Məhkəmə qərarları › İş №1(004)-163/2018

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-163/2018

01.06.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-163/2018 01.06.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, «Papanin» adlanan yaşayış massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadanqanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsülla alınmış narkotik vasitə hesab edilən təmiz çəkisi 0,603 qram təşkil edən tiryəki 10 manata əldə edib üstündə saxlamaqla daşımış, xx xxxxxx 2018-ci il tarixdə saat 12:30-da Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsi 128 saylı evin qarşısında Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfındən yaxalanaraq həmin polis bölməsinə gətirildikdən sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı R.M.lskəndərov polis əməkdaşlarının təklifınə əsasən yuxarıda göstərilən narkotik vasitəni əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2010-cu ildə narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə həbs olunmuş və üst-üstə üç dəfə altı ildən artıq məhkumluq həyatı yaşamışdır. O, sonuncu dəfə 2017-ci ilin iyun ayında həbsdən azad olunmuşdur. O, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, «Papanin» adlanan yerə getmiş və orada üzdən tanıdığların adını bilmədiyi bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata tiryəki siqaretin gümüşü rəngli kağızına bükülmüş halda aldıqdan sonra əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan piyada gəzə-gəzə Yasamal rayonu, Ü.Əkbərov küçəsi 128 saylı evin qarşısına gəlmişdir. Məqsədi bir qədər gəzdikdən sonra həmin tiryəki qəbul etmək olmuşdur. O, xx xxxxxx 2018-ci il tarixdə saat 12:30-da Yasamal rayonu, Ü.Əkbərov küçəsi 128 saylı ünvanda yerləşən evin qarşısında olduğu vaxtı özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim edən mülki geyimdə olan iki nəfər şəxslər ona yaxınlaşıb ondan şəxsiyyətini təsdiq edən sənəd göstərməsini xahiş etmişlər. Üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığından polis əməkdaşları onu 28-ci PB-nə aparmışlar. Şəxsiyyətini müəyyən etdikdən sonra polis əməkdaşları onu orada baş təhqiqatçı Səyyad Gözəlovun otağına aparmışlar. Baş təhqiqatçı Səyyad Gözəlov hüquqlarının müdafıəsi üçün vəkil Ramiz Mirzəyevi dəvət etmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini izah etdikdən sonra onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra polis əməkdaşları müdafıəçi qismində dəvət olunmuş Ramiz Mirzəyevin iştirakları ilə onun üzərinə şəxsi axtarış keçirməzdən qabaq ondan üzərində qeyri-qanuni əşya varsa təqdim etməsini təklif etmişlər. O, müdafiəçi Ramiz Mirzəyevin iştirakı ilə əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü təqdim edərək bildirmişdir, onun təqdim etdiyi bükümün içindəki maddə tiryəkdir. Ona məxsusdur. O, həmin tiryəki xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, «Papanin» adlanan yaşayış massivində üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldıqdan sonra əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi tiryəki onun və müdafiəçi Ramiz Mirzəyevin iştirakları ilə zərfə qoyub möhürlədikdən və zərfin üstünə hamı kimi o, da imza etdikdən sonra bu barədə protokol tərtib etmişlər. Protokol ucadan oxunmuş, protokolun düzgünlüyü onların imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş «İRHONE» markalı mobil telefon vasitəsi ilə çəkilmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşıdır. xx xxxxxx 2018-ci il tarixdə saat 12 radələrində Yasamal RPİ-nin 28-ci PB-nə Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsində yaşayan “Ramin” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qəbulunda və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq həmin şəxsin ifşa edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin 28-cı PB-nin rəisinə tərəfındən raportla müraciət edilmişdir. Yasamal RPİ-nin 28-cı PB-nin rəisinin göstərişi əsasında xx xxxxxx 2018-ci il tarixdə «Ramin» adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilərək, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə 28-ci PB-də polis sahə rəisi işləyən, polis mayoru Şahid1 daxil edilmişdir. O, xx xxxxxx 2018-ci il tarixdə saat 12:30 radələrində polis sahə rəisi Şahid1la birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Ramin» adlı şəxsin xarici əlamətlərinə oxşar bir şəxsi Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi 128 saylı evin qarşısında görüb ona yaxınlaşdılar. Onlar həmin şəxsə özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd göstərməsi barədə məlumat aldıqda həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ancaq üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs həqiqətən Təqsirləndirilən şəxsdur. Şəxsiyyəti müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs 28-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Gözəlovun iş otağına aparılmışdır. Bundan sonra baş təhqiqatçı Səyyad Gözəlov tərəfındən Təqsirləndirilən şəxs üzərində şəxsi axrarış və götürmə aparılmazdan qabaq hüquqlarını müdafıə edilməsindən ötrü vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axratış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs hüquqlarını müdafıə edən vəkilin iştirakı ilə təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa könüllü təqdim etsin, əks təqdirdə üzərində şəxsi axtarış və götürmə aparılacaqdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi bükümün içindəki maddə tiryəkdir, ona məxsusdur. O, həmin tiryəki xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, «Papanin» adlanan yaşayış massivində üzdən tanıdığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldıqdan sonra əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü açdıqda içində spesifık iyli, tünd qəhvəyi rəngli qətrana bənzər maddə aşkarolunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi spesifık iyli, tünd qəhvəyi rəngli qətrana bənzər maddə onun və vəkilinin iştirakı ilə götürülərək zərfə qoyularaq qablaşdırılmışdır. Zərfın üzəri Azərbaycan Respublikası DİN-nin 167 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfındən imzalandıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, Təqsirləndirilən şəxs və onun vəkili tərəfındən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş «İRHONE» markalı mobil telefon vasitəsi ilə çəkildikdən sonra video çəkiliş bir ədəd DVD diskinə köçürülmüş və protokola əlavə olunmuşdur. Həmin gün Təqsirləndirilən şəxs təqdim etdiyi spesifik iyli, tünd qəhvəyi rəngli qətrana bənzər maddənin narkotik vasitə olub-olmamasını müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Alınmış ekspert rəyi ilə həmin spesifik iyli, tünd qəhvəyi rəngli qətrana bənzər maddənin tiryək olduğu müəyyən edildiyindən toplanmış material Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2018-ci il tarixli, 3306 №saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,603 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,603 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,503 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2018-ci il tarixli 322 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündəcəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X2 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2018-ci il tarixdə tutulmuş, xx.xx.2018-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən buraxılmışdır. Bununla da 2 gün həbsdə olmuşdur. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2018-ci il tarixdə tutularaq həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd Gold markalı DVD-16X disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq dövrü həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olduğu üçün, hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra ona narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 97,95 manat (doxsan yeddi manat 95 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,503 qram narkotik vasitə olan-tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd Gold markalı DVD-16X disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar