Məhkəmə qərarları › İş №1(004)-169/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-169/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-169/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 1971-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir, sınaq müddəti ərzində hazırki cinayəti törətmiş, cəzasını çəkib qurtarmamış, evli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 192 saylı evin 11-ci mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ********* saylı cinayət işi üzrə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda heç bir yerdə işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, heç bir yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 50V, mənzil 35 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 2019-cu ilin fevral ayında Şahid1 bacısı övladı X12 və sonuncunun dostu Yüzbaşov Rüfət Rasim oğlunun barələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-nin 244-1.2.2ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Elçin Quliyev və Rüfət Yüzbaşovun barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə etdikləri müraciətə əsasən 2019-cu ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən istintaqla müəyyən edilməmiş kafedə sonuncularla görüşərək Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində işləyən səlahiyyətli tanışları vasitəsi ilə Elçin Quliyev və Rüfət Yüzbaşovun barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını təşkil etmək imkanına malik olduğunu yalandan bildirib, onların inam və etibarını qazandıqdan sonra ev dustaqlığı məsələsini qeyd edilən idarədə işləyən məsul vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elçin Quliyev və Rüfət Yüzbaşovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd verib Şahid1 inandırdıqdan, dələduzluq cinayət niyyətindən xəbərsiz olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la Şahid1 rüşvət verməyə təhrik etməklə bağlı əlbir olaraq sövdələşməklə razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropolitenin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Şahid1 cinayətdən xəbərsiz Şahid2 vasitəsilə göndərdiyi 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qəbul olunduqdan sonra elə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığına qeyd olunan məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsən alıb, şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elçin Quliyev və Rüfət Yüzbaşovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 2019-cu ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, 2019-cu ilin fevral ayında Şahid1 bacısı övladı X12 və sonuncunun dostu Yüzbaşov Rüfət Rasim oğlunun barələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-nin 244-1.2.2ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Elçin Quliyev və Rüfət Yüzbaşovun barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərilməsinə dair özünə və Təqsirləndirilən şəxs3 etdiyi müraciətə əsasən 2019-cu ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən istintaqla müəyyən edilməmiş kafedə Təqsirləndirilən şəxs1 ilə görüşərək qeyd olunan müraciət barədə məlumat verdikdən sonra, sonuncunun həmin məsələni Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində işləyən səlahiyyətli tanışlarına 30.000 manat rüşvət verilməsi müqabilində müsbət həll etdirəcəyini bildirməsi ilə əlaqədar Şahid1 rüşvət verməyə təhrik etməklə bağlı sövdələşərək Təqsirləndirilən şəxs1 dələduzluq cinayət niyyətindən xəbərsiz olmaqla razılaşdıqdan, bu barədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3la birlikdə Şahid1 məlumat verib sonuncunun razılığını aldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə özü və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropolitenin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Şahid1 cinayətdən xəbərsiz Şahid2 ilə göndərdiyi 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini alaraq, elə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığına 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini özü Təqsirləndirilən şəxs1 şəxsən verib, sonuncu və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elçin Quliyev və Rüfət Yüzbaşovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, 2019-cu ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, 2019-cu ilin fevral ayında Şahid1 bacısı övladı X12 və sonuncunun dostu Yüzbaşov Rüfət Rasim oğlunun barələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-nin 244-1.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Elçin Quliyev və Rüfət Yüzbaşovun barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərilməsinə dair özünə və Təqsirləndirilən şəxs2 etdiyi müraciətə əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən istintaqla müəyyən edilməmiş kafedə 2019-cu ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 ilə görüşərək qeyd olunan müraciət barədə məlumat verdikdən sonra, sonuncunun qeyd edilən məsələni Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində işləyən səlahiyətli tanışlarına 30.000 manat rüşvət verilməsi müqabilində müsbət həll etdirəcəyini bildirməsi ilə əlaqədar Şahid1 rüşvət verməyə təhrik etməklə bağlı sövdələşərək Təqsirləndirilən şəxs1 dələduzluq cinayət niyyətindən xəbərsiz olmaqla razılaşdıqdan, bu barədə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1 məlumat verib sonuncunun razılığını aldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə özü və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Bakı Metropolitenin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında Şahid1 cinayətdən xəbərsiz Şahid2 vasitəsilə göndərdiyi 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini alaraq, elə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığına 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 şəxsən verib, sonuncu və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elçin Quliyev və Rüfət Yüzbaşovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2lə sonuncunun qohumu Bəxtiyar vasitəsi ilə tanış olmuşdur. Bəxtiyar avtobus sürücüsüdür və əslən Yevlax rayonundan olduğu üçün onunla münasibəti olmuşdur. Bəxtiyar onunla söhbət zamanı Zığ Bələdiyyəsinin sədri Kənan adlı şəxslə birlikdə işlədiyini demişdir. O, bacısına və özünə torpaq sahəsi almaq istəmiş, bu barədə Bəxtiyara demiş, sonuncu ona Kənan adlı qohumunun Zığ Bələdiyyəsinin sədri olmasını və torpaq almaq üçün köməklik edə biləcəyini demişdir. Məhz bu məqsədlə Bəxtiyar onu Kənanla tanış etmişdir. Bundan sonra, Bəxtiyar və Kənanla birlikdə çörək yemiş və aralarında normal münasibətlər yaranmışdır. Bəxtiyar Kənanla söhbət zamanı onun sabiq prokurorluq işçisi olduğunu bildirmişdir. O, torpaq sahəsi almasa da, Kənanla aralarında yaxşı münasibətlər yaranmışdır. 2019-cu ilin fevral ayında Kənan onu Bakı Metropolitenin «Nərimanov» stansiyasının yaxınlığında yerləşən kafeyə dəvət etmişdir. Orada Kənan onu Təqsirləndirilən şəxs3la tanış etmişdir. O, Kənanın sözlərindən onların dost olduqlarını bilmişdir. Onlar birlikdə söhbət edərkən Kənan və Nurlan ona bir nəfər tanışları Füzuli adlı şəxsin dostunun bacısı oğlunun polis tərəfindən həbs olunduğunu, ona köməklik etmək istədiklərini demişdir. Kənan ona qumar oyunları ilə bağlı iki nəfərin həbsdə olduğunu, həmin şəxslərin həbsdən azad olunmaq istədiklərini bildirmişdir. Kənan ondan məsələdə köməklik göstərilməsi üçün maraqlanmasını xahiş etmişdir. O, Kənan və Nurlana əvvəllər prokurorluqda polisə nəzarət idarəsində işlədiyini deyərək, bu məsələ ilə maraqlanacağını demiş, Nurlan ona həmin şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunduğunu bildirmişdir. Bundan sonra o, bu məsələ barədə maraqlanmaq üçün əvvəllər Bakı şəhər prokurorluğunda birlikdə işlədiyi Namiq Həsənova müraciət etmişdir. Kənan ona heç bir məlumat vermədiyi üçün işin kimdə olması, müstəntiqin adı ilə bağlı məlumatsız idi. Həmin gün Namiqlə danışıb ona Kənan adlı Bələdiyyə sədri ilə tanış olduğunu və sonuncunun ondan xahişi olacağını demişdir. Namiq ilk öncə görüşlə bağlı imtina etsə də, onu arxayın salmış, bundan sonra Namiq Kənanla görüşə razı olmuşdur. Namiq onu yaşadığı evin həyətinə dəvət etmişdir. O, Kənan və Nurlanla birlikdə Bakı Metropoliteninin «Elmlər Akademiyası» Metrostansiyasının yaxınlığına getmiş, həmin vaxt Nurlan avtomobildə qalmış, Kənan onunla birlikdə Namiq Həsənovun yaşadığı evin həyətinə getmişdir. Orada olarkən X21 tanış etmişdir. Kənan özü Namiq Həsənovla bu məsələ barəsində danışmışdır. X27 söhbət zamanı konkret olaraq bir söz deməsə də, bu məsələ ilə maraqlanacağını demişdir. Həmin görüşdən sonra, Nurlan və Kənan onu Füzuli ilə tanış etmişlər. O, söhbət əsnasında Kənan və Nurlanın Füzulidən pul almaq istədiklərini başa düşmüşdür. Ona görə ki, Kənan və Nurlan ona Füzuli ilə görüş zamanı iş barədə ümumi danışmağı, pul barədə danışmayacağını bildirmişdir. Ümumiyyətlə o, pul məsələləri ilə bağlı söhbətlərdə iştirak etməmişdir. X35 Həsənovun mobil telefon nömrəsini götürmüş və onunla özü əlaqə saxlamağa başlamışdır. Bu məsələdən iki-üç gün keçdikdən sonra Kənan təkrarən israr etmişdir ki, onun Namiqlə görüşlərini təşkil etsin. Buna görə də Namiqə zəng edib görüş üçün icazə almış, razılıq əldə edildikdən sonra Namiqin yaşadığı evin arxasında yerləşən “Böyük Fırat” restoranının qarşısında görüşmüşdür. Həmin vaxt Kənan ona Füzulinin işinin uzanması ilə bağlı narahat olduğunu, həmçinin bu işin həlli ilə özünün etimad qazanacağını və bu kanalla özünü icra başçısı belə keçəcəyinin mümkün olduğunu demişdir. Füzuli milli qəhrəman İbadın qardaşıdır. Bu səbəbdən Kənan tez-tez İbadla Türkiyə Respublikasının vəzifəli şəxsləri ilə birgə çəkilmiş şəklini ona göstərir və “bunun kim olduğunu bilirsən?” deyə sual vermişdir. Odur ki, Namiqlə görüşdə Kənan işin alınması üçün ciddi cəhd göstərirdi. Lakin, Namiq ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bilavasitə X22 birinci müavini tərəfindən rəhbərlik edildiyini, odur ki, məsələnin həllinin həmin qurumdan asılı olduğunu bildirmiş və demişdir ki, məsələnin həlli üçün həmin vəzifəli şəxsə deyilməlidir, buna görə mümkün imkanlar barəsində bir daha maraqlanacaqdır. Kənan ona 30.000 manat pul aldığını və həmin pulun hazırda onda olduğunu bildirmişdir. O, X19 bu işə hansı məbləğə razılaşdıqlarını bilməmişdir. Kənan bu barədə ona heç nə deməmişdir. Hətta, Kənan Elçin və Rüfətin azadlığa buraxılması üçün məhkəməyə vəsatət veriləcəyini və bununla bağlı danışdığını, 15.000 manata bunun məhkəmədə həll edilə biləcəyini dedikdə, ona prokurorluğun sonradan qəbul ediləcək qərardan protest verəcəyini demiş, bu yolun ağlabatan olmadığını ona izah etmişdir. O, Kənanın Namiqlə olan üçüncü görüşündə olmamış və bu barədə yalnız Kənanın sözlərindən bilmişdir. O, Kənanın sözlərindən həmin şəxslərin vəkillərinin ev dustaqlığı ilə bağlı məhkəməyə müraciət etdiklərini, lakin Namiq Həsənovun onlara Daxili İşlər Nazirliyinin rəhbərliyinin bu işə razı olmadığını dediyini bildirmişdir. Kənan ona həmin vaxt Füzulinin işin alınmaması ilə onlara qarşı narazı olduğunu, adının ləkələndiyini deyərək onları Namiq Həsənova caladığı üçün onu yükləyəcəklərini demişdir. Bundan sonra o, Kənan, Nurlan və Füzuli ilə bir neçə dəfə görüşmüşdür. Belə ki, Nurlan və Kənan Yasamal rayonu ərazisində yerləşən Şahdağ restoranın qarşısında yerləşən evinin yaxınlığında onunla görüşüb Füzuli ilə görüşməsini xahiş etmişlər. Onlar onu Yeni Günəşlidə yerləşən bu məsələ ilə bağlı Kənanla görüşdüyü restorana aparmışlar. Yolda Kənan ona Füzuli nə desə diməməyi, sakit durmağını, işin alınmadığı barədə məlumat verməyi tapşırmışdır. Həmin restorana çatdıqda Füzuli masa arxasında artıq onları gözləmiş, söhbət əsnasında Füzuli ondan prokurorluqdan nə zaman çıxdığını soruşmuş, ona təxminən 3-4 il bundan öncə orqandan xaric olunduğunu və məhkumluğunun olmasını bildirmişdir. Sonra Kənan ona zəng edib Namiqin işi həll etmədiyini, köməklik göstərə bilmədiyini demiş, bu məsələ ilə bağlı başqa kimin köməklik göstərə biləcəyini soruşmuşdur. O, Kənana DİO-da Xaqani Yusifovun olduğunu, ola bilsin ki, bu məsələnin həllinə köməklik edə biləcəyini demişdir. Kənan onu Bakı şəhəri, “20 yanvar” dairəsində yerləşən “Atlantis” adlı restorana dəvət etmişdir. O, həmin əraziyə gəldikdə Kənan, Humay və Nurlan bir yerdə olmuşlar. O, Kənanın xahişi əsasında Xaqaniyə zəng etmiş, sonuncu isə təxminən 23 radələrində ora gəlmişdir. Xaqani gələndə onlar digər otağa keçmişlər, çay süfrəsi gəlmişdir. Kənan özü əvvəl Namiqlə görüşdüyü üçün, bu səfər Xaqaniyyə danışığa Nurlan girmişdir. X28 və Rüfətin onun qohumları olduğunu, 30.000 manat pul aldığını, işin həlli ilə bağlı onlara köməklik edilməsini bildirmişdir. Xaqani isə onlara bunun çox çətin məsələ olduğunu, həmin idarənin işinə bir başa X22 birinci müavininin nəzarət etdiyini bildirmişdir. Xaqani maraqlanıb məlumat verəcəyini demişdir. Bir neçə gün sonra, Xaqani ona zəng edib bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu, buna görə də, məhkəməyə vəsatətlə müraciət etmələrini demişdir. Lakin, Nurlan onun sözlərinə inanmayıb Xaqaninin özü ilə görüşmək istəmişdir. Buna görə də, o, məcbur olub Kənan və Nurlanla birlikdə Baş Prokurorluğun inzibati binasının qarşısına gəlmişdir. O, Xaqaniyə zəng edib görüşmək istədiyini demişdir, Xaqani isə onları rədd etməyi demişdir. Xaqani avtomobil dayanacağına düşüb maşınına minəndə Nurlan zorla maşına oturmuş və ondan bu məsələdə köməklik etməsini xahiş etmişdir. Xaqani isə bildirmişdi ki, onluq heç nə yoxdur, gedib məhkəməyə müraciət etsinlər. Nurlan isə təkidlə deyirdi ki, pullar onun maşınındadır, bu məsələdə ona köməklik edilsin. Xaqani bir daha bildirdi ki, bu məsələdə yalnız məhkəməyə müraciət edilməlidir. Xaqani qətiyyətlə sözünü deyib getmişdir. Hətta, Xaqani ona Kənan və Nurlanı onunla görüşə gətirdiyi üçün iradını bildirmişdir. Sonra Nurlan və Kənan özləri məhkəməyə getmişlər, hətta onun yanında Kənan Füzulini yığıb məsələni həll etdiyini, vəkillərə vəsatətlə müraciət etmələrini çatdırmasını bildirmişdir. Kənan Namiqə zəng edib, məsələni məhkəmədə həll edəcəklərini demiş, Namiq protest veriləcəyini və pullarının batacaqlarını bildirmişdir. Axşam, təxminən saat 21 radələrində Kənan ona zəng edib sabah uşaqları buraxdıracaqlarını, onun iş görə bilmədiyini deyib, gördüyü işin içinə söymüşdür. Səhəri gün məhkəmə olmuş, saat 17:30 da Kənan və Nurlan onu söhbətə çağırmışlar. Kənan onu təhqir edərək camaatın yanında onu vurmaq istəmiş, həmçinin onu camaatın yanında pis vəziyyətdə qoyduğunu demişdir. Həmin vaxtdan bunlar ona qarşı düşmənçilik mövqeyi tutmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə axşam evə gəlib ad günü keçirmək istəmiş, “Melissa Park” yaşayış kompleksinə gedən küçəni dönəndə kül rəngi, KİA markalı maşın qarşısını kəsmiş, maşının içərisindən düşən Kənan əlində makar markalı tapança ilə ona hədə-qorxu gəlib özlərinin olduğu maşına oturtmuşdur. Kənan onunla arxada oturmuş, Nurlan sükan arxasında olmuşdur. Kənan yol boyu onu təhqir edərək Yevlax rayonuna aparmışdır. Yevlaxa gedərkən Kənan onu yükləyəcəyini demiş, dindikcə 10.000, 20.000, 30.000 deyib verəcəyi məbləği 60.000 manata qədər qaldırmışdır. Kənan ona demişdir ki, ağsaqqalın yanında biabır olub, qarşısına babat pul qoymalıdır ki, bağışlansın. Kənan onu atasının adına olan “Mercedes” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili Füzulinin adına keçirməsini tələb etmişdir. Yevlaxa çatanda qohumlardan bibisi oğlu Novruza zəng etmiş, ondan pul istəmişdir. Lakin, Novruz pulunun olmadığını demişdir. Sonra, Kənan maşını atasına məxsus qaz doldurma məntəqəsinə sürmüşdür. Sonra Yevlaxdan qayıtdıqdan sonra onu Zığ Bələdiyyəsinə gətirmişlər. O, Kənandan onu evə aparmaqlarını desə də, lakin onlar imtina etmişlər, onu yüklədiklərini deyib, 100.000 manat verməli olduğunu bildirmişlər. Həmin gün saat 9-da Zığa gedən şossedə “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında Kənan onu maşından söyüb təhqir edərək düşürtmüş, onunla söhbətlərinin sonraya qalmasını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, Nurlan, Kənanın yeznəsi Rauf və Kənanın özü Melissa Parkın həyətində görmüşdür. Həmin vaxt Kənan ona 6-cı mərtəbə, 4-cü blok, hamısından xəbərimiz var sözlərini demişdir. Onlar onun yanında olarkən 8 yaşlı qızı onun üstünə qaçmış, onunla görüşəndə, Kənan onun evinə qalxacaqlarını bildirmişdir. Kənan ona əlyazma yazaraq ondan 17.000 manat pul almasını qeyd etməsini tələb etmişdir. O, əlyazma yazaraq Kənandan 17.000 manat pul aldığını qeyd etmişdir. Bir neçə gün sonra Kənan onu yaşadığı evin qarşısından götürərək Yeni Günəşliyə gətirmişdir. Yolda olarkən Füzuli sağ dirsəyi ilə onun sol çiyninə vurmuşdur. Nurlan isə arxadan onun başına vurmuşdur. Onu orada «Günəş» kafesinə gətirmişlər. Kənan həmin vaxt ona silahını göstərərək hədə-qorxu gəlmişdir. Füzuli bu vaxt Kənana ağ vərəq gətirməsini tapşırmış, Kənan bunun nə üçün olduğunu sual verdikdə, Füzuli ona sadəcə ağ kağız və qələm gətirməsini demişdir. Bundan sonra, Kənan maşından ağ vərəq və qələm gətirmişdir. Həmin vaxt Kənan ona “sənin pulun yoxdur, lakin Xaqani və Namiq prokurordu, onlar sənin yerinə pulu verəcəklər, ona görə də onların dediyi sözləri kağıza yazmalı olduğunu, əks halda oradan meyiti çıxacağını demişdir. Füzuli isə yazını köhnə tarixə yazmağımı tapşırmışdır. O, xx.xx.2019-cu il tarixinə əlyazma yazaraq Kənandan 60.000 manat alaraq Namiq və Xaqaniyə verdiyini qeyd etmişdir. Həmin vaxt Kənan əlində olan silahın arxası ilə onun sol çiyninə zərbələr endirmişdir. O, isə silahın açıla biləcəyini ona demişdir. Sonra, onu kafenin qış zalı deyilən yerinə aparmışlar. Onu nazik zəncirlə stula bağlamışlar, sonra isə döyməyə başlamışlar. O, Kənanın əlindən qaçandan sonra “102” xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Dövlət İqtisadiyyat Universitetini bitirmiş, 2008-ci ildən 2015-ci ilə kimi müxtəlif şirkətlərdə satış meneceri işləmişdir. 2014-cü ilin sonunda keçirilən bələdiyyə seçkilərində iştirak etmiş, 2015-ci ildən 2019-cu ilin dekabr ayına kimi Zığ bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1la Şahid3 vasitəsi ilə tanış olmuşdur. Bəxtiyar Samiri prokurorluq əməkdaşı kimi təqdim etmişdir. Samir özü də ona prokurorluq orqanlarında işləməsini, müvəqqəti olaraq sərəncama çıxarılmasını bildirmişdir. xx xxxxxx 2019-cu ildə Nərimanov parkında tanışı Təqsirləndirilən şəxs3la birlikdə çay içib söhbət edərkən Təqsirləndirilən şəxs1 da, onların yanında olmuşdur. O, Samiri Nurlana prokuror olaraq təqdim etmişdir. Nurlan söhbət əsnasında ona X12 və Yüzbaşov Rüfət Rasim oğlu adlı tanışlarının qumar oyunları ilə bağlı cinayət törətdikləri üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqlarını və hazırda 20 gündür ki, Bakı İstintaq Təcridxanasında saxlanıldıqlarını bildirmişdir. O, bu şəxslərin heç birini tanımır. Nurlan ona həmin şəxslərə köməklik göstərilməsinin lazım olduğunu dedikdə Təqsirləndirilən şəxs1 söhbətə qarışaraq bu işin məhz onluq olduğunu və həmin şəxslərə köməklik göstərə biləcəyini bildirmişdir. Söhbət əsasında X34 adlı tanışının olduğunu və bu şəxsin Baş Prokurorluqda Polisə nəzarət idarəsində işləməsini və bu işin həlli üçün Namiqdən xahiş edəcəyini bildirmişdir. Bu söhbətdən sonra, Samir onların yanında özünə məxsus 050/55 *** ** ** mobil nömrələrini istifadə etdiyi Samsung S9 mobil telefonundan Whatsapp proqramından “Şef” adı ilə qeyd edilən 050 *** ** ** nömrəsinə zəng etmişdir. Samir zəng etdiyi şəxsə «uşaqlar var tutulublar, onların buraxılmasına köməklik lazımdır» sözlərini demişdir. Namiqin nə cavab verdiyini bilmir, lakin Samir onlara Metronun «Elmlər Akademiyası» stansiyasınının yaxınlığına Namiqin yaşadığı ünvana getməyi təklif etmişdir. Onlar birlikdə taksi ilə, Namiq Həsənovun yaşadığı Bakı Metropoliteninin «Elmlər Akademiyası» Stansiyasının yaxınlığında “Böyük Fırat” adlı restoranın arxasında yerləşən 3 ya da 4 mərtəbəli binanın arkasından keçib məhəlləyə daxil olmuşlar. Onlar məhləyə arkadan içəri daxil olduqda soldakı binanın 2-ci blokunun qarşısına getmişlər. Namiq idman şalvarında və qara nazik kurtkada aşağı düşmüşdür. Samir özü ona yaxınlaşsa da, onlara imkan verməmişdir. O, Nurlanla binanın qarşısında gözləmiş, Samirlə Namiq binanın həyətində iki dəfə dövrə vurmuşlar. X32 ayrılıb onlara yaxınlaşmışdır. Onlar həyətdən çıxıb “ Böyük Fırat” restoranını keçdikdən sonra orada yerləşən şüşəbənd restoranda çay içmişlər. Həmin vaxt Samir onlara məsələni Namiqə danışdığını, onun sabah danışıb işin həlli üçün nə qədər vəsait lazım olduğunu bildirəcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13 radələrində Samir onun 055 *** ** ** və ya 055 *** ** ** nömrəsinə zəng edərək görüşə dəvət etmişdir. Həmin gün Yasamal rayonunda “Melissa Park” yaşayış kompleksinin yaxınlığında yerləşən marketin qarşısında o, və Nurlan Samirlə görüşmüşlər. Samir məsələni danışdığını, Elçin və Rüfətin ev dustaqlığına çıxarılmaları üçün 30.000 manat pul lazım olduğunu bildirmişdir. Nurlan Samirə demşdir ki, məsələ həll edilirsə, zəng etsin və pulu gətirsinlər. Samir isə “ok” deyib, razılıq vermişdir. Onlar həmin gün təxminən saat 18 radələrində Elmlər Akademiyasında “Böyük Fırat” restoranının qarşısına gələrək həmin ərazidə 27.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişlər. Qalan 3000 manatı isə iş bitəndən sonra verməlidilər. Həmin pulu onlara Fizuli vermişdir, sonuncuya isə vəsaiti Şahid1 təhvil vermişdir. X29 görüşdüyünü görsələr də, lakin Samirin Namiqə pul verməsinin şahidi olmamışlar. Sonra Təqsirləndirilən şəxs1 onlara yaxınlaşaraq məsələnin həll olunduğunu, lakin zona prokuroru Xaqani Yusifovla görüşməyin vacib olduğunu 2-3 günə məsələnin həll ediləcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 10-11 radələrində Yasamalda “Melissa Park” yaşayış kompleksinin yanındakı adını xatırlamadığı marketin qarşısında Nurlan və Samirlə görüşmüşlər. Samir Xaqaninin tədbirdə olduğunu, görüş üçün vaxtı müəyyənləşdirib deyəcəyini bildirmişdir. O, həmin vaxt Xaqaninin Samirlə görüşmək istəmədiyini başa düşmüşdür. Belə ki, Xaqani müəllim Samirin telefonlarına cavab verməmiş, Samir isə ona səsli ismarıc ataraq “şef” tapşırıb görüşmək lazımdır sözlərini qeyd etmişdir. Xaqani sonradan özü Samirə zəng edərək özünün onunla əlaqə saxlayacağını demişdir. Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində Samir ona zəng edərək axşam 20 yanvar dairəsindən Qələbə dairəsinə doğru “Melissa park” Yaşayış kompleksi ilə üzbəüz “Atlantis” restoranın olduğunu və orada görüşməyi təklif etmişdir. O, Nurlanla birlikdə orada Samirlə görüşmüşlər. Xaqani Yusifov görüşə gecikmiş, Samir ona zəng etmiş, Xaqani isə Samirə işi olduğunu, qurtaran kimi gələcəyini demişdir. Samir isə Xaqaniyə gecə saat 12-i olsa da, gəlsin gözlüyəcəyik sözlərini demişdir. Təxminən gecə saat 23 radələrində Xaqani gəlmiş, Xaqani gələndə Samir ona çölə çıxmağı demişdir. Samir Nurlanın pul verən şəxslərə daha yaxın olduğunu əsas gətirib onun danışıqda iştirak etməsini təklif etmiş, o, da bununla razılaşıb çölə çıxmışdır. Sonradan Nurlan ona Xaqaninin bu məsələ ilə maraqlanacağını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə onlara səhəri gün yəni xx xxxxxx 2019-cu il tarixdə saat 12-də hər iki şəxsin həbsdən buraxılacaqlarını desə də, lakin deyilən vaxtda Elçin və Rüfət həbsdən azad olunmamışlar. Nurlan ona zəng edib Elçinin valideynlərinin səs-küy saldıqlarını demiş, buna görə o, Samirə zəng edib nə baş verdiyini soruşmuşdur. Samir isə bu cinayət işinin Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarətində olduğunu, hazırda köməklik olunsa, protest veriləcəyini, odur ki, razılaşdırıldıqdan sonra onların hər ikisinin buraxılacaqlarını demişdir. Bundan sonra Samir ona bu-gün sabah deyərək yola vermişdir. Buna görə də, o, Nurlanla birlikdə Şahid1la görüşərək onun özünə 27.000 manat pulu qaytarmışlar. O, həmin pulu şəxsi vəsaitindən özünə məxsus evi sataraq qaytarmışdır. Bundan sonra o, Nurlanla birlikdə Samirlə görüşmüş, ondan pulu qaytarmasını tələb etmişdir, Samir isə bir iş var həll olunsun, pulu verəcəyini demişdir. Lakin, Samirdən xəbər çıxmadığını görüb evinə getmiş, Samir ona öz xətti ilə əlyazma yazaraq ondan aldığı pulu Namiq və Xaqaniyə verdiyini qeyd etmişdir. Samir öz evində öz istəyi ilə, heç bir təzyiq olmadan həmin izahatı yazmışdır. Buna görə də, o, Namiqlə görüşmüş, ona Samir tərəfindən yazılan vərəqi təqdim etmiş və pulun ona verilməsi barədə Samirin etirafını göstərmişdir. Namiq ona Təqsirləndirilən şəxs1 yalan dediyini, ona pul vermədiyini bildirmiş, pulunu Təqsirləndirilən şəxs1 almasını demişdir. Təqsirləndirilən şəxs1 ona 33.000 manat əlavə borcu da olmuşdur. Samir həmin pulu ondan borc almışdır. O, həm Şahid1 onlara verdiyi 27.000 manat pulu, həm də, başqa şəxsi işlərinə görə 33.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. O, şikayət ərizəsi yazarkən Samirin ona borclu olduğu ümumi məbləği yəni 60.000 manat məbləğini qeyd emişdir. O, ərizəsində həmin pulu X4 barəsində istintaq olunan cinayət işi üzrə həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs1 verdiyini qeyd etmişdir. Lakin əslində o, Elçinin işinə görə Samirə 27.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 sonradan həmin pulu ona qaytarmamışdır. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs1 pulu tələb etsə də, lakin sonuncu onun pulunu qaytarmamışdır. Buna görə də, ərizəsində 60.000 manat qeyd etmişdir. Eyni zamanda Şahid2 bu işdə heç bir iştirakı olmamışdır. O və Nurlan Fizuliyə 27.000 manat pulun cərimə kimi dövlət büdcəsinə ödəniləcəyini demişdir. Fizuli Tofiqdən aldığı 27.000 manat pulun hamısını Nurlana vermişdir. Nurlan isə pulu ona vermiş, o, da öv növbəsində pulun hamısını Nurlanın yanında Təqsirləndirilən şəxs1 vermişdir. Sonradan o və Nurlan özləri Tofiqlə görüşərək onun pulunu qaytarmışlar. O, dostu Təqsirləndirilən şəxs3 izahat və ifadəsində Təqsirləndirilən şəxs1 60.000 manat pul verməyi qeyd etməsini xahiş etmişdir. Nurlan məhz onun xahişinə əsasən ifadəsində bu barədə qeyd etmişdir. X14 pul borclu olduğunu bilirdi. Hal hazırda da Təqsirləndirilən şəxs1 ona heç bir vəsaiti qaytarmamışdır. Daha sonra təqsirin olmamasıni, əvvəllər məhkum edilməməsini, himayəsində 3 azyaşlı uşağının olmasını və həyat yoldaşının xərçənq xəstəsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü təqsirli bilmyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 2-3 ildirki tanıyır, onunla dostluq münasibətləri vardır. 2019-cu ilin fevral ayının ortalarında oğlunun kirvəsi Hüseynov Füzuli Möhsüm oğlu və əvvəllər tanımadığı şəxslərlə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən çayxanada oturub söhbət edərkən Füzuli tanışı Şahid1 bacısı oğlu Elçin və onun dostu Rüfətin barələrində istintaq olunan cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçildiyini, Elçinin atasız uşaq olduğunu, yetimçiliklə böyüdüyünü deyərək, bir çarə tapa bilmədiyini demişdir. O, bu söhbətə müdaxilə etməsə də, lakin onların söhbətlərini yadda saxlamış, 2019-cu ilin fevral ayının sonlarında, hazırda dəqiq xatırlamadığı tarixdə Kənanla Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının qarşısında yerləşən parkdakı çayxanada çay içdiyi vaxt bu məsələ barədə Kənana danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 da, onların yanında olmuşdur. O, Təqsirləndirilən şəxs1 Kənana görə tanımış, onun əvvəllər prokurorluqda işlədiyini bilmişdir. O, Kənanla bu mövzuda söhbət edən kimi Samir onların söhbətinə müdaxilə etmiş, dərhal canıyananlıq edərək, nəyi gözlədiklərini, həmin şəxslərin adlarını deyən kimi onları dərhal içəridən çıxartdıra biləcəyini demişdir. O, adamların ad familiyasını dedikdən sonra, Samir onların yanından aralanmış, kiməsə zəng edərək həmin şəxslərin nə üçün tutulmalarını, işin harada olmasını öyrənib onlara bildirmişdir. Sonra onların yanında kiminləsə telefonda danışmış, həmin şəxsə Elçin və Rüfətin məsələsini bildirmişdir. Bundan sonra Samir onlara Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasının yaxınlığına getməyi təklif etmişdir. Onlar sonradan Samirin sözlərindən onun danışıdığı şəxsin Namiq Həsənov olduğunu bilmişdir. Samir onlara Namiq Həsənovun Baş prokurorluqda işlədiyini, çox nüfuzlu bir şəxs olduğunu bildirmişdir. Bundan sonra Samir Namiqlə danışıb görüşmək üçün evlərinin qarşısına getmişlər. Kənan və o, taksi ilə Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının qarşısına getmişlər. Onlar üçü Namiq Həsənovun yaşadığı binanın qarşısına gedib onu təxminən 20-30 dəqiqə gözləmişlər. Samir onların Namiq Həsənovla görüşmələrinə razı olmamışdır. Namiq Həsənov aşağı düşdükdən sonra, binanın həyətində Samirlə görüşüb, gəzişmişlər. X24 aralaşdıqdan sonra, onlara yaxınlaşaraq bu məsələnin həll olunması, Elçin və Rüfətin barələrində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün 30.000 manat pul tələb olunduğunu demişdir. Bundan sonra o, bu barədə Fizuli Məmişova bildirərək, 30.000 manat pulun müqabilində Elçin və Rüfətin ev dustaqlığına buraxılacağını, Təqsirləndirilən şəxs2 Baş prokurorluqda məsul vəzifədə işləyən tanışının onlara söz verdiyini demişdir. Bir neçə gün sonra Fizuli onunla əlaqə saxlayaraq Şahid1 27.000 manat pul düzəltdiyini, qalan 3000 manat pulu da, iş həll olunandan sonra verəcəyini bildirmişdir. O, bu barədə Kənana demiş, sonuncu isə Samirlə danışaraq buna razı olduqlarını bildirmişdir. Bundan sonra o, Kənan ilə birlikdə Fizuli ilə Bakı Metropoliteninin «Nərimanov» stansiyasında Fizuli ilə görüşərək ondan 27.000 manat pulu almışlar. Elə həmin gün o, Kənanla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1la görüşərək 27.000 manat pulu sonuncuya vermişlər. Təqsirləndirilən şəxs1 pulu sayaraq götürmüşdür. Samir onlara Elçinin vəkilinin ev dustaqlığı ilə bağlı məhkəməyə müraciət etməsini demişdir. Onlar bu barədə Şahid1 çatdıraraq vəkilin məhkəməyə müraciət etməsini bildirmişlər. Bundan 2-3 gün sonra Fizuli onlarla əlaqə saxlayaraq Elçinin vəkilinin məhkəməyə müraciət etdiyini, lakin məhkəmənin vəsatəti təmin etmədiyini deyərək, Şahid1 pulunu qaytarmalarını tələb etmişdir. O, bu barədə Kənana demiş, Kənan Təqsirləndirilən şəxs1la əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini demişdir. Bundan sonra o, Kənana Tofiqin pulunu qaytarmasını demişdir. Kənan onunla birlikdə Şahid1la görüşərək onun 27.000 manat pulunu qaytarmışdır. Kənan həmin pulu Samirdən geri ala bilmədiyi üçün məcbur olaraq öz vəsaitindən qaytarmışdır. Sonra o, Kənan ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Samir onlarla söhbət zamanı Kənana borclu olduğu pulların hamısını qaytaracağını deyirdi. Həmin vaxt o, Samirin 27.000 manat puldan əlavə Kənana 33.000 manat borclu olduğunu bilmişdir. Kənan 33.000 manat pulu Samirə borc verdiyini demişdir. Samir həmin vaxt əlyazma yazaraq Kənana 60.000 manat pulu qaytaracağını qeyd etmişdir. Daha sonra təqsirin olmamasıni, əvvəllər məhkum edilməməsini və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1978-ci ildən 1998-ci ilə kimi Daxili İşlər Nazirliyinin Binəqədi rayon mühafizə polisində xidmət aparmış, 1998-ci ildə təqaüdə çıxmışdır. X12 onun bacısının övladıdır. 2019-cu ilin yanvar ayında Elçin Quliyev Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq olunan cinayət işi üzrə həmin idarənin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Elçin Quliyev həbs olunanda onun kiçik övladı 3 gün idi ki, anadan olmuşdur. Elçinin böyük oğlu isə 5 yaşlıdır. O, Elçinin övladlarının azyaşlı olmalarını nəzərə alaraq onun atası rəhmətə getdiyindən bir böyük kimi onun həbsdən qanuni yolla azad olunması ilə maraqlanmağa başlamışdır. Elçinlə bərabər Rüfət Yüzbaşov da, iş üzrə həbs olunmuşdur. O, Rüfət Yüzbaşovu əvvəllər tanımamış, Rüfətin hansısa qohumu ilə heç əlaqəsi olmamışdır. Lakin Elçinin sözlərindən onun kasıb ailədən olduğunu bilmişdir. Əvvəlcə onun məqsədi Elçin və Rüfəti İnzibati Məcəllənin müvafiq maddəsi ilə cərimə olunaraq azad olunmalarına nail olmaq olmuşdur. O bu barədə uşaqlıq dostu olan Şahid2 Mövsüm oğluna müraciət etmişdir. Fizuli özü də, keçmiş polis işçisidir. O, əvvəllər Xətai rayon polis idarəsində pasport qeydiyyatı idarəsində işləmişdir. Təxminən xx xxxxxx 2019cu ildə Fizuli onunla söhbət zamanı bu məsələ barədə maraqlanacağına dair söz vermişdir. O, söhbət zamanı X18 cərimə olunmasını istədiyini demiş, Fizuli ondan nə qədər cərimə olunmasına razı olduğunu soruşmuş, o, isə ona vəkillərdən maraqlandığını, Elçin və Rüfətin ittiham olunduqları iş üzrə hərəsinə 15.000 manat olmaqla cəmi 30.000 manata yaxın cərimə nəzərdə tutulduğunu, bu məbləği düzəldə biləcəyini demişdir. O, Elçinin cinayət məsuliyyətinə cəlb olunaraq cəza almasını istəmir. Bir neçə gün sonra Füzuli onunla əlaqə saxlamış, ona bu işlə maraqlandığını, cavab gözlədiyini, Elçin və Rüfətin barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasının mümkünlüyü barədə danışıqlar getdiyini, onun tanışlarının Azərbaycan Respublikasının Baş prokurorluğunda əlaqələrinin olduğunu, həmin əlaqələr vasitəsi ilə onlara bu işdə köməklik ediləcəyinə dair söz verildiyini demişdir. Buna görə də, o, Elçinin inzibati məsuliyyətə cəlb olunmasının mümkün olmadığını başa düşərək, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına, heç olmasa bu yolla azadlığa çıxmasına razı olmuşdur. Təxminən 2019-cu ilin fevral ayının sonunda Fizuli onunla əlaqə saxlayaraq Baş Prokurorluqda işləyən şəxslərin ev dustaqlığı məsələsini 30.000 manat həll etməyə razı olduqlarını deyərək, pulu çatdırmağı bildirmişdir. O, Fizuli ilə təklikdə Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında görüşmüşdür. O, həmin vaxt 27.000 manat pul düzəldə bilmiş və həmin pulu Füzuliyə vermişdir. O, Fizuliyə qalan 3.000 manat pulu isə Elçin və Rüfət azadlığa çıxandan sonra verəcəyini demişdir. Fizuli kiməsə zəng etmiş, sonra həmin şəxslərin bununla razılaşdığını bildirmişdir. Bundan sonra o, Fizuli ilə bir neçə dəfə telefonda danışmışdır. Füzuli əvvəlcə ona Elçinin vəkilinin ev dustaqlığı ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etməsini, Elçin və Rüfətin işini danışdığını, onların ev dustaqlığına çıxacaqlarını bildirmişdir. O bu barədə Elçinin vəkili Şahid4 bildirmiş, İsgəndər ev dustaqlığı ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etsə də, lakin vəsatət təmin olunmamışdır. O, Fizuli ilə əlaqə saxlamış və ona ev dustaqlığının alınmadığını demişdir. Füzuli ona həmin şəxslərlə əlaqə saxlayaraq onlardan pulu qaytarmağı tələb edəcəyini demişdir. Ertəsi gün saat 11-də əvvəllər tanımadığı şəxs onunla əlaqə saxlayaraq Fizulinin tanışı olduğunu, deyərək onunla görüşmək istədiyini bildirmişdir. O, həmin şəxsə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Favorit» marketin qarşısında olduğunu demişdir. Bundan sonra qara rəngli dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil marketin qarşısında dayanmışdır. Avtomobildə iki nəfər şəxs olmuşdur. O, avtomobildə arxada oturmuş, həmin vaxt avtomobildə qarşıda oturan şəxs onun pulunu qaytarmışdır. O, pulu sayaraq təhvil almışdır. O, pulu qaytaran şəxsləri tanımasa da, sonradan onların adlarının Kənan və Nurlan olduğunu bilmişdir. O, pulunu geri təhvil alandan sonra Elçinin işi ilə bağlı bir daha Fizuli ilə danışmamışdır. O, Təqsirləndirilən şəxs1 və X6 tanımır. Bu şəxslərlə heç bir münasibətləri olmamışdır. O, izahat vermək üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılandan sonra Təqsirləndirilən şəxs2 şikayət ərizəsi yazdığını, guya ondan 60.000 manat pul alaraq Təqsirləndirilən şəxs1 və X7 verməsini qeyd etdiyini bilmişdir. Buna görə də, o, izahat yazaraq Təqsirləndirilən şəxs1 və X6 tanımadığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 pul vermədiyini qeyd etmişdir. Sonradan Kənan və Nurlan onunla görüşərək artıq faktla bağlı cinayət işinin başlanıldığını demişdilər. Elçin Quliyevin barəsində istintaq olunan cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. 2019-cu ilin may ayının sonunda Elçin Nəsimi rayon məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunaraq azadlığa çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. O, 1998-ci ildə Daxili işlər Orqanlarında xidmətə başlamış, 2004-cü ildə Polis Akademiyasını bitirmişdir. Həmin vaxtdan 2015-ci ilə kimi Bakı şəhərində müxtəlif rayonlarda Pasport qeydiyyat şöbələrində müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildə səhhəti ilə əlaqədar təqaüdə çıxmışdır. Hazırda heç bir yerdə işləmir. Şahid1 uşaqlıqdan tanıyır, Tofiqlə Xocavənd rayonunda qonşu olmuşlar. X2 bacısı oğludur. Təqsirləndirilən şəxs3 bir neçə il olar ki, tanıyır və onun övladının kirvəsidir. O, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla 2019-cu ilin əvvəllərində Nurlanın vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 isə bir dəfə Kənan və Nurlanın yanında görmüşdür. X6 isə ümumiyyətlə tanımır, bu şəxslə heç bir münasibəti olmamışdır. 2019-cu ilin əvvəllərində Şahid1 ona müraciət edərək bacısı oğlu Elçin Quliyevin həbs olunduğunu, onun və Rüfət adlı şəxsin barəsində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işinin istintaq olunduğunu bildirmişdir. Tofiq ona Elçin Quliyevin yetim olduğunu, həbs olunanda kiçik övladının 3 gün idi ki, anadan olduğunu, böyük oğlunun isə 5 yaşlı olmasını deyərək ona köməklik etmək istədiyini bildirmişdir. O, Elçinin övladlarının azyaşlı olmalarını nəzərə alaraq, uşaqlıq dostu və qonşusu olmuş Tofiqə köməklik etmək üçün Elçinin qanuni yolla azad olunması ilə maraqlanacağına dair söz vermişdir. Tofiq Elçinin əməlinin cinayət kimi deyil, inzibati xəta kimi qiymətləndirilərək, cərimənin ödənilməsi yolu ilə həbsdən azad olunmasını istədiyini bildirmişdir. O, Tofiqə bu məsələ ilə maraqlanacağına dair söz vermişdir. O bu məsələ barədə söhbət əsnasında Təqsirləndirilən şəxs3 demiş, sonuncu isə ona dostu Kənanın Azərbaycan Respublikasının Baş prokurorluğunda işləyən tanışının olmasını, həmin tanışları vasitəsi ilə bu məsələdə köməklik etməyin mümkün olduğunu bildirmişdir. Bundan sonra o, Kənan və Nurlan ilə birlikdə görüşmüş, söhbət zamanı onlara vəziyyəti danışmışdır. Kənan ona Azərbaycan Respublikasının Baş X8 Nazirliyində istintaqa nəzarət idarəsində işləyən tanışı vasitəsi ilə bu məsələni həll edəcəyini bildirmişdir. Lakin Kənan ona konkret olaraq ad çəkməmişdir. Kənan həmin şəxslərin 30.000 manat pul istədiklərini, pulun müqabilində Elçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunacağını demişdir. Sonradan o, bu barədə Tofiqə demiş, Tofiq imkanın olmadığını, lakin istədikləri pulu düzəltməyə çalışacağını demişdir. Sonra Tofiq ona 27.000 manat pulunun olduğunu, 3000 manat pulu da, məsələ həll olunandan sonra verəcəyini demişdir. O, bu barədə Nurlana demiş, Nurlan isə öz növbəsində bu barədə Kənana bildirmişdir. Sonra Nurlan ona həmin şəxslərin bununla razılaşdıqlarını bildirmişdir. O, Tofiqlə təklikdə Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında görüşmüş, həmin vaxt 27.000 manat pulu Tofiqdən almışdır. Hətta o, Tofiqə gözləyərək pulu kimə verəcəyini görməsini bildirmiş, Tofiq bununla razı olmamış, onu tanıdığını, ona inandığını, həmin şəxsləri isə tanımadığını və onlarla görüşmək istəmədiyini bildirmişdir. Bundan sonra Tofiq çıxıb getmişdir. O, Kənan və Nurlanla həmin gün elə həmin ünvanda görüşərək 27.000 manat pulun hamısını Kənan və Nurlana vermişdir. Onlar həmin pulu Azərbaycan Respublikasının Baş X8 Nazirliyində istintaqa nəzarət idarəsində işləyən tanışlarına verəcəklərini demişlər. Sonra Nurlan onunla əlaqə saxlayaraq Elçinin vəkilinin məhkəməyə ev dustaqlığı ilə bağlı müraciət etməsini deməyi bildirmişdir. O, bu barədə Tofiqə demiş, Elçinin vəkili ev dustaqlığı ilə bağlı məhkəməyə müraciət etsə də, lakin məhkəmə vəkilin müraciətini təmin etməmişdir. Bundan sonra Tofiq ona müraciət edərək pulunu geri istəmişdir. O, Kənan və Nurlana müraciət edərək Tofiqin pulunu qaytarmalarını demişdir. Səhəri gün Kənan və Nurlan özləri Tofiqlə görüşərək onun pulunu özünə qaytarmışlar. Bundan sonra o, Kənan və Nurlanın söhbətlərindən onların həmin pulu Samir adlı şəxsə verdiklərini, guya həmin şəxsdən pullarını ala bilmədiklərini bilmişdir. Hətta bir dəfə o, Kənan və Nurlanla birlikdə həmin Samir adlı şəxslə kafedə görüşmüşdür. Həmin vaxt Samir söhbət zamanı aldığı pulu qaytaracağını deyirdi. Kənan isə Samirə ondan şikayət edəcəyini bildirmişdir. Lakin o, həmin söhbətlərdə çox iştirak etməmişdir. Samir özü də, həmin kafeni tez tərk etmişdir. Bundan sonra onun bu məsələ ilə heç bir əlaqəsi olmamışdır. O, bu işdə hər-hansı bir qanunsuzluğun olmasını bilməmiş, bu işdə onun heç bir maddi və ya digər marağı olmamışdır. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində X4 barəsində istintaq olunan cinayət işi üzrə həbsdən azad olunması üçün 60.000 manat pulu alaraq Təqsirləndirilən şəxs1 verdiyinə dair qeyd etdiyi xüsusatlar yalandır. Şahid1 bu işə görə 27.000 manat pul vermişdir. Təxminən pul veriləndən 2-3 gün sonra isə iş alınmayanda onun tələbi ilə Kənan və Nurlan Tofiqlə görüşərək onun pulunu qaytarmışlar. O, Təqsirləndirilən şəxs1 və Namiq Həsənovu tanımır. Kənan və Nurlan bu iş barədə danışarkən pulu konkret olaraq kimə verəcəklərini ona deməmişlər. Onlar pulu alandan 2-3 gün sonra Tofiqlə görüşərək pulu onun özünə qaytarmışlar. Kənanın Tofiqin pulunu qaytarmaq üçün evini satıb-satmamasını barədə dəqiq heç nə deyə bilmir. Lakin Kənan söhbət zamanı guya həmin Təqsirləndirilən şəxs1 ona başqa borcunun da, olmasını, həmin borcu və Tofiqin ona verdiyi pulu cəmləyərək şikayət ərizəsində Təqsirləndirilən şəxs1 60.000 manat pul verməsini qeyd etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 11 saylı vəkillər bürosunda vəkil işləyir. X12 və Şahid1 2019-cu ilin əvvəllərində tanımışdır. O, Elçin Quliyevin barəsində istintaq olunan cinayət işi üzrə onun hüquqlarını müdafiə etmişdir. Belə ki, X12 və sonuncunun dostu Yüzbaşov Rüfət Rasim oğlunun barələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-nin 244-1.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaqı aparılmışdır. Şahid1 isə Elçinin dayısı kimi tanımışdır. O bu iş əsnasında Şahid1la tanış olmuşdur. 2019-cu ilin fevral ayında Şahid1 ona müraciət edərək Nərimanov rayon məhkəməsinə Elçin Quliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə müraciət etməyi xahiş etmişdir. O, Tofiqin sözlərindən Elçinin məhkəmədən ev dustaqlığına buraxılacağında arxayın olduğunu başa düşsə də, lakin bu arxayınçılığın əsasını başa düşməmişdir. O, vəkil borcunu yerinə yetirərək vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bundan başqa onun bu məsələ barədə heç bir məlumatı olmamışdır. Şahid1 ona Elçinin həbsdən azad olunması üçün kiməsə pul verib-verməməsini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. O, əvvəllər sürücü işləmiş, hazırda səhhəti ilə bağlı heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki, tanıyır. Onunla əvvəllər normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 isə 2005-ci ildən tanıyır və Kənanla dost münasibətləri vardır. O, 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 tanış etmişdir. Onların tanış etmələrində məqsəd torpaq alqı-satqısı olmamışdır. Təqsirləndirilən şəxs1 keçmiş prokurorluq əməkdaşı idi. Kənanın isə bələdiyyə sədri kimi hüquq mühafizə orqanları ilə problemləri olurdu. O, Samirin Kənana məsləhət verə biləcəyini hesab etdiyi üçün onları tanış etmişdir. O, X12 və Yüzbaşov Rüfət Rasim oğlunu tanımır. O, Kənanın Təqsirləndirilən şəxs1 pul verməsinin birbaşa şahidi olmasa da, lakin bu barədə Kənanın sözlərindən bilmişdir. Eyni zamanda Kənan Samirdən pulu tələb edərkən onları tanış etdiyi üçün ona müraciət edərək ona köməklik etməyi xahiş etmişdir. O, Kənanın sözlərindən Samirin ona 60.000 manat pul borclu olduğunu bilmişdir. O bu barədə Samirin özü ilə danışmış, Samiri borcunu təsdiq edərək, pulu ödəmək üçün Kənandan vaxt istəmiş və ondan bu barədə Kənanla danışmağı xahiş etmişdir. Samir 2019-cu ilin aprel ayına kimi pulu ödəməli idi. Hətta Samir əlyazma da, yazaraq Kənanın pulunu qaytaracağına söz vermişdir. O, Kənanla bu barədə danışmış və sonuncu 2019-cu ilin aprel ayına kimi gözləyəcəyini, sonra şikayət edəcəyini demişdir. Bundan sonra Samir Kənanın pulunu vermədiyi üçün sonuncu şikayət etməyi qərara almışdır. Cinayət işinin 3-cü cild 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4188 nömrəli məhkəmə- xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş Təqsirləndirilən şəxs1 adından olan xx.xx.2019-cu il tarixli “Etirafnamə” adlı sənədin mətni, 1-ci səhifənin aşağı sağ küncündəki imza, 2-ci səhifənin sonunda “Təqsirləndirilən şəxs1” yazılarının qarşısındakı imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Eyni zamanda həmin rəyə əsasən Təqsirləndirilən şəxs1 adından olan xx.xx.2019-cu il tarixli “Etirafnamə” adlı sənədin mətnində – əlyazmanın qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı, stress vəziyyətində və sair) icra olunmasını xarakterizə edən əlamətləri müşahidə olunmamışdır. Cinayət işinin 3-cü cild 109-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 140 (bir yüz qırx) manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindən daxil olmuş xx xxxx 2019-cu il tarixli 05/7339-19 saylı məktuba əsasən xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-nin 244-1.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaqı aparılmış, həmin iş üzrə qeyd olunan tarixdə X12 və Yüzbaşov Rüfət Rasim oğlu şübhəli şəxs qismində tutulmuşlar və xx xxxxxx 2019-cu il tarixdə Elçin Quliyev və Rüfət Yüzbaşova Azərbaycan Respublikasının CM-nin 244-1.2.2ci maddəsi ilə ittiham elan edilərək, barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 149-170-ci vərəqələrində olan xx xxx Cinayət işinin 3-cü cild 193-194-cü vərəqələrində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 216-217-ci vərəqələrində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 239-240-cı vərəqələrində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 198-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir və xx xxxxx 2019-cu il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin 2-ci cild 197-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 322-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 01 ay 17 gün həddində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 556193 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X3r. Cinayət işinin 3-cü cild 242-ci vərəqəsində olan AZE seriyalı, 12852486 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Nəsrullazadə Kənan xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Nəsrullayeva Səbinədir. Cinayət işinin 3-cü cild 243-cü vərəqəsində olan AZE seriyalı, 12255404 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Nəsrullazadə Əli xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Nəsrullayeva Səbinədir. Cinayət işinin 3-cü cild 244-cü vərəqəsində olan AZE seriyalı, 12852490 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Nəsrullazadə Nəzimə xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Nəsrullayeva Səbinədir. Cinayət işinin materiallarında olan AR Səhiyyə Nazirliyi xəstəlik tarixindən çıxarışdan görünür ki, X1 “paratraxeal limfa düyünlərində metastaz” xəstəliyi müşahidə olunur. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 496937 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası isə Abbasova Elnarə Adıgözəl qızıdır. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 216667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası isə Abbasova Elnarə Adıgözəl qızıdır. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 216666 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası isə Abbasova Elnarə Adıgözəl qızıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə cinayətlərini törətməlini tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə əməlləri həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və bundan sonra sınaq müddəti başa çatmadan yenidən cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resedivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixdə çıxarmiş olduğu hökm xx xxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş və bundan sonra da sınaq müddətində Təqsirləndirilən şəxs1 yenidən qəsən az ağır cinayət törətmişdir Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd edilən hökm şərti məhkum etmə hissəsində ləğv edilməli və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzaları hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törəməmişdən öncə azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyi üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bekə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq hökmün çıxarıldığı, yəni xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və sonuncunun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən təqsirini qismən etiraf etməklə əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, himayəsində 3 azyaşlı uşağının olmasını və həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən təqsirini qismən etiraf etməklə əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və himayəsində 3 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan istintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1 tərəfindən tərtib olunmuş əlyazma cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci addəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan xx xxxxxx 2017-ci il tarixli hökmü şərti məhkum etmə hissəsində ləğv edilsin və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzaları hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və sonuncunun barəsində ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayoyunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayoyunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1 tərəfindən tərtib olunmuş əlyazma cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştətərək qaydada tutularaq müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar