Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-164/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, müdafiəçi - Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, X27 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ləğv olunmuş əlilliyə görə müavinətini bərpa etdirmək imkanı olması barədə həqiqətə uyğun olmayan məlumat verib inandıraraq ondan ortaq tanışları Şahid2 vasitəsi ilə hissə-hissə xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023cü ildə 2300 manat, xx.xx.2023-cü ildə 6000 manat, sonuncu dəfə xx.xx.2023-cü ildə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Prezident Administrasiyasının inzibati binasının qarşısında nəğd olaraq 6200 manat alaraq aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs4 15500 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə həmin dövrün valyuta məzənnəsi ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları müqabilində "xxxx" ASC-nə idarə rəisi vəzifəsinə təyin etdirmək imkanı olması barədə yalan məlumat verib onu inandırmış və Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü ildə Bakı şəhəri, Yasamal rayon, Yeni Yasamal 1 ünvanında yerləşən «Cavid» kafesində 42500 manat təşkil edən 25000 ABŞ dollarını alaraq aldatmaqla ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə şəxsi əlaqələri vasitəsi ilə Zərərçəkmiş şəxs2 Ağdam rayon icra Hakimiyyətində icra nümayəndəsinin müavini vəzifəsinə düzəltmək imkanı olması barədə yalan məlumat verib inandırmış və ondan 24 noyabr 2023-cü ildə tanışı X7 vasitəsilə Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 B ünvanında yerləşən “Mixək” adlanan kafedə 6000 manat alaraq aldadıb etibarından sui istifadə etməklə Zərərçəkmiş şəxs2 6000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Azərbaycan Respublikası Prezident Administrasiyasının dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 pul müqabilində «Azərbaycan Beynəlxalq Bank»ından 850 000 manat kredit ayrılmasını təşkil etmək imkanı olması barədə yalan vədlər verib inandırmaqla Zərərçəkmiş şəxs1 2023-cü ilin noyabr ayının 18-də Bakı şəhəri, Səbail rayonu ərazisində metronun “İçəri şəhər” stansiyasının qarşısında 25.000 manat, 27 noyabr 2023-cü il tarixdə sonuncunun tanışı Şahid3 Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığındakı “Al Merketin” ödəniş terminalından tanışı Şahid2 kart hesabına göndərilməsini təmin etdirməklə onun vasitəsilə 1700 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə alıb etibarından sui istifadə etməklə Zərərçəkmiş şəxs1 26700 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998-ci ildən 2023-cü ilin dekabr ayının 15-nə kimi Azərbaycan Respublikası Prezident Administrasiyasında Sənəd dövriyyəsi şöbəsində məsul növbətçilər qurupunun aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1m tanışı Məmmədov Mehdinin vasitəsi ilə tanımışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Mehdi onunla Gənclik metrosunun yaxınlığında yerləşən Atatürk parkında görüşüb söhbət zamanı ona bildirmişdir ki, bir nəfər Gülpəri adlı tanışına bankdan 500.000 manat kredit lazımdır. Ona bu işdə ona köməklik edə biləcəyini soruşmuşdur. Mehdi ona bildirmişdir ki, həmin xanım Meyvəli ticarət mərkəzində meyvə tərəvəz alış verişi ilə məşğul olur. Ondan həmin xanımın ticarət dövrüyyəsinin olubolmadığını soruşmuşdur. O isə bildirmişdir ki, Gülpəri xanım hansısa market şəbəkələrinə meyvə satışını təşkil edir və ticarət dövriyyəsi böyükdür. Bundan sonra Mehdiyə bildirmişdir ki, bu barədə maraqlanıb məlumat verər. Daha sonra ona şəxsi xərclərini ödəmək və borclarını qaytarmaq üçün pul lazım olduğu üçün Mehdiyə zəng edib onunla yenidən Atatürk parkında kafelərin birində onunla görüşmüşdür. Telefon vasitəsi ilə ona krediti düzəldə biləcəyini bildirdiyi üçün o görüşə krediti götürmək istəyən Zərərçəkmiş şəxs1 ilə birlikdə gəlmişdir. Oturub söhbət edən zaman ona bildirmişdir ki, ona 500.000 manat kredir lazımdır. O, Gülpəriyə bildirmişdir ki, bu işdə ona kömək edə bilər. Gülpəriyə bildirmişdir ki, bunun üçün əvvəlcədən ona 60.000 manat verməlidir. Gülpəri isə ona bu barədə fikirləşib cavab verəcəyini demişdir. Bir-iki gün sonra üçü yenidən həmin yerdə görüşmüşlər. Gülpəri ona bildirmişdir ki, bunun üçün ona yalnız 30.000 manat pul verə bilər. Onunla razılaşmış və onda olan şəxsiyyət vəsiqəsinin surəti və şirkətə məxsus olan sənədlərin surətini ondan almışdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin pulu ona bir iki günə çatdıracaq. Bundan bir iki gün sonra Mehdi və Gülpəri ilə yenidən Atatürk parkında Özsüt restoranında görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, mümkünsə həmin kreditin məbləğini artıraraq 750.000 manata çatdırılsın. O da bildirmişdir ki, verəcəyi 30.000 manat puldan əlavə olaraq 750.000 kredit ayrılıb pulu götürən zaman 30.000 manat da verəcək. O, Gülpəri ilə razılaşmışdır. Ona bildirmişdir ki, həmin krediti Beynəlxalq Bankdan düzəldəcək. Bundan sonra 2023-cü ilin noyabr ayının 18-də Gülpəri ona zəng etmiş və o, Zərərçəkmiş şəxs1 ilə İçəri şəhər metrosunun qarşısında görüşmüşdür. Həmin vaxt Mehdi orada yox imiş. İkisi görüşən zaman Zərərçəkmiş şəxs1 25.000 manat pulu ona vermişdir. Gülpəri bildirmişdir ki, 25.000 manat düzəldə bilibdir. O da həmin pulu Gülpəridən götürüb tez bir zamanda kreditinin düzələcəyini bildirmişdir. Lakin kreditin düzəlməsi üçün heç bir hərəkət etməmişdir. Onun məqsədi pulu ələ keçirdib şəxsi xərclərini ödəmək və borclarını qaytarmaq imiş. Həmin vəsaitin bir hissəsini xərcləmiş, bir hissəsini isə borclarını ödəmişdir. Pulu götürəndən sonra bu barədə Mehdiyə məlumat vermişdir. Lakin həmin 25.000 manat puldan Mehdiyə pul verməmişdir. Pul verməməyinin səbəbi də Gülpərinin 30.000 manat yox 25.000 manat gətirməsi olmuşdur. Mehdiyə bildirmişdir ki, ümumi iş düzələndən sonra ona 5.000 manat verəcək. Gülpərinin Mehdiyə 5.000 manat verməsindən xəbəri olmamışdır. Sonra Mehdi ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 digər banklarda olan kreditləri üzrə gecikməsi var. Bundan istifadə edib bir müddət sonra Mehdiyə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 gecikmələri olduğu üçün ona kredit ayrılması mümkün deyil. Bu zaman Mehdi ondan nə edəcəyini bildirmişdir. O isə bildirmişdir ki, Gülpəridən aldığı 25.000 manat pulu xərcləyibdir. Buna görə də pulunun ona qaytarılması bir az müddət alacaq. Bu zaman ona bildirmişdir ki, Gülpəri ilə danışsın və ondan pulun qaytarılması üçün bir az müddət alsın. Lakin Mehdi bildirmişdir ki, bunu etmək üçün ona bir az pul verməlidir. Buna görə də Mehdi ilə Atatürk parkında görüşmüş və ona 1500 manat pul vermişdir. O da Gülpəri ilə danışıb kreditin uzandığını bildirib ondan bir qədər vaxt istəmişdir. Gülpəri də onunla razılaşdığı üçün bir az müddət qazanmışdır. Bundan bir-iki ay keçdikdən sonra Gülpəri ilə Atatürk parkında görüşmüşdür. O, ona pulunu qaytarmasını bildirmişdir. Gülpəriyə bildirmişdir ki, bəzi problemləri var onları həll edib pulu qaytaracaq. Həmin vaxt Gülpəri ondan 25000 manat pulu geri istəyirmiş. Əlavə olaraq o, Gülpəridən həmin iş üçün Mehdi vasitəsilə 1700 manat da almışdır. Digər epizodda isə, 2023-cü ilin oktyabr ayının ortalarında dostu Şahid1 Əflayım oğlunun vasitəsilə Yasamal rayonu, Y.Yasamal ərazisində yerləşən Mixək kafesində Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Söhbət zamanı özünü X6 Qaynar Xəttinin rəisi müavini kimi təqdim etmişdir. Özünə məxsus həmin vaxt işlətdiyi ***-***-**-** saylı mobil nömrəni təqdim edərək Azərin yaşadığı rayonda, yəni Ağdam rayonunda hər hansı bir problemləri olarsa, onu həll etmək iqtidarında olduğunu bildirmişdir. Azər də onun nömrəsini qeydiyyata almışdır. 2023-cü ilin noyabr ayının 6-da Azər Bakı şəhərinə gəlmişdir. Həmin gün Azər Mixək kafesində ortaq dostları olan Afiqlə çay içərkən həmin kafeyə gəlmiş və masada əyləşmişdir. Söhbət zamanı Azər onu İcra Hakimiyyətində işə düzəldə biləcəyini soruşmuşdur. O, Azəri Ağdam rayon icra hakimiyyətində icra nümayəndəsinin müavini vəzifəsinə 6000 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Azər də onunla razılaşmışdır. Bir neçə gün sonra Azərlə axşam saat 18 radələrində Afiqlə birlikdə Mixək kafesinin qarşısında görüşmüşlər. O, bacısıoğlunu işə düzəltməyi üçün 6000 manatla razılaşmış və 5-6 günə həll edib verəcəyini demişdir. Bir neçə gün sonra Afiq ona zəng edərək Azərin 5000 manat pulu onun kartına vurduğunu demişdir. X24 ərazisində olan Mixək kafesində görüşmüşlər, Afiq Azərin ona göndərdiyi 5000 manat pulu və Azərin bacısıoğlunun şəxsiyyət vəsiqəsinin, diplomunun sürətini ona vermiş, Azərin bir neçə günə qalan 1000 manatı da həll edib göndərəcəyini demişdir. Bir neçə gün sonra yenə də Afiqlə Mixək kafesində görüşərək ondan Azərin verməli olduğu 1000 manatı da Afiqdən almışdır. Azərlə və Afiqlə telefondan danışan zaman işin dekabr ayına qədər düzələcəyini vəd etmişdir. Buna baxmayaraq aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, Fariz İsmavılovla qohumu Fəyazın vasitəsilə Yasamal rayonunda yerləşən kafedə tanış olmuşlar. Nə vaxt tanış olmağını dəqiq xatırlamır. Onu kafeyə dəvət etmiş və bildirmişdir ki, bir nəfərlə görüşmək lazımdır. Zərərçəkmiş şəxs3la tanış olduqdan sonra o, Azərsu ASC- də uzun illər işləməsini və həmin təşkilatda idarə rəisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. X2 işlədiyini və onu idarə rəisi vəzifəsinə təyin etdirmək iqtidarında olduğunu bildirmişdir. Onunla bu işi həll etmək üçün 25.000 ABŞ dollarına razılaşmışlar. Pulu ondan təxminən sentyabr ayında Cavid kafesində almış və aldığı gün iltizam yazıb vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonlarında almışdır. İltizamda dəqiq olaraq tarix qeyd edilmişdir. Fariz ondan idarə rəisini necə təyin etdirməyi ilə maraqlanmışdır. O, bildirmişdir ki, özünün şöbə rəisinin əlaqələri çox böyükdür. Ondan xahiş edəcəkdir. Bu məlumatlar yalan imiş. Farizi idarə rəisi vəzifəsinə təyin etdirmək üçün və ona görə kimdənsə xahiş etmək fikri olmamışdır. Pula ehtiyacı olduğuna görə yalan danışmaqla həmin pulu almışdır. Sonuncu epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs4 həqiqətən ləğv edilmiş əlilliyinin bərpası üçün hissə-hissə 15500 manat almışdır. Onunla ortaq tanışları Şahid2 vasitəsilə tanış olmuşdur. Mehdi onu tanış edəndə bildirmişdir ki, tanış edəcəyi şəxsin əliliyə görə müavinatını kəsiblər, ona kömək etmək lazımdır. Onunla 2023-cü ilin sentyabr ayında görüşmüşlər, dəqiq tarixini bilmir. Ola bilər Mehdi və İlham dəqiq tarixini bilir. Zərərçəkmiş şəxs4 ona izah etmişdir ki, uzun müddət əlilliyə görə müavinət alıb, lakin sonradan müavinatın verilməsi qanunsuz kəsilmişdir. Yenidən müavinat almaq üçün əlilliyin bərpa olunmasını istəyir və ondan köməklik göstərə biləcəyini soruşmuşdur. O da Prezident Administrasiyasında işlədiyini və bundan istifadə edərək bu məsələni vəzifəli şəxslər vasitəsilə pul müqabilində həll edə biləcəyini bildirmişdir. İlham bunu hansı məbləğdə pulla həll edə biləcəyini soruşanda ilkin olaraq 10.000 manat istəmişdir. İlham bildirmişdir ki, ona müddətsiz əlillik verilməsini istəyir ki, gələcəkdə yenidən ləğv olunmasın. O isə demişdir ki, müddətsiz əlillik almaq başqadır, ona görə əlavə 5-6 min də verməlidir. İlham bu barədə razılaşmışdır. Bir neçə gün sonra Mehdiyə zəng etmiş və dostunun məsələsini danışdığını, müsbət həll olunduğu barədə məlumat verib pulu ödəməsini demişdir. O, heç kimlə bu barədə danışmamışdır, onun əlilliyini həll etdirməyə heç bir səlahiyyəti və imkanı olmamışdır. Ona pul lazım idi, ona görə İlhama yalan danışaraq onun məsələsini həll edəcəyini demiş, bu adla ondan pul almağa nail olmuşdur. O, bir neçə dəfə Mehdi vasitəsilə hesabına pullar köçürmüş, sonra ona demişdir ki, işin həll olması üçün pulun tam olaraq verilməsi lazımdır. İlham, Mehdi və o, Prezident Administrasiyasının yaxınlığında görüşmüşlər, İlham sonuncu dəfə ona 6200 manat pulu vermişdir. İlhamın verdiyi həmin pulla birlikdə İlhamdan ümumilikdə 15500 manat məbləğində pul almışdır. Bir daha qeyd edir ki, onun İlhamdan pulu alarkən heç bir əlillik bərpa etdirmək kimi fikri olmamış, aldığı pulları özünə lazım olduğu üçün almışdır. Aldığı pullardan heç kimə verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Aqromiks MMC-nin direktorudur. Şirkəti meyvə tərəvəz alış satışı ilə məşğul olur. 2023-cü ilin oktyabr ayında işlərini böyütmək məqsədi ilə ona müəyyən miqdarda pul vəsaiti lazım olduğu üçün banka müraciət etmiş, lakin kredit borcu olduğuna görə ona kredit ayrılmamışdır. Həmin ərəfədə Mehdi adlı tanışı onun bu problemini görüb köməklik etmək məqsədi ilə bir nəfər Elşən adlı tanışının bankdan kredit götürməkdə ona kömək edəcə biləcəyini bildirmişdir. Bundan sonra Mehdi ilə birlikdə 2023-cü ilin oktyabr ayında Nərimanov rayonu “Atatürk” parkında, “Özsüt” Restoranında görüşmüşdür. Mehdi onu Təqsirləndirilən şəxs kimi təqdim edib onun Prezident Administrasiyasında işlədiyini bildirmişdir. O, iş vəsiqəsini ona təqdim etmiş və buna görə də ona daha da etibar yaranmağa başlamışdır. Onlara bildirmişdir ki, toplamda ona 850.000 manat kredit lazımdır. Çünki bundan qabaq onun “Paşa banka 300.000 kredit borcu var imiş. Bu zaman Elşən ona bildirmişdir ki, 850.000 manat kredit düzəldə bilər. Həmin krediti o, Beynəlxalq bankdan təşkil edəcəkmiş. Bunun üçün ondan əlavə qabaqcadan 60.000 manat pul vəsaiti ödəməyini tələb etmişdir. Lakin pulu olmadığı üçün onunla razılaşmamışdır. Bundan sonra oranı tərk edib çıxıb getmişdir. Bundan iki-üç gün sonra Mehdi ona zəng edib bildirmişdir ki, məsələ 100 faiz düzəlir. Guya Elşən kredit düzəltmək üçün kimlərləsə razılıq alıb. O, ilkin olaraq 30.000 manat ödəməyini tələb etmişdir. Bildirmişdir ki, qalan 30.000 manatı isə 850.000 manat kredit götürdükdən sonra ödəyər. Bundan sonra yenidən Mehdi və Elşənlə Atatürk parkında Özsüt restoranında görüşmüşlər. Onların adını çəkdiyi yüksək vəzifəli Zeynal adlı şəxslə görüşmək istədiyini bildirmişdir. Lakin onlar bildirmişlər ki, hal-hazırda həmin şəxsin qonaqları olduğu üçün onunla səni görüşdürə bilməyəcəy. Bu zaman Elşən yenə eyni şərtlərlə ona pulun verilməsi barədə məlumat verib qarant durduğunu qeyd etmişdir. Əlacsız qalıb onunla razılaşmış və 2023-cü ilin noyabr ayının 18-də İçəri Şəhər metrosunun qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və 25.000 manat pulu ona vermişdir. Lakin o, razılaşmamış və pulu götürmək istəməmişdir. Lakin o qalanını da sabaha çatdıracağını bildirdikdən sonra o, 25.000 manat pulu ondan götürmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünə əlbəəl olaraq 25 000 manat pulu Bakı şəhəri, İçərişəhər metrostansiyasının yaxınlığında vermiş, həmin vaxt Şahid2 onun yanında olmayıbdır. Sonuncu dəfə Elşən ona zəng etdikdən sonra cəmi olaraq 1000 ABŞ dolları, yəni 1700 manat pul düzəltdiyini, ona göndərmək istədiyini demişdir. Lakin Elşən kənarda olduğunu, onun kartına göndərməyini dedikdə isə kartının nəzarətdə olduğunu, ona görə də Mehdi ilə danışıb onun kartına göndərməyini və özünün Mehdi ilə görüşüb 1700 manatı Mehdidən götürəcəyini demişdir. O da xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşayan tanışı Şahid3 Mehdinin kartına 1700 manat pul göndərməsini xahiş etmişdir. Elgün də xx.xx.2023-cü il tarixdə saat 14:04-də Mehdinin istifadəsində olan bank kartına 1700 manat pul göndərmişdir. Həmin pulun xx.xx.2023-cü il tarixdə göndərilməsini təsdiq edən fotoşəkili təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının ortalarında dostu Şahid1 vasitəsi ilə Yasamal rayonu, Yasamal ərazisində yerləşən Mixək kafesində Elşən adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Elşən özünü X9 Xəttinin rəis müavini kimi təqdim etmişdir. Elşən özünə məxsus ***-***-**-** saylı mobil nömrəni təqdim edərək yaşadığı rayonda İcra Hakimiyyətində hər hansı bir problemim olarsa onu həll etmək iqdidarında olmasını demişdir. Ona inanıb mobil nömrəni qeydiyyata almışdır. 2023-cü ilin noyabr ayının 6-da Bakı şəhərinə gəlmişdir. Həmin gün Mixək kafesində Afiqlə çay içən zaman Elşən də oraya gəlmiş və masada əyləşmişdir. Söhbət əsnasında Elşən onu icra hakimiyyətində işə düzəldə biləcəyini demişdir. Ona hal hazırda təqüddə olduğunu, əgər İcra Hakimiyyətində işə düzəlsə dövlət qulluğu olduğu üçün təqaüdünün bir hissəsinin kəsiləcəyini bildirmişdir. Elşən bu problemi özü həll edəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Elşən səhəri gün axşam saatlarında onunla görüşüb məsələnin həlli üçün nə qədər pul lazım olacağını deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində o, Afiq və Elşən birlikdə Mixək kafesinin qarşısında görüşmüşlər. Elşən onun işə düzəlməyi üçün 6000 manat pul verməyini tələb etmişdir. Onunla razılaşmış və sözü gedən məbləği 5-6 gün içində verə biləcəyinə söz vermişdir. Elşəndən ayrıldıqda Afiqdən soruşmuşdur ki, Elşəni nece tanıdığını və güvənmək olarmı sualını vermişdir. Afiq Elşəni 8 ildir tanıdığını və ona etibar edə biləcəyini demişdir. Təxminən 4-5 gün sonra yaşadığı ünvandan Elşənin istifadəsində olan mobil nömrəyə Votcap vasitəsi ilə zəng vuraraq deyilən məbləğdən 5000 manatını düzəltdiyini, 1000 manat pulu isə qısa zamanda düzəldəcəyini demişdir. Elşən pulu tam şəkildə göndərməyini israrla tələb etmişdir. Təxminən iki gün sonra qalıq 1000 manat pulu düzəldib Elşənə zəng vurmuşdur. Elşənə 6000 manatı hazır etdiyini lakin uzaq yol olduğu üçün pulu kart vasitəsi ilə göndərmək istədiyini demişdir. Elşən ona məxsus kartın nəzarətdə olmasını deyib etirazını bildirmişdir. Elşənlə danışdıqdan sonra Afiqə zəng vurub 6000 manat pulu Elşənə çatdırması üçün kartına atmaq istədiyini bildirmişdir. Afiq razılaşdıqdan sonra yaşadığı ünvandan çıxıb Marketdə yerləşən Milleon aparatı vasitəsi ilə 6000 manat pulu Afiqə məxsus Kapital Banka aid kart hesabına köçürmüşdür. Həmin gün axşam saatlarında Afiq ona zəng vuraraq 6000 manat pulu Elşənə verdiyini bildirmişdir və mobil telefonu Elşənə danışması üçün vermişdir. Elşən ona telefonda işinin dekabr ayına qədər düzələcəyinə söz vermişdir. 2023-cü ilin dekabr ayına qədər təxminən 7-8 dəfə Elşən onu Bakı şəhərinə dəvət edərək müxtəlif bəhanələrlə onu aldadaraq vaxt udmağa çalışırmış. Onun Bakı şəhərinə hər dəfə gəlişi ona ***-**** manat xərc çəkməyinə səbəb olurmuş. Sonuncu dəfə Elşən ona 2024-cü ilin yanvar ayında işinin düzələcəyini demişdir. Bundan sonra isə bəhanələr gətirərək onu aldatmışdır. Hadisə nəticəsində ona ümumilikdə (yol xərcləri ilə birlikdə) 9500 maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həmkəndliləri vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona Prezident Administrasiyasının sənədlərin dövriyyəsi şöbəsində baş məsləhətçi vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin demişdir ki, yuxarı vəzifədə işləyən şəxslərlə əlaqəsi vardır. Həmin ərəfədə işlədiyi təşkilatda yuxarı vəzifəyə keçmək istəyirmiş. Bu barədə Təqsirləndirilən şəxs bildirmiş və kömək etmək imkanı olmasını soruşmuşdur. Elşən ona demişdir ki, rəisi vasitəsilə 25000 ABŞ dolları müqabilində onu bir ay ərzində "xxxx" ASC-də idarə rəisi vəzifəsinə təyin etdirə bilər. O, razılaşmış və 25000 ABŞ dolları Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında olan “Cavid” kafesində ona vermişdir. Təqsirləndirilən şəxs pulu alması barədə qəbz yazmışdır. Lakin Elşən onu vəzifəyə təyin etdirməmiş və müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. O, pulu tələb edəndə Təqsirləndirilən şəxs ona hissə-hissə cəmi 13800 manat qaytarmış və 28700 manatını ələ keçirmişdir. Təqsirləndirilən şəxs xidməti vəsiqəsinin sürətini və öz ilə yazdığı pulu almasına dair iltizamı araşdırma zamanı təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən ümumi xəstəliklə 2-ci qrup əlilliyə görə Dövlət Sosial Müdafiə Fondunun aylıq müavinət alırmış. xx.xx.2021-ci ildə müavinətlarının verilməsi dayandırılmışdır. DSMF-nin həmin qərarını əsassız hesab etdiyi üçün müavinatın verilməsini bərpa etdirmək istəyirmiş. Bu barədə tanışlarına demişdir. Tanışı Şahid2 ona bildirmişdir ki, Prezident Administrasiyasında işləyən yaxın tanışı vasitəsilə əlilliyə görə müavinatı bərpa etdirə bilər. O da həmin şəxslə görüşmək istəmiş və Mehdinin vasitəsilə 2023-cü ilin fevral ayının əvvəlində görüş baş tutmuşdur. Elşən görüş zamanı ona əvvəllər əlilliyə görə müavinat almağını, 2021-ci ildə müavinatın dayandırıldığı barədə danışmışdır. Elşən özünü X10 Sosial Fondun kuratoru kimi təqdim etmişdir. Ona baş verənləri deyəndən sonra Elşən ona demişdir ki, Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək vəzifəli tanışları vasitəsilə onun əlilliyini bərpa etdirmək mümkündür. Bunun üçün 15500 manat verməlidir. Bundan sonra ayrılmışlar, bir neçə gün sonra Mehdi ona zəng edib demişdir ki, işi danışılıbdır, pulun bir hissəsini vermək lazımdır. Elşəni tanımadığı üçün Mehdiyə Elşənin özünün kart hesabını atmasını demişdir. Elşən kartını ona göndərmiş və ilk dəfə xx.xx.2023-cü ildə 1000 manat, sonra xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 6000 manat Elşənin hesabına köçürmüşdür. Bir müddət sonra Mehdi onunla əlaqə saxlayıb qalan pulu istəmişdir. xx.xx.2023-cü il tarixdə Mehdi və Elşənlə görüşmüş, qalan 6200 manat pulu Elşənin yanında Mehdiyə vermişdir. Bundan sonra uzun müddət gözləmiş, Sosial Fondda onun növbə götürməsinə dair bildiriş telefonuna göndərmişdir. Lakin sonradan işin düzəlməyəcəyini dərk edərək pulu geri tələb edəndə Elşən onun pulu geri qaytarmamış, yalan vədlər verərərk pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən dörd ilə yaxmdır tanıyır. Aralarında dostluq münasibətləri vardır. 2023-cü ilin oktyabr ayında dəqiq tarixi xatırlamadığı bir gündə saat 16-17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən Mixək çay evində Elşən adlı tanışı ilə çay içən zaman dostu Azər ona zəng vurub harada olmağını soruşmuş və daha sonra yanlarına gəlmişdir. Həmin gün Elşənlə Azər tanış olmuşlar. Elşəni təxminən 8 ilə yaxındır ki, tanıyır. Elşəni Prezident aparatında qaynar xəttin rəisi kimi tanımışdır. Təxminən noyabr ayının 5-6 arası Azər Bakı şəhərinə gəlmişdir. Azər və Elşən görüşüb Mixək çay evinə getmişdir. Söhbət əsnasında Elşən Azərin işsiz olmasını bilib ona təklif etmişdir ki, Ağdam rayonunda İcra Hakimiyyətində icra nümayəndəsi vəzifəsinə düzəldə bilər. Azər Elşənə işə düzələndə təqaüdünün kəsiləcəyini dedikdə, Elşən Azərin təqaüdünün kəsilməyəcəyinə söz vermişdir. Elşən bu işin müqabilində Azərə 6000 manat pul verməli olduğunu demişdir. Azər onunla razılaşmış və pulu düzəldib gələcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman Azər ona zəng vurub demişdir ki, Elşənlə danışığı olub, onun vəzifədə işləməsinə görə kartı nəzarətdədir, ona görə də 6000 manat pulu onun kartına atmağını, onun da pulu çıxarıb Elşənə verməyini xahiş etmişdir. O da razılaşmış və həmin gün Azər onun kart hesabına 6000 manat pulu göndərmişdir. Təxminən 3-4 saat sonra Elşənə zəng vurub Mixək kafesinin qarşısında görüşdükdə Azərin göndərdiyi 6000 manat pulu Elşənə vermiş və Azərə zəng vurub bu barədə məlumatlandırmışdır. Hətta onların danışmasına şərait yaratmışdır. 2024-cü ilin fevral ayında Azər ona zəng vuraraq Elşənin onu aldatmasından şübhələndiyini bildirmişdir. Həmin ərəfədə hər ikisi görüşərək Bakı şəhərinə gəlmiş və Elşənlə Mixək çay evində görüşmüş və işin nə üçün ləngiməsini sual etmişdir. Azər Elşənə maddi durumunun zəif olmasını, ona verdiyi pulu borc alaraq verdiyini deyərək narazılığını bildirmişdir. Elşən müxtəlif bəhanələr gətirərək onu yola salmışdır. Bundan sonra Elşən nə onun, nə də Azər zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə Azər DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Onun "xxxx" MMC-nin direktoru olduğunu və meyvə alış-verişi ilə məşğul olduğunu bilir. Bir neçə dəfə olub ki, ona borc kimi pul vermişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək təcili 1700 manat pul lazım olduğunu və onun atdığı kartın balansına göndərməyini xahiş etmişdir. O da razılaşmış və onun “Whatssap” vasitəsilə göndərdiyi Şahid2 adlı şəxsin kartının balansına həmin vaxt olduğu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statiska” dairəsinin yaxınlığında yerləşən “Al Marketin” ödəniş terminalından 1700 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra qəbzin şəklini çəkib Gülpəriyə göndərmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin may ayından tanıyır. Gülpəri meyvə alqı-satqısı ilə məşğul olur. Həmin işin aparılması zamanı tanış olmuşdur. Münasibətləri onunla yaxşı olmuşdur. Təqsirləndirilən şəxs çoxdan tanıyır. O, Prezident Aparatında işləyirmiş. O da Seçki dairəsinin rəhbəri olmuşdur. İşlə əlaqədar görüşmüşlər və münasibətləri yaranıbdır. 2023cü ilin təxminən yay aylarında o, Gülpəri onun işçisi Vüsal və adını xatırlamadığı şəxslə metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığındakı kafedə olarkən Gülpəri bildirmişdir ki, Qida Təhlükəsiziliyində malları ilə bağlı problemi vardır. Vüsal demişdir ki, X3 tanışı var, onun vasitəsi ilə həll etmək olar. O isə demişdir ki, Elşənlə danışar və cavab verər. O, Elşənlə görüşmüş və bildirmişdir ki, X4 ilə problemi vardır. Malı gələndə rüsumdan əlavə kimi pul istəyirlər. Elşən bildirmişdir ki, ixrac olunan mal Gömrükdən keçəndə QTA-nin də rüsumu nəzərə alınır. Başqa heç kimə pul verməsinlər. Bir müddət keçmiş Gülpəri ona zəng edib Elşənlə onu görüşdürməyi xahiş etmişdir. O da bu barədə Elşənə demiş, o bildirmişdir ki, vaxt tapsa məlumat verəcək. Bir neçə gün sonra o, Gülpəri və Elşən «Atatürk» istirahət parkında «Özsüd» kafesində görüşmüşlər. Görüş zamanı Gülpəri bildirmişdir ki, ona 500.000-1 mln manat arası kredit lazımdır, lakin «Paşa Bank»da kreditin ödənilməsində gecikməsi olduğundan, işə məhkəmədə baxıldığından ona kredit ayrılmır. Elşən demişdir ki, danışıb cavab verər. Orada bir-birlərinin telefon nömrəsini əlaqə saxlamaq üçün götürmüşlər. 2023-cü ilin oktyabr ayının 13-16 ərəfəsində Elşən onunla telefon əlaqəsi yaratmış və demişdir ki, Gülpəriyə WhatsApp proqramı vasitəsi ilə yazır, ona cavab vermir. Gülpəri bu günə 10000 ABŞ dolları verəcəyini vəd etmişdir. Elşəndən nə üçün Gülpəridən pul istəməsini soruşmuşdur. Elşən bildirmişdir ki, Gülpərinin kredit məsələsini həl edib və Gülpəri ona 5000 manat verməyi vəd edib, heç olmasa 1000 ABŞ dolları versin. O, iş yoldaşının pulunu qaytarmalıdır. Gülpəriyə zəng etmiş, ondan Elşənə pul verib-verməməsini soruşmuşdur. Gülpəri bildirmişdir ki, Elşənə 25000 manat verib, 5000 manat borclu qalıb. Pulu olmadığı üçün onun telefonlarına cavab vermir. Pulu nə üçün verdiyini soruşanda isə Gülpəri bildirmişdir ki, kredit məsələsini həll edib. Ona demişdir ki, Elşən zəng etmişdir, heç olmasa iş yoldaşının pulunu 1000 ABŞ dollarının ödənilməsini istəyir. Gülpəri 2-3 gün vaxt istəmişdir. O da Elşənə zəng vurub bildirmişdir ki, Gülpəri 2-3 günə pulu verəcəyinə söz vermişdir. Hətta Elşəndən soruşmuşdur ki, kredit götürəndə həmin məbləği ala bilər. Elşən isə demişdir ki, pul əvvəlcədən verilməlidir. 27 noyabr 2023-cü il tarixdə günorta saatlarında Gülpəri ilə görüşüb onun məsələsi barədə söhbət edərkən ona demişdir ki, Elşənlə danışıbdır, onun kartına 1700 manat pul göndərməlidir, lakin Elşən onun kartına nəzarət edildiyini, ona görə də onun kartına göndərilməsini, ondan götürücəyini demişdir. O da Gülpəri ilə razılaşmış və biraz sonra onun kartına 1700 manat pul göndərilmişdir. Daha sonra Gülpəri ilə sağollaşmış və onunla ayrıldıqdan sonra Təqsirləndirilən şəxs zəng edib 1700 manatın onun kartında olduğunu, gəlib götürməsini demişdir. Elşən də onunla razılaşmış və həmin, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Tofiq Bəhramov stadionunun yaxınlığında görüşüb ondan götürəcəyini demişdir. O həmin gün saat 19 radələrində T.Bəhrəmov stadionunun yaxınlığına getmiş və biraz sonra Elşən də ora gəlmişdir. Elşənlə görüşməmişdən qabaq bankomata gedib kartına göndərilən pulu çıxarmışdır. Lakin onun kartı “Uni Bank” kartı imiş. Yaxınlıqda “Uni Bank” bankomatı tapa bilməmiş, ona görə də həmin ərazidə olan “Rabitə Bank” bankomatından çıxarmalı olmuşdur. Bu səbəbdən də kartında olan puldan ümumilikdə 1700 manatı çıxarmaq üçün təxminən 20 manat komissiya haqqı tutulmuşdur. O, 1680 manat pulu çıxarıb Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu ərazisində yerləşən T.Bəhramov stadionunun yaxınlığında görüşüb Elşənə vermişdir. O, pulu Elşənə verərkən onun kartına Gülpərinin 1700 manat göndərdiyini, lakin digər bankomatdan çıxardığı üçün 20 manat komissiya haqqı tutulduğunu, 1680 manat olduğunu bildirmişdir. Elşən də heç bir problem olmadığını deyərək 1680 manat pulu sayıb ondan götürmüşdür və Gülpərinin işinin həll olmaq ərəfəsində olduğunu bildirib çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə hadisə yerinə Zərərçəkmiş şəxs3 Yaşar oğlunun iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin, yəni Zərərçəkmiş şəxs3 Elşan Aslanzadəyə pulu verdiyi yerin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən “Cavid” kafesi olduğu məlum olmuş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 8). Təqsirləndirilən şəxs A-259 nömrəli xidməti vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezident Administrasiyasının “Sənəd dövriyyəsi şöbəsinin Məsul növbətçilər qrupunun aparıcı məsləhətçisi, dövlət qulluğunun baş müşaviri” vəzifəsində işləmişdir (cild 01, i.v. 10). “Baxış keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, 29 mart 2024-cü il tarixdə hadisə yerinə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin, yəni Zərərçəkmiş şəxs2 Elşan Aslanzadəyə pulu verdiyi yerin ünvan 6 ünvanında yerləşən “Mixək” kafesi olduğu məlum olmuş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 194-198). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli, 3-13-16/2-159776 nömrəli məktubdan görünür ki, DİN Baş X25 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında xx.xx.2019-cu il tarixdən “Kia Optima” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN Baş X25 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil (cild 02, i.v. 120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 daxil olmuş 03 oktyabr 2024-cü il tarixli, 12072 nömrəli məktubdan görünür ki, xx.xx.1974cü il təvəllüdlü, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 02. i.v. 134). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən daxil olmuş 08 oktyabr 2024-cü il tarixli, 3-13-16/2-166080/2024 nömrəli məktubdan görünür ki, 24 sentyabr 2024-cü il tarixli 3-13-50/2-26096 nömrəli məktubunuza cavab olaraq Öıldiririk ki. DİN Baş X25 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Bakı şəhəri, Nizami rayonu, X27 küçəsi, ev 5 ünvanda qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Nadır oğlunun adında xx.xx.2019-cu il tarixdən “KİA OPTİMA” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. X1 məxsus “RENAULT 12” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2041-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X25 idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (cild 02, i.v. 135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 daxil olmuş 09 oktyabr 2024-cü il tarixli, 12387 nömrəli məktubdan görünür ki, xx.xx.1974cü il təvəllüdlü, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 02. i.v. 138). “İfadənin yerində yoxlanması haqqında” 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ İstintaq şöbəsinin müstəntiqi polis mayoru X19, Azərbaycan Respublikası CPM-nin 161-ci maddəsini rəhbər tutaraq icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs xx.xx.1994-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin direktoru, Bakı şəhəri, Yasamal r-nu, Z. Xəlilov küçəsi ev 53, mənzil 788-də yaşayan Zərərçəkmiş şəxs1 pulunun harada talanmasını müəyyən etmək üçün ifadəsi yerində yoxlanıldı. İfadənin yerində yoxlanılmasına başlamazdan əvvəl Zərərçəkmiş şəxs1 qeydlərinin protokola daxil olunmasını tələb etmək hüququ izah edildi. İfadənin yerində yoxlanması saat 12:02-də başlandı. İfadənin yerində yoxlanması üçün zərərçəkmiş şəxsə pulları verdiyi yerləri göstərmək təklif olundu. Zərərçəkmiş şəxs1 təklifi ilə metronun “İçəri Şəhər” stansiyası istiqamətinə gedilmiş və Zərərçəkmiş şəxs1 avtomobili saxlamağı xahiş etmişdir. Avtomobildən düşərək metronun arxa tərəfindən İçəri şəhərin divarlarının qarşısını göstərərək bildirmişdir ki, 25000 manatı Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə həmin yerdə vermişdir. Məlum olmuşdur ki, 25000 manat Təqsirləndirilən şəxs xx.xx.2023cü ildə Səbail rayon ərazisində “İçəri Şəhər” divarlarının yanında verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 təklifi ilə metronun «Nizami» stansiyasına istiqamətində gedilmiş, avtomobili saxlamışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ətrafa baxmış, lakin hansı «Milli ÖN» ATM dən 1000 ABŞ dollarını Şahid2 hesabına köçürtdüyünü xatırlamamışdır. İfadənin yerində yoxlanması zamanı 25000 manatın verildiyi yerin fotoşəkli çəkilmiş, 1000 ABŞ dolları köçürülən «Millı Ön» ATM-i xatırlamadığı üçün fotoşəklin çəkilməsinə ehtiyac olmamışdır (cild 02, i.v. 143-146). “Baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X12, həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrinə əsasən tərtib etmişdir ondan ötəri ki, Yasamal rayon Pİ-də Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd fotoşəkilə baxış keçirmiş, baxış zamanı texniki vasitə kimi «HP» markalı kompyuter texnikasından istifadə olunmuşdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd fotoşəkilin onunla tanışı Şahid3 arasında olan “Whatssap” yazışmasından ibarət olduğu məlum olmuş, həmin fotoşəkilə baxış zamanı Şahid3 xx.xx.2023-cü il tarixdə saat 14:04-də “Million” aparatı vasitəsilə Şahid2 istifadəsində olan kartın balansına 1700 manat pul göndərdiyi məlum olur. Qəbzə baxış zamanı qəbzin tarixi tam olaraq düşməsə də “Whatssap” yazışmalarından məlum olur ki, onların arasındakı mesajlaşma xx.xx.2023-cü il tarixdə olmuşdur. Ona görə də 1700 manat pulun göndərilmə tarixi xx.xx.2023-cü il tarix kimi qəbul edilməlidir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bir daha təsdiq etmişdir ki, həmin pulun göndərildiyi tarix xx.xx.2023-cü ildir (cild 02, i.v. 201-202). “İfadənin yerində yoxlanması haqqında” 19 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, istintaqa ifadə vermiş Şahid2 əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti və yerləri göstərməsi təklif olunmuş, o, əvvəlki ifadəsində göstərdiklərini təsdiq edərək hadisə yerini göstərmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsində yerləşən “Tofiq Bəhramov” adına Respublika Stadionunun qarşısına getməyin lazım olduğunu bildirmişdir. Şahid2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra Şahid2 ilə birlikdə Yasamal RPİ-dən çıxılaraq Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsində yerləşən “Tofiq Bəhramov” adına Respublika Stadionunun qarşısına gedilmiş, həmin yerdə Şahid2 sərbəst şəkildə ifadə verərək bildirmişdir ki, 27 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ilə həmin ərazidə görüşdüyünü, Elşənin 1680 manat pulu həmin yerdə ondan götürüb getdiyi yeri göstərmişdir. Bununla da ifadələrin yerində yoxlanılması istintaq hərəkəti başa çatmışdır (cild 02, i.v. 206-208). “İfadənin yerində yoxlanması haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, istintaqa ifadə vermiş Şahid3 əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti və yerləri göstərməsi təklif olunmuş, o, əvvəlki ifadəsində göstərdiklərini təsdiq edərək hadisə yerini göstərmək üçün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Dövlət Statiska Komitəsinin qarşısına getməyin lazım olduğunu bildirmişdir. Şahid3 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra Şahid3 ilə birlikdə Yasamal RPİ-dən çıxılaraq Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Dövlət Statiska Komitəsinin qarşısına gedilmiş, həmin yerdə Şahid3 sərbəst şəkildə ifadə verərək bildirmişdir ki, Statistika Komitəsinin yaxınlığında olan “Al Marketin” içərisindəki ödəniş terminalı vasitəsilə 27 noyabr 2023-cü il tarixdə günorta saatlarında Şahid2 ona göndərdiyi kart hesabının balansına 1700 manat pul göndərdiyi yeri göstərmiş, bununla da ifadələrin yerində yoxlanılması istintaq hərəkəti başa çatmışdır (cild 02. i.v. 242). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CMnin həmin maddələrində nəzərdə tutulan dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308 və 309-cu maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barələrində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər istintaq sənədlərinin sübut növü kimi tanınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 260-270). 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X14 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, istifadəsində olan “HP” markalı xidməti kompyuter vasitəsilə internet üzərindən 2023-cü ilin sentyabr ayı ərzində ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnəsinə dair çıxarışı prinetr vasitəsilə cinayət işinə əlavə edilməsi üçün çap edilmişdir (cild 02, i.v. 237). Çıxarışdan görünür ki, 2023-cü ilin sentyabr ayı ərzində ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnəsi – 1 ABŞ dolları 1.70 AZN olmuşdur (cild 02, i.v. 238). Notarius tərəfindən təsdiq edilmiş 8İ-9138 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki Təqsirləndirilən şəxs ona dəymiş 6.000 manat pulu ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 21.800 manat ödənilmiş, lakin 18.000 manat ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınması xahiş edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X13 ilə xx.xx.2019-cu ildə nikahlarını bağlamışlar. Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X8 F22.0 xroniki sayıqlama pozuntusu diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 əmlakının Təqsirləndirilən şəxs tərəfindən talanması faktına görə Azərbaycan Respublikası CM-in 178.2.4 maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 1). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək barədə” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 01, i.v. 38). “Cinayət təqibinin bir icraatda birləşdirilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi barəsində başlanmış ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 01, i.v. 63-64). “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür (cild 01, i.v. 67). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə tutulmuşdur (cild 01, i.v. 127). “Təqsirləndirilən şəxs qismində cəlb və ittiham elan etmə barədə” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 178.2.4 maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 01, i.v. 138). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 154-158). “Cinayət barədə məlumatın cinayət işinə birləşdirilməsi barədə” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 əmlakının Təqsirləndirilən şəxs tərəfindən talanmasına dair məlumatı əsasında cinayət təqibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq aparılmışdır (cild 01, i.v. 164-165). “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 01, i.v. 173-174). “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Yasamal RPi-nin İŞ-də baş müstəntiq, polis mayoru Orxan Süleymanlı tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, ibtidai istintaqın aparılması üçün cinayət işi Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (cild 01, i.v. 180-182). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v. 37). “Şübhəli şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq Yasamal RPİnin MSY-nə təhvil verilməsi, qərarın surətinin icra olunması üçün Yasamal RPİ-nin CAŞ-nə göndərilməsi, cinayət işi üzrə icraatın dayandırılması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 41). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə tutulmuşdur (cild 02, i.v. 66). “Təqsirləndirilən şəxs qismində cəlb və ittiham elan etmə barədə” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 02, i.v. 73). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 02, i.v. 74). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 02, i.v. 96-97). “Cinayət işinin materiallarının və törədilmiş əməlin tövsif edilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməlin AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə ittiham elan edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 157). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 02, i.v. 158-159). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(004)-1319/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni, 06 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 183- 186). “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqının ərazi aidiyyəti üzrə təşkili üçün Nərimanov rayon prokurorluğu vasitəsi ilə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 187-191). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 213-214). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair təqdimat geri qaytarılmışdır (cild 02, i.v. 253-254). “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin başa çatmasını nəzərə alaraq sonuncunun Yasamal RPİ- nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, tərtib edilmiş qərarın surətinin Yasamal RPİ-nin MSY-nə göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin Nizami RPİ-nə həvalə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 256-257). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 272-273). “Şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilərkən onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla dəyişdirilmədən öz qüvvəsində saxlanılması qərara alınmışdır (cild 02, i.v. 285). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və dəymiş ziyandan qismən ödənişlər etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqsirini səmimi etiraf etməsi, əməlindən peşman olması və cinayət məsuliyyətinə ilk dəfə cəlb edilməsi cəzanı yüngülləşdirən hallar kimi qəbul edilmişdir. Eyni zamanda, həyat yoldaşının ciddi psixiatrik xəstəlikdən – xroniki sayıqlama pozuntusundan (F22.0) əziyyət çəkməsi ailə şəraitində müəyyən çətinliklərin olduğunu göstərir. Lakin bu hallar, təqsirləndirilən şəxsin sosial rifahı ilə yanaşı, cəmiyyətin hüquqi təhlükəsizliyinə və hüquqi tənzimləməyə əsaslanan müdafiəsinə qarşı törədilmiş cinayətin nəticələrini aradan qaldırmaq və adekvat hüquqi qiymətləndirmə aparmaq öhdəliyini ortadan qaldırmır. Həmçinin, təqsirləndirilən şəxsin törətdiyi əməl nəticəsində vurulmuş maddi zərərin yalnız qismən kompensasiya edildiyi müəyyən olunur. Belə vəziyyətdə, cinayət nəticələrinin tam aradan qaldırılmaması şəraitində alternativ, azadlıqdan məhrumetmədən fərqli cəza tətbiqi hüquqi və ictimai baxımdan məqsədəuyğun sayılmır. Zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 ilə barışıq baş tutmuş, digər zərərçəkmiş Zərərçəkmiş şəxs3 isə yazılı ərizəsində ziyanın yalnız bir qisminin ödənildiyini göstərmiş və 18.000 manat məbləğində ödənilməmiş borcun qaldığını bildirmişdir. Bu fakt zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı iddia və şikayətinin tam aradan qalxmadığını göstərir və barışıq halının yalnız qismən mövcudluğunu sübut edir. Belə olan halda, digər zərərçəkmiş şəxslərə ödəniş olmaması, zərərin yalnız qismən ödənilməsi və barışığın yalnız bir hissə üzrə olması daha yüngül cəzanın təyin edilməsinə hüquqi əsas vermir. Təqsirləndirilən şəxsin şəxsiyyətinə dair təqdim edilən məlumatlardan görünür ki, o, yüksək dövlət orqanında məsul vəzifədə çalışmışdır. Bu vəzifə ona dövlət tərəfindən verilmiş yüksək ictimai etimadı əks etdirir və təqsirləndirilənin bu statusdan istifadə edərək başqalarını aldatması xüsusilə mənfi dəyərləndirilməlidir. Belə şəxslər cəmiyyətin hüquqa inamının formalaşmasında nümunəvi olmalı ikən, əksinə, etimadı pozmuş, ictimai təhlükəli davranış sərgiləmişdir. Bu cür əməllərin adekvat hüquqi qiymətləndirilməsi və ictimai ədalət balansının qorunması üçün azadlıqdan məhrumetmə cəzası labüddür. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını, ailə vəziyyətini və ziyanın bir hissəsinin ödənilməsini nəzərə alaraq, ona maddənin sanksiyasında nəzərdə tutulan minimuma yaxın müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək islah olunmasını mümkün hesab edir. Bu cəza həm törədilmiş əməlin ağırlığına uyğun olaraq hüquqi balansı qoruyur, həm də təqsirləndirilən şəxsin şəxsiyyətinə və sosial vəziyyətinə adekvat cavab verir. Təqsirləndirilən şəxs uzun müddət — 1998-ci ildən 2023-cü ilə qədər Azərbaycan Respublikası Prezident Administrasiyasında məsul vəzifədə — dövlət qulluğunun baş müşaviri kimi fəaliyyət göstərməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirilə bilər. Bu müddət ərzində cəmiyyətə inteqrasiya olunmuş, məsuliyyətli və ictimai faydalı əmək fəaliyyəti ilə məşğul olmuş şəxs kimi tanınması, habelə əvvəllər məhkum olunmaması və qanunla toqquşmaması onun barəsində təyin olunacaq cəzanın islahedici xarakter daşımasının mümkünlüyünü və azadlıqdan məhrumetmənin minimum həddə yaxın təyin edilməsinin qanuni, əsaslı və ədalətli olmasını şərtləndirir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CMin 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, o cümlədən, ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əlavə cəza olaraq AR CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, onun həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 15.500 (on beş min beş yüz) manat və 136,50 (yüz otuz altı manat əlli qəpik) ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddianın təmin edilməsini xahiş etmiş, mülki cavabdeh isə irəli sürülmüş mülki iddiaya dair hansı qərarın qəbul ediləcəyi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə irəli sürülmüş mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs4 cinayət nəticəsində 15.500 manat maddi ziyan vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən mülki iddianın verilməsinə görə dövlət rüsumu qismində ödənilmiş 136,50 (yüz otuz altı manat əlli qəpik) manat pul məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdən 06 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs 01 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna həvalə olunsun. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs 15.500 (on beş min beş yüz) manat maddi zərər və mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 136,50 (yüz otuz altı manat əlli qəpik) manat hissəsi tutularaq Zərərçəkmiş şəxs4 verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat, cəmi 340 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-164/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-164/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver