Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-169/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Aydəmirov Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-226/2023 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 2(iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə həmin cəzasının hazıradək 02 (iki) il 27 (iyirmi yeddi) gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aydəmirov Təqsirləndirilən şəxs, 11 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,179 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, M.Naxçivani küçəsinə daşımış, Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 oktyabr 2023-cü il tarixdə saat 15:53 dəqiqədə ünvan 2 ünvanda saxlanılaraq Zivərbəy Əhmədbəyov küçəsi ilə ünvan 3 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və inzibati binanın xidməti otaqlarından birində həmin tarixdə saat 17:50-dən saat 18:25-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,179 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Aydəmirov Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Aydəmirov Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Hal-hazırda heç bir yerdə işləmir. 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Yasamal rayonu, Zivərbəy Əhmədbəyov ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb 27-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirilərkən o, bildirmişdir ki, bir ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və hazırda da üzərində psixotrop maddə vardır. Polis şöbəsinə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O, üzərində saxladığı içərisində psixotrop maddə olan bükümü çıxarıb təqdim etmişdir. O, ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 11 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” deyilən yerdən üzdən tanıdığı şəxsdən 10 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. O qeyd etmişdir ki, psixotrop maddə aldığı həmin şəxsi ətraflı tanımır, onun harada yaşadığını və adının kim olduğunu bilmir. O, psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və hədiyyə vermək fikrində olmamışdır. O, narkotik vasitə aludəçisi olduğuna görə həmin maddəni almış və bir dəfə istifadə etmək üçün üzərində saxlamışdır. Göstərilənlərlə yanaşı təqsirləndirilən Aydəmirov Təqsirləndirilən şəxs son sözündə hazırki törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci polis bölməsinin cinayət-axtarışı üzrə əmıliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2019-cu ildən, hazırda tutduğu Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən xidmət edir. Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Aydəmirovun Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı əməliyyat məlumatı daxil olduğundan 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində şöbənin baş əməliyyat müvəkkilli Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 6 ünvanına getmişlər. Həmin vaxt qeyd edilən ünvanın qarşısında olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Aydəmirov Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Aydəmirov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif edilmişdir. O, da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Aydəmirov Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə saxlanıldığı tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə 10 manat qarşılığında üzdən tanıdığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Aydəmirovun üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Aydəmirovun üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Aydəmirov Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci polis bölməsinin cinayət axtarışı üzrə əmıliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, 11 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2023-cü ci il tarixli raportlar, əmr, protokol və qərarlardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisi Cavid Usubova müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, B.Məmmədov küçəsi, ev 37-də yaşayan xx xxxx 1975-ci il təvəllüdlü Aydəmirov Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və Aydəmirov Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Həmin tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-in rəisi Cavid Usubov tərəfindən Yasamal RPİ-nin PŞnin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun təşkil edilməsi və qrupa rəhbərliyin Şahid1 həvalə edilməsinə dair 53-2/Ə- 45/2023 nömrəli əmr verilmişdir. Bundan sonra 11 oktyabr 2023-cü il tarixdə Yasamal RPİnin 27-ci PŞ-in əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Yasamal RPİ-nin 27-ci PŞ-in rəisi Cavid Usubov tərəfindən təsdiq edilmişdir. Əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü tarixli raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Aydəmirov Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 16:00-da ünvan 8 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Aydəmirov Təqsirləndirilən şəxs Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı 11 oktyabr 2023-cü il saat 16:00-dan hesablanmışdır. (iş vər.: 03- 32) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 oktyabr 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Aydəmirov Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Aydəmirov Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin ağ-gümüşü kağızına bükülünü çıxarıb könüllü təqdim etməklə həmin bükümün içərisindəki maddənin psixotrop maddə olan metanfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş Aydəmirov Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə götürülüb zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Aydəmirov Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone 12” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (iş vər.: 37-38) İş materiallarında olan təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 11 oktyabr 2023-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 5(004)-1074/2023 nömrəli qərarından müəyyən edilir ki, Aydəmirov Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. (iş vər.:49) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5318 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi və “... saxlanılan şəxs: Aydəmirov Təqsirləndirilən şəxs-imza, İştirakçılar:...” sözləri olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,179 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. xx.xx.2023-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılması haqqında aktdan müəyyən edilir ki, Metamfetamin təmiz çəkisi 0,179 qram, qalıq çəkisi 0,129 qram təşkil etmişdir. (iş vər: 46- 49) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Publik hüquqi şəxsin Ambulator X1 dair ekspert komissiyasının 05 dekabr 2023cü il tarixli, 7967 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Aydəmirov Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər.: 116-117) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Aydəmirov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi özünün etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,179 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar psixotrop maddə metamfetamini oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini oğlunun barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli protokoldan göründüyü kimi Aydəmirov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 11 oktyabr 2023-cü il saat 16:00-dan hesablanmışdır. (iş vər.: 32) İş materiallarında olan qərardan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Aydəmirov Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 65-66) İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 4(004)-785/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Aydəmirov Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. (iş vər.: 86-88) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Aydəmirov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən müəyyən edilir ki, Aydəmirov Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək, 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər.: 118-120) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən edilir ki, Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3-cü maddəyə əsasən ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər.: 122-125) Qeyd edilən hökmlə həmçinin müəyyən edilir ki, AR ƏN Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 6671 saylı məktubu ilə 8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Aydəmirov Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Amnistiya haqqında Qərarın 7-ci hissəsinə əsasən əsas və əlavə cəzadan azad edilən büyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulduğundan, həmin Qərara əsasən Aydəmirov Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə islah işlərinə münasibətdə məhkumluğu götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 99945-21-1/3 2735-18 nömrəli məktubundan müəyyən edilir ki, Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Aydəmirov Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Daha sonra Yasamal Rayon Məhkəməsinin 4(004)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Aydəmirov Təqsirləndirilən şəxs barəsində 03 müddətinə həbs qismində qətimkan tədbiri seçildiyindən və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablandığından cəza müddətinin axımı xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Beləliklə, xx.xx.2023-cü il tarixə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 226/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum Aydəmirov Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 27 (iyirmi yeddi) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, xx.xx.2023-cü il tarixdə yenidən, eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Aydəmirov Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar onun islah olunmasına təsir etməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-226/2023 saylı hökmü ilə Aydəmirov Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2(iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş 02 (iki) il 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ümumilikdə 01 (bir) il 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası hesablanmalı, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəza qismən toplamaq yolu ilə birləşdirilməli və Aydəmirov Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Aydəmirov Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı «Qərarı»nın 26cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Aydəmirov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Aydəmirov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə, həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,129 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (iş vər.: 164) Bundan başqa, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış üzərində “Verbatim” yazısı həkk edilmiş videogörüntülərin olduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. (iş vər.: 46) Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,129 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 92 manat məbləğində pul vəsaiti Aydəmirov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilmiş hüquqi xidmətə görə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Aydəmirov Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Aydəmirov Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilmiş hüquqi xidmətə görə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun və Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesablarına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Aydəmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-226/2023 saylı hökmü ilə Aydəmirov Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2(iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş 02 (iki) il 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Aydəmirov Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Aydəmirov Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Aydəmirov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aydəmirov Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,129 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 92 (doxsan iki) manat Aydəmirov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Aydəmirov Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X5 120 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun və “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-169/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-169/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver