Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-165/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Səfərova X5 iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 23.08-də Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanında yerləşən “xxxx” ASC-yə məxsus 280 nömrəli bankomatm quraşdırıldığı köşkün arxa hissəsində olan metal qapağı özü ilə gətirdiyi kəlbətin və vintaçan ilə söküb saxlanc yerinə qanunsuz daxil olmaqla həmin bankomatı söküb oradan “xxxx” ASC-yə məxsus 10.707 manat xeyli miqdarda pulu gizli olaraq ələ keçirmək istədikdə Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsi səbəbindən bilavasitə cinayət törətməyə yönədilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, zərərçəkmiş hüquqi şəxs “xxxx ASC”-yə məxsus xeyli miqdarda əmlakı saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, gündəlik olaraq zibilliklərdən plastik qablar və metal əşyalar yığaraq onları qəbul edən məntəqələrə verməklə özünü dolandırır. xx.xx.2020-ci il tarixdə, zibilliklərdən metal axtarmaq üçün yaşadığı evdən çıxmış və bir neçə zibilliyi gəzdikdən sonra heçnə tapmayıb, Yasamal rayonu, H.Cavid prospektində yerləşən bankomata yaxınlaşmışdır. Orada olan zaman kiminsə ona bankomatın arxasına keçərək oradan bankomatın içərisində olan pulları götürə biləcəyini dediyini eşitmişdir. Lakin həmin adamı görməmişdir, sadəcə səsini eşitmişdir. Bundan sonra o üzərində olan 2 ədəd əl tutan yeri qırmızı və qara rəngli kəlpətin, 2 ədəd dəstəyi qara və yaşıl rəng olan vint açan, 1 ədəd bıçaq və 1 ədəd dəstəyi qırmızı rəngdə olan böyük ölçülü kəlpətinlə bankomatın arxasında olan metal lövhəni açaraq içəri daxil olmuş və orada yerləşən şkafı açmışdır. O həmin şkafı açsa da orada pulun olmadığını görüb digər hissələrə baxmaq istədikdə köşkün bayırından kiminsə onu çağırdığını eşitmişdir. Bundan sonra o dərhal köşkdən çıxıb qaçmaq istədikdə bir neçə polis əməkdaşı onu saxlayaraq üzərində olan alətlərlə birlikdə Yasamal RPİ 28-ci PB-yə gətirmişlər. Bankomatda hansı miqdarda pulun olmasını bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o “xxxx” ASC-nin nümayəndəsidir və 2002-ci ildən həmin ASC-nin Məhkəmə və dövlət orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, axşam saat 23 radələrində bankın təhlükəsizlik departamentinin işçisi X8 və təhlükəsizlik departamentinin müdiri X11 zəng edərək bildirmişlər ki, Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanında yerləşən bankomata kənar müdaxilə vardır. Hadisə barədə əməkdaşımız Samir Məmmədov dərhal DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermiş, Təhlükəsizlik departamentinin müdiri X15 isə yerləşdiyi Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanına yollanmışdır. Fuad Rzazadə qeyd olunan ünvana getdikdə artıq polis əməkdaşları da orada olmuşlar və polis əməkdaşları bankomatdan oğurluq etməyə cəhd göstərmiş Təqsirləndirilən şəxs saxlayaraq PB-yə aparmışlar. ASC-yə maddi ziyan dəyməmiş, oğurluğa cəhd edilən bankomatda ümumilikdə xx.xx.2020-ci il tarixdə, saat 23.08-də 10.707 (on min yeddi yüz yeddi) manat vəsait olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi olan Səfərova X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Qurban uzun illərdir ki, psixi xəstəlikdən əziyyət çəkir və onun tərəfindən edilən müalicələrə baxmayaraq onun səhəti vaxtaşırı yaxşılaşır, lakin sonradan yenədə pisləşir. Qurban gündəlik olaraq zibilliklərdən plastik qablar və metal əşyalar yığaraq onları qəbul edən məntəqələrə verməklə özünü dolandırır. Sonradan bildiyinə görə, Qurban xx.xx.2020-ci il tarixdə, saat 23.08-də Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanında yerləşən bankomata yaxınlaşmışdır. Bir gün əvvəl də həmin bankomatın yanından keçəndə orada saxlanılan pulları necə oğurlamağı barədə düşünmüş və lakin üzərində heç bir alət götürmədiyi üçün buna nail ola bilməmişdir. Hadisə zamanı üzərində olan 2 ədəd əl tutan yeri qırmızı və qara rəngli kəlpətin, 2 ədəd dəstəyi qara və yaşıl rəng olan vint açan, 1 ədəd bıçaq və 1 ədəd dəstəyi qırmızı rəngdə olan böyük ölçülü kəlpətinlə bankomatın arxasında olan metal lövhəni açaraq içəri daxil olmuş və orada yerləşən şkafı açmışdır. Qurban şkafı açsa da orada pulun olmadığını görüb digər hissələrə baxmaq istədikdə köşkün bayırından kiminsə onu çağırdığını eşitmişdir. Dərhal köşkdən çıxıb qaçmaq istədikdə bir neçə polis əməkdaşı onu saxlayaraq Yasamal RPİ 28-ci PB-yə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanında baş vermişdir. Həmin ünvanda yolun kənarında yerləşən “xxxxna” məxsus olan bankomatın arxasına bitişik köşkün bayır divarının alt tərəfinin qırılmış vəziyyətdə köşkün içərisinə tərəf düşməsi aşkar edilmişdir. (i.v. 17-20) xxxxnın xx xxxxxx 2020-ci il tarixli NV-056 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 80 ünvanında yerləşən 280 nömrəli ATMin içərisində olan nağd vəsaitlərin qalıqları xx.xx.2020-ci il, saat 23:08-də aşağıdakı kimi olmuşdur: 1 AZN – 612 manat 5 AZN – 1375 manat 20 AZN – 4220 manat 100 AZN – 4500 manat Cəmi: 10707 (on min yeddi yüz yeddi) manat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 99 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ağaqulu oğlunun əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik xəstəxanalarda müalicədə olması nəzərə alaraq ona ittiham olunan əməl dövründə və halhazırda anlaqlı olub-olmamasını müəyyən etmək ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə- psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (i.v. 39-40) “Videoyazıya baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, görüntüdə əks olunan çəkiliş 30 dəqiqə müddətindədir, saat 23:02:00 saniyədə başlayır. Həmin görüntü Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal rayonu, H.Cavid prospekti 80 ünvanında yerləşən bankomatının arxa hissəsini müşahidə edir.Videogörüntünün 23:08:20-ci saniyəsində bir nəfər şəxsin əlində sellofan kulokla bankomatın arxa qapağını aralayaraq bankomata müdaxilə etdiyi və onun daxilində yerləşən qutunun qapağını açması, əlində olan kəlbətin və vint açanla dərim qurğuya müdaxilə etməsi və saat 23.16.40-cı saniyədə isə bayıra çıxaraq həmin yeri tərk etməsi qeydə alınmışdır. (i.v. 67) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-107/2020 nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə yerləşdirilmişdir. (i.v. 77-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X12 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 23 saylı rəyindən görünür ki,
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Şizofreniya paranoid formasında” xroniki psixi xəstəlik müşahidə olunur.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman “Şizofreniya paranoid forma” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsinə anlaqsız hesab olunmalıdır.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun hazırki psixi vəziyyətinə görə müalicəyə ehtiyacı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirinin tətbiq edilməsi məsləhət görülür. (i.v. 86-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X13 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 42 saylı rəyindən görünür ki,
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» formasında xroniki prosessual psixi xəstəlik müşahidə olunur.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (i.v. 107-111) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(004)-453/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (i.v. 125-127) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, üzləşdirmə protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizalarının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 147-150) Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, zərərçəkmiş şəxsin nümayəndəsinin, məhkəmə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməl Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, yuxarıda şərh olunan Məhkəmə Psixiartiya Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 99 nömrəli, xx xxxx 2020-ci il tarixli 23 nömrəli və xx xxxx 2020-ci il tarixli, 42 nömrəli ekspertiza rəylərinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, «Paranoid şizofreniya» formasında xroniki prosessual psixi xəstəlik davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrasını mümkün deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin məcəllənin 93.1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin xx xxxxxx 1955-ci il tarixdə qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nın 82-ci bəndində göstərilmiuşdir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir. BMT-nin Baş Assambleyasının xx xxxxxx 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri”nin 20ci bəndində də müəyyən edilmişdir ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir. Göstərilənlər “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 8№-li qərarının tövsiyyələrində də müəyyən edilmişdir. “Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatın başlanması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs – Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat başlanmış və həmin iş üzrə məhkəməyədək icraat ibtidai istintaq formasında aparılmışdır. (i.v. 113-115) “Fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs anası – fəaliyyət qabiliyyəti – Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. (i.v. 128-129) “Anlaqsız şəxs barəsində təhlükəsizlik tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına bildirilməklə qanuni nümayəndəsi Qanuni nümayəndə nəzarəti altına verilmişdir. (i.v. 133-135) Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-in göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş hesab edilməli, həmin əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməli, barəsində seçilmiş qanuni nümayəndənin nəzarəti altına vermə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Qərarın icra edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 110 (bir yüz on) saata görə 660 (altı yüz altmış) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321 və 468 - 477 -ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş qanuni nümayəndənin nəzarəti altına vermə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 110 (bir yüz on) saata görə 660 (altı yüz altmış) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərardan elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov