Məhkəmə qərarları › İş №1(004)-166/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-166/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-166/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, subay, məhkum olunmuş, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mənsim Abbasov kiiçəsi ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 23 mart 2024-cü ildə saat 16:40 radələrində Bakı-Kənar- Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 11,8-ci kilometrində idarə etdiyi Toyota Prius (hibrid) minik markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda eyni istiqamətdə hərəkətdə olan avtomobillə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud həmin avtomobillə təhlükəsizliyini təmin edib ötüb keçməli və lazım gəldikdə həmin avtomobilə çatmadan idarə etdiyi avtomobili dayandırmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşıda yolun sağ zolağına manevr edərək qarşıda sağ zolaqda sürücü X8 tərəfindən tıxaca görə dayandırılmış Kıa Sportage minik markalı 01CE315 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil hərəkətə gələrək qarşıda sürücü Şahid3 tərəfindən dayandırılmış Toyota Prius (hibrid) minik markalı 77DA716 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X11ma sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun sümüyünün sol tərəfli burun boşluğuna doğru yerdəyişən sınığı, burun çəpərinin deviasiyası və burun nahiyəsinin yumşaq toxumalarının cırılmış-didilmiş yarası ilə müşayiət olunan burunun küt travması və sol baldırın qançır şişkinlik halında əzilməsi xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X12 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o taksi fəaliyyət ilə məşğul olur və Toyota Prius (hibrid) minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 23 mart 2024-cü il tarixdə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində idarə etdiyi avtomobillə 80-90 km/saat sürətlə yolun orta zolağı ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Toyota Prado” markalı avtomobil ötmə əməliyyatını yerinə yetirdiyi üçün o, sağa manevr etmişdir. O, sağdan birinci zolağa keçdiyi anda həmin zolaqda dayanmış “Kia Sportage” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili görərək avtomobilin hərəkətini dayandırmağa çalışsa da, tormoz məsafəsi uzandığından idarə etdiyi avtomobilin ön sağ tərəfi “Kia Sportage” minik markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Bundan sonra onun toqquşuduğu avtomobil hərəkətə gələrək qarşıda dayanmış “Toyota Prius” minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermiş, hazırda isə zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Kia Sportage” markalı 01CE315 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü ildə saat 16:40 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolda tıxac yarandığından qarşısında eyni zolaqla hərəkətdə olan “Toyota Prius” markalı 77DA716 dövlət qeydiyyat nişanlı avtomobil dayandığı üçün tormoz edərək öz avtomobilini həmin avtomobilin arxasında dayandırmışdır. Bundan bir qədər sonra onun avtomobilinin arxa hissəsindən güclü zərbə dəydiyi üçün zərbənin təsirindən avtomobili hərəkətə gələrək qarşıda dayanmış “Toyota Prius” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Həmin vaxt avtomobildə arxa oturacaqda əyləşən anası və körpəsi olmuş, hadisə nəticəsində sürücü oturacağında əyləşən özü xəsarət almış və avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, cinayət işinin 100-101-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü ildə saat 16:40 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qızı X3 idarə etdiyi “Kia Sportage” minik markalı 01CE315 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sağ tərəfdə sərnişin qismində oturub Bakı şəhəri istiqamətində hərəkətdə olarkən tıxac səbəbindən Fəxriyyə avtomobili sağ zolaqda dayandırıb yolun açılmasını gözləmişlər. Birdən avtomobilin arxa hissəsindən güclü zərbə dəyərək sərnişini olduğu avtomobil irəliyə atılaraq qarşıda dayanmış “Toyota” markalı avtomobilə dəymişdir. Hadisə yerində bilmişdir ki, onların avtomobilini arxadan Toyota Prius markalı avtomobil vurmuşdur. Hadisə nəticəsində qızı Fəxriyyə və özü xəsarət almışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, cinayət işinin 104-105-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü ildə saat 16:40 radələrində sərnişini olduğu, sürücü Murad Şirinovun orta zolaqla idarə etdiyi Toyota Prius markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında oturub Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobil tıxac səbəbindən dayanmış, Murad sağdan birinci zolağa manevr edərək avtomobil həmin zolaqda dayanmış Kıa markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin avtomobil isə atılaraq qarşıdakı Prius markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində yüngül xəsarət almışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, cinayət işinin 106-107-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid3 ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü ildə saat 16:40 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində idarə etdiyi Toyota Prius (hibrid) minik markalı 77DA716 dövlət qeydiyyat nişanlı avtomobillə sağdan birinci zolaqla hərəkətdə olarkən qarşıda həmin zolaqda dayanmış avtomobili görüb sürəti azaldaraq avtomobilini həmin avtomobilin arxasında dayandırmışdır. Bu anda arxada toqquşma səsi eşitmiş və avtomobilinə arxadan nəyinsə dəydiyini hiss etmişdir. Aşağı düşdükdə bir ağ rəngli Kıa Sportage markalı avtomobilin ön hissəsi ilə onun avtomobilinin arxa hissəsi ilə toqquşmuş vəziyyətdə dayandığını görmüşdür. Həmin avtomobilin arxa hissəsi ilə Toyota Prius (hibrid) minik markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolu 11.8-ci kilometrində baş vermişdir. (i.v. 5-9) BA206908 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X12 B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. (i.v. 21) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. (i.v. 22) Etibarnamədən görünür ki, “Toyota Prius” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9 həmin avtomobili 10 ay 15 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək üçün X10 etibar edilmişdir. (i.v. 23) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X6 Gəncə Hərbi Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2023-cü il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixdək etibarlıdır.) BA 206908 nömrəli “BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (i.v. 43) “Maddi sübutun tanınması haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Sportage” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid3 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (i.v. 93) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 03 oktyabr 2024-cü il tarixli 8/2491 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Toyota Prius (hibrid) minik markalı 90UN763 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «X15» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 94-97) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 canlı şəxsin ekspertizası ilə bağlı 05 dekabr 2024-cü il tarixli T 824/2024 nömrəli rəyindən görünür ki, - burun sümüyünün sol tərəfli burun boşluğuna doğru yerdəyişən sınığı, burun çəpərinin deviasiyası və burun nahiyəsinin yumşaq toxumalarının cırılmış-didilmiş yarası ilə müşayiət olunan burunun küt travması və sol baldırın qançır şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzıın müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 135-138) “Qətimkan tədbirinin seçilməsi” barədə 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 189-190) Zərərçəkmiş şəxs X3 notarial təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X12 ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. X1 heç bir şikayəti və tələbi yoxdur. X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X8 ilə barışmışdır. Ona dəymiş ziyan tərəfindən tamamilə ödənilmişdir. Fəxriyyə Ağayevanın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 zərərçəkmiş şəxs X8 ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “X15” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın təqsirləndirilən şəxs X12 tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxs X12 cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən X12 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış X6 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Sportage” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid3 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizaları üzrə 128 (bir yüz iyirmi səkkiz) manat aparılmış tədqiqatların dəyəri olaraq X5 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X10 göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X12 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X6 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Sportage” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid3 idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində vəsait X5 tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). X10 göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. X6 əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar