Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-167/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkum olmayan, Yevlax rayonu, Salahlı kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyən, Yevlax rayonu, Varvara kəndində yaşayan və qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs özünə və oğlu 2011-ci il təvəllüdlü Tural Xəlilova təqaüd düzəldilməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təqaüd düzəldilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 2016-cı ilin iyun ayının axırlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bəxtiyar” aptekin qarşısında 3.850 (üç min səkkiz yüz əlli) manat, 2016-cı ilin dekabr ayında ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi ev 146A-nın qarşısında 450 (dörd yüz əlli) manat, 2016-cı ilin dekabr ayının sonunda ünvan 1 ünvanda yerləşən “Şəhdlər” abidəsninin qarşısında 200 (iki yüz) manat olmaqla ümumilikdə ona məxsus 4.500 (dörd min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, M.Nəsibovun həkim-stomatoloq kimi fəaliyyət göstərən oğlu Səhman Nəsibovu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində hərbi həkim kimi işə düzəldilməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu hərbi hissələrinin birində hərbi həkim vəzifəsinə təyin etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Mehman Nəsibovu aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 2016-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parkda 10000 (on min) manat, 2016-ci ilin noyabr ayının 28-də ünvan 1 ünvanda yerləşən “Şəhdlər” abisəninin qarşısında 5.500 (beş min beş yüz) manat olmaqla ümumilikdə ona məxsus 15.500 manat (on beş min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs X3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yevlax rayonu Salahlı kəndində yerləşən tam orta məktəbdə hərbi hazırlıq müəllimi işləyir. Babək və Mehmanla eyni kənddə yaşayırlar. 2016-cı ilin iyun ayınında Babəklə Mingəçevir şəhərində təsadüfən görüşərkən Babək əsgərlikdən xidmətə yararsız olması və 2011-ci il təvəllüdlü oğlu Turalın kor bağırsağından əməliyyat olması üçün təqaüd düzəltmək istədiyini ona demişdir. 2014-cü ilin may ayında Bakı şəhərində Naxçıvanski adına hərbi litseyin qarşısında Həbib adlı DİN-nin polis mayoru ilə tanış olmuş və onunla yaxşı münasibəti yaranmışdır. Həbib həmişə ona işə adam düzəldə bildiyini və o, cümlədən təqaüd düzəldə bildiyini demişdir. Babək özü üçün təqaüd düzəltmək istədiyini dedikdə o Babəkə tanınşının vasitəsi ilə ona bu məsələdə köməklik edə biləcəyini bildirmiş, lakin Babəkə Həbib adlı şəxs haqqında heç bir söz deməmişdir. Bundan sonra Babək ona əsgərlikdən xidmətə yararsız olması və 2011-ci il təvəllüdlü oğlu Turalın kor bağırsağından əməliyyat olması barədə sənədləri olduğunu bildirdirmiş və o, həmin sənədləri lazımı adama təqdim etmək üçün ondan götürmüşdür. Bundan sonra o Babəkə ona təqaüd düzəltmək üçün 3.000 manat, oğlu Turala təqaüd düzəltdirmək üçün isə 1.500 manat pul vermək lazım olduğunu demiş və Babək onun bu təklifi ilə razılaşmışdır. 2016-cı ilin iyun ayında onlar Mingəçevir şəhərində “20 Yanvar” küçəsində yerləşən "Bəxtiyar” aptekin yanında görüşmüşlər və o, Babəkdən ona və oğluna təqaüd düzəltmək məqsədi ilə 3.850 manat almış və razılaşmışlar ki, yerdən qalan 650 manatı isə həmin iş düzələndən sonra ona verəcək. O Babəkə onun və oğlunun adına təqaüdlərinin altı ay müddətinə düzəltdirəcəyinə söz vermiş, lakin səhəti ilə əlaqədar olaraq Bəbəkdən aldığı pulu xərcləmişdir. Bundan bir müddət sonra ona yenə pul lazım olduğundan 2016-cı ilin dekabr ayının ortalarında Babəkə zəng edib işinin düzəlməsi üçün qalan 650 manat pulu vermək lazım olduğunu demiş və Babək onunla razılaşmışdır. Bundan sonra Babək Bakı şəhərində yaşayan bibisi vasitəsi ilə Nərimanov rayonunda Kamilin xalası qızı Aygünə 450 manat çatdırmış və Aygün həmin pulu Kamilə vermişdir. Aygünün bu işlə heç bir əlaqəsi olmamışdır. 2016-ci ilin dekabr ayının son günlərində Babəkdən “20 yanvar” metrostansiyasının yanında olan “Şəhidlər” abidəsinin qarşısında qalıq qalmış 200 manat pulu almışdır. Bundan bir neçə ay sonra Babək ondan, işi barədə maraqlandıqda, onların arasında narazılıq yaranmağa başlamış və bu səbəbdən o, 1500 manat pulu Mingəçevir şəhərində Babəkə qaytarmışdır. Lakin qalan 3.000 manat pulu qaytara bilmədiyi üçün Babək ondan şikayət etmişdir. Bundan əlavə, Mehmanla söhbət əsnasında sonuncu ona oğlu Səhmanın diş həkimliyi ixtisası üzrə ailə təhsilli olduğunu və onu hərbidə həkim kimi işə düzəlmək istədiklərini demişdir. O Mehmanın bu təklifinə cavab olaraq bu məsələ ilə maraqlanıb cavab deyəcəyini bildirmişdir. Bundan bir müddət sonra o Mehmana 10000 manat müqabilində Səhmana zabit rütbəsini almağı və ardınca hərbidə həkim işinə düzətməsinin mümkün olduğunu bildirmişdir. 2016-ci ilin iyul ayının sonlarında Mehman ona pulun hazır olduğunu bildirmiş və onlar Bakı şəhərində görüşməkləri barədə razılaşmışlar. Bundan sonra onlar Nərimanov rayonunun ərazisində yerləşən parkda görüşmüşlər və o Səhmandan 10.000 manat pul almışdır. Səhmandan pulu aldıqdan sonra o Nərimanov rayonunda yerləşən Vergilər Departamentinin arxasına keçib orada bir neçə dəqiqə dayandıqdan sonra həmin pulu cibinə qoyub geri qayıdaraq yalandan ondan adığı pulu işi düzəldən adama verdiyini demişdir. Bundan sonra o, Səhmanla birlikdə rayona qayıtmış, həmin 10000 manat pulu öz şəxsi işlərinə xərcləmişdir. Bir müddət keçdikdən sonra ona yenə pul lazım olduğundan Mehmana və Səhmana zəng edib işin düzəldilməsi üçün əlavə 5500 manat pul vermək lazım olduğunu demişdir. Mehman onunla razılaşmış, lakin onunla birlikdə bu işlə məşğul olan adamın yanına getmək isdədiyini demişdir. Bundan sonra o xalası qızı Aygünün rəfiqəsi Zəminəyə zəng edərək Həbib adlı şəxsin vasitəsi ilə Səhman adlı şəxsin işini həll etdiyini, lakin həmin şəxslərin ona inanmadığını bildirib sadəcə olaraq onlara onun Həbib adlı şəxslə işi həll edəcəyini deməsini ondan xahiş etmiş və Zəminədə onunla razılaşmışdır. 2016-ci ilin noyabr ayında o, Mehman və Səhmanla birlikdə Bakı şəhərinə getmiş və “20 Yanvar” metrostansiyasının yanında “Şəhidlər” adbidəsi deyilən yerdə əvvəlcədən telefonla danışdığı xalası qızı Aygünün rəfiqəsi Zəminə ilə görüşmüşlər. Görüz zamanı Mehman və oğlu Səhman Zəminənin avtomobilinə əyləşmişlər və orada 5.500 manat pulu Mehman ona vermişdir. Lakin o Mehmandan aldığı pulu öz şəxsi maraqları üçün xərcləmiş və nəticədə onunla Mehmangilin arasında narazılıq yaranmışdir. 2017-ci ilin aprel ayında o, Zəminənin vasitəsi ilə 7.500 manat pulu Mehman Nəsibova göndərmiş və guya həmin pulu Həbibdən alıb ona qaytardığını demişdir. Əlavə olaraq bildirmişdir ki, Zəminənin bu işdə heç bir maddi marağı olmamış, onun bu işlə heç bir əlaqəsi yoxdur. Həbib adlı şəxsi tanımır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X7 dəymiş ziyanı hissə-hissə ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Salahlı kənd orta məktəbində hərbi hazırlıq dərsləri üzrə onun müəllimi olmuşdur. 2016-cı ilin təxminən iyun ayında Kamillə Mingəçevir şəhərində təsadüfən görüşmüş, söhbət zamanı Kamilə hərbi xidmətə yarasız olduğu üçün təxris olunduğunu və 2011-ci il təvəllüdlü oğlu Turan Xəlilovun bağırsağından ağır əməliyyat olduğunu bildirərək, özünə və oğluna təqaüd düzəltmək istədiyini demişdir. Onun bu təklifinə cavab olaraq Kamil ona özünün və oğlunun sənədlərinə baxmaq üçün istədiyini bildirmişdir. Bundan sonra özünə və oğlu Turana aid sənədləri götürüb Migəçevir şəhərində Kamillə görüşüb sənədləri ona vermişdir. Kamil həmin sənədlərə baxdıqdan sonra 3.000 manat müqabilində ona, 1.500 manat müqabilində isə onun oğluna təqaüd düzəldə biləcəyini bildirmiş və o, Kamilin bu təklifi ilə razılaşmışdır.2016-ci ilin iyun ayının axırlarında o, Kamillə Migəçevir şəhərində yerləşən “Bəxtiyar Aptekin” qarşısında görüşmüş, ona 3.850 manat pul vermiş, 650 manat pulu isə qısa müddət ərzində düzəldib ona verəcəyini bildirmiş və Kamil onunla razılaşaraq 3.850 manat pulu ondan götürmüşdür. 2016-ci ilin dekabr ayının ortalarında Kamil ona zəng edərək 650 manat pulu vermək lazım olduğunu bildirərək, onun Sosial Müdafiə Nazirliyində işləyən xalası qızı Aygünə 650 pulu verməsini bildirmişdir. Bundan bir neçə dəqiqədən sonra ***-***-**-** nömrəsindən ona bir xanım zəng edərək Aygün adlı xanım olduğunu deyib ona 650 manat pulu Bakı şəhərində “Nərimanov” merostansiyasının yanında çatdırmaq lazım olduğunu bildirmişdir. O Mingəçevir şəhərində yaşadığı üçün Bakı şəhərində yaşayan bibisi Sona Xəlilovaya zəng vurub Aygün adlı xanıma 650 manat pul vermək lazım olduğunu demiş, lakin bibisi ona cəmi 450 manat pul verə bildiyini bildirmişdir. Bundan sonra Aygünlə əlaqə saxlayaraq Nərimanov rayonunda yaşayan bibisinin ünvanını ona başa salmış və Ayğün onun bibisi ilə görüşərək 450 manat pulu ondan yaşadığı binanın qarşısında almışdır. Daha sonra 2016-cı ilin dekabr ayının sonunda Kamil ona zəng edərək qalıq 200 manat pulu istəmiş və o Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Şəhidlər” abidəsinin qarşısında Kamillə görüşərək 200 manat pulu ona vermişdir. Bundan sonra Kamilin vəd etdiyi vaxtda işin düzəlmədiyini görüb ondan pulunu geri tələb etmişdir. 2017-ci ildə xatırlamadığı ayda Kamillə Mingəçevir şəhərində görüşmüş və Kamil ona oğlunun işi alınmadığını bildirərək 1.500 manat pulu ona qaytarmış, özünün işinin isə yaxın günlərdə alınacağını vəd etmişdir. Bundan sonra Kamil hər dəfə müxəlif bəhanələr gətirərək onu aldatmağa başlamış, həmin ərəfələrdə ona məlum olmuşdur ki, Kamil həmkəndlisi hazırda rəhmətə getmiş X4 da aldadaraq oğlu Səhman Nəsibovu hərbi həkim kimi işə düzəltmək adı ilə 15.500 manat pulunu ələ keçirmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, hazırda Ağdam rayonu, Sarıcalı Qospitalında hərbi diş həkimi kimi çalışır. Baş leytenant xüsusi rütbəsindədir. X8 atasıdır. O, 2019-cu ilin iyun ayının 13də ürək xəstəliyindən rəhmətə getmişdir. Təqsirləndirilən şəxs tanıyır. O, Yevlax rayonunun Salahlı kənd orta məktəbində hərbi hazırlıq dərsindən ona dərs demişdir. 2016ci ildə Bakı şəhərində “H.Aslanov” metrostansiyasının yaxınlığında kirayə yer tutub mülki həkim kimi çalışmış, həmin ərəfələrdə yəni, 2016-cı ilin son aylarında rəhmətlik atası Mehman ona Yevlax rayonunun Salahlı kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyən Təqsirləndirilən şəxs ilə gürüşmüş, həmin vaxtı onu hərbi həkim kimi işə düzəldə biləcəyini bildirmişdir. Atası onun bu təklif ilə razılaşmış, lakin bu işin düzəldilməsi üçün nə qədər pul istənildiyini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Kamil bu işin düzəldilməsi üçün 10.000 manat pul istəmişdir. 2016-cı ilin iyul ayında Kamil onun atasına işinin düzəldilməsi üçün Bakı şəhərinə getmək lazım olduğunu, həmçinin üzərində özü ilə 10.000 manat pul götürməsini demişdir. 2016-ci ilin iyul ayında o, Kamillə Mingəçevir şəhərində görüşüb, Bakı şəhərinin Nərimanov parkına gəlmiş, orada Kamil ondan işinin düzəldilməsi üçün gətirdiyi 10.000 manat pulu götürüb harasa getmiş, o isə Kamili Nərimanov parkında gözləmiş, bir neçə dəqiqədən sonra Kamil qayıdıb onun yanına gəlmiş və ona “sənin işin hazırdır, artıq düzəlir, bizə xəbər edəcəklər” demişdir. Bundan sonra onlar oradan çıxıb öz evlərinə gəlmişdirlər. 2016-cı ilin noyabr ayında Kamil yenidən atası Mehmana zəng edərək işin düzəldilməsi üçün əlavə olaraq 5.500 manat pul lazım olduğunu demişdir. Atası Kamilə əvvəl 5.500 manat pulu verməkdən imtina etsə də sonradan ona pul verməyə razılıq vermiş, həmçinin Kamil həmin 5.500 manat pulu Müdafiə Nazirliyində işləyən Zəminə adlı xanıma çatdırılmalı olduğunu demişdir. 2016-cı ilin noyabr ayının 28-də rəhmətlik atası Kamil ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında “Şəhidlər” abidəsinin qarşısında Kamil Zəminə adlı xanıma zəng vurmuş və Zəminə bir neçə vaxtan sonra ora bir qara rəngli “Kia Seranto” markalı avtomobillə gəlmişdir. Zəminə xanım gəldikdən sonra ona və atasına Kamil onu Müdafiə Nazirliyinin işçisi kimi təqdim etmişdir. Daha sonra isə onlar Zəminənin avtomobilinə oturub atası 5.500 manat pulu Zəminə adlı xanıma vermiş, lakin həmin pulu Kamil götürmüşdür. Zəminə isə bir neçə aya Kamil tərəfindən onun hərbi həkim kimi işə düzələcəyini demişdir. Bundan sonra Kamilin bu məsələni həll edəcəyinə tam inanmış, daha sonra qayıdıb öz yaşadığı rayona gəlmişdir. Kamilin vəd etdiyi müddət bitdikdən sonra MN-nin X20 getmiş və orada onun adının hazırlıq kursunda olubolmamasını maraqlanmış, lakin orada ona adının olmadığını bildirmişlər və müraciət etmək qaydasını başa salmışdırlar. Oradan qayıdıb bu barədə Kamilə bildirmişdir. Lakin Kamil onun bu sözlərinə cavab olaraq “sənin işin düzəlib onlar dediyi boş şeydir” demişdir. 2017-ci ilin yanvar ayında yenidən MN-nin X20 gedib özü rəsmi qaydada onlar dediyi kimi hərbi həkim keçmək üçün müraciət etmişdir. Bu ərəfələrdə Kamildən işinin nə yerdə olmasını soruşanda Kamil hər dəfə bir bəhanə gətirərək onu aldatmağa başlamışdır. 2017ci ilin iyul ayında MN-nin hazırlıq kursuna daxil olmuş, bundan sonra başa düşmüşdür ki, Kamil bu müddət ərzində dələduzluq yolu ilə onu aldadıb pulunu ələ keçirmişdir. Ona görə də, Kamildən verdiyi pulları geri qaytarmasını tələb etmişdir. 2017-ci ilin təxminən iyulavqust ayının sonlarında Zəminə adlı qadın atasının istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq kəndlərinə gəlmiş və orada atasına 7500 manat pul qaytarmış, qalan pulu isə yaxın müddətdə Kamildən alıb gətirib qaytaracaqdır demişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş X14 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 227-229-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 il bundan qabaq Yevlax rayonunda toyda olanda tanımış, onun xalası qızı Aygünü isə yorğan döşək sırayan kimi Bakı şəhərində tanış olub tanımışamdır. X16 və onun oğlu X23 Hacıyevin üzündən tanımışdır. Onlarla tanışlıq zamanı Təqsirləndirilən şəxs ona X24 adlı şəxsin vasitəsi ilə hərbi həkim kimi işə düzəltmək üçün onlardan pul almasını bildirmiş, həmin işin düzəldilməsi üçün əlavə 5500 manat pul yenə lazım olmasını demiş, lakin işi düzəldən adam iş adamı olduğundan onlarla onu görüşdürə bilmir və ona görə də, Mehman Nəsibov və onun oğlu Səhman Nəsibovla Bakı şəhəri “20 yanvar” metrosunun yaxınlığnda “Şəhidlər” adidəsinin yanında görüşəndə ora gəlməyini və onlardan pul alanda onlara narahat olmamaqlarına işlərinin tez bir zamanda düzələcəyini deməyimi xahiş etmişdir. Həmçinin onu əmin etmişdir ki, onların işlərini yəni, Səhmani hərbi həkim kimi işini tez bir zamanda hansısa bir şəxsin vasitəsi ilə həll edəcəkdir və həmin şəxslərdə sadəcə olaraq əminlik yaratmaq lazımdır. Heç bir tərəddüd etmədən Kamilə inanmış, 2016-ci il noyabr ayında Kamil ona zəng edərək “20 Yanvar” metrosansiyasının yaxınlığında görüşmək istədiyini demiş, idarə etdiyi KİA markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ora getmiş, orada Kamil, Mehman və Səhman ilə görüşmüş, orada onlar iş barədə söhbət etmişlər, onlara narahat olmamaqlarını işlərinin tez bir zamanda həll olunacağını demiş, bundan sonra onlar 5500 manat pulu Mehmana vermiş və oradan ayrılıb hərə öz işinin dalınca getmişdir. Bu məsələdən bir neçə vaxt sonra Kamil ona zəng edərək Bakı şəhərində olduğundan rayonu gedə bilmədiyindən Mehman Nəsibov ilə görüşmək və ona pul qaytarmaq lazım olmasını demiş, yenə də bu işdə heç bir xəta olmadığında Kamildən Bakı şəhərindən 7.500 manat pulu alıb Mehman Nəsibov ilə Yevlax rayonun Salahlı kəndində görüşüb ona 7.500 manat pulu qaytarmış, Kamilin sözlərinə əsasən qalan pulunda yaxın bir vaxt ərzində qaytarılması üçün Kamilin adından vaxt istəmişdir. Daha sonra Zəminə Nadirova göstərmişdir ki, Kamilin ona deməsinə əsasən onlara işlərinin tez bir zamanda həll olunacağını demiş, özünü onlara Müdafə Nazirliyinin işçisi kimi təqdim etməmiş, yenidən xahişinə əsasən Mehman Nəsibova aparıb 7.500 manat pulu qaytarmiş, qalan pulun qaytarılması üçün Kamilə vaxt verilməsini xahiş etmiş, halbu ki, Kamil onuda inandırmışdır ki, onların işini həll edir. Zərərçəkmiş şəxs tanımır. Kamilin ondan nə qədər və hansı məqsədlə pul almasında heç bir məlumatı olmamışdir. Həmçnin Həbib adlı şəxsi tanımır. Onun barəsində heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 230-237-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma xalası oğludur. X14 ilə Bakı şəhərində evində yorğan döşək sırıyan zaman tanış olmuşdur. 2016-ci ilin dekabr ayının ortalarında Kamil onun əvvəl istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək Bakı şəhərini yaxşı tanımadığı üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir şəxslə görüşüb ondan həll etdiyi işin düzəldilməsi üçün pul götürmək lazım olmasını demiş, ona etiraz etməmiş, bundan sonra Kamil ona bir mobil nömrə vermiş, həmin xatırlamadığı nömrə ilə danışmış və işinin həll edilməsi üçün pulu ona çatırmaq lazım olduğu demiş, həmin ona 450 manat veriləcəyini bildirmiş, sonra həmin şəxsin dediyi Nərmanov rayonunda xatırlamadığı Fətəli xan xoyski küçəsində olan bir binanın qarşısına getmiş, bir qadın binanın qabağında ona 450 manat pul vermiş, öz növbəsində Kamil ilə görüşüb ona 450 manat pulu ona vermişdir. Daha sonra Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, sadəcə Kamilin ona verdiyi nömrəyə zəng edib onun işinin düzəldilməsi üçün Kamilə veriləsi 650 manat pulu ona çatdırmasını demiş, onun verdiyi ünvanın qarşısına gedib, orada bir tanımadığı qadından 450 manat pul alıb Kamilə qaytarmış, özünü ona Sosial Müdafiə Nazirliyinin işçisi kimi təqdim etməmiş, Kamil ona o kiməsə sosial işini düzəldəcəkdir demişdir. K.X17 işə düzəltmək adı ilə pul alması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs və X1 RPİ 29-cu PŞ-nə müraciət edərək bildirmişlər ki, hər ikisi Təqsirləndirilən şəxs tərəfindən aldadılmış, sonuncu onların etibarından suiistifadə edərək onların ümumilikdə 11.000 manat pulunu mənimsəməsi barədə bildirmişdir. Təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan hadisə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində yerləşən “Şəhidlər Abidəsinin” yaxınlığında baş vermişdir. (i.v. 37-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeydiyyat şöbəsi Mingəçevir regional “Asan xidmət” mərkəzi tərəfindən verilmiş 22 iyun 2019-cu il tarixli AZ-İİ № 004414 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 13 iyun 2019-cu il tarixdə kəskin miokard infarktından vəfat etmişdir. (i.v. 79) 06 fevral 2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 183- 186) 06 fevral 2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X13 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 187-190) Yevlax Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 8000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 8030 (səkkiz min otuz) manat iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. (i.v. 224-226) Yevlax Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(039)-2306/2018 saylı xüsusi qərardadına əsasən iddiaçı X2 iddia ərizəsi üzrə mülki işə baxılarkən cavabdeh Təqsirləndirilən şəxs hərəkətlərində ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin mövcud olması barədə Yevlax Rayon Prokurorluğuna xəbər verilmişdir. (i.v. 74) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 2016-cı ilin dekabr ayında Zərərçəkmiş şəxs ümumilikdə aldığı 4500 manat pulun sonuncu 200 manatını ünvan 3 ünvanında yerləşən “Şəhidlər Abidəsi” qarşısında almışdır. (i.v. 248-251) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X5, şahidlər X15, Şahid1 və X6 ifadələri, hadisə yerinə keçirilmiş baxış protokolu və hadisə yerində çəkilmiş fotoşəkillər, ifadənin yerində yoxlanması və telefon danışıqlarına keçirilmiş baxış protokolları sübut növü kimi qəbul olunmuşdur. (i.v. 252-263) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heçbir məlumat yoxdur. (i.v. 115) “Şəxsin axtarışa elan edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir. (i.v. 143- 144) “Axtarışda olan şəxsin tutulmasına dair” 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə saat 19:30-da tutulmuşdur. (i.v. 150) “Qətimkan tədbiri seçilməsi haqqında” 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 212-213) Zərərçəkmiş şəxs tərəindən təqdim edilmiş 04 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onlar barışmışlar. Ona qarşı şikayət və tələbi yoxdur. X13 tərəfindən verilmiş 09.06.2021-ci il tarixli ərizdən görünür ki, Təqsirləndirilən şəxs ona 6700 manat borcu qalmışdır. Həmin pul hər ay hissə-hissə əmək haqqından tutulur. Bununla əlaqədar ona qarşı tələbi yoxdur. "xxxx" MMC-nin 30.06.2021-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına 1000 (bir min) manat ödəniş etmişdir. "xxxx" MMC-nin 13.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına 2000 (iki min) manat ödəniş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəyərək onunla barımasını və zərəçəkmişin hüquqi varisi X7 dəymiş zərəri qismən ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Yevlax və Mingəçevir şəhərlərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax və Mingəçevir şəhərlərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax Şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-167/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-167/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver