Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-17/2020 11.03.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Ramin Afad oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Müdafiəçi Vəkillər Kollegiyası Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Müdafiəçi Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1996-cı il tarixində Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 4 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1984-cü il tarixində Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixində saat 23 radələrində ünvan 3 saylı ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümündə 3 (üç) ədəd hər birinin tərkibi 0,120 qram olmaqla, ümumilikdə 0,360 qram çəkidə metilendioksimetamfetamin (MDMA) adlı təsiredici maddədən ibarət tünd bənövşəyi rəngli kustar üsulla hazırlanmış həbləri (“ekstazi”) və bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,306 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sonuncuya verdiyi 80 (səksən) manat borc pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə yerləşdirib saxlayaraq həmin tarixdə qeyd edilən ünvandan yaşadığı ünvan 4 ünvanınadək, xx.xx.2019-cu il tarixdə isə həmin ünvandan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 17 saylı ünvanının qarşısına qədər saat 18:25-dək daşımış, sonuncu ünvanın qarşısında dostu Şahid1 məxsus “Daewoo Gentra” markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sərnişin oturacağında olarkən özünü şübhəli apardığı üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saat 18:25-də saxlanılıb polis idarəsinə aparılmaqla orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən qeyd olunan psixotrop maddələr aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edərək üstündə saxlamış, daşımış və satmışdır. Belə ki, o, satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən bir ədəd şəffaf sellofan bükümündə 3 (üç) ədəd hər birinin tərkibi 0,120 qram olmaqla, ümumilikdə 0,360 qram çəkidə metilendioksimetamfetamin (MDMA) adlı təsiredici maddədən ibarət tünd bənövşəyi rəngli kustar üsulla hazırlanmış həbləri (“ekstazi”) və bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,306 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşıyaraq xx.xx.2019-cu il tarixində saat 23 radələrində ünvan 3 saylı ünvanda fəaliyyət göstərən “Life Centre” biznes mərkəzinin qarşısında həmin psixotrop maddələri tanışı Təqsirləndirilən şəxs1 bir müddət öncə aldığı 80 (səksən) manat borc pulun müqabilində sonuncuya satmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019cu il tarixli 1057 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi olmasa da, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında keçirilmiş təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 9047 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019cu il tarixli 1693 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məsədi olmadan, qanunsuz olaraq psixotrop maddələrinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələrinin əldə edərək üstündə saxlaması, daşıması və satması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində günorta radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxananın yanından keçən zaman təsadüfən tanışı “Teymur” adlı şəxslə rastlaşmışdır. Aralarında baş tutmuş söhbət zamanı Teymur ondan 80 (səksən) manat pulu borca istəmişdir. O, üstündə pul olduğu üçün həmin pul vəsaitini Teymura vermişdir. Teymur bildirmişdir ki, bir neçə saat ərzində işlərini həll edib gətirib pulu qaytaracaqdır. Bu hadisədən bir neçə saat keçdikdən sonra o öz mobil telefonu ilə Teymurun istifadəsində olan 050 405 05 11 saylı mobil nömrəyə zəng etməyə başlamışdır. Lakin sonuncunun mobil telefonuna zəng çatsa da, cavab verilməmişdir. O davamlı olaraq zəng etdikdən sonra Teymur cavab vermiş və Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Life Centre” biznes mərkəzinin qarşısında görüşməyi təklif etmişdir. O buna etiraz etməmiş və həmin günü saat 23 radələrində Teymurla həmin ünvanda görüşmüşdür. Teymur onunla etdiyi söhbət əsnasında borcu qaytarmağa pulu olmadığını demiş və ona bir ədəd gümüşü rəngli kağız bükümdə olan adını “metamfetamin” kimi bildirdiyi maddə və şəffaf sellofan bükümdə üç ədəd həb formasında olan “ekstazi” adlı maddələri təqdim edərək borcunu qaytaranadək həmin əşyaların onda zamin kimi qalmasını, pulu qaytaracağı təqdirdə həmin əşyaları geri alacağını təklif etmişdir. O da həmin təkliflə razılaşmış, sözügedən bükümləri əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və bundan sonra Teymurla sağollaşıb ayrılmışdır. O oradan çıxıb yaşadığı ünvana getmiş, bir daha evdən çıxmamış və üzərində olan maddəni və həbləri şalvarının cibində saxlamışdır. Səhəri günü, yəni xx.xx.2019-cu il tarixində saat 17 radələrində dostunun adına olan “Honda CBR” markalı 01 A 019 dövlət qeydiyyat nişanlı motosikleti idarə edən zaman nəqliyyat vasitəsinin şamı sıradan çıxdığı üçün Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yolda qalmışdır. Buna görə də ona kömək etməsi üçün dostu Şahid1 zəng edib köməyə çağırmışdır. Dostu Şahid1 təxminən 30 dəqiqə sonra idarə etdiyi «Daewoo Gentra» markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun olduğu yerə gəlmişdir. Həmin vaxt Şahid1 yanında, qabaq sağ sərnişin oturacağında bir nəfər 45-47 yaşlarında “Tehran” adlı kişi də olmuşdur. İlkin bildirmişdir ki, həmin şəxs iş yoldaşıdır. O motosikleti elə oradaca, yolun sağ kənarında saxlamışdır ki, motosiklet ustasının yanına gedib yeni şam alsın. Avtomobilə oturduqdan sonra o İlkinə və sonuncunun yanında olan “Tehran” adlı şəxsə bir gün öncə Teymur adlı dostu ilə aralarında olan haqq-hesab barədə danışmış və Teymurun ona psixotrop maddələr verdiyini bildirmişdir. Söhbət edə-edə onlar birlikdə oradan çıxıb Şahid1 idarə etdiyi «Daewoo Gentra» markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərinin Yasamal rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt o avtomobilinin arxa sərnişin oturacağına oturmuşdur. Saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində fəaliyyət göstərən nəqliyyat vasitələrinin təmiri məntəqəsinə çatmışlar. Orada işləyən “Məhərrəm” adlı ustadan bir ədəd motosiklet şamı almışdır. Bundan sonra yenidən avtomobilə minib bir qədər irəli, Zərgərpalan küçəsi 17 saylı ünvanın qarşısına gəlib çatmışlar. Orada “Tehran” adlı kişi avtomobildən enib kənarda mobil telefonla danışmağa başlamışdır. Həmin vaxt saat 18:25 olmuş və bu vaxt o əlini cibinə salıb bir gün öncə Teymurun ona verdiyi bükümləri çıxarıb baxmaq istəmişdir. Lakin kiminsə çöldən ona tərəf yaxınlaşmasını hiss etdiyindən əlini dərhal cibinə salıb avtomobildən düşmək istəmişdir. Bu vaxt yaxınlaşan iki nəfər mülki geyimli şəxslər ona, polis vəsiqələrini göstərmiş və özlərini təqdim edərək Bakı Şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduğunu bildirmişlər. O, polis işçilərinin psixotrop maddələrə görə yaxınlaşmasını başa düşmüşdür. Polis işçiləri elə oradaca ondan üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar. O da bildirmişdir ki, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd bükümdə metamfetamin və digər sellofan bükümdə üç ədəd həb formasında olan “ekstazi” adlı maddə vardır. Bundan sonra həmin polis əməkdaşları onunla birgə avtomobildə olan Şahid1 Bakı Şəhəri Yasamal RPİ-nə gətirmişlər. Polis idarəsində barəsində şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Sonra hüquq və vəzifələri izah edilərək ona təklif edilmişdir ki, üzərində hər hansı dövriyyəsi qadağan olunmuş maddə, narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. O da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə olan maddəni və şəffaf sellofan bükümdə üç ədəd həbləri könüllü olaraq çıxarıb polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs1, həmçinin, ifadəsində göstərmişdir ki, təhqiqat şöbəsində verdiyi izahatında “Teymur” adlı tanışından bir ədəd gümüşü rəngli kağız bükümdə “şüşə” adlı narkotik vasitə və şəffaf sellofan bükümdə üç ədəd həb formasında olan psixotrop maddə alması ilə bağlı göstərdiyi xüsusatları həmin maddələri ayrıd edə bilməməsi ilə əlaqələndirmişdir. O göstərmişdir ki, metamfetaminin ikinci adı “şüşə”dir. O, həmin maddəni şüşə adı ilə tanımışdır. Teymur həmin maddələri ona verəndə özü açıb həmin bükümlərə baxmışdır. Ona görə izahatında da bu cür göstərmişdir. Sellofan bükümdəkinin adını isə sonradan soraqlaşıb xəbər tutumuşdur ki, adı “ekstazi”dir. Barəsində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. İlk dəfə belə bir hadisə ilə qarşılaşdığı üçün çox həyəcanlı olmuşdur. Ona görə məsuliyyətinin ağırlaşmasından qorxduğu üçün ilk öncə bütün həqiqəti söyləməkdən çəkinmişdir. Həqiqətən də ona həmin maddələri dostu Teymur xx.xx.2019-cu il tarixində günorta saatlarında pul əvəzi vermişdir. Teymur vəd vermişdir ki, pulu geri qaytardıqda həmin maddələri ondan geri götürəcəkdir. Şahid1 və “Tehran” adlı şəxsə isə Teymurun verdiyi psixotrop maddələr barədə özü danışmışdır. Həmin maddələrin birgə istehlakı, bölüşdürülməsi, satışı, pay verilməsi ilə əlaqədar aralarında hər hansı müştərək sövdələşmə və ya razılaşma olmamışdır. O, özü də fikrində tutmuşdur ki, həmin maddələri Teymura qaytarsın və borca verdiyi pulu geri alsın. Bakı Şəhəri Yasamal RPİ-nin TŞ-də təqdim etdiyi psixotrop maddələrlə bağlı aparılan araşdırma zamanı tərtib edilmiş sənədlərə özü imza etmişdir, ad və soyadının qarşısında olan imzalar ona məxsusdur. Nə izahat verən zaman, nə də ki, sənədlərə imza edərkən ona qarşı heç bir formada psixi, fiziki təsir göstərilməmişdir. xx.xx.2019-cu il tarixli ərizə özü tərəfindən yazılmış və həmin sənəddə olan imza ona məxsusdur. Həmin ərizədə göstərilən xüsusatlarla bağlı onu göstərmişdir ki, barəsində xx.xx.2019-cu il tarixində həbslə bağlı olmayan qətimkan tədbiri seçildikdən sonra ona psixotrop maddəni vermiş “Teymur” adlı şəxsin şəxsiyyəti barədə maraqlanmağa başlamış və ifadəsində qeyd etdiyi hallar üzrə cinayətkarın ifşa edilməsi məqsədi ilə istintaq orqanına bacardığı köməkliyi göstərmişdir. Nərimanov rayonu ərazisində bir neçə gün ərzində şəxsi tanışlıq əlaqələri hesabına araşdırıb müəyyən etmişdir ki, ona psixotrop maddəni verən “Teymur” adlı şəxsin tam adı “Təqsirləndirilən şəxs2”dur. Təqsirləndirilən şəxs2 1984-cü il təvəllüdlüdür və mobil nömrəsini dəyişərək 070 *** ** ** saylı mobil nömrədən istifadə etmişdir. Ağ rəngli ** KL *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs2 hadisə ərəfəsində 050 405 05 11 saylı mobil nömrədən də istifadə etmişdir. Ona görə əvvəlki ifadəsində bu cür qeyd etdirmişdir. Lakin Teymur eyni zamanda 070 383 01 32 və 070 228 44 42 saylı mobil nömrələrdən də istifadə etmişdir. Əgər o həmin günü Teymurun 050 405 05 11 saylı mobil nömrəsinə zəng etməmişdirsə o halda 070 383 01 32 və 070 228 44 42 saylı mobil nömrələri ilə danışıqlar aparmışdır. O özü isə dəqiq həmin vaxt iş nömrəsi, yəni 077 430 33 23 saylı mobil nömrədən istifadə etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə belə bir əməl törətməsini, bir azyaşlı uşağının olmasını ona cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində qeydiyyatda olub daimi yaşayış yeri həmin şəhərdə olsa da, 2018-ci ilin oktyabr ayından etibarən fərdi əmək fəaliyyəti ilə, yəni usta və sərnişin daşıma fəaliyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Divan” adlı mehmanxana ilə üzbəüzdəki binada kirayədə yaşamışdır. VAZ 21074 markalı ** KL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ilin sonlarından tanımış və müxtəlif tarixlərdə onun üçün sərnişin daşıma xidmətlərini göstərmişdir. Adəm Nərimanov rayonu ərazisində yaşadığını və onunla aralarında hər hansı ədavət, düşmənçilik və qərəzçilik olmamasını, münasibətlərinin hər zaman mehriban və yaxşı olmasını qeyd etmişdir. xx.xx.2019-cu il tarixində saat 16:30 radələrində Lənkəran şəhərində olan zaman özünü polis əməkdaşları kimi təqdim edən 3 (üç) nəfər şəxs onu saxlamış və cinayət işi ilə əlaqədar Bakı Şəhəri Yasamal RPİ-nə gətirmişlər. O, ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində Təqsirləndirilən şəxs1 ilə görüşü xatırlamır. O, heç vaxt Təqsirləndirilən şəxs1 borca pul götürməmiş, 050 405 05 11 saylı mobil nömrədən istifadə etməmiş, onunla Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Life Centre” biznes mərkəzinin qarşısında görüşməmiş və sonuncuya metamfetamin və ekstazi verməmişdir. Təqsirləndirilən şəxs1 onun barədə bu cür ifadə verməsinin səbəbini bilmədiyini göstərmişdir. xx.xx.2019-cu il tarixində saat 16 radələrində istifadəsində olmuş 070 383 01 32 saylı mobil nömrə, saat 23 radələrində isə istifadəsində olmuş digər 070 228 44 42 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi 077 430 33 23 saylı mobil nömrə arasında danışıqlar aparmasını istisna etməmiş, həmin danışıqların adi gündəlik mövzuda olmasını göstərmişdir. 070 *** ** ** saylı mobil nömrədən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 077 552 53 06 saylı mobil nömrənin sahibi Arif adlı tanışına sms yazaraq borca pul istəmiş, həmin mövzunun Təqsirləndirilən şəxs1 aidiyyəti olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində istifadə etdiyi mobil nömrələr barədə müstəntiqə məlumat verməsinə baxmayaraq müstəntiq onun yalnız 070 *** ** ** saylı mobil nömrəsi üzrə məlumatları götürmüş, digər nömrəsi, yəni 070 228 44 42 saylı mobil nömrə üzrə isə heç bir məlumat əldə etməmiş və ya etmişdirsə, həmin məlumatlar qərəzli olaraq iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun adını, böyük ehtimal ilə, polis əməkdaşlarının təsiri altında, öz məsuliyyətini yüngüllləşdirmək məqsədilə vermişdir, çünki narkotik vasitələr və psixotrop maddələrlə bağlı ittihamlar adətən Azərbaycanın Cənub zonasından, xüsusilə Lənkəran rayonundan olan şəxslərə aid edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2019-cu il tarixində saat 17 radələrində iş yoldaşı “Tehran”la birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığındakı mağazada olan zaman dostu Təqsirləndirilən şəxs1 ona zəng edərək idarə etdiyi “Honda CBR” markalı 01 A 019 dövlət qeydiyyat nişanlı motosikletin xarab olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yolda qaldığını bildirmiş və onu kömək etmək üçün ora çağırmışdır. Təxminən 30 dəqiqə sonra o, idarə etdiyi «Daewoo Gentra» markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin ünvana gəlmişdir. Həmin vaxt onun yanında, qabaq sağ sərnişin oturacağında iş yoldaşı “Tehran” da olmuşdur. O Adəmə bildirmişdir ki, həmin şəxs onun iş yoldaşıdır. Adəm motosikleti elə oradaca, yolun sağ kənarında saxlamışdır ki, motosiklet ustasının yanına gedib yeni şam alsın. Söhbət edə-edə onlar birlikdə oradan çıxıb onun idarə etdiyi «Daewoo Gentra» markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərinin Yasamal rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt Adəm avtomobilin arxa sərnişin oturacağında olmuşdur. Bir qədər sonra dostu Tehran avtomobildən düşüb getmişdir. Avtomobildə tək olanda Adəm ona gün öncə bir tanışı ilə aralarında olan haqqhesab barədə danışmış və sonuncunun Adəmə həblər verdiyini bildirmişdir. Lakin onun fikri sükanda olduğu üçün Adəmin dəqiq nə barədə danışmasına fikir verməmişdir. Saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində fəaliyyət göstərən nəqliyyat vasitələrinin təmiri məntəqəsinə çatmışlar. Adəm orada işləyən ustadan bir ədəd avtomobil şamı almışdır. Bundan sonra yenidən avtomobilə minib bir qədər irəli, ünvan 6 saylı ünvanın qarşısına gəlib çatmışlar. Həmin vaxt saat 18:25 radələri olmuşdur. Bu vaxt kiminsə çöldən avtomobilə tərəf yaxınlaşmasını hiss etmiş və onlara yaxınlaşan iki nəfər mülki geyimli şəxslər polis vəsiqələrini göstərdikdən sonra özlərini təqdim edərək Bakı Şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt avtomobilində yalnız özü və Adəm olmuşdur. O, Adəmin üzərində olan qanunsuz maddələrə görə polis işçilərinin onlara yaxınlaşmasını başa düşmüşdür. Polis işçiləri elə oradaca Adəmdən üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Adəm də, bildirmişdir ki, üstündə, yəni əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində psixotrop maddələr vardır. Bundan sonra həmin polis əməkdaşları onları Bakı Şəhəri Yasamal RPİ-nə gətirmişlər. Orada Adəmin barəsində şəxsi axtarış keçirilmiş və üzərindən psixotop maddələr aşkar edilərək götürülmüşdür. Bundan sonra ərizə ilə polisə müraciət edib xahiş etmişdir ki, paltarlarına və nəqliyyat vasitəsinə baxılsın və qanunsuz maddələrin olub-olmaması yoxlanılsın. Onun xahişi müsbət qarşılandıqdan sonra o, bütün ciblərini açaraq polis işçisinə göstərmiş və idarə etdiyi avtomobilə baxış keçirilməsini tələb etmişdir. Nə ondan, nə də ki, avtomobilindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaq zamanı “Teymur” adlı şəxs barədə heç bir şey deməmişdir. Adəm ona həb verən şəxsin adı barədə heç nə deməmiş, yalnız tanışı olmasını bildirmişdir. Avtomobildə yalnız özləri, yəni Adəm və özü olduğunu bir daha qeyd etmişdir. Əgər ibtidai istintaq zamanı onun ifadəsində “Teymur” adlı şəxsin adı keçmişdirsə bu müstəntiq tərəfindən təhrif edilmiş və təhsili olmadığı üçün ifadəsini oxumadan imzalamışdır. Həmçinin bildirmişdir ki, o Adəmdə olan həblərin narkotik vasitə və psixotrop maddə olmasını bilməmiş, sadəcə bahalı həb olması barədə məlumatlı olmuşdur. Polis bölməsinə getdikdən sonra bilmişdir ki, Adəmin qeyd etdiyi həblər narkotikdir, ona görə də çox narahat olmuş və özü ərizə ilə müraciət edərək təklif etmişdir ki, onun avtomobilini və analiz vasitəsi ilə qanını da yoxlasınlar. O, Adəmin Teymur adlı şəxslə hər hansı münasibətinin və ya başqa cür əlaqəsinin olmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində saat 18:25-də iş yoldaşı Şahid3 ilə xidməti ərazidə, ünvan 7 saylı ünvanın qarşısında olarkən yolun kənarında boz rəngli “Daewoo Gentra” markalı ** AG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını, həmin avtomobildə iki nəfərin olduğunu, arxa oturacaqda əyləşmiş şəxsin isə ətrafa tez-tez boylanmasını, özünü şübhəli apamasını müşahidə etmişlər. Həmin vaxt iş yoldaşı ilə birgə qərara gəlmişlər ki, avtomobildə olan şəxslərə yaxınlaşsınlar. Avtomobilin arxa tərəfindən avtomobilə yaxınlaşdıqda arxa sərnişin oturacağında əyləşmiş şəxs əlini dərhal sağ yan cibinə salıb tələsik halda avtomobildən enmək istəmişdir. Bu vaxt avtomobildə olan sürücü də avtomobildən düşmüşdür. Onlar həmin şəxslərə üzərilərində olan xidməti vəsiqələri göstərərək Bakı Şəhəri Yasamal RPİnin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduqlarını bildirmiş və üzərilərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşduqda sərnişin olan şəxs üstündə psixotrop maddə və narkotik vasitə olduğunu demişdir. Bundan sonra onları Bakı Şəhəri Yasamal RPİ-nə dəvət etmiş və buna etiraz olunmadıqdan sonra onları polis idarəsinə aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Şahid1dur. Faktla bağlı rəhbərliyə raportla müraciət olunmuş və barələrində araşdırma aparılması üçün onları X7ə təhvil vermişlər. X7 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 üçün vəkil dəvət edərək həmin vəkilin və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etmiş, şəxsi axtarış və götürmə keçirmişdir. Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində naməlum kütlə olan gümüşü rəngli kağız bükümü və içərisində üç ədəd həb olan şəffaf sellofan bükümünü təqdim edərək bildirmişdir ki, gümüşü kağız bükümün içərisində olan maddə “metamfetamin”dir, sellofan bükümdəki həblər isə “ekstazi” adlı maddələrdir. Həmin bükümlər şəxsi axtarışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir. Bunun ardınca götürülən büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Təqsirləndirilən şəxs1 ilə aparılan sorğusual zamanı bildirmişdir ki, aşkar olunan naməlum mənşəli kütlələri xx.xx.2019-cu il tarixində səhər saatlarında tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Şahid1 öz şəxsi təşəbbüsü ilə barəsində baxış keçirilmiş və üzərində hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində keçən Bakı Şəhəri Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid3 həmkarı Şahid2 verdiyi ifadənin məzmununa oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9047 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində «saxlanılan şəxsin üzərində aşkar edilmiş maddələr» yazısı olan zərfdəki 3 (üç) ədəd tünd bənövşəyi rəngli həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”) və bir ədəd bükümdə, təmiz çəkisi 0,306 qr olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 (üç) ədəd həbdən ibarət təsiredici maddəsi MDMA-in ümumi miqdarı 0,360 qr təşkil edir (bir ədəd həbdə 0,120 qr MDMA olmaqla). Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı hesab edir ki, onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 3 həb metilendioksimetamfetamin (MDMA) və xalis çəkisi 0,306 qram olan metamfetamin əldə edib saxlaması cinayətinin törətməsində təqsirliliyi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsi, törətdiyi əmələ görə peşman olması və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesablanmaqla, yəni 04 (dörd) gün azadlığın məhdudlaşdırlması cəzasına bərabər tutulmaqla, həmin 04 (dörd) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 2611 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, həmin şəxs barədə ittihamın elan edilməsi üçün kifayət qədər sübutlar olmamışdır. Belə ki, istintaq orqanında olan yeganə sübut digər Təqsirləndirilən şəxs1 natamam, bir-biri ilə ziddiyyətli və əlavə heç bir sübutla təsdiq edilməyən ifadəsi olmuşdur. Sonuncunun ifadəsində göstərilən xüsusatların həqiqiliyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı heç bir araşdırma aparmamış, nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbiri keçirməmiş, yalnız bir şəxsin ifadəsi, telefon zənglərinin ümumi sayı, ehtimallar və fərziyələr əsasında Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə ittiham elan etməklə Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının tələblərini pozmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, digər Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aşkar olunmuş psixotrop maddəni tanımadığı şəxsdən 80 manat pul ödəyərək aldığını bildirsə də, sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, psixotrop maddəni Təqsirləndirilən şəxs2 müvəqqəti olaraq borcunun təminatı kimi götürmüşdür. Lakin Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əleyhinə verdiyi ifadələrinin həqiqiliyini və mötəbərliyini təsdiq edən hər hansı sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmiş və verdiyi ifadəsinin Şahid1 ifadəsi ilə də ziddiyyət təşkil etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai və məhkəmə istintaqı zamanı Şahid1 avtomobildə olarkən həm ona, həm də “Tehran” adlı şəxsə Təqsirləndirilən şəxs2 müvəqqəti olaraq borcunun təminatı kimi psixotrop maddələrin götürülməsi barədə məlumat verdiyini göstərsə də, Şahid1 məhkəmə istintaqında ifadə verərkən Təqsirləndirilən şəxs1 tərəfindən məlumat verdiyi zaman avtomobildə yalnız özlərinin olduğunu, “Tehran” adlı şəxsin həmin an avtomobildə onlarla bir yerdə olmadığını bildirmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, qeyd olunan ziddiyyətli faktların araşdırılması məqsədilə ibtidai istintaq zamanı müstəntiq tərəfindən “Tehran” adlı şəxsin müəyyən olunması üçün zəruri tədbirlər kifayətedici dərəcədə görülməmişdir. Məhkəmə Şahid1 ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin şəxs Təqsirləndirilən şəxs2 cinayət törədib-törətməməsinin bilavasitə şahidi olmadığı, yalnız digər şəxslərdən eşitdiklərinə əsasən ifadə verdiyinə görə onun ifadəsi Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün mötəbər hesab edilə bilməz. Qeyd edilməlidir ki, onun ifadəsi yalnız Təqsirləndirilən şəxs1 münasibətdə mötəbər sübut kimi qəbul edilə bilər, çünki Şahid1 Təqsirləndirilən şəxs1 görmüş, münasibəti olmuş və polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə hər hansı münasibətinin və ya başqa cür əlaqəsinin olmasının şahidi olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilkin olaraq istifadəsində olan özünün 077 *** ** ** saylı telefon nömrəsindən, Təqsirləndirilən şəxs2 isə 050 *** ** ** saylı telefon nömrəsindən istifadə etdiyini göstərsə də, ibtidai araşdırma zamanı “xxxx” MMC-nin müstəntiq Ə.Hacıyevə ünvanladığı xx.xx.2019-cu il tarixli 16773 saylı məktubdan məlum olmuşdur ki, qeyd edilən nömrə X5 məxsus olmuş, xx.xx.2019-cu il tarixindən deaktivdir, həmin nömrəyə 077 *** ** ** saylı nömrədən, yəni Təqsirləndirilən şəxs1 nömrəsindən heç bir zəng və ya ismarıc daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 əlavə dindirilməsi zamanı Təqsirləndirilən şəxs2, eyni zamanda, 070 383 01 32 və 070 228 44 42 möbil nömrələrindən də istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 özü də ifadəsində 070 383 01 32 və 070 228 44 42 möbil nömrələrindən istifadə etdiyini göstərmişdir. İbtidai istintaq zamanı 070 *** ** ** saylı mobil nömrəsi üzrə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində gün ərzində daxil olan və çıxan zənglər barədə götürülmüş məlumatlardan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında həmin tarixlərdə danışıqlar mövcud olmuşdur. Lakin həmin şəxslər arasında əvvəllər də mövcud olan tanışlıq münasibətlərini nəzərə alınsa, həmin gündəlik xarakter daşıyan danışıqların mövcudluğu Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamın sübut olunması ilə heç bir əlaqəsi yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın əsasında hər hansı mötəbər sübut deyil, yalnız əsası olmayan şübhə və ehtimallar dayanır ki, təqsirsizlik prezumpsiyasının tələbləri baxımından şübhə və ehtimallar əsasında ittiham hökmü çıxarıla bilməz və həmin şübhə və ehtimallar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs2 istinad edilən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilə bilinməmiş, ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamış, habelə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, ittiham tərəfinin təqdim etdiyi sübutlar arasında ciddi uyğunsuzluqlar və natamamlıqlar aşkar olunmuşdur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikası Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X8 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X8 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipinə müvafiq olaraq məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “X2rşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanatı mahiyyət etibarilə - məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“X1rşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasəncinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi, habelə Məcəllənin 138.2-ci maddəsinə əsasəntəqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasənşübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsindənəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən cinayət işinin ibtidai araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara və cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunan ittihamda, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və satmasında təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 izah edilməlidir ki, cinayət təqibini məhkəməyə qədər həyata keçirmiş orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini məhkəmədə iddia qaldırmaqla tələb edə bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 bəraət verildiyi üçün onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə psixotrop maddəni satan şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bununla yanaşı, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 3 həb metilendioksimetamfetamin (MDMA) və xalis çəkisi 0,306 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə üçün əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 351-353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesablanmaqla, yəni 04 (dörd) gün azadlığın məhdudlaşdırlması cəzasına bərabər tutulmaqla, həmin 04 (dörd) gün təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan maddi sübut – 3 həb metilendioksimetamfetamin (MDMA) və xalis çəkisi 0,306 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və iş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitənin satışının kim tərəfindən aparılması müəyyən olunmasına dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə üçün əmlak müəyyən edilməmişdir.. Hökm elan olunduqdan sonra ondan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinəapelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramin Qurbanov
Məhkəmə qərarları › İş №1(004)-17/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-17/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver