Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-163/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz evdə yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 18 radələrində ünvan 3 saylı ünvanın qarşısında Yasamal rayonu M.H.ünvan 4 mənzil 149-da yaşayan Zərərçəkmiş şəxs sol qoluna keçirdiyi içərisində 30 manat pul, 400 manat dəyərində 1 ədəd İphone 8 markalı **********01575 İMEİ kodlu mobil telefon, 500 manat dəyərində bir cüt qızıl sırğa və 100 manat dəyərində 1 ədəd pul kisəsi olan 200 manat dəyərindəki çantanı sonuncunun əlindən alıb həmin yerdən uzaqlaşıb gedərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qeyd edilən əmlakları açıq talamaqla sonuncuya ümumilikdə 1230 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Yasamal rayonunun ərazisində yerləşən 31 nömrəli orta məktəbin yaxınlığında olan zaman ondan 25-30 metr aralıda sol qolunda çanta olan bir qadının piyada getdiyini görmüşdür. Uzun müddət narkotik vasitə olan heroindən istifadə etdiyindən onda narkomaniya xəstəliyi vardır, narkotik vasitə almağa pulu olmadığı üçün həmin qadının əlində olan çantanın içərisində 50-60 manat pul olduğunu düşünərək çantanı onun əlindən götürüb qaçmaq qərarına gəlmişdir. O, ətrafda heç kəsin olmadığına əmin olub qaçıb arxadan qadına yaxınlaşaraq cəld şəkildə qoluna keçirdiyi çantanı onun əlindən dartıb alıb hadisə yerindən uzaqlaşmışdır. Təxminən 400-500 metr qaçdıqdan sonra dalandakı evlərin birinin həyətinə girib çantanı açıb içarisində 1 ədəd “İphone-8” markalı ağ rəngli mobil telefon, 1 cüt qızıl sırğa və 1 ədəd içərisində 30 manat pul olan qadın pul kisəsinin olmasını görmüşdür. Çantada olan mobil telefonu, 1 cüt qızıl sırğanı və 30 manat pulu götürüb, pul kisəsini isə çantanın içərisinə qoyaraq həyətə tullayıb oradan uzaqlaşmışdır. Bədənində ağrılar olduğu üçün keçmiş məhəllə uşağı və dustaq dostu olan Şahid3 yaşadığı məhəlləyə gedərək onunla görüşmüş, görüş zamanı o şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, ailəsinə məxsus qızıl sırğanı Əlinin şəxsiyyət vəsiqəsi ilə satmaq istədiyini bildirmişdir. Əli onunla razilaşaraq yaşadığı evə qalxmış, şəxsiyyət vəsiqəsini götürdükdən sonra birlikdə Mərkəzi Univermağın yaxınlığına getmişlər. Orada tanımadıqları zərgər mağazasına girib Əlinin şəxsiyyət vəsiqəsi ilə həmin qızıl sırğanı 200 manata satmışlar. Bundan sonra onlar Əlinin yaşadığı evin yaxınlığına gedərək orada üzdən tanıdıqları, lakin adını bilmədikləri şəxsdən 30 manata heroin alıb, yaxınlıqda olan dalanda qəbul etmişlər. Narkotiki qəbul etdikdən sonra o, Əliyə bildirmişdir ki, satdıqları qızıl sırğanı 31 saylı orta məktəbin yaxınlığında bir qadının əlindən dartıb aldığı çantanın içərisindən götürmüş, eləcə də həmin çantanın içərisində “İphone-8” markalı mobil telefon da olmuşdur. Əlidən ayrıldıqdan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında olan, əvvəllər “Velotrek” kimi adlandırılan ticarət mərkəzinin qarşısına gəlmiş və orada tanımadığı mobil telefon satışı mağazasına girərək həmin telefonu 50 manata satmışdır. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşlarının onu axtarmasını eşitmiş və tutulacağını bildiyindən 27-ci PB-nə getmiş və hadisəni olduğu kimi danışmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himəyəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində nəvəsinə baş çəkmək üçün yaşadığı evdən çıxıb Yasamal rayonu ərazisində yerləşən 31 nömrəli orta məktəbin yaxınlığında piyada gedən zaman bir oğlan ona arxadan yaxınlaşaraq sol qoluna keçirdiyi içərisində “İphone-8” markalı 356-706-080-401-575 İMEİ kodlu mobil telefon, bir cüt sırğa, 30 manat və 1 ədəd pul kisəsi olan çantanı əlindən alaraq qaçmışdır. Həmin şəxs çox güclü olduğundan ona müqavimət göstərə bilməmiş, onun arxası ilə qaçaraq dayanmasını tələb etmişdir. Bu zaman onun səsini eşidən bir cavan oğlan ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş və o hadisə barədə danışaraq sonradan adını bildiyi Mirzəcanın gaçdığı istiqaməti göstərmişdir. Cavan oğlan ona kömək etmək məqsədi ilə həmin istiqamətə getmiş və bir müddət sonra geri qayıdaraq onun çantasını ona qaytarmışdır. O çantasına baxdıqda içərisində sadəcə 1 ədəd pul kisəsinin olduğunu görmüş, 30 manat pul, “İphone-8” markalı mobil telefon, bir cüt qızıl sırğa isə çantanın içərisində olmamışdır. Son olaraq o,təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində əvvəllər eyni məhəllədə yaşayan və 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman dustaq yoldaşı olan Mirzəcanı yaşadığı məhəllədə görmüşdür. Mirzəcan ona pula ehtiyacı olduğundan yoldaşına məxsus qızıl sırğanı satmaq istədiyini, amma şəxsiyyət vəsiqəsi evdə qaldığından həmin əşyanı sata bilmədiyini deyərək, həmin qızıl sırğanı onun şəxsiyyət vəsiqəsi ilə satmalarını ondan xahiş etmişdir. O, Mirzəcandan qızılın oğurluq olub-olmamasını soruşduqda sonuncu ona həmin sırğanın onun yoldaşına məxsus olduğunu deyərək and içmişdir. Ona inandığından yaşadığı evindən özünün şəxsiyyət vəsiqəsini götürüb Mirzəcan ilə birgə Mərkəzi Univermağın yaxınlığına getmişlər. Orada zərgər dükanlarından birinə girərək satıcıya pula ehtiyac olduğundan sırğanı satmaq istədiyini bildirərək 200 manata satmışlar. Pulu götürdükdən sonra o, Mirzəcan ilə birlikdə onun yaşadığı məhəllənin yaxınlığında üzdən tanıdıqları lakin adını bilmədiyi şəxsdən narkotik vasitə olan heroin alıb birlikdə istifadə etmişlər. Narkotik vasitə təsiri altında olduğu vaxt Mirzəcan ona həmin günü bir nəfər qadının qolundakı çantanı dartıb əlindən almasını və satdıqları həmin qızıl sırğanı da çantanın içərisindən götürdüyünü bildirmişdir. O, Mirzəcana iradını bildirmiş və onlar ayrılmışlar. Səhərisi gün saat 12 radələrində məhəllədə olanda Mirzəcan ona yaxınlaşaraq “İphone-8” markalı mobil telefonu da onun şəxsiyyət vəsiqəsi ilə satmağı təklif etmişdir. O, buna razı olmadığından, Mirzəcan ona “onda gedim telefonu satım, gəlirəm” deyərək oradan getmiş, sonradan geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs evə gələrək ona demişdir ki, həmin gün saat 18 radələrində nəvəsinə baş çəkmək üçün Yasamal rayonu F.İbrahimbəyov küçəsi ilə piyada gedərkən 31 nömrəli orta məktəbin yaxınlığında bir nəfər oğlan ona arxadan yaxınlaşaraq qolundakı çantasını dartıb qaçmışdır. Bundan sonra bir cavan oğlanın köməyi nəticəsində çantası tapılaraq ona qaytarılmış, lakin çantanın icərisində boş pul kisəsindən başqa heçnə olmamışdır. O çantanın icərisində nə olduğunu Elnarədən soruşduqda, Elnarə “İphone-8” markalı mobil telefon, bir cüt sırğa, içərisində 30 manat olan pul kisəsinin olmasını bildirmişdir. Yekun olaraq o təqsirləndirilən şəxs tərəfindən onun yoldaşına dəymiş zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Nokia Star” mağazasında satıcı işləyir. xx xxxx 2020-ci il tarixdə saat 23.00 radələrində işdə olan zaman özünü Mirzə kimi təqdim edən şəxs ona yaxınlaşaraq ağ rəngli İphone-8 markalı mobil telefonu göstərib onu satmaq istədiyini bildirmişdir. O, həmin mobil telefona baxdıqda onun kodda olmasını görmüş və bu barədə soruşduqda Mirzə ona uşaq evdə oynayanda koda saldığını bildirmişdir. O mobil telefonun oğurluq olub-olmamasını soruşduqda Mirzə ona telefonun qutusunu Qazax rayonunda qaldığını və həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir. O, telefonun kodunu açmağa cəhd göstərsədə bunu bacarmamış, bundan sonra telefonu “format” etdikdə “İCloud”a düşərək işləməmişdir. O, Mirzəyə telefonun “İCloud”a düşdüyünə görə telefonu ala bilməyəcəyini bildirmişdir. Bu zaman mağazaya 25-30 yaşlı bir oğlan daxil olaraq Mirzəyə usta olduğunu və həmin telefonu ehtiyat hissəsi kimi ala biləcəyini bildirmişdir. Bundan sonra onların hər ikisi mağazadan bayıra çıxmış və bir daha geri qayıtmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan prospekti 28-də yerləşən zərgərlik dükanını icarə əsasında işlədir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində işdə olan zaman 2 nəfər cavan oğlanın dükana daxıl olmuş, onlardan biri əlində olan qızıl sırğanı göstərərək satmaq istədiyini bildirmişdir. O, sırğaya baxıb onun dairəsinin əzik halda olmasını görmüş və həqiqətən də tərkibinin 5 qram çəkidə 585 əyar qızıldan ibarət olmasına əmin olduqdan sonra həmin sırğaya 195 manat pul ödəyə biləcəyini bildirmişdir. Lakin həmin oğlan 200 manat pula ehtiyacı olduğunu bildirmiş, mümkünsə həmin pulu ona ödəməsini xahiş etmişdir. O, razılaşdıqdan sonra şəxsiyyət vəsiqəsini verməsini istəmiş və sonuncudan qızıl sırğanın cinayət yolu ilə əldə olunub-olunmamasını soruşmuş, həmin oğlan qızıl sırğanın ailəsinə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq məcburiyyətində qalmasını bildirmişdir. Bundan sonra o, həmin oğlanın şəxsiyyət vəsiqəsini tələb edib ona baxdıqda onun Yasamal rayonu M.Sübhi küçəsi ev 161-də yaşayan Şahid3 olduğunu bilmiş və bu məlumatları kitaba qeyd edərək ona 200 manat pulu verib yola salmışdır. Bir müddət sonra Yasamal RPİ-dən polis əməkdaşları onun iş yerinə gəlib Şahid3 ona satdığı qızıl sırğanı cinayətə yolu ilə əldə etməsini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim etmə və götürmə barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 qızıl sırğanın Şahid3 tərəfindən ona satılmasını təsdiq edən məlumatlar olan qızılların alış kitabının sürətini təqdim etmişdir. (i.v. 25) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs çantasının qolundan çıxarıldığı yeri, yəni Yasamal rayonu F.İbrahimbəyov küçəsi 19 saylı ünvanın qarşısını əyani olaraq göstərmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkil çəkilərək cinayət işinin materialına əlavə edilmişdir; (i.v. 46-48) “Könüllü təqdim etmə və götürmə barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus, lakin xx.xx.2020-ci il tarixdə soyğunçuluq nəticəsində əlindən alınaraq hadisə yerindən kənarda yerləşən evlərin həyətinə atılmış 1 ədəd üzərində güllər olan qara rəngli parçadan tikilmiş çantanı və həmin çantanın içərisində olmuş 1 ədəd Tommy Hilfiger markalı göy və qəhvəyi rəngli pul kisəsini, eləcə də cinayət yolu ilə əldə edilmiş sırğanın fotosunu təqdim etmişdir. (i.v 49) “Könüllü təqdim etmə və götürmə barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə işlədiyi zərgər dükanında Şahid3 və yanındakı tanımadığı şəxsin ona qızıl sırğa satmasını əks etdirən foto və video görüntü yazılmış olan 1 ədəd CD-ni təqdim etmişdir. (i.v. 52) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu Tbilisi prospektindəki (əvvəllər Velotrek adlandırılan) “Park-20”də yerləşən “Nokia Star mobile” mağazasını və həmin mağazada işləyən satıcı Şahid4 əyani olaraq göstərmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 73-75) “Tanınma üçün təqdim etmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş çantaları nəzərdən keçirib soldan ikinci sırada qoyulmuş qara rəngli üzərində gül və kəpənək rəsmi olan çantanı göstərib onun əlamətlərindən, formasından və üzərində gül rəsmi olmasından tanıyaraq həmin çantanı ünvan 3 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs sol qolundan dartarıb çıxardığını bildirmişdir. (i.v. 80-81) “Tanınma üçün təqdim etmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş pul kisələrini nəzərdən keçirib soldan birinci qoyulmuş 01 ədəd göy və qəhvəyi rəngli, üzərində HT yazıları olan pul kisəsini göstərib onun əlamətlərindən, formasından və üzərində HT yazısının olmasından tanıyaraq həmin pul kisəsini ünvan 3 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs sol qolundan dartarıb çıxardığı çantada olmasını bildirmişdir. (i.v. 82-83) “Diskə baxış keçirilməsi və ondan çıxarışlar edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş 1 ədəd diskdəki video və foto görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 xx xxxx 2020-ci il tarixdə Şahid2 işlədiyi Səbail rayonu Azərbaycan prospekti 28-də yerləşən zərgərlik mağazasına daxil olur, Şahid3 zərgərə yaxınlaşaraq sol əli ilə paltosunun cibindən çıxardığı əşyanı zərgər R.Alıçanova təqdim edir, Təqsirləndirilən şəxs isə mağazanın girişindəki qapının yanında dayanır, zərgər əşyaya baxdıqda Şahid3 paltosunun iç cibindən şəxsiyyət vəsiqəsini götürərək masada zərgərlə üzbəüz əyləşir, Təqsirləndirilən şəxs isə onlara baxır. Foto görüntüdə isə zərgər Şahid2 Şahid3 şəxsiyyət vəsiqəsini əlində saxlayaraq kitaba qeydlər etməsi müşahidə edilir. Bununla bağlı olaraq protokol tərtib edilmiş, diskdəki görüntülərdən foto çıxarışlar edilərək cinayət işinin materialına əlavə edilmişdir; (i.v. 87-88) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 99-100) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-212/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır; (i.v. 130-131) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanarkən o, Zərərçəkmiş şəxs sol qoluna keçirdiyi əl çantasını dartaraq ələ keçirdiyi yeri, yəni ünvan 3 saylı ünvanın qarşısını, eləcə də çantanın içərisindən pul, mobil telefon və qızıl sırğanı götürdükdən sonra həmin çantanı tulladığı yeri, yəni Yasamal rayonu S.Salayev küçəsi ev 2-də yerləşən evin həyətini, cinayət yolu ilə əldə etdiyi qızıl sırğanı tanışı Şahid3 ilə birlikdə satdığı yeri göstərmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir; (i.v. 134-138) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-219/2020 saylı xx xxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1. və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir; (i.v. 139-140; 156-167) “Tanınma üçün təqdim etmə haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi fotoşəkildəki sırğanı tanımaq üçün Şahid2 təqdim edilmişdir. Şahid2 ona təqdim edilmiş fotoşəkli nəzərdən keçirib sırğanın 2 dairədən (hissədən), sallaqlı formasından və şəbəkə naxışından olmasından tanıyaraq həmin sırğanı əvvəllər tanımadığı Şahid3 və Təqsirləndirilən şəxs ona satdığını bildirmişdir. Bununla bağlı olaraq protokol tərtib edilərək cinayət işinin materialına əlavə edilmişdir; (i.v. 146-147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 1057 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 168-169) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2020-ci il tarixli, 9/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd istifadədə olmuş “Ted Baker” markalı üzərində güllər olan, iki tutacaqlı qadın üçün əl çantasının 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. Digər 1 ədəd istifadədə olmuş, üzərində qüsurlar olan (zəncirbəndi qırılmış və üzərində cırıqlar, söküklər var), Çində istehsal edilmiş “Tommy Hilfiger” markalı, 14x12 sm ölçülü pul kisəsi təyinatı üzrə istifadəyə yararsız vəziyətdə olduğu üçün qiymətsiz müəyyən edilmişdir. (i.v. 170-172) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2020-ci il tarixli, 9/626 nömrəli rəyi üzrə maddi ziyana görə göstərilən məbləğ əsas götürülməmişdir, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği ittihamda göstərilən kimi, yəni zərərçəkmişin dediyi əsasla “Ted Baker” markalı çantaya görə 200 manat, “Tommy Hilfiger” markalı pul kisəyə görə 100 manat kimi qiymətləndirilməsi qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs qarşı edilən soyğunçuluq cinayəti nəticəsində ələ keçirilmiş 01 (bir) ədəd istifadə olunmuş “Ted Baker” markalı üzərində güllər olan, iki tutacaqlı qadın üçün əl çantası və 1 ədəd istifadədə olmuş, üzərində qüsurlar olan (zəncirbəndi qırılmış və üzərində cırıqlar, söküklər var), Çində istehsal edilmiş “Tommy Hilfiger” markalı 14x12 sm ölçülü pul kisəsi, eləcə də Zərərçəkmiş şəxs təqdim etdiyi qızıl sırğanın satılmasını özündə əks etdirən foto və video görüntülər olan təqdim edilən 1 ədəd disk və sonuncu ilə Şahid3 ilə arasında sənədləşmə aparılan alış kitabından çıxarılmış kserosurət maddi subut kimi tanınmış, “Ted Baker” markalı çanta və “Tommy Hilfiger” markalı pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, 1 ədəd disk, qızıl sırğanın fotosu və qızıl sırğanın satışını təsdiq edən alış kitabından çıxarılmış kserosurət cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 178-187) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: iş materiallarına əlavə olunmuş X2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti və X2 doğum haqqında şəhadətnaməsi), Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs xx xxxxx 2014-cü il tarixli hökmü ilə əvvəllər məhkum olunsa da, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunduğundan CM-nin 83.3.3-cı maddəsinə əsasən onun məhkumluğu ödənildiyindən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CMnin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə çatmaq mümkündür. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər Mərkəz saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Ted Baker” markalı çantanın və 1 ədəd “Tommy Hilfiger” markalı pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış qızıl sırğanın fotosu və qızıl sırğanın satışını təsdiq edən alış kitabından çıxarılmış kserosurət, eləcədə 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Ted Baker” markalı çantanın və 1 ədəd “Tommy Hilfiger” markalı pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İşüzrəmaddisübutkimi tanınmış qızıl sırğanın fotosu və qızıl sırğanın satışını təsdiq edən alış kitabından çıxarılmış kserosurət, eləcədə 01 ədəd disk cinayətişininmateriallarındasaxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdəsaxlanılanməhkumatəqdimedildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-163/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-163/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver