Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-167/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Hakim Məmmədli Orxan Qədir oğlu Məhkəmə iclasının katibi: X20 Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər: Müdafiəçi1, Nümayəndə1, Müdafiəçi5, Müdafiəçi2, Müdafiəçi3, Nümayəndə2 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “SeaBreze” Resort-da təhlükəsizlik xidmətində patrul nəfəri işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni məhəllədə nömrəsiz fərdi yaşayış evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “The Place” adlı pub restoranda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və “İsmayıl” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə və dalaşma zamanı İsmayıl adlı şəxs tərəfindən vurularaq yerə yıxılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs3 ətrafda olan və dalaşmaya qarışmış şəxslərin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan mübahisəni böyümədən sakitləşdirməyə imkanı olduğu halda, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə ictimai yer olan restoranda insanların gözü qarşısında masadan götürdüyü və silah qismində istifadə etdiyi çəngəl ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona döş qəfəsinin sol yan səthində olan sıyrıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “The Place” adlı pub restoranda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və “İsmayıl” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 ilə Zərərçəkmiş şəxs1 arasında bir-birinə toxunduqları üçün yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 vurması və həmin vaxt sonuncunun sərxoş halda özündən asılı olmadan onun əyləşdiyi masaya dəyərək masada olan əşya və təamları dağıtmasını cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan mübahisəni böyümədən sakitləşdirməyə imkanı olduğu halda öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə ictimai yer olan restoranda insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 cəzalandırmaq hüququnun olduğunu düşünüb, ətrafdakı şəxslərin narahatçılığına səbəb olan hərəkətlərə yol verməklə ictimai qaydanı kobud surətdə pozub, Zərərçəkmiş şəxs1 boynundan geri itələməsi nəticəsində sonuncunun yıxılaraq sol incik sümüyünün, bayır topuğunun sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına Az Ağır zərər vurmuş, qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt mübahisəyə qarışmış və İsmayıl adlı şəxs tərəfindən vurularaq yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 sinə nahiyəsindən təpiklə qəsdən vurub ona fiziki ağrı yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “The Place” adlı pub restoranda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və “İsmayıl” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə və dalaşma zamanı İsmayıl adlı şəxs tərəfindən vurularaq yerə yıxılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs3 ətrafda olan və dalaşmaya qarışmış şəxslərin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan mübahisəni böyümədən sakitləşdirməyə imkanı olduğu halda, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə ictimai yer olan restoranda insanların gözü qarşısında Zərərçəkmiş şəxs3 çənə nahiyəsinə qəsdən yumruqla vuraraq fiziki ağrı yetirmiş, qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 geri itələməsi nəticəsində sonuncunun yıxılaraq sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki diz oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “The Place” adlı pub restoranda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “İsmayıl” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 sərxoş olduğu və bu səbəbdən müvazinətini saxlaya bilməyib onun çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə gətirərək, aralarında yaranmış mübahisə zamanı həmin mübahisəni sona çatdırmaq və böyütməmək imkanı olduğu halda, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə ictimai yer olan restoranda insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 cəzalandırmaq hüququnun olduğunu düşünüb, ətrafdakı şəxslərin narahatçılığına səbəb olan hərəkətlərə yol verməklə ictimai qaydanı kobud surətdə pozub, Zərərçəkmiş şəxs1 başına bir neçə dəfə yumruqla qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına Yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Rüfət və Cavadla oturmuşlar. Tanımadıqları şəxslər gəlib stollarına dəyib. Orada bir nəfərlə əvvəldən ədavəti var idi. Söyüş söyüblər, dava onun üstündə başlayıb. Onlar özləri üçün oturublar. Həftənin son iş günü idi. Onlar içki qəbul etməmişdirlər. Amma onların stoluna dəyənlər deyəsən içki qəbul etmişdi. Elmirlə yoldaşı söyüş söyüb. O da onları qolu ilə uzaqlaşdırıb. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İsmayılı tanımır. Onu 5 dəqiqəlik masaya dəvət etmişdilər. Kim çağırmışdı, bilmir. Dəyənlərin içində qadın görməmişdir. Amma səs-küydən davanı kimin başlatması bəlli olmamışdır. O, heç kimə xəsarət yetirməmişdir. Çəngəl vurmaq niyyəti olmayıb. Zərərçəkmiş şəxs3 əvvəllər tanıyırdı. Şərur rayonunda dava-dalaşları olmuşdur. Hadisə “koronavirus” söhbətindən qabaq olmuşdur. Ora sürüşkən idi, yerə yıxılıb, onun özünə də zərbələr dəydi, çəngəli əlinə aldı ki, özünü müdafiə edə bilsin. Canı cüssəsi yoxdu. Rəvanı təsadüfən gördü. Rəvanı yumruqla vurmuşdur. Birinci zərbəsi dəyib, ikinci sıyrılıb. Onlar ora saat 11-də getmişdirlər. Rəvan onların masasının yaxınında deyildi. Masaya birinci dəyən adam Elmir adlı şəxs olmuşdur. Rəvan masaya dəyməyib. Klubda hamı dalaşırdı. Aləm dəymişdi bir-birinə. Videoya baxmışdır. Çəngəli özünü müdafiə üçün götürmüşdür. Qaranlıqda bir neçə dəfə ona zərbə gəlmişdir. Davanın səbəbkarı olmamağı üçün ədavətləri barədə müstəntiqə heç nə bildirməmişdir. Müstəntiq aralarında hər hansı ədavəti olub-olmaması barədə sual verməmişdir. Ona baxaraq ağır söyüş söydü, o da özündən çıxmışdır. İkinci yumruq cəhdi Rəvana dəyməmişdir. Ona davamlı söyüş söydü. Dostlarını qoyub getmək istəməmişdir, hesab da ödənməmişdir. Rəvanla toyda davaları olub. Onu tanıyan kimi söyməyə başlamışdır. Masa aşana kimi dava artıq başlamışdır. Cavadın rolu o idi ki, camaatı aralamağa çalışırdı. Cavada çoxlu söyüşlər olmuşdur. Amma fiziki şiddət olmasını dəqiq görməmişdir. Cavad heç kimi itələməyib. Aralamaq istəmişdir. Bəli, əlində çəngəl olmuşdur. Yekunda səmimi peşman olmasını, evli olmasını və himayəsində 2 övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Elmirə hər hansı xəsarət yetirməmişdir. Yadakı ayağını sındırmamışdır. Xuliqanlıq üçün gərək birinci niyyət olsun. Dava salonun başqa hissəsində başlayıb. Burulğan kimi onlara doğru gəlib. Onların stoluna dəyəndən sonra oturmağa davam etməli deyildilər ki? Durublar ayağa ki, nə baş verir. Kobud söyüşlər işlənirdi. O, ancaq insanları aralamağa çalışırdı. Kamera görüntüdə var ki, birinci zərbə ona dəyib. Elmirə nəyinki xəsarət yetirməyib, o, hətta onu yerdən qaldırmışdır. Onlardan 12 metr aralıda başlamışdı dava. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 vurmamış, nə də itələməmişdir. Hətta barışıq ərizəsi də verib. Onun xəsarət alması onunla bağlı deyil. İttihamda da sonda ondan şikayətçi olmadığını bildirir. Mübahisənin kim tərəfindən necə başlanılmasını bilmir. Dava onlara çatanda artıq orada söyüş də var idi, əlbəyaxa da var idi. Ayağa duranda məqsədi dalaşmaq olmayıb. Stolları dağılanda masada qəlyan, yeməklər, meyvə və digər nemətlər olmuşdur. Kömür masaya və üstlərinə dağılıb. Oturub sakitcə baxmaqları absurd olardı. Tək təqsiri odur ki, gecə vaxtı klubda yox, evində ailəsinin yanında olmalı idi. Qaranlıq olduğundan kimin kimə vurması, itələməsini görə bilməmişdir. Klubda dava zamanı mühafizəçilər də işə qarışmışdı. Orada o qədər insan olarkən onlara qarşı ittiham elan olunması, digər şəxslərin kənarda qalması maraq doğurur. Ona da zərbə endirilib, kim tərəfindən olduğunu bilmir. Onlar gəldikdən 4-5 saat sonra bu hadisə baş verib. Onların masasında içki olmayıb. Onlar orda olmasaydılar da, bu dava olacaqdı. Çünki dalaşma onlardan 6 masa uzaqda başlayıb. Orada nə olduğunu anlamağa çalışan kütlə də var idi. Onlar ancaq insanları ayırmağa çalışmışdırlar. Elmirin boynundan tutub itələməmişdir, ittiham aktında düzgün qeyd olunmayıb. Elmir özü ifadəsində içkili olmasını bildirmişdir. Elmiri yerdən qaldırmışdır. Hadisənin başlanma səbəbi Elmir Kənana dəyib. Onlar istintaq dövründə tanış olmuşdurlar. Elmir başlayıb, Kənan deyib ki, nə məsələdir. Kənanı əvvəldən tanımamışdı. Sonradan bilmişdir ki, Elmirlə aralarında söz-söhbət başlayıb. Əslinə qalsa, burada hazırda azı 20 nəfər təqsirləndirilən şəxs olmalı idi. Mühafizə əməkdaşının biri qarışıqlıqda onu vurmuşdu. O da indi dursun ondan şikayət etsin? Bu, absurddur. Mübahisənin tam olaraq masada, yoxsa başqa yerdə başladığını deyə bilmir. Masaları aşana qədər səs-küyü eşidiblər. Bir əli ilə qrupu saxlayıb ki, onlara yaxın gəlməsinlər. Gözləyirdi ki, özləri sakitləşərlər. Lakin əksinə oldu. Xuliqanlıq etmək istəsə idi, münaqişənin masalarına çatmasını gözləməzdi. İlk əlamətlərdən davaya qatışardı. Elmiri yerdə görüb insanlıq niyyəti ilə onu qaldırıb. Özü də demişdir ki, ayağından aldığı xəsarəti o törətməmişdir. Elmiri o qaldırıb. Amma onu kimin yıxdığını bilmir. İttihamda yazıldığına görə deyib. O, özü gözlə görməmişdir. Kənanın heç kimlə işi yox idi. Elmir gəlib Kənana ilişib. Kənan başlamayıb davanı. Onlar müvəqqəti saxlama yerində tanış olublar. Heç bir xuliqanlıq niyyətləri olmamışdır. Normal, idmançı uşaqlardırlar. Maska ilə, silahla içəri daxil olmamışdırlar. İstirahət üçün gəlmişdirlər. Ayın 17-dən 20-nə kimi 3 gün ərzində hər hansı yayınma halı olmamışdır. Normal vətəndaş kimi polisə gedib-gəliblər. Zərərçəkmişlə üzləşmə aparılmayıb. Onlara əvvəl deyiblər ki, sadə mübahisədir. Ciddi bir şey yoxdur. Sonra bazar günü deyiblər ki, məhkəmə olacaq. Müvəqqəti saxlama yerində qalmalıdırlar. Təqsirləndirilən şəxs1 davada heç bir iştirakı olmayıb. Deyildiyi kimi cüssəsi də ona uyğun deyil. Masalarına kütlə dəydikdən sonra istər-istəməz hər biri ayağa qalxıblar. O, deməyib ki, qalxın gedək davaya. Onlar görüblər ki, artıq kütlə üstlərinə gəlir, dava qaçınılmaz idi. O, Rüfət, Afiyəddin və İsmayılla idi. İsmayılla fitnes zalında tanış olublar. Rüfət ayda bir dəfə onunla gələrdi zala. İsmayıl əsas ona görə gəlib. Kənanı əvvəllər tanımamışdır. O, heç bir maddə üzrə özünü təqsirli bilmir. Masalarında içki olmamışdır. Onlar orada konsertə qulaq asmaq istəyiblər. Əvvəllər məhkum olunmuşur. Hadisə “See Breeze”də olmuşdur. Amma səhv onda olmamışdır. Ona görə də həmin hadisədən sonra onu mühafizənin rəisi qoyublar. Əvvəl korrupsiya idarəsində mütəxəssis-sürücü işləmişdir. Eyni maddə 221.2.1-ci maddə üzrə barəsində cinayət işi olmuşdur. Əvəzləşmə olub və o, cəzadan tam azad olunub. Hadisə baş verən zaman getməyi düz olmazdı, çünki pis baxardılar. Qorxub qaçıb getdi deyərdilər, həm də hesab ödənilməmişdi. Qaranlıq olduğundan dostlarını görə bilməmişdir. Görə bilsə, hamısını yığıb aparardı. Onları axtaran vaxt ona zərbələr dəyib, o da başlayıb adamları itələməyə. Hətta onu vuranları da sakitləşdirməyə çalışıb. İstəsə oradakı hamını da vurardı. Buna gücü də var. Amma niyə belə bir şey etsin? Rəvanı əvvəllər tanımamışdır. Ona təpik və ya hər hansı zərbə vurmamışdır. Özü kikboksinqla məşğuldur. Təpik zərbəsi elə vurulmur, videoda elə görsənir ki, vurmuşdur. Amma elə deyil, içkilər yerə dağılmışdı, yer sürüşkən idi, o sürüşən vaxt ayağı göyə qalxır, elə görsənir ki, sanki ayaq vurmaq istəmişdir. Rəvanı yerdən qaldırmağa çalışmışdır. İsmayıldan onun xəbəri yoxdur, indi hardadır bilmir. İstintaqa İsmayılla tanışlıqlarını demişdir. Amma ona sonradan Kürdəxanıda dəyməyib. İçki içməsələr də, istirahət üçün orada idilər. Müğənni Mətinin konserti var idi. Meyvədən, təamdan dadıb, bir az zövq alıb, evlərinə qayıdacaqdılar. Əvvəl orada bir dəfə olmuşdur 5 il qabaq. O zaman başqa yerdə yerləşirdi. Əlavə olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona əsassız ittiham verilib. Kimin ayağın qırmışdır. İnsanın vicdanı olmalıdır maddə verəndə, Allah göydən baxır. Onun zalda atası, qardaşı oturub. Onlara da əvvəldən demişdir. O, orada heç kimi vurmamışdır. Onun cüssəsini görür hamı. Ona CM-nin 127.2.3-cü maddəsi ittiham veriblər. İnsan qəlbi ilə danışmalıdır. O, bu insanı qaldırmışdır. Amma onu heç üzləşdirməyiblər, videonu da göstərməyiblər. “Qafqazinfo”ya qoyulan videodan sonra zərərçəkmiş deyir ki, o, görür ki, Cavad onu ayırıb. Bu necə ola bilər ? Onun ailəsi uşağı qalıb ondan kənar. Şəxsin ayağını harada sındırmışdır ?! CM-nin 127.2.3-ü maddəsini harada törətmişdir. Onu müqəddəratı həll olunur. İstintaqın axırında gətirib qabağına qoyurlar ki, ona bu maddələr ilə ittiham olunub. Terror eləmişdir, yoxsa nə eləmişdir. Nailiyyətləri o qədərdir ki, bu gün sabah müharibə olsa yenə gedər. Xahiş edir ki, həmin maddə üzrə ona bəraət verilsin. Yekunda səmimi peşman olmasını, ailəli olmasını və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ondan əvvəl yoldaşlar da danışıb. Konsert proqramı idi. Dava düşdü. Onların masasından uzaqda idi. Uşaqlarla razılaşıblar ki, qarışmasınlar, özləri sakitləşərlər. Onların masasına gəlib çatıb. Qaranlıq olduğundan şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Biri onu, biri Cavadı vurub. Söyüşün biri bir qəpikdən. Çox qarışıqlıq düşüb. Mühafizə də işə qarışıb. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onların ifadələri arasında heç bir ziddiyət yoxdur. Sırf başqalarından yox, onlardan şikayət etmələrinə səbəb o olmuşdur ki, onlar Allaha şükür boylu-cüssəli oğlanlardırlar. Yəni gözə çarpan onlar olmuşdurlar. O, Rəvanı yerdən qaldırmışdır. Rəvan isə, elədiyi yaxşılığın əvəzi olaraq onu söyüb. O da onu vurub. Tam zərbə sayılmazdı. O, ona zərbə endirsə, çənəsi qırılardı. Ya başqa bir şey olardı. Rəvan onu tanımırdı. Niyə ondan şikayət etməsini başa düşmür. İttihama yalan ifadə verib. Videogörüntüdə hər şey var. Cavad Elmiri qaldırıb, o da Rəvanı qaldırmışdır. Rəvanı kimin vurub yıxdığını bilmir, o ona yaxınlaşanda artıq uzanmışdı. O və dostları söyüş söymürdü. Amma kütlədə hərənin ağzından bir söyüş çıxırdı. Yaddaşı zəif olduğundan neçə nəfəri ayırdığı, ya da Rəvanı qaldıranda ona hansı sözü dediyi yadında deyil. Amma onu təhqir etdiyi yadındadır. Rəvanın yerdə niyə uzandığını bilmir. Kimin onu yıxdığı ona bəlli deyil. Rəvanı qaldırdıqda, ona təhqiramiz ifadə işlədib, o da yumruğunu sıxıb onu itələyib. Zərbə deyildi, zərbə olsa, xəsarəti olardı. İtələmək istəyib, zərbə endirmək yox. O, yumruqla itələdikdə yıxılıb, 3-5 saniyə sonra durub. Zərərçəkmiş şəxs2la bağlı belə olub ki, o insanları ayırırdı, anidən geriyə çöndükdə, kim olduğunu görmədən onu da özündən uzaqlaşdırmaq üçün itələyib. Xanım onu təhqir etməyib, çevriləndə elə bilib kimsə onu vurmaq istəyir. Birinci xanımı itələmişdir, Rəvan hərəkəti axırda olub. Qaranlıq idi, stresli vəziyyət, kim nə olduğunu başa düşülmürdü, ona görə istəmədən belə bir şey olub. Peşmandır. Şok vəziyyətində olmuşdur. Bir daha belə hal yaransa, üzünü çöndərib gedəcək. Heç kimi ayırmayacaq. O, İsmayılı tanımamışdır. Heç tam adını da bilmir. O, yanlarında 5 dəqiqə oturub. Onlar camaatı aralayanda heç yanlarında yox idi. İsmayıl da idmançıdı. Amma boyu balacadı. Afiyəddin də onlarla birgə insanları ayırırdı. Boyu balaca da olsa, onlara kömək edirdi. Ola bilsin çəngəlin dalı ilə qabağın səhv salıb. Kənanı əvvəllər tanımamışdır. Ardıcıllıq dəqiq yadındadır. Birinci insanları aralamağı çalışmış, bu arada xanımı da istəmədən itələmişdi. Sonra Rəvana yaxınlaşmışdır, Rəvan səhnədə uzanmışdı. O, bir neçə məsələni qeyd etmək istəyir. O, cüdo idman növü ilə məşğuldur. Həm beynəlxalq yarışlarda, həm Heydər Əliyevin adına olan idman tədbirlərində birincilik əldə etmişdir. Azərbaycanın bayrağını qaldırmışdır. Hazırda təcridxanada türmə şəraitində məşqlərini davam etdirir. Amma bu, çox çətindir. Nəzərə alınmasını xahiş edir. Əməlindən çox peşmandır. Xanım məhkəməyə gəldikdə, ondan üzr istəyəcək. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs4 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, izahata keçməzdən əvvəl digər təqsirləndirilən şəxslərə verilən suallara cavab vermək istəyir. Həm Rüfət, həm Cavad bir sırada dayansa, onlar həmişə insanların içindən seçilərlər. İdmançı uşaqlardı. Həmişə gözə çarpırlar. Fərq etmir, dayanıblar, yoxsa aralamağa çalışırlar. Artıq iri cüssələri və idmançı auraları ilə diqqəti cəlb edirlər. Afiyəddin isə sadəcə fiziki cəhətdən nisbətən kiçik olduğuna görə çəngəli əlinə alması müdafiə refleksi olmuşdur. O kiməsə xəsarət yetirmək istəməmişdir. Onu həmişə hava limanında qarşılamışlar. İndi isə məhkəmə zalındadır. Uşaqlıqdan özünü belə yerlərdə təsəvvür etmirdi. Həmişə valideynlərinə layiq olmaq istəmişdir. İndi məhkəmə zalında həm öz valideynlərini, həm digər valideynlərini görmək onu çox üzür. Rüfət və Cavad kiməsə açıq əllə vursalar, həmin şəxslər böyük ehtimalla ölərlər. Onlar sadəcə insanları aralamaq və vəziyyəti stabilləşdirmək istəmişlər. Hadisəyə gəldikdə isə, o, sadəcə masada oturmuşdur. Elmir adlı şəxs o ayaq üstə olarkən ona dəyib. Özü ayaq üstündə qəlyan çəkirdi. Elmirə deyib ki, bağışla. O isə ona deyib ki, guya ona çiyin vurub, gələcək, danışacaqlar. Ozü oturub masaya Rəvangilə deyib ki, burda abuhava gərginləşir. Hesabı ödəsinlər, çıxsınlar. Elmir içkili idi. O, əl-üzünü yumaq üçün getdi. Qayıtdıqda görüb ki, stolları aşıb. Qəlyan, meyvələr hamısı yerdədir. Rəvandan soruşanda o deyib ki, Elmirgilin stolu onlara dəyib. O, oturmaq istəyəndə Elmir gəlib ona çiyin vurub. İçkili olduğu üçün fikir verməyib. O, nə içmir, nə çəkmir. Masaya oturub deyib ki, hesabı ödəyib getsinlər. Burada vəziyyət o deyil. Sonra Elmir onun yanına yaxınlaşıb deyib ki, qalx ayağa söhbət edək. O da deyib ki, Elmir içkilidir, özü isə ayıqdır. Onunla nə söhbət etsin. Otursun aydınlaşdırsınlar. Bu şəxs əyilib qulağına söyüş söyüb. Məşhur UFC ustası Həbib Nurməhəmmədov belə, onu bütün dünya İslam dininə mənsub ən güclü döyüşçülərdən biri kimi tanıyır. O demişdir ki, söyüşə səbr göstərmək olmaz. O, təbii şəkildə özündən çıxıb. Onu itələyib. İçkili olduğundan müvazinətini itirir, arxadakı masaya dəyir. Həmin masada tam görə bilmirdi, dalaşırdılar, ya ayırırdılar. Amma Cavad və Rüfət dəqiq görüb ki, dalaşan şəxsləri ayırırdılar. İğtişaş düşəndə 2 dəqiqə sonra işıqlar söndü. Amma onlar iri olduqlarından görə bilirdi. Həmin şəxslər ancaq vətəndaşlıq borcunu yerinə yetirirdilər. O vaxta kimi nə Cavadı, nə Rüfəti, nə də Afiyəddini tanımamışdır. Müvəqqəti saxlama yerində tanış olmuşdurlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Elmirə xəsarət yetirməmişdir. Onu axtarıb ki, onu kimsə vura bilər. İçkili idi. O, istəmirdi ki, Elmirə kimsə ziyan yetirsin. Çünki o, kimisə yenə söyəcəydi, fəsadları ağır olacaqdı. Amma Elmiri heç orada tapa bilməmişdir. Özünü təqsirli bilmir. Onlar orada olmasalar da, bu dava olacaqdı. O, Elmiri tanımır. Tanısa birincisi, ona söyüş söyməzdi, ikincisi içkili vəziyyətdə ona yaxınlaşmazdı. O, Elmiri başına zərbə vurmamışdır. Əlinin içi ilə şəxsi itələmişdir özündən. Sinəsindən itələmişdi. Əlinin heç bir hissəsi ilə onun başına zərbə endirməmişdir. Eyni boydadırlar. Qaranlıqda onu ayağından itələyəsi deyildi ki?! O, ancaq itələmişdir, heç kimə zərbə endirməmişdir. O, üzü səhnəyə oturmuşdur. Səs gəldiyi üçün arxa tərəfə çönəndə Cavadgilin insanları aralamağa çalışdığını görmüşdür. Cavadgil orada olmasa idi, içkili insanlar arasında ölüm hadisəsi də ola bilərdi. Onlar orada olmasalar belə, içki olan yerdə həmin hadisə mütləq baş verərdi. İşıqlar sönəndən sonra onlar çölə çıxıblar və çıxıb gediblər. Krosfit, üzgüçülük və digər idman növləri ilə məşğuldur. Təqsirləndirilən şəxslərin heç birini tanımırdı. O, Rəvangillə oturmuşdur. İstintaq ifadəsini oxuyub. O, İbrahim və Rəvanla əyləşmişdir. O, İbrahimlə birgə oturmuşdur. Stolları birləşdirməyə icazə vermədiklərindən Rəvan da 5-10 santimetr məsafədə onlarla, amma digər masada əyləşmişdi. İbrahim də içki içən deyil. Rəvanın qardaşı Əlvanı tanımır. Elmirin intiriqa, ya başqa məqsədlə çiyninə vurmasını ondan soruşmaq lazımdır. Hadisənin baş vermə səbəbkarı Elmir olmuşdur. Elmirgil onların masası ilə üzbəüz olmuşdur. Onlar da kütləvi idi. Elmirgilin stolunda oturan şəxslər onların masasını dağıtmışdı. O, masalarına artıq çıxmağı təklif edib. Üst geyimini gətirməyi xahiş edib. Yenə bu arada çiynindən vurublar. O, tez oturub ki, ona zərbə dəyməsin. Çünki bir yerə qədər səbrini sıxa bilər. O, Elmirgilin Cavad və Afiyəddin oturan masaya hansı hərəkət etdiklərini görməyib. O, o tərəfə baxanda artıq Elmiri ondan uzaqlaşdırıblar. O, tək gəlmişdi. Rəvanı isə orada kimlərləsə, mübahisə edən və ya dava edən yerdə görməmişdir. Zərərçəkmiş şəxs2 çiyni ona dəymişdir. O, uşaqların heç birini tanımır. İbrahimlə əyləşmişdir. Rəvanı tanıyır. İbrahimi “The Place”dən tanımışdır. O, ora tək getmişdir. İbrahimi tanıdığı üçün onu masasına dəvət etmişdir. İbrahimin kimləsə oturmağını görməmişdir, yanında yer olub ki, onu dəvət edib. O, oturduğu 20 dəqiqə ərzində masaya heç kim gəlməmişdir. Həm İbrahimi, həm Rəvanı “The Place” restoranından tanıyır. Ora daima getmirlər. Bir neçə dəfə parti olub, o partilərdə tanış olublar. Onlar yer tapmayan vaxtlar Rəvan onlara yer təşkil edirdi. Rəvanın orada işləyib-işləmədiyini bilmir. Amma yəqin dostları ilə oturmuşdu, dəqiq bilmir. İndiyənə kimi içki qəbul etməmişdir. Əlvanı da tanımır. Hansı söyüşləri işlətdiyini deyə bilmir, burada qadın cinsinin nümayəndələri var, həmçinin valideynin yanındadır. İstintaqa da hansı söyüşü söyməyini deməmişdir. O, orada qalıb insanlıq borcunu yerinə yetirmişdir, çöldə diyarda biri yıxılanda ona kömək etmək hər kəsin borcudur. O da insanların bir-birini incitməməsi üçün onları sakitləşdirməyə çalışıb. Mühafizə obyektin boşaldıldığını bildirəndə və onları çölə dəvət edəndə, onlar çıxıblar. Elmirə xəsarət yetirməmişdir. Rəvana xəsarət yetirildiyini görməmişdir. Əgər Rəvana xəsarət yetirildiyini görsə idi, icazə verməzdi. Eləcə də Elmiri də dalaşan görsə ayırardı. O, zərərçəkmişin sifətinə yumruq zərbəsi endirməmişdir. İstintaq ifadəsini oxumadan imzalamışdır. Çünki gözləmirdi ki, bu yerə qədər gəlib çıxar. Əlavə olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Afiyyəddini tanımır. Hadisə zamanı Afiyyəddinə yaxınlaşan o idi. Əlində nə isə var idi, yaxınlaşıb əlindən alıb ki, belə bir şey olmasın. Konkret əlində çəngəl olmasını görməmişdir. Orada söyüş söymə ilə hər şey başlayır. Elmir əvvəlcə ümumi söyür, sonra konkret söyüşü ona ünvanlayır. İki düşmən olsa belə, tərəflərdən biri üzr istəyən zaman böyüklük edib barışmaq lazımdır. Sabah birisi gün 30 yaşı olacaq, o elə tərbiyənin yiyəsi deyil. CM-nin 221.2.1-ci maddə bir qrup şəxs tərəfindən törədildikdə əmələ gəlir. O, nə Cavadı tanımışdır, nə Cavad onu tanıyıb. Onlar orada oturub istirahət edirdilər. Heç bir heç kimə ilişməmişdir. Kimsə gəlib onu söyür, o da ona görə 6 aydır ki, həbsdədir. Yekunda səmimi peşman olmasını və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, şikayətçi deyil. Barışmışdır, hər hansı tələbi yoxdur. Bu barədə ərizəni təqdim edir. Hadisəyə gəldikdə isə, onlar tanış-qohum məkanda oturub ad günü keçirdirdilər. Sevdiyi 2 müğənni də orada konsert proqramı ilə çıxış edib. Məclisin ortasına yaxın xoşa gəlməz hadisə olub. Kənan bəylə, yəni Təqsirləndirilən şəxs4 ilə aralarında mübahisə olub. O, masasından qalxarkən ona toxunub. Bu zaman Kənan ona nalayiq ifadə işlədib. Lakin onun masasında oturan dostu onları aralaşdırıb. Daha sonra ikinci dəfə yoldaşı ona dəyib. Onlar yoldaşı ilə çıxmaq istəyiblər. Hesabı ödəyiblər. Bu zaman o, yoldaşının toxunduğu adamın da, yenə həmin adamın olduğunu görüb. Əli ilə üzr istəyib. Sonra o, yaxınlarını çölə çıxardıb özü kluba qayıdıb. Və ondan soruşub ki, niyə belə bir söyüş söyür. Ardınca mübahisələri böyüyüb. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mübahisəni başladan Təqsirləndirilən şəxs4 olmuşdur. Şikayətçi deyil. Barışıq var. Əvvəldən heç bir tanışlıqları olmamışdır. Xəsarəti də Kənan yetirib. O, ora ad günü qeyd etmək üçün getmişdir. Bu dava niyə başlayıb bilmir. Pis təsadüfdür ki, iki dəfə qarşılaşıblar. Lakin o, ikinci dəfə yoldaşı ilə ona dəyəndə əli ilə üzr istəyib, eşitməyə bilər, amma əl hərəkətini görməli idi. O, ikinci dəfə qayıdıb niyə söyüş söydüyünü soruşanda, yenə ona qarşı aqressiya göstərib. Eyni söyüşü deyib. Daha sonra o, yerdə uzanıb. Ayağı da pis vəziyyətdə. Heç kimi tanımırdı. Hadisədən sonra biraz Rüfətin ailəsi ilə tanış olublar. İçki içmişdir. O, istəməyərək Kənana toxunub. Masadan duran zaman onu görməyib. Çiyni ilə asta toxunub. Üzr istəyən zaman Kənan ona deyib ki, guya qəsdən toxunmuşdur. Lakin dostu söz-söhbət çıxmaması üçün onları ayırıb. Hər biri öz masalarına gediblər. Masalar çox yaxın idi. O, ona bu rəftarının səbəbini soruşduqda, yenə eyni söyüşü ona söyüb. O da deyib ki, nə səbəbə söyürsən? Bura nədir sənin üçün? Kənan onu vurub, o da Kənanı. Təpik atmışdır. Birinci zərbəni Kənan üzündən vurub. Yıxılmasa da arxaya gedib. İnsanlar araya girib. Əl-qol atıb. Ancaq ona zərbə dəyib-dəymədiyi yadında deyil. İtələməyib, onu vurub. Arxadan da zərbə dəymişdi. Polislər video ilə aşkarlayıb ona demişdirlər ki, həmin zərbəni Cavad vurub. Ona həqiqətən arxadan zərbə dəyib. İstintaq ifadəsində də “sonradan bilinənə görə” qeyd etmişdir. Polislər ona arxadan zərbəni məhz Cavadın vurduğunu dediklərinə görə ifadəsini belə vermişdir. Videoda Cavadın ona vurması görsənmir. Əksinə Cavad onları aralayırdı. Polis də ona arxadan zərbə aldığı anı göstərə bilməyib. Videonun bəzi yerləri yox idi. Ona dəyən zərbə də həmin olmayan kadrların birinə düşüb. Polis baxıb onu kimin vurduğuna. Amma o, tələb etdikdə həmin kadrın qalmadığı ona deyilib. Özlərinin dediyinə görə Cavad imiş. Amma videodan əksi görünür. O, hətta onu masaya otuzdurur. Ayağını kimin sındırdığını bilmir. Huşsuz olmuşdur. Təkrar edir ki, arxadan onu kimin vurduğu yadında deyil. Yalnız əynindəki qısaqol köynək yadındadır. Polisə görə belə ifadə vermişdir. İndiyə kimi onu həqiqətən kimin vurduğu məlum deyil. Onu vuran adam yenidən onu niyə aralasın və ya masaya qaldırsın? Cavad və Kənandan başqa heçkimlə intriqa və ya dava olmamışdır. “Bir dənə vuraram, qalxmarsan” bu sözü ona Kənan deyib. Ona görə ki, ona bir neçə dəfə dəyib. Yoldaşının ad günü idi, qohumları və dostları var idi. Konsert bitib. Birin yarısı radələri olardı. Çıxmaq istəyiblər. Həm Kənan, həm Cavadla barışmışdır. Azadlığa çıxmaqlarını istəyir. Şikayəti yoxdur. Afiyəddini tanımıram. Orada görməmişdir. Kənan xaric digər 3 təqsirləndirilən şəxsin onların masasına qarşı hər hansı mənfi hərəkəti olmamışdır. Orada hamı içkili idi. O da, sərxoş idi. O bildiyi qədəri ilə onların masasında heç kim heç nə etməyib. Masa aşmayıb. Kənanın hərəkəti zərbə idi. İtələmək olsa, bunu hiss edərdi. Rüfət tərəfindən ona nə söz deyilib, nə hərəkət olunub. Onu ümumiyyətlə orada görməmişdir. Dava bitdikdən sonra hiss edib ki, ayağını tərpədə bilmir. Arxaya gedərkən masaya dəyməyi dəqiq yadında deyil. Amma kimsə onu tutmuşdu. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, şikayətçi deyil. Barışmışdır, hər hansı tələbi yoxdur. Bu barədə ərizəni təqdim edir. Hadisəyə gəldikdə isə, o, 27 yaşını qeyd edirdi. Buna görə qohum-əqrəba, dost-tanış The Place-də yığıncaq etmişdirlər. İlk dəfə Elmir Kənanın qoluna dəyib. Kənanı dostu, Elmiri də o, hərə öz masasına çəkib aparıb. Aralayıblar. Stollar da yaxın olub. O, durmaq üçün stulu geri çəkəndə yenə Kənana dəyib. Kənan da yoldaşına deyib ki, “səni vuraram, qalxmarsan”. Onlar hesabı ödəyib, çölə çıxıblar. Sonra çöldə taksi gözləyiblər. İçəridən bir qadın çıxıb deyib ki, kimisə bıçaqlayıblar. O, geri çevriləndə baxıb ki, yoldaşı yoxdu. Ona tapmaq üçün kluba geri girib. İçəridə ona zərbə dəyib. Ondan sonra hər şey qaranlıqlaşıb. Ümumiyyətlə, nə o, nə yoldaşı heç kimi tanımır. Onlar ancaq polisin məlumatları əsasında bilmişlər ki, kim kimdir. Ailələr və s. Qeyd edilənə görə onu vuran Rüfət imiş. Amma tam vurmaq sayılmazdı. İtələmək kimi edib. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Kənanın birinci söyüşünü eşitməmişdir. Qeyd edilib ki, Elmiri arxadan Cavad vurub. Elmir sonradan qeyd edib ki, ona verilən məlumata əsasən. Çünki o özü heç kimi görməyib. Videodan fraqmentlər göstərilib. Elmirin vurulma hissəsini görməmişdir. Özünün vurulma hissəsini görmüşdür. Rüfətdən və ya digər təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Barışmışdırlar. Polisin ifadəsi əsasında kimin vurduğu bəlli olub. Həkim bildirib ki, hamiləliyinin pozulmasının bu hadisə ilə bağlı olub-olmamasını müəyyən etmək mümkün deyil. Hamilə olduğunu bilmirmiş. Sonradan yaranan problemlərə görə analiz verəndə, ortaya çıxıb ki, hamilə imiş. İçəri qayıdanda çox qaranlıq olub. O, Cavadı görməmişdir, ya da Cavadın yoldaşını vurmasının şahidi olmamışdır. Heç Rüfətin onu vurmasını da görməmişdir. Şikayəti sonradan etmişdirlər. 102-yə müraciət etmişdir. Demişdir ki, yoldaşının ayağında qırıq var. Özü ilə bağlı hamiləliyin pozulmasını qeyd etmişdir. Amma həm də yazmışdır ki, səbəbli-əlaqə yüz faiz deyil. Elə səhəri gün Referans klinikasına yaxınlaşıb analiz vermişdir. Polis çağıranda vəziyyətindən xəbərdar idi. Polisə müraciət fikri xəstəxanadan sonra yaranıb. Semaşkodan deyiblər ki, onlar məlumat verəcəklər. Amma onlar da müraciət etsinlər. Çünki bu, yıxılma ilə deyil. Təzyiq olub. Bir dənə şəkildə görmüşdür ki, onların arxa masalarında Kənangil oturub. 4 nəfər. Afiyəddini görməmişdir. Ola bilər ki, qeyd edilənlər polisin fərziyyəsidir. Dəqiq deyə bilmir. Rüfəti videoda görmüşdür. İçəridə olmamışdır. Birinci ifadəsini 28-ci polis bölməsində vermişdir. Onlara video artıq iş məhkəməyə gedəndən sonra göstərilib. Təqsirləndirilən şəxsləri tanımır. Yalnız Rüfət onu itələmişdir. O, içəri girdikdə Elmir bar masasının yanında uzanılı vəziyyətdə idi. Cavad onu qaldırıb masaya, bunu videodan görmüşdür. O, ayaqqabılarını axtarırdı. Bu anda Rüfətlə toqquşublar. Rüfət onu vurmayıb, əli ilə itələyib, kənarlaşdırıb. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, şikayətçi deyil. Barışmışdır, hər hansı tələbi yoxdur. Bu barədə ərizəni təqdim edir. Hadisəyə gəldikdə isə, onlar “The Place”də 4 nəfər oturmuşdurlar. O, qardaşı, dostu. Kənan və digər dostu yer olmadığı üçün digər masada oturmuşdu. Dostu İbrahimdən söhbət gedir. Yan masada 10-15 nəfər kampaniya idi. Zərərçəkmiş Aynur xanımın dediyinin əksinə, masalar yaxın deyildi. O, qəlyan çəkirdi. Kənar masadan kimsə, onların masasına yıxılıb. Gəlib qaldırıblar, üzrxahlıq ediblər. Həmin masadan Elmir Kənanla onların masasını eyni bilib, Kənanın qulağına nə isə deyib. İki-üç dəqiqə söhbətdən sonra Kənan Elmiri itələyib, dalaşıblar, onları ayırıblar. Sonra başqa masalarda da mübahisə gedib. Dostu da orada olub, gedib onu aralamağa. İbrahim davada idi, o da davaya qarışıb. Ona görə onu da vurublar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, qaranlıq olub, hərə bir tərəfə yıxılıb, onu kimlərin vurduğunu, yıxdığını görməmişdir. Spirtli içki qəbul etmişdir, kiməsə yumruq atıb, qoluna girib yerə yıxıblar. Sonradan bildiyinə görə Afiyəddin ona çəngəl vurub. Onu da kameradan bilmişdir. Polislər dəvət edəndən sonra, videoda görüblər ki, ona çəngəl vurulub. Köynəyini qaldırıb baxıblar ki, balaca bir cızıq var. Vuran Afiyəddin olub. Videodan görüb. Onunla tanışlıqları var. Amma ciddi bir şey olmadığından deməyi lazım bilməyib. 3– 4 il qabaq Naxçıvanda ədavətləri olmuşdur. Bəlkə o hadisənin qisasın almaq istəmişdir. Afiyəddini heç dəqiq videodan da tanımamışdır. Şərurda toy vaxtı mübahisələri olmuşdu. O hadisədə heç kim tutulmamışdır. Kiçik bir şey idi. Mübahisənin səbəbkarı o deyil. Dava artıq başlamışdı. Onlar içmişdirlər. İbrahimə vurmuşdular. Sonra o da qarışıb. Mübahisə İbrahimdən də qabaq başlayıb. Dəqiq xatırlamır, bəlkə Afiyəddini də vurmuşdur orada. Məhkəmədə burda danışdıqları hamısı düzdür. Digər zərərçəkmişləri kimin vurduğunu görməmişdir. Polisdə ondan ifadə almayıblar. Videogörüntüyə baxıb yazıblar. Ona təzyiq olmayıb. Amma qarşısına qoyublar ki, belə ifadə olmalıdır. O da imzalayıb. Həyəcanlı olmuşdur, müstəntiqin yanında Kənanın qardaşını tanımağı doğrudur. Təqsirləndirilən şəxs3 tanımır. Videoda görür ki, onu qaldırır. Ona nə isə nalayiq söz deyir. Üstü-başı pis gündə idi. O da ona görə onu vurur. Rüfətin sırf onu vurmağını görməmişdir. İstintaq ifadəsi videodan götürdükləridir. Videoya yarımçıq baxmışdır. Videoda onu kiminsə vurması görünür. Amma həmin şəxsin dəqiq Rüfət olmasını görmək olmur videoda. Cavadı tanımır, onu vurmayıb. İstintaq ifadəsi, təkrar edir ki, videodan çıxarılan söhbətdir. Cavadın ayağı sürüşür, göyə qalxır, elə görsənir ki, guya onu vurmaq istəyir. Amma onu ayaq zərbəsi vursa, hər halda yuxarıdan vurar. Üzündə-başında zərbə izi olar. Polisə müraciət etməmişdir. Polis özü onu yığıb. Dava iştirakçısı kimi çağırıblar. Sonra zərərçəkmiş olub. O, hər hansı formada iştirakı barədə təklif etməyib. Onun zərərçəkmiş kimi mövqeyi olmayıb, onlar müəyyən edib. Onları tanıyıb-tamımamağından asılı olmayaraq şikayət vermək fikri olmayıb. O, bildirib ki, bu işdə iştirak etmək istəmir. Amma deyiblər ki, mütləq şəkildə iştirak etməlidir. Yalnız bir dəfə yazılı ifadə vermişdir. İfadə onun təsviri əsasında yazılmamışdır. “The Place” restoranına çox gedib-gəlir. Hazırkı təqsirləndirilən şəxslərin heç birini tanımır. Heç biri ilə qəsdi-qərəzliyi olmayıb. Bir neçə dəfə polisdə olmuşdur. Nə Afiyəddin, nə heç biri ilə bağlı konkret yönəldici suallar verilməyib ki, tanıyır, ya yox. O, orada Afiyəddini görməmişdir. Nə də salam verməmişdir. Elmiri o anda dəqiq görməyib. Videodan kənar qaranlıqda gördüyü-eşitdiyi çox az şey var. Elmir Kənanın qulağına bir müddət nə isə danışıb, Kənan da onu itələyib. Hər halda yaxşı söz deməyib ki, onu itələmişdir. Onun onu eşitməyi mümkün deyildi. Cızıx dedikdə, balaca iz nəzərdə tutur. Həkim baxıb şəklini çəkmişdi, dərəcəsi müəyyən olunmayan bir şey idi. Güman edir ki, Afiyəddin o vaxtkı hadisəni xatırlayıb, görüb ki, yıxılmışdır. Deyib birini də o vursun. Videodan neçə zərbə aldığı bilinmir. Amma şikayətçi deyil. Onu çox adam vurub orada. Yerdən kimin qaldırdığını bilmir. Ünvanlı söyüş söyməmişdir. Yerdən durub üstbaşını təmizləyib. Ona yumruq dəyib. Onu yerdən qaldıranda Rüfəti söyüb, o da yumruqla onu itələyib. O, bütün klubu söyməmişdir. O, özünü zərərçəkmiş kimi bildirməmişdir. Videodan baxıb deyiblər ki, o zərərçəkmişdir. Onu hansısa statusda çağırmayıblar. Deyiblər ki, idarəyə gəlməlidir. O da gedib. Gedən kimi videonu göstəriblər, sonra qolundan tutub ekspertizaya aparıblar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Kənan qardaşıdır. Cavad da dostudur. Digərlərini Cavad vasitəsi ilə tanımışdır. Afiyəddinlə bir dəfə oturublar. “The Place” restoranına getmişdilər. O, arxası salona doğru əyləşmişdir. Birdən dava başlayıb. O, üzü o yana olmadığından heç nə görə bilməyib. Qardaşını axtarıb. Görüb ki, kiminləsə mübahisə edir. Onun yanına qaçıb. O çatana kimi ayırıblar. Salonda 30 nəfər olardı. Kimisi dava edib, kimisi insanları ayırıb. X6 üz-üzə olmağını görüb. Amma kimin kimisə vurmağın görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Afiyəddin özünü normal aparmışdır. Dava vaxtı təqsirləndirilən şəxslərin heç biri ayağa qalxmamışdılar. Rəvanı Biləcəridən tanıyır. Qardaşının yaxın dostlarından biridir. Bildiyi qədər Kənan Rəvanla bir oturmuşdu. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid8 ifadəsində göstərmişdir ki, o, ən axırda gəlmişdir “The Place” restoranına. Başqa ad günündən çıxıb, ora gəlmişdir. Aynur xanımın ad günü qeyd edirdilər. Xanımı 4 ildir ki, tanıyır. Ailəvi tanışlarıdır. Xalası qızı qrup yoldaşı olmuşdur. Həmçinin Hakimə xanım ona tanış insandır. O, saat 11-də çatıb. O, çölə çıxıb. İçəridən qışqırıq səsləri gəlib. Sonra içəri daxil olanda masadakı tanışları Elvin Kamillanı ona verib ki, evinə yola salsın. Kamillanın vəziyyəti yaxşı deyildi. Çox sərxoş idi. Təqsirləndirilən şəxslərin heç birini tanımır. Orada görməmişdir. Elmirin davaya qarışdığını sonradan öyrənib. Onlar içki içirdi. Elmir də içkili idi. Amma çox yox. Elmirin kimlərəsə toxunmasını görmədi. Xeyr, yan masadakı şəxslərə toxunulması və ya onlardan üzr istənilməsi ilə bağlı söhbət eşitməmişdir. İstintaq ifadəsində bu barədə yazsa da, o, Təqsirləndirilən şəxs4 tanımır. Nə davanı, nə mübahisəni görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid9 ifadəsində göstərmişdir ki, onlar qardaşının yoldaşının ad gününü qeyd etmək üçün yığışmışdırlar. Masada o qarışıq çox adam içki içmişdi. Hesabı ödəmək vaxtı çatanda qardaşı deyib ki, onlar çıxsın, o masanın pulunu verib gəlir. Çölə çıxan zaman bir az müddət təxmini 15-20 dəqiqə başı qarışıb. Sonra bir nəfər qolundan tutub içəri salıb ki, qardaşını götürüb getsinlər. O içəri girəndə artıq dava başlamış və bitmişdi. Görüb ki, qardaşı qıçını tutub oturub. Qardaşını götürüb gediblər. Başqa bir şey xatırlamır. Qardaşı ilə münasibəti normaldır. Dalaşmanı görməmişdir. Təqsirləndirilən şəxslərin heç birini tanımır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid qismində ifadə verən Şahid9 bildirmişdir ki, o, yenidən restorana daxil olanda, az adam qalmışdı. 4-5 müştəri və bir neçə personal. Sifətləri dəqiq yadında deyil, içkili vəziyyətdə idi. Qardaşının o an üçün bir ağrısı və ya şikayəti yox idi, sonradan biliblər ki, zədə almışdır. Restorandan çıxmağı ilə qayıtmağı arasında ən azı 20 dəqiqə vaxt olardı. Ayağının necə zədə almasını bilmirlər, amma bunu kimsə etmiş olsa idi, bunu ona deyərdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, biznesin sahibidir. Restorana ayda bir dəfə gedir. İstintaq ifadəsində də bildirdi ki, münaqişə vaxtı o çöldə idi. İçəri girəndə o bir neçə nəfəri aralaşdırmağa çalışıb. Hər gün ora yüzlərlə adam gəlir, sifəti ya da adı yadda saxlamaq mümkün deyil. İşlə məşğul olan menecer var. O, proses iştirakçılarından heç kimi tanımır. O, içəri girdikdə, artıq dava sakitləşmişdi. İşıqlar yandırılıb, camaat sakitləşib yavaş-yavaş, xəsarət alan görməyib. Yadında deyil. Dava zamanı salonda olan personal ona davanın detalları ilə bağlı hər hansı əlavə məlumat verməyib. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, həmin obyekti Mətinlə birgə işlədirlər. Həmin vaxt o restoranda olmayıb. Bir az aşağıda dayanmışdır. Həm də qolunda gips var idi. Hadisəni eşitdikdə, ümumiyyətlə içəri girmək istəməyib. Zədəli qoluna daha da nəsə olacağından ehtiyat edib. Ona görə ətraflı bir şey görməyib . Hər hansı xəsarət alan görməyib. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, o, həmin restoranda menecer işləyir. Qapıda dayanır. Gələn qonaqları qarşılayır. Ona görə də içəridən çox xəbəri olmur. Münaqişə olmasını eşidəndə dərhal mühafizəyə xəbər verib. İçəri girəndə isə qaranlıq idi. Ümumiyyətlə heç nə görməyib. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən ancaq Kənanı tanıyır. Sadəcə müştəri kimi, işlədiyi yerə gedib-gəlirdi, zərərçəkmiş şəxsləri tanımır. O, onlardan ancaq rezerv qəbul etmişdir. Rezervin detalları yadında deyil. Deyəsən ad günü üçün idi. O vaxtı hər şey yadında idi. Qonaqları yerləşdirmək üçün içəridə digər əməkdaş olur. O, qapıda müştəriləri qarşılayan zaman ofisiantlar xəbər verib ki, salonda problem var. O, içəridə qaranlıq olduğundan heçnə görməyib. Qarışıqlıq idi. Müstəntiqə verdiyi ifadəsini oxumamışdır. Kənardakı bəzi müştəriləri çölə çıxarmışdır. Kənanı mübahisədə görməmişdir. Bar tərəfdəki masalarda mübahisə gedirdi. Zərərçəkmişlər səhv etmirsə, səhnəyə yaxın əyləşmişdilər. O, içəri girəndə zərərçəkmişlərin hələ də orda olmasa, yoxsa artıq dağılışması yadına gəlmir. Müstəntiq video-görüntüyə baxıb yazırdı, nə Afiyyəddini, nə digər təqsirləndirilən şəxsləri tanımır. Orada da görməmişdir. Ancaq Kənan yadına gəlir, amma münaqişə vaxtı onu da görməmişdir. Onlar polisdə uzun müddət qalıblar. Artıq bezmişdir, müstəntiq yazıb verib, o da oxumadan imzalayıb. Təqsirləndirilən şəxs1 adlı şəxsi ancaq hazırda ilk dəfədir ki, görür. Oxunulan istintaq ifadəsi ilə razı deyil. Rəvanı tanıyır, Elmiri yox. Rüfət və Cavad adlı şəxsləri da tanımır. Xanımlara xəsarətlə bağlı da heç nə görməmişdir. Telefonla rezerv etmişdir. Onları restoranda kimin qarşıladığı yadında deyil. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, o, o vaxtı həmin məkanda menecer kimi çalışırdı. İndi ayrılmışdır. Qapıda dayanırdı. Feyskontrola başqa adam baxırdı. Hadisə olan vaxtı da içəri keçib. Amma çox qaranlıq idi. Heçnə görsənmirdi. Xaos idi. Ona görə də dəyərli bir məlumat verə bilmir. Kənan adlı şəxsi tanımır. Kənanın qulağına kimin nəsə deməyindən məlumatlı deyil. İstintaqda ifadəmi o yazmamışdır. Təqsirləndirilən şəxsləri tanımıram. Hər gün kifayət qədər böyük sayda qonaqlar, müştəri gəlir. Ümumiyyətlə qaranlıq olduğundan kimisə belə detallı təsvir edə bilmərəm. Rüfət və Cavadı tanımıram. Rüfətin kiminsə çənəsindən zərbə vurmasını deməmişdir. Xeyr, təqsirləndirilən şəxslərdən hər hansı birinin məclisdə olan xanımlara əl qaldırmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 onun qardaşıdır. Bir də tanışı İbrahim orada olmuşdur. Başqa məhkəmə ilə bağlı kimisə tanımır. Dava vaxtı da çöl də olmuşdur. Nə dalaşan, nə yumruq atan, nə də ayıran şəxsləri görmüşdür. Bir dənə qardaşı Rəvanı görmüşdür. Onunla məşğul olmuşdur. Rəvandan dava haqqında heçnə soruşmayıb. Ondan böyükdür. Heçnə deyə bilməz. Təqsirləndirilən şəxslərin heç birini tanımır. Mübahisə yan masadakı banketlə bağlı olmuşdur. Dəqiq bilmir, bunlar birinci dəyiblər, yoxsa onlar dəyib. Rəvan ona kimin xəsarət yetirdiyini deməyib. O, özü içkili olduğundan Rəvanı necə qaldırmışdır, necə aparmışdır, dəqiq yadında deyil. O, içəri girəndə səs-küy, hay-həşir var idi. Amma kim əzilmişdi, kimə nə olmuşdu, onu dəqiq deyə bilmir. İstintaq ifadəsini oxumadan qol çəkib. Çünki elə deyiblər. Bura qol çək, vəssəlam. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin 1036 saylı, 23 oktyabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthində olan sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, belə ki, özünün dediyi kimi çəngəllə bir dəfə vurma nəticəsində törənə bilərdi, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin 1037 saylı, 23 oktyabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin 1046 saylı, 04 noyabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd edilənlərdən əlavə Zərərçəkmiş şəxs2nm çanaq və qarın nahiyələrində hər hansı bir xəsarətlərin obyektiv əlamətləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 adına olan xx.xx.2024-cü il tarixli “Referans” X9 poliklinikasında tərtib edilmiş tibbi sənəddə hamilə olub-olmaması və hamiləliyin pozulması barədə dəqiq məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nin 1089 saylı, 23 noyabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol incik sümüyünün, bayır topuğun sınığı, baş beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə sol incik sümüyünün, bayır topuğun sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya, baş beyin silkələnməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 14650 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 14568 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 14567 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 14649 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan maddi sübut kimi tanınmış cinayət hadisəsinin görüntüləri olan DVD disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi təsdiq edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar , ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərininin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetirilir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 4(004)- 971/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Möhübbət qızı və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. Onunla barışmışdırlar. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdirlər. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 adlı azyaşlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 4(004)- 969/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-109/2024 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 08 ay 28 gün müddət nəzərə alınaraq, həmin müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 01 il 05 ay 26 gün müddətinə bərabər tutularaq, ona təyin olunmuş cəza çəkilmiş hesab edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-109/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin icraatına CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir və cinayət məsuliyyətindən azad edilmişdir. Bununla da həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Möhübbət qızı və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbləri yoxdur. Onunla barışmışdırlar. Nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il təvəllüdlü X14 adlı azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 221.2.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 4(004)- 966/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Möhübbət qızı və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbləri yoxdur. Onunla barışmışdırlar. Nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərlə barışması və sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 22 oktyabr 2024-cü il tarixdən 25 iyun 2025-ci il tarixədək olan 8 (səkkiz) ay 3 (üç) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 4(004)- 968/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Möhübbət qızı və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs4 qarşı şikayət və tələbləri yoxdur. Onunla barışmışdırlar. Nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il təvəllüdlü X11 adlı azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərlə barışması və sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 22 oktyabr 2024-cü il tarixdən 25 iyun 2025-ci il tarixədək olan 8 (səkkiz) ay 3 (üç) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 22 oktyabr 2024-cü il tarixdən hesablansın. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə olduğu 22 oktyabr 2024-cü il tarixdən 25 iyun 2025-ci il tarixədək olan 8 (səkkiz) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 1 (bir) il 4 (dörd) ay 6 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 həbsdə olduğu 22 oktyabr 2024-cü il tarixdən 25 iyun 2025-ci il tarixədək olan 8 (səkkiz) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 1 (bir) il 4 (dörd) ay 6 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. X3 Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Nümayəndə1 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat, cəmi 450 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Nümayəndə2 xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat, cəmi 450 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 xx.xx.2025ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X5 xx.xx.2025ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-167/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-167/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver