Məhkəmə qərarları › İş №1(004)-168/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-168/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-168/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 30.06.1978-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 48 saylı binanın qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus «Opel Vectra» markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını açmaqla salonda arxa oturacağın üstündə olan 1000 manat dəyərində 01 ədəd «Canon» markalı video kamera, avtomobilin salonunda alın şüşəsinə quraşdırılmış 90 manat dəyərində video müşahidə cihahızını, 100 manat dəyərində «Rolex-161 C» markalı kişi qol saatını və 190 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1380 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 14 saylı binanın qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus «KİA- Sportage» markalı ** UY *** qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin qapısının şüşəsini özündə olan alətlə sındıraraq avtomobilin salonunda alın şüşəsinə quraşdırılmış 150 manat dəyərində 01 ədəd Thinkuare V500" markalı video müşahidə kamerasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Mətbuat prospektində yerləşən beş mərtəbəli binanın yanından keçəndə göy rəngli «Opel Vectra» markalı avtomobilin salonunda video müşahidə kamerasını görmüş, ətrafda hec kəsin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin qapılarını yoxlamağa başlamışdır. Avtomobilin arxa sağ sərnişin qapısı açıq olduğundan həmin qapı vasitəsi ilə avtomobilin salonuna daxil olaraq ilkin olaraq arxa oturacaqda olan video kameranı, salonda olan video müşahidə cihazını, avtomobilin saxlanc qutusundan (bardaçok) 01 ədəd markasını xatırlamadığı saatı götürərək oradan uzaqlaşmışdır. Oğurladığı video müşahidə cihazını 20 manata, video kameranı isə 30 manata satmış, pulları isə xərcləmişdir. 1 ədəd saatı isə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etmişdir. Bundan başqa 08 dekabr 2021-ci il tarixdə Yaşamal rayonu Akim Abbasov küçəsində 3 mərtəbəli binanın yaxınlığında tünd rəngli «KİA-Sportage» markalı hündür avtomobilin qabaq sərnişin şüşəsini sındıraraq salonda alın şüşəsində bərkidilmiş video müşahidə cihazını götürərək oradan uzaqlaşmışdır. Həmin video müşahidə cihazını sata bilməmiş onu polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Opel Vectra» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobili adətən yaşadığı binanın qarşısında saxlayır. 03 dekabr 2021-ci il tarixdə avtomobilin salonuna əyləşdikdə, video müşahidə cihazının naqilləri sallanmış avtomobilin saxlanc yerinin (bardaçok) qapısı isə açıq vəziyyətdə olmasını görmüş, avtomobildə oğurluq baş verdiyini bilmişdir. Bu oğurluq hadisəsi nəticəsində avtomobildən 1000 manat dəyərində 01 ədəd «Canon» markalı video kamera, avtomobilin salonunda alnı şüşəsinə quraşdırılmış 90 manat dəyərində olan 01 ədəd video müşahidə cihahızını, 100 manat dəyərində «Rolex» markalı kişi qol saatı və pul kisəsinin içərisində olan 190 manat pul oğurlanmışdır. Lakin pul kisəsi avtomobilin içərisində qalmışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X3 şikayətçi olduğunu, ona törətdiyi əməlinə görə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «KİA-Sporlage» markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobili adətən yaşadığı binanın qarşısında saxlayır. 08 dekabr 2021-ci il tarixdə saat 07:50-də evdən çıxaraq həyətdə saxladığı avtomobilə yaxınlaşıb qapını açdıqda salonda şüşə qırıqlarının olmasını və avtomobilin sağ yan şüşəsinin sınmasını müəyyən etmişdir. Avtomobilin salonuna baxdıqda ona məlum olmuşdur ki, salonda alın şüşəsində bərkidilmiş dəyəri 150 manat olan video müşahidə cihazı yerindən çıxarılaraq oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən 03 dekabr 2021-ci il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış” protokolundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 48 saylı binanın qarşısında həyətdə «Opel Vectra» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı baxışda iştirak edən-X4 bildirmişdir ki, 03 dekabr 2021- ci il tarixdə saat 11 radələrində qeyd olunan avtomobilinə əyləşdikdə avtomobilinin salonunda quraşdırdığı video müşahidə cihazı, video kamera. 190 manat pulu, saxlanc yerindən qol saatı oğurlanmasını aşkar etmişdir. Avtomobilə baxış zamanı hadisə yerindən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür (səh. 13-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 14 saylı binanın qarşısında həyətdə «KİA- Sportage» markalı, **-LY-*** qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsinin sındırılmış vəziyyətdədir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 08 dekabr 2021-ci il tarixdə saat 07:50 radələrində qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ yan şüşəsinin sındırılaraq alın güzgüsünündə olan video müşahidə cihazının oğurlanmasını aşkar etmişdir (səh. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən 09 dekabr 2021-ci il tarixdə tərtib edilmiş “könüllü təqdim etmə” protokolundan görünür ki, 09.12.2021-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş X8 bir ədəd qol saatını və bir ədəd video müşahidə cihazını təqdim edərək qol saatını 03.12.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 48 saylı binanın qarşısında həyətdə «Opel Vectra» markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobildən, bir ədəd video müşahidə cihazını isə 03.12.2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, Akim Abbasov küçəsi 14 saylı binanın qarşısında mənzil 18 saylı binanın qarşısında dayanmış «KİA-Sportage» markalı, **-LY-*** qeydiyyat nişanlı avtomobildən oğurlamışdır (səh. 30). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11.12.2021-ci il tarixli “əşyanın tanınması” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1, tanınmaya təqdim olunmuş, X8 tərəfindən götürülmüş qol saatını, tanıyaraq avtomobilindən oğlurlandığını təsdiqləmişdir (səh.73-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11.12.2021-ci il tarixli “əşyanın tanınması” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuş X3 götürülmüş video mühşahidə cihazını qeyd olunan əlamətlərinə görə tanıyaraq avtomobilindən oğlurlandığını təsdiqləmişdir (səh. 63-64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin KTİ-nin 08.12.2021-ci il tarixli 011-11529-1221 saylı məktubdan görünür ki, müqaisəli tədqiqat nəticəsində 01 ədədi (ADİS-in məlumat bankına Binəqədi RPİ-nin MSY-dən daxil olan) xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir (səh. 18-19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 31.01.2022-ci il tarixli 3/28 saylı rəyi ilə təsdiq olunur ki, «Opel-Vectra» markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş ekspertiza tədqiqatına təqdim olunmuş 7 ədəd daktilolentə köçürülmüş izlərdən 1.2.3 "a". "b.V və 5 saylı daklilolentlərin səthindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi iiçün yaralıdır. 4.5.6,7 sayl daklilolentlərin səlhindəki papilyar naxış izləri yayıldığına, tam aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərinə malik olmadığınndan şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar.təqdim edilmiş 3"a” saylı daktilolentin səlhindəki əl barmaq izi X1 əlinin şəhadət barmağından 3"b” saylı daktilolentin səthindəki əl barmaq izi X1 əlinin orla barmağından. 3”c" saylı daktilolentin səthindəki əl barmaq izi X1 əlinin adsı barmağından qalmışdır. Digər 1,2.5 saylı daklilolentlərin səlhindəki əlbarmaq izləri X5 əl-barmaqlarından qalmamışdır (səh. 119-131). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 01.02.20221-ci il tarixli 9/40 nömrəli rəyi ilə təsdiq olunur ki, X3 götürülmüş ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd üzərində "Rolex Cİ61” sözləri olan qol saatı zədələnməmişdən əvvəl istifadə olunmuş normal vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti -5,0 manat. Hal-hazırda isə təyinatı üzrə istifadəyə yararsız olduğu üçün qiymətsizdir. 1 ədəd istifadə olunmuş üzərində “Thinkware V500" sözləri olan video müşahidə kamerasımın 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti 80 manat müəyyən edilmişdir (səh. 132-134). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Ə.A.Qasımova məxsus əl barmaqları ilə eynilik təşkil edən hadisə yerindən götürülmüş 1.2.5 saylı daklilolentlərin səthindəki əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məxsus “Rolex C 61” markalı qol saatı və Zərərçəkmiş şəxs2 məxsus “Thinkvvare V500 ” markalı video kamera 23.02.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq məsul saxlanması üçün onlara təhvil verilmişdir (səh. 140-148,176-177). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25.01 2021-ci il tarixli tələbnamədən, eləcə də eləcə də Binəqədi Rayon Məhkəməsinin hökmün sürətlərinə əsasən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (səh. 103- 105,106-118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən X8 10.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-743/2021 nömrəli 11.12.2021-ci il tarixli qərarı ilə Əfqan Qasımov barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (səh. 93-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsinin 21 aprel 2022-ci il tarixli arayışından aydın olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmü 21.12.2021-ci il tarixində Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, məhkum idarədə qeydiyyata düşməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən məlum olur ki, Zərərçəkmiş şəxs2, məhkəmədə ərizə yazaraq, təqsirləndirilən şəxsə qarşı şikayəti və hər hansı tələbi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar, ekspert rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən X5 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X5 törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsini qismən birləşdirməklə qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, X5 cəza çəkməsinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Rolex C161" markalı qol saatının Zərərçəkmiş şəxs1 və 1 ədəd “Thinkware V500 markalı video kameranın zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış X7 məxsus əl barmaqları ilə eynilik təşkil edən hadisə yerindən götürülmüş 1.2.5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci ilə əlaqədar 50 (əlli) manat və məhkəmə daktiloskopik ekspertizası xərci ilə əlaqədar 61,29 (altmış bir manat 29 qəpik) olmaqla X3 cəmi 111,29 (yüz on bir manat 29 qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X5 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, 1(004)-168/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Qasımov Əfqan Arif oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(001)-412/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10.12.2021-ci il tarixdən hesablansın. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Rolex C161" markalı qol saatının Zərərçəkmiş şəxs1 və 1 ədəd “Thinkware V500 markalı video kameranın zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış X7 məxsus əl barmaqları ilə eynilik təşkil edən hadisə yerindən götürülmüş 1.2.5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci ilə əlaqədar 50 (əlli) manat və məhkəmə daktiloskopik ekspertizası xərci ilə əlaqədar 61,29 (altmış bir manat 29 qəpik) olmaqla X3 cəmi 111,29 (yüz on bir manat 29 qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar