesat” şirkətinin kompyuter sisteminə qəsdən daxil olaraq həmin şirkətə aid ümumi istifadə üçün nəzərdə tutulmayan “robotik” cihaz kodlarını qanunsuz olaraq texniki vasitələrdən istifadə etməklə ələ keçirilməsi ilə bağlı (271.1 və 272.1-ci maddələri üzrə) İ epizod üzrə, həmçinin onun 22 dekabr 2022-ci ildə yaşadığı ünvan 3 ünvanında “exploit.in” kiber cinayətkarlar forumunda “Shrinbaba” təxəllüsü altında fəaliyyət göstərərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə “RANSOMWARE”, “PHİSİNG”, “RCE” və “CREDENTİAL STUFFİNG” adlı xüsusi təhlükəli ziyanverici hesab olunan kompyuter proqramlarından istifadə etməklə İsrail dövlətinə məxsus "xxxx" MMC-nin kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətə aid tətbiqlərin ümumi istifadə üçün nəzərdə tutulmayan mənbə kodlarını texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirmiş və qanunsuz olaraq əldə etdiyi məlumatları açıq internet resurslarında şəxsi məqsədləri üçün paylaşması ilə əlaqədar (271.1 və 272.1-ci maddələri üzrə) İİ epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 və 272.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “HP Probook” və “MACbook Pro” markalı noutbuklar, üzərində “Everest” yazısı olan qara rəngli sərt yaddaş qurğusu məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş İdarəsindin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “İphone 11” markalı smartfon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar