Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-163/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 8 may 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-215/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax rayonu Yevlax şəhəri, Nizami prospekti, 227 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 sentyabr 2024-cü il tarixdə saat 16:40 radələrində "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən 13 saylı filialının qarşısından yolun hərəkət hissəsini keçib həmin hərəkət hissəsini digər hərəkət hissəsi ilə ayıran beton yol ayırıcının üzərində dayanmış Zərərçəkmiş şəxs məxsus üzərində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1360 manat dəyərində “Samsung” markalı, “S 24 Plus” modelli, **********42928 və **********42921 İMEİ kodlu mobil telefonu sonuncunun sol qolunda saxladığı əl çantasından çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1364 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 3 ünvanda ailə üzvlərilə birlikdə yaşamışdır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Subaydır. Əvvəllər talama cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə 24 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 iyun 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə paltar almaq üçün Bakı şəhərinə gəlmiş, pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 16:40 radələrində Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı avtobus dayanacağında olmuş, bu zaman yolu keçməyə çalışan qadının əl çantasında mobil telefon olduğunu görmüşdür. Çantanın ağzı açıq olduğundan düşünmüşdür ki, həmin mobil telefonu oğurlaya bilər. Həmin qadın avtobus dayanacağının qarşısından yolun digər tərəfinə keçmək üçün hərəkət etmiş və yolun hərəkət hissəsini keçmişdir. O da həmin qadının arxasınca gedib yolu keçmişdir. Qadın hərəkət hissələrini ayıran beton yolayrıcının üstündə dayanıb hərəkətdə olan avtomobillərə baxdıqda o, asanlıqla qadına məxsus mobil telefonunu sol qolundan asdığı əl çantasının içərisindən götürmüş və oradan uzaqlaşmışdır. Uzaqlaşdıqdan sonra bilmişdir ki, oğurladığı mobil telefon “Samsung” markalı, “S24 Plus” modellidir. O, mobil telefona zəng gəldiyini görüb, mobil telefonun üzərindəki nömrəni çıxarıb hazırda xatırlamadığı yerdə sındıraraq tullamışdır. Həmin gün o, yaşadığı Yevlax rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29- cu polis şöbəsinə dəvət olunduqda bilmişdir ki, mobil telefon oğurladığına görə onu dəvət edirlər. Ona görə də, oğurladığı həmin mobil telefonu da gətirmiş və polis şöbəsində təqdim etmişdir. O, mobil telefonu oğurlayarkən sahibi onu görməmişdir. Çünki, mobil telefonun sahibi yolun digər hərəkət hissəsində hərəkətdə olan avtomobillərə baxmışdır ki, yolu keçə bilsin. Onun “Samsung” markalı, “S 24 Plus” modelli mobil telefonu oğurlamasından heç kimin məlumatı olmamışdır. O, mobil telefonu oğurladıqdan sonra yaşadığı evdə heç kimin görmədiyi yerdə gizlətmiş və heç kimə də bu barədə deməmişdir. Bir müddət keçdikdən sonra həmin mobil telefonu satmağı düşünmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Şuşa MRXda böyük tibb bacısı vəzifəsində işləyir. X4 ADA universitetində təhsil alır. O, təhsillə əlaqədar 2024-cü ilin yay aylarında X2 müxtəlif şəhərlərinə kursa getmişdir. Fatimə ABŞ-a gedərkən ona pul vermişdir ki, ona ABŞ-dan “Samsung” markalı, “S 24 Plus” modelli mobil telefon alsın, iki nömrəli, yaddaşı da 512 GB olsun. Nəvəsi Fatimə də 2024-cü ilin avqust ayının əvvəllərində ABŞ-dan dediyi xüsusiyyətlərdə yəni, istifadə olunmamış “Samsung” markalı, “S 24 Plus” modelli mobil telefonu 1350 ABŞ dollarına almışdır. O, Bakı şəhərinə 2024-cü ilin avqust ayının əvvəllərində gəlmişdir. Həmin dövrdən bir müddət sonra mobil telefonun qeydiyyata alınması və digər xərclərlə birlikdə ümumilikdə 510 manat pul xərcləmişdir. Belə ki, o, mobil telefonu tam istifadə etmək üçün ona 2805 manat pul vermiş olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvəllərində də mobil telefonun üzərinə 050-547- 83- 00 saylı mobil nömrəni qoyaraq istifadə etməyə başlamışdır. 17 sentyabr 2024-cü il tarixdə o, işdən çıxıb piyada Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yanına gəlmişdir. Orada meyvə-tərəvəz mağazalarından birində qarğıdalı alıb yolu piyada keçidi ilə digər tərəfə keçmişdir ki, orada avtobus dayanacağında 77 saylı marşrut üzrə hərəkət edən avtobusa əyləşib evinə getsin. Saat 16:40 radələri imiş. O, istifadəsində olan “Samsung” markalı, “S 24 Plus” modelli mobil telefonu ilə danışmış və telefonu əl çantasının içərisinə qoymuşdur. Həkim xalatı çirlkli olduğu üçün xalatını əl çantasının içərisinə qoyduğu üçün çantanın ağzı açıq qalmışdır. Telefonu çantasına qoysa da orada olması görünürmüş. O, yolu keçib avtobus dayanacağına çatmış və avtobusa minmişdir. Bu zaman çantasında həmin mobil telefonunun olmadığını görmüşdür. O, dərhal qışqıraraq avtobus şoferinə avtobusu saxlamasını bildirmişdir. O, da avtobusu növbəri dayanacaqda saxlamış və o, yerə düşüb qarğıdalı aldığı yerə qayıtmışdır. Orada soruşduqda mobil telefonunu görmədiklərini bildirmişlər.O, həmin zaman ərzində bir neçə dəfə digər telefonla həmin nömrəsinə zəng etsə də, bir neçə dəfə çağırdıqdan sonra telefon söndürülmüşdür. Ona görə də, o, dərhal digər mobil telefonla DİN-in 102 xidmətinə zəng edərək mobil telefonunun oğurlanması ilə bağlı məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 4 ünvanında yerləşən “Ağ çiçəyim” şadlıq sarayından götürülərək bir ədəd diskə köçürülmüş video görüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər qadın yolu keçib hərəkət hissələrini ayıran beton yol ayırıcının üzərində dayanır, getdiyi istiqamətdə sağa tərəf baxan zaman bir nəfər şəxs yolu keçərək qadına yaxınlaşır və onun sol qolunda saxladığı çantanın içərisindən hansısa əşyanı götürür. Qadın da onun çantasına əlini salan şəxsi görmədən həmin həmin beton yolayırıcıdan düşərək yolun hərəkət hissəsini keçməklə yoluna davam edir. Qeyd olunan şəxs də yolu keçib gəldiyi istiqamətdə geri qayıdaraq oradan uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə yolu keçərək hərəkət hissələrini ayıran beton yol ayırıcının üzərində dayanan qadın mobil telefonunu oğurladığı qadındır. Belə ki, o, 17 sentyabr 2024-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı avtobus dayanacağından yolu digər tərəfə keçən həmin qadının sol əlində saxladığı əl çantasında olan mobil telefonu çantanın ağzının açıq olmasından istifadə edərək oğurlamış və oradan uzaqlaşmışdır. Mobil telefonu oğurlayan zaman onu telefonun sahibi və ya qeyri şəxs görməmişdir Hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman 17 sentyabr 2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. “Cinayət torətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 30). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon polis İdarəsinin 29-cu polis şöbəsində təqdim etdiyi bir ədəd “Samsung” markalı, “S 24 Plus” modelli mobil telefon 23 oktyabr 2024-cü il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı sonuncu qeyd olunan mobil telefonu tanıyaraq, ona məxsus olduğunu bildirmiş və mobil telefon oğurlanan zaman üzərində ***-***-**-** saylı GSM nömrə olduğunu qeyd etmişdir. (İ/V. 51). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-967/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 76-78). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3 dekabr 2024-cü il tarixli 9/9235 nömrəli rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd "Samsung" markalı, "S24 Plus" modelli, **********42928 və **********42921 İMEİ kodlu mobil telefonun təzə vəziyyətdə 2024- cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 1700,00 (min yeddi yüz) manat, istifadədə olmasını nəzərə alaraq, təxminən 20% köhnəlmə tətbiq edilməklə 1360,00 (min üç yüz altımış) manat, 01 ədəd GSM nömrə 4,0 (dörd) manat müəyyən olunur. (İ/V. 79-80; 94-97). Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı, “S 24 Plus” modelli, **********42928 və **********42921 İMEİ kodlu mobil telefon 17 dekabr 2024-cü il tarixdə tərəfimdən maddi sübut kimi tanınmış və 06 yanvar 2025-ci il tarixdə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. (İ/V. 102; 132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 21 noyabr 2024-ü il tarixli 14111 nömrəli məktubunda Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmadığı göstərilmişdir. (İ/V. 93). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27 dekabr 2011 -ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1 -ci maddəsi ilə təqsirli bilinərək, N ay intizam xarakterli hərbi hissədə xidmət etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 21 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4 və 234.1 -ci maddələri ilə təqsirli bilinərək, 05 il, 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 may 2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzası 05 il N aya endirilmiş, 13 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 02 il N ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyun 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ/V. 85-92). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı “S24 Plus” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Eyni zamanda cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V. 107-113). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet tip 1 və Nevrosteniya Konvension pozuntu xəstəliklərindən əziyyət çəkir və həmin xəstəliklər 2020-ci ildə Vətən müharibəsi zamanı hərbi xidmətdə olarkən başlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı məktubdan görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, şəkərli diabet tip 1 xəstəliyindən əziyyət çəkməsini və onun bu xəstəliyi ikinci Qarabağ Müharibəsində hərbi xidmətdə olarkən başlamasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-215/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markali S24 Plyus modelli mobil telefon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 163/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki) il N ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markali S24 Plyus modelli mobil telefon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-163/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-163/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver